Məhkəmə qərarları › İş №1(033)-65/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-65/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-65/2021 02.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü ildə ünvan 4ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 4ində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala rayonu Danaçı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə qonaq getdikdən sonra olduğu otaqda heç kimin olmadığından istifadə edib stulun üzərindəki pencəyinin cibindən sonuncuya pensiyası ilə bağlı məxsus olub "xxxx" ASC-yə aid plastik kartı götürmüş, tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz olaraq əldə etmək məqsədilə həmin plastik kartdan istifadə etməklə 21 iyun 2021-ci il tarixdə, saat 23:50-də «Azərbaycan Beynəlxalq Bank»ın Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Selin” marketin qarşısındakı ATM-dən 200 manat, 22 iyun 2021-ci il tarixdə, saat 20:54-də isə «Azərbaycan Beynəlxalq Bank» ın Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən ATM-dən 50 manat pulu qəsdən çıxartmaqla elektron məlumat daşıyıcılarından istifadə edib onun üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun anasının xalasının həyat yoldaşıdır və Zaqatala rayonu Danaçı kəndində yaşayır. O, tez-tez onların evinə qonaq getmiş və Murtuzəli Makarovun təqaüd aldığını bilmişdir. O, 21 iyun 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, qonaq otağında oturarkən Murtuzəli, Sevil və Sevilin qızı Ruqiyyənin evin həyətində olmasından istifadə edərək Zərərçəkmiş şəxs oturacağın üzərində olan pencəyinin cibindən sonuncuya məxsus təqaüd kartını və kartın yanında olan şifrəni götürmüşdür. Bundan sonra Zaqatala rayonu Yuxarı Tala kəndinə gedərək orada yerləşən “Selin” marketin yaxınlığındakı Beynəlxalq bankın bankomatında Zərərçəkmiş şəxs təqaüd kartını yoxlamış və kartda 500 manata yaxın məbləğdə pul olduğunu görmüşdür. Kapital bankda kredit borcu olduğuna görə həmin tarixdə saat 23:50-də təqaüd kartından 200 manat pul çıxartdıqdan sonra yaşadığı ünvan 4ində yerləşən evinə getmişdir. O, 22 iyun 2021-ci il tarixdə saat 20:54-də Zaqatala şəhəri Bakı Ticarət Mərkəzinin yanına gələrək orada yerləşən Azərbaycan Beynəlxalq Banka məxsus bankomatdan da Zərərçəkmiş şəxs təqaüd kartından istifadə etməklə həmin kartdan 50 manat pulu nağdlaşdıraraq ev üçün lazım olan ərzaq alıb evə qayıtmışdır. O, 23 iyun 2021-ci il tarixdə isə yenidən Zaqatala rayonu Danaçı kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs evinə getmiş, Murtuzəli, Sevil və Ruqiyyənin həyətdə olmalarından istifadə edərək təqaüd kartını həmin pencəyin cibinə qoyaraq oradan çıxıb getmişdir. O, qohumu Zərərçəkmiş şəxs evinə getməmişdən qabaq oğurluq etmək fikrində olmamış, lakin evdə tək olan zaman əvvəllər kredit borcu olduğunu düşünərək oğurluq etmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs təqaüd kartını pencəyin cibinə qoyduğunu əvvəllər də gördüyünə görə sonuncunun təqaüd kartını oradan götürmüşdür. Əməlində peşmandır. Zərərçəkmiş şəxsə vurduğu zərəri tam şəkildə ödəmiş və onunla barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, təqaüddə olan müəllimdir. Təqsirləndirilən şəxs onun qohumudur, öz oğlu olmadığına görə Təqsirləndirilən şəxs oğlu kimi münasibət göstərmiş və onlar arasında olan bu münasibətə görə də, Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yaşadığı evə gəlmişdir. O, 23 iyun 2021-ci il tarixdə təqaüd kartından pul nağdlaşdırmaq məqsədilə təqaüd kartını qoyduğu pencəyin cibini axtarmış, lakin kartı tapmamışdır. O, evin hər tərəfini axtardıqdan sonra digər bir pencəyinin cibindən təqaüd kartını tapmış və pul nağdlaşdırmaq üçün yaşadığı Zaqatala rayonu Danaçı kəndinin mərkəzindəki Azərbaycan Beynəlxalq Banka məxsus bankomatın yerləşdiyi yerə gəlmişdir. Təqaüd kartını yoxlamış, lakin kartda pul olmadığını görüb evə qayıtmışdır. 24 iyun 2021-ci il tarixdə o, yenidən həmin bankomatın yerləşdiyi yerə gəlmiş və təqaüd kartını yoxlayarkən kartda 148 manat pul olduğu ona məlum olmuşdur. Onun təqaüdü 307 manat olmuş və keçən aydan 91 manat da qalıq olaraq kartda saxlamışdır. Kartda 148 manat olduğunu görüb təəccüblənmiş, kartdan 145 manat pulu çıxarmış və Bakı şəhərində yaşayan qızı Şahid1 ilə telefon əlaqəsi saxlamış və bu barədə sonuncuya məlumat vermişdir. O, yaşadığı evdə onun baxıcısı Sevil Xəlilova və sonuncunun qızı Ruqiyyə Vaşiyevadan başqa Təqsirləndirilən şəxs olduğunu düşünərək ondan şübhələnmiş və Təqsirləndirilən şəxs zəng edərək pulu qaytarmasını təkif etsə də, sonuncu oğurluq etdiyini inkar etmişdir. O, 01 iyul 2021-ci il tarixdə qızı Zülfiyyə ilə Azərbaycan Beynəlxalq Bankın Zaqatala rayon filialına getmiş, təqaüd kartının tarixçəsini almış və 21 və 22 iyun 2021-ci il tarixlərdə onun təqaüd kartından ayrılıqda 200 və 50 manat, ümumilikdə isə 250 manat pul oğurlandığı məlum olmuşdur. Bundan sonra o, yenidən Təqsirləndirilən şəxs zəng edərək ondan pulu qaytarmasını xahiş etmiş, lakin sonuncu yenə də inkar etmişdir. Daha sonra isə o, baş vermiş hadisə ilə bağlı Zaqatala rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənilmişdir və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs arvadı vəfat etdiyinə görə 3 il öncə qızı Ruqiyyə ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonu Danaçı kəndində yerləşən evinə gəlmiş və həmin vaxtdan orada yaşayaraq Zərərçəkmiş şəxs baxıcılıq edir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs qohumu olaraq tanıyır və sonuncu mütəmadi olaraq həmin evə gəlib gedir. O, 21 iyun 2021-ci il tarixdə Seyidəhmədin onların yaşadığı evə gəldiyini, daha sonra isə çıxıb getdiyini görmüşdür. Daha sonra 23 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs təqaüd kartını həmişə qoyduğu pencəyin cibində axtarıb tapmamış, bir qədər axtardıqdan sonra isə başqa bir pencəyin cibindən axtarıb tapmışdır. Murtuzəli Muxtarov təqaüd kartında olan pulu bankomatdan çıxarmaq məqsədilə yaşadığı Zaqatala rayonu Danaçı kəndinin mərkəzinə getmiş, lakin bir qədər sonra geri qayıdaraq təqaüd kartında pul olmadığını bildirmişdir. 24 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən təqaüd kartını həmin bankomatda yoxlamış, lakin təqaüd haqqının 307 manat olmasına baxmayaraq kartda 148 manat pul olduğunu ona bildirmişdir. Murtuzəli Seyidəhməddən şübhələndiyinə görə zəng edib pulu istəsə də, Seyidəhməd oğurluq etdiyini boynuna almamışdır. Murtuzəli Muxtarov Bakı şəhərində olan qızı Zülfiyyə ilə bu barədə danışmış, 30 iyun 2021-ci il tarixdə Zülfiyyə Bakı şəhərindən gəlmiş, 01 iyul 2021ci il tarixdə Murtuzəli Zülfiyyə ilə birlikdə Zaqatala şəhərinə gedərək Azərbaycan Beynəlxalq Bankından həmin təqaüd kartının çıxarışını almışdır. 21 və 22 iyun 2021-ci il tarixlərdə Murtuzəlinin təqaüd kartından 200 və 50 manat pul oğurlandığı məlum olmuşdur. Bundan sonra Murtuzəli Seyidəhmədə dəfələrlə zəng edərək pulu qaytarmasını təklif etsə də, Seyidəhməd oğurluq etdiyini boynuna almadığına görə Murtuzəli Zaqatala rayon polis şöbəsinə müraciət etmişdir. Murtuzəli polis şöbəsinə müraciət etdikdən sonra Seyidəməd Zülfiyyəyə zəng edərək Murtuzəlinin təqaüd kartını götürdüyünü, 250 manat pul çıxardığını demiş və pulu qaytaracağına söz vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək X5 məhkəmə iclası zamanı verdiyi ifadəyə uyğun ifadə verdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, atası təqaüdçüdür, anası vəfat etdiyinə görə 3 il öncə Sevil Xəlilova və qızı Ruqiyyə Vaşiyevanı atasına baxıcılıq etməsi üçün atasının yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs isə qohumudur və çox yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxs mütəmadi olaraq onların yaşadığı Zaqatala rayonu Danaçı kəndində yerləşən evlərinə getmişdir. O, Bakı şəhərində olduğuna görə tez-tez atası Murtuzəli ilə telefonla danışmış, 23 iyun 2021-ci il tarixdə növbəti dəfə atası ilə telefonla danışan zaman atası Murtuzəli ona təqaüd kartını tapa bilmədiyini demişdir. Daha sonra isə 24 iyun 2021-ci il tarixdə yenidən atası Murtuzəli ilə növbəti telefon danışığı zamanı sonuncu ona təqaüd kartını geyinmədiyi bir pencəyin cibindən tapdığını, təqaüd kartını Zaqatala rayonu Danaçı kəndində yerləşən Azərbaycan Beynəlxalq bankın bankomatında yoxladığını və təqaüd kartında pul olmadığını demişdir. O, bir neçə gün sonra yenidən atası Zərərçəkmiş şəxsla telefonla danışarkən sonuncu ona 307 manat təqaüd pulu almasına baxmayaraq təqaüd kartında 148 manat pul olduğunu demişdir. 30 iyun 2021-ci il tarixdə o, Bakı şəhərindən Zaqatala rayonuna qayıdaraq 01.07.2021-ci il tarixdə atası Zərərçəkmiş şəxsla birlikdə Azərbaycan Beynəlxalq bankının Zaqatala rayon filialına gedib həmin təqaüd kartı ilə bağlı çıxarış almış və 21 və 22 iyun 2021-ci il tarixdə həmin təqaüd kartından 200 və 50 manat pul oğurlandığı onlara məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs şübhələnərək sonuncuya zəng vurmuşlar. Lakin Təqsirləndirilən şəxs pulu oğurladığını inkar etmişdir. Bir neçə gün keçdikdən sonra onun atası Zərərçəkmiş şəxs Zaqatala rayon polis şöbəsinə müraciət etmiş və bu müraciətdən sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq onun Zərərçəkmiş şəxs təqaüd kartından 250 manat pulu çıxartdığını və pulu qaytaracağına söz verdiyini demişdir. İşdə olan 13 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus Zaqatala rayonu Danaçı kəndində ətrafı taxta dirəklərlə hasarlanmış 15 sot torpaq sahəsi üzərində yerləşən evdə baxış keçirilir. Baxış keçirilən ev kürsülüdür, pilləkənlə qalxdıqdan sonra sağ tərəfdə qapı vardır. Qapıdan daxil olduqda sağ tərəfdə masa, oturacaq və divan vardır. Həmin otaqdan digər otağa keçid üçün başqa bir qapı vardır. Həmin qapıdan içəri daxil olduqda sağ tərəfdə divan, üzbəüz şkaf, sol tərəfdə isə başqa bir otağa keçid üçün qapı vardır. Sol tərəfdə olan qapıdan daxil olduqda sağ və sol tərəfdə döşəklər, üzbəüz oturacaq stulu və ümumilikdə qarışıq əşyalar vardır. Həmin otağa daxil olduqda otağın sol tərəfində ümumi eyvana çıxmaq üçün digər qapı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus təqaüd kartını qoyduğu pencək həmin sonuncu otaqda stulun başında olmuş təqaüd kartını həmin otaqdan pencəyin cibindən şifrəsi ilə birlikdə oğurlamışlar. Zərərçəkmiş şəxs baxış zamanı onu da bildirdi ki, onun yaşadığı evə öz qohumu Təqsirləndirilən şəxs tez-tez gəlir və bu səbəbdən də ondan şübhələnir. İşdə olan 14.07.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 14 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilərkən müəyyən edildi ki, disk CD-R formatlıdır və içərisində Zərərçəkmiş şəxs adlı 1 qovluq, həmin qovluğun içərisində isə 2 qovluq və 2 fayl vardır. 1ci qovluqdan görünür ki, Berayev X8 rayonu Yuxarı Tala kəndində yerləşən Selin marketin yaxınlığındakı bankomatdan 200 manat pul çıxararkən çəkilmiş 6 ədəd fotoşəkil vardır. 2ci qovluqdan görünür ki, Berayev X8 şəhəri Bakı Ticarət Mərkəzinin (Zaqatala Mall) qarşısında yerləşən bankomatdan 50 manat pul çıxararkən çəkilmiş 6 ədəd fotoşəkil vardır. 1-ci fayldan görünür ki, Zərərçəkmiş şəxs bank məlumatları, 2-ci faylda isə 200 manat və 50 manat pulun nağdlaşdırıldığı bankomatın ünvanları vardır. 1-ci qovluqda olan 6 ədəd fotoşəkilə baxan zaman Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə saat 23:49-da 200 manat pulu Zərərçəkmiş şəxs təqaüd kartından nağdlaşdırmaq üçün Selin marketin yaxınlığındakı Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus bankomatda nağdlaşdırma əməliyyatına başlayır, saat 23:50-də isə həmin əməliyyatı bitirərək oradan uzaqlaşdığı görünür. 2-ci qovluqda olan 6 ədəd fotoşəkilə baxan zaman Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə saat 20:53-də Zərərçəkmiş şəxs təqaüd kartından 50 manat pulu nağdlaşdırmaq üçün Bakı Ticarət Mərkəzinin (Zaqatala Mall) yaxınlığındakı Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatda nağdlaşdırma əməliyyatına başlayır, saat 20:54-də isə həmin əməliyyatı bitirərək oradan uzaqlaşdığı görünür. 1-ci fayla baxış zamanı orada Zərərçəkmiş şəxs bank məlumatları olduğunu görünür, 2-ci fayla baxış zamanı isə həmin bankomatların ünvanı Zaqatala rayonu Selin Marketin yaxınlığı, digər bankomatın ünvanı isə ünvan 2 zamanı Təqsirləndirilən şəxs diskdə olan fotoşəkillərdəki şəxsin onun özü olduğunu təsdiqlədi. Baxış keçirmə 13 sentyabr 2021-ci il tarixdə saat 16:55-də başa çatdırıldı. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tamamilə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yüngül cəza verilməsini xahiş edir. İşdə olan Azərbaycann Respublikası DİN BƏSİİ-nin 28.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 735 nömrəli, 22 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 736 nömrəli, 22 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X11, 2009-cu il təvəllüdlü qızı-X6, 2014-cü il təvəllüdlü qızı-X7, atası X12, anası X9 və qardaşı X13 ibarətdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 737 nömrəli, 22 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Berayev X1 yaşayır. İşdə olan AZ-İİ seriyalı 378375 nömrəli 22 dekabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 09.10.2009-cu il tarixdə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. İşdə olan AZ-İİİ seriyalı 319831 nömrəli 05 avqust 2014-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 21 iyul 2014-cü il tarixdə anadan olmuş Berayeva Xanım Seyidəhməd qızının atası Təqsirləndirilən şəxsdur. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala rayonu Danaçı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evə qonaq getdikdən sonra olduğu otaqda heç kimin olmadığından istifadə edib stulun üzərindəki pencəyinin cibindən sonuncuya pensiyası ilə bağlı məxsus olub "xxxx" ASC-yə aid plastik kartı götürmüş, tamah niyyəti ilə özgəsinə məxsus əmlakı qanunsuz və əvəzsiz olaraq əldə etmək məqsədilə həmin plastik kartdan istifadə etməklə 21 iyun 2021-ci il tarixdə, saat 23:50-də «Azərbaycan Beynəlxalq Bank»ın Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Selin” marketin qarşısındakı ATM-dən 200 manat, 22 iyun 2021-ci il tarixdə, saat 20:54-də isə «Azərbaycan Beynəlxalq Bank» ın Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən ATM-dən 50 manat pulu qəsdən çıxartmaqla elektron məlumat daşıyıcılarından istifadə edib onun üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı oğurluq cinayət əməlini törətmişdir. Oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.7-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs cinayət əməlini onun üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan ünvan 4i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar