Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-67/2021 30.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1981-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1-də daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və 16 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Zaqatala şəhəri, Sevil Qaziyeva küçəsində həmin psixotrop maddələri üzərində qanunsuz olaraq daşıyarkən polis əməkdaşları tərəfindən şübhəli bilinib Zaqatala RPŞ-yə dəvət edildikdən sonra üzərində həmin gün saat 17 radələrində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində şəffaf sellofan bükümdə üzərində satış məqsədi olmadan qanunsuz daşıdığı yuxarıda qeyd edilən psixotrop maddələr – yəni 1,140 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, psixotrop maddə olan metafetamini vaxtaşırı olaraq istifadə edir. 14 sentyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerləşən qəbirstanlığın yanından keçərkən yerdə şəffaf selofandan ibarət bükülü görmüş, həmin bükülünü yerdən götürüb açıb içinə baxdıqda bükülünün içərisində “şüşə” deyilən metafetminə bənzər maddə olduğunu görmüşdür. O, psixotrop maddə olan metafetamindən istifadə etdiyinə görə tapdığı bükülünün içində olan maddənin metafetamin olduğunu bilmişdir. Daha sonra isə tapdığı bükülünün içində olan metafetamindən bir qədər istifadə etmiş və vaxtaşırı istifadə etmək üçün qalan hissəsini də cibinə qoyub üzərində daşımışdır. O, 16 sentyabr 2021-ci il tarixdə isə saat 16 radələrində Zaqatala şəhəri Sevil Qazıyeva küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis işçisi olaraq təqdim etmiş və onu narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli bildikləri üçün Zaqatala polis şöbəsinə dəvət etmişlər. O, həmin vaxt polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, Zaqatala rayon polis şöbəsində ona şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılacağı elan edilmiş və vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıda olan vəkilləri tanımadığı üçün və maddi imkanı vəkil tutmağa imkan vermədiyi üçün dövlət hesabına vəkil təqdim edilməsini xahiş etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona vəkil Müdafiəçi təqdim olunmuş, tutulmağı haqqında yazılı qərar və bildiriş aldıqdan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ qabaq cibində gizlətdiyi, içində psixotrop maddə olan bir ədəd ağ şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd ağ şəffaf selofan büküm onun və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 1.2 qram olmuşdur. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, üzərindən aşkar olunmuş ağ şəffaf selofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. O, vaxtaşırı psixotrop maddə olan metafetamindən istifadə etdiyi üçün həmin metafetamini Zaqatala şəhəri Təbriz küçəsində yerləşən qəbirstanlığın yanındakı yerdən tapdıqdan sonra özü istifadə etmək üçün saxlamışdır. Başqa yerlərdə gizlətdiyi narkotik tərkibli maddələr yoxdur, yalnız üzərində aşkar edilmiş psixotrop maddə olan metafetamin olmuşdur. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2010-ci ildən DİO-da xidmət edir. 2018-ci ildən isə Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Zaqatala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Zaqatala şəhəri ərazisində xidmətdə olan vaxt narkotik vasitələrin saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs Zaqatala şəhəri, S.Qaziyeva küçəsində özünü şübhəli aparması müşahidə edildiyi üçün yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. Zaqatala rayon polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və maddələri daşımasında şübhəli olduğu üçün gətirməsi barədə raport yazmış və sonra Zaqatala rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı polis mayoru Şahlar Məmmədov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd ağ şəffaf selofan bükülünü təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metafetamini yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerləşən qəbirstanlığın yanında yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ şəffaf selofan bükülünün içərisində olan psixotrop maddə metafetamin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2013-ci ildən DİO-da xidmət edir. 2016-cı ildən isə Zaqatala rayon polis şöbəsinin KTQ-nin baş inspektoru vəzifəsində xidmət edir. 16 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Zaqatala RPŞ-nin növbətçi hissənin məsul növbətçisi ona zəng edərək narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli şəxsin RPŞ-yə dəvət edildiyini, baxış keçiriləcəyini və həmin baxışı kamera vasitəsilə videoya çəkəcəyini bildirmişdir. O, bu məqsədlə Zaqatala RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Şahlar Məmmədovun xidməti otağına getmiş, orada olan Təqsirləndirilən şəxs, müdafiəçinin və Zaqatala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Fəhmin Məmməzadənin iştirakı ilə təhqiqatçı polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı polis mayoru Şahlar Məmmədov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd ağ şəffaf selofan bükülünü təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metafetamini yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerləşən qəbirstanlığın yanında yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ şəffaf selofan bükülünün içərisində olan psixotrop maddə metafetamin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki o Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan ggörünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə hesab edilən metafetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “Şüşə” adı ilə tanınan psixotrop maddə olan metafetamin olduğunu, həmin maddəni tapdığını və şəxsi istifadə üçün üzərində daşıdığını bildirmişdir. Həmin kütlə sellofan bükümdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,2 qr olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərf bağlanaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən 1 manatlıq əskinaz aşkarlanmış və şəxsi axtarış tamamlandıqdan sonra ona təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 17/698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf selofan bükümdə, təmiz çəkisi 1,140 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına ” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 14 oktyabr 2021-ci il tarixli 1232 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizotik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-in TB-nin təhqiqatçısı X6 tərəfindən həmin gün saat 16:47-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-40/2021 nömrəli 18.09.2021-ci il tarxli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla tutulanadək orada yaşayan Təqsirləndirilən şəxs barəsində 16 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 2 (iki) ay, yəni 16 noyabr 2021-ci il tarixə saat 16:47-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 15.10.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkuum edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli 1(033)-84/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 iyun 2015-ci il tarixdən hesablanmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli 7(075)-8/2016 nömrəli qərarından görünür ki Azərbaycan Respublikası Ədliyya Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o cəzadan şərti olaraq dörd ay on üç gün vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən 22.09.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi olaraq heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyətinin Zaqatala İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli 1503 nömrəli arayışdan görünür ki, Bagiryani X2 13 ünvanında yaşayır və onun ailə tərkibi anası X4 və 2006-cı il təvəllüdlü oğlu X1 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və 16 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Zaqatala şəhəri, Sevil Qaziyeva küçəsində həmin psixotrop maddələri üzərində qanunsuz olaraq daşıyarkən polis əməkdaşları tərəfindən şübhəli bilinib Zaqatala RPŞ-yə dəvət edildikdən sonra üzərində həmin gün saat 17 radələrində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində şəffaf sellofan bükümdə üzərində satış məqsədi olmadan qanunsuz daşıdığı yuxarıda qeyd edilən psixotrop maddələr – yəni 1,140 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitəsinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli həbsə alındığı 16 sentyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd şəffaf selofan bükümdə 1.090 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd şəffaf selofan bükümdə 1.090 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-67/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-67/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver