Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-7/2025 30.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X36 Əli qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 05 dekabr 1987-ci ildə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X48 İnformasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayəti üzrə işə məhkəmənin inzibati binasında, 30 iyun 2025-ci ildə, saat 16:00-da açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətə əsasən Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləmişdir. O, "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə "Facebook" sosial şəbəkəsində müxətlif qruplarda (kanallarda) və öz səhifəsində, Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru X6 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, o cümlədən, həmin sosial şəbəkədə sonuncunu təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, "Facebook" sosial şəbəkəsində Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X11 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə yazdığı məlumatlardan çıxarışlardan da göründüyü kimi, X2 Tamara Fəxrəddin qızını Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktor müavinləri və digər vəzifəli şəxslərlə birlikdə küllü miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvət verməkdə və külli mqidarda rüşvət almaqda ittiham edir, o cümlədən, onu təhqir edir. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X11 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə yazdığı məlumatların bir qismi aşağıdakı kimidir:
1. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 25 yanvar 2024-cü il tarixdə, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "zaqatala kafkaz" səhifəsində yazır: "Salam Hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqıda burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm, bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm, bir-iki ay əvvəl təcili tibbi yardıma sürücüsü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib istirahətlər də yeyib bitirib. Birdə ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlar da var, belə olan da pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx boğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın, əlbət hamı da bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər təklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm. Sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu, hələ də prokrorluğda bu iş araşdırılır. Bu yazıları təbibin səhifələridə də payaşacam, bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.”
2. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 18 aprel 2024-cü il tarixdə, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "ZAQATALA ƏHALİSİ" səhifəsində yazır: "Salam hər vaxtmız xeyir. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ demək istərdim amma xəstəxana deyil, başqa bir yerdə çevrilib rüşvətxorluq bazar və xaos xəstəxanadan başqa hər şey var burda. Bunu da yaradan əlbəttdə ki, direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burada o qədər qanunsuzluqlar var ki, prokurorluğa verilən iş indi korpusiyaya təhvil verilib, bele olduqda Tamara xanım başladı xəstəxandan pul yığmağa, yəni söhbəti bağlamaq üçün 250 min manat pul yığmalıdı, bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu, özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şöbəyə müəyyən məbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın. Mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. #TƏBİB isə yatır fil qulağında, Tamara bura sənin şəxsi obyektin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin haqqına girməyə sənin ixtiyarın yoxdu."
3. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 07 may 2024-cü il tarixdə, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "Palitra" səhifəsində yazır: "Xəstəxana direktoru rüşvət vermək üçün pul yığır. Məlum olub ki, cəmi iki il bu vəzifədə çalışan Zaqatala rayon mərkəzi xəstəxanasının direktoru bir sıra qanunsuzluqları ilə fərqlənməyə bacarıb. İndi də X29 və onun müavini tibb işçilərindən qanunsuz olaraq pul yığır, lakin o, pulları kimə və nəyə yığdığına aydınlıq gətirmir. Nurəliyeva ancaq israrla deyir ki, ona 250 min manat lazımdır, işçilər yığıb ona verməlidir. Xəstəxana işçilərinin dediyinə görə, Nurəliyeva işlədiyi müddətdə xəstəxanaya məxsus əmlakı, tibbi ləvazimatları, hətta dərmanları da satıb və indi xəstəxanada yoxlamaların aparıla biləcəyini biləndən sonra çarəsiz qalıb və müfəttişlərə rüşvət vermək üçün pul yığmaq istəyir. Nurəliyevanın həyasızlığı o həddə çatıb ki, xəstəxana cərrahlarının onun tələb etdiyi pulu verməkdən imtina etməsindən sonra cərrahiyyə şöbəsini qeyri-müəyyən müddətə bağlayıb. Nurəliyevanın cinayət törətməsi və xəstəxanaya məxsus əmlakı mənimsəməsi yetərli deyil, o, özünü xilas etmək üçün sıravi işçilərdən də pul yığmağı tələb edir. Səhiyyə Nazirliyinin də, polisin də bundan xəbəri var, amma bu məsələ ilə məşğul olan yoxdur, ola bilsin ki, lazımi pulun yığılmasını gözləyirlər. Onlar "havayı" işləməzlər, axı."
4. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 19 may 2024-cü il tarixdə, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "zaqatala kafkaz" səhifəsində yazır: "Salam. Mən hər dəfə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANSİ haqqında olan məlumatları paylaşıram və paylaşacam da çünki bu tək bir adamın dilə gətirəcəyi bir məsələ deyil, bu bütün Zaqatala rayonunun məsələsidi. Burda o qədər haqsızlıqlar var ki, bunları kimsə dilə gətirməlidir. Bir çox səhifələrdən əsasda Zaqatala səhifələrindən paylaşımlarım sildirilir. Amma əmin olun mən bu məlumatları tək Zaqatala səhifərlərində yox, digər xəbər səhifələrindədə paylaşıram və paylaşacamda. Tamara və onun müavinləri dövlətdən oğurladıqları pullarla özlərinə mal mülk yığır, olan Zaqatala əhalisinə olur. Xəstəxanaya gedəndə adi bintindən tutma aldırılır vətəndaşa, nəyə görə axı. #TƏBİB insanlara bar-bar bağırır ki, bütün Azərbaycan vətəndaşları sığortalıdır amma ayrılan bütün dava dərmanlar satılır və pullar Tamra və yandaşlarının cibinə gedir, hansı ki, bu dərmanlar Zaqatala əhalisinə dövlət tərəfindən göndərilir. X49 ambarlara gələn bütün malları satıb sovurur, lazım olan heçnə xəstəxanaya verilmir. Sənəd üzərində şişirdilmiş rəqəmlər göstərərək külli miqdarda dövlətə maddi ziyan verərək dövlətimin ayırdığı pulları mənimsəyir. X29 həkimlərə gələn hər xəstə üçün müəyyən məbləğlər təyin edir. Məsələn cərrah əgər bir əməliyyata girəcəksə, deməli Tamaraya hər girdiyi əməliyyata görə 30 AZN ödəniş (tas) verməlidir, əgər həkim bundan imtina etsə, həmin həkimə heç bir əməliyyata girməyə icazə vermir, bu məsələlərə nəzarət edən də digər müavin Vasif İsrafilzadədir. Vasif dr özündə qeydlər apararaq Tamaraya məlumat verir. Vasif dr xəstəxanaya gələn bütün firma işçilərini də tasa bağlayıb ki, əgər həkimlərin yanına getmək istəyirsizsə, mənə bu qədər məbləğ ödəməlisən, yoxsa sənə icazə vermərəm xəstəxanaya girməyə, sanki Xəstəxana Dövlətin yox, Tamaranın, Emilin, Vasifin şəxsi mülkləridi, istədikləri kimi idarə edirlər. Haqqı kimsə dilə gətirsə, onu mütləq şərlə, böhtanla aradan qaldırmağa çalışırlar. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA nə gələn xətələrə, nə də burda işləyən direktor və müavinlərdən başqa digər işçilərə insan kimi münasibət göstərilmir. Heç bir məcəllə, heç bir qanun burda yoxdur. Bura dərəbəylikdi. Bu qanunsuzluğa #TƏBİB nə vaxta kimi göz yumacaq? Birdə onu qeyd etmək istəyirəm ki, mən xəstəxanada işləmirəm, bunu mənə çox adam sual edirdi. Hə deyəcəksiz ki, bəs bu məlumatlar hardandı, bu məlumatları elə Tamaranın ən yaxını mənə ötürür, Tamara isə ele bilir ki, yanındakı güvənilir adamdı)".
5. Bunlardan başqa, Zaqatala rayonu, Yuxan Tala kənd sakini X27 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 2024-cü il ərzində "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "Zaqatala A-dan Z-yə", "Zaqatala City", "ZAQATALA MEYDANİ", "Zaqatala NEWS", "ZAQATALA ƏHALİSİ", "ZAQATALA" səhifələrində də eyni məzmunlu məqalələr yazmışdır: "Zaqatala A-dan Z-yə": “Salam hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqıda burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm. Bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm. Bir-iki ay əvvəl təcili tibbi yardıma sürücü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib istirahətlər də yeyib bitirib. Bir də ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlarda var, belə olanda pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx-boğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın, əlbət hamıda bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər teklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm, sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu, hələ də prokrorluğda bu iş araşdırılır. Bu yazıları təbibin səhifələridə də payaşacam. Bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.” "Zaqatala City": “Hər vaxtınız xeyir dəyərli ZAQATALA camaatı. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA biabırçı vəziyyət davam edir. Burda baş verənlərə görə TƏBİB-i günahlandıra bilmərik, çünki TƏBİB hər şeylə təmin edir amma gəl gör ki, hər şey anbara kimidi ordan oyana it bat olur, hara olur? Əlbəttdə ki, direktor TAMARA Nuraliyeva və müavin Emil Rüstəmov həzrətləri tərəfindən yeyilir. Tək anbar yox, yanacaq sərfiyyatı TAMARA və Emil yalandan min cür düzməcəylə külli miqdarda yanacaq sərfiyyatını kağız üzərində göstərərək öz ciblərini doldurur, kağız üzərində tək yanacaq yox, həm də digər mallar istər tikinti, istər təmizlik malları olsun, bular hamısı kağız üzərində göstərilir ancaq ortada olmur. Beləcə silinir və yeyilir. Çox Hörmətli #TƏBİB bu xainlərə bir əncam qılın.” "ZAQATALA MEYDANİ": “Salam hər vaxtmız xeyir. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ demək istərdim amma xəstəxana deyil, başqa bir yerdə çevrilib, rüşvətxorluq bazar və xaos xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki, direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib, belə olduqda Tamara xanım başladı, xəstəxandan pul yığmağa, yəni söhbəti bağlamaq üçün 250 min manat pul vığmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu, özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şöbəyə müəyyən məbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın, mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. # TƏBİB isə yatır fil qulağında. Tamara bura sənin şəxsi obyetin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin sovurdu özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi, bu ikili indi hər bir şöbəyə müəyyən bəbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın. Mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın, kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. # TƏBİB isə yatır fil qulağında Tamara bura sənin şəxsi obyektin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin haqqına girməyə sənin ixtiyarın yoxdu.” "Zaqatala NEWS": "SALAM DƏYƏRLİ ZAQATALA əhalisi. Son günlər ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqında yazılanları görürük və hamı bilir ki, burda hansı hadisələr baş verir, kimin kim olduğunu millət çox yaxşı bilir. Ordaki bir-iki trollun yaratdığı səhnəciklərə baxıram, vallah çox gülməli görünürsüz, direktorunuz Tamara Nurəliyeva və müavini Emil Rüstəmov onsuzda sonlarına az qalıb, heç olmasa özünüzə hörmət edin haqqın və haqqlının yanıda durun. Tamara və Emil xəstəxanaya ayrılan büdcəni talan edir. #TƏBİB təmirə 80 min pul ayırır, ancaq həmin pula Tamara ve müavinləri öz otaqlarını təmir edir, qalan vəsait ciblərinə gedir. Yağış yağanda axan tavanlar təmirə ehtiyac olan bina günü gündən daha da bərbad günə düşür. Tamaraya yada Emilə nə var ki, bu gün varlar sabah yoxdular, olan bizim ZAQATALAMİZA olur. Buların işləri gücləri talan eləməkdi, sizin kimi Trollarsa olara yaltaqlıq eləməklə olara daha da ürək-dirək verməklə məşğulsuz amma çatmır ki, sizə öz rayonumuza ziyan dəyir, bura dəyən ziyan bütün ZAQATALAYA dəyir, ayılın və əlinizi vicdanınıza qoyun, əyər o vicdan sizdə varsa." "ZAQATALA ƏHALİSİ": “Zaqatala Mrx da növbəti oyun bu gün baş verdi. Direktor Tamara və müavin Emin hamını direktor otağına yığıb iclas keçirdi. Bu dəfə çox maraqlı iclas olub, çünki Tamaranın qurduğu oyunda ayrı oyunçularda olub. Xəstəxanada yeni işçilərin qənimi kəsilən şəxs peyda olub. Direktor Tamaranın köməkçisi Camal adlı bir nefer. Bu Camal TƏBİB rəhbəri Qurbanov Vuqarın yaxın qohumudur. Tamaranın da ən yaxın məlumat gətirəni. İşçilərin üstünə qənim kəsləni. Hər gün yeni bəhanə ilə Camal adlı kömekçinin əli ilə bir işçi, bir qeydiyyatçi və indi də koordinator Təbəssüm adlı birini ova çıxaraq ovlayıblar. Bu dəfə ovu yeni köməkçisi edib. Köməkçinin işi ancaq Tamaraya məlumat daşımaq işçilər arasında nifaq salmaqdır. Vüqar Qurbanovun qohumu olan bu şəxs hər cür oyunun içindədir. Əvvəllər MRX da mühendis işləyən bu gənc yaxın müddətdə direktor köməkçisi olandan çox işçi işdən uzaqlaşdırılıb əvəzinə yeni işçilər qəbul edilib.Tamaranın otağında bugün təşkil olunan iclasda qurduğu oyunda köməkçisi Camalla birləşib bir çox işçilər danlanıb və bir neçə məsələ üzləşməsi olub. Mühafizə daxil olmaqla müavinlər otaqda üzləşmə iclası keçiriblər. Vüqar Qurbanovun adından istifadə eden Camal adlı köməkçi bir çox nəfərə hədə-qorxu gələrək işçilərin üzərinə gedərək onları ov olaraq direktorun qabağına atıb. Emin ve Tamara birləşib xəstəxanada at oynadırlar. Təbəssüm adlı koordinatoru Tamara Camalın əli ilə işdən çıxması üçün ərizə yazmağını tələb edib və işdən azad etmə əmri yazıb. Bütün bu oyunlar nə vaxt bitəcək? Vuqar Qurbanov siz Zaqatala MRX-ni niyə belə məhv etmisiz? Numunəvi bir direktor təyin edə bilmirsiz bura? X30 birləşib çox insani işdən çıxaracaqlar? Emin bütün yeni gəlmiş malları satir yeyir. Xəbəriniz var apteklərdə satılan şəkər dərmanlarından? Xəstəxanaya xəstələr üçün verilən dərmanların satışından xəbəriniz var? Siz Zaqatalaya nəzər yetirin.” "ZAQATALA": “Salam hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqında burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm, bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm. Bir-iki ay əvvəl təcili tibbi yardıma sürücü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib, istirahətlər də yeyib bitirib. Birdə ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlarda var, belə olanda pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıxboğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın. Əlbət hamı da bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər teklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm, sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu. Hələ də prokrorluqda bu iş araşdırılır. Bu yazılan TƏBİB-in səhifələridə də payaşacam. Bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.” "Zaqatala NEWS": “ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA baş verən öz başınalıqarın kökünü kəsmək lazım, hamı deyir, “sübut varmi” getsin, TƏBİB rəhbərliyi məhkəməyə verilen n sayda şikayətlərə baxsınlar. X29 gəldiyi 10 ay deyil, Bakıda dəyəri 200 mini aşan yeni aldığı evi araşdırsın. Bu az müddətdə necə aldı bunu, əllbətdəki haqqına girib işdən azad elədiyi yerinə isə külli miqdarda pullar aldığı yeni işçilər sayəsində, buları araşdırsın TƏBİB. Hələ onun yançısı müavini Emil Rüstəmovu demirem, əxlaq qladiatoru balkonlar az deyildi, indi İs Oil tərfdə tutulur əxlaqsızlıq üstündə. Belə səviyyədən kənar, qanunları heçə sayan, məcəlləni tanımayan, işçiyə divan tutan, yalan təqdimatlar hazırlayan, şər-böhtan ataraq işçini azad edən, rüşvətxor insanları ZAQATALAMİZA layiq görməyin. TƏBİB artıq ayılmalıdı. X40 bulara bir son deməyin vaxtıdır.” "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profildə: "Zaqatala Mərkəzi xəstəxanasında açıq bazar. Bazarı yaradan, kadrlar müdri Gülnarə, Baş müdri Tamara, alveri təşkil edənlər Gülnarə yene də. Gülnarə yaxın qohumlarından neçəsindən 5-6 min manat alıb sizi işə qoyacam deyib. Car və Kebeloba kəndindən 3 nəfər var, pulunu alıb amma hələ də gözləyin yerləşdirəcəm sizi deyir. Min yolla qızını Balakən xəstəxanasına işə qoydu, o, Gülnarəki rüşvətlə videosu çixmişdı, əvvəlki baş doxturun dövründə. Sillə vuranlar mühafizəçilər, dövlət idarəsində saqqallı mühafizəçi, bütün komandanı qurub yaradan, xəstəxanada olan təxribatları düzənləyən quran müavin, işdə öz işçisiylə eşq yaşayan baş müdrin müavini Emin, leqebi balkondur. Aylıq qoyulan pullar, pensiya bazarı açan, pensiya camaata düzəldən, sənədlər işinə baxan bacısın da köməkşisi kimi işə götürdən hazırda kameralar otağına qoyulmasından narazı olan Günel adlı qeydiyyatçı həm də baş müdrin Bakıya pul haqqını aparıb gətirən, xəstəxana deyil, aşıq bazardır. Günel adlı qeydiyyatçı müdirin sağ əli, bütün qara işlərin də əli olan,12-14 minə pensiyalar düzəldir camaata. Müdirin ətrafına yığdığı kamanda otaqda kimlərəsə üzə durmaq üçün planlar qururlar, kimlərisə qaralamaq üçün işlər görürlər. Məhkəmələrdə kimlərisə susdurmaq üçün çirkli pullar təklif edirlər. Baş doxtur bütün qara işlərini Gülnarə ve saqqalli mühafizəçi və qadın mühafizeçilərlə edir. Gülnarənin özünə məxsus kruqu var, öz etibar etdiyi onlarla hergün iş otağında xüsusi təlimat iclası keçirir, tapşırıqlar verir. Emin isə eşqi basina vurub, Arzu adlı qeydiyyatçı ilə qeyri-resmi eşq yasayır. Xəstəxana artıq tibb ocağı yox, kurtlar vadisi olub. Öz sürücüsünü öz isteklərinə görə yox, Tamaranın ərinin istəyinə görə işdən çıxardı. Tamaranın əri xəstəxanaya işə kimi götürmək olar, kimi olmaz məsələlərinə baxır. Hətta işçini götürərkən lazımi haqqı da özü də alır. İşçilərin isə təyinini Tamaranın əri edir. Hansısa işçini də öz ətrafında olan işçilərin əliylə vurur, çıxarır. Orda üzdə görünən ve görünməyən tərəfi var. Əsas qorxulu mənbələr üzdə görülməyən adı heç çəkilməyənlərdir. Adi çekilənlər sadəcə göz bağlayıcılardır. Tamara ən yaxın görünəni, özünü müdafiə edən kimi görünəni işdən çıxarmaqla hədələdi, görünür hansısa tapşırığını yerinə yetirməyib. İndi o özəl mühafizəçisini kənara atıblar hər yerdən. Çünki artıq ondan çəkinirlər, əlaqələrinə görə və onu birləşib vurdular hər yerdən. Görəsən o özəl mühafizəçi susacaq bu ona qarşı edilənlərə? Həmin mühafizəçi pensiya komisiyasından uzaqlaşdırıldı, səbəbi artıq oların bütün alış-verişlərini tam bilirdi deyə işdən uzaqlaşdırılma xəbəri verildi. Həmin mühafizəçiyə səbəb nədir? Nə kimi dəyişiklər olacaq xəstəxanada? Çox maraqlı işlər gedir. Kim haqlı kim haqsiz çıxacaq? Zaman göstərəcək." Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru X7 "Facebook" sosial şəbəkəsində yaradılmış "Roma Aliyev" adlı profilin sahibi barədə tədbir görülməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmiş və aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin profilin sahibi Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləyən, Zaqatala rayonu, Yuxan Tala kənd sakini X16r. Araşdırma mərhələsində izahatları alınmış 29 iyul 1998-ci il tarixdə Balakən rayonu, Katex kəndində doğulmuş, Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli X46 və 03 mart 1986-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, ünvan 3 ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli Hüşənova Gülnar Teymur qızı da Facebook" sosial şəbəkəsində yaradılmış "Roma Aliyev" adlı profilin sahibinin "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə 25 may 2024-cü il tarixli məktubla qeyd olunan şəxsin Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 olması bildirilmiş və həmin yazıların onun tərəfindən paylaşıldığmı etiraf etmişdirlər. Bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə 25 may 2024-cü il tarixli məktubla qeyd olunan şəxsin Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 olması bildirilmişdir. X7 xüsusi ittiham qaydasında şikayətlə 05 dekabr 1987-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləyən X11 Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi, həmin Məcəllənin 66.2-ci maddəsinin tətbiq edilməklə cəzalarının tamamilə toplanması barədə hökm çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilmiş, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X27 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun qeyd edilənlərlə heç bir əlaqəsi yoxdur. Əgər xüsusi ittihamçı yazıların onun tərəfindən paylaşıldığını qeyd edirsə, bunu sübut etməlidir, yəni həmin yazıların ona aid olan telefon və ya notbukun mak adreslərindən paylaşıldığı sübut olunmamışdır. Həmçinin onun telefonu iki gün ərzində Zaqatala Rayon Polis Şöbəsində qalmışdır və onun telefonundan həmin səhifəyə aid heç nə çıxmamışdır. Eyni zamanda bu işdə əsas hüquqları pozulan odur. Çünki onun qanunsuz olaraq iş yerindən şöbəyə aparmışdırlar. Şöbədə isə heç bir əsas olmadan qanunsuz olaraq onun telefonunu, yəni şəxsi mülkiyyətini əldə edib, baxışmışdırlar. X15 rəfiqəsi Vəfa Rəcəbli onun telefonundan istifadə edərək başqa şəxslərə mesajlar yazmış, telefonunun qurdalamışdır. Onun şəxsi mülkiyyətinə müdaxilə etməklə onlar cinayət əməli törətmişdirlər. Həmin sübutlar onun hüquqları pozulmaqla əldə edilmişdir və məhkəmyə təqdim edilməsi qanunsuzdur. Qeyd edilənlərin onunla heç bir əlaqəsi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bir dəfə paylaşım etmişdir, həmin yazıda isə TƏBİB-lə bağlı yazmışdır, Nurəliyeva Tamaradan bəhs etməmişdir. Həmçinin o, çox bəyəni almadığı təqdirdə səhfəsindəki yazıları silmişdir və üzərindən uzun müddət keçdiyi üçün bərpası mümkün deyildir. Eyni zamanda o polis şöbəsinə dəvət olunmamış, qanunsuz olaraq aparılmışdır. Bu barədə hər hansı yerə şikayət etməmişdir. Şöbədə yazdığı izahatla bağlı bildirir ki, ona nə deyilmişdirsə, o izahatında onları yazmışdır, öz fikirləri deyildir. Onun Aygünlə heç bir əlaqəsi yoxdur, belə ki, Aygün prezentasiyasını çıxarmaq üçün yanına gəlmiş, o Aygünün telefonundan sənədləri öz kompüterinə köçürmüş, həmin səndlərlə onun üçün prezentasiya hazırlamışdır. Ondan başqa heç bir məlumat götürməmişdir. Hüşənova Gülnarı isə mayın 31-i Tamara və tərəfdarları zorla ərizə yazaraq işdən çıxarmaq istəmişdirlər. Həmçinin şöbədə izahatı alınan zaman ona hüquqları izah edilməmiş vəkillə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, şikayətə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüşənova Gülnar Teymur qızı ifadəsində göstərmişdir ki, hal-hazırda işləmir, əvvəllər Zaqatala RMX qeydiyyatçı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsi tanıyır, iş yoldaşı olmuşdurlar. Aralarında heç bir qohumluq əlaqəsi və ya ədavət və düşmənçilik yoxdur. Bildirir ki, Dinaqnostikada cərahiyyə şöbəsində qeydiyyatçı vəzifəsində işə başlamışdır. Qeyd edir ki, həmin müəssisədə işlədiyi 2 il və Tamara xanımın baş həkim kimi işə başladığı 2 il onun üçün tamam başqa olmuşdur. Həmin xanım işə girən kimi onunun şöbəsini dəyişmiş, bəs eləməmiş tutarsız yerə izahatlar yazılmış, Tamara xanımın sağ qolu onun tək-tək otaqlara dəvət edərək ərizə yazıb çıxamsını istəmiş, yoxsa başının çox ağrayacağını bildirmişdirlər. Daha sonra tibbi şura qurulmuş ona şiddətli töhmət verilmiş, halbuki, qeydiyyatçılar arasında tək ail təhsilli işçi özü olmuşdur. Bundan sonra dəfələrlə onun şöbəsini dəyişmişdirlər. Bir gün işdə olduğu zaman şöbədən onu çağırmışdırlar. Həmin şəxslər polis əməkdaşları olmuşdur. Onu bütün xəstəxananın gözü qarşısında şöbəyə aparmışdırlar. Orada xüsusi təziq altında izahat yazdırmışdırlar. Həmin izahatın heç bir cümləsini belə xatırlamır. O, artıq 5 aydır ki, psixoloji və nevroloji müalicələr alır. Bundan sonra evində dava-dalaş olmuş, heç kəsə özünü anlata bilməmişdir. O, səhəri gün ərizəsini yazıb işdən çıxmış, həmin xanım ona “bax belə Gülnar axır ki, mən deyənə gədin. Əgər haqqını axtarmağa çalışsan, mən səni daha betər rüsvay edərəm” demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən izahat tərəfindən xüsusi təziq altında yazılmışdır, belə ki, ona diktə etmişlər o, isə yazmışdır. Ona təziq göstərən şəxsləri tanımır. Bununla bağlı şikayət etməmişdir. Rüşvət hadisələrindən isə bütün xəstəxana danışır. Həqiqət olub-olmamsını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala Rayon Polis X26 bölməsinin baş əməliyyat müvəkkili X34 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. İşlə əlaqədar bildirir ki, ilk öncə Rəsulun tefefonunda müəyyən materialların aşkar olunmasında şübəhəlmişdirlər, elə telefon da Rəsul tərəfindən təqdim edilmiş, şifrəsini özü bildirmişdir. Baxış zamanı bəzi şübhəli halları müyyən etmişdirlər. Daha sonra həmin xanımla olan yazışması əldə edilmiş, həmin yazıda Rəsulun “Roma Aliyev” olduğu müəyyən edilmişdir. Rəsula heç bir təyziq göstərilmədən özü ifadə yazaraq “Roma Aliyev” profilinin ona aid olduğunu bildirmişdir. X37 da şöbədə verdiyi izahatında həmin halı təqsdiq etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən heç kəsə fiziki və ya psixi təsir göstərilməmişdir. Həmçinin Gülnar xanım ailəsi ilə ona təziq edildiyini bildirsə də, həmin vaxt Gülnar xanımın bildirdiyinin əksinə onun yoldaşı şöbədə olmuşdur. Gülnar xanım özü səmimi şəkildə ifadə vermişdir. Vəfa xanımın isə nə zaman gəldiyini, telefona baxıbbaxmamasından məlumatlı deyildir. Belə ki, həmin vaxt o Gülnar xanımın şöbəyə dəvət edilməsi üçün xəstəxanaya getmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş 3-13- 118/2-N-10743/11/24 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sosial şəbəkədə qeyd edilmiş “Roma Aliyev” səhifəsinin sahibinin Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X27 olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevanın sosial şəbəkədə “Roma Alıyev" kimi qeydiyyatdan keçən naməlum şəxsin onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yazaraq böhtan atdığını bildirmişdir. Həmin şəxsin tapılaraq barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan “Roma Alıyev” səhifəsini Zaqatala rayonu Yuxarı Tala kənd sakini, hal hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında İnformasiya Texnologiyaları üzrə mütəxəsis vəzifəsində işləyən X27 yaratmış və müxtəlif vaxtlarda həmin səhifədən fikirlər bildirmişdir. R.Məmmədov izahatı alınarkən səhifənin sahibi özü olduğunu etiraf etmiş bu yolla düşündüyü haqsızlıqların qarşısının alınmasını istəmişdir. İzahatı alınmış, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləyən Hüşənova Gülnar Teymur qızı sosial şəbəkədə “Roma Alıyev" kimi qeydiyyatdan keçən şəxsin X27 olduğunu bildiyini lakin bu işlərə hər hansı müdaxiləsinin olmadığını qeyd etmişdir. İzahatı alınmış, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Şoranova Aygün Əli qızı sosial şəbəkədə “Roma Alıyev" kimi qeydiyyatdan keçən şəxsin kim olduğu barədə məlumatı olmadığını, lakin X11 onun mobil telefonuna daxil olaraq bəzi məlumatların görürməsini düşündüyünü bildirmişdir. Araşdırma zamanı baş verənlərdə cinayət tərkibi olmadığı üçün şikayətçi tərəfin məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Şoranova Aygün Əli qızının xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır. 2018-ci ildən Zaqatala RMX PHŞ-də işləyir. 20 mayda telefonunu işdə Roma Aliyev yəni Rəsul adlı şəxsin kompüterinə qoşmuş və işlə bağlı sənədləri hazırlamışdırlar. O, bilmədən onun telefonundan şəxsi məlumatlarını öz telefonuna köçürmüş və onu gələckdə öz xeyrinə istifadə etmək üçün əldə etdiyini bilməmişdir. Bu barədə heç bir məlumatı yoxdur və onun planlarına daxil olmamışdır. Sözügedən işlə əlaqəsi yoxdur. İzahatı özü yazmış heç bir əlavəsi yoxdur. Doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş X11 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. 2020-ci ildən Mərkəzi Xəstəxanada informasiya texnologiyaları üzrə mütəxəssis işləyir. Qeyd etmək istəyir ki, Mərkəzi Xəstəxanada baş verən haqsızlıqları paylaşmaq üçün feysbok sosial şəbəkəsində Roma Aliyev adında saxta profil formalaşdırmışdır. Həmin profildə bəzi şəxsləri və kollektivi narahat edə biləcək məsələləri işıqlandırmağa çalışmışdır. Həmin paylaşdığı paylaşımları heç bir xəstəxana işçisinin köməyi və yaxud təşviqi əsasında etməmişdir. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, xeyr heç bir əlaqəsi yoxdur. Yazışmaları Aygün göndərməyib, o özü əldə etmişdir. Onun onlarda heç bir tələbi olmayıb, haqsızlıqların son bulmasını istəyib. İzahatı özü yazmış heç bir əlavəsi yoxdur. Doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Hüşənova Gülnar Teymur qızının xx.xx.2024-cü il tarixli izahatından görünür ki, yuxarıda qeyd edilən ünvanda yaşayır. Qeyd etmək istəyir ki, 2018-ci ildən tibb sahəsində işləyir. İlk olaraq rayon diaqnostik mərkəzində qeydiyyatçı olaraq işə başlamış, daha sonra o və bir neçə nəfərin xidməti yeri dəyişdirilərək rayon mərkəzi xəstəxanasına göndərilmişdirlər. Oraya getmək onun ürəyincə olmamışdır. Bir müddət sonra Əmrah adlı şəxs yaxınlaşaraq anası üçün qeydiyyat istəmiş və anası ilə birgə ordan uzaqlaşmışdır. Bu qeydiyyatla bağlı çox haqsızlıqlar, söz-söhbətlər olmuş və onu dərəcə ilə işdən azad etməklə hədələmişdirlər. Hətda çıxış ərizəsini belə vermişdirlər. Daha sonra əmək müfəttişliyinə müraciət etmək istədiyi vaxt onu işə geri çağırmışdırlar və işinə davam etmişdir. Daha sonra onu “103” ambulans çağrı məkəzinə vermişdirlər. Daha sonra Diaqnostika Mərkəzindən tanıdığı Rəsul adlı şəxsin ona xəstəxana ilə bağlı paylaşımları görüb görmədiyini soruşmuş, o gördüyünü bildirmişdir. Fikirlərinin üst-üstə düşdüyünü bildirmişdir. Daha sonra həmin paylaşımları edən Roma Aliyevin özü olduğunu bildirmişdir. O dəfələrlə onu bu fikrindən yayındırmağa çalışmış, onu dinləməmişdir və haqsızlıqlarla mübarizə edəcəyini söyləmişdir. Belə davam etmişdir. Rəsul və onun arasında heç bir digər münasibət olmamışdır. Sadəcə ona kömək olmaq, dəstək olmaq istəyib və düzgün olmayan hərəkətlər edib. İzahatı özü yazmış heç bir əlavəsi yoxdur. Doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, X8 yazısında “yo yo demə, Romanı heç kim palit eləməsi..., yəni iki nəfərin bildiyi şey sirr deyildir...” ifadəsini bildirmişdir. İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "zaqatala kafkaz" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən 25 yanvar tarixdə paylaşılmış yazıda qeyd edilmişdir ki, "Salam Hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqıda burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm, bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm, bir-iki ay əvvəl təcili tibbi yardıma sürücüsü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib istirahətlər də yeyib bitirib. Birdə ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlar da var, belə olan da pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx boğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın, əlbət hamı da bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər təklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm. Sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu, hələ də prokrorluğda bu iş araşdırılır. Bu yazıları təbibin səhifələridə də payaşacam, bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "ZAQATALA ƏHALİSİ" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən 18 aprel tarixdə paylaşılmış yazıda qeyd edilmişdir ki, "Salam hər vaxtmız xeyir. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ demək istərdim amma xəstəxana deyil, başqa bir yerdə çevrilib rüşvətxorluq bazar və xaos xəstəxanadan başqa hər şey var burda. Bunu da yaradan əlbəttdə ki, direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burada o qədər qanunsuzluqlar var ki, prokurorluğa verilən iş indi korpusiyaya təhvil verilib, bele olduqda Tamara xanım başladı xəstəxandan pul yığmağa, yəni söhbəti bağlamaq üçün 250 min manat pul yığmalıdı, bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu, özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şöbəyə müəyyən məbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın. Mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. #TƏBİB isə yatır fil qulağında, Tamara bura sənin şəxsi obyektin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin haqqına girməyə sənin ixtiyarın yoxdu." İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "Palitra" qrupunda 07 may tarixdə paylaşılmış yazıda qeyd edilmişdir ki, "Xəstəxana direktoru rüşvət vermək üçün pul yığır. Məlum olub ki, cəmi iki il bu vəzifədə çalışan Zaqatala rayon mərkəzi xəstəxanasının direktoru bir sıra qanunsuzluqları ilə fərqlənməyə bacarıb. İndi də X29 və onun müavini tibb işçilərindən qanunsuz olaraq pul yığır, lakin o, pulları kimə və nəyə yığdığına aydınlıq gətirmir. Nurəliyeva ancaq israrla deyir ki, ona 250 min manat lazımdır, işçilər yığıb ona verməlidir. Xəstəxana işçilərinin dediyinə görə, Nurəliyeva işlədiyi müddətdə xəstəxanaya məxsus əmlakı, tibbi ləvazimatları, hətta dərmanları da satıb və indi xəstəxanada yoxlamaların aparıla biləcəyini biləndən sonra çarəsiz qalıb və müfəttişlərə rüşvət vermək üçün pul yığmaq istəyir. Nurəliyevanın həyasızlığı o həddə çatıb ki, xəstəxana cərrahlarının onun tələb etdiyi pulu verməkdən imtina etməsindən sonra cərrahiyyə şöbəsini qeyri-müəyyən müddətə bağlayıb. Nurəliyevanın cinayət törətməsi və xəstəxanaya məxsus əmlakı mənimsəməsi yetərli deyil, o, özünü xilas etmək üçün sıravi işçilərdən də pul yığmağı tələb edir. Səhiyyə Nazirliyinin də, polisin də bundan xəbəri var, amma bu məsələ ilə məşğul olan yoxdur, ola bilsin ki, lazımi pulun yığılmasını gözləyirlər. Onlar "havayı" işləməzlər, axı." İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "zaqatala kafkaz" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən 19 may tarixdə paylaşılmış yazıda qeyd edilmişdir ki, "Salam. Mən hər dəfə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANSİ haqqında olan məlumatları paylaşıram və paylaşacam da çünki bu tək bir adamın dilə gətirəcəyi bir məsələ deyil, bu bütün Zaqatala rayonunun məsələsidi. Burda o qədər haqsızlıqlar var ki, bunları kimsə dilə gətirməlidir. Bir çox səhifələrdən əsasda Zaqatala səhifələrindən paylaşımlarım sildirilir. Amma əmin olun mən bu məlumatları tək Zaqatala səhifərlərində yox, digər xəbər səhifələrindədə paylaşıram və paylaşacamda. Tamara və onun müavinləri dövlətdən oğurladıqları pullarla özlərinə mal mülk yığır, olan Zaqatala əhalisinə olur. Xəstəxanaya gedəndə adi bintindən tutma aldırılır vətəndaşa, nəyə görə axı. #TƏBİB insanlara bar-bar bağırır ki, bütün Azərbaycan vətəndaşları sığortalıdır amma ayrılan bütün dava dərmanlar satılır və pullar Tamra və yandaşlarının cibinə gedir, hansı ki, bu dərmanlar Zaqatala əhalisinə dövlət tərəfindən göndərilir. X49 ambarlara gələn bütün malları satıb sovurur, lazım olan heçnə xəstəxanaya verilmir. Sənəd üzərində şişirdilmiş rəqəmlər göstərərək külli miqdarda dövlətə maddi ziyan verərək dövlətimin ayırdığı pulları mənimsəyir. X29 həkimlərə gələn hər xəstə üçün müəyyən məbləğlər təyin edir. Məsələn cərrah əgər bir əməliyyata girəcəksə, deməli Tamaraya hər girdiyi əməliyyata görə 30 AZN ödəniş (tas) verməlidir, əgər həkim bundan imtina etsə, həmin həkimə heç bir əməliyyata girməyə icazə vermir, bu məsələlərə nəzarət edən də digər müavin Vasif İsrafilzadədir. Vasif dr özündə qeydlər apararaq Tamaraya məlumat verir. Vasif dr xəstəxanaya gələn bütün firma işçilərini də tasa bağlayıb ki, əgər həkimlərin yanına getmək istəyirsizsə, mənə bu qədər məbləğ ödəməlisən, yoxsa sənə icazə vermərəm xəstəxanaya girməyə, sanki Xəstəxana Dövlətin yox, Tamaranın, Emilin, Vasifin şəxsi mülkləridi, istədikləri kimi idarə edirlər. Haqqı kimsə dilə gətirsə, onu mütləq şərlə, böhtanla aradan qaldırmağa çalışırlar. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA nə gələn xətələrə, nə də burda işləyən direktor və müavinlərdən başqa digər işçilərə insan kimi münasibət göstərilmir. Heç bir məcəllə, heç bir qanun burda yoxdur. Bura dərəbəylikdi. Bu qanunsuzluğa #TƏBİB nə vaxta kimi göz yumacaq? Birdə onu qeyd etmək istəyirəm ki, mən xəstəxanada işləmirəm, bunu mənə çox adam sual edirdi. Hə deyəcəksiz ki, bəs bu məlumatlar hardandı, bu məlumatları elə Tamaranın ən yaxını mənə ötürür, Tamara isə ele bilir ki, yanındakı güvənilir adamdı)". İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "Zaqatala A-dan Z-yə" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “Salam hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqıda burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm. Bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm. Bir-iki ay əvvəl təcili tibbi yardıma sürücü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib istirahətlər də yeyib bitirib. Bir də ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlarda var, belə olanda pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx-boğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın, əlbət hamıda bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər teklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm, sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu, hələ də prokrorluğda bu iş araşdırılır. Bu yazıları təbibin səhifələridə də payaşacam. Bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "Zaqatala City" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “Hər vaxtınız xeyir dəyərli ZAQATALA camaatı. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA biabırçı vəziyyət davam edir. Burda baş verənlərə görə TƏBİB-i günahlandıra bilmərik, çünki TƏBİB hər şeylə təmin edir amma gəl gör ki, hər şey anbara kimidi ordan oyana it bat olur, hara olur? Əlbəttdə ki, direktor TAMARA Nuraliyeva və müavin Emil Rüstəmov həzrətləri tərəfindən yeyilir. Tək anbar yox, yanacaq sərfiyyatı TAMARA və Emil yalandan min cür düzməcəylə külli miqdarda yanacaq sərfiyyatını kağız üzərində göstərərək öz ciblərini doldurur, kağız üzərində tək yanacaq yox, həm də digər mallar istər tikinti, istər təmizlik malları olsun, bular hamısı kağız üzərində göstərilir ancaq ortada olmur. Beləcə silinir və yeyilir. Çox Hörmətli #TƏBİB bu xainlərə bir əncam qılın.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "ZAQATALA MEYDANİ" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “Salam hər vaxtmız xeyir. ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ demək istərdim amma xəstəxana deyil, başqa bir yerdə çevrilib, rüşvətxorluq bazar və xaos xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki, direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib, belə olduqda Tamara xanım başladı, xəstəxandan pul yığmağa, yəni söhbəti bağlamaq üçün 250 min manat pul vığmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu, özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı biriki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şöbəyə müəyyən məbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın, mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. # TƏBİB isə yatır fil qulağında. Tamara bura sənin şəxsi obyetin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin sovurdu özlərinə evlər, şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi, bu ikili indi hər bir şöbəyə müəyyən bəbləğlərin yığlması üçün tapşırıqlar verib. Yəni bu 250 min manat pulu yığmaq üçün bütün xəstəxananı ayağa qaldırıb cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın. Mən satdım, sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın, kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yığmalıdı? #TƏBİB nə vaxta kimi göz yumacaq bunlara. Tamara artıq o həddə çatıb ki, cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahhi korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular. # TƏBİB isə yatır fil qulağında Tamara bura sənin şəxsi obyektin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxandı, millətin haqqına girməyə sənin ixtiyarın yoxdu.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "Zaqatala NEWS" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, "SALAM DƏYƏRLİ ZAQATALA əhalisi. Son günlər ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqında yazılanları görürük və hamı bilir ki, burda hansı hadisələr baş verir, kimin kim olduğunu millət çox yaxşı bilir. Ordaki bir-iki trollun yaratdığı səhnəciklərə baxıram, vallah çox gülməli görünürsüz, direktorunuz Tamara Nurəliyeva və müavini Emil Rüstəmov onsuzda sonlarına az qalıb, heç olmasa özünüzə hörmət edin haqqın və haqqlının yanıda durun. Tamara və Emil xəstəxanaya ayrılan büdcəni talan edir. #TƏBİB təmirə 80 min pul ayırır, ancaq həmin pula Tamara ve müavinləri öz otaqlarını təmir edir, qalan vəsait ciblərinə gedir. Yağış yağanda axan tavanlar təmirə ehtiyac olan bina günü gündən daha da bərbad günə düşür. Tamaraya yada Emilə nə var ki, bu gün varlar sabah yoxdular, olan bizim ZAQATALAMİZA olur. Buların işləri gücləri talan eləməkdi, sizin kimi Trollarsa olara yaltaqlıq eləməklə olara daha da ürək-dirək verməklə məşğulsuz amma çatmır ki, sizə öz rayonumuza ziyan dəyir, bura dəyən ziyan bütün ZAQATALAYA dəyir, ayılın və əlinizi vicdanınıza qoyun, əyər o vicdan sizdə varsa." İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "ZAQATALA ƏHALİSİ" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “Zaqatala Mrx da növbəti oyun bu gün baş verdi. Direktor Tamara və müavin Emin hamını direktor otağına yığıb iclas keçirdi. Bu dəfə çox maraqlı iclas olub, çünki Tamaranın qurduğu oyunda ayrı oyunçularda olub. Xəstəxanada yeni işçilərin qənimi kəsilən şəxs peyda olub. Direktor Tamaranın köməkçisi Camal adlı bir nefer. Bu Camal TƏBİB rəhbəri Qurbanov Vuqarın yaxın qohumudur. Tamaranın da ən yaxın məlumat gətirəni. İşçilərin üstünə qənim kəsləni. Hər gün yeni bəhanə ilə Camal adlı kömekçinin əli ilə bir işçi, bir qeydiyyatçi və indi də koordinator Təbəssüm adlı birini ova çıxaraq ovlayıblar. Bu dəfə ovu yeni köməkçisi edib. Köməkçinin işi ancaq Tamaraya məlumat daşımaq işçilər arasında nifaq salmaqdır. Vüqar Qurbanovun qohumu olan bu şəxs hər cür oyunun içindədir. Əvvəllər MRX da mühendis işləyən bu gənc yaxın müddətdə direktor köməkçisi olandan çox işçi işdən uzaqlaşdırılıb əvəzinə yeni işçilər qəbul edilib.Tamaranın otağında bugün təşkil olunan iclasda qurduğu oyunda köməkçisi Camalla birləşib bir çox işçilər danlanıb və bir neçə məsələ üzləşməsi olub. Mühafizə daxil olmaqla müavinlər otaqda üzləşmə iclası keçiriblər. Vüqar Qurbanovun adından istifadə eden Camal adlı köməkçi bir çox nəfərə hədə-qorxu gələrək işçilərin üzərinə gedərək onları ov olaraq direktorun qabağına atıb. Emin ve Tamara birləşib xəstəxanada at oynadırlar. Təbəssüm adlı koordinatoru Tamara Camalın əli ilə işdən çıxması üçün ərizə yazmağını tələb edib və işdən azad etmə əmri yazıb. Bütün bu oyunlar nə vaxt bitəcək? Vuqar Qurbanov siz Zaqatala MRX-ni niyə belə məhv etmisiz? Numunəvi bir direktor təyin edə bilmirsiz bura? X30 birləşib çox insani işdən çıxaracaqlar? Emin bütün yeni gəlmiş malları satir yeyir. Xəbəriniz var apteklərdə satılan şəkər dərmanlarından? Xəstəxanaya xəstələr üçün verilən dərmanların satışından xəbəriniz var? Siz Zaqatalaya nəzər yetirin.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "ZAQATALA" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “Salam hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqında burda baş verənlər haqda danışmaq istəyirəm. X61 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm, bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm. Bir-iki ay əvvəl təcili tibbi yardıma sürücü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özünə estetik əməliyyatlar edib, istirahətlər də yeyib bitirib. Birdə ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlarda var, belə olanda pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara, işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx-boğaz edərək işdən çıxarsın, yerinə yeni işçilər alsın. Əlbət hamı da bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər teklif edir ki, iş istəyirsən? Ver məbləği, gir işə. X62 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm, sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu. Hələ də prokrorluqda bu iş araşdırılır. Bu yazılan TƏBİB-in səhifələridə də payaşacam. Bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində "Zaqatala NEWS" qrupunda "Roma Aliyev" adlı istifadəçi tərəfindən paylaşılmış yazıda qeyd edilmişdir ki, “ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİNDA baş verən öz başınalıqarın kökünü kəsmək lazım, hamı deyir, “sübut varmi” getsin, TƏBİB rəhbərliyi məhkəməyə verilen n sayda şikayətlərə baxsınlar. X29 gəldiyi 10 ay deyil, Bakıda dəyəri 200 mini aşan yeni aldığı evi araşdırsın. Bu az müddətdə necə aldı bunu, əllbətdəki haqqına girib işdən azad elədiyi yerinə isə külli miqdarda pullar aldığı yeni işçilər sayəsində, buları araşdırsın TƏBİB. Hələ onun yançısı müavini Emil Rüstəmovu demirem, əxlaq qladiatoru balkonlar az deyildi, indi İs Oil tərfdə tutulur əxlaqsızlıq üstündə. Belə səviyyədən kənar, qanunları heçə sayan, məcəlləni tanımayan, işçiyə divan tutan, yalan təqdimatlar hazırlayan, şərböhtan ataraq işçini azad edən, rüşvətxor insanları ZAQATALAMİZA layiq görməyin. TƏBİB artıq ayılmalıdı. X40 bulara bir son deməyin vaxtıdır.” İş materiallarına əlavə edilmiş "Facebook" sosial şəbəkəsində paylaşılmış yazıda qeyd edilmişdir ki, "Zaqatala Mərkəzi xəstəxanasında açıq bazar. Bazarı yaradan, kadrlar müdri Gülnarə, Baş müdri Tamara, alveri təşkil edənlər Gülnarə yene də. Gülnarə yaxın qohumlarından neçəsindən 5-6 min manat alıb sizi işə qoyacam deyib. Car və Kebeloba kəndindən 3 nəfər var, pulunu alıb amma hələ də gözləyin yerləşdirəcəm sizi deyir. Min yolla qızını Balakən xəstəxanasına işə qoydu, o, Gülnarəki rüşvətlə videosu çixmişdı, əvvəlki baş doxturun dövründə. Sillə vuranlar mühafizəçilər, dövlət idarəsində saqqallı mühafizəçi, bütün komandanı qurub yaradan, xəstəxanada olan təxribatları düzənləyən quran müavin, işdə öz işçisiylə eşq yaşayan baş müdrin müavini Emin, leqebi balkondur. Aylıq qoyulan pullar, pensiya bazarı açan, pensiya camaata düzəldən, sənədlər işinə baxan bacısın da köməkşisi kimi işə götürdən hazırda kameralar otağına qoyulmasından narazı olan Günel adlı qeydiyyatçı həm də baş müdrin Bakıya pul haqqını aparıb gətirən, xəstəxana deyil, aşıq bazardır. Günel adlı qeydiyyatçı müdirin sağ əli, bütün qara işlərin də əli olan,12-14 minə pensiyalar düzəldir camaata. Müdirin ətrafına yığdığı kamanda otaqda kimlərəsə üzə durmaq üçün planlar qururlar, kimlərisə qaralamaq üçün işlər görürlər. Məhkəmələrdə kimlərisə susdurmaq üçün çirkli pullar təklif edirlər. Baş doxtur bütün qara işlərini Gülnarə ve saqqalli mühafizəçi və qadın mühafizeçilərlə edir. Gülnarənin özünə məxsus kruqu var, öz etibar etdiyi onlarla hergün iş otağında xüsusi təlimat iclası keçirir, tapşırıqlar verir. Emin isə eşqi basina vurub, Arzu adlı qeydiyyatçı ilə qeyri-resmi eşq yasayır. Xəstəxana artıq tibb ocağı yox, kurtlar vadisi olub. Öz sürücüsünü öz isteklərinə görə yox, Tamaranın ərinin istəyinə görə işdən çıxardı. Tamaranın əri xəstəxanaya işə kimi götürmək olar, kimi olmaz məsələlərinə baxır. Hətta işçini götürərkən lazımi haqqı da özü də alır. İşçilərin isə təyinini Tamaranın əri edir. Hansısa işçini də öz ətrafında olan işçilərin əliylə vurur, çıxarır. Orda üzdə görünən ve görünməyən tərəfi var. Əsas qorxulu mənbələr üzdə görülməyən adı heç çəkilməyənlərdir. Adi çekilənlər sadəcə göz bağlayıcılardır. Tamara ən yaxın görünəni, özünü müdafiə edən kimi görünəni işdən çıxarmaqla hədələdi, görünür hansısa tapşırığını yerinə yetirməyib. İndi o özəl mühafizəçisini kənara atıblar hər yerdən. Çünki artıq ondan çəkinirlər, əlaqələrinə görə və onu birləşib vurdular hər yerdən. Görəsən o özəl mühafizəçi susacaq bu ona qarşı edilənlərə? Həmin mühafizəçi pensiya komisiyasından uzaqlaşdırıldı, səbəbi artıq oların bütün alış-verişlərini tam bilirdi deyə işdən uzaqlaşdırılma xəbəri verildi. Həmin mühafizəçiyə səbəb nədir? Nə kimi dəyişiklər olacaq xəstəxanada? Çox maraqlı işlər gedir. Kim haqlı kim haqsiz çıxacaq? Zaman göstərəcək." İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2-2-460/2-134581/2025 saylı məktubdan görünür ki, X4 barəsində Zaqatala Rayon Prokurorluğunda işə düzltmə ilə bağlı rüşvət alma faktlarına görə cinayət işi başlanmamış, istintaqı aparılmamış, eləcə də bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X39 tərəfindən 152 C-23 nömrəli materiallar üzrə qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 152 C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorunun müavini, ədliyyə müşaviri X31 tərəfindən 164c-22 nömrəli materiallar üzrə qəbul edilmiş 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, materiallar üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edimişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X28 tərəfindən 129C-22 nömrəli materiallar üzrə qəbul edilmiş 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, 129C-22 nömrəli materiallar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X28 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X18 barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X32 barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X12 barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nın 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan, törədilmiş cinayət əməlləri nəticəsində müəyyən edilmiş ziyanın ödənişi kimi təqsirləndirilən şəxslər - Mütəllib Qardaşov tərəfindən ödənilmiş 27960.57 manat, Ehtiram Həsənov tərəfindən ödənilmiş 3933,36 manat. Firuddin Ömərov tərəfindən ödənilmiş 7148,61 manat və Zaqatala RMX PHŞ tərəfindən ödənilmiş 76.15 manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə köçürülmüş, törədilmiş cinayət əməlləri nəticəsində müəyyən edilmiş ziyanın 25 faizi miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təqsirləndirilən şəxslər - Mütəllib Qardaşov tərəfindən ödənilmiş 6990.14 manat, Ehtiram Həsənov tərəfindən ödənilmiş 983,34 manat Firuddin Ömərov tərəfindən ödənilmiş 1787,15 manat pul vəsaiti dövlət büdcəsinə köçürülmüş, X33, X35, X7, X19, X20, X9 əməllərində cinayət işinin ibtidai istintaqı zamanı hər hansı cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Zaqatala RMX PHŞ-nın TTTY şöbəsi qeydiyyatı aparılmış çağırışlarla əlaqədar qeydlər aparılması hissəsində cinayət hadisəsinin olmaması kimi nəzərə alınaraq Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 4/87 saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 “Facebook” sosial şəbəkəsində “Roma Aliyev” adı ilə qeydiyyatdan keçdiyi şəxsi səhifəsi vasitəsi ilə onun tərəfindən “Palitra” və digər səhifələrdə X7 barəsində “Nurəliyevanın həyazsızlığı o həddə çatıb ki, xəstəxana cərrahlarının onun tələb etdiyi pulu verməkdən imtina etməsindən sonra cərrahiyyə şöbəsini qeyri-müəyyən müddətə bağlayıb”, “TƏBİB isə yatır fil qulağında Tamara bura sənin şəxsi obyektin deyil, öz çirkin maraqlarınla idarə edəsən, bura dövlətin balansında olan xəstəxanadı, millətin sovurdu özlərinə evlər şəraitlər qurdu, işi bağlamaq istəyəndə isə işçilərin aldığı bir iki qəpik maaşlarına göz dikdi bu ikili indi hər bir şöbəyə müəyyən məbləğlərin yığılması üçün tapşırıqlar verib” yazdıqları yazıda istifadə etdiyi “Nurəliyevanın həyasızlığı” və “öz çirkin maraqları’’ ifadələri şərəf və ləyaqəti alçaldan təhqir xarakterli söz və ifadələr hesab olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X38 Bölməsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X11 məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, X27 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X48 İnformasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyir və 895 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Yuxarı Tala inzibati ərazi darəsindən qeyd edilmiş 05 iyul 2012-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X21 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Yuxarı Tala inzibati ərazi darəsindən qeyd edilmiş 12 iyul 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X22 atası X27, anası X23r. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Yuxarı Tala inzibati ərazi darəsindən qeyd edilmiş 01 avqust 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X24 atası X27, anası X23r. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Yuxarı Tala inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-39/2-496/2025 saylı, 04 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X27 barəsində ərazi nümayəndəliyinə şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 4-cü maddəsinə əsasən Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarındakı mövqeyinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama külli miqdarda törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; təkrar törədildikdə; külli miqdarda törədildikdə; hədə-qorxu tətbiq olunmaqla törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – X27 tərəfindən "Facebook" sosial şəbəkəsində müxətlif qruplarda və öz səhifəsində xüsusi ittihamçı X7 barəsində dərc edilmiş məlumatlar iş materiallarında olan sənədlərlə birlikdə qiymətləndirilmiş və belə qənaətə gəlinmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – X3 informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında böhtan, yəni yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X5 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır və onu təhqir etmişdir. Bununla da X11 törətmiş olduğu bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin təsiri altına düşür. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – X27 “Facebook” sosial şəbəkəsindəki “Roma Aliyev” adlı hesabından paylaşılan və cinayət işi materiallarına əlavə edilmiş yazılarında xüsusi ittihamçı Tamara Nurəliyevanı küllü miqdarda dövlət əlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət verməkdə və külli mqidarda rüşvət almaqda ittiham etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2-2-460/2-134581/2025 saylı məktubdan görünür ki, X4 barəsində Zaqatala Rayon Prokurorluğunda işə düzəltmə ilə bağlı rüşvət alma faktlarına görə cinayət işi başlanmamış, istintaqı aparılmamış, eləcə də bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməmişdir. Həmçinin müvafiq şikayətlər əsasında toplanmış materiallar üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edimişdir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – X27 yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X5 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Məhkəmə iclasında isə X27 bildirmişdir ki, həmin dərc edilən yazılar onun tərəfindən “Facebook” sosial şəbəkəsində yerləşdirilməmiş, “Roma Aliyev” adlı profil ona məxsus olmamış, onun həmin yazılarla heç bir əlaqəsi olmamışdır. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid izahatlarından, səs yazılarından, Zaqatala Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş müvafiq məktubdan “Facebook” sosial şəbəkəsində yaradılmış “Roma Aliyev” adlı profilin X17 məxsusluğu müəyyən edilmiş, şahid Gülnar Hüşənova həmin izahatı psixi təsir altında yazdığını qeyd etsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X34 tərəflərindən şəxslərə hər hansı təsir-təziq tətbiq edilmədiyini, əksiniə Aygün Hüşənovaya öz fikirlərini aydın ifadə edə bilməsi üçün şərait yaradıldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı da şahid Aygün Hüşənova hər hansı təsir-təziq tətbiq edildiyi sübut olunmamışdır. Belə olan halda məhkəmə X11 bu cür müdafiəsini əsassız hesab etmiş, özünü müdafiə xarakteri daşıdığı, cəzadan yayınmaq məqsədi güdüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə cinayət məsuliyyəti kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldığı hallarda yaranır. Eyni zamanda 14 aprel 2025-ci il tarixli, 4/87 saylı ekspert rəyin də nəzərə alaraq məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 “Facebook” sosial şəbəkəsində “Roma Aliyev” adı ilə qeydiyyatdan keçdiyi şəxsi səhifəsi vasitəsi ilə onun tərəfindən “Palitra” və digər səhifələrdə X7 barəsində yazdıqları yazıda istifadə etdiyi “Nurəliyevanın həyasızlığı” və “öz çirkin maraqları’’ ifadələri X1 informasiya vasitəsində şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatma kimi qəbul olunmalıdır. Belə ki, işdən də göründüyü kimi, X2 Tamara Fəxrəddin qızının barəsində nalayiq sözlər yazıb dərc etməklə ikidən çox şəxsin qarşısında həmin şəxslərin gördüyü, oxuduğu və qavraya bildiyi formada ifadə etməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir, Konvensiyasının bu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözügedən qərarın 2 və 5-ci bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilmiş ki, "cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdəşəxsin öz mənəvi vəəqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi vəözünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isəşəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmiş ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə vəşikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdəəks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarın 6 və 7-cı bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmələrə tövsiyə edilmişdir ki, "xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər.” Beləliklə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi və həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməməsi barədə verdiyi ifadəsi işin halları və tədqiq olunan sübutlarla tamamilə təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Odur ki, məhkəmə təqsirləndirilən şəxs X17 istinad edilən CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə X17 CM-nin 147.2 və 148-ci maddələrinə əsasən cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Eyni zamanda, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Beləliklə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X27 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməli, ona hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin olunmalıdır. İş üzrə təqsirləndirilən şəxs X27 barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilməli və X27 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs X27 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 147.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına, həmin Məcəllənin 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X11 üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X27 ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs X11 cəzaçəkmə müddətinin əvvəli qazancından 15 (on beş) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X27 barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs X27 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE**********0002088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Məmmədov