Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-70/2021 21.12.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxx 1994-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Muğanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə saat 21 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Zaqatala rayonu Muğanlı kəndində yerləşən «Qaraj» deyilən ərazidə qəsdən öz cinsi ehtirasını ödəmək üçün 28.02.2006-cı il təvəllüdlü, yüngül dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı çəkməsini bildirmiş, sonuncu da öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra ayaqları üstündə başını aşağı əyib saxlayaraq özünün sərtləşmiş (ereksiya halında olan) cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil etmədən sürtərək cinsi ehtirasını ödəməklə 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs qarşı heç bir düşmənçiliyi və ədavəti olmamış, Aqşinin əmisi oğlu Emillə dostluq münasibəti olmuşdur. 26 avqust 2021-ci il tarixdə, saat təxminən 18 radələrində yaşadığı kənddə küçədə olan vaxt Emilin idarə etdiyi QAZ-24 markalı pikap avtomobili ilə qarğıdalı apardığını görmüş, Emil onu qarğıdalını boşaltmağa kömək etmək üçün evlərinə çağırmışdır. O da Emilgilin evlərinə getmiş, qarğıdalını boşaldıb çardağa yığdıqdan sonra pivə içməyə getmişlər. Həmin vaxt Emilin əmisi oğlu Aqşin də yanlarında olmuşdur. Hər üçü bir yerdə kəndin mərkəzində yerləşən Qəhrəmanın işlətdiyi pivəxanaya getmişlər, pivəxanının həyətində oturaraq hər birinə əvvəlcə bir bakal pivə içmişlər. Daha sonra Emillə o hər birinə 2 bakal pivə içmişlər. Pivəxanada bir qədər oturduqdan sonra Emil avtomobillə gəldiyi üçün spirtli içki içdiyindən çıxıb getmişdir. Emil gedən vaxt ondan Aqşini də evlərinə aparmasını istəmişdir. Emil getdikdən sonra o da Aqşinlə bir yerdə kafedən çıxıb evləri istiqamətində getməyə başlamışdır. Həmin vaxt sərxoş olduğu üçün Aqşinə qarşı cinsi ehtirası yaranmışdır. Buna görə də evə gedən vaxt «qaraj» deyilən yerdən keçərkən Aqşinə əynində olan şalvarı aşağı etməsini bildirmişdir. Həmin vaxt Aqşin də əynində olan şalvarını aşağı eləmiş, sonra o da əynində olan şalvarı aşağı çəkmişdir. Bundan sonra Aqşinə ayaq üstə vəziyyətdə ağzıüstə əyilməsini bildirmişdir. Aqşin də əyilən kimi öz cinsiyyət orqanını Aqşinin arxa keçəcəyinin arasına sürtmüş, həmin vaxt öz cinsi ehtirasını ödəyib qurtarmışdır. Bundan sonra isə Aqşin duraraq yolun əks tərəfində olan marketə siqaret almaq üçün getmiş, o da yolun əks tərəfində qalıb Aqşini gözləmişdir. Lakin Aqşin gəlməmiş, bundan sonra o həmin yerdən uzaqlaşıb getmişdir. Bir qədər kənddə olduqdan sonra evlərinə getmiş, evə çatdıqda Emilin idarə etdiyi pikapla onun evlərinin qabağında dayanmasını görmüşdür. Bundan sonra Emil idarə etdiyi avtomobillə onu da götürmüş və birlikdə Alazan çayı istiqamətində getmişlər. Zastavanın yaxınlığında olan vaxt Emil avtomobili saxlamış və onlar söhbət etmişlər, həmin vaxt Aqşin də yanlarında olmuşdur. Emil ona Aqşinə qarşı nəyə görə bu cür hərəkətlər etməsini soruşmuş, o isə Emilə heç bir hərəkətlər etmədiyini bildirmişdir. Bundan sonra Emil onu həmin yerdə qoyub özü avtomobillə getmişdir. Əlavə olaraq göstərdi ki, Aqşinə şalvarını aşağı çəkməsini bildirmiş, o da özü könüllü şalvarını aşağı etmiş, bundan sonra isə öz şalvarını aşağı çəkib Aqşini də ağzı üstə əyərək cinsiyyət orqanını Aqşinin arxa keçəcəyinə sürtərək cinsi ehtirasını ödəmiş, öz cinsi ehtirasını cinsiyyət orqanını Aqşinin arxa keçəcəyinin arasına sürtməklə ödədiyi üçün arxa keçəcəyinə soxmamışdır. Zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışaraq zərərçəkmiş şəxsdən üzr istəmiş və zərərçəkmiş şəxs onu bağışlamışdır. X5 müharibəsinin iştirakçısı olmuşdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə iştirakı ilə dindirildi, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayonu Muğanlı kəndində valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onun Təqsirləndirilən şəxs və ailəsi ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 26 avqust 2021-ci il tarixdə, saat təxminən 18 radələrində əmisi Vidadinin evinə qarğıdalını yığmağa kömək üçün getmişdir. Həmin vaxt əmisi oğlu Emilin dostu həmkəndlisi Təqsirləndirilən şəxs da kömək üçün əmisi Vidadinin evində olmuş, bir yerdə qarğıdalını maşından çardağa yığmışlar. Bundan sonra isə saat təxminən 20 radələrində o, əmisi oğlu Emil və Məmməd ilə bir yerdə yaşadığı kənddə olan Qəhrəmanın işlətdiyi pivəxanaya getmişlər, pivəxananın həyətində oturub pivə içmişlər. Həmin vaxt o da bir bakal pivə içmiş, Emil ilə Məmməd isə təxminən hərəsinə 2 bakal pivə içmişlər. Təxminən bir saata qədər oturub pivə içmişlər. Bundan sonra Emil maşınla olduğu üçün Məmməd Emilə getməsini bildirmişdir. Həmin vaxt Məmməd onu da evlərinə yola salacağını demişdir. Emil gedən kimi o da Məmmədlə pivəxanadan çıxaraq piyada orta məktəb tərəfə getmişlər. «Qaraj» deyilən yerə çatdıqda Məmməd onun dodaqlarından öpmək istəmiş, lakin o başını kənara çəkdiyi üçün Məmməd dodağından öpə bilməmişdir. Bundan sonra isə ona əynində olan şalvarını və tumanını aşağı çəkməsini bildirmişdir. O da şalvarını və tumanını aşağı çəkmişdir. Bundan sonra Məmməd ona başını aşağı əyməsini demiş, o da başını aşağı əydikdən sonra Məmməd öz cinsiyyət orqanını onun arxa tərəfinə sürtmüşdür. Məmməd öz cinsiyyət orqanını onun arxa tərəfinə sürtdükdən sonra o asfalt yola tərəf qaçmış, o asfalt yolun kənarında olan avtomobil yuyulan sexdə işləyən Eldənizdən əmisi oğlu Emilin nömrəsini alıb tanımadığı bir kişidən Emilə zəng vuraraq məktəbin yanına gəlməsini bildirmişdir. Emil isə bir neçə dəqiqə sonra idarə etdiyi QAZ-24 markalı avtomobildən düzəlmiş pikapla onun yanına gəlmişdir. Bundan sonra o Məmmədin etdiyi hadisə barədə Emilə danışmış və Emillə birlikdə Məmmədin evinə getmişlər. Həmin vaxt Məmməd evdə olmamış, Məmmədin evinin yanında atası ilə söhbət edən vaxt Məmməd də onların yanına gəlmişdir. X6 idarə etdiyi avtomobilə qoyaraq onunla bir yerdə Alazan çayı istiqamətində getmişlər. Həmin yerdə Emil Məmmədə nəyə görə ona qarşı bu hərəkətləri etdiyini demiş, Məmməd isə heç bir hərəkət etmədiyini deyərək maşının qabağına keçib vurmasını bildirmişdir. Sonra onlar Məmmədi həmin yerdə qoyub Emillə birlikdə Emilgilin evinə qayıtmışlar. Sonra atası ilə mobil telefonla danışmışlar və atası şikayət etmələrini bildirmişdir. Bundan sonra da Emil polisə şikayət etmişdir. Əlavə olaraq göstərdi ki, Məmməd onun boynundan tutub dartmamış, ona qarşı heç bir zorakılıq etməmiş, 26.08.2021-ci il tarixdə, saat təxminən 18 radələrində əmisi Vidadinin həyətində qarğıdalı ağacları boşaldan vaxt bir neçə dəfə yıxılaraq ayağı, boynu və qolu dəymiş, bir dəfə isə kürəyi dəymişdir. Məmməd ona qarşı seksual xarakterli hərəkətləri yaşadıqları Muğanlı kəndində «qaraj» deyilən yerdə otluq ərazidə etmiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmişdir. Təqsirləndirilən şəxslə barışmış ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə zərərçəkmiş şəxsin verdiyi ifadəni təsdiq etdi, hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma əmisi oğludur, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onun Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmuş, Təqsirləndirilən şəxs ilə bir yerdə müharibədə iştirak etmişdir. Buna görə də yaxın münasibətləri yaranmışdır. 26 avqust 2021-ci il tarixdə, saat təxminən 18 radələrində yaşadığı kənddə olan vaxt Təqsirləndirilən şəxsla görüşmüş və Məmmədə avtomobildən qarğıdalı boşaltmaq lazım olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsi hiss olunmuşdur. Təqsirləndirilən şəxs razılıq vermiş və bir yerdə evlərinə gəlmişlər. Həmin vaxt əmisi oğlu Aqşin də onlarda idi. Onlar bir yerdə onun QAZ-24 markalı pikap kimi istifadə etdiyi avtomobildən qarğıdalını boşaltmışlar. Bundan sonra isə, təxminən axşam radələrində o, Məmməd və Aqşin ilə bir yerdə Muğanlı kəndinin mərkəzində olan Qəhrəmanın işlətdiyi pivəxanaya getmişlər, pivəxanada oturub əvvəlcə 3 bakal pivə sifariş vermişlər. O, Aqşin və Məmməd hərəsinə bir bakal pivə içmişdir. Bundan sonra Məmmədlə o əlavə olaraq bir bakal da pivə sifariş verib içmişdir. 26 avqust 2021-ci il tarixdə saat təxminən 21 radələrinə qədər pivəxanada oturub pivə içdikdən sonra durmuşlar, həmin vaxt o Aqşini evlərinə aparmaq istəmişdir. Məmməd ona «sən sərxoşsan, yolda avtomobilini polis saxladar evə get, Aqşini mən apararam» demişdir. O da Məmmədin sözünə etibar edərək idarə etdiyi QAZ-24 markalı avtomobili idarə edərək ara küçələrlə evləri istiqamətində getmişdir. Məmməd isə Aqşinlə bir yerdə «qaraj» deyilən yerə keçib evləri istiqamətində getmişdir. O evə təzə çatdıqda Aqşin ona tanımadığı nömrə ilə zəng vuraraq onu kəndin mərkəzində olan avtomobil yuyulan yerə çağırmış, o da tez yenidən idarə etdiyi QAZ-24 markalı avtomobilə oturub Aqşinin dediyi yerə getmişdir. O, Aqşinin dediyi yerə çatdıqda Aqşinin küçənin kənarında dayanmasını görmüş, Aqşindən nə olmasını soruşduqda Aqşin ona Məmmədin «Qaraj» deyilən yerdə boynundan tutub dodağından öpmək istəməsini, həmçinin Aqşinin şalvarını aşağı çəkib öz cinsiyyət orqanını arxa tərəfinə sürtməsini və əlindən qaçdığını bildirmişdir. Bundan sonra o da Aqşinlə bir yerdə idarə etdiyi QAZ-24 markalı avtomobillə Məmmədin yaşadığı evə getmişdir. Məmmədin evinin qabağına atası Eldar çıxmış, o Eldardan Məmmədi soruşduqda Eldar ona Məmmədin evdə olmadığını bildirmişdir. Bundan sonra o bir neçə dəfə Məmmədə zəng vursa da Məmməd onun telefonlarına cavab verməmiş, bir qədər sonra Məmmədin piyada evlərinə tərəf gəldiyini görmüşdür. O, Məmməddən nə hərəkət etməsini soruşduqda Məmməd heç bir hərəkət etmədiyini bildirmiş, həmin vaxt Məmməd ona sərt cavab verdiyi üçün o Məmmədə «otur maşına gedək» deyərək idarə etdiyi QAZ- 24 markalı avtomobilə otuzdurub Alazan çayı istiqamətində «Zastava yolu» deyilən yerə aparmışdır. O, həmin yerdə Məmməddən nəyə görə əmisi oğlu Aqşinə qarşı seksual hərəkətlər etməsini soruşduqda Məmməd ona hansı hərəkətləri deyə sualdan yayınmağa çalışmışdır. Həmin vaxt atası Vidadi ona zəng vuraraq evə çağırdığı üçün o da Məmmədi həmin yerdə qoyub idarə etdiyi avtomobilə oturub evlərinə gəlmiş, həmin vaxt əmisi oğlu Aqşin də onun yanında olmuşdur. İş materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli 280 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1994-cü ildə doğulmuş Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən 27.09.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11228125 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs 28.02.2006-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilmiş 378 nömrəli 28.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Vət. X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər boyun, sürək və sağ diz oynağı nahiyələrində 1 (bir) ədəd sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.08.2021-ci il tarixdə əmələ gəlmələri mümkündür, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş rəydən görünür ki, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs əsas və fərdi xüsusiyyətləri praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Onun davranışında aqressivlik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yaş xüsusatları və intelektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilmişdir. O, baş vermiş hadisəni «pis iş» kimi xarakterizə edir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. İş materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə saat 20:40-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 29.08.2021-ci il tarixli 4(033)-37/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs-xx.xx.1994-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatında olmaqla, tutulanadək orada yaşayan Təqsirləndirilən şəxs barəsində 27 avqust 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay, yəni 27 noyabr 2021-ci il tarixə saat 20:40-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli 354 nömrəli arayışdan görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. İş materiallarında olan reyestrdə 8İ-9737 nömrə ilə qeydiyyata alınmış 08.09.2021-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qanuni nümayəndə və Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayətləri və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.11.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, şahidin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, arayışlar və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə saat 21 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Zaqatala rayonu Muğanlı kəndində yerləşən «Qaraj» deyilən ərazidə qəsdən öz cinsi ehtirasını ödəmək üçün 28.02.2006-cı il təvəllüdlü, yüngül dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı çəkməsini bildirmiş, sonuncu da öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra ayaqları üstündə başını aşağı əyib saxlayaraq özünün sərtləşmiş (ereksiya halında olan) cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil etmədən sürtərək cinsi ehtirasını ödəməklə 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bütün bunlara əsasən məhkəmə cəzanın məqsədlərinə qismən nail olunduğunu, həmçinin Təqsirləndirilən şəxs peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, eyni zamanda 29.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 27 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 27 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-70/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-70/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver