Məhkəmə qərarları › İş №1(033)-8/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-8/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-8/2024 28.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respubliksasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 avqust 2024-cü il tarixdə, saat 15:45-də Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o qanunsuz olaraq qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 38,27 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 24 avqust 2023-cü il tarixdə saat 18:23-dən 19:22-dək Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 5(033)-34/2023 nömrəli qərarına əsasən həmin evdə baxış keçirilərkən ikinci mərtəbədəki yataq otağında olan masanın üzərində bükülmüş xalçanın alt hissəsində şəffaf sellefon torbada təmiz çəkisi 0,61 qram, birinci mərtəbədəki təmirsiz otaqda olan masanın üzərində təmiz çəkisi 37,66 qram, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, habelə narkotik vasitənin satışını həyata keçirmək məqsədilə saxladığı 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə səhər saatlarında Danaçı massivində oğluna tikilən evdən çıxıb işçisi və oğlu ilə birlikdə anasıgilə gəlmiş, əynini dəyişib, oradan da işə getmişdir. Səhər saat 11 radələrində Fərid, Rauf və adını bilmədiyi digər polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görərək qaçaraq oradan uzaqlaşmışdır. Polis əməkdaşlarının onunla münasibətlərinin pis olduğunu və onu yükləyəcəklərini bilirdi. O, özü avtoservisdə usta işləyir, beş işçiyə əmək haqqı verir. Əvvəlcə o, elə güman etmişdir ki, polis əməkdaşları onun ailəsi ilə yaşadığı aşağı evə gedərlər, amma anasına zəng edərkən polis əməkdaşlarının anasının evinə getdiklərini bilmişdir. Polis əməkdaşları saat 11 radələrində anasının evinə getmişlər, əvvəlcə evə girib özlərinə lazım olan hər şeyi həll etmişlər. Axşama qədər polis əməkdaşları orda olmuşlar, axşam isə güya anasının evindən narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları ona dəfələrlə xəbər göndərmişlər ki, o, şöbəyə gəlsin, o,şöbəyə getmədiyi üçün polislər əvvəl onun işçisini, sonra isə anasını polisə aparmışlar, işçisini 3 gün, yaşlı anasını isə 6 saat polisdə saxlamışlar. Anası yaşlı qadındır ifaəsini yazdırıb imzalatmışlar, işçisinin də üzərində müayinə aparmış, lakin təmiz olduğu üçün sərbəst buraxılmışdır. Anasının polisdə 6 saat saxlanılmasına dözə bilmədiyi üçün o, şöbəyə getmişdir. Orda onu anası və oğlu ilə təhdid edib, həmçinin məhkumluğu olmadığı üçün yüngül cəza alacağına inandırmaqla, etirafedici izahata imza atdırmışlar. 28 avqust 5-in yarısı şöbədə olmuş, vəkil Azər isə saat 8-in yarısı çağırmışdırlar, iki gündən sonra isə polisdən buraxılmışdır. CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsinə dair izahatını imzalamışdır. Daha sonra istintaq qurtarandan sonra onu şöbəyə çağırıb, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib, izahatını imzalamasını istəmişdirlər. O, isə razılaşmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, evdən çıxmış narkotik vasitələri polis əməkdaşları özləri qoymuşdurlar. Belə ki, onlar saat 11 radələrində evdə olsalar da, çəkilişə axşam tərəfi başlamışlar. Polis şöbəsində etirafedici izahatı ilə bağlı bildirir ki, anasına izahatı imzalatdıqları üçün, onu isə anası və oğlu ilə təhdid etdikləri üçün o, məcbur qalıb etirafedici ifadəsini imzalamışdır. Daha sonra o, ifadəsində bildirmişdir ki, hadisə günü anası bacısına zəng etmiş və baş verənləri bildirmişdir, bacı isə oğluna zəng etmiş, oğlu isə bu barədə “102” xidmətinə məlumat vermişdir. “102” xidməti isə həmin evdə yaşayan şəxslərdən zəng etmələrini istəmişlər. O, ümumiyyətlə anasının evində yaşamır, onun həmin evdə heç bir əşyası yoxdu. O, Danaçı massivində yoldaşı ilə birgə tikdiyi evdə yaşayır. Hesab edir ki, Danaçı massivində olan evi tamamilə bağlı olduğu üçün orda heç nə edə bilmədiklərindən anasının evində bu hadisəni törətmişdirlər. Qeyd edir ki, şöbədə ilk öncə anasına təziq edilmiş, pensiyasının kəsiləcəyi bildirilmiş, ona isə evindən hələ başqa şeylər çıxaracaqları, oğlunun üzərindən çıxaracaqları ilə hədə-qorxu gəlib təziq etmişdirlər. Bununla da o ibtidai istintaqdakı isfədələrini imzalamağa razı olmuşdur. Bildirir ki, qeyd edilən evin altı qaraj olmuş, daha sonra isə ora evə aid olan əşyaları qoymuşdurlar. Həmin otaqlarda yaşayış olmamışdır. O anasıgildə qalmalı olanda, anasının yaşadığı hissədə qalır. Diskdən də görünür ki, həmin yaşayış hissəsindən heç bir şey çıxmamışdır, arxadakı kirayə verilən hissə ilə bağlı bildirir ki, orada tələbələr qalır. Videogörüntüdə müşahidə edilən əşyalar, həmin tələbələrin may ayında getdikləri zaman özləri ilə aparmadıqları əşyalarıdır. 24 avqustdan 28 avqustadək Danaçı massivində yerləşən evində olmuşdur. Ayın 28-i isə onu anası, işçisi və oğlu ilə hədələdiklərindən şöbəyə könüllü getmişdir. O, özünü ümumiyyətlə təqsirli bilmir və barəsində ədalalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zaqatala RPŞ-də əmliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satması, üzərində daşıması və evində saxlaması ilə bağlı kifayət qədər məlumat olduğundan Zaqatala rayon məhkəməsinin qərarı əsasında onun evinə baxış keçirmişdirlər. Baxış zamanı evin ikinci mərtəbəsindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmçinin evin zirzəmisindən də sellofan torbada narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə, kibrit qutuları və tərəzi sənədləşdirilərək təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdi edir, əlavə olaraq qeyd edir ki, onlar əvvəlcə Ağabalanın işlədiyi sexə getmiş və onu baxışın keçirilməsinə dəvət etmək istəmişdirlər. O, isə maşına minib qaçmışdır, onlar isə onun arxası ilə düşməmişdirlər. Evin yaxınlığına gedib gizlənmişlər ki, Ağabala gəlsə, onun da iştirakı ilə evə baxış keçirsinlər. Lakin Ağabala gəlmədiyi üçün onlar özləri baxışa başlamışlar. Verilən sualla cavab olaraq bildirir ki, təxminən 1-2 il olar ki, Ağabalanın narkotiklərlə bağlı olması barədə onlara məlumat daxil olmuşdur. Həmin gün əməliyyata o rəhbərlik edirdi. Eyni zamanda telefon danışıqları ilə bağlı təqdimatlar verilmiş lakin məxfi olduğundan istintaqa ötürülməmişdir. Baxış barədə məhkəmə qərarı alındıqdan sonra istintaq zərurəti ilə bağlı iki gün sonra evə baxış keçirmişdirlər. Eyni zamanda məlumat ona daxil olduğundan, o, rəhbərlik etdiyindən, onun sahəsi olduğu üçün özü şəxsən iştirak etmişdir. Polis əməkdaşı kriminalist kiçik inspektor Şaban isə çəkiliş etmişdir. Onlar istəmişdirlər ki, əməliyyatda Ağabala özü də iştirak etsin. Əməliyyatda ondan başqa Rauf, Elşən, Şaban və təhqiqatçı Cəmil də olmuşdur. Əmliyyat 6-7 arası olmuş və həmin vaxtadək qeyd edilən evdə olmamışdırlar. Eyni zamanda anası çəkilişdən də göründüyü kimi, deyib ki, Ağabala bezdirib onları, belə ki, narkotik vasitəni evə də gətirib. Evdə oğlan uşağı böyüyür deyə şikayətlənmişdir. Ağabala isə 2 gün sonra özü polis şöbəsinə gəlib əməlini etiraf etmişdir. Ağabalanın başqa yaşayış yerinin olması barədə onlarda məlumat olmamışdır. Həmçinin bildirmişdir ki, saat 11 radələrində Ağabalanın iş yerinə getmişdirlər ki, onu da baxışa dəvət etsinlər. Ağabala isə qaçıb getmişdir, gözləmişdirlər lakin gəlməmiş, onlar da 6-7 arası baxışı keçirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir düşmənçiliyi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı, üzərində daşıması və evində saxlamasında şübhəli olması ilə bağlı məlumat daxil olmuşdur. İki dəfə əlavə məlumatların əldə edilməsi məqsədi ilə məhkəməyə təqdimatlar verilmiş, həmçinin əldə edilmiş məhkəmə qərarı ilə yaşadığı evə baxış keçirmişdirlər. Oradan narkotik vasitə olan marixuana aşkar edilmişdir. Əvvəlcə onlar Ağabalanın işlədiyi avtotəmir sexinə getmişdirlər. Polis əməkdaşı ona yaxınlaşaraq onlarla getməli olduğunu, evə baxış keçirəcəklərini bildirərkən Ağabala qaçıb getmişdir. Daha sonra onlar şəxsin yaşadığı ünvana getmiş, Ağabalanın iştirakı olmadan anasının iştirakı ilə videoçəkiliş vasitəsi ilə evə baxış keçirilmiş, aşkar olmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Təxminən bir il olar ki, onlara Ağabala barəsində məlumat daxil olmuşdur. Daxil olmuş məlumatları sübuta yetirə bilmədikləri üçün məhkəməyə müraciət edərək məhkəmə qərarı əldə etmişdirlər. Lakin Ağabalanı güdmə ilə bağlı məhkəməyə müraciət etməmişdirlər. Şəxsin evinə baxış keçirilən zaman narkotik vasitə ilə yanaşı tərəzi və kibrit qutuları da aşkar olunmuşdur. Ağabalanın iş yerinə saat neçədə getmələri dəqiq yadında deyil. Ağabala qaçdığından, evə getmişdirlər, təhqiqatçını gözləmişlər, gəldikdən sonra evə daxil olmuş, evdə anası olmuşdur. Anasını qərarla tanış etmişvə anasının razılığı ilə evə baxış keçirmişdirlər. Evə getdikləri dəqiq vaxtı da xatırlamır. Ağabalanın evi Zaqatala şəhəri, 28 May küçəsində yerləşir. Başqa evi barədə məlumatı yoxdur. Bildirir ki, onlar Ağabalanı tutmaq məqsədi ilə getməmişdirlər, başqa cürə olsaydı, o qaça bilməzdi. Belə ki, onlar ona fikirlərini izah edincə o qaçıb uzaqlaşmışdır. Onlar onun iştirakı olmadan evinə baxış keçirmişdirlər. Belə ki, anasının razılığı ilə video çəkiliş altında evinə baxış keçirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı, üzərində daşıması və evində saxlamasında şübhəli olması ilə bağlı məlumat daxil olmuşdur. 24 avqust 2023-cü il tarixdə məhkəmə qərarı əsasında əvvəlcə Ağabalanın iş yerinə getmişdirlər. Ağabala onları görüb maşınına oturub qaçıb getmişdir. Elə həmin vaxt da onun evinə getmişdirlər. Evdə anası olmuşdur. Təhqiqatçı anasına məhkəmə qərarını oxuyub izah etmişdir. Ondan sonra anası evə baxış keçirməyə icazə vermişdir. Baxış zamanı evin ikinci mərtəbəsindəki çarpayıda narkotik vasitə olan büküm aşkar olunmuşdur. Həmin narkotik vasitə qablaşdırılıb götürülmüşdür. Evin zirzəmisindən isə 8 ədəd kibrit qutusu, tərəzi və sellofon torbada narkotik vasitə aşkar olunmuş və qablaşdırılıb götürülmüşdür. Kibtir qutuları isə səhv etmirsə dolu olmuşdur. Həmçinin onlar yenicə həyətə daxil olanda anası Ağabalanın əlindən bezdiyini demiş, bacısı da olmuşdur, anası onun narkotik vasitə istifadə etdiyindən xəbərdar olmuşdur. Anasının danışığından da hiss olunurdu ki, evdən aşkar olunanlar Ağabalaya məxsus olmuşdur. Onlar elə başa düşmüşdürlər ki, Ağabala üzərində narkotik vasitə olduğu üçün qaçmışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, onlar Ağabalanın işçisini polis şöbəsinə aparmamışlar. Onlar sexdən çıxıb 3-4 dəqiqə sonra Ağabalanın evinə getmişdirlər. Şübhəlinin özü ilə getmək üçün əvvəl onun iş yerinə getmişdirlər ki, onu götürsünlər, lakin o qaçdığı üçün özləri onun evinə getmişdirlər. Ağabalaya o yaxınlaşmışdır. Fəridlə Elşən arxadan əllərində kağızla gəlirdilər ki, baxış barədə Ağabalaya izah versinlər. Ağabala isə maşınına oturub qaçmışdır. Onlar da şübhələnmişdirlər ki, üzərində narkotik olduğu üçün qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onunla heç bir düşmənçiliyi yoxdur. O, Ağabalanın evinə baxış keçirilən zaman çəkiliş aparmışdır. Onun evinə günortadan sonra getmişdirlər, saatı dəqiq yadında deyil. Ona zəng gəlmişdir ki, Ağabalanın evinin qabağına gəl, çəkiliş aparılmalıdır. O, da kameranı götürüb deyilən ünvana getmişdir. Yalnız çəkilişdə iştirak etmiş, həmin vaxt Ağabalanın anası evdə olmuşdur. Baxışda polis əməkdaşları Elşən, Fərid, təhqiqatçı və Rauf olmuşdur. Çəkilişə evin qarşısından başlamışdır. Anasına məhkəmə qərarı izah edildikdən sonra razılıq alaraq çəkiliş keçirmişdirlər. Əməliyyat zamanı evin 2-ci mərtəbəsindən narkotik vasitə olan marixuana, zirzəmidən isə kibrit qutuları, tərəzi aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Ağabalanın iş yerinə getməmişdir. Kibrit qutularının içinin isə dolu yaxud boş olması yadında deyildir. Onu polis əməkdaşı Elşən müəllim dəvət etmiş, o, isə çəkilişi bir dəfəlik çəkmiş, lakin DVD diskinə köçürəndə hissə-hissə düşmüşdür. O, yalnız çəkiliş aparmışdır. Tərəzi isə səhv etmirsə, işlək vəziyyətdə olmuşdur. Bildirir ki, onun işi yalnız çəkiliş aparmaqdı, operator kimi iştirak etmişdir. Evdə Ağabalanın anası, Fərid, o və Rauf olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs anasıdır. xx.xx.2023-cü il tarixdə saat 10-30 radələrində o, evdə olduğu vaxt birdən həyət qapısı açılmış, bu zaman o balkona çıxmışdır və 2 nəfər şəxsin həyətə girdiyini görmüşdür. Onlarla salamlaşıb nə lazım olduğunu soruşmuşdur. Onlar Ağabala lazımdır demişdirlər. O, onlara Ağabalanın işdə olduğunu demişdir. Onlar bunu bildiyini və Ağabalanın gələcəyini demişdirlər. Sonra həyətdəki ağacın altında dayanmışdırlar. Daha sonra orta yaşlı bir nəfər adam gəlmiş, onunla salamlaşıb adını soruşduqda adının Rauf olduğunu Çobankol kəndindən olduğunu demişdir. Bir qədər sonra həyətə gələn şəxslər polis əməkdağları olduqlarını bildirərərk evə baxış keçirmək üçün gəldiklərini demişdirlər. O da onlara evə baxa bilərsiz demişdir. Onlar biraz daha gözləyəcəklərini demişdirlər. Həmin günü hava çox isti idi. Elə isti havada stol gətirib onu günəşin altında oturtdurmuşdurlar. O, ağlaya-ağlaya günəşin altında oturmuşdur. Saat təxminən 6-ya qalmış 4 nəfər şəxs gəlib içəri daxil oldular və evə baxış keçirmək üçün gəldiklərini dedilər. Onlar evə girib evin hər yerinə baxdılar, heç nə olmadığını deyib çıxdılar. Sonra ona demişdirlər ki, sən də gəl. O, da onlarla birlikdə həyətə düşmüşdür. Həyət pis vəziyyətdə idi. Toz-torpaq, daş, qum var idi. Keçmək mümkün deyildi. Onlar onun qolundan tutub o tərəfdəki bir otaqlı tikiliyə aparmışdırlar. Otaqda 1 ədəd çarpayı var idi. Ona dedilər ki, çarpayının üstündəki ədyalı çək. Ədyalı çəkən zaman altından otabənzər bitki çıxdı. Sonra dəhlizdəki stolun üstündəki xalçanı çək dedilər. Həmin xalçanın altından da sellofan torbada eyni bitki çıxdı. Tapılan bitkilərin şəklini çəkib getdilər. Səhəri günü saat 12-nin yarısında onu şöbəyə apardılar. Şöbədə onu saatlarla dəhlizdə gözlətdilər. Sonra onu içəri çağırıb şəxsi məlumatlarını, pensiya məlumatını soruşub qol çəkdirmişdirlər. Daha sonra onu o biri otağa aparmış, həmin otaqda Daşqın müəllim və yanında Rauf olmuşdur. O onlara onun evinə haram girmədiyini, öz zəhməti ilə işləyib qazandığını, 29 yaşında rəhmətə gedən qızının uşağına baxdığını demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, saat 11-in yarısında 2 nəfər gəlmişdir. Sonra Raufu görmüşdür. Rauf narkotik aşkar olunan tərəfdən gəlmişdir, çəkilişə isə saat 6-da başlamışdırlar. Həmin günü nəvəsi Zair ondan hal-əhval almaq üçün zəng edəndə o ağlamış, Zair ondan niyə ağladığını soruşduqda ona həyətə polis gəldiyini demişdir, bu zaman nəvəsi 102-yə zəng vurub məlumat vermiş, lakin 102 xidmətindən heç kim gəlməmişdir. Evi axtaranda 4 nəfər polis gəlmişdir. Həmin vaxt həyətdə olan polislərə dönər, sok alıb gətirmişlər, bu vəziyyəti qonşuları da görüb narazılıq etmişdirlər. Baxış zamanı evin hər yerini axtarmışlar, lakin heçnə tapmayıb həyətə düşmüşdürlər. Daşqın bu proseslər gedən zaman çöldə dayanmışdır. Həyətdə baxış keçirmək üçün gələn polislərdən başqa Daşqın da olmuşdur. Baxış keçirən zaman onu oturduğu yerdən durmağa qoymamışdırlar. O, ifadəsində Ağabalanın öz evində qaldığını, sadəcə onu görməyə gəldiyini və həmin yarım tikilidə heç kimin yaşamadığını, dərs vaxtı bir tələbə uşağın kirayədə qaldığın polislərə demişdir. Polis əməkdaşları həyətə gəldikləri zaman o onlara icazə versə də, onlar kimisə gözlədiklərini demişlər. Sonra isə telefonla çəkərək evə girmişlər. Otaqda ədyalı kənara çəkib altından bitkini götürmüş, sonra isə dəhlizdə xalçanı çəkib altından sellofan torbadakı bitkini götürmüşdürlər. O, həmçinin ifadəsində bildirmişdir ki, yaşadığı evin iki girişi var, evin yaşamadığı hissəsinə polislər onsuz girmişdirlər. Lakin narkotik tapılan zaman o, da orda olmuşdur. Narkotik tapılanda heç bir protokol tərtib olunmamış, onu da polislər aparmamışdırlar. Polislər onu yalnız səhəri günü saat 12-nin yarısında gəlib aparmışlar. Axtarış olan günü polislər getdikdən sonra o oğluna ev telefonu vasitəsi ilə zəng vurub məlumat vermiş, lakin ona evdən narkotik tapıldığını deməmişdir. Oğlu gələcəyini demişdir. Səhəri günü saat 12-nin yarıda 1 polis nəfəri gəlib onu polis şöbəsinə aparmışdır. Orada onu dəhlizdə oturtmuşlar. Onu axşam saat 19 radələrinə qədər orda saxlamışlar. Bu hadisə səhəri gün də təkrar olunmuşdur. Şöbədə Daşqın ona Ağabalanın narkotik istifadə etdiyini demiş, o da ona oğlunun siqaret çəkdiyini demişdir. Orda ondan şəxsi məlumatlarını soruşub qol çəkdirmişlər, lakin qol çəkdiyi yerdə nə yazıldığını bilmir. Onlar da ona heçnə oxumamışdırlar. O, ifadəsində oğlunun narkotik istifadəçisi olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan bitkini tanımır. Həmin otu tapdıqdan sonra masanın üzərinə çırpmasına səbəb bunu edənlərdən şikayətlənmək olmuşdur. O, elə bilmişdir ki, onlar nəsə şübhəli bir şey gətirmiş və onu şərə salmaq istəmişdirlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ağabala onun dayısıdır. Hadisənin tarixi dəqiq yadında deyil. O, tez-tez nənəsinə zəng vurub hal-əhval alır. Həmin gün də nənəsinə zəng vurmuşdur, danışanda səsi yaxşı gəlməmiş, o nə olduğunu soruşduqda həyətə polislər gəldiyini demiş və ağlamağa başlamışdır. Ağladığı üçün demişdir ki, telefonu xalaya ver. Xaladan nə baş verdiyini soruşduqda həyətdə polislər olduğunu, lakin nəyə görə gəldiklərini bilmədiyini bildirmişdir. O, telefonda polislə danışıb məlumat almaq istəmiş, lakin polis onunla danışmamışdır. O xalasından soruşmuşdur ki, polislərin əlində axtarış qərarı varmı, xalası isə olduğunu bildirmişdir. Polislərdən həmin qərarı götürüb oxumasını istəmiş, lakin xalası polislərin qərarı oxumağa vermədiklərini demişdir. Bu hadisə təxminən 12:15-dən sonra olmuşdur O, 102-yə zəng vurub özünü təqdim edib hadisə barədə məlumat vermişdir. 102 xidmətindən ona ev sakinlərinin zəng vurmasını bildirmişlər. O, xalasına demişdir ki, 102yə o zəng vursun məlumat versin, lakin xalası zəng vurmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 102-yə zəng vuranda özünü təqdim etmiş, Sumqayıtda yaşadığını dedikdə onlar ona ev sakinlərindən kiminsə zəng vurmalı olduğunu bildirmişlər. O, 102-yə zəng vuran zaman evin ünvanını demişdir. O, nənəsi və xalası ilə tez-tez əlaqə saxlamışdır. Saatı dəqiq yadında deyil, xalası demişdir ki, nənəsinə ərizə yazdırırlar. O, xalasına onunla sonra yenə əlaqə saxlayıb məlumat verməsini istəmişdir. Təxmini 40 dəqiqə sonra yenidən xalasına zəng vurub maraqlandıqda xalası evdən həmin predmetlərin tapıldığını demişdir. O, həmin günü gündüz saatlarında xalasıgillə əlaqə saxladığı müddətdə polislər orda olmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Ağabalanın yanında şagird işləyir, Ağabala onun ustasıdır. Hadisə günü saat təxminən 11-ə qalmış Fərid, Rauf və Ülvi adlı polis əməkdaşları gəlib Ağabalanı soruşmuşlar. Ağabalanı kənara çəkib söhbət eləmişlər. Ustası onlardan axtarış sənədinin olub-olmamasını soruşmuş, onlar isə bildirmişdirlər ki, yoxdur amma olacaq. Bu zaman ustası Ağabala da öz maşınına oturub çıxıb getmişdir. Daha sonra polislər onun telefonunu götürmüşlər. O, isə hadisə barədə Ağabalanın anasına məlumat verməyə getmiş, onların qapısına çatanda polis əməkdaşı olan Davudun onların həyətindən çıxdığını görmüş və düşünmüşdür ki, ailəsinin artıq xəbəri var. O, sonra işə qayıtmışdır. O, Ağabalanın oğluna demişdir ki, hadisə barədə gedib nənəsinə məlumat versin. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ağabala maşınına oturub gedəndə polislər də gəldikləri maşınla onun dalınca getmişdirlər. Polislər AP 506 nömrəli maşınla gəlmişdirlər. Ağabala ona demişdir ki, gedib anasına desin ki, evi axtarmağa gəlirlər. Onu 3 gün dalbadal şöbəyə çağırmışdırlar. Səhərdən axşama kimi orda saxlamışdılar. Həmçinin ondan analiz götürmüşdürlər, lakin analizlərin cavabı təmiz çıxmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 təhqiqatçısı, polis leytenantı X8 tərəfindən qəbul edilmiş 25 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 5(033)-34/2023 saylı 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilərək, əməliyyat işinin sonuncu müddətinədək yəni xx.xx.2023-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına daxil olma və baxış keçirmə əməliyyat-axtarış aparılmasına icazə verilmiş, qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, həmin tarixdə saat 18:23-dən saat 19:22-dək olan müddət ərzində Zaqatala şəhəri, 28 May küçəsi ev 60 ünvanında Zaqatala Rayon Məhkəməsinin sədri Vüqar Məmmədovun 22 avqust 2023-cü il tarixli 5(033)-34-2023 nömrəli Təqsirləndirilən şəxs yaşadığı Zaqatala şəhəri, 28 May küçəsi, ev 60 ünvanında yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına “daxil olma və baxış keçirtmə” haqqında qərarı əsasında və Təqsirləndirilən şəxs ilə eyni ünvanda yaşayan anası Şahid5 razılığı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı X11 Raziyevin anası Şahid5 yaşadığı fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarda hər-hansı qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşaraq olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına daxil olduqda sağ tərəfdə iki ədəd, sol tərəfdə iki ədəd çarpayı yerləşir. Sıra ilə Şahid5 çarpayıların üzərindəki döşəkləri qaldıraraq göstərmişdir. Sol küncdə pəncərinin kənarında yerləşən çarpayının üzərində qatlanaraq bağlanmış yorğan və döşəklər vardır. Həmin yorğan və döşəklərin arasına baxılan zaman çarpayının arasında gizlədilmiş yaşıl rəngli, qurudulmuş, spesifik iyə malik, çətənə bitkisinə bənzər kütlə aşkar olunmuşdur. Şahid5 əli ilə həmin kütləni götürərək pəncərənin qarşısına qoymuşdur. Aşkar edilmiş həmin çətənə bitkisinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0,8 qram olduğu müəyyən edilmişdir. Sonra isə həmin kütlə ağ rəngli zərfə qoyaraq qablaşdırılıb möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalarda əlavə baxış keçirilmiş, lakin baxış zamanı qanunsuz olaraq hər-hansı əşya, maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Otaqları tərk edib karidora daxil olaraq sağ tərəfdə yerləşən 2-ci qapıdan içəri daxil olduqda isə yarı təmirli kiçik bir otaq vardır. Həmin otağın sol tərəfində kənarda masa yerləşir. Masanın üzərində xalçalar, xalçanın üzərində isə yuyucu hövzə, kafel qutusu, kağız parçası, sellofan torbalar, elektron tərəzi və 8 ədəd kibrit qutusu vardır. Şahid5 masanın üzərindəki bükülmüş xalçanın alt hissəsindən şəffaf sellofan torbanı götürüb içərisinə baxaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan torbanın içərisində yaşıl rəngli, qurudulmuş, spesifik iyə malik marixuanaya bənzər kütlə vardır. Şahid5 bildirmişdir ki, həmin narkotik vasitəyə bənzər kütlə barəsində məlumatı yoxdur. Həmin çətənə bitkisinə bənzər bitki sellofan torbada elektron tərəzi vasitəsi ilə çəkildikdə 40 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə, elektron tərəzi və 08 ədəd kibrit qutusu ağ rəngli zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli 17/642 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının içərisində aşkar edilmiş marixuanaya bənzər kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki açıq şəkildə, təmiz çəkisi– 0,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsində aşkar olunmuş marixuanaya bənzər kütlə şəffaf sellofan torbada, 01 ədəd elektron tərəzi və 08 ədəd... kibrit qutusu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 37,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təhqiqata təqdim edilmiş olunmuş, 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.1) maixuananın təmiz çəkisi- 0.61 qr, təhqiqata sərf edildi 0.05 qr, qalıq 0.56 qr. 2) Marixuananın təmiz çəkisi- 37.66 qr, təhqiqata sərf edildi 0.05 qr, qalıq 37.61 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 25 avqust 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manatdır. İş materiallarına əlavə edilmiş 25 avqust 2023-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi üçün Zaqatala RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X3 baş müstəntiqi, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 25 avqust 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx.xx.1978-ci ildə Zaqatala şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, 28 May küçəsi, ev 60 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 avqust 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törədilməsinə şübhə yaratdığından 28 avqust 2023-cü il tarixdə, 19:30-da tutulmuşdur. Protokola qeydə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs deməsinə görə o, 28 avqust 2023-cü il tarixdə saat 17:00-da saxlanılmış, tutulmuşdur. İş materiallarına əlavə edilmiş 30 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, 28 May küçəsi, ev 60 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X7 azad edilmişdir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları yerində bir daha təsdiq etmiş, Zaqatala rayonu, Muğanlı dəmiryolu adlanan ərazidəki meşəlik ərazidə şəffaf sellofan büküm gördüyü yeri və yaşadığı ünvan 5 ünvanında həmin qurudulmuş marixuananı saxladığı yerləri göstərmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X3 müstəntiqi, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 16 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Raziyev X6 şəhəri, 28 May küçəsi, 60 saylı evdə yaşayır və ailə tərkibi anasından, yoldaşından və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 18-1-78/2-1130/2023 saylı məktubdan görünür ki, ünvan 6 ünvanda yаşаyаn xx.xx.1978-ci il təvəllüdlü Raziyev X6 RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 1633 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Raziyev X6 şəhəri, 28 May küçəsi, 60 saylı evdə yaşayır və ailə tərkibi anasından və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildə X1 “Avtomobil və mühərrikin texniki xidmət və onların təmiri” ixtisası üzrə tam kursu bitirərək, “Texnik-Mexanik” ixtisası almışdir. Təqsirləndirilən şəxs 1996-cə ildən 1999-cu ilədək hərbi xidmətdə qulluq edib. Təqsirləndirilən şəxs 1999-cu ildən indiyədək avtomobil təmir sexində avtomobil təmirçisi kimi işləyir. İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir. Peşəsini çox sevir. Demək olar ki, hər növ avtomobili təmir edə bilir. O, Rusiya Federasiyasında da müəyyən müddət işləyərək öz peşə ustalığını göstərmişdir. Keyfiyyətli işinə görə yaxşı avtomobil ustası kimi tanınır. A. Raziyev kollektivin ictimai həyatında da fəal iştirak edir. Əmək fəaliyyəti dövründə özünü intizamlı məsuliyyətli işçi kimi tanıdıb. Peşəkarlığını artırmaq üçün səy göstərib. İşgüzar və zəhmətkeşdir. Öz işini çox sevir. Yoldaşları ilə münasibətdə xoşrəftar və ünsiyyətcil olması ilə fərqlənir. İş yoldaşları arasında hörmət qazanmışdır. Etik davranış normalarına əməl edir. İş yoldaşları ilə müştərilərin rəğbətini qazanmışdır. O, təvazökar, siyasi cəhətdən savadlıdır. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittiham əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza təhqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbda qalıq çəkisi 0,56 və 37,61 qram qurudulmuş marixuanalar cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zaqatala RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılması, baxış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəmə-bioloji ekspertizasının 30 avqust 2023-cü il tarixli 17/642 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 sentyabr 2023-cü il tarixli, 1633 nömrəli rəyinin ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin cinayətin residivi kimi qiymətləndirilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X9 tərəfindən verilmiş vəsatət əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Musayev tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli “cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ittiham aktı təsdiq edilməmiş və cinayət iş əlavə ibtidai istintaq aparılması üçün Zaqatala rayon polis X3 müstəntiqi Vüsal Qasımova qaytarılmış, əlavə istintaq zamanı qərarın təsviri hissəsində göstərilənlər qısa müddətdə icra olunmaqla və pozuntu halları aradan qaldırılmaqla cinayət işi üzrə yenidən ittiham aktı tərtib edilib cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq müddətdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna təqdim olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 11 oktyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittihamın verilməsi, 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbada qalıq çəkisi 0,56 və 37,61 qram qurudulmuş marixuanalar cinayət işi mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zaqatala RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılması, baxış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəməbioloji ekspertizasının 30 avqust 2023-cü il tarixli 17/642 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 sentyabr 2023-cü il tarixli, 1633 nömrəli rəyi ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilməklə qərarın surəti verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Musayev tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli “cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ittiham aktı təsdiq edilməmiş və cinayət iş əlavə ibtidai istintaq aparılması üçün Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinə qaytarılmış, müstəntiq V.Qasımovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarları Təqsirləndirilən şəxs barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işinin müstəntiq Vüsal Qasımovun icraatından götürülüb daha təcrübəli müstəntiqin icraatına verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 28 oktyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə yenidən ittiham verilməsi, 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbda qalıq çəkisi 0,56 və 37,61 qram qurudulmuş marixuana, baxış zamanı götürülmüş 08 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zaqatala RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılması, baxış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkətinin protokolu, məhkəmə-bioloji ekspertizasının 30 avqust 2023-cü il tarixli 17/642 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 sentyabr 2023-cü il tarixli, 1633 nömrəli nömrəli rəyi ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilməməsi ilə bağlı göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilərək əsassız olduğu üçün rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şahid6 Daxili İşlər Nazirliyinin “102” xidmətinə hər hansı bir mövzuda müraciəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN X4 Xidməti tərəfindən verilmiş 01 iyun 2024-cü il tarixli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin avqust ayı üzrə daxil olan məlumatların araşdırılması mümkün deyil. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yuxarıda sadalanan cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına əsas kimi istintaq orqanı onun evində aparılan baxış zamanı aşkar edilən 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi səbəb olmuşdur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs barəsində 25 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, iki dəfə 25 aqust 2023-cü il tarixli əməliyyat tapşırığı əsasında verilmiş raporta və qanunvericiliyin müvafiq maddələrinə əsasən satış niyyətini sübut edən kifayət qədər sübutlar əldə edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilsə də, daha sonra Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Musayev tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli və 27 oktyabr 2023-cü il tarixli qərarlar ilə 08 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi 40 qram çəkidə olan qurudulmuş marixuana ilə eyni yerdə saxlanıldığından, həmin tərəzinin isə məhz narkotik vasitələrin çəkilərinin müəyyən edilməsində istifadə edilən kiçik ölçülü elektron tərəzi olmasından və narkotik vasitə hesab edilən qurudulmuş marixuananın satışı əsasən kibrit qutularında həyata keçirildiyindən cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmış, qərarlara və göstərişə əsasən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə yalnız aşkar olunaraq götürülmüş 08 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi əsası ilə tövsif edilmiş, ona həmin maddə ilə təqsirləndirilməsinə dair ittiham elan edilərək, məhkəməyə göndərilmişdir. Bununlada prokuror mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə və fərziyyələrə əsaslanaraq təqsirləndirilən şəxsin qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlamaqda onu satmaq niyyətinin olması barədə nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, 08 ədəd dolu kibrit qutusunun və 01 ədəd elektron tərəzinin saxlanc yeri kimi istifadə olunan anbardan aşkar edilməsi, başqa mötəbər sübutlar olmadan öz-özlüyündə şəxsin satış niyyətini sübut etmir. Belə ki, sübutların məcmusuna nəzər yetirildikdə müəyyən edilir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi 08 ədəd kibritlə dolu kibrit qutusu və 01 ədəd elektron tərəzi aşkar edilməsini əsas götürməklə onun narkotik vasitələrinin satışı ilə məşğul olması qənaətinə gəlmişdir. Lakin iş materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan da görünür ki, qeyd edilən narkotik vasitələr, 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi Şahid5 yaşadığı ona məxsus olan evə bitişik ikinci mərtəbəsi kirayə verilən, birinci mərtəbəsi isə anbar kimi istifadə olunan evdən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı isə elektron tərəziyə ümumiyyətlə baxış keçirməmiş, işlək vəziyyətdə olub-olmamasını müyyən etməmiş, həmin tərəzinin üzərində narkotik vasitənin izlərinin aşkar olunub-olunmaması kimyavi erspertiza ilə müəyyən edilməmiş, nə məqsədlə istifadə edilməsinə aydınlıq gətirməmiş, eyni zamanda 28 avqust 2023-cü il tarixli şübhəli şəxsin və 30 avqust 2023-cü il tarixlli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollardan da görünür ki, qeyd edilən halların aydınlaşdırılması məqsədi ilə, ümumiyyətlə 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi barədə Təqsirləndirilən şəxs hər hansı sual ünvanlanmamışdır. 01 sentyabr 2023-cü il tarixdə keçirilmiş təqsirləndirilən şəxsin ifadəsinin terində yoxlanması istintaq hərəkəti zamanı 08 ədəd kibrit qutusuna və 01 ədəd kiçik ölçülü elektron tərəziyə münasibət bildirilməmiş, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə bu barədə hər hansı sual ünvanlanmamışdır. Qeyd edilən tərəzi və kibrit qutuları isə yalnız üçüncü dəfə tərtib edilmiş 29 oktyabr 2023-cü il tarixli sübtların qiymətləndirilməsi haqqında qərar ilə maddi sübut qismində tanınmış və yalnız cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarıldıqdan sonra 18 oktyabr 2023-cü il tarixdə keçirilmiş dindirmə istintaq hərəkərində təqsirləndirilən şəxsə 08 ədəd kibrit qutusunu və 01 ədəd elektron tərəzini nə məqsədlə saxlaması barədə sual ünvanlamış, Təqsirləndirilən şəxs isə həmin tərəzini təmir etdiyi maşından taparaq, saxlanc otağında saxladığını, kibrit qutualarının isə dolu olduğunu və məişət təyinatı üçün istifadə etdiyini bildirmiş, bununla da təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, yenidən barəsində CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilsə də, həmin ittiham prokuror tərəfindən yenidən təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmış, cinayət işini icraata qəbul etmiş müstəntiq isə əlavə ibtidai istintaq aparmadan, şəxsin özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilib-bilməməsini müəyyən etmədən, 18 oktyabr 2023-cü il tarixdə keçirilmiş dindirmə protokolunu, 04 noyabr 2024-cü il tarixli protokola köçürməklə kifayətlənmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd elektron tərəzini maşın ustası olduğu üçün, təmir etdiyi maşınlardan tapmış, saxlanc otağında saxladığını bildirmişdir. Cinayət işinin materiallarından həmçinin, barəsində keçirilmiş məhkəmənarkoloji ekspertizasının rəyinən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Yuxarıda göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı onda elektron tərəzi aşkar edilsə də, həmin tərəzi işlək vəziyyətdə, istifadəyə yararlı olub-olmaması, nə məqsədlə istifadə edilməsi müəyyənləşdirilmədən, belə vəziyyətdə olan əşyanın narkotik vasitələrin satışına xidmət etməsi barədə istintaq orqanının gəldiyi qənaət məntiqi nəticə kimi əsaslı hesab edilə bilməz. Cinayət işi materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu güman etmək olsa da, onun narkotik vasitənin satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Belə şəraitdə, yəni Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlinin hüquqi tövsifinə dair qənaətini yalnız məhkum edilmiş şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı və aşkar olunmuş elektron tərəzi və kibrit qutuları ilə əsaslandırmağa çalışmışdır. Halbuki “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarlarda istinad edilmiş 25 avqust 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs marixuananı əldə etdiyi yerlər, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması və münasibətdə olduğu şəxslərin dairəsi öyrənilərək narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmaqda şübhəli olan şəxslər və digər cinayətlərdə iştirak etməsi müəyyən edilməsi istiqamətində bildirilmişdir ki, Zaqatala RPŞ-si Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı satış məqsədilə əldə etməmiş və həmin narkotik vasitəni Zaqatala rayonu, Muğanlı dəmiryolu adlanan ərazindəki meşəlik sahələrdə gəzdiyi zaman şəffaf sellofan büküm görmüş, həmin bükümü açıb baxdıqda qurudulmuş marixuana olduğunu görmüş, şəxsi istifadə məqsədi ilə həmin bükümü üzərində daşıyaraq yaşadığı evə gətirmiş və yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs münasibətdə olduğu şəxslərdən narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasında şübhəli olan şəxslərin dairəsini və digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə əhəmiyyət kəsb edəcək məlumatlar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 38,27 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlaması qənaətinə gələrkən səhvə yol vermiş və onun bu əməlini düzgün olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəssiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən,həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə şəxsi istifadəsi üçün qeyd edilən miqdarda narkotik vasitəni əldə edib saxlaması, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş ekspertiza rəyləri, onun özünün və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə elərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamış və onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etmiş olduğu sübuta yetirilmədiyindən onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən olunur ki, ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Bütün şərh olunanlara baxmayaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan yanlış qənaətinə gələrək səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Bütün şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar istintaq orqanının gəldiyi nəticə əsassızdır və istintaq orqanı qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. Bu baxımdan, yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə məhkəmə icraat zamanı vermiş olduğu ifadəsi arasında olan ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və ifadəsində göstərilən xüsusatlar müdafiə tərəfinin vəsatəti əsasında əldə edilərək tədqiq edilmiş, eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmadığından məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini özünümüdafiə xarakterli hesab edir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının baxış keçirilmədən əvvəl evdə olmalarını, qeyd edilən predmetlərin onlar tərəfindən yerləşdirildiyini, polislərin əvvəlcədən evdə olması barədə “102” xidmətinə məlumat verdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şahid6 Daxili İşlər Nazirliyinin “102” xidmətinə hər hansı bir mövzuda müraciəti qeydə alınmamışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN X4 Xidməti tərəfindən verilmiş 01 iyun 2024-cü il tarixli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin avqust ayı üzrə daxil olan məlumatların araşdırılması mümkün olmamışdır. Şahid qismində dindirilmiş polis əməkdaşları isə əvvəlcə Ağabalanın işlədiyi sexə gediklərini və onu baxışın keçirilməsinə dəvət etmək istədiklərini bildirmiş, lakin Təqsirləndirilən şəxs qaçdığından bir müddət onu evin qarşısında gözləməli olduqlarını qeyd etmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs ümumiyyətlə təqsirli olmadığını bildirərək ona bəraət verilməsini istəsə də, məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs həmin narkotik vasitəni meşədən tapdığını və şəxsi istifadə məqsədi ilə evində saxladığını və bir neçə gündən sonra açaraq az miqdarda ayırıb, ikinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının içərisində saxladığını bildirmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 1633 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs öz ifadəsində zaman-zaman həmin evdə qaldığını bildirmişdir. Eyni zamanda ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən 6 dəfə vəsatət verilməsinə baxmayaraq qeyd edilən vəsatətlərdə polis əməkdaşlarının baxış keçirilmədən əvvəl evdə olmaları, qeyd edilən predmetlərin onlar tərəfindən yerləşdirilməsi göstərilməmiş, cinayət işi məhkəməyə daxil olduqdan sonra təqsirləndirilən şəxs ifadəsini dəyişərək yerni müdafiə taktikası seçmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməsi əldə edilmiş sübutların qanuniliyi, şübhə doğurmaması və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın (kannabis) xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin yeganə qazanc mənbəyi olması, onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri, 28 May küçəsi ev 60 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 1633 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023cü ildən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan evə baxış keçirilərkən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbda qalıq çəkisi 0,56 və 37,61 qram qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 08 ədəd kibrit qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin əks olunduğu videogörüntüləri olan 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri, 28 May küçəsi, ev 60 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan- baxış keçirilərkən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sellofan torbada qalıq çəkisi 0,56 və 37,61 qram qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 08 ədəd kibrit qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar