Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-7/2024 14.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1958-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2024-cü il tarixdə saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 2022-ci ilin avqust ayının ortalarında tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu Muğanlı kəndi ərazisindən keçən “Muğanlı” çayının sağ və sol hissəsindən Zaqatala rayonu Muğanlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına bitmiş, köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan - 02 ədəd 6 sm diametrli, 01 ədəd 10 sm diametrli, 01 ədəd 21 sm diametrli, 01 ədəd 25 sm diametrli, 01 ədəd 30 sm diametrli, 01 ədəd 40 sm diametrli, 01 ədəd 49 sm diametrli, 01 ədəd 50 sm diametrli yalanqoz ağacını, 01 ədəd 20 sm diametrli və 30 sm diametrli qızılağac ağacını qəsdən motorlu odunkəsənlə kökündən ayırıb kəsməklə təbiətə ümumilikdə 3700 (üç min yeddi yüz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Muğanlı kənd sakinidir və işsizdir, bildirmişdir ki, ağacları öz başına kəsməmişdir,həmin ağacları Şahid5 200 manat ödəniş etməklə pulla alıb kəsmişdir və ağacları kəsərkən Teymur da onunla birgə olmuşdur. Onlara məlum olmamışdır ki, həmin ağaclar bələdiyyə torpağındadır. Tərəfindən verilmiş 200 manat pulun, 100 manatını öz yerinə 100 manatını isə Teymurun yerinə vermişdir. Fatma isə bildirmişdir ki, ağacları kəsmək istəyirsə kəssin, lakin onun adının hallandırılmamasını xahiş etmişdir. Fatmanın bu sözlərindən sonra o, elə bilmişdir ki, çayın sağı da solu də Fatmanın pay torpağıdır, həmin torpaqların bələdiyyəyə məxsus olmasını bilməmişdir. Ağacları kəsən və odunları bir hissəsinin aparan Teymurdur. Yaşayış yerində qaz olmadığı üçün odundan istifadə edir. Onun, kənd sakini Şahid2n onun adını çəkməməsi ilə bağlı hər hansı bir xahişi olmamışdır. Əməlindən peşmandır, həmin ərazinin bələdiyyəyə məxsus olmasını bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınaraq dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçimüfəttiş vəzifəsində işləyir, bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs müxtəlif diamertli ağaclar kəsmiş və tərəfindən ümumilikdə 3700 manat dəyərində təbiətə ziyan vurulmuş, lakin bu ziyan bu günədək ödənilməmişdir. Vurulmuş ziyanın ödnilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, ot almaq üçün sahəyə gedərkən Musa ilə qarşılaşmış, Musa onadan odunları kəndə çatdırmağı xahiş etmişdir. Belə ki, onun maşının arxasında qoşqu vardır. Odunlar qırılmış vəziyyətdə olmuş və o odunları Musanın evinə çatdırmışdır, hadisə zamanı Teymur da orda olmuşdur. Mişarın kimin əlində olmasını xatırlamır, o sahədə olarkən ağaclar kəsilmiş vəziyyətdə olmuşdur. Yol pulunu isə ona Musayla Teymur vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci idən Zaqatala rayonu, Muğanlı kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir, bildirmişdir ki, Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı tərəfindən ona zəng edilərək ağacların kəsilməsi barədə məlumat verilmiş, daha sonra Musa ona yaxınlaşaraq pay torpağa aid olduğunu güman etdiyi ağacları kəsdiyini bildirmişdir. O isə Musaya ağacları nahaq yerə kəsdiyini bildirmiş, əvvlcədən məlumat veriləcəyi təqdirdə ağacların mənsubiyyətini araşdıra biləcəyini bildirmişdir. X8 və Təbii Sərvətlər idarəsi, Prokurorluq və Polis Şöbəsi əməkdaşları tərəfindən sahəyə baxış keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Muğanlı kənd sakinidir, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, ifadəsundə bildirmişdir ki, nə ağacların kəsilməsini, nə də kim tərəfindən kəsilməsini görməmişdir. Hadisənin nə zaman baş verməsindən, ağacların kimlər tərəfindən aparılmasından xəbərdar deyildir. Çayın sahilindəki ağacların kimə məxsus olması ona məlum deyil, sadəcə çayın hər iki tərəfində ona məxsus olan fındıq bağları yerləşir. Təqsirləndirilən şəxs həmin sahədə ağacları kəsərkən onun fındıq ağaclarına ziyan vurduğu üçün daha sonra bir qonşu kimi aralarında narazılıq yaranmasın deyə ona xəsarət yetirdiyi fındıq ağacına görə 100 manat pul vermişdir. O hal-hazırda ürək çatışmazlığından əziyyət çəkən həyat yoldaşına qulluq edir, özü yeni əməliyyatdan çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Hedərov Musanı tanıyır onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Artıq üç ildir ki, yoldaşına məxsus torpaq sahəsinə fındıq əkir və bunun üçün dövlətdən 265 manat subsidiya alır lakin həmin illər ərzində əkdiyi fındıqlar məhv olmuşdur. Sonuncu dəfə bağa baş çəkdikdə görmüşdür ki, ağacları məhv edilib, bununla bağlı 102 xidmətinə məlumat vermiş, sahəyə əməliyyat qurpu gəlmiş, baxış keçirilib çəkilişlər aparılmışdır. Məlum olmuşdur ki, digər sahədəki ağaclar kəsilmişdir. O, isə həmin sahənin ona məxsus olmamasını bildirmiş, yandakı sahənin ona məxsusluğunu qeyd etmişdir. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hadisə barədə məlumat verərkən ağacların Şahid5 tərəfindən kəsildiyindən şübhələndiyi üçün Şahid5 şikayətçi olduğunu bildirmişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, ibditadi istintaq dövründə verdiyin ilkin izahatında yanlışlığa yol verilmiş belə ki, Musa ona zəng etməmiş, Musanın qardaşı tərəfindən Musaya qarşı ifadə verməməsi ilə əlaqədar hər hansı bir “isararın”ın olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsindən məlum olmuşdur ki, Muğanlı kəndi ərazisindən keçən “Muğanlı” çayının yanında arvadı X3 məxsus torpaq sahəsi vardır. Şahid5 tanıyır, o, arvadı Fəridənin dayısının arvadıdır. Şahid5 məxsus torpaq sahəsi Fəridə Məmmədovaya məxsus torpaq sahəsi ilə həmsərhəddədir. Onunla Şahid5 arasında torpaq mübahisəsi mövcuddur. 2022-ci lin avqust ayında ona məxsus ***-***-**-** saylı mobil nömrəyə indi adını və nömrəsini xatırlamadığı şəxs zəng edərək Muğanlı kəndində Muğanlı çayının sahilində ağac kəsən benzinlə işləyən ağac matorunun səsinin gəlməsi barədə məlumat verilmiş, o da yoldaşı Fəridə Məmmədova və qaynanası Sevil Əhmədovanı da götürüb həmin əraziyə getmişdir. Ora gedib çatdıqda ağacların kəsildiyini və yerdə doğranma işləri aparıldığını görmüşdür. Ağacları kəsən və doğrayan şəxsləri daha öncədən tanıdığı şəxslər olduğundan onları tanımışdır. Onlardan biri Musa adlı həmkəndlisi olmuşdur. O ağacları Fatmadan aldığını və Rəhim adlı Faldarlı kənd sakininə satdığını bildirmişdir. Hansı məbləğ qarşısında aldığını isə soruşmamış və Musa da bu barədə heçnə deməmişdir. Ağacları kəsən və doğrayan şəxslər isə həmin Faldarlı kənd sakini Rəhim və onun həmkəndlisi Teymur adlı şəxs olmuşdur. Onlar bir motorla növbəli şəkildə işləmiş və Rəhimə məxsus ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı Niva markalı maşının yük yerinə və qoşqusuna yığaraq təxminən 40-50 sm uzunluqda olan ağac oduncaqlarını daşımışdırlar. O həmin ağacların Şahid5 məxsus olduğunu düşündüyü üçün bu barədə heç kimə məlumat verməmişdir O Muğanlı kəndində arvadı X2 mülkiyyətində olan və Şahid5 ailəsinin istifadəsində olan torpaq sahəsinin sərhəd hissəsində 2021-ci ilin yaz ayında fındıq tinkəri əkmiş və həmin tinklərdən 8 ədədi 2023-ci ilin aprel ayında çıxarıldığını aşkar etmişdir. O həmin tinklərin çıxaırlmasında qonşusu Şahid5 şübhələndiyi üçün Zaqatala RPŞ-yə müraciət etmiş və polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılaraq rəsmi olaraq cavab verilərək mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Daha sonra o bu barədə Ekologiya xidmətinin qaynar xəttinə zəng edərək məlumat vermiş və nəticədə 7 saylı RETSİ-dən məsləhətçi müfəttişlər gələrək həmin ərazidə baxış keçirmiş və baxış zamanı həmin ərazidən qanunsuz olaraq 11 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvət Nazirliyində məsləhətçi müffətiş vəzifəsində işləyir və Təqsirləndirilən şəxs ilə onun həyətinə baxış keçirilərkən tanış olmuşdur, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Zaqatala rayonu Kebeloba kəndində yaşayan Şahid2 Ekologiya və Təbii Sərvət Nazirliyinin 168 çağrı mərkəzinə ağacların kəsilməsi ilə bağlı daxil olmuş 07 iyun 2023-cü il tarxili müraciətinə əsasən sözü gedən əraziyə bələdiyyə sədri Şahid1 və şikayətçi Şahid2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Muğanlı çayının sağ və sol sahillərindən ümumilkdə 11 ədəd olmaqla ağacların kəsilməsi faktı aşkar olunmuşdur. İlkin araşdırma zamanı şikayətçi Şahid2 yazılı izahatında həmin ağacların Şahid5 tərədindən kəsildiyini bildirmişdir. Bələdiyyə sədri isə həmin ağacların Şahid5 göstərişi ilə kəsildiyini bildirmişdir. Ağacların kəsilməsi nəticəsində dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Hedərov Musanı tanıyır, ona qarşı heç bir ədavət və düşmənçiliyi yoxdur. Bildirmişdir ki, həmin sahədən odun aparmışdır. X24 almışdır, o, şəxsən pul verməmişdir. Lakin odunun doğranması üçün Musadan 20 manat pul almışdır. Ağacları kəsmiş və bir qismini özü üçün götürmüşdür. Ağacları kəsməyə Musa ilə birgə getmiş, kəsiləcək ağacları Musa ona göstərmişdir. Fatma ilə aralarınada ağacların kəsilməsi barədə hər hansı bir söhbət olmamışdır. Lakin həmin yerin Fatmaya məxsus olduğunun bilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2023-cü il tarixli 78560 nömrəli aktından görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yaşayan Şahid2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” məlumat mərkəzinə ona məxsus fındıq bağından 8 ədəd fındıq ağacı və 60-a yaxın digər ağacların kəsilməsi, təcili araşdırma aparılması, polis bölməsinə də məlumat verməsi məzmununda daxil olmuş xx.xx.2023-cü il tarixli müraciəti idarənin xx.xx.2023-cü il tarixli 120 nömrəli sərəncamına əsasən şikayətçi Şahid2 və rayonun Muğanlı Bələdiyyəsinin sədri Məhəmməd Abdullovun iştirakı ilə yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı şikayərçi Şahid2 müraciətində qeyd olunan Zaqatala rayonu Muğanlı kəndinin ərazisindən keçən “Muğanlı” çayının sağ və sol hissəsindən köküstə yaş olmaqla, 2(iki) ədəd 20 sm, 30 sm diametri olan qızılağac və 9(doqquz) ədəd 6 sm, 6 sm, 20 sm, 21 sm, 30 sm, 35 sm, 40 sm, 49 sm, 50 sm diametri olan yalanqoz cinsindən olan (ümumilikdə 11 ədəd) ağacların dib kökündən kəsilərək aparıldığı faktı aşkar olunmuşdur. Belə ki, sözügedən ərazidən həmin ağacların təxminən 5-6 ay əvvəl kəsildiyi ehtimal olunur. Məsələ ilə əlaqədar Zaqatala rayon Muğanlı Bələdiyyəsi tərəfindən idarəyə 2023-cü il 09 iyun tarixli 49 nömrəli arayış təqdim edilərək, “Muğanlı” çayının sağ və sol hissəsindən kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin Muğanlı Bələdiyyəsinin mülkiyyətinə aid olduğunu bildirmişdir. Həmin akta əlavə edilmiş ziyanın təyin olunması aktında görünür ki, ümümilikdə 11 ədəd ağacların dib kökündən qanunsuz kəsilməsi nəticəsində təbiətə 3800 (üç min səkkiz yüz) manat ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayonu Muğanlı Bələdiyyəsinin 09 iyun 2023-cü il tarixli 49 saylı məktubundan görünür ki, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla rayonun Kebeleoba kəndində yaşayan Şahid2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt” məlumat mərkəzinə daxil olmuş 07 iyun 2023-cü il tarixli müraciətində göstərilən rayonun Muğanlı kəndindən keçən “Muğanlı” çayının sol və sağ hissəsindən qanunsuz olaraq kəsilmiş köküstə yaş olmaqla 11 (on bir) ədəd müxtəlif diametrlərdə olan qızılağac və yalanqoz cinsinə məxsus ağacların yerləşdiyi torpaq sahəsi Muğanlı bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş 14 avqust 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, Zaqatala rayonu Muğanlı kəndində yerləşən “Muğanlı” çayının sağ və sol sahilindən 02 ədəd 6 sm diametrli, 01 ədəd 10 sm diametrli, 01 ədəd 21 sm diametrli, 01 ədəd 25 sm diametrli, 01 ədəd 30 sm diametrli, 01 ədəd 40 sm diametrli, 01 ədəd 49 sm diametrli, 01 ədəd 50 sm diametrli yalanqoz ağacı, 01 ədəd 20 sm diametrli və 01 ədəd 30 sm diametrli qızılağac ağacı olmaqla ümumilikdə 11 ədəd yaş kötüküstə ağac qanunsuz olaraq kəsilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 avqust 2023-cü il tarixli Ç-HM/4623-092 saylı məktubundan görünür ki, Zaqatala rayonu Muğanlı kəndində yerləşən “Muğanlı” çayının sağ və sol sahilindən kəsilmiş yalanqoz cinsindən 09 ədəd və qızılağac cinsindən 02 ədəd olmaqla ümumilikdə 11 ədəd ağacların dib kökündən qanunsuz olaraq kəsilməsi nəticəsində ətraf mühitə vurulmuş ziyan 3700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 avqust 2023-cü il tarixli 3-21-3- 47/2-2854/2023 saylı məktubundan görünür ki, göstərilən ərazidə kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi Zaqatala rayonu Muğanlı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazidir. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, Muğanlı kəndində Təqsirləndirilən şəxs yaşadığı ona məxsus fərdi yaşayış evinin həyətindəki talvardır. Baxış zamanı Təqsirləndirilən şəxs talvarı və onun içərisindəki ağac oduncaqlarının doğranmış və yığılmış hissələrini göstərərək həmin ağac oduncaqlarının Muğanlı kəndində Şahid5 istifadəsindəki torpaq sahəsindən keçən “Muğanlı” çayının sol və sağ sahilindən kəsdiyi ağacların yandırdıqdan sonra qalan hissələri olduğunu bildirmişdir. Baxış zamanı baxışda iştirak edən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Şahid3 həmin oduncaqların “Muğanlı” çayının sağ və sol sahilində kəsilmiş ağacların oduncaq hissələrinə uyğun gəlməsi, hal-hazırda anbarda olan həmin kəsilmiş ağaclara uyğun gələn hissələrin 2.5 m3 miqdarnda olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki talvarın anbarında baxış keçirilən zaman aşkar edilmiş ağac oduncaqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə ölçüsü aparılmaqla Muğanlı Bələdiyyəsinin sədri X6 təhvil verilmişdir. Ümumi həcminin 2.5 m3 olması 7 saylı RETSİ-nin məsləhətçi müfəttişi Şahid3 tərəfindən bildirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapıtanı X9 tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 7 sayıl Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 7 sayıl Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçi X10 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-nin CAB-nin ə/müvəkkili, polis baş leytenantı Fəhmin Məmmədzadə tərəfindən Zaqatala RPŞ-nin rəisi polis polkovniki Vəfadar Orucova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, daxil olmuş raportda Zaqatala rayonu Muğanlı kəndi ərazisindən keçən “Muğanlı" çayının sağ və sol hissəsindən Zaqatala rayonu Muğanlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən kəsilmiş 11 ədəd ağacın dəqiq olaraq kim tərəfindən kəsilməsi, Şahid5, Şahid4 və Teymur Yusifovun baş vermiş hadisə ilə əlaqələrinin olub-olmamasını müəyyən edilməsi göstərilmişdir. Keçirilmiş tədbirlər zamanı Zaqatala rayonu Muğanlı kəndi ərazisindən keçən “Muğanlı" çayının sağ və sol hissəsindən Zaqatala rayonu Muğanlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən kəslimiş 11 ədəd ağacın Zaqatala rayonu Muğanlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Şahid5 baş vermiş hadisə ilə əlaqəsinin olmadığı, Şahid4 kəsilmiş ağacları 15 manat qarşılığında özünə məxsus avtomobillə daşıdığı və Teymur Yusifovun isə 20 manat qarşılığında fəhlə kimi kəsilmiş ağacların daşamasında iştirakının olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli 5-82-31/2-459/2023 saylı ayayışdan görünür ki, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi özündən və arvadından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli 5-82-31/2-458/2023 saylı ayayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Muğanlı kənd sakinidir və Muğanlı kəndində yaşayır. Orta təhsilli Təqsirləndirilən şəxs xx.xx.1958-ci ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuşdur. Hal-hazırda Muğanlı kəndində yaşayır, pensiyaçıdır və fərdi təsərrüfatla məşğuldur, ailəlidir, 3 övladı var. Kənddə yaşadığı dövrdə ictimaiyyət arasında özünü yaxşı aparmış, ictimai işlərdə, kənddə təşkil edilmiş müxtəlif tədbirlərdə fəal iştirak etmiş onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1958-ci il təvəllüdlü, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 18-1-78/2-1196/2023 saylı məktubdan görünür ki, xx.xx.1958-ci ildə Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Heydərov X5 RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayonu Muğanlı Bələdiyyəsinin 19 oktyabr 2023-cü il tarixli 94 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala rayon Muğanlı kənd çayının sağ və sol sahəsindən keçən ağacların kəsilməsi nəticəsində təbiətə vurmuş olduğu xeyli miqdarda ziyandan, bələdiyyə büdcəsinə 3700 manatdan heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 23 oktyabr 2023-cü il tarixli 9/7644 saylı ekspert rəyindən məlum olur ki, ekspertiza tədqiqatına 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Ç-HM/4623-092 məktubda göstərilən Zaqatala rayonu Muğanlı kəndinin ərazisindən keçən “Muğanlı” çayının sol və sağ sahilindən köküstə yaş olmaqla müxtəlif cinsli ağacların qanunsuz kəsilərək (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 3700,00 manat müəyyən edilmişdir. Həmin ağacların adları, diamterləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, xx.xx.1958-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən və əlavələr edilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən CM-in 259.3-cü maddəsi ilə, Şahid4, Şahid5 və X11 barəsində isə CM-in 259.1 və 259.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, hadisə yerinə baxış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinindən təqdim edilmiş sənədləri ittihamın təsdiq edilməsində əhəmiyyətli olduqlarından sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin avqust ayında Zaqatala rayonu Muğanlı kəndində yerləşən "Muğanlı" çayının sağ və sol sahilindən kəsilmiş və hazırda Zaqatala rayonu, Muğanlı kənd bələdiyyəsində saxlanılan 2,5 m3 ağac maddi sübut kimi tanınmış və Zaqatala rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Orxan Şirinli tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli akta əsasən Zaqatala rayonu, Muğanlı kənd bələdiyyəsində saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Zaqatala RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar iş üzrə maddi sübut sayılan 2.5 m3 odunu baxış zərurəti ilə əlaqədar olaraq istintaqa təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə cinayət işinin materialları və maddi sübut sayılan 2,5 m3 odunla tanış olduqdan sonra odunlar Zaqatala rayon Muğanlı Bələdiyyəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş mülki iddiaçı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, mülki iddiaçı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 3700 (üç min yeddi yüz) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Azərbaycan Respublikası ETSN-nın 7 saylı Regional Ekologiya ve Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Hərbi Məhkəməsinin 1-xx-xx-2018 saylı 25 iyul 2018-ci il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikasının CM-nin 32.4,120.2.1,32.4,120.2.3,32.4,120.2.6,134,150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələrində nəzərdə tutulan cinayyət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.4, 120.2.1, 32.4,120.2.3, 32.4,120.2.6-cı maddələri ilə 15 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.4 və 150.2.5-ci maddələri ilə 6 (altı) il meddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 17 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 329.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğdə pul tutmaqla 6 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma, Azərbaycan Respublikası CM-nin 331.3cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 331.2-ci maddəsi ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğdə pul tutmaqla 6 (altı ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutmaqla, 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə kimi hesablanmış, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X12 əti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 56.2-ci maddəsində əsasən təyin edilmiş cəzanın ilk 5 ilini həbsxanada qalan hissəsini isə ciddi rejmli cəzaçəkmə müəsissəsində çəkməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Hərbi Məhkəməsinin 7(97)-01-2021 saylı 16 fevral 2021-ci il tarixli qərarından grünür ki, məhkum X7 ərizəsi qismən təmin edilərək, məhkum X7 əməli yeni qanun ilə uyğunlaşdırılmış, barəsində Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Rspublikasının CM-nin 331.2-ci maddəsi ilə təyin olunmuş cəzadan azad olunmuş və Azərbaycan Rspublikasının CM-nin 331.2-ci maddəsi Azərbaycan Respublikasının CM-nin 329.1-ci maddəsinə tövsüf edilmişdir. Onun barəsində Azərbaycan Respublikasının CM-nin 32.4,120.2.1-ci, 32.4,120.2.3-cü, 32.4,120.2-cü maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikasının CM-nin 150.2.1, 150.2.4 və 150.2.5-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Rspublikasının CM-nin 151-ci maddəsi ilə 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikasının CM-nin 341.3cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə X12 qəti olaraq 18 (on səkkiz) il 11 (on bi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində ağacları öz başına kəsmədiyini, həmin ağacları Şahid5 200 manat ödəniş etməklə pulla alıb kəsdiyini və ağacları kəsərkən Teymur da onunla birgə olduğunu bildirmiş, özünü həmin əməl üzrə təqsirli bilməmişdir. Məhkəmə isə qeyd edilənlərlə bağlı onun ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iş üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Fatma çayın sağ və sol tərəflərinin onun olmasını, çayın özünün və yaxın ətrafının kimə aid olması barədə məlumatsız olduğunu və onu dəqiqləşdirmək lazım olduğunu bildirmişdir. İlk öncə Fatma ona kəsmə demiş, daha sonra isə kəsmək istəyirsə kəs, ancaq onun adını hallandırma demişdir. O məsələsini tez həll etmək qərarına gələrək dəqiqləşdirmə etmədən ağacları kəsib aparmaq üçün Faldarlı kənd sakini motorist Teymur və Faldarlı kənd sakini Şahid4 ilə əlaqə yaratmışdır. Onlara sahibindən ağac aldığını onları kəsməklə evə aparmaq istədiyini bildirərək onların kömək etmələrini istəmişdir. O Rəhimə 15 manat, Teymura isə 20 manat pul təklif etmiş və onlar da təkliflə razılaşmışdırlar. Növbəti gün səhər saat 05 radələrində Teymur və Rəhimlə həmin əraziyə getmiş, sayını dəqiq bilmədiyi sayda ağac kəsdirərək təxminən 2 at arabası həddində olan oduncağı 2 qoşquya yığaraq Rəhimə məxsus Niva markalı avtomobillə Muğanlı kəndində olan fərdi yaşayış evinə aparmışdır. Ağacları kəsəndə ağaclardan biri Şahid5 fındıq ağacının üstünə düşüb ağaca zərər yetirmişdir. O növbəti günü Fatmaya 100 manat vermək istəmiş, lakin Fatma pulu götürmək istəməmişdir. O Fatmaya fındıq ağacına zərər vurduğunu bildirərək zərəri qarşılamaq məqsədilə 100 manatı israrla ona vermiş və Fatma 100 manatı götürmüşdür. Təqsirləndirilən şəxs ağacların kəsildiyi ərazinin Muğanlı bələdiyyəsinin mülkiyyətində olduğunu bilməmiş, Şirvana tələsdiyindən müvafiq dəqiqləşdirmə etməmişdir. Ağacları kəsdikdən sonra Muğanlı bələdiyyəsinin sədri Şahid1 yanına gedib, çayın kənarından ağac kəsdiyini bildirmişdir. Məhəmməd isə ona bələdiyyə ərazisindən çox nahaq yerə ağac kəsdiyimi bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı isə ağacları Şahid5 aldığını bildirmiş, ağacların bələdiyyəyə məxsus olmasının ona məlum olmadığını və həmin əməli Teymurla birgə törətməsinin qeyd etmişdir. Məhkəmə hesab edir ki, həmin ifadə bilavasitə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsas götürülə bilməz. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 100 manat onun ağaclarına dəymiş ziyanın əvəzi olaraq verilmişdir. Həmçinin şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Şahid5 ilə ağaclar barədə birbaşa dialoqa girməmiş, həmin ağacları kəsmək üçün Musa ilə birgə getmiş, kəsiləcək ağacları Musa ona göstərmiş, həmin ağacların Şahid5 məxsus olması isə sadəcə güman etmişdir. Məhkəmə eyni zamanda bildirir ki, heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Hazır ki ittiham üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinin əsasını təşkil edən sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkəmə onun ifadəsini məhkəmə məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə vemiş olduğu kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Belə ki, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cu il tarixli Qanununun 13-cü maddəsində göstərilir: 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinin tələblərinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. CM-in 259.1-ci maddəsinin qeyd hissəsində göstərildiyi kimi bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının ortaları tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu Muğanlı kəndi ərazisindən keçən “Muğanlı” çayının sağ və sol hissəsindən Zaqatala rayonu Muğanlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına bitmiş, köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan - 02 ədəd 6 sm diametrli, 01 ədəd 10 sm diametrli, 01 ədəd 21 sm diametrli, 01 ədəd 25 sm diametrli, 01 ədəd 30 sm diametrli, 01 ədəd 40 sm diametrli, 01 ədəd 49 sm diametrli, 01 ədəd 50 sm diametrli yalanqoz ağacını, 01 ədəd 20 sm diametrli və 30 sm diametrli qızılağac ağacını qəsdən motorlu odunkəsənlə kökündən ayırıb kəsməklə təbiətə ümumilikdə 3700 (üç min yeddi yüz) manat, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə üzrə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. 15 oktyabr 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1958-ci il təvəllüdlü, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, oğlunun azadlıqdan məhrumetmə yerlərində cəza çəkməsi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Eyni zamanda təqsirləndirilən şəxsə maddənin sanksiyasında olan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsi onun ailəsinin həyat şəraitini daha da pisləşdirəcəkdir. Belə ki, təqsirləndirilən şəxsin oğlu X1 Rayon Məhkəməsinin 1-xx-xx- 2018 saylı 25 iyul 2018-ci il tarixli hökmünə əsasən hal-hazırda Bakı şəhərində cəza çəkir, bununla bağlı olaraq Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun oğlu ilə görüşməsini, onunla əlaqə saxlanmasının çətinləşdirəcək, ailə həyat şəraitinə pis təsir edəcəkdir. Bunları nəzərə alaraq məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində islah işləri cəzası təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası CPM-nin: 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir; 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər; 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirli bilindiyi üçün, bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş ziyan 3700 (üç min yeddi yüz) manat təşkil etmişdir. Odur ki, Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilməli, 3700 (üç min yeddi yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası ETSN-nın 7 saylı Regional Ekologiya ve Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Bundan başqa, mülki iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddia təmin edildiyindən cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Odur ki, 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu mülki cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin avqust ayında Zaqatala rayonu Muğanlı kəndində yerləşən "Muğanlı" çayının sağ və sol sahilindən kəsilmiş və hazırda Zaqatala rayonu, Muğanlı kənd bələdiyyəsində saxlanılan 2,5 m3 ağac oduncağı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344- 347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 20 % dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Zaqatala rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Zaqatala rayonu, Muğanlı bələdiyyəsində saxlanılan 2,5 m3 ağac oduncağı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası təmin edilsin, 3700 (üç min yeddi yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (B1. Benefisiar (alan) bank, adı: DXA, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T.BİK CTREAZ22, B2. Vəsaiti alan, adı: 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3.Büdcə təsnifat kodu:142595, D4.Büdcə səviyyə kodu: 3) köçürülsün. Mülki iddianın verilməsinə görə nəzərdə tutulan 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-7/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-7/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver