Məhkəmə qərarları › İş №1(033)-7/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-7/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-7/2023 29.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşqul olan, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 mart 2023-cü il tarixdə saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 11 avqust 2022ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus olub etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Vito115 CDİ” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində Zaqatala şəhəri istiqamətində əsas yolun sağ tərəfi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan surətlə hərəkət etməli olduğu halda həmin tələbləri pozub 90- 100 km/saat sürətlə həmin avtomobili idarə etmiş, bu zaman texniki imkanı olduğu halda Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yolu sağdan sola keçmək istəyən Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ tərəfi ilə vuraraq sonuncuya sol təpə-gicgah nahiyəsinin dərialtına qansızma, bədəni üzərində çoxsaylı əzilmiş-cırılmış və sıyrılmış yaralar, baş beynin yumşaq qişasında ocaqlı qansızmalar, beyin maddəsində ödəm, köks və qarın nahiyələrinin küt travması, köks qəfəsində solda İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sağda İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən qapalı qəlpəli sınıqları, ürək kisəsinin, ürəyin qan damarının, ağciyərin və qaraciyərin zədələnməsi, dalağın qopub parçalanması nəticəsində döş və qarın boşluğuna kəskin və massiv qanaxma, sol bazunun açıq yerdəyişən, sol said, sol bilək, sağ baldır və çanaq sümüklərinin qapalı yerdəyişən sınıqları kimi, birlikdə həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, baş beyinə qansızma, ürək kisəsinin, ürəyin qan damarının, ağciyərin və qaraciyərin əzilib cırılması, dalağın yerindən qopub parçalanması nəticəsində köks və qarın boşluqlarına kəskin və massiv qanaxması səbəbli Zərərçəkmiş şəxs1 ölümü, habelə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 1950 manat maddi ziyanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-cı ildən avtomobil idarə edir, B,C kateqoriyalalı sürücülük vəsiqəsi var, rəsmi iş yeri yoxdur, təxminən 3 ildir ki, həmkəndlisi Pənaha məxsus **-VR-*** dövlət qeydiyyat nişanlı Mercedes Vito markalı avtomobil ilə Bakı Zaqatala arası sərnişin daşıyır, avtomobili Pənahla öz aralarında şifahi razılaşmaya əsasən etibarnamə əsasında idarə edir, hər dəfə Bakıya gedib-gəldikdə Pənaha avtomobil üçün icarə haqqı 60 (altmış) manat pul verir, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində həmkəndliləri İlkin, Səlahəddin, Azər və Nurlan ilə birlikdə yaşadığı Muxax kəndindən Zaqatala şəhəri “Ağ Saray” restoranının qarşısına əşya götürmək üçün gedirmiş, avtomobil ilə hərəkətdə olan zaman İlkin onun yanında ön hissədə və qalanları isə arxada əyləşmiş, avtomobili təxminən 90-100 km/saat surətlə idarə etmiş, “Şimşək” adlanan yerə çatmağa təxminən 500 mert qalmış yolun sol tərəfində üzü Qax rayonu istiqamətində təxminən 4-5 ədəd TİR dayanmış, tırlara çatanda yolun sağ tərəfindən ağaclıqdan bir nəfər şəxs yolun hərəkət hissəsinə çıxmış və o idarə etdiyi avtomobilin sağ tərəfi ilə həmin şəxsi vurmuş, zərbənin təsirindən onun başı avtomaşının qabaq şüşəsinin sağ aşağı tərəfinə dəymiş və bir neçə metr avtomobilə yapışmış halda getdikdən sonra yolun sağ tərəfinə ağaclığa düşmüş, o həmin şəxsi təxminən 2-3 mert məsafədən avtomobil yoluna çıxdığını görmüş və dərhal əyləci basmış, həmin şəxs yıxıldıqdan sonra o avtomobili yolun alsfalt örtüyündən kənara çıxardıb dayandırmış, avtomobili saxlayıb avtomobildən düşmüş və vurduğu şəxsə yaxınlaşmış, həmin vaxt vurduğu şəxsə orada olan digər TİR sürücüləri də yaxınlaşmış, qaranlıq olduğu üçün onun bədənini yaxşı görə bilməmiş, daha sonra hadisə yerinə tanımadığı insanlar toplaşmış, onlardan kimsə TTY-da zəng etmiş, təxminən 20-25 dəqiqə sonra sonra TTY avtomaşını gələrək vurulan şəxsi xəstəxanaya aparmış, hadisə onun ehtiyatsızlığı nəticəsində baş vermişdir. Səmimi peşmançılığını, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi birlikdə yaşayır, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır və həmkəndlisi kimi münasibəti var, Hacıəli Bakı-Zaqatala arası sərnişin daşıyır, onun Mercedes Vito markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili var, bir il bundan öncə həmkəndlisi Təqsirləndirilən şəxs yaxınlaşaraq ona məxsus “Mercedes Vito” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında götürüb Bakı-Zaqatala arası sürmək istədiyini və hər reysə 60 manat verəcəyini bildirmiş, o Hacıəli ilə razılaşmış, xx.xx.2021-ci il tarixdə notariat kontorunda Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin son müddətinə kimi etibarnamə vermiş, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Hacıəli ona zəng edərək yol nəqliyyat hadisəsi törətdiyini bildirərək ondan “Şimşək” adlanan əraziyə gəlməyini istəmiş, o dərhal hadisə yerinə getmiş və orada bir nəfər tanımadığı şəxsin yolun kənarında yol nəqliyyat hadisəsi nəticəsində vurularaq ölmüş vəziyyətdə olduğunu, sonra isə ona məxsus Mercedes Vito markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin zədələndiyini və şüşəsinin sındığını görmüş, daha sonra hadisə yerinə TTYS-sı briqadası gələrək ölmüş şəxsi aparmış, hadisədən təxminən 10 gün sonra avtomobili təmirə aparmış, usta tərəfindən təmirə zəhmət haqqı və təmir işləri ilə birlikdə təxminən 1950 manat pul lazım olduğunu bildirmış, o razılaşmış, təmirdən sonra qeyd edilən məbləği ödəyib avtomobili təmirdən götürmüş, daha sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə bir məktəbdə təhsil almış və həmkəndlisi kimi münasibəti varmış, təxminən 5 ildir ki, atasına məxsus traktoru etibarnamə ilə idarə edir və traktorla iş görüb dolanışığını tənzimləyir, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Nurlanın işlədiyi bərbərxananın qarşısında həmkəndliləri Nurlan, Vüsal və Səlahəddin ilə birlikdə dayanıb söhbət etmiş, təxminən 5 dəqiqə sonra həmkəndlisi Hacıəli onların yanına gəlmiş və idarə etdiyi Mercedes Vito markalı avtomobil ilə Zaqatala şəhərinə əşya dalınca getməli olduğu və onunla getməyi istəmiş, onunla razılaşıb avtomobilə əyləşmiş, o avtomobildə ön hissədə, ikinci sırada Səlahəddin, üçüncü sırada isə Nurlan və Vüsal əyləşmiş, avtomobil hərəkətə düşdükdən sonra yola baxmış və yolda işıqlandırma olmadığı üçün yol qaranlıq olmuş, “Şimşək” adlanan yerə çatmağa bir neçə yüz metr qalmış avtomobilin qarşısına yolun sağ tərəfindən təxminən bir metr məsafədən bir nəfərin çıxdığını görüb qışqırmış və həmin an avtomil yola çıxan şəxsi vurmuş, hadisə baş verdikdən sonra avtomobil bir neçə metr gedib dayanmış, hadisə baş verən zamanı piyada avtomobilin sağ tərəfinə dəymiş və zərbə nəticəsində avtomobilin ön şüşəsinin sağ tərəfi sınmış, onlar dərhal avtomobildən düşüb qəza baş verən yerə getmiş, qəza baş verən zaman qəzanın təsirindən özünü itirmiş və həmin vaxt özünü narahat hiss etmiş, hadisə nətcəsində vurulmuş şəxsin ətrafına insanlar toplaşmış, o 5-6 metrdən yolun sağ tərəfində yoldan kənarda qəza nəticəsində vurulmuş şəxsi görmüş və narahat olduğu üçün ona yaxınlaşmamış, daha sonra hadisə yerinə tanımadığı insanlar toplaşmış və təxminən 20-25 dəqiqə sonra sonra TTY avtomaşını gələrərk vurulan şəxsi aparmışlar. İbtidai istintaq vaxtı dindirilmiş və ifadəsi məhkəmə prosesində elan olunmuş zərəçəkmiş şəxsin hüququ varisi X6 ifadəsindən məlum olur ki, X15 onun oğludur. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamışdır.xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yaşadığı Türkiyyə Respublikası Rize şəhəribdə yerləşən evində olarkən evlərinə təcili tibbi yardım maşını gəldi və daha sonra böyük oğlu Musrafa ona zəng edərək balaca oğlu Mesutun yol nəqliyyat hadisəsi keçirtdiyini və xəstəxanada olduğunu bildirərərk narahat olmamağımı tapşırdı. Təxminən bir saat sonra Mustafa təkrar zəng edərək Mesutun vəziyyətinin pisləşdiyini bildirdi. 2 saat sonra isə zəng edərək Mesutun öldüyünü bildirdi. İş materiallarına əlavə edilmiş 11 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, baxış qaranlıq havada keçirilmiş, hadisə yeri Muxax kəndi istiqamətindən Zaqatala şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü: piyadanı vurma. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Baxış ilə müəyyən edilmişdir: Yol-nəqliyyat hadisəsi yeri: Muxax kənd ərazisi. Yolun hərəkət hissəsi düz. Yol örtüyü asfalt-beton. Yol örtüyü quru. Yol örtüyünün eni 7,5 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 3,75 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün 1,5 nişanlanma xətt vardır. Hərəkət hissəyə birləşir: sağdan eni yol çiyini, soldan yol çiyni, Sonra sağdan meşə salma, soldan: meçə salma. Hərəkətin nizamlanma üsulu təyin edilmiş hərəkət surəti. Yol nişanları zonası deyil. Yol işıqlandırılmır. Piyadanın vurulduğu yer müəyən olunmuş və məlum olmuşdur ki, piyada yol çiynindən 1,60 sm yolun hərəkət hissəsində vurularaq yol çiyninə düşmüşdür. Hadisədən əvvəl piyada nəqliyyat vasitəsinin getdiyi istiqamətdə yolu sağdan sola keçirdi. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: X20 markalı, 99VR062 dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra getdiyi istiqamətində yolun sağ kənarında dayanmışdır. Şinlərin izi aşkar olunmamış. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan AE seriyalı, 735172 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixədək etibarlı olan “B C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AD seriyalı, 766110 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” Vito115 CDİ minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. İş materiallarında olan ƏN-V nömrəli, 731175 nömrəli Etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 “Mercedes Benz” Vito115 CDİ minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində idarə etmək səlahiyyətini Təqsirləndirilən şəxs 7 il 11 ay 14 gün müddətinə etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 398 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyündən onun oğlu X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X13 10 sentyabr 2022-ci il tarixli 318 saylı (meyitin ekspertizası) ekspert rəyindən görünür ki, 1.X11 meyidinin müayinəsində aşkar edilmiş xəsarətlər – sol təpə-gicgah nahiyəsinin dərialtına qansizma, bədəni üzərində çoxsaylı azilmiş-cırılmış və sıyrılmış yaralar, baş beynin yumuşaq qişasında ocaqlı qansızmalar, beyin maddəsində ödəm, köks və qarın nahiyyələrının küt travması, köks qəfəsində solda İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ-İX-X, sağda -İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən qapalı qəlpəli sınıqları, ürək kisəsinin, ürəyin qan damarının, ağciyərin və qaraciyərin zədələnməsi, dalağın qopub parçalanması nəticəsində döş və qarın boşluğuna kəskin və massiv qanaxma, sol bazunun açıq yerdəyişən, sol said, sol bilək, sağ baldır və çanaq sümüklərinin qapalı yerdəyişən sınıqları, 2.Zərərçəkmiş şəxs1 meyidinin müayinəsində aşkar edilmış xəsarətlərin hamısı müxtəlif formali bərk-küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin gabarıq hissələrinin zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər.Həmin xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddirlər. 3.Zərərçəkmiş şəxs1 ölümünün səbəbi - baş beyinə qansızma, ürək kisəsinin, ürəyin qan damarının, ağciyərin və qaraciyərin əzilib cırılması, dalağın yerindən qopub parçalanması nəticəsində köks və qarın boşluqlarına kəskin və massiv qanaxma olmuşdur. 4.Zərərçəkmiş şəxs1 ölümü meyid əlamətlərinə görə, meyitin məhkəmə-tibbi müayinəsindən 11-13 saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2022ci il tarixdə saat 22 radələrində baş verməyə uyğun gəlir. 5.Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil. propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli 8/2320 nömrəli ekspert rəyindən görünür ki, X20 markalı, 99VR062 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbi əlaqə olmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, 29 sentyabr 2022-ci il tarixli 8/2320 nömrəli ekspert tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qədirov X7 RPŞ-nin X8 azad edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala Rayonu “AVTOSERVİS 100” sexlərinin rəhbəri X10 tərəfindəv verilən xx.xx.2022-ci il tarixli 92 nömrəli avtomobillərə dəymiş zərər aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus X20 markalı, 99VR062 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumililikdə 1950 manatdır. İş materiallarında olan Muxax kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zaqatala RİHB-nin Muxax KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1073 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Muxax kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Muxax KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1074 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özü- Təqsirləndirilən şəxs, atası- X4, anası- X5, arvadı- X1 ibarətdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin həmin maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Zaqatala Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar, ona dəymiş zərər tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN ZRPŞ-dən daxil olan xx.xx.2023-cü il 118/2-27/2/23 nömrəli məktubdan görünür ki, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda Təqsirləndirilən şəxsu AE735172 seriyalı “BC” katiqoriyalı sürücülük vəsiqəsi DİN-in məlumat bazasında yoxlama zamanı məhdudlaşdırma barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri eləcə də cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 7 oktyabr tarixli 2 nömrəli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətmiş olduğu cinayəti könüllü etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin və digər zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2(iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssəsində çəkməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab №-AZ34CTRE********************, X2, KOD210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ 013601**********3944, SWİFT- BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanaraq 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005 VÖEN ********** Muxbir hesab AZ 85NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar