Məhkəmə qərarları › İş №1(033)-69/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-69/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-69/2021 22.12.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1997-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Zaqatala şəhəri, X8 küçəsi 79 ünvanında qeydiyyatda olmaqla tutulanadək ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında tanış olduğu xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının əvvəllərində cinsi ehtirasını ödəmək məqsədilə yaşadığı Zaqatala şəhəri, Y.Məmmədov küçəsi 36 ünvanında yerləşən evə apararaq orada razılığı ilə öz cinsiyyət orqanını sonuncunun ağzına daxil edib oral yolla cinsi ehtirasını ödəməklə, 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs nənəsinin yaşadığı, Zaqatala rayonu, Çobankol kəndində yerləşən evdə razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxub qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmiş, eləcə də təbii yolla cinsi əlaqədə olmaqla qızlıq pərdəsinin tamlığını pozmuş, həmçinin 01 iyul 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evdə sonuncunun razılığı ilə yenidən təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı sonradan verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Nuriyeva X5 şəhəri, Faiq Əmirov küçəsində yerləşən "xxxx" MMC-nin rəsmi dillerində işləmiş, Leylanın işlədiyi yerdə binanın yuxarı mərtəbəsində yerləşən «Güvən» klinikasında isə anası Sevil işləmişdir. O, anasını işə aparıb gətirdikdə Leylanı görmüş və sonradan Leyla ilə tanış olmuş, Leyla ilə istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələri ilə danışmış, məqsədi Leylanı tanımaq olmuş, Leylaya qarşı fikiri ciddi olmuşdur. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs Zaqatala rayonu Çobankol kəndinə nənəsinin yaşadığı evə getmiş, o Leyla ilə ancaq kənddə evin həyətində söhbət etmişlər. Həmin vaxt və ya başqa vaxtlarda o Leylanın dodaqlarından və döşlərindən öpməmiş və əlləri ilə Leylanın döşlərini sıxmamışdır. Həyəcanlı olduğundan ibtidai istintaq zamanı “çarpayıda uzandıqları zaman o Leylanın dodaqlarından və döşlərindən öpmüş və əlləri ilə Leylanın döşlərini sıxmış” məzmununda izahat vermişdir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs evində olmamış və Leyla ilə cinsi əlaqədə olmamışdır. Çobankol kəndində Leyla ilə qeyri-təbii yola cinsi əlaqədə olmamış, həmin vaxt o sadəcə Leyla ilə çarpayıda uzanmış lakin onu dodaqlarından və döşlərindən dodaqları ilə öpməmişdir. Leylanın yatdığı otağa pəncərədən daxil olmamış, onunla bir çarpayıda uzanıb dodaqlarından və döşlərindən öpməmiş, eləcə də onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. 30 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixə keçən gecə Leylanın yaşadığı evin pəncərəsindən evə daxil olmamış və onunla cinsi əlaqədə olmamışdır. Ümumiyyətlə Leylaya qarşı nə vaxtsa seksual hərəkətlər etməmişdir. İttiham olunduğu Cinayət Məcəlləsinin maddəsi ilə özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayının əvvəllərindən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən "xxxx" MMC-nin rəsmi dillerində satıcı işləmiş, işlədiyi yerdə binanın yuxarı mərtəbəsində isə «Güvən» klinikası yerləşmişdir. Təxminən 2021-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı oğlanla tanış olmuş, Rəsul ona yaxınlaşaraq zəng etməsini istəmiş, o da istifadə etdiyi ***- ***-**-** nömrəsindən Rəsulun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurub danışmışdır. Rəsul onunla danışan vaxt 15 yaşının olduğunu və Gimnaziyanın 10-cu sinifində oxuduğunu bilmiş, Rəsul onunla danışan vaxt onu sevdiyini və ailə həyatı quracağını demişdir. O, Rəsul ilə mütəmadi olaraq mobil telefon vasitəsi ilə danışmış və sosial şəbəkələr vasitəsi ilə mesajlaşmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində Rəsul onu özlərinin yaşadıqları Zaqatala şəhərində yerləşən evlərinə aparmış, Rəsulgilin yaşadığı ev iki mərtəbəli həyət evi olmuş, evin birinci mərtəbəsi təmirsiz olmuş və ikinci mərtəbədə yaşayış olmuşdur. Rəsul onu evin ikinci mərtəbəsində özünün otağına aparmış və otaqda onunla bir qədər öpüşdükdən, döşlərini oynatdıqdan sonra öz cinsiyyət orqanını onun ağzına soxmuş və o, Rəsulun cinsiyyət orqanını sormuşdur. Son zamanlar, yəni iyun ayının ortalarından sonra Rəsul artıq onunla görüşərək cinsi əlaqədə olmaq istədiyini demişdir. Onun nənəsi Səadət xəstə olduğu üçün bir müddət onlarda qalırmış, sonradan yəni 2021-ci ilin iyun ayının ortalarında isə yaşadığı Zaqatala rayonu Çobankol kəndinə getmişdir. Həmin vaxt Rəsul ona rahat görüşmələri üçün nənəsi ilə Çobankol kəndinə getməsini bildirmiş, o da nənəsi ilə Zaqatala rayonu Çobankol kəndinə getmişdir. Həmin vaxt xalasıqızı Aliyə də nənəsigildə olmuşdur. O, Çobankol kəndində olan vaxt Rəsul axşam saatlarında onun yanına gəlib ona yuxu dərmanı gətirmiş, Rəsul həmin dərmanı ona gətirib verdikdə yatması üçün nənəsinə verməsini demişdir. O, həmin dərmanı nənəsi xəstə olduğu üçün verməmiş, həmin gün gecə saat təxminən 24 radələrində Rəsul həyətə girmiş və evin birinci mərtəbəsində onun xalası qızı ilə birlikdə yatdığı otağın pəncərəsindən otağa daxil olmuşdur. Bundan sonra xalasıqızı otaqdan çıxmış və Rəsulla o otaqda qalmışdır. Həmin vaxt Rəsul onun dodaqlarından öpməyə başlamış və sonra əynində olan donunu çıxartmışdır. Daha sonra öz cinsiyyət orqanını çıxardıb arxa keçəcəyinə soxmuş, həmin gün saat 05 radələrinə qədər otaqda onunla arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Xalası qızı Aliyə ona bir neçə dəfə zəng vursada o, telefonlara cavab verməmiş, bundan sonra Aliyə otağa girərək Rəsulun onunla arxa keçəcəkdən cinsi əlaqədə olmasını görmüşdür. Aliyə otağa girdikdən sonra Rəsul paltarını geyinib otaqdan çıxıb getmişdir. Bundan sonra o, Aliyəyə bu barədə heç kimə deməməsini xahiş etmiş, Aliyə də bu barədə heç kimə deməmişdir. Bundan bir neçə gün sonra, yəni 30 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixə keçən gecə Rəsul yenə onunla mobil telefonla danışaraq Zaqatala şəhərində yerləşən evlərinə onun yanına gəlmək istədiyini demiş, yataq otağının pəncərəsi küçəyə tərəf olduğundan, eləcə də evləri hündür olmadığından Rəsul onunla danışdıqdan sonra pəncərədən yataq otağına girmişdir. Rəsul yenə onun dodaqlarından bir qədər öpdükdən sonra əynində olan paltarlarını soyundurmuş və onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Rəsul öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmuş və o, öz razılığı ilə Rəsulla cinsi əlaqədə olmuşdur. Həmin vaxt səs gəldiyi üçün Rəsul tez paltarını geyinib otaqdan çıxmışdır. Rəsul otaqdan çıxan vaxt onunla cinsi əlaqədə olarkən bakirəliyi pozulduğu üçün gələn qanın töküldüyü yastığın üzünü özü ilə götürüb aparmış, həmçinin ona anasının şübhələnməməsi üçün yatağına şirə tökməsini bildirmişdir. O da Rəsulun dediyi kimi etmiş və həmin vaxt anası onun otağına gəlmiş və yatağının dağılmış vəziyyətdə olduğunu görmüşdür. Anası ondan nə olmasını soruşduqda o da şirə dağıldığını bildirmişdir. Bundan sonra anası mobil telefonunu əlindən alıb onun əvəzindən Rəsulla yazışmış, həmin vaxt əvvəlcədən planlaşdırdıqları kimi Rəsul anasına onunla görüşmədiyini, yəni onların evlərində olmadığını bildirmişdir. 07 iyul 2021-ci il tarixdə ad günü olmuş, həmin gün səhər saatlarında Rəsul ona zəng vuraraq ad gününü təbrik etmiş və axşam saatlarında onunla görüşəcəyini bildirmişdir. O da anasından Rəsulla görüşmək üçün icazə almış, həmin gün saat 17 radələrində Rəsul anasına zəng vuraraq onunla saat 19 radələrinə qədər görüşmək üçün icazə istəmiş, lakin anası icazə verməmişdir. O, həmin vaxt anası ilə mübahisə etmiş, sonra Rəsul yenidən ona zəng vuraraq onun anasının onların bir yerdə olmasına razı olmadığını deyərək ayrılmaq istədiyini bildirmişdir. O da anasının yanından uzaqlaşaraq Rəsulla danışmış və artıq Rəsulun hər şeyi bəhanə edərək ondan ayrılmaq istədiyini başa düşmüşdür. Buna görə də o, yenidən anasının yanına gəlib Rəsuldan ayrıldığını bildirmişdir. Həmin vaxt anası Gülanə ona Rəsulla hər hansı bir münasibəti olmasını, yəni Rəsulun onunla cinsi əlaqədə olub-olmamasını soruşmuş, o da anasına Rəsulla yaşadığı evdə cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra anası Gülanə Rəsulun mobil telefon nömrəsinə zəng vuraraq dəvət etmiş, Rəsul onların yanına gələn vaxt anası Rəsula üçünün ola biləcəyi sakit bir yerə getməyi bildirmişdir. Rəsul da özünün idarə etdiyi göy rəngli VAZ-21011 markalı avtomobili ilə Göyəm kəndinin kənarında çay kənarına aparmışdır. Həmin yerdə anası Gülanə Rəsuldan onunla nəyə görə cinsi əlaqədə olmasını soruşmuş, Rəsul isə onunla cinsi əlaqədə olmasını inkar etmiş, belə olan halda o, Rəsula yaxınlaşaraq nəyə görə düzgün danışmadığını demişdir. Lakin həmin vaxt Rəsul yenə onunla cinsi əlaqədə olmadığını bildirmişdir. Bundan sonra anası Rəsulun üstünə tərəf getmiş, həmin vaxt Rəsul kənara qaçmış, sonra anası Rəsulun maşınından bir ədəd bıçaq taparaq götürüb Rəsulun arxası ilə getmiş, sonra Rəsul onun yanına yaxınlaşmış, o yenə Rəsula nəyə görə düzgün danışmadığını bildirmişdir. Rəsul isə ona «mən nə bilim sən mənimlə olmusan, başqası ilə olub mənim üstümə atırsan» deyə ona qışqırıb sonra da nalayiq söyüş işlətmişdir. Həmin vaxt anası Gülanə onların yanına yaxınlaşıb əlində olan bıçaqla Rəsula tərəf bir zərbə atmış, həmin zərbə Rəsulun əlinə dəymişdir. Bundan sonra Rəsul qaçdıqdan sonra anası da Rəsulun maşınının pəncərələrini sındırmış və təkərlərini bıçaqla deşmişdir. Bir qədər sonra Rəsulun anası onun anasına zəng vuraraq oğlunun qolunu bıçaqla vurduğuna görə cavab verəcəyini deyib evlərinə çağırmışdır. Bundan sonra anası Gülanə ilə birlikdə taksi ilə Rəsulun yaşadığı evə getmişdir. Həmin vaxt Rəsulun anası onun anası ilə mübahisə etməyə başlamış, sonra Rəsul gəlib anası Gülanənin əllərini tutmuş və anası da saçlarını yolmuş, həmin vaxt o araya girib anasını onların əlindən almışdır. Sonra anası Gülanə 102 xidmətinə zəng vuraraq münaqişə barədə məlumat vermişdir. Həmçinin o, əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan vaxt evlənəcəyini bildirdiyi üçün Rəsula inanıb öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onunla arxa keçəcəkdən qeyri təbii yola cinsi əlaqədə olan vaxt da onun razılığı ilə olmuş, Rəsul ona qarşı heç bir zor tətbiq etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəl vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olmağını 01 iyul 2021-ci il tarixdə göstərmişdir. Lakin Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının ortalarında Zaqatala rayon Çobankol kəndində nənəsinin evində onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən onun razılığı ilə təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun bakirəliyi pozularaq ondan çoxlu qan axmışdır. 01 iyul 2021-ci il tarixdə Zaqatala şəhərində yaşadığı evdə Təqsirləndirilən şəxs onunla təkrar razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxsla Çobankol kəndində cinsi əlaqədə olarkən bakirəliyi pozulması ilə bağlı ondan axan qanın bulaşdığı paltarları zibilliyə atmışdır. Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 07 iyul 2021-ci il tarixdə qızı Leyla öz ad günündə Təqsirləndirilən şəxs ilə görüşməsinə icazə verməsini istəmiş, lakin ona icazə verməmişdir. Bir qədər sonra Rəsul onun istifadə etdiyi mobil telefona zəng vurub qızı Leyla ilə görüşmək istədiyini bildirdikdə o, Rəsula qızı Leyladan uzaq durmasını bildirmişdir. Bundan sonra onun qızı Leyla əvvəlcə öz otağına getmiş, daha sonra yenidən onun yanına gələrək Rəsulla ayrıldığını demişdir. O, qızı Leylaya Rəsulla aralarında hər hansı bir hadisə olub olmamasını soruşmuş, Leyla isə ona 01 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində Rəsulun pəncərədən yataq otağına girdiyini və birlikdə cinsi əlaqədə olduqlarını söyləmişdir. O, bundan sonra istifadə etdiyi mobil telefonla zəng vuraraq Rəsulu yanına çağırmış, bir qədər sonra Rəsul onların evinin qarşısına gələrək ona başqa sakit yerdə söhbət etməyi təklif etmişdir. O da təkliflə razılaşıb Rəsulun idarə etdiyi VAZ-21011 markalı avtomobilə oturmuş və birlikdə Zaqatala rayonu Göyəm kəndi ərazisində çay kənarına getmişlər. Rəsul maşını saxladıqdan sonra onlar avtomobildən düşmüş və o, Rəsuldan qızı Leylanın dediklərinin doğru olub olmadığını soruşmuşdur. Rəsul ona qızı Leyla ilə cinsi əlaqədə olmadığını bildirsə də, o, Rəsula qızı Leylanın yalan danışmayacağını deyərək təkrar soruşmuş, lakin Rəsul yenə inkar etmişdir. Rəsul inkar etdikdə onun yanında olan qızı Leyla «Rəsul hər şeyi danış, mən mamaya olanları demişəm» demiş, bu zaman Rəsul onun qızı Leylaya tərəf şillə ataraq «sən pozğunsan məndən başqa neçə oğlanla görüşmüsən» deyə qışqırmış, daha sonra ona tərəf çönərək «sən qızına sahib çıxmamısan, qızın kimlərlə gəzib kimlərlə get başqa yerdə axtar» deyərək onun sifətinə sillə ilə vurmuşdur. O, Rəsulun sözlərindən və onu vurmasından əsəbləşərək əvvəlcə Rəsula tərəf daş atmış, daha sonra isə maşına gedib orada olan bıçağı götürərək Rəsulun idarə etdiyi avtomobilin təkərlərini deşməyə başlamış, bu vaxt Rəsul da onun üstünə gəlmiş və əlində olan bıçaq Rəsulun əlinə dəymişdir. Bundan sonra Rəsul onun və qızı Leylanın ünvanına nalayiq söyüşlər söyüb qaçıb getmişdir. O, əsəbləşərək yerdən daşları götürüb Rəsulun idarə etdiyi maşının şüşələrini sındırmış, daha sonra isə qızı Leyla ilə birlikdə Rəsulun anası ilə görüşmək üçün Rəsulun yaşadığı evə getmiş, Rəsulun anası Sevilə oğlu Rəsulun onun qızı Leylaya qarşı etdiyi hərəkətləri demişdir. Həmin vaxt Rəsul da onların yanına gələrək arxadan onun qollarını tutmuş, Sevil isə onun saçlarını yolmuşdur. Bu zaman onun qızı Leyla onları ayırmış və o, polisə şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, X4 onun xalası, Təqsirləndirilən şəxs isə xalası Sevilin kiçik oğludur. Onun Rəsul və Sevil ilə yaxşı münasibətləri vardır. Qanuni nümayəndə əvvəllər tanımamış, onun Gülanə və ailəsi ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 07 iyul 2021-ci il tarixdə saat təxminən 21 radələrində o, yaşadığı evdə olan vaxt xalası Sevil zəng vuraraq evinə basqın edildiyini deyərək onları köməyə çağırmışdır. O, anası Nəfizət ilə birlikdə xalası Sevilin yaşadığı evə getmiş, evə çatanda sonradan tanıdığı Qanuni nümayəndə və onun qızı Leylanın evdə oturduğunu görmüşdür. O, Gülanənin əynində olan ağ rəngli köynəyin qanlı vəziyyətdə olduğunu görüb Gülanədən nə baş verdiyini, üzərindəki qanın haradan olmasını soruşsa da, Gülanə ona cavab verməmişdir. Bu zaman onun anası Nafizət Gülanəyə qışqıraraq evdən getməsini, Leyla isə olanları deyəcəyini bildirmişdir. Leyla həmin gündən 5 gün əvvəl Rəsul ilə görüşdüyünü və cinsi əlaqədə olduğunu onlara demiş, onun xalası Sevil də Gülanəyə «sən mənim yanıma niyə belə gəlmisən» deyərək, «əgər elə bir şey olubsa həkimə aparıb, Rəsul tərəfindən olunması sübut olunsa gəlin gətirəcəyini» bildirmişdir. Həmin vaxt Gülanə və Leyla bir-birilərinin üzlərinə baxaraq Leyla utandığını bildirərək həkimə getməkdən imtina etmişdir. Bundan sonra onun anası Nafizət Gülanə və Leyla ilə bir qədər söhbət etdikdən sonra Gülanə və Leyla evdən çıxıb getmişlər. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi olan nənəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş və o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun atası və anası Rusiya Federasiyasında yaşamış, o, anadan olduqdan sonra anası Hürü onu nənəsinin himayəsinə verərək Rusiya Federasiyasına getmişdir. O da həmin vaxtdan nənəsi Gülbənizin himayəsində yaşamışdır. O, Zaqatala rayonu Çobankol kənd orta məktəbinin 9-cu sinifini bitirmişdir. Zərərçəkmiş şəxs onun xalası Gülanənin qızıdır. Onun Leyla ilə yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs isə 2021-ci ilin iyun ayında Leylanın sevgilisi kimi tanımış, Rəsul ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin iyun ayının ortalarında Leyla onun yaşadığı evə gəlmiş, həmin vaxt Leyla ona axşam Rəsulun da onlara gələcəyini bildirmişdir. Həmin gün gecə təxminən 02 radələrində Rəsul onun yaşadığı evə gəlmiş, onun yataq otağı evin birinci mərtəbəsində yerləşmiş və evin pəncərəsinin dəmir barmaqlıqları olmamışdır. Rəsul pəncərədən onun otağına keçmiş, həmin vaxt Leyla da onun yanında olmuşdur. Rəsul onun otağına keçdikdən sonra Leyla və Rəsul çarpayıda uzanmışlar, o isə öz döşəyini yerə qoyduğu üçün yerdə uzanmışdır. O, yerdə yatağına uzanan vaxt Leyla ilə Rəsul çarpayıda uzanıb söhbət etmişlər, bir müddət sonra o, yuxuya getmişdir. O, bir neçə saat sonra ayılmağa çalışsa da ayıla bilməmiş, həmin vaxt yuxulu halda Leylanın eləmə deyib qışqırıq səslərini eşitmişdir. Bundan sonra o, yenə yuxuya gedib yatmışdır. Həmçinin Leyla ona gecə Rəsulun onunla qeyri təbi yolla, yəni arxa tərəfdən cinsi əlaqədə olduğunu da bildirmişdir. Bundan başqa 07 iyul 2021-ci il tarixdə saat 19 radələrində Rəsul «Teleqram» sosial şəbəkəsi vasitəsi ilə ona zəng vuraraq Leylanın onu zibilə saldığını, ancaq ona inandığını, evə gələn vaxt Leyla ilə uzandığı yataq otağında olan pastelləri yumağını və onun yaşadığı evə gəlmədiyini, həmçinin onu tanımadığını deməyini istəmişdir. O da Leyla ilə Rəsulun arasında olan məsələnin nə olduğunu bilmədiyi üçün “yaxşı” deyə cavab vermişdir. Bir gün sonra isə Leyla ona Rəsulun onunla dalaşdığını və polisə şikayət etdiyini bildirərək Rəsulla birlikdə yatdığı pastelləri istəmişdir. O da Rəsulun ona dediklərini Leylaya bildirmiş, sonra xalası Gülanə onlara gələrək yataq otağında Rəsulla Leylanın birgə yatdıqları çarpayıda olan pastelləri götürmüşdür. Həmin patellərdə həqiqətən qan izləri olmuşdur. İş materiallarında olan Zaqatala şəhəri Humanitar fənlər Gimnaziyası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs X sinifi bitirmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Zərərçəkmiş şəxs dair şəxsi məlumatlardan çıxarışdan görünür ki, o, 07.07.2015-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilmiş 283 nömrəli 12.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol baldırın aşağı 1/3-nin ön-iç səthinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin müxtəlif şəraitlərdə o cümlədən, kələ-kötür səthlə xəsarət nahiyəsi arasında olan sürüşmədən əmələ gəlməsi istisna edilmir, lokalizasiyasına, paralelliyinə, trayektoriyasına, istiqamətinə görə, demək olar ki, fiziki zor tətbiq edərək cinsi əlaqə zamanı yaranmağa xarakterik deyildir, müddəti müayinədən bir günə qədər vaxta uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə olunan vaxtdan 2-3 həftə müddətə uyğundur, təbii yolla cinsi əlaqə zamanı kişi cinsiyyət orqanının təsirindən əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxsm məhkəmə-tibbi ekspertizası zamanı arxa keçəcəkdə zəif hamarlaşma, arxa keçəcəyin sıxıcı əzələlərin tonusunun zəifləməsi, düz bağırsağın qıfvari formada açılması, arxa keçəcəkdə düz bağırsağa doğru uzanan köhnə cırılmanın ağımtıl rəngli çapıq izi aşkar edilmişdir ki, bu da mütəmadi qeyri təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər kimi qiymətləndirilir, arxa keçəcəkdə olan çapıq toxumanın rənginə əsasən demək olar ki, bu zədələnmə beş-altı ay əvvələ uyğun müddətdə qeyri təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər. İş materiallarına əlavə edilmiş 08 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəllısinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə saat 02:20-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 09.07.2021-ci il tarixli 4(033)-29/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs-xx xxxx 1997-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala şəhəri X8 küçəsi ev 79 ünvanında qeydiyyatda olmaqla, tutulanadək Zaqatala şəhəri Şimal-Şərq massivi, Y.Məmmədov küçəsi ev 36-da yaşamış Təqsirləndirilən şəxs barəsində 08 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay, yəni 08 oktyabr 2021-ci il tarixə saat 02:20-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 04.10.2021-ci il tarixli 4(033)-41/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs-xx xxxx 1997-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala şəhəri X8 küçəsi ev 79 ünvanında qeydiyyatda olmaqla, tutulanadək Zaqatala şəhəri Şimal-Şərq massivi, Y.Məmmədov küçəsi ev 36-da yaşamış Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 08 dekabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Qanuni nümayəndə tərəfindən imzalanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şəikayətləri və tələbləri yoxdur. Yazdıqlarının nəzərə alınmasını xahiş edirlər. İş materiallarında olan DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinə əlavə olunmuş ekspert rəyi, arayışlar, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında tanış olduğu xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının əvvəllərində cinsi ehtirasını ödəmək məqsədilə yaşadığı Zaqatala şəhəri, Y.Məmmədov küçəsi 36 ünvanında yerləşən evə apararaq orada razılığı ilə öz cinsiyyət orqanını sonuncunun ağzına daxil edib oral yolla cinsi ehtirasını ödəməklə, 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs nənəsinin yaşadığı, Zaqatala rayonu, Çobankol kəndində yerləşən evdə razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxub qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmiş, eləcə də təbii yolla cinsi əlaqədə olmaqla qızlıq pərdəsinin tamlığını pozmuş, həmçinin 01 iyul 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evdə sonuncunun razılığı ilə yenidən təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs dodaqlarından və döşlərindən öpmədiyini və əlləri ilə Leylanın döşlərini sıxmadığını, Leylanın yatdığı otağa pəncərədən daxil olmadığını, onunla bir çarpayıda uzanıb dodaqlarından və döşlərindən öpmədiyini, eləcə də onunla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, 30 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixə keçən gecə Leylanın yaşadığı evin pəncərəsindən evə daxil olmadığını, onunla cinsi əlaqədə olmadığını, ümumiyyətlə Leylaya qarşı nə vaxtsa seksual hərəkətlər etmədiyini göstərmiş, həyəcanlı olduğundan ibtidai istintaq zamanı “çarpayıda uzandıqları zaman o Leylanın dodaqlarından və döşlərindən öpmüş və əlləri ilə Leylanın döşlərini sıxmış” məzmununda izahat vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadəsi iş materiallarında olan ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nuriyeva X5 şəhəri, Faiq Əmirov küçəsində yerləşən "xxxx" MMC-nin rəsmi dillerində işləmiş, Leylanın işlədiyi yerdə binanın yuxarı mərtəbəsində yerləşən «Güvən» klinikasında isə anası Sevil işləmişdir. O, anasını işə aparıb gətirdikdə Leylanı görmüş və sonradan Leyla ilə tanış olmuş, Leyla ilə istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələri ilə danışmış, məqsədi Leylanı tanımaq olmuş, Leylaya qarşı fikiri ciddi olmuşdur. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs Zaqatala rayonu Çobankol kəndinə nənəsinin yaşadığı evə getmiş, o Leyla ilə mobil telefonla danışan vaxt görüşmək istədiyini, yuxu gətirmək üçün dərmanı olduğunu, həmin dərmanı nənəsinin çayına və ya suyuna qatıb verdikdə yatacağını və onlarında rahat görüşə biləcəyini bildirmiş, bundan sonra Leyla razılaşmışdır. O, Zaqatala rayonu Çobankol kəndinə getmiş, əvvəlcədən özündə olan adını unutduğu dərmanı küçədə Leylaya vermiş, bundan sonra özü isə Çobankol kəndində gözləmiş, həmin gün saat 01 radələrində bağdan həyətə daxil olmuş və həyətdən də Leylanın yatdığı evin birinci mərtəbəsində olan otağın pəncərəsindən otağa keçmişdir. Həmin vaxt otaqda Leylanın xalası qızı Aliyə də olmuş, o otağa girdikdən sonra Leyla ilə çarpayıda uzanmış, Aliyə isə döşəmədə hazırladığı yerə uzanmış, o həmin gün gecə saat 05 radələrinə qədər Leyla ilə birlikdə çarpayıda uzanmış, həmin vaxt o Leylanın dodaqlarından və döşlərindən öpmüş və əlləri ilə Leylanın döşlərini sıxmış, sonra Leylanın nənəsinin oyandığını bildiyi üçün yenə pəncərədən keçib qayıtmış, həmin vaxtdan sonra o, yenə Leyla ilə mobil telefon vasitəsi ilə danışmış, bir neçə dəfə də Leyla ilə Zaqatala şəhərində parka getmişdir. 2021-ci ilin iyun ayının sonlarında saat 01 radələrində Leylanın yaşadığı Zaqatala şəhərində yerləşən evin qarşısına gəlmiş, Leyla yaşadığı evin pəncərəsindən düşmüş və onun idarə etdiyi VAZ-21011 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri ərazisində gəzmişdir. Zaqatala şəhəri ərazisində gəzən vaxt Leylanın anası ona mesaj yazdığı üçün Leylanı yaşadığı evin qarşısına gətirmiş və Leyla pəncərədən evə girmişdir. Zərərçəkmiş şəxs evində olmamış və Leyla ilə cinsi əlaqədə olmamışdır. Çobankol kəndində Leyla ilə qeyri-təbii yola cinsi əlaqədə olmamış, həmin vaxt Leyla ilə çarpayıda uzanıb dodaqlarından və döşlərindən dodaqları ilə öpmüşdür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bütün bunlara əsasən məhkəmə cəzanın məqsədlərinə qismən nail olunduğunu, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 08 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutun,məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 08 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar