Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-8/2023 19.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-cı il tarixdə Azərbaycan Respublikası Zaqatala rayonu Bozbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Bozbinə kəndində qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:50-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu İİİ Tala kəndi ərazisindəki Mamqabinə qəbirstanlığında yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan – yalanqoz cinsindən diametrləri 11 sm olan 1, 14 sm olan 4, 16 sm olan 1, 20 sm olan 1, 22 sm olan 1, 28 sm olan 1, 30 sm olan 2, 32 sm olan 2, 33 sm olan 2, 34 sm olan 2, 35 sm olan 1, 36 sm olan 1, 41 sm olan 1, 42 sm olan 2, 44 sm olan 1, 45 sm olan 1, 46 sm olan 2, 48 sm olan 1, 50 sm olan 1, 51 sm olan 1, qızılağac cinsindən diametrləri 29 sm olan 1, 42 sm olan 1, 43 sm olan 1, 60 sm olan 1, tut cinsindən diametri 22 sm olan 1, akasiya cinsindən diametri 8 sm olan 1, 10 sm olan 2, 12 sm olan 2 ədəd olmaqla ümumilikdə 39 ədəd ağacı qəsdən motorlu odunkəsənlə kökündən ayırıb kəsməklə təbiətə ümumilikdə 15 080 manat, yəni külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2022-ci ilin fevral aylarının ortalarında Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən Mamqabinə adlanan kənd qəbirsanlığında abadlıq işləri ilə məşğul olan Şahid6 evinin dam hissəsinin tikintisində istifadə etmək üçün ağac materiallarına ehtiyacının olduğunu bildirmiş, Şahid6 də ona qəbirsanlığın sağ tərəfində çayın kənarı boyunca olan ağacları kəsərək apara biləcəyini bildirmişdir. O, həmin gündən etibarən təxminən bir həftə ərzində həmin əraziyə 3 dəfə getmiş, vahid məqsədlə hər dəfəsində müxtəlif sayda müvafiq icazə vərəqi olmadan qanunsuz olaraq ağaclar motorlu mişarla kəsmiş, ilk dəfə gedən zaman o, həmin əraziyə ümumi baxış keçirmiş, daha sonra hansı ağacları kəsə biləcəyini nəzərində saxlamış və hər gedişində həmin ağacları sıra ilə kəsmişdir. Başqa şəxslər görməsin deyə o, hər dəfəsində gedib müəyyən sayda ağaclar kəsib, daşınması üçün hazır vəziyyətə gətirmişdir. İlk öncə o, həmin əraziyə tək getmiş, orada ağacları kəsib daşınması üçün hazır vəziyyətə gətirmiş, bir gün sonra günün səhər saatlarında bibisi oğlu Şahid9 məxsus Qazel markalı ** BG *** dövlət qeydiyyatlı avtomobillə atası Şahid4, əmisi oğlu Şahid8, bibisi oğlu Şahid9 və həmkəndlisi Şahid6 ilə birlikdə Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən Mamqabinə adlanan kənd qəbirsanlığına getmişdir. Həmin qəbiristanlığın ərazisində olan köküstü yaş olmaqla müxtəlif diametrli ümumilikdə 39 ədəd yalanqoz, qızılağac, tut və akasiya cinsinə aid ağacları kəsmiş, qazeldən istifadə edərək kəsilmiş ağacları və onların hissələrini çayın yuxarısına qaldırmış və orada ağacları doğrayaraq həmin avtomobilə atası Eyvaz, bibisi oğlu Ramin və həmkəndlisi Orucun köməkliyi ilə yükləmiş, həmin günü axşam isə atası Eyvaz, bibisi oğlu Ramin və həmkəndlisi Oruc ilə birlikdə həmin əraziyə gedərək kəsib daşınması üçün hazır vəziyyətə gətirilmiş ağacları və onun hissələrini Zaqatala rayonu İİİ Tala kəndində yerləşən yaşayış evinə daşımışdır. Ağacların bəzi hissələrini kəndlərinə qaz çəkilmədiyi üçün qızınmaq məqsədilə yandırıraq istifadə etmiş, ağacların bəzi hissələrini isə fərdi yaşayış evinə əlavə olaraq tikdiyi evin dam örtüyünə tikinti materialı kimi istifadə etmiş, bəzilərini isə satmışdır. Tikinti o və atası Eyvaz tərəfindən aparılmış, kəsdiyi həmin ağacları bibisi oğlu Şahid9 məxsus Qazel markalı ** BG *** dövlət qeydiyyatlı avtomobillə və at arabası ilə daşımış, daşımağına atası Eyvaz, bibisi oğlu Ramin və Oruc köməklik etmişdir. Həmin ağacları yaşadığı evdə motorlu mişarla kəsərək pərdi hazırlamış və tikinti materialı kimi özü istifadə etmiş, kəsdiyi ağacların bir hissəsini isə bibisi oğlu Şahid9 məxsus və onun idarə etdiyi Qazel markalı ** BG *** dövlət qeydiyyatlı avtomobillə Zaqatala rayonu Göyəm kəndində yerləşən taxta sexinə apararaq həmin sexin ərazisinə boşaltmışdır. Həmin kəsdiyi ağacları 300 manat qarşılığında satılması barədə razılığa gəlmişlər, kəsdiyi ağacların bir hissəsini taxta sexinə təhvil verib 300 manat pul almışdır. Həmin ağacları tamah niyyətilə kəsmiş, yəni maddi vəziyyəti yaxşı olmadığından maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə kəsmiş, ağacları tək kəsmiş, ağacların yığılmasında və daşınmasında Əhməd Mustafayev, Şahid11, Şahid3, Şahid9, Şahid6, Şahid8, Şahid4 ona köməklik göstərmişlər. Atası Şahid4 ona ağaclar kəsildikdən sonra yaşadıqları ünvana daşınmasında və Qazel markalı avtomobilə yüklənməsində köməklik göstərmiş, o, atasına ağacların kəsilməsi üçün bələdiyyədən icazə aldığını bildirmişdir. Şahid8 onun əmisi oğludur, o, Şahid8 bələdiyyə mülkiyyətində olan ağacların kəsilməsi üçün bələdiyyədən icazə aldığını, ağacların kəsildikdən sonra daşınmasında ona köməklik göstərməsi üçün gündəlik 15 manat qarşılığında razılığa gəlmişlər. Şahid8 ağaclar kəsildikdən sonra Qazelə yüklənməsində köməklik göstərmişdir. Şahid6 onun həmkəndlisidir, Orucla aralarında hər hansı bir ədavəti yoxdur, o, Şahid6 evinin dam hissəsinin tikintisində istifadə etmək üçün ağac materiallarına ehtiyacının olduğunu bildirmiş, Şahid6 də ona qəbiristanlığın sağ tərəfində çayın kənarı boyunca olan ağacları kəsə biləcəyini və kəsməsi üçün müvafiq orqandan icazə almalı olduğunu bildirmişdir. Daha sonra Şahid6 icra hakimiyyətindən icazə aldığını və rahatlıqla ağacları kəsə biləcəyini bildirmişdir. Şahid6 o, ağacları kəsdikdən sonra avtomobilə daşınaraq yüklənməsində köməklik göstərmişdir. Şahid9 onun bibisi oğludur, o, eyni qaydada olaraq Əli Abdulayevə də rəsmi qaydada icazə aldığını, məhz buna görə də kəsilmiş ağacların daşınmasında problem olmayacığını bildirmiş və Əliyə məxsus və sonuncu tərəfindən idarə edilən Qazel markalı ** BG *** dövlət qeydiyyatlı avtomobillə Zaqatala rayonu Göyəm kəndində yerləşən taxta sexinə apararaq həmin sexin ərazisinə boşaltmışdır. Şahid3 onun həmkəndlisidir, sonuncu ilə aralarında ədavət yoxdur, Şahid3 özünə məxsus qoşqulu traktor ilə müxtəlif yükləri daşıyaraq pul qazanır, o, Cəbrayıla ağac kəsilməsi üçün rəsmi qaydada icazə aldığını, məhz buna görə də kəsilmiş ağacların daşınmasında problem olmayacığını bildirmiş, kəsilmiş ağacların daşınması qarşılığında 40 manata razılaşmışlar, Cəbrayıl traktoru onun ağacları kəsdiyi yerə sürmüş, ağacları traktorun qoşqu hissəsinə yükləmişlər. Biraz keçmişdir ki, Cəbrayıl özünü pis etdiyi üçün traktoru idarə etməsi üçün Raminə vermiş və o da Raminə tapşırıq vermişdir ki, ağacları Aşağı Tala kəndində yerləşən İlqar adlı şəxsə məxsus işlətdiyi sexə aparıb təhvil versin. Həmin ağacların satılması üçün bir gün öncədən əvvəlcədən tanımadığı şəxslə telefon vasitəsilə danışıb razılaşmış, o, həmin şəxsə ağacları özünə məxsus bağ sahəsindən kəsdiyini və sabah gətirib təhvil verəcəyini bildirmişdir. Bundan başqa kəsmiş olduğu ağacların bir qismini hansı məbləğdə satılmasını dəqiqliklə xatırlamır. Əhməd Mustafayev də onun həmkəndlisidir, aralarında ədavət yoxdur. O, Əhmədə eyni formada yalan danışaraq ağacların kəsilməsi üçün rəsmi qaydada icazə aldığını, ağacların daşınmasında ona köməklik etməyini və o da Əhmədə bunun qarşılığında 15 manat verəcəyini bildirmiş, Əhməd ağaclar kəsildikdən sonra onların Qazelə yüklənməsində köməklik göstərmişdir. Şahid11 Seyfi oğlu onun dayısıdır, o, İbrahimdən ağaclar kəsildikdən sonra daşınmasında köməklik etməyini xahiş etmiş, İbrahim də ona ağacların qazelə yüklənməsinə köməklik edib çıxıb getmişdir. Tahirlə ilk öncə telefon vasitəsilə danışmış, danışıq zamanı kəsiləcək ağaclarla bağlı problem olmayacağını bildirmiş, daha sonra ağacları təhvil verən zaman həmin ağacları özünə məxsus həyətdən kəsdiyini və hər hansı bir problem olmadığını bildirmişdir. Ağacların kəsilməsinə razılıq verməsi üçün Oruca pul verməmiş, Oruc ondan kənd qəbiristanlığı üçün hazırlatdığı mayafa görə maddi köməklik etməyini xahiş etmiş, o isə buna görə Oruca 30 manat pul vermişdir. Etdiyi hərəkətlərdən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmiş, o, zərərçəkmiş şəxsə dəymiş zərərdən 2950 manat pul ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Eyni zamanda qeyd edir ki, o, ödədiyi zərər məbləği çıxılmaqla mülki iddianın da təmin olunmasına etiraz etmir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifаdəsində göstərdi ki, 7 saylı Regional və Təbii Sərvətlər İdarəsi hüquq məsələlər üzrə baş məsləhətçi vəzifəsində çalışır, ilk öncə aidiyyəti əməkdaşlar tərəfindən Zaqatala rayonu Mamqabinə kəndində yerləşən qəbirsanlığa 21 fevral 2022-ci il tarixdə baxış keçirilən zaman həmin ərazidən yaş köküstə olmaqla müxtəlif cinsli və diametrli ümumilikdə 27 ədəd ağacı dibindən kəsilməsi aşkar edilmiş və dəymiş ziyanın 13820 manat olması müəyyən edilmiş, daha sonra 19 mart 2022-ci il tarixdə yenidən adı qeyd olunan əraziyə baxış keçirilən zaman kəsilmiş ağacların sayı 39 olması aşkar edilmiş müvafiq qərara əsasən hesablaraq dəymiş ziyanın 15080 manat olması müəyyən edilərək bu barədə rəsmi qaydada rayon prokurorluğuna məlumat verilmişdir. Zaqatala rayonu Bozbinə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyətində olan torpaq sahəsində müxtəlif diametrli və cinsli ümumilikdə 39 ədəd ağac kəsərək təbiətə külli miqdarda, yəni 15080 manat ziyan vurması ona məlumdur və bügunki tarixədək Təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş ziyanın bir hissəsi ödənilmişdir. Eyni zamanda dəymiş zərərlə bağlı mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Mülki iddialarının təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına qədər olan müddət ərzində Zaqatala rayonu Üçüncü Tala bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hazırda həmin bələdiyyənin üzvüdür. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində kənd sakinləri tərəfindən ona Üçüncü Tala kəndində yerləşən “Mamqabinə” qəbiristanlığında ağacların kəsilməsi barədə verilmiş məlumat əsasında bələdiyyənin sədr müavini X3 və vergi müfəttişi Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Qəbiristanlığa çatdıqda Üçüncü Tala kənd sakini Təqsirləndirilən şəxs və Mamqabinə qəbiristanlığının qeyri-rəsmi gözətçisi Şahid6 da olduğu bir neçə nəfərin kəsilmiş ağac hissələrini dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı yük avtomobilinə yığdıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq ağacları niyə kəsdiklərini, avtomobilə yığılmış ağacların geri boşaldılmasını tələb etdikdə Orucla Nurlandan başqa tanımadığı digər şəxslər ərazini tərk edib getmişlər. Bu zaman Nurlan ona yaxınlaşıb heç bir problem olmadığını, ağacları özünün kəsdiyini, qəbiristanlığın kənarlarını təmizlədiyini dedikdə Nurlana bu hadisə ilə əlaqədar şikayət edəcəyini bildirdiyi vaxt sonuncu, arxayın şəkildə cavab olaraq ona problem olmadığını hara istəyirsə şikayət edə biləcəyini söyləmişdir. Belə olduqda o, vergi müfəttişi Şahid2 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verməsini xahiş etdikdə sonuncu, adının sonradan Pərviz Mehdiyev olduğunu bildiyi şəxsə zəng edərək məlumat vermiş, bir qədər sonra X9 Qardaşova zəng edərək işlədiyi idarənin əməkdaşlarının qəbiristanlığa gəlmək üçün yola çıxdıqlarını bildirmişdir. Bununla yanaşı həmin dövr ərzində Üçüncü Tala kəndində sahə müvəkkili işləmiş polis əməkdaşına zəng vuraraq hadisə barədə məlumat verdikdə o, uzaqda olduğu üçün başqa bir polis nəfərini göndərəcəyini bildirmişdir. Təkidləri nəticəsində avtomobilin yük yerinə yığılmış ağac hissələri geri boşaldılmışdır. Bundan sonra isə həmin “Qazel” markalı yük avtomobilini idarə edən sürücü ağacların qanunsuz kəsilməsi barədə əvvəlcədən heç bir məlumatının olmadığını bildirib ərazini tərk etmişdir. Bir qədər sonra isə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sonradan tanıdığı əməkdaşları Şahid5 və Mustafa Qasımov ağacların kəsildiyi əraziyə gələrək araşdırma aparmağa başlamışlar. Mustafa Qasımov ağacları kəsdiyinə görə Təqsirləndirilən şəxs öz iradını bildirdikdə sonuncu törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Daha sonra isə əraziyə tanımadığı polis əməkdaşı gələrək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən araşdırma aparıldığını qeyd etmiş, onun qalmasına zərurət olmadığını deyərək ərazini tərk edib getmişdir. Ağacların kəsilməsi ilə əlaqədar akt tərtib edildikdən sonra Nurlana kəsilmiş ağacların aparılmaması barədə göstəriş verib ərazini tərk etmişlər. Səhəri gün o bu məsələ ilə əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə izahat verdikdən sonra təkrarən Şahid5 və Kamal adlı işçiləri ilə birlikdə əraziyə baxış keçirən zaman bir gün əvvəl kəsilmiş ağacların olmadığını görmüşlər. Qəbiristanlıqdan çıxan zaman at arabası ilə Təqsirləndirilən şəxs atası Şahid4 qəbiristanlıq istiqamətində hərəkət etdiyini gördükdə ondan hara getməsini maraqlandıqda Eyvaz qəbiristanlıqda qalan odunları götürməyə getdiyini demişdir. Bu zaman o Eyvaza bir gün əvvəl odunları aparmaması barədə Nurlana tapşırıq verdiyini, niyə tapşırığa əməl edilmədiyini soruşduqda o, odunların Makov kənd sakini Vəfa Rəcəbliyə aparıldığını qeyd etmişdir. Daha sonra maraqlandıqda ona məlum olmuşdur ki, Vəfa Rəcəblinin ərinin ağac emalı sexi vardır, kəsilmiş ağacların olduğu ərazi Üçüncü Tala bələdiyyəsinin balansında deyildir. Mamqabinə qəbiristanlığı Üçüncü Tala bələdiyyəsinin balansında olsa da, həmin ağaclar qəbiristanlığın su arxının yaxınlığından keçən hissəsində kəsilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2020-ci ildə Üçüncü Tala bələdiyyəsinin sədri vəzifəsində çalışmış, hazırda isə həmin bələdiyyənin vergi müfəttişidir. 2022-ci ilin fevral ayında bələdiyyənin sədri Abdurahman ona və sədr müavini Maarif Davudova zəng edərək Mamqabinə qəbiristanlığında ağac kəsildiyini deyərək həmin əraziyə getməyin zəruri olduğunu bildirmiş, onun avtomobili ilə birlikdə həmin əraziyə getdikdə xeyli sayda ağacın kəsildiyini, ərazidə ancaq bir neçə kəsilmiş ağac qaldığını və bəzilərinin artıq Qazel markalı yük avtomobilinə yükləndiyini, ərazidə Nurlan və hazırda xatırlamadığı 4-5 nəfər əlavə adamın olmasını görmüşlər. O, ağaclara baxdıqda yeşik hazırlanması üçün istifadə olunan “62-lik” deyilən ölçüdə kəsildiyini başa düşmüş, çünki həmin uzunluqda doğranmış odun sobadan böyük olduğu üçün yandırmağa əlverişli deyildir, odun sobalarının ölçüləri də standart olur. Nurlandan onlara yaxınlaşaraq ağacları özünün kəsdiyini dediyi üçün ondan ağacları niyə kəsməsini soruşduqda o, ərazidə təmizlik işləri gördüyünü, sel sularının qarşısını almaq üçün çay yatağını genişləndirmək məqsədi ilə texnika gətirəcəyini demişdir. Bundan sonra onlar avtomobilə yüklənmiş odunları boşaltdıraraq başqa yerə daşınmaması barədə tapşırıq vermişlər. Bundan sonra digər şəxslər və Qazel markalı yük avtomobilinin sürücüsü ərazini tərk edib getmişlər, həmin şəxsləri tanımır, ərazidə Nurlan, qəbiristanlığa qeyri rəsmi gözətçilik edən Oruc adlı şəxs, Abdurahman, o və Maarif qalmışlar. Bir qədər sonra isə onların məlumatı əsasında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Əfqan və Mustafa adlı əməkdaşları, onların ardınca isə Zaqatala RPŞ-nin əməkdaşı hadisə yerinə gəlmişlər. Polis əməkdaşı artıq Ekologiya və təbii sərvətlər idarəsi tərəfindən araşdırma aparıldığını deyərək ərazidə qalmağına zərurət olmadığını bildirib getmiş, Əfqan və Mustafa adlı şəxslər tərəfindən əraziyə baxış keçirilib akt tərtib edildikdən sonra onlar da ərazini tərk edib getmişlər. Səhəri gün isə bələdiyyə sədri Abdurahman bu məsələ ilə əlaqədar 7 saylı Ekologiya və təbii sərvətlər idarəsində izahat vermiş, sonradan onlara məlum olmuşdur ki, onlar ərazini tərk etdikdən sonra Nurlan yenidən əraziyə qayıdıb doğradığı ağacları aparmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, özünə məxsus “ÖMZ-50” markalı qoşqulu traktorla müxtəlif yüklərin daşınmasını həyata keçirib ailəsinin maddi ehtiyaclarını qarşılayır. 2022-ci ilin fevral ayında həmkəndlisi Nurlan ona müraciət edərək Mamqabinə kənd qəbiristanlığından ağac kəsdiyini deyib həmin ağacların İlqar adlı şəxsə məxsus Aşağı Tala kəndində yerləşən sexə daşınmasını xahiş etmişdir. O, bu iş üçün 50 AZN tələb etsə də, Nurlanın xahişi ilə 40 AZN-ə razılaşmışlar. Bundan sonra o, traktoru Nurlanın ağacları kəsdiyi əraziyə sürmüş, ərazidə kimlərin olmasını hazırda dəqiq xatırlaya bilmir. Həmin vaxt anidən özünü pis hiss etdiyi üçün traktoru Nurlanın əmisi oğlu Raminə həvalə edib evinə getmiş, bir neçə saat sonra Ramin traktoru gətirib evdə ona təhvil vermişdir. Nurlan söz verməsinə baxmayaraq 40 AZN məbləğində pulu hələ də ona verməmişdir. Təqsirləndirilən şəxs ona ağacları kəsməsi üçün icazə aldığını və buna görə də kəsilmiş ağacların daşınmasında problem olmayacağını bildirmiş və o da Nurlanın bu sözünə inanaraq ağacların daşınmasına razılıq vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Nurlanı həmkəndlisi kimi tanıyır, Nurlanla aralarında heç vaxt narazılıq, mübahisə, ədavət olmamışdır. Üçüncü Tala kəndi bir neçə binənin birləşməsindən ibarətdir. O, vəfat etmiş yaxınlarının məzarlarını ziyarət etmək üçün 2022-ci ilin fevral ayında Mamqabinə kənd qəbirstanlığına getmiş, həmin qəbiristanlıqda dəfn işləri binələr üzrə aparılır, qəbiristanlığın Mamqabinə hissəsi yaxınlıqdan keçən çaydan 10-15 metr aralıda yerləşir. O, qəbiristanlıqda yaxınlarının məzarlarını ziyarət etdikdən sonra həmkəndlisi Nurlan, onun atası Eyvaz və Ramin adlı şəxsin kəsilmiş ağacların yanında dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Nurlanla söhbət edərkən bildirmişdir ki, Oruc satıb o da ağacları almışdır. Həmin Oruc adlı şəxs qəbiristanlığın gözətçisidir. Nurlanla söhbəti yekunlaşdırıb evinə getmişdir. Daha sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. O, həmin yerə çatdıqda Nurlan, sonuncunun atası və Ramin adlı şəxs var idi, onlardan başqa heç kimi görməmiş, o, əraziyə çatan zaman avtomobil də yox idi, ola bilər ki, gedəndən sonra avtomobil gəlmiş olsun, həmin vaxt 20-ə yaxın ağacın kəsilməsini görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin fevral ayında Nurlan ona rəsmi icazə alaraq Mamqabinə kənd qəbiristanlığında ağac kəsdiyini bildirərək ona kömək etməyini xahiş etmişdir. Nurlanın əvvəllər də ağacları kəsdiyini, kəsməsinə görə heç bir problem yaranmadığını və indi də icazə ilə kəsməsinə inanmışdır. Nurlanla birlikdə qəbiristanlığa getdikdə görmüşdür ki, bir neçə ağaclar kəsilmişdir. Bundan sonra da Nurlan ağacları şəxsən özü kəsmiş, onlar- Əhməd Mustafayev, Şahid8 və Şahid11 ilə birlikdə kəsilmiş ağacları Əliyə məxsus Qazel markalı yük avtomobilinə yığmışlar. Günorta saatlarında kənd bələdiyyəsinin sədri Abdurahman, müavini Maarif və vergi müfəttişi Azad əraziyə gələrək ağacların kəsilməsinə ciddi narazılıqlarını bildirmişlər. O, ancaq ağacların yüklənməsinə və at arabası vasitəsilə yaşadıqları evə daşınmasına köməklik etmişdir. O, hər hansı bir ağac kəsməmiş, sadəcə olaraq ağacların daşınmasında köməklik etmiş və evə daşıdığı ağacları oduncaq kimi istifadə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz ağacları kəsdiyini bildikdən sonra bu barədə heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, xx.xx.2022-ci il tarixində təxminən saat 16 radələrində 7-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Namiq Yusifov ona Zaqatala rayonunda 3-cü Tala kəndində yerləşən qəbiristanlıqda ağacların kəsildiyini və orada baxış keçirilməsinin zəruriliyini bildirmiş, o da 7 saylı RETSİnin müfəttişi Mustafa Qasımov ilə həmin əraziyə getmişdir. Onlar əraziyə çatanda orada 3cü Tala bələdiyyəsinin sədri Şahid1, Maarif Davudov, Şahid2, Təqsirləndirilən şəxs və adının sonradan Şahid6 olduğunu bildiyi şəxs var idi. Qəbiristanlığın ərazisində Şahid1 ağacları kimin kəsdiyini soruşduqda onlara Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. O da Mustafa Qasımovla birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmış, Nurlandan ağacları kəsib-kəsmədiyini soruşduqda Təqsirləndirilən şəxs ağacları özünün kəsdiyini bildirmişdir. Bundan sonra Mustafa Qasımovla birlikdə kəsilmiş ağaclarla bağlı araşdırma aparmağa və akt tərtib etməyə başlamışdır. Həmin anda Şahid6 ərazini tərk etdikdən sonra ağacların kəsildiyi əraziyə adını bilmədiyi polis nəfəri gələrək Şahid1la söhbət etmiş, Şahid1 Mustafa Qasımovdan nə kimi köməyə ehtiyacın olub-olmadığını soruşduqda sonuncu ona hər hansısa köməyə ehtiyacın olmadığı bildirdikdən sonra polis nəfəri ərazini tərk etmişdir. Akt tərtib etdikdən sonra bələdiyyə sədrinə kəsilmiş ağacların çətir və budaqlarının ərazidən aparılmamasına dair göstəriş verərək ərazini tərk etmişlər. Növbəti gün o və 7-saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş mütəxəssis mühafizə yegeri Kamaləddin müəllimlə birlikdə 3-cü Tala bələdiyyəsinin inzibati binasına saat 11 radələrində gedərək həm bələdiyyə sədrinin, həm də Təqsirləndirilən şəxs izahatını almaq istəmişlər. Bələdiyyə sədri izahat versə də, Təqsirləndirilən şəxs zəng etdikdə ağacları özünün kəsdiyini birdaha etiraf edərək, hal-hazırda Zaqatala şəhərində olduğunu, izahat vermək üçün isə gələ bilməyəcəyini bildirmişdir. Daha sonra saat 12 radələrində bələdiyyə sədri ilə birlikdə ağacların kəsildiyi yerə təkrar getdikdə əvvəlki gün qəbiristanlığın ərazisində olan bəzi ağac oduncaqlarının ərazidə olmadığını görmüşdür. Kəsilmiş ağacların ümumi həcminə görə Qazel markalı yük maşınları ilə 3 reyslə daşınması mümkün olardı, ancaq xx.xx.2022-ci il tarixində baxış keçirdikləri zaman qəbiristanlığın ərazisində qalan və növbəti gün getdikdə ərazidən daşındığı aşkar olunan ağac oduncaqların ümumi miqdarı təxminən 1.5 m3 olardı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən Mamqabinə adlanan kənd qəbiristanlığının ərazisi əvvələr onun babalarının olmuşdur. Həmin ərazidə yerləşən qəbiristanlıqda əvvəlcə atası, o rəhmətə gedəndən sonra isə o, təmizlik işləri, yəni zibilləri yığıb otu biçmişlər. 2022-ci ilin fevral aylarının ortalarında Təqsirləndirilən şəxs ona evinin dam hissəsinin tikintisində istifadə etmək üçün ağac materialına ehtiyacının olduğunu bildirərək ərazidə yararlı ağac olubolmadığını maraqlanmış, o, da Nurlana qəbiristanlığın ərazisində çayın kənarı boyunca ağacların olduğunu, ancaq təbiətin mühafizə ilə bağlı dövlət qurumları və bələdiyyənin icazəsi ilə kəsə biləcəyini bildirmişdir. Bu zaman Nurlan ona “icazə məsələsi mənlikdir” deyərək ağacları kəsmək istədiyini bildirmiş, elə həmin gün Nurlanla qəbiristanlıqda görüşüb ona kəsə biləcəyi iki ədəd – qovaq və qızılağac cinsli ağacları göstərmişdir. O, qəbiristanlıqda meyitin yuyulması üçün yer və daşınması üçün “mayafa” hazırlatmış, həmin işlərin görülməsinə öz cibindən pul versə də, 30 AZN borclu qaldığı üçün Nurlandan kömək istəmiş, sonuncu da ona 30 AZN vermişdir. Bundan sonra bir daha Nurlana ağacları kəsmək üçün rəsmi icazə almasını dedikdə, sonuncu ona demişdir ki, “adamı var, sən narahat olma icazə alacam”. Bir neçə gün sonra qəbiristanlığa getmiş, xatırladığı qədəri ilə həmin vaxt orada Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs atası Şahid4 və tanımadığı Təqsirləndirilən şəxs qohumları olduğunu ehtimal etdiyi 2-3 nəfər var idi. Ərazidə olan Qazel markalı yük avtomobilinə ağac oduncaqları yığılmış, ərazidə olan zaman Nurlanın iki deyil, bir neçə ağac kəsdiyini gördükdə ondan nəyə görə göstərdiyi ağaclardan əlavə də ağac kəsdiyini maraqlandıqda sonuncu heç bir problem olmayacağını demişdir. Həmin vaxt ağac kəsməyə icazəsinin olub-olmadığını maraqlandıqda Nurlan yenə demişdir ki, narahat olma icazəm var. Həmin vaxt sərxoş olduğu üçün ola bilər ki, istəmədən yanlış fikir bildirmişdir. Bir qədər sonra Şahid1, Şahid2 və Maarif Davudov əraziyə gəlmişlər və Şahid1 əsəbi halda Nurlangildən yük avtomobilinə yığılmış ağac hissələrinin boşaldılmasını tələb etmişdir. Bir qədər sonra isə ekologiya idarəsinin işçiləri gəlib ölçmə işləri aparmışlar, ağac hissələri yük maşınından Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs atası və tanımadığı həmin 2-3 nəfər tərəfindən boşadılmış və onlar çıxıb getmişlər. Bundan bir neçə gün sonra qəbiristanlığa getdikdə boşaldılmış ağacların aparıldığını görmüş və Təqsirləndirilən şəxs zəng etmiş, telefonda ona “narahat olma, mənlikdir” demişdir. Ağac oduncaqların hara aparılması, eləcə də tikinti materialı kimi istifadə edilməsi üçün hansısa sexə aparılmasına dair məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, onun əvvəllər VAZ 21099 markalı avtomobili olsa da, hazırda heç bir avtomobili yoxdur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2022-ci ilin fevral ayı ərəfələrində Nurlan ona zəng edərək ağcaların kəsilməsi üçün bələdiyyədən icazə aldığını və buna görə də ağacları kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan qəbiristanlıqda kəsilmiş ağacları “Qazel” markalı yük avtomobilinə yükləməyə kömək etməyini xahiş etdikdə onunla razılaşaraq Üçüncü Tala kəndi ərazisində yerləşən “Mamqabinə” qəbiristanlığına getmiş, həmin qəbiristanlığa çatdıqda əmisi Eyvazın, oğlu Nurlanın və qəbiristanlığın gözətçisi Orucun orada olmasını, bir neçə ağacın kəsildiyini və kəsilmiş ağacların daşınması üçün dövlət qeydiyyat nişanını xatırlamadığı Qazel markalı yük avtomobilinin dayandığını görmüşdür. Həmin vaxt Nurlanın deməsinə görə Oruc ağacları ona satmışdır. Oruc özü ağacları Qazelin yük yeri uzunluğuna uyğun, qalan hissələri isə odun kimi istifadə etmək məqsədi ilə doğramış, onlar da ağacları Qazelin yük yerinə yığmışlar. Mamqabinə qəbiristanlığının yerləşdiyi ərazi Orucun atasından qalma yerdir. Belə ki, bütün kənd sakinləri bilir ki, həmin ərazi əvvəldən Orucgilin olmuşdur. O, Nurlangilin yanına gəldikdən təqribən 1-2 saat sonra kəndin bələdiyyə sədri Abdurahman əraziyə gələrək ağacların niyə kəsilməsini soruşduqda Nurlan onu bir qədər kənara çəkərək onunla nəsə danışmağa başlamış, həmin vaxt Abdurahmanın yanında Azad və Maarif adlı şəxslər də var idi. Həmin şəxslər ondan aralıda dayanıb söhbət etdikləri üçün nə haqqında danışdıqları barədə məlumatı yoxdur. Bundan sonra Abdurahman yığılmış ağacları Qazeldən boşaltmalarını dediyi üçün yüklədikləri ağacları boşaltdıqdan sonra o evinə getmişdir. Nurlanla əmisi Eyvaz və Oruc ərazidə qalmışlar. Sonradan ona məlum olmuşdur ki, Nurlangil həmin kəsilmiş ağacları götürüb həyətinə gətirmişlər. Ekologiya idarəsinin əməkdaşları gələrək ərazidə yoxlama aparmışlar. 2022-ci ilin fevral ayında Mamqabinə qəbiristanlığında Təqsirləndirilən şəxs kəsdiyi ağaclar Şahid3 məxsus traktorun yük yerinə yığıldıqdan sonra səhhəti pisləşmiş və traktoru ona təhvil verib getmiş, o da həmin traktora yüklənmiş ağacları Nurlanın göstərişi əsasında Aşağı Talada yerləşən taxta sexinə aparıb təhvil vermiş və geri qayıtmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar 2022-ci ilin fevral ayından etibarən Zaqatala rayonu Göyəm kəndində yerləşən Vasif adlı şəxsə məxsus yeşik sexini aylıq 200 AZN olmaqla icarəyə götürüb işləməyə başlamışdır. Həmin sexin əsas fəaliyyəti müxtəlif cinsli ağaclardan yeşik hazırlanmasından ibarətdir. Zaqatala rayonu Üçüncü Tala kənd sakini Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin fevral ayında yeşik hazırlanması üçün ona material lazım olduğundan soraqlaşaraq Nurlanın ağac kəsimi işləri ilə məşğul olmasını öyrənmiş, Nurlanla əlaqə saxlayaraq ona material lazım olduğunu bildirmişdir. Həmin vaxt Nurlan ona demişdir ki, “1-2 gün vaxt ver materialları gətirərəm”. Qiymət barədə danışdıqda ona bir Qazel ağaca görə 300 AZN verə biləcəyini qeyd etdikdə Nurlan da onunla razılaşmışdır. Danışıq zamanı Nurlana problemli material istəmədiyini bildirdikdə sonuncu, ona demişdir ki, “narahat olma həyətyanı sahədə ağacları var, onları gətirəcəm”. Nurlanla danışıqlarından təqribən 2 gün sonra sonuncu ona zəng edərək ağacların hazır olduğunu bildirdikdə ona Göyəm kənd icra nümayəndəliyinin yaxınlığında olan sexə gəlməsini bildirmişdir. Bir qədər sonra dövlət qeydiyyat nişanını xatırlamadığı Qazel markalı yük avtomobili ilə Nurlan sexə gələrək ağacları təhvil vermiş, həmin ağacların müqabilində Nurlana 300 AZN pul verərək bir daha ondan materialların problemli olub-olmamasını dəqiqləşdirmişdir. Cavab olaraq Nurlan ona narahat olmamağını, ağacları həyətyanı sahədən kəsdiyini bildirmişdir. Bundan sonra sexdə emal prosesindən sonra həmin ağaclardan yeşik hazırlanmışdır. Nurlandan yalnız bir dəfə material almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2012-2022-ci illərdə Rusiya Federasiyasında yaşamış, 2022-ci ilin yanvar ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Nurlan ağac kəsimi işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs onun bacısı oğludur. 2022-ci ilin fevral ayında Nurlan onun yaşadığı evə gələrək Mamqabinə kənd qəbiristanlığında ağac kəsdiyini bildirərək ona kömək etməyini xahiş etmişdir. Nurlan əvvəllər də ağacları kəsdiyini, kəsməsinə görə heç bir problem yaranmadığını və indi də ağacları icazə ilə kəsməsini fikirləşib ondan sənədinin olub-olmamasını maraqlanmamışdır. Nurlanla birlikdə qəbiristanlığa getdikdə görmüşdür ki, Nurlanın atası Eyvaz, əmisi oğlu Ramin, bibisi oğlu Əli ərazidədirlər. Ərazidə olan zaman bir neçə ağacların kəsildiyini görmüşdür. Bundan sonra Nurlan ağacları şəxsən özü kəsmiş, onlar isə onu Əliyə məxsus Qazel markalı yük avtomobilinə yığmışlar. Bir qədər sonra isə qəbiristanlığa nəzarət edən Oruc adlı şəxs əraziyə gəlib az müddətdə də getmişdir. Günorta saatlarında kənd bələdiyyəsinin sədri Abdurahman, müavini Maarif və vergi müfəttişi Azad əraziyə gələrək ağacların kəsilməsinə ciddi narazılıqlarını bildirmişlər. O, ancaq ağacların yüklənməsinə kömək etmiş, bələdiyyə işçilərinin narazılığından sonra onlar yüklənmiş ağacları yük yerindən boşaldıb ərazidən getmişlər. Bundan sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. Sonradan evdə söhbət edərək niyə onu problemli işə çağırdığını dedikdə Nurlan demişdir ki, ağacları ona Oruc satıb o da almışdır. O, həmin əraziyə gəldikdə uzun müddətdir kənddə olmadığı üçün qəbiristanlığı gəzərək vəfat etmiş tanışlarının qəbrini də ziyarət etmiş, həmin vaxt ərazidə kəsilmiş ağacın olması və yaxud Nurlanın nə qədər ağac kəsməsinə fikir verməmişdir. Ona görə də bu barədə dəqiq bir fikir bildirə bilmir. Ağacları Nurlanın özü kəsmiş, Nurlan ona pul verməmiş, o yalnız kömək məqsədi ilə əraziyə getmişdir. Nurlanın ağacları kəsilməsi üçün rəsmi icazə əldə etmədiyini bildikdən sonra hər hansı bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, ailə üzvləri ilə birikdə yaşayır. ** BG *** dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobili ilə yüklərin daşınmasını həyata keçirib ailəsini dolandırır. Nurlan onun dayısı oğludur. Nurlanın sifarişi ilə yük daşınması həyata keçirmişdir. Belə ki, 2022-ci ilin fevral ayında Nurlan onunla əlaqə saxlayaraq Üçüncü Tala kəndində nənəsi və babasının dəfn olunduğu qəbiristanlıqda ağac kəsdiyini və həmin ağacları Göyəm kəndində yerləşən taxta sexinə daşımaq lazım olduğunu bildirmişdir. O da Nurlanla razılaşıb əraziyə getdikdə görmüşdür ki, bir neçə ağac kəsilərək əraziyə yığılmışdır. Ağaclar qazelin yük yeri uzunluğuna uyğun kəsilmişdir. Nurlandan Göyəm kəndinə getməyə görə 30 AZN tələb etdikdə Nurlan da onunla razılaşmış, həmin vaxt o, Nurlandan ağacları kəsmək üçün sənədin olubolmadığını soruşduqda Nurlan ona demişdir ki, “sənədlərim var narahat olma, görmürsən günorta vaxtıdır? Bu vaxtı hansı ağılsız sənədsiz ağac kəsib aparar?”. Nurlanın bu sözlərindən sonra o Nurlana inanmış, ağacları yük yerinə digər dayısı oğlu Şahid8 və digər tanımadığı şəxslər yığmışlar. Bundan sonra o, ağacları Göyəm kəndində icra nümayəndəliyində olan taxta sexinə təhvil vermişdir. Yalnız bir dəfə Üçüncü Tala qəbiristanlığından kəsilmiş ağacları götürüb Göyəm kənd icra nümayəndəliyinin yaxınlığında olan sexə vermiş, həmin vaxtı da günorta saatları idi, onun ağac daşımağına heç kim irad bildirməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayonu Üçüncü Tala bələdiyyəsinin sədri Şahid1 tərəfindən verilmiş 36 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zaqatala rayon Üçüncü Tala kəndi Mamqabinə kənd qəbiristanlığının (ağacların kəsildiyi ərazi) Zaqatala rayon Üçüncü Tala bələdiyyəsinin mülkiyyətinə aid olması göstərilmişdir. (səh. 5) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 fevral 2022-ci il tarixli, 73312 nömrəli aktı və həmin akt əsasında tərtib edilmiş hesablama cədvəlindən görünür ki, Zaqatala rayonu Üçüncü Tala kəndi ərazisində yerləşən "Mamakabinə” kənd qəbiristanlığından köküstə yaş olmaqla 3 (üç) ədəd 14 sm, 1 (bir) ədəd 26 sm, 1 (bir) ədəd 28 sm, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 32 sm, 1 (bir) ədəd 34 sm, 3 (üç) ədəd 36 sm, 1 (bir) ədəd 38 sm, 4 (dörd) ədəd 44 sm, 1 (bir) ədəd 46 sm, 3 (üç) ədəd 50 sm, 1 (bir) ədəd 52 sm, 1 (bir) ədəd 54 sm dmdə (ümumilikdə 22 ədəd) Yalanqoz, 1 (bir) ədəd 30 sm, 1 (bir) ədəd 46 sm, 1 (bir) ədəd 58 sm dm-də (ümumilikdə 3 ədəd) Qızıläğac və 1 (bir) ədəd 12 sm, 1 (bir) ədəd 14 sm dm-də (ümumilikdə 2 ədəd) Akasiya cinsinə məxsus ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 13820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində ziyan vurulmuşdur. (səh. 6- 7, 12-13) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərin əks edildiyi diskdən müəyyən edilir ki, hadisə yeri Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən ərazidir, baxışda iştirak edən Üçüncü Tala bələdiyyəsinin sədri Şahid1 ağacların kəsildiyi ərazisinin Üçüncü Tala bələdiyyəsinə məxsus ərazi olduğunu bildirmiş, ağacların kəsildiyi əraziyə giriş Üçüncü Tala kəndində yerləşən Mamqabinə adlanan qəbirsanlıqdandır, qəbirsanlığın sərhədləri iki tərəfdən daş qala, bir tərəfdən dəmir listlə hasarlanmışdır. Qəbirsanlığın dördüncü, sağ tərəfi isə çayla sərhəddir. Ağaclar qəbiristanlığın sağında və çayın solunda olmaqla çay yatağı boyunca kəsilmişdir. Hadisə yerində aşkar edilmiş diametri 28 sm, 11 sm, 14 sm, 14 sm, 14 sm, 44 sm, 45 sm, 14 sm, 36 sm, 35 sm, 50 sm, 41 sm, 46 sm, 51 sm, 34 sm, 30 sm, 48 sm, 42 sm, 46 sm, 34 sm, 32 sm, 30 sm, 16 sm, 22 sm, 42 sm, 33 sm, 33 sm, 20 sm, 32 sm ağacların yalanqoz, diametri 42 sm, 60 sm, 29 sm, 43 sm olan ağacların qızılağac cinsinə, diametri 22 sm olan ağacın tut cinsinə, diametri 12 sm, 12 sm, 10 sm, 8 sm, 10 sm olan ağacların akasiya cinsinə məxsus olduqlarını, eləcə də ağacların hər birinin yaş köküstündə olduğu və 1 aydan daha qısa vaxtda kəsildiyi baxışda iştirak edən 7-saylı RETSİ-nin məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid5 tərəfindən bildirilmişdir. Ağacların cinsinə və yaş kök üstündə olmasına dair verilən məlumatlara əsasən ümumilikdə hadisə yerində yaş kök üstündə 29 ədəd yalanqoz, 5 ədəd akasiya, 4 ədəd qızılağac və 1 ədəd tut kəsilmiş, bu barədə protokol tərtib olunmuş, protokola əlavə və düzəlişlər daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. (səh. 15-19) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 405 saylı məktubundan və hesablama cədvəlindən görünür ki, Zaqatala rayonu Üçüncü Tala kəndi ərazisində yerləşən “Mamakabinə" kənd qəbirstanlığından köküstə yaş olmaqla 1 (bir) ədəd 11 sm, 4 (dörd) ədəd 14 sm, 1 (bir) ədəd 16 sm, 1 (bir) ədəd 20 sm, 1 (bir) ədəd 22 sm, 1 (bir) ədəd 28 sm, 2 (iki) ədəd 30 sm, 2 (iki) ədəd 32 sm, 2 (iki) ədəd 33 sm, 2 (iki) ədəd 34 sm, 1 (bir) ədəd 35 sm, 1 (bir) ədəd 36 sm, 1 (bir) ədəd 41 sm, 2 (iki) ədəd 42 sm, 1 (bir) ədəd 44 sm, 1 (bir) ədəd 45 sm, 2 (iki) ədəd 46 sm, 1 (bir) ədəd 48 sm, 1 (bir) ədəd 50 sm, 1 (bir) ədəd 51 sm dm-də (cəmi 29 ədəd) Yalanqoz, 1 (bir) ədəd 29 sm, 1 (bir) ədəd 42 sm, 1 (bir) ədəd 43 sm, 1 (bir) ədəd 60 sm dm-də (cəmi 4 ədəd) Qızılağac, 1 (bir) ədəd 22 sm dm-də Tut, 1 (bir) ədəd 8 sm, 2 (iki) ədəd 10 sm, 2 (iki) ədəd 12 sm dm-də (cəmi 5 ədəd) Akasiya cinsinə məxsus ağacların dib kökündən qanunsuz kəsilməsi nəticəsində təbiətə 15080 (on beş min səksən) manat məbləğində ziyan vurulmuşdur.(səh. 35) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Üçüncü Tala kəndi ərazisində yerləşən “Mamqabinə” kənd qəbiristanlığı Üçüncü Tala bələdiyyəsinin mülkiyyətində saxlanılan ümumi istifadədə olan torpaqlara aid ərazidir. (səh. 134) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2022ci il tarixli 9/3071 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən ekspertiza təyin edilməsi haqqında qərarda və “Hesablama cədvəli”-ndə göstərilən köküstə yaş olmaqla, müxtəlif diametrli, müxtəlif adda, ümumilikdə 39 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 15080,00 manat müəyyən edilir. (səh. 136-139). İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (səh. 143) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayon X7 Hüquqi Şəxsin 14 oktyabr 2022-ci il tarixli PHŞ/6.78-2-2022-188 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Bozbinə kənd sakini xx.xx.1973-cü il təvəllüdlü Qocayev X6 rayon X7 Hüquqi Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Üçüncü Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 17 may 2022-ci il tarixli və 10 noyabr 2022-ci il tarixli xasiyyətnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (səh. 90, 200) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Üçüncü Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Qocayev X6 rayonu Bozbinə kənd sakinidir. (səh.198) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir. (səh.202) İş materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (səh. 221-222) İş materialların əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis X5 Yerindən azad edilməsi qərara alınmış və qərar ona 17:31-də elan edilmişdir. (səh 225-226) İş materiallarına əlavə edilmiş zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 15080 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 31533 nömrəli, xx.xx.2023-cü il tarixli 27682 nömrəli, xx.xx.2023-cü il tarixli 23111 nömrəli və xx.xx.2023-cü il tarixli 27800 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7 saylı regional ETSİ-nin hesabına cəmi 2950 manat ödəniş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, baxış protokolu, foto şəkillər və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zaqatala rayonu İİİ Tala kəndi ərazisindəki Mamqabinə qəbirstanlığında yerləşməklə həmin kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş vəziyyətdə olan, meşə fonduna daxil olmayan – yalanqoz cinsindən diametrləri 11 sm olan 1, 14 sm olan 4, 16 sm olan 1, 20 sm olan 1, 22 sm olan 1, 28 sm olan 1, 30 sm olan 2, 32 sm olan 2, 33 sm olan 2, 34 sm olan 2, 35 sm olan 1, 36 sm olan 1, 41 sm olan 1, 42 sm olan 2, 44 sm olan 1, 45 sm olan 1, 46 sm olan 2, 48 sm olan 1, 50 sm olan 1, 51 sm olan 1, qızılağac cinsindən diametrləri 29 sm olan 1, 42 sm olan 1, 43 sm olan 1, 60 sm olan 1, tut cinsindən diametri 22 sm olan 1, akasiya cinsindən diametri 8 sm olan 1, 10 sm olan 2, 12 sm olan 2 ədəd olmaqla ümumilikdə 39 ədəd ağacı qəsdən motorlu odunkəsənlə kökündən ayırıb kəsməklə təbiətə ümumilikdə 15 080 manat, yəni külli miqdarda ziyan vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, dəymiş zərəri qismən ödəməsi bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəymiş zərərin qismən ödənilməsini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə tutularaq saxlanıldığı 1 (bir) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 12130 (15080-2950) manat məbləğində maddi ziyan alınıb mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməli, dəymiş ziyan qismən ödənildiyindən iddia tələbinin qalan hissəsi rədd edilməli, 135.24 manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə tutularaq saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Bozbinə kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin X2, Kod: 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 12130 (on iki min bir yüz otuz) manat məbləğində maddi ziyan alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 135.24 (bir yüz otuz beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutun və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-8/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-8/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver