Məhkəmə qərarları › İş №1(033)-7/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-7/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-7/2021 02.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, prokuror-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri X6, zərərçəkmiş şəxsin və mülki iddiaçının hüquqi varisi qismində dindirilmiş Nümayəndə Calal oğlunun, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: 1. 26 avqust 1993-cü il tarixdə Zaqatala rayon Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Zaqatala rayon Çobankol kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində Zaqatala rayon məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə,

2. xx xxxxxx 1994-cü il tarixdə Zaqatala rayon Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Zaqatala rayon Çobankol kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində Zaqatala rayon məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi :

Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 06 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zaqatala rayonu Çobankol kəndində yerləşən, faktiki Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, etmiş olduğu həmin oğurluq cinayətinin hadisə yerində qala biləcək izlərini məhv etmək məqsədilə 08 iyul 2020-ci il tarixdə, saat 01 radələrində təkrarən yaşayış olmayan həmin fərdi yaşayış evinin yuxarıda qeyd edilən pəncərəsindən keçməklə qanunsuz olaraq evə daxil olmuş, hadisə yerində Təqsirləndirilən şəxs1 evi yandırmaqdan çəkindirmək məqsədilə ona dediyi sözlərə əhəmiyyət verməyərək sonuncunun məlumatı və iştirakı olmadan evdən tapdığı kibritlə yataq otağında yataq dəstinin üzərindəki örtüyə od vurmaqla yandıraraq təmir-tikinti işlərinə münasibətdə cəmi 28665,1 manat, Malaziya istehsalı, 1.6 x 2 metr ölçülü, 1500 manat dəyərində 01 ədəd taxtı, Malaziya istehsalı, qab yığmaq məqsədilə istifadə edilən, 4.5 metr uzunluğunda, 2 metr hündürlükdə, 2000 manat dəyərində 01 ədəd mebel dəstini, Malaziya istehsalı, dəst şəkilində 2000 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, Malaziya istehsalı, dəst şəkilində 1500 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, Malaziya istehsalı, 500 manat dəyərində 01 ədəd jurnal masasını, hər biri 145 manat dəyərində olan 04 ədəd pərdələri, hər biri 140 manat dəyərində, üç qat atlas parçadan hazırlanmış, 13 ədəd pərdələri, dəst şəklində 300 manat dəyərində 12 ədəd boşqabları, dəst şəklində 200 manat dəyərində 12 ədəd stəkanları, dəst şəklində 100 manat dəyərində 12 ədəd qaşıqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd çəngəlləri, dəst şəklində 200 manat dəyərində 12 ədəd bıçaqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd nəlbəkiləri, dəst şəklində 400 manat dəyərində 12 ədəd meyvə qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd mürəbbə qablarını, dəst şəklində 200 manat dəyərində 12 ədəd iri içki qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd kiçik içki qablarını, dəst şəklində müxtəlif ölçülü, 1000 manat dəyərində 12 ədəd qazanları, dəst şəklində 600 manat dəyərində 12 ədəd siniləri, 100 manat dəyərində 01 ədəd çilçırağı, hər biri 400 manat dəyərində 03 ədəd sandığı, hər biri 48 manat dəyərində 11 ədəd yorğanı, hər biri 56 manat dəyərində 12 ədəd döşəyi, hər biri 30 manat dəyərində 12 ədəd yastığı, hər biri 30 manat dəyərində 09 ədəd döşəkçəni, hər biri 15 manat dəyərində 14 ədəd yastıq üzlüyünü, hər biri 16 manat dəyərində 10 ədəd yorğan üzlüyünü, hər biri 25 manat dəyərində 08 ədəd döşək üzlüyünü, “Embawood” firmasının istehsalı olan, 1300 manat dəyərində, dəst şəkilində 02 ədəd tumba, 01 ədəd termo və 01 ədəd taxtı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd servantı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd şifoneri, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1400 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1100 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, hər biri 150 manat dəyərində, qara rəngli, 02 ədəd kişi qış gödəkçələrini, hər biri 150 manat dəyərində, biri qəhvəyi rəngli, digər ikisi qara rəngli olan 03 ədəd qadın qış gödəkçələrini, hər biri 25 manat dəyərində, göy və qara rəngli, 04 ədəd kişi cins şalvarlarını, hər biri 15 manat dəyərində, boz, tünd göy və qara rəngli 08 ədəd kişi şalvarlarını, hər biri 50 manat dəyərində, qara və ağ rəngli, 04 ədəd kişi və qadın idman geyim dəstlərini, hər biri 20 manat dəyərində, boz, tünd göy, ağ, qara və qarışıq rəngli 10 ədəd kişi köynəklərini, hər biri 30 manat dəyərində, qara və qəhvəyi rəngli 04 cüt kişi ayaqqabılarını, hər biri 30 manat dəyərində, qara, ağ və qəhvəyi rəngli 06 cüt qadın ayaqqabılarını, 600 manat dəyərində, 3x5 metr ölçülü, 400 manat dəyərində, 2x3 metr ölçülü, 500 manat dəyərində, 3x4 metr ölçülü xalçaları, hər biri 400 manat dəyərində və 2x3 metr ölçülü 03 ədəd palazları, 400 manat dəyərində 01 ədəd çilçırağı, 800 manat dəyərində “Samsung” markalı 01 ədəd soyuducunu, 150 manat dəyərində 01 ədəd ətçəkən maşını, “WOLF” firmasının istehsalı olan, 400 manat dəyərində 01 ədəd tozsoranı, 80 manat dəyərində 01 ədəd ütünü, 50 manat dəyərində, “TEFAL” markalı 01 ədəd elektrik çaynikini, hər biri 350 manat dəyərində, “SAMSUNG” markalı 02 ədəd televizorları, 60 manat dəyərində, “SHİVAKİ” markalı 01 ədəd videomaqnitafonu, 60 manat dəyərində, “HİTACHİ” markalı 01 ədəd su motorunu yandırmaqla isə evin içərisindəki məişət və digər əşyalara münasibətdə cəmi 29070 manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs Calal qızına məxsus 57735,1 manat məbləğində külli miqdar sayılan özgə əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 06 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zaqatala rayonu Çobankol kəndində yerləşən, faktiki Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 iyul 2020-ci il tarixdə saat 23 radələrində Zaqatala rayon Çobankol kəndində Qəşəm adlı şəxsə məxsus kafede Ramazanla birlikdə təxminən 06 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrinədək yeyib içmişlər. Onlar Ramazan gətirdiyi spirtli içki olan bir litr Rusiya Federasiyası istehsalı olan araq içmişlər. Həmin kafeni təxminən 06 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində tərk etmişlər. Onlar yolda gedən zaman Ramazanla Fatimat adlı qadına məxsus evdə yaşayış olmadığını bildikləri üçün həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Onların hər ikisi oğurluq etmək barədə razılaşmış, həmin evin darvazasının üzərindən aşaraq həyətə daxil olmuşlar. Onlar həyətə daxil olduqdan sonra evə daxil olmaq üçün yer axtarmışlar. Evin arxa hissəsində olan pəncərədən evə daxil olmağa qərar vermişlər. Ramazan həmin pəncərəni əli ilə sındırmış, onlar evə daxil olmuşlar. Onlar evə daxil olduqda yataq otağına daxil olmuş, həmin yataq otağında pəncərədən daxil olduqda solda yataq dəsti olmuş, sağ tərəfdə isə digər otaq olmuşdur. Onlar həmin otağı axtaran zaman həmin otaqda qızıl, pul, heçnə tapmamış, həmin otaqdan digər otağa keçmişlər. Onlar keçdikləri digər otaq böyük zal olmuş, həmin otaqda divanlar, köhnə şkaf və s. əşyalar olmuşdur. Onlar digər yataq otağına daxil olmuşlar, həmin otağın döşəməsi dağılmış sökülmüş halda olmuşdur. Onlar otaqları axtarıb qızıl və pul tapmadıqdan sonra yataq otağından iki ədəd simovar, bir ədəd qazan, bir ədəd 0,5 ölçülü spirtli içki olan Whisky, bir ədəd martini, iki ədəd isə adını dəqiq bilmədiyi 1 litr ölçülü araq götürmüşlər. Onlar həmin yerdən çıxıb evə getmişlər. Ramazan qazanları digər oğurladıqları əşyaları özü ilə evə aparmış, sabahısı gün axşam Qəşəm adlı şəxsin kafesində Fazil, Ramazan və Qəşəmlə birlikdə oturub bir ədəd arağı orada birlikdə içmişlər. Həmin günün sabahısı təkrar həmin kafedə Ramazan, Fazil və Qəşəmlə birlikdə bir ədəd də arağı içmişlər. Həmin obyektdən bir qədər qabaqda olan Çobankol kafesində pivə və sair alıb içmişlər. Onlar birlikdə kafedən çıxdıqdan sonra evə getdikdə yolda oğurluq etdikləri evin yaxınlığından keçdikdə evə daxil olub iz itirmək üçün yandırmaq istəmişlər. Onlar birlikdə oğurluq etmək üçün girdikləri pəncərədən həmin evə daxil olmuşlar. Onlar evə daxil olduqdan sonra Ramazandan yandıran alaraq evi yandırmaq istəmiş, həmin vaxt yataq örtüyünü yandırmışdır. Ramazan ona mane olaraq həmin yandırdığı hissəni söndürmüşdür. Ramazan ona evi yandırmamağını bildirmiş, həmin vaxt Ramazan alışqanı onun əlindən aldıqdan sonra evi, evə daxil olduqları yataq otağının pəncərəsindən tərk etmişlər. O, Ramazan evi tərk etdikdən sonra əvvəlcədən evdən oğurluq edən zaman servantın gözündə gördüyü kibriti götürüb yataq dəstinin örtüyünə təkrarən od vurub otağı pəncərədən tərk etmişdir. Onun təkrarən yataq otağının örtüyünə od vurmağından Ramazanın xəbəri olmamışdır. Onlar evdən çıxdıqdan sonra hər biri öz yaşadıqları evə getmişlər. O, bir-iki saat keçdikdən sonra pis iy gəldiyini evin yanmasının tüstü iyinin gəldiyini hiss etmiş, yanan evin yanına getmiş, həmin evin yanına getdikdən sonra evin söndürülməsinə kömək etmişdir. 06 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində həmin evdən oğurluğu həmkəndlisi Ramazanla birlikdə etmiş, Ramazan iki ədəd simovar və bir ədəd qazanı özü ilə aparmış, onun həmin əşyaları satdığını bilmiş, lakin həmin əşyaları kimə satmasından məlumatı olmamışdır. O, etmiş olduqları oğurluq əməlindən çox utanmış, oğurluğun bilinməsindən qorxmuşdur. Ona oğurluq etməyi Ramazan təklif etdiyi üçün ilkin ifadəsində evi yandırmağından Ramazanın xəbərsiz olduğunu bildirməmişdir. Etdiyi hərəkətlərdən peşmandır. O mülki iddiaya münasibət bildirərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmək imkanı hazırda yoxdur. Gələcəkdə zərərçəkmiş şəxsə yeni ev tikəcəklərini bildirmişdir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 iyul 2020-ci il tarixdə saat 23 radələrində Zaqatala rayon Çobankol kəndində Qəşəm adlı şəxsə məxsus kafede Farizlə birlikdə təxminən 06 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrinədək yeyib içmişlər. Onlar spirtli içki olan bir litr Rusiya Federasiyası istehsalı olan araq içmişlər. Onlar həmin kafedən təxminən 06 iyul 2020-ci il tarixdə gecə saat 01 radələrində çıxmışlar, yolda gedən zaman Farizlə yaşayış olmadığını bildikləri evdən oğurluq etmək qərarına gəlmişlər. Onların hər ikisi oğurluq etmək barədə razılaşmışlar. Onlar həmin evin darvazasının üzərindən aşaraq həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra evə daxil olmaq üçün yer axtarmışlar. Evin arxa hissəsində pəncərə olmuş, həmin pəncərədən evə daxil olmağa qərar vermişlər. O, həmin pəncərəni əli ilə sındırmış, hər ikisi evə daxil olmuşlar. Onlar evə daxil olduqda yataq otağına daxil olmuş, yataq otağına pəncərədən daxil olduqda solda yataq dəsti olmuşdur. Sağ tərəfdə isə digər otaq olmuş, həmin otağı axtaran zaman həmin otaqda qızıl, pul, heçnə tapmamışlar. Onlar həmin otaqdan digər otağa zala keçmiş, həmin zalda divanlar, köhnə şkaf və s. əşyalar olmuşdur. Həmin otaqdan digər yataq otağına keçmişlər. Həmin otağın döşəməsi dağılmış sökülmüş halda olmuş, həmin otaqdan digər otağa keçmişlər. Onlar birlikdə otaqları axtarıb qızıl, pul tapmadıqdan sonra pəncərədən daxil olduqları yox, digər yataq otağından iki ədəd simovar, bir ədəd qazan, iki ədəd 0,5 ölçülü spirtli içki olan Whisky, iki ədəd isə adını dəqiq bilmədiyi 1 litr ölçülü araq götürmüşlər. Onlar həmin yerdən çıxıb evə getmişlər. Həmin günün sabahısı qazanı və simovarları satmaq qərarına gəlmiş, İntiqam adlı qonşularının dəmir alveri ilə məşğul olduğunu bildiyi üçün kəndin mərkəzində çayçının yanında onunla qarşılaşan zaman ona iki ədəd simovar və bir ədəd qazan olduğunu satmaq istədiyini demişdir. O, satın ala biləcəyini demiş, birlikdə onların evinə getmişlər. O, İntiqama qonşu olduğu üçün birinci həmin əşyaları ona göstərdiyini demiş, evə daxil olduqda iki ədəd simovar evin giriş qapısı ilə üzbəüz olan şkafın üzərində olmuş, İntiqam həmin əşyalara baxan zaman əşyaların iki ədəd simovar və bir ədəd qazanın şəklini çəkmək istəmişdir. O, oğurladıqları əşyalar olduğu üçün həmin əşyaların şəklini çəkməyə İntiqama icazə verməmişdir. O, ona yalandan əmisi oğlanlarının da həmin işlə məşğul olduğu üçün şəkili onların görə biləcəyini demişdir. Onlar İntiqamla bir ədəd qazan və iki ədəd simovarı 200 manata ona satmaq haqqında razılaşmışlar, İntiqam ilkin olaraq ona 100 manat pul vermiş, simovarları və qazanı ona məxsus pikap formalı avtomobilə qoymuşdur. Onlar birlikdə kəndin mərkəzinə gəlmiş, həmin yerdə avtomobildən düşmüş, sabahısı isə kəndin mərkəzində İntiqamla görüşüb ondan 100 manat da pul almışdır. O, İntiqamdan 100 manat aldığı pula birinci gün axşam Qəşəmin kafesində Fariz, Fazil və Qəşəmlə birlikdə oturub Whisky, Martini və bir ədəd arağı orada içmişlər. Həmin günün sabahısı İntiqamdan pulu aldıqdan sonra təkrar həmin kafedə Fariz, Fazil və Qəşəmlə birlikdə bir ədəd də arağı içmişlər. Həmin obyektin özündən pivə və sair alıb içmişlər. Onlar birlikdə kafedən çıxdıqdan sonra evə getmişlər. Onlar yolda oğurluq etdikləri evin yanından keçdikdə Fariz evə daxil olub iz itirmək üçün yandırmaq istəmiş, ona belə bir şey etməməsini bildirmişdir. Lakin içkili olduğu üçün onunla birlikdə evə daxil olmuş, onlar birlikdə oğurluq etmək üçün girdikləri pəncərədən həmin evə daxil olmuşlar. Onlar evə daxil olduqdan sonra Fariz ondan yandıran alaraq evi yandırmaq istəmişdir. Həmin vaxt yataq örtüyünü yandırmış, ona mane olaraq həmin yandırdığı hissəni söndürmüşdür. Ona belə şey etməməsini bildirmiş, yandıranı aldıqdan sonra evin pəncərəsindən evdən çıxmışdır. Onun ardınca isə Fariz evdən çıxmış, birlikdə həmin yerdən uzaqlaşmışlar. Onlar evdən çıxdıqdan sonra hər biri öz yaşadıqları evə getmişlər. O, 08 iyul 2020-ci il tarixdə saat 02 radələrində Farizdən ayrılmış, sabahısı gün kəndə çıxdıqda ev yandığını eşitmiş, hansı ev olduğunu soruşduqda onlar evin yerini dedikdə oğurluq etdikləri ev olduğunu bilmişdir. Daha sonra polis əməkdaşlarının Farizi və İntiqamı çağırdıqlarını bildiyi üçün polisə zəng edib yerini demiş, polisə oğurluq etdiyini bildirmişdir. Lakin Fariz həmin evi yandırmaq istədikdə onun yandırdığı yeri söndürmüşdür. O, Fatimat adlı şəxsə məxsus evi yandırmamış, belə bir fikri olmamış, Fariz həmin evi yandırdıqdan sonra onun yandırdığı yeri söndürmüşdür. Daha sonra evin necə yanmasından məlumatsız olmuşdur. Fariz ona izləri itirmək üçün evə girib evi yandırmaq istədiyini demiş, Farizə belə bir şey etməməsini bildirmişdir. Lakin Fariz evə daxil olan zaman o həddən artıq içkili olduğu üçün Farizlə birlikdə evə daxil olmuşdur. Fariz yataq dəsti örtüyünü yandırdıqda ona mane olaraq örtüyün yanan hissəsini söndürüb, alışqanı onun əlindən almış, alışqanı onun əlindən aldıqdan sonra evi yandırmamasını bildirərək pəncərədən evi tərk etmişdir. Onun evi yandırmaq məqsədi olmamışdır. O, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin ona aid olan hissədə yəni oğurluq nəticəsində vurmuş olduğu maddi zərər hissəsində qəbul edir, həmin zərəri ödəməyə hazırdır, lakin zərərçəkmiş şəxs qəbul etmir və iddianın həmin hissədə təmin edilməsinə etiraz etmir. Etdiyi hərəkətlərdən peşmandır və barəsində təqsirləndirildiyi maddələrlə nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin və mülki iddiaçının hüquqi varisi qismində dindirilmiş Nümayəndə Calal oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 08 iyul 2020-ci il tarixdə Zaqatala rayon Çobankol kəndində yerləşən bacısı Zərərçəkmiş şəxs məxsus yaşayış evində yanğın baş vermiş, gecə saat 03:30 radələrində həmin evə getmişdir. Hadisə yerinə yanğın mühafizə idarəsinin əməkdaşları gəlmiş, təxminən 2-3 saat həmin evdə yanğın baş vermiş, yalnız bundan sonra yanğını söndürməyə müvəffəq olmuşlar. 08 yanvar 2020-ci il tarixdə saat 14 radələrində evin qalıqlarına baxmış, evin qalıqlarının arasında bir ədəd qazan, iki ədəd simovarın qalıqlarının olmadığını müəyyən etmişdir. O, bundan sonra həmin evdə oğurluq olmasından şübhə etmiş, oğurluq olmasından şübhə etdikdən sonra bibisi qızı Sevinc və əri Xurşud onlarda olmuşdur. Onlarla söhbət edən zaman İntiqamın, qohumları Elnarəgilə iki ədəd simovar və bir ədəd qazan gətirdiyini, həmin əşyaları satdığını dediyini demişdir. O, həmin əşyalardan qazanın üzərinə baxdıqda qazanın üzərində “Pərzad” adı yazıldığını görmüş, həmin ad bacısının keçmiş qaynanasının adı olduğu üçün qazanı tanımışdır. Sevinc həmin vaxt qazanı və simovarları tanıdığını, həmin əşyaları Elnarənin göstərdiyini demişdir. O, həmin əşyaları ad olduğu üçün və tanıdığı üçün onun bacısı Fatimatın əşyalarına oxşatdığını demişdir. Onlar ilk əvvəl həmin əşyaların onlarda olan köhnə şəkillərinə baxmış, Sevinc həmin şəkilləri görən kimi tanıyaraq həmin qazan olduğunu demişdir. Onlar ona Elnarə ilə əlaqə saxlayıb qazanın qalıb qalmadığını, əgər qalırsa almaq istədiklərini deməsini istəmişlər. O, Elnarəyə mesaj yazdıqda Elnarə yeznəsi İntiqamın qazanı apardığını demiş, həmin yerdən durub birlikdə Sevinc, Xurşud və Şəfigüllə birlikdə Elnarəgilin həyətinə getmişlər. Onlar evin həyətində simovarı görmüş, onlar evdən çıxana kimi simovara baxıb tanımışlar. Elnarə simovarı İntiqamın gətirdiyini, bir ədəd simovar və bir ədəd qazanın isə İntiqamın özündə olduğunu demişdir. Onlar bundan sonra ondan İntiqama qazanı və simovarı gətirməsini deməsini istəmişlər. O, İntiqama zəng edib dedikdən sonra İntiqam təxminən 10-15 dəqiqəyə gəlmiş, bir ədəd qazan və bir ədəd simovarı da özü ilə gətirmişdir. Onlar həmin əşyaları görən kimi tanımış, onlar ondan həmin əşyaların onda haradan olduğunu soruşduqda Ramazandan aldığını demişdir. O, bundan sonra DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, İntiqam ilə siqaret almaq üçün kəndin orta hissəsinə getdikdə kəndin mərkəzində dükanın yanında adamlar olmuş, həmin şəxsləri tanıdığı üçün İntiqam uşaqlara evi Ramazanın yandırdığını demişdir. O, ona bu barədə deməməsini demiş, Ramazan həmin yerdə olmuşdur. O, yerdən uzaqlaşmış, İntiqamın yanına geri qayıdan zaman İntiqam Ramazanın etiraf etdiyini, lakin evi onun yox Farizin yandırdığını dediyini demişdir. O, bundan sonra polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşadığı üçün onun evinə nəzarət etmiş, bu səbəbdən evdə olan əşyalardan məlumatı olmuşdur. Həmçinin ev yandıqdan sonra bacısı Fatimatla dəfələrlə telefon vasitəsilə videogörüntülü danışaraq evdə olan əşyaların model, markası, sayı və dəyərləri haqqında söhbət etmişdir. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs ona həmin evdə olan ona məxsus əşyalar haqqında məlumatları bildirmişdir. O, həmin əşyaları, əşyaların dəyəri haqqında məlumatları qeyd edərək ifadə verən zaman ifadəsində bildirmişdir. Bacısı Zərərçəkmiş şəxs Calal qızına məxsus yaşayış evindən bir ədəd 150 manat dəyərində 7 litrlik simovar, bir ədəd 100 manat dəyərində beş litrlik simovar, bir ədəd 50 manat dəyərində 40 litrlik qazan, bir ədəd 70 manat dəyərində whisky, bir ədəd 50 manat dəyərində 1 litrlik martini, iki ədəd hər biri əlli manat dəyərində olan litrlik araqlar oğurlanmışdır. Həmin əşyaların oğurlanması nəticəsində ümumilikdə 520 manat məbləğində maddi ziyan dəymişdir. Həmin evi evdən oğurluq etdiklərinin izini itirmək məqsədilə qəsdən yandırmışlar. Həmin evin ümumiyyətlə qaz təchizatı olmamış, həmin evin elektrik təchizatı olmuş, lakin həmin evdə yaşayış olmadığı üçün təxminən 6-7 ay əvvəldən həmin evin işıqlarını baş elektrik sayğacından ayırmışdır. O, bu səbəbdən evin durduq yerdən yanmasından şübhə etmiş, həmin evin qaz və elektriki olmadığı üçün durduq yerə yanmasına inanmamışdır. Onun bacısı Nurullayeva Fatimaya məxsus yaşayış evinin yandırılması nəticəsində evin tikinti və təmir işləri ilə əlaqədar olaraq hansı məbləğdə maddi ziyan dəyməsinin müəyyən edilməsi ilə əlaqədar olaraq Zaqatala rayon Çobankol Bələdiyyəsi vasitəsilə “İstehsalat Təmir ASC” MM tərəfindən həmin evə baxış keçirilərək müvafiq ziyan haqqında akt tərtib edilmişdir. Həmin akt ilə evin yandırılması nəticəsində ümumilikdə evə 28665.1 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Həmin evin təmir işlərindən əlavə həmin evdə olan məişət əşyaları da tamamilə yanmışdır. Belə ki həmin evdə olan bacısı Zərərçəkmiş şəxs məxsus 2002-ci il tarixdə satın aldıqları Malaziya istehsalı 1.6 x 2 metr ölçülü taxt 1500 manat dəyərində, Malaziya istehsalı “Stenka” qab yığmaq üçün mebel dəsti 4.5 metr uzunluğunda, 2 metr hündürlüyündə 2000 manat dəyərində, Malaziya istehsalı bir ədəd divan və iki ədəd kreslo dəst şəkilində 2000 manat dəyərində, “Malaziya istehsalı bir ədəd stol və 6 ədəd stul olmaqla dəst şəkilində 1500 manat dəyərində, Malaziya istehsalı bir ədəd kitab stolu 500 manat dəyərində, modelini dəqiq bilmədiyi ümumilikdə 580 manat dəyərində dörd ədəd hər biri 145 manat dəyərində pərdələr, ümumilikdə 1820 manat dəyərində olan 13 ədəd hər biri 140 manat dəyərində 3 qat atlas materialdan olan pərdələr ümumilikdə 2400 manat dəyərində pərdələr, ümumilikdə evin içərisində modelini markasını dəqiq xatırlamadıqları hər birindən 12 nəfər üçün nəzərdə tutulmuş sayda olan 300 manat dəyərində boşqablar, 200 manat dəyərində stəkanlar, 100 manat dəyərində qaşıqlar, 100 manat dəyərində çəngəllər, 200 manat dəyərində bıçaqlar, 100 manat dəyərində nəlbəkilər, 400 manat dəyərində meyvə qabları, 100 manat dəyərində mürəbbə qabları, 200 manat dəyərində bakallar, 100 manat dəyərində badələr, dəst şəkilində müxtəlif ölçülü 1000 manat dəyərində 12 ədəd qazanlar, 600 manat dəyərində 12 ədəd sinilər ümumilikdə 3400 manat dəyərində qab-qacaqlar, bir ədəd çılçıraq 100 manat dəyərində, üç ədəd sandıq hər biri 400 manat olmaqla 1200 manat dəyərində, müxtəlif vaxtlarda müxtəlif yerlərdən alınmış, məişət üsulu ilə hazırlanmış hər biri 48 manat dəyərində 11 ədəd yorğan, hər biri 56 manat dəyərində 12 ədəd döşək, hər biri 30 manat dəyərində 12 ədəd yastıq, hər biri 30 manat dəyərində 9 ədəd döşəkçə, hər biri 15 manat dəyərində 14 ədəd yastıq üzlüyü, hər biri 16 manat dəyərində 10 ədəd yorğan üzlüyü, hər biri 25 manat dəyərində 8 ədəd döşək üzlüyü olmaqla, ümumilikdə 2400 manat dəyərində yataq dəstləri örtükləri, “Embawood” firmasının istehsalı 1.6 x 2 metr ölçülü taxt, iki ədəd tumba, bir ədəd termo dəst şəkilində 1300 manat dəyərində, “Embawood” firması istehsalı olan 3 metr uzunluğu, 2 metr hündürlüyü olan servant 600 manat dəyərində, “Embawood” firmasının istehsalı bir ədəd 1.8 hündürlükdə, 2 metr uzunluqda şifaner 600 manat dəyərində, “Embawood” firmasının istehsalı bir ədəd divan və iki ədəd kreslo dəsti 1400 manat dəyərində, “Embawood” firmasının istehsalı bir stol və altı ədəd stul şəkilində dəst 1100 manat dəyərində, müxtəlif model və formalı paltarlar, yəni iki ədəd markasını bilmədikləri qara rəngli kişi qış gödəkçəsi hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində, üç ədəd markasını bilmədikləri biri qəhvəyi rəngli, digər ikisi isə qara rəngli olan qadın qış gödəkçəsi hər biri 150 manat dəyərində ümumilikdə 450 manat dəyərində, markasını bilmədikləri kişi cins şalvarları göy və qara rəngli dörd ədəd hər biri 25 manat dəyərində olmaqla ümumilikdə 100 manat dəyərində, markasını bilmədikləri parça materialdan kişi şalvarları boz, tünd göy və qara rəngli səkkiz ədəd hər biri 15 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində, markasını bilmədikləri kişi və qadın idman dəstləri qara və ağ rəngli dörd dəst olmaqla hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 200 manat dəyərində, markasını bilmədikləri kişi üçün köynəklər boz, tünd göy, ağ, qara və qarışıq rəngli 10 ədəd hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 200 manat dəyərində, markasını bilmədikləri kişi ayaqqabıları qara və qəhvəyi rəngli dörd cüt hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində, markasını bilmədikləri qadın ayaqqabıları qara, ağ və qəhvəyi rəngli altı cüt hər biri 30 manat olmaqla ümumilikdə 180 manat dəyərində, üç ədəd,- 3x5 metr ölçülü 600 manat dəyərində, 2x3 metr ölçülü 400 manat dəyərində, 3x4 metr ölçülü 500 manat dəyərində xalçalar ümumilikdə 1500 manat dəyərində, 2x3 ölçülü üç ədəd hər biri 400 manat dəyərində 1980-ci illərdə istehsal olunmuş palazlar ümumilikdə 1200 manat dəyərində, bir ədəd çil çıraq 400 manat dəyərində, soyuducu “Samsung” markalı 800 manat dəyərində, markasını xatırlamadıqları ət çəkən maşın 150 manat dəyərində, tozsoran “Wolf” firmasının istehsalı olan 400 manat dəyərində, markasını xatırlamadıqları ütü 80 manat dəyərində, elektrik çayniki “Tefal” markalı 50 manat dəyərində, iki ədəd Samsung markalı televizor hər biri 90 ekran ölçülü-biri 350 manat dəyərində olmaqla ümumilikdə 700 manat dəyərində, bir ədəd “Shivaki” markalı videomaqnitafon 60 manat dəyərində, bir ədəd “HİTACHİ” markalı su motoru 60 manat dəyərində, olmaqla ümumilikdə evdə olan əşyaların yanması nəticəsində 29070 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin həmin evin yanması nəticəsində evin tikintisinə münasibətdə evə 28665.1 manat məbləğində maddi ziyan dəymişdir. Onu da qeyd edir ki, bacısı Zərərçəkmiş şəxs 16 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun iki uşağı var, onlar da Rusiya Federasiyasında yaşayırlar. Ona görə də, o zərərçəkmiş şəxsin yaxın qohumu (qardaşı) kimi onun hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. O mülki iddiaya dair iddia ərizəsi ilə müraciət edərək ittiham hökmü ilə yanaşı, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq nəticəsində vurumuş 220 (iki yüz iyirmi) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 əmlakı qəsdən məhv etməklə vurduğu 57735 (əlli yeddi min yeddi yüz otuz beş) manat maddi ziyan tutularaq, ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 iyul 2020-ci il tarixdə saat 13 radələrində Zaqatala rayon Çobankol kəndinin mərkəzində olan böyük çayçıda olan zaman Ramazan həmin yerə gəlmiş, onunla söhbət edən zaman Ramazan ondan simovar alıb-almadığını soruşmuşdur. O, ona aldığını, lakin qiymətin simovarın vəziyyətindən asılı olduğunu demişdir. Ramazan ona onda üç ədəd simovar və bir ədəd qazan olduğunu, lakin onlardan iki ədəd simovar və bir ədəd qazanı satdığını demişdir. O, bundan sonra ona həmin əşyalara baxmaq istədiyini, ondan sonra qiymət deyəcəyini demiş, birlikdə Ramazanla onların evinə getmişlər. Ramazan evdə heç kimin olmadığını demiş, qonşu olduğu üçün birinci həmin əşyaları ona göstərdiyini bildirmişdir. O, evə daxil olduqda iki ədəd simovar evin giriş qapısı ilə üzbəüz olan şkafın üzərində olmuş, həmin əşyalara baxan zaman o həmin əşyaların iki ədəd simovar və bir ədəd qazanın şəklini çəkməyə qoymamış, əmisi oğlanlarının da həmin işlə məşğul olduğu üçün şəkili onların görə biləcəyini demişdir. O, Ramazana “şəkillərini çəkim istəyən olsa gəlim alım, birini satın alım qalanını da müştəri olanda alaram” demiş, Ramazan razılaşmamışdır. Ramazan ona pulun bir qismini ver qalanını da sonra verərsən demiş, onunla razılaşmış, iki ədəd biri beş litr ölçülü, digəri isə yeddi litr ölçülü latun simovarları və bir ədəd qırx litrlik qazanı ondan ümumilikdə 200 manata satın almışdır. Lakin həmin pulun 100 manatın satın aldığı günü Ramazanın evində vermiş, pulun 100 manatın isə kəndin mərkəzində yolda görüşüb ona vermişdir. Həmin əşyaları evə aparan zaman Ramazan onunla kəndin mərkəzinə kimi gəlmiş, kəndin mərkəzində düşmüşdür. O, oradan qaynatası Nurullayev Səmədgilə getmiş, qaynatasıgilə getdikdə onlar əvvəlcədən ona yaxşı simovar almaq istədiklərini dediyi üçün satın aldığı simovarları və qazanı çıxarıb stolun üstə qoymuş, hansını istəsələr seçə bilərlər demişdir. Qaynanası Şahid4 böyük olan simovarı seçmiş, Elnarə qonşuluqda yaşayan Sevincin qazan almaq istədiyini demişdir. Həmin qazanı baxmaq üçün onu çağırmış, Sevinc təxminən 1,5 metr hündürlüyü olan onların evlərinin aralığındakı hasarın yanına gəlmiş, həmin hasarın üzərindən qazanı baxması üçün ona vermişlər. O, həmin qazanı özündə saxlamış, simovarı ona verdikdən sonra təxminən iki saat sonra həmin qazanı Elnarəyə geri qaytarmışdır. Həmin gecə və sonrakı günlərdə simovar və qazan qaynanası Elnarəgildə qalmış, Elnarə ona zəng edib qonaq getmək istədiklərini simovar və qazanın isə eyvanda olduğunu kimsə birdən oğurlayar gəl apar demişdir. O, təxminən saat 20 radələrində simovar və qazanı götürüb evə qayıtmış, 08 iyul 2020-ci il tarixdə işdə olmuşdur. O, saat 19:00-da işdən çıxdıqdan sonra evə qayıtmış, həmin gün saat 22 radələrində qaynanası Elnarə ilə danışan zaman simovarı haradan aldığını soruşmuşdur. O, Elnarəyə ona Ramazandan aldığını demişdir. Elnarə ondan tez onlara gəlməsini istəmişdir. O, onlara getdikdə Murad, Sevinc, Elnarə, Xurşud və başqa şəxslər orada olduğunu görmüşdür. Onlar ondan simovarı kimdən aldığını soruşduqda onlara Ramazandan aldığını demişdir. Onlar ona köhnə şəkillər göstərib həmin simovarlar və qazanın onda olub-olmadığını dedikdə həmin əşyaların onda olduğunu demiş, şəkildə gördüyü simovarın birinin qulpunda sim bağlı olduğunu gördükdə Murad dayıya həmin simovarın onda olduğunu lakin qulpunda olan simi isə səliqəli görünməsi üçün qırıb atdığını demişdir. Murad ondan həmin əşyaları satıb satmadığını soruşduqda evdə olduğunu demişdir. Ondan həmin əşyaları gətirməsini istəmiş, evə gedib həmin əşyaları gətirib ona vermişdir. Murad həmin əşyalara baxaraq onların əşyaları olduğunu demiş, polisə zəng edərək məlumat vermişdir. Bundan başqa baş vermiş oğurluq və yanğından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmin əşyaları ona satan zaman onların onun özünə məxsus olduğunu bildirmiş, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 iyul 2020-ci il tarixdə Zaqatala rayon Çobankol kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin yanmasından məlumatı olmuşdur. 06 iyul 2020-ci il tarixdə axşam saat 20 radələrində Fariz və Ramazan birlikdə onun işlətdiyi kafeyə gəlmişlər. Onlar özləri ilə bir litr ölçülü araq və bir ədəd “Whisky” gətirmişlər. Onlarla həmin axşam kafedə oturub həmin bir litr ölçülü arağı Fariz, Ramazan və Fazillə birlikdə içmişlər. O, kafe işlətdiyindən qulluq etdiyi üçün arada onlara yaxınlaşıb bir iki qədəh içib daha sonra öz işi ilə məşğul olmuşdur. Həmin gün onlar içki içdikdən sonra getmişlər, onların gətirdiyi bir ədəd “Whisky” onda kafedə qalmış, həmin günün sabahısı günorta saat təxminən 14-15 radələrində Ramazan təkrarən onun işlətdiyi kafeyə gəlmişdir. Ramazan özü ilə birlikdə Martini adlı bir litr ölçülü içki gətirmiş, Ramazan axşamdan onda qalan bir ədəd “Whisky” –ni içmək istəmişdir. O, özü ilə meyvə gətirmiş, həmin bir ədəd “Whisky” içkini tanımadığı adamlarla içmişdir. Daha sonra isə özü ilə gətirdiyi martinini içmək istəmişdir. Ramazan ondan həmin içkinin dadına bir qədəh içib baxmasını istəmişdir. Ramazan onun xatırlamadığı şəxslərə də həmin içkidən təklif etmişdir. O, martinini içdikdən sonra həmin axşamı saat təxminən 22-23 radələrində o təkrarən öz yaşadığı evə gedib bir ədəd də araq gətirmişdir. Ramazan həmin arağı gətirdikdə ondan bu içkilərin haradan olduğunu soruşmuş, Ramazan həmin içkiləri “yaxşı oğlanlar, dost tanış göndərib” demişdir. Gündüz vaxtı Farizin həmin yerdə olmasını dəqiq xatırlamamış, lakin həmin axşam araq içən zaman Fariz də onunla birlikdə olmuşdur. Təxminən onlar saat 24 radələrinədək onun işlətdiyi kafedə oturub yeyib içmişlər, Ramazanın özü ilə gətirdiyi içkini içmişlər. O, həmin vaxt kafeni bağladıqda onlar çıxmış, onların hara getməsindən məlumatsız olmuşdur. 08 iyul 2020-ci il tarixdə saat 10 radələrində işlətdiyi kafeyə gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin yandığını eşitmişdir. Lakin həmin vaxt evi kiminsə yandırması haqqında heçnə eşitməmişdir. Həmin gün axşam saat 22 radələrində çayçını bağlayan zaman işlətdiyi çayçı ilə üzbəüzdə olan çayçıda Dilqəm adlı həmkəndlisinin Ramazanla söhbət etdiyini, daha sonra isə çölə çıxdığını görmüşdür. Həmin vaxt orada tanımadığı 4-5 nəfər adam olmuş, ev yiyəsinin qardaşı Murad orada olmuşdur. Dilqəm çölə çıxdıqda ondan nə baş verdiyini soruşduqda, Dilqəm ona evi Ramazangilin yandırdığını demişdir. O, ondan haradan bildiklərini soruşduqda Dilqəm həmin evdə olan simovarları Ramazanın satmaq istədiyini, bu səbəbdən evi onların yandırdığını başa düşdüklərini demişdir. Bu səbəbdən Ramazanın evdən oğruluq etdiklərindən şübhələndiklərini demişdir. Həmin vaxt həmin yerə simovarları alan İntiqam adlı həmkəndliləri gəlmiş, İntiqam simovarları Ramazanın ona satdığını demişdir. Bundan sonra orada olan hamı evi onların yandırdığı demişdir. O, Murada yaxınlaşıb Ramazan və Farizin onun işlətdiyi kafedə içki içdiklərini demişdir. Həmin içkilərin şüşələrinin kafedə olduğunu demiş, Murad onunla birlikdə kafeyə gedib şüşələrə baxmışdır. Həmin vaxt yalnız bir ədəd “Martini” və «Wkisky” şüşəsini tapa bilmiş, həmin şüşələri Murada göstərdikdə, o həmin şüşələri tanımış, həmin şüşələrin onların evindəki soyuducuda olan içkilərin şüşələri olduğunu demişdir. O, həmin içkiləri Ramazan və Farizin içmək üçün kafeyə gətirdiklərini demiş, lakin həmin vaxt araq şüşələri qarışığa düşdüyü üçün tapıb verə bilməmişdir. Murad həmin içkilərin şüşələrini özü ilə götürmüş və həmin şüşələri polisə təqdim edəcəyini demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 və X4 ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq edərək, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 iyul 2020-ci il tarixdə saat təxminən 10- 11 radələrində məktəbdə olan zaman gözətçi ona axşam Fatimatgilin evinin yandığını demişdir. O, həmin gün Zaqatala şəhərinə həkimə gəlmiş, təxminən saat 16 radələrində həkimdən Çobankol kəndinə qayıtmış, təzyiqi olduğu üçün dərman atıb sakitləşməyi gözləmişdir. Təxminən saat 21-22 radələrində Muradgilə getmiş, həmin vaxt söhbət edən zaman evdə əşyaların necə olduğunu, nələrin yandığını soruşmuş, Şəhrigül evdə olan bütün əşyaların demək olar ki, tamamilə yandığını bildirmişdir. Lakin evə baxan zaman evdə olan əşyalardan simovarların qalıqlarının və qazanları görmədiyini demişdir. Həmin vaxt Şəhrigülə Elnarə adlı qonşularının satmaq üçün qazan göstərdiyini demişdir. Həmin gündən əvvəlki gün saat 17 radələrində qonşu Elnarə onu çağırıb qazan olduğunu satmaq istədiyini demiş, qazana baxmışdır. Həmin qazanın üzərində kiril qrafikası ilə “Pərzad” yazıldığını görmüş, qazanı almamış, Elnarəyə yoldaşı ilə məsləhət etdikdən sonra alacağını demişdir. Həmin qazanı evə aparmış, Xurşudla məsləhət etdikdə o qazanı almağa razılaşmamışdır. Həmin qazanı almamışdır. Murad və Şəhrigülə həmin qazanın üzərinə baxdıqda orada kiril əlifbası ilə “Pərzad” yazıldığını gördüyünü demişdir. O, həmin qazanın üzərində olan həmin adın Fatimatın qaynanasının adı olduğunu, Elnarənin bir qazan, iki simovarın satdıq olduğunu dediyini demişdir. O, Murad və Şəhrigüllə birlikdə həmin qazanların və simovarların Muradgildə olan şəkillərinə baxmışdır. Onlar həmin şəkilləri də özü ilə götürüb Elnarəgilə getmiş, Elnarəgilə getdikdən sonra simovarın stolun üstündə olduğunu görmüşlər. Onlar simovarların ikisinə və qazana baxdıqda həmin əşyaların Fatimata məxsus olduğunu bilmişlər. Elnarədən həmin əşyaları haradan aldığını soruşmuş, Elnarə həmin əşyaları yeznəsi İntiqamın satmaq üçün ona verdiyini demişdir. Elnarə İntiqamı zəng edib çağırmış, İntiqam təxminən 10 dəqiqə ərzində həmin yerə gəlmiş, İntiqamla söhbət edən zaman Elnarə İntiqama simovarlar və qazanın Fatimata məxsus olduğunu, bizim həmin əşyaları tanıdığımızı demiş, əşyaları haradan aldığını soruşmuşdur. İntiqam həmin əşyaları Ramazan adlı şəxsdən satın aldığını demişdir. Ramazanın həmin əşyaları özünə məxsus olduğunu deyərək ona satdığını bildirmişdir. Muradgil həmin əşyaları götürüb evlərinə getmiş, Elnarəgillə qonşu olduğu üçün evinə getmiş, bundan başqa baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid6 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri uyğun oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 iyul 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayon Çobankol kəndində yerləşən Zərərçəkmiş şəxs Calal qızına məxsus birmərtəbəli yaşayış evidir. Evin həyətinə daxil olmaq üçün dəmir darvaza vardır. Təqsirləndirilən şəxs1 həmin evin giriş darvazsını göstərərək 06.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə həmin darvazanın üzərindən aşaraq həyətyanı sahəyə daxil olduqlarını bildirmiş, həyətyanı sahəyə daxil olduqada birmərtəbəli yaşayış evi vardır. Həmin ev tamamilə yanmış halda olmuşdur. Evin yalnız barıları qalmışdır. Evin barıları yonulmuş ağ rəngli mişar daşından hörülmüşdür. Təqsirləndirilən şəxs1 evin arxa hissəsinə gedən yolu göstərərək həmin hissədən evin digər tərəfinə keçdiklərini bildirmiş, evin arxa hissəsində olan pəncərəni göstərərək 06.07.2020-ci il tarixdə həmin pəncərəni sındırdığını, evə həmin pəncərədən daxil olduqlarını bildirmişdir. 08.07.2020-ci il tarixdə eyni qaydada pəncərədən həmin evə daxil olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 evin qabaq hissəsini göstərərək həmin hissədə zal olduğunu bildirmişdir. Evin qabaq hissəsində olan pəncərələr və evin giriş hissəsi tamamilə yanmış halda olmuşdur. Evin giriş qapısı dəmir materialdandır. Həmin hissədən içəri daxil olduqda pilləkən olmuş, pilləkənlə qalxdıqda solda hamam olmuş, hamam tamamilə yanmışdır. Həmin hissədən sağda bir otaq, üzbəüz hissədə bir otaq olmuşdur. Sağ hissədə olan otaq tamamilə yanmış heç bir əşya olmamışdır. Təqsirləndirilən şəxs1 zalı göstərərək pəncərədən daxil olduqları otağın yataq otağı olduğunu, pəncərədən yataq otağına, yataq otağından isə həmin zala daxil olduqlarını bildirmişdir. Həmin otaqdan digər otağa keçid olmuş, orta hissədə olan digər otağı göstərərək həmin otaqdan iki ədəd simovar, bir ədəd qazan, “Whisky”, “Martini” və iki ədəd isə spirtli içki olan araq oğurladıqlarını bildirmişdir. Zalın baş hissəsində olan otağı göstərərk 06.07.2020-ci il və 08.07.2020-ci il tarixlərdə pəncərədən həmin otağa daxil olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 Farizin 08.07.2020-ci il tarixdə saat 01 radələrində evə daxil olduqdan sonra ondan yandıran istədiyini, onun yanında evdə qalmış izləri-sübutları itirmək üçün yataq örtüyünün üzlüyünü yandırdığını, onun isə həmin hissəni söndürdüyünü bildirmişdir. O, Farizdən yandıranı-alışqanı aldıqdan sonra evi pəncərədən tərk etdiklərini bildirmişdir. İşdə olan baxış keçirilməsi haqqında 10 iyul 2020-ci il tarixli protokoldan görünür ki, şahid Nümayəndə Calal oğlu Təqsirləndirilən şəxs1 onun bacısı Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları əşyalardan İntiqam adlı şəxsə satdığı Zərərçəkmiş şəxs Calal qızına məxsus bir ədəd 7 litr ölçülü simovar, bir ədəd 5 litr ölçülü simovar və bir ədəd 40 litr ölçülü qazanı, həmçinin Ramazan və Fariz adlı şəxslərin oğurluq yolu ilə əldə etdikləri spirtli içkiləri Qəşəm adlı şəxsin kafesində içdiklərini bildirərək həmin spirtli içkilərdən şüşələri qalan Qəşəm adlı şəxsin ona təqdim etdiyi bir ədəd üzərində **********007 nömrəsi, 75 cl sözləri yazılmış “Whisky”, bir ədəd üzərində **********105 nömrəsi, 100 cl sözləri yazılmış “Martını Bıanco” şüşəsini təqdim etmiş, həmin əşyalara baxış keçirilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası FHN-nin Şimal-Qərb reginal DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X10 tərəfindən 08 iyul 2020-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış obyekti Zaqatala rayon Çobankol kəndində Şimal-Qərb hissəsində yerləşən Zərərçəkmiş şəxs Calal qızına məxsus yaşayış evidir. Yaşayış evi 2013-cü ildə inşa edilmişdir. Yaşayış evinin döşəməsi, tavanı, çardağı yerli ağac materialından istifadə edilməklə tikilmişdir. Yaşayış evinin 8 ədəd pəncərəsi plastik tikinti materialından, 5 ədəd daxili qapısı yerli ağac materialından, 1 ədəd giriş qapısı dəmir materialdan istifadə edilərək quraşdırılmışdır. Yaşayış evinin dam örtüyü piramida şəklində dəmir materialdan istifadə edilərək tikilmişdir. Yaşayış evinin yaxınlığında və ümumiliklə yaşayış evində qaz təsərüffatı mövcud olmamışdır. Yaşayış evinin işıqlandırılması üçün elektrik sayğacından xətt çəkilərək montaj edilmişdir. Yaşayış evi bütün istiqamətlərdə öz həyətyanı sahəsi ilə həmsərhəddir. Baxış zamanı müəyyən edilmişdir ki, yanğın daxili otaqda başlamış və bütün binaya yayılmışdır. Ümumilikdə sahəsi 156 m2 olan ev daxili əşyalarla birlikdə yanaraq məhv olmuşdur. İşdə olan 23 iyul 2020-ci il tarixli yanğın haqqında aktdan görünür ki, yaşayış evinin planla ölçüləri uzunluğu 13 metr, eni 12 metr, hündürlüyü 6 metr olmaqla kürsülü 2003-cü ildə inşa edilmişdir. Yaşayış evinin çardağı, tavanı, daxili qapıları, döşəməsi ağac materialdan istifadə edilərək tikilmişdir. Evin dam örtüyü piramida şəkilli dəmir örtüklə örtülmüşdür. Yanğın baş verən vaxta kimi obyektin yanğına qarşı vəziyyəti kafi olmuş, yanğın baş vermə ərəfəsində vəziyyət kafi olmuşdur. Yanğın hadisəsi qonşular tərəfindən saat 03:17 dəqiqədə aşkar olunaraq saat 03:24 dəqiqədə xəbər verilmişdir. Hadisə yerinə YMH-nin iki avtomobili çıxış edərək yanğın saat 04:14 dəqiqədə tam söndürülmüşdür. Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 156 m2 olan ev daxili əşyalarla birlikdə yanaraq məhv olmuşdur. Nəticədə vətəndaşa 28665 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan xxxx MMC-nin aktında göstərilmişdir. İşdə olan Zaqatala rayon Çobankol Bələdiyyəsi tərəfindən “xxxx” MMC-yə verilmiş sorğu əsasında keçirilmiş baxışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Calal qızına məxsus 5 otaqlı həyət evində baş vermiş yanğın nəticəsində yaşayış evinə 28665.1 manat (iyirmi səkkiz min altı yüz altmış beş manat bir qəpik) məbləğində maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli 9/3930 nömrəli məhkəmə əmtəəşunaslıq rəyindən görünür ki, ekspertiza təyini haqında qərarda göstərilən 31 adda malların (istifadədə olan malların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə) 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 14610, 00 (365+14245) manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 12 adda mal haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, istismar müddəti, texniki vəziyyəti və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmənin aparılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli 9/665 nömrəli yanğın və texnoloji partlayışların tədqiqi ekspert rəyindən görünür ki, Zaqatala rayon Çobankol kəndində Fatimat Nurullayevə məxsus fərdi yaşayış evində yanğın mənbəyi, evin qonaq otağının sağ tərəfində yerləşən yataq otağının daxilində çarpayının yerləşdiyi hissədə olmuşdur. Yanğın-qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kibritdən odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli 10/2666 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarından olan məlumatlara, o cümlədən “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş smetaya (cədvələ) əsasən aparılmış tədqiqat nəticəsində Zaqatala rayonu, Çobankol kəndində yerləşən Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinə yanğın nəticəsində dəymiş ziyanın dəyəri təqribən 28665,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, X11 əvvəllər məhkum edilməmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 09 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 iyul 2020-ci il tarixdə 14:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 09 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 iyul 2020-ci il tarixdə 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-47/2020 nömrəli 11.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə, yəni 09 iyul 2020-ci il tarixdən hesablanmaqla 09 oktyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-46/2020 nömrəli 11.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə, yəni 09 iyul 2020-ci il tarixdən hesablanmaqla 09 oktyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 816 nömrəli, 04 oktyabr 2020-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmuşdur. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 815 nömrəli, 04 oktyabr 2020-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. İşdə olan 17 dekabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 16 dekabr 2020-ci il tarixdə Rusiya Federasiyası, Leninqrad vilayəti, Vsevolojski rayonu, Toksovo şəhər tipli qəsəbəsində ölmüşdür. İşdə olan Nümayəndə tərəfindən təqdim edilmiş 02.03.2021-ci il tarixli ərizəsindən görünür ki, 16 dekabr 2020-ci il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 06 iyul 2021-ci il təvəllüdlü X3, 03 iyun 2013-cü il təvəllüdlü X1 və 18 may 2015-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs1, anası isə X12r. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 06 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zaqatala rayonu Çobankol kəndində yerləşən, faktiki Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, etmiş olduğu həmin oğurluq cinayətinin hadisə yerində qala biləcək izlərini məhv etmək məqsədilə 08 iyul 2020-ci il tarixdə, saat 01 radələrində təkrarən yaşayış olmayan həmin fərdi yaşayış evinin yuxarıda qeyd edilən pəncərəsindən keçməklə qanunsuz olaraq evə daxil olmuş, hadisə yerində Təqsirləndirilən şəxs1 evi yandırmaqdan çəkindirmək məqsədilə ona dediyi sözlərə əhəmiyyət verməyərək sonuncunun məlumatı və iştirakı olmadan evdən tapdığı kibritlə yataq otağında yataq dəstinin üzərindəki örtüyə od vurmaqla yandıraraq təmir-tikinti işlərinə münasibətdə cəmi 28665,1 manat, Malaziya istehsalı, 1.6 x 2 metr ölçülü, 1500 manat dəyərində 01 ədəd taxtı, Malaziya istehsalı, qab yığmaq məqsədilə istifadə edilən, 4.5 metr uzunluğunda, 2 metr hündürlükdə, 2000 manat dəyərində 01 ədəd mebel dəstini, Malaziya istehsalı, dəst şəkilində 2000 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, Malaziya istehsalı, dəst şəkilində 1500 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, Malaziya istehsalı, 500 manat dəyərində 01 ədəd jurnal masasını, hər biri 145 manat dəyərində olan 04 ədəd pərdələri, hər biri 140 manat dəyərində, üç qat atlas parçadan hazırlanmış, 13 ədəd pərdələri, dəst şəklində 300 manat dəyərində 12 ədəd boşqabları, dəst şəklində 200 manat dəyərində 12 ədəd stəkanları, dəst şəklində 100 manat dəyərində 12 ədəd qaşıqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd çəngəlləri, dəst şəklində 200 manat dəyərində 12 ədəd bıçaqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd nəlbəkiləri, dəst şəklində 400 manat dəyərində 12 ədəd meyvə qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd mürəbbə qablarını, dəst şəklində 200 manat dəyərində 12 ədəd iri içki qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd kiçik içki qablarını, dəst şəklində müxtəlif ölçülü, 1000 manat dəyərində 12 ədəd qazanları, dəst şəklində 600 manat dəyərində 12 ədəd siniləri, 100 manat dəyərində 01 ədəd çilçırağı, hər biri 400 manat dəyərində 03 ədəd sandığı, hər biri 48 manat dəyərində 11 ədəd yorğanı, hər biri 56 manat dəyərində 12 ədəd döşəyi, hər biri 30 manat dəyərində 12 ədəd yastığı, hər biri 30 manat dəyərində 09 ədəd döşəkçəni, hər biri 15 manat dəyərində 14 ədəd yastıq üzlüyünü, hər biri 16 manat dəyərində 10 ədəd yorğan üzlüyünü, hər biri 25 manat dəyərində 08 ədəd döşək üzlüyünü, “Embawood” firmasının istehsalı olan, 1300 manat dəyərində, dəst şəkilində 02 ədəd tumba, 01 ədəd termo və 01 ədəd taxtı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd servantı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd şifoneri, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1400 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1100 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, hər biri 150 manat dəyərində, qara rəngli, 02 ədəd kişi qış gödəkçələrini, hər biri 150 manat dəyərində, biri qəhvəyi rəngli, digər ikisi qara rəngli olan 03 ədəd qadın qış gödəkçələrini, hər biri 25 manat dəyərində, göy və qara rəngli, 04 ədəd kişi cins şalvarlarını, hər biri 15 manat dəyərində, boz, tünd göy və qara rəngli 08 ədəd kişi şalvarlarını, hər biri 50 manat dəyərində, qara və ağ rəngli, 04 ədəd kişi və qadın idman geyim dəstlərini, hər biri 20 manat dəyərində, boz, tünd göy, ağ, qara və qarışıq rəngli 10 ədəd kişi köynəklərini, hər biri 30 manat dəyərində, qara və qəhvəyi rəngli 04 cüt kişi ayaqqabılarını, hər biri 30 manat dəyərində, qara, ağ və qəhvəyi rəngli 06 cüt qadın ayaqqabılarını, 600 manat dəyərində, 3x5 metr ölçülü, 400 manat dəyərində, 2x3 metr ölçülü, 500 manat dəyərində, 3x4 metr ölçülü xalçaları, hər biri 400 manat dəyərində və 2x3 metr ölçülü 03 ədəd palazları, 400 manat dəyərində 01 ədəd çilçırağı, 800 manat dəyərində “Samsung” markalı 01 ədəd soyuducunu, 150 manat dəyərində 01 ədəd ətçəkən maşını, “WOLF” firmasının istehsalı olan, 400 manat dəyərində 01 ədəd tozsoranı, 80 manat dəyərində 01 ədəd ütünü, 50 manat dəyərində, “TEFAL” markalı 01 ədəd elektrik çaynikini, hər biri 350 manat dəyərində, “SAMSUNG” markalı 02 ədəd televizorları, 60 manat dəyərində, “SHİVAKİ” markalı 01 ədəd videomaqnitafonu, 60 manat dəyərində, “HİTACHİ” markalı 01 ədəd su motorunu yandırmaqla isə evin içərisindəki məişət və digər əşyalara münasibətdə cəmi 29070 manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs Calal qızına məxsus 57735,1 manat məbləğində külli miqdar sayılan özgə əmlakını qəsdən məhv etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 186.2.1, 186.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 186.2.1, 186.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 başqa cinayəti ört-basdır etmək məqsədi ilə cinayət əməlini törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 186.2.1, 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar Nümayəndə Calal oğlunun təqdim etdiyi bir ədəd 7 litr ölçülü simovar, bir ədəd 5 litr ölçülü simovar, bir ədəd 40 litr ölçülü qazan, bir ədəd üzərində **********007 nömrəsi yazılmış 75 cl “Whisky” şüşəsi, bir ədəd üzərində **********105 nömrəsi yazılmış 100 cl ölçülü “Martini” şüşəsi zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Calal oğluna geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə mülki iddiası qismən təmin edilməli, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada oğurluq nəticəsində vurulmuş 220 manat maddi ziyan və 30 manat dövlət rüsumu, eyni zamanda təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 əmlakı qəsdən məhv etməklə vurduğu 57735 manat məbləğində maddi ziyan alınıb, mülki iddiaçı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə Calal oğluna verilməlidir. Mülki iddiaçı və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə Calal oğlu mülki cavabdehlərdən mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə mülki qaydada məhkəmədə iddia qaldırsa da, həmin mülki iddiada göstərilən tələbin təsdiqinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mənəvi ziyanla bağlı məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Ona görə də məhkəmə hesab edir ki, mülki iddiaçı və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə Calal oğlunun mülki cavabdehlər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxs və mülki iddiaçının hüquqi varisi Nümayəndə Calal oğluna izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 186.2.1 və 186.2.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti cəza olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 09 iyul 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 09 iyul 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 200 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar Nümayəndə Calal oğlunun təqdim etdiyi bir ədəd 7 litr ölçülü simovar, bir ədəd 5 litr ölçülü simovar, bir ədəd 40 litr ölçülü qazan, bir ədəd üzərində **********007 nömrəsi yazılmış 75 cl “Whisky” şüşəsi, bir ədəd üzərində **********105 nömrəsi yazılmış 100 cl ölçülü “Martini” şüşəsi zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Calal oğluna geri qaytarılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə Calal oğlunun mülki iddiası qismən təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 220 (iki yüz iyirmi) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu alınaraq zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs2 57735 (əlli yeddi min yeddi yüz otuz beş) manat məbləğində maddi ziyan alınaraq mülki iddiaçı zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə xeyrinə ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə Calal oğlunun təqsirləndirilən şəxslərdən mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddia baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir.

Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar