Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-9/2021 23.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, prokuror-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1995-ci ildə Zaqatala rayonun Yuxarı Tala kəndində anadan olmuş, Azürbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, X5 üzrə mülki işçi, əvəllər məhkum olunmamış, Zaqatala rayonun Yuxarı Tala kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133cü km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun sağından soluna keçən piyada 15.02.2007-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, ənsə sümüyünün sınığı, bazu sümüyü cərrahi boynunun sınığı, sağ mil sümüyünün sınığı, sağ baldır sümüklərinin yerdəyişən sınıqları, travmatik şokun əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. 08.05.2020-ci il tarixdə dostu Şahid1 ilə birlikdə idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyat təkər almaq üçün avtoservisə gedirmiş, həmin vaxt Yaqub qabaq sağ oturacaqda əyləşmiş, o, isə Vaz- 2103 markalı avtomobili Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü km-də təxminən 50 metrlikdən yolun sağ ehtiyat sahəsində bir nəfərin dayandığını görmüşdür. O, idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxsə çatmağa az qalmış sonradan adını bildiyi 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yola baxmadan qaçaraq yolun sağından soluna keçməyə başlamış və bu zaman idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, hadisənin qarşısını almaq istəsə də, buna imkan tapa bilməmiş və məsafə yaxın olduğundan idarə etdiyi Vaz-2103 markalı avtomobilin qarşı sağ hissəsi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və Həlimənin xəsarət aldığını görmüş və həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng vurmuşlar. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs RMX-na aparmışlar. Özü isə hadisə yerində qalıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Baş vermiş hadisəyə görə peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Törətdiyi əmələ görə peşmandır. Əməlindən peşman olmasını, zərərçəkən şəxsə dəymiş zərəri tam ödəməklə onunla barışıq əldə etməsini, maddi vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan azyaşlı övladı Zərərçəkmiş şəxs bütün müalicə xərcləri ödənilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona maddi və mənəvi yardım göstərilmişdir. Onunla barışmışlar. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tamamilə ödənilmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08.05.2020-ci il tarixdə təxminən 13:15 radələrində evdən çıxıb Zaqatala şəhərinə gedirmiş və marşrutu gözləmək üçün yolun sağından soluna keçməli olmuşdur. Təxminən saat 13:20 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü kmdə yola baxmadan qaçaraq yolun sağından soluna doğru keçməyə başlamış, bu zaman Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Bu zaman məsafə yaxın olduğundan Məftun idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi ilə onu vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng vurmuşlar və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu Zaqatala RMX-na aparmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 08.05.2020-ci il tarixdə dostu Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyat təkər almaq üçün avtoservisə gedirmiş, həmin vaxt o, qabaq sağ oturacaqda əyləşmiş, Məftun isə Vaz-2103 markalı avtomobili Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində idarə etmişdir. Təxminən saat 13:20 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü kmdə sonradan adını bildiyi 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yola baxmadan qaçaraq yolun sağından soluna keçərək avtomobilin qarşısına çıxmışdır. Məftun hadisənin qarşısını almaq istəsə də, buna imkan tapa bilməmiş və məsafə yaxın olduğundan Vaz-2103 markalı avtomobilin qarşı sağ hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra Məftun Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər və Həlimənin xəsarət aldığını görmüşdür. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng vurmuşlar, hadisə yerinə gələn təcili tibbi yatdım əməkdaşları Zərərçəkmiş şəxs RMX-na aparmışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,08.05.2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Zaqatala şəhərinə gedərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və o, hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşıb, hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, 08.05.2020-ci il tarixdə təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133cü km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən, yolun sağından soluna keçən piyada 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. 08.05.2020-ci il tarixdə Şahid3 və X4 ilə birlikdə xidmətdə olduğu zaman onlara təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada onlara məlum olmuşdur ki, 08.05.2020-ci il tarixdə təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən, yolun sağından soluna keçən piyada 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Zaqatala RMX-na daxil olmuşlar. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiqləyərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 08 may 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Yevlax- Zaqatala –Gürcüstan yolunun Zaqatala rayonu ərazisindən keçən 133-cü km. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 9 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni müvafiq olaraq 1,5X1,5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa düz nişanlama xətti vardır. Hərəkət hissəsi soldan ağaclar əkilmiş boş sahə, sağdan eni 2,5 m. olan yol çiynindən sonra eni 8 metr olan genişlənmiş sahə vardır. Hərəkət nizamlama üsulu: nizamlanmayan, yol nişanları zonası deyildir, yol işıqlandırılır. Piyadanın vurulma yerləri, hərəkət hissəsinin kənarına və bir birinə nəzərən koordinatları: yolun sağından soluna keçən yetkinlik yaşına çatmayan piyadanın vurulduğu yer müəyyən olunmuş və məlum olmuşdur ki, yetkinlik yaşına çatmayan piyada Zaqatala şəhəri istiqamətindən Balakən rayonu istiqamətində hərəkət edən VAZ 2103 markalı ** BE *** dövlət nömrə nişanlı avtomobillə yolun sağından 1,5 metrdə vurulmuşdur. Həmin yerdən yolun soluna 7,5 metr, geriyə yolun solundakı Zaqatala rayonu Məhkəməsinə dönən yolun sağ küncünə 1,5 metrdir. Piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti: yetkinlik yaşına çatmayan piyada yolun sağından soluna doğru hərəkətdə olmuşdur. Piyada dayandığı yerdən, 1 metr məsafədə yolun soluna doğru yerişlə hərəkət edib təxminən 1 saniyə dayanmış sonra isə qaçaraq 1,5 metr getdikdə avtomobillə vurulmuşdur. Hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti: hadisədən sonra VAZ2103 markalı ** BE *** Dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən qarşı tərəfdən 1,3 metr arxa hissəsindən 1,2 metrdir, yolun sağ yan kənarına. Şin və tormozlama izləri aşkar olunmamışdır. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, aşkar olunmamış, lakin avtomobilin üzərində zədələnmiş detallar var. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 189 nömrəli 08 may 2020-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən alkoqol qəbulu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- qapalı kəllə beyin travması, ənsə sümüyünün sınığı, bazu sümüyü cərrahi boynunun sınığı, sağ mil sümüyünün sınığı, sağ baldır sümüklərinin yerdəyişən sınıqları, travmatik şok- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 08.05.2020-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2020-ci il tarixli 8/1048 nömrəli məhkəmə yol-nəqliyyat ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 13 avqust 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş 19 may 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulan ziyanı tam şəkildə ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2020--ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 29 may 2020-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə təxminən saat 13:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 133-cü km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyi Vaz-2103 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun sağından soluna keçən piyada 15.02.2007-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, ənsə sümüyünün sınığı, bazu sümüyü cərrahi boynunun sınığı, sağ mil sümüyünün sınığı, sağ baldır sümüklərinin yerdəyişən sınıqları, travmatik şokun əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində hadisə vaxtı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yola baxmadan qaçaraq yolun sağından soluna keçməyə başlaması və bu zaman idarə etdiyi avtomobilin önünə çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş verdiyini göstərmişdir. Məhkəmə onun ifadəsinə hüquqi qiymət verərək, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi sübut olan “VAZ 2103” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sürücü Təqsirləndirilən şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 1 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “VAZ 2103” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sürücü Təqsirləndirilən şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-9/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-9/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver