Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-9/2022 18.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi Kərimova Şəhla Saleh qızının katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 13-də qeydiyyatda olan və Sülh küçəsi ev 1, mənzil 39-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə, saat 16 radələrində ayıq vəziyyətdə "xxxx" ASC-yə məxsus etibarnamə əsasında idarə etdiyi “Chevrolet Niva” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Zilban kəndində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya üst dodağında və burnunda sıyrıqlar, sağ dirsək çıxıntısının və sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığının uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci ildən 01.07.2021-ci il tarixə kimi "xxxx" ASC-də Zaqatala rayonu üzrə nümayəndə rəhbəri vəzifəsində işləmiş və etibarnamə əsasında şirkətə məxsus «Chevrolet Niva» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 10 fevral 2021-ci il tarixdə 16 radələrində o, həmin avtomobil ilə təxminən saatda 40 km surətlə hərəkət edərək Zaqatala rayonu Zilban kəndinin içərisi ilə üzü Zaqatala rayonu, Car kəndi istiqamətində hərəkət etdiyi zaman təxminən 50-60 metr məsafədən yolun solunda, yəni əks hərəkət hissəsində mühafizə şöbəsinə aid «Niva» markalı avtomobilin dayanmış vəziyyətdə olmasını görmüşdür. Avtomobilin yanında iki nəfər orta yaşlı şəxs dayanmış, o, yol dar olduğu üçün hərəkət sürətini təxminən 20-30 km/saat sürətə kimi azaltmışdır. O, həmin avtomobilin yanından biraz keçdikdən sonra qəflətən avtomobil sol tərəfindən tappıltı səsi gəlməsini eşitmiş, 2-3 metr gedərək dərhal tormoz əyləcinə basıb avtomobili saxlamışdır. Avtomobilin sol yan güzgüsü qatlanmış, o, avtomobildən düşüb baxan zaman atasının uşağı qucağına alıb Niva markalı avtomobilə tərəf hərəkət etməsini görmüşdür. Adını sonradan bildiyi Tahir adlı uşağın atası Qanuni nümayəndə1 digər şəxslə birlikdə «Niva» markalı avtomobillə uşağı xəstəxanaya aparmışdır. O, hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, daha sonra xəstəxanaya gedərək uşağın vəziyyəti barədə maraqlanmışdır. Onu içəri buraxmadıqları üçün yenidən hadisə yerinə qayıtmış, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək ilkin sənədləşmə aparmışlar. O, əlavə olaraq göstərdi ki, baş vermiş hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. O, Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə doğru hərəkət etməsini ümumiyyətlə görməmiş, avtomobildən tappıltı səsi gəldikdən sonra avtomobildən düşüb baxan zaman Tahir adlı uşağın avtomobilin güzgüsünə dəyməsini bilmişdir. Həmçinin avtomobil hündür olduğu üçün o, Zərərçəkmiş şəxs yan tərəfdən hərəkət etməsini görə bilmək imkanı olmamışdır. O, ilkin izahatında Zərərçəkmiş şəxs soldan sağa doğru qaçaraq hərəkət etməsini görməsini, buna görə də tormoz əyləcindən istifadə edərək avtomobili dayandırmaq istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs avtomobilin sol güzgüsünə dəyərək yerə yıxılmasını bildirməsini hadisənin təsirindən düzgün izahat verməməklə əlaqələndirmişdir. O, hadisə baş verəndən bir neçə saniyə sonra avtomobildən düşmüş və həmin vaxt artıq Zərərçəkmiş şəxs atasının qucağında olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs çox kənara yıxılma ehtimalı olmamış, həmçinin onun sürəti aşağı olmuşdur. Hadisədən əvvəl iki nəfər uşaq yolu keçməmişdir. O, avtomobili təxminən 40 km/saat sürətlə sürmüş, hadisədən əvvəl 20-30 km/saat sürətə endirmişdir. Hazırda barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 10.02.2021-ci il tarixdə günorta saatlarında o, bacısı və qardaşı atasının idarə etdiyi avtomobillə Zilban kəndində getmişlər. Atasının xalası oğlu Ramin də avtomobildə qabaq oturacaqda oturmuşdur. Atası avtomobili kənddə yolun kənarında saxlamış, avtomobildə ola hər kəs yerə düşmüşdür. O, Ramin ilə birlikdə yolu keçmək üçün avtomobilin arxasında gözləmişdir. Bacısı və qardaşı avtomobilin qabağında atası ilə birlikdə gözləmişdir. Qonşu evin darvazasının yanında bir ədəd avtomobil onların olduğu tərəfə gəlmişdir. Bacısı və qardaşı yeriyərək yolu keçmişlər. Biraz keçmiş o, yolu keçə biləcəyini fikirləşərək təxminən 4-5 addım atıb Raminin yanından aralaşmışdır. Bundan sonra baş verənləri xatırlamamış və gözünü açanda xəstəxanada olmuşdur. Avtomobil onu vurmuşdur. Məhkəmə iclası zamanı dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-şahid Qanuni nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 10 fevral 2021-ci il tarixdə o, xalası oğlu Ramin və 3 uşağı ilə birlikdə qohumunun yaşadığı Zaqatala rayonu, Zilban kəndinə qonaq getmişdir. Ramin qabaq oturacaqda əyləşmiş, onlar ünvana çatmışlar və Niva markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili evlə üz-üzə yolun qarşı tərəfində saxlamışdır. O, avtomobildən enmiş və təxminən 100 metr aralıda olan körpünün yanından Chevrolet Niva markalı avtomobilin gəlməsini görmüşdür. Buna görə uşaqları yoldan keçirmək üçün avtomobilin qabaq tərəfində gözləmiş, qızı Şahid2 və oğlu Şahid1 avtomobilin qabaq tərəfindən onun yanından yolu keçmişlər. Digər oğlu Zərərçəkmiş şəxs isə xalası oğlu Ramin ilə birlikdə avtomobilin arxasına tərəf gedib yolu keçmək istəmişlər. Chevrolet Niva markalı avtomobilin sürücüsü uşaqların yolu keçməsini görsə də, avtomobilin sürətini azaltmamış, xalası oğlu Ramin oğlu Tahirlə birlikdə Chevrolet Niva markalı avtomobilin keçməsini gözləmişdir. O da avtomobilin gəldiyi tərəfə baxmış, Chevrolet Niva markalı avtomobil qarşısından ötüb keçən zaman sol tərəfdən tappıltı səsi gəlməsini eşitmişdir. O, sol tərəfə baxanda oğlu Tahirin dayandığı yerdən təxminən 6-7 metr aralıda yolun üzərinə sərilməsini görmüşdür. Xalası oğlu Ramin oğlunun olduğu yerə doğru qaçmış, Chevrolet Niva markalı avtomobil də oğlunun yerə sərildiyi yerdən biraz aralıda dayanmış və sürücü avtomobildən düşmüşdür. O, Raminlə birlikdə dərhal oğlunu götürüb avtomobilinə qoymuş və Zaqatala rayon Mərkəzi xəstəxanasına aparmışdır. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, bir sürücü kimi Chevrolet Niva markalı avtomobilin sürücüsünün avtomobilin təxminən 50-60 km/saat sürətlə sürməsini təxmin etmişdir. Həmin sürücü heç bir tədbir görməmiş, o, tormoz səsi eşitməmiş və həmin sürücü hadisədən yayınmaq üçün avtomobili kənara çəkməmişdir. Gəldiyi sürətlə onun qarşısından keçmiş, həmin sürücü onun digər uşaqlarının yolu keçməsini görmüş və sürətini yavaşlatmaq imkanı olmuşdur. O, tappıltı səsi eşitmiş, oğlunun konkret olaraq avtomobilin güzgüsü ilə vurulduğunu görməmişdir. Oğlunun sağ qolunda və sağ ayağında qırıq olmuş, həmin xəsarətlər güzgü vurması nəticəsində əmələ gəlmə ehtimalı olmamış, avtomobilin qabaq sol hissəsinin oğluna dəyməsini güman etmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmiş, onlara dəymiş zərər ödənilməmişdir. O zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərəri ağır zərər kimi qiymətləndirir və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edir. Hazırda o, təqsirləndirilən şəxsdən 8000 manat tələb edir. Eyni zamanda o mülki iddia ilə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri eyni zamanda çəkilmiş xərcləri təqsirləndirilən şəxsdən tələb edir. İbtidai istintaq zamanı o iddia ərizəsini təqdim etmiş və mülki iddiaçı kimi tanınmışdır. Hesab edir ki, təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 10.02.2021-ci il tarixdə atasının idarə etdiyi avtomobillə Zilban kəndinə getmişlər. O, qardaşları ilə birlikdə avtomobilin arxa oturacağında əyləmişdir. Ramin isə qabaq oturacada əyləmişdir. Atası avtomobili kənddə yolun kənarında saxlamışdır. Avtomobildə olan hərkəs avtomobildən düşmüşdür. O və qardaşı Mahir atası ilə birlikdə avtomobilin qabaq tərəfində, qardaşı Tahir isə Ramin ilə birlikdə avtomobilin arxa tərəfində yolu keçmək üçün gözləmişlər. Qonşu evin darvazasının yanında onların olduğu tərəfə bir ədəd avtomobil gəlmişdir. O, qardaşı Mahir ilə birlikdə yolu yeriyərək keçmiş və darvazadan içəri girmişdir. Biraz keçmiş çöldən atasının səsini eşitdikləri üçün qayıdıb küçəyə çıxmışlar. Tahirin Raminin qucağında olmasını görmüşlər. Tahiri avtomobil vurmuşdur. Tahiri vuran avtomobilin sürücüsü yolun kənarında dayanmışdır. Tahiri xəstəxanaya aparmışlar. Tahiri vuran sürücü biraz gözləyib çıxıb getmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Qanuni nümayəndə1 onun xalası oğludur. 10 fevral 2021-ci il tarixdə xalası oğlu Qanuni nümayəndə1 atası Zərərçəkmiş şəxs ad günü olmuş və bu məqsədlə də 16 radələrində Qanuni nümayəndə1 həyat yoldaşının nənəsinin yaşadığı Zaqatala rayonu Zilban kəndində olan evinə getmişlər. Qanuni nümayəndə1 idarə etdiyi Niva markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zilban kəndinə getmişlər. Avtomobildə Qanuni nümayəndə1 və ondan başqa Qanuni nümayəndə1 uşaqları yəni Tahir, Mahir və Əminəxatın olmuşdur. Həmin gün saat 16:50 radələrində Zaqatala rayonu Zilban kəndindəki ünvana çatmışlar. Qanuni nümayəndə1 idarə etdiyi avtomobili getdikləri evin darvazası ilə üzbəüz saxlamış, Seyran özü avtomobili idarə etdiyi üçün sol qapıdan, digərləri isə sağ qapıdan düşmüşdür. Təxminən 100 metr aralıda olan körpünün yanından Chevrolet Niva markalı avtomobilin gəlməsini görmüşdür. Əminəxatın və Şahid1 avtomobilin qabaq tərəfindən yolu keçmişlər. Seyran avtomobilin qabaq tərəfində gözləmiş, Tahir isə onunla birlikdə avtomobilin arxa tərəfində dayanmış və yolu keçmək istəmişdir. Chevrolet Niva markalı avtomobilin sürücüsü uşaqların yolu keçməsini görsə də, avtomobilin sürətini azaltmamışdır. O da avtomobilin gəldiyi tərəfə baxmış, avtomobilin dayandıqları yerə çatmasına təxminən 40 metr məsafə qalmış və qonşunun darvazasının yanında olmuşdur. O, Tahirin onun yanında durmasını zənn etmişdir. O, sol tərəfinə baxan zaman Tahirin artıq onun olduğu yerdən təxminən 1 metr aralanmasını görmüşdür. O, dərhal qabağa gedib Tahiri tutmaq istəsə də, Tahir bir-iki addım da qabağa atmış, o, Tahiri saxlaya bilməmişdir. Chevrolet Niva markalı avtomobil də gəldiyi sürətlə Tahiri avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Tahir o, durduğu yerdən təxminən 6-7 metr aralıda üzüstə yerə sərilmişdir. Chevrolet markalı avtomobilin sürücüsü də Tahirdən biraz aralı avtomobili tormoz verib saxlamışdır və avtomobildən düşmüşdür. O, Tahirin olduğu yerə qaçmış və Tahiri qucağına alaraq Seyranın avtomobilinə qoymuşdur. O, əlavə olaraq ifadəsində göstərdi ki, Tahir o, durduğu yerdən təxminən 6-7 metr aralıda üzüstə yerə sərilmiş, həmin avtomobil də Tahirdən biraz aralıda dayanmışdır. O, Chevrolet Niva markalı avtomobilin sürücüsünün avtomobili təxminən 50-60 km/saat sürətlə sürməsini təxmin etmişdir. Həmin sürücü heç bir tədbir görməmiş, tormoz səsi eşitməmiş və həmin sürücü hadisədən yayınmaq üçün avtomobili kənara çəkməmişdir. Gəldiyi sürətlə Tahiri vurmuş, həmin sürücü digər uşaqların yolu keçməsini görmüş və sürətini yavaşlatmaq imkanı olmuşdur. O, görəndə Tahir addımlamış, o, durduğu yerdən 1 metrdən çox məsafə qət etmiş və yolun yarısına çatmışdır. O, sonuncu dəfə təxminən 40 metr məsafədən həmin avtomobilin gəlməsini görmüş, 2-3 saniyə sonra başını çevirib sola baxan zaman artıq Tahirin onun yanından 1 metrden çox aralanmasını görmüşdür. O, avtomobilə çönüb baxmaq istəyən zaman avtomobilin onun qarşısından keçib qabaq sol hissəsi ilə Tahiri vurmasını görmüşdür. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 Zaqatala şöbəsinin eksperti vəzifəsində işləyir. 11 fevral 2021-ci il tarixdə 2012-ci il təvəllüdlü Məmmədov X3 Rayon Mərkəzi X6 Şəxsin Acil şöbəsinə daxil olmuş və travmatoloq Müşviq Məmmədov tərəfindən müayinə edilmişdir. Zərərçəkmiş şəxs ürəkbulanma və qusma əlamətləri olmamış, hadisənin necə baş verdiyini bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs rentgen müayinəsi və kompüter tomoqrafiyası vasitəsi ilə müayinə olunmuşdur. Müayinə zamanı xəstədə sağ dirsək oynağında ağrı, şişkinlik, hərəkət məhdudluğu, sağ baldırın aşağı 1/3-də şişkinlik, palpator ağrı müəyyən edilmişdir. Sağ dirsək çıxıntısının yerdəyişməyən sınığı. Sağ qamış sümüyünün aşağı 1/3-nin yerdəyişməyən sınığı. Sağ incik sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı. Xəstənin sağ yuxarı və aşağı ətraflarına gips langeti bağlanılmışdır. Üst dodağın və burunun sıyrılmış yaraları, sağ dirsək çıxıntısının, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. Həmin gün özü də Zaqatala Rayon Mərkəzi X6 Şəxsin Acil şöbəsinə gələrək palatada Zərərçəkmiş şəxs baxmış və rentgen və KT müayinələrinin nəticələrinə baxmışdır. O, Zərərçəkmiş şəxs yanında olarkən orada Qanuni nümayəndə1, onun həyat yoldaşı və Zaqatala Rayon Polis Şöbəsinin təhqiqatçısı Namiq Orucov da palatada olmuşdur. X9 tərəfindən diaqnozun dəqiq qoyulduğunu və Zərərçəkmiş şəxs aldığı xəsarətlərin onların qapalı sınıqlar olduğundan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edildiyini bildirmişdir. Ekspert rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısına uyğun verilmişdir. Ekspert rəyi tərtib edilərkən əlavə tibbi ədəbiyyatlardan da istifadə edilmişdir. O ekspert kimi öz məsuliyyətini dərk edir və ekspert rəyini 2012-ci il təvəllüdlü Şahid1 qəzadan sonrakı vəziyyətini şəxsən müayinə edərək, travmatoloq Müşviq Məmmədov tərəfindən qoyulmuş diaqnoz və müvafiq müayinələrin nəticələrini araşdıraraq tərtib etmişdir. İş materiallarında olan 10.02.2021-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində yolun hərəkət hissəsinin eni 6 metr olmaqla, hərəkət zolaqlarının sayı 2 hissədən ibarətdir. Hər zolağın eni 3 metr olmaqla qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün heç bir xəttlərdən istifadə edilməmişdir. Sürücünün hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə doğru keçməyə başladığı andan yaranmış, həmin andan piyada 3 metr məsafə qət edərək yolun hərəkət hissəsinin ortasında olduğu zaman “Chevrolet Niva” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli şərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan ACN 692992 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, Chevrolet Niva minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil Paşa Sığorta ASC-yə məxsusdur. İş materiallarında olan 18.12.2020-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş etibarnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmək səlahiyyəti vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti 12.06.2014-cü il tarixdən 12.06.2024-cü il tarixədək olan AE 708960 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan 17.07.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu, Zilban kəndinin əsas yolunda yerləşir, yol maneəsiz düz profillidir, sürücülərin hərəkəti üçün maneəsizdir. Yoda eniş-yoxuş və maillilik yoxdur. Hadisə baş verən yerdə yolun asfalt örtüyünün eni 6 metrdir, yol iki istiqamətdə hərəkət üçün nəzərdə tutulmş və hadisə baş verən zaman yol örtüyü quru vəziyyətdə olmuşdur. Yolda nişanlama xətti yoxdur. Hadisədən əvvəl iki nəfər piyada yolu soldan sağa keçmiş və 3 nəfər piyada isə yolun sol tərəfində dayanmışdır. Piyada Zərərçəkmiş şəxs dayandığı yerdən 1,58 metr adi addımlarla hərəkət etmişdir. Chevrolet Niva markalı avtomobil yolun çiynindən 3,15 aralıda piyadanı vurmuşdur. Piyada vurulduqdan sonra 6,40 aralı məsafəyə yıxılmışdır. Chevrolet Niva markalı avtomobil piyadanı vurduqdan sonra 7.10 metr hərəkət edərək dayanmışdır. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokoldan görünür ki, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdədir, idarə edilməsi üçün heç bir texniki nasazlığı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertiza və X4 X10 18.02.2021-ci il tarixli 27 nömrəli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- üst dodağında və burnunda sıyrıqlar, sağ dirsək çıxıntısının və sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı -bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 10.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2021-ci il tarixli 8/1700 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Niva markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263-cü maddəsi ilə olan cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmağına dair qərar qəbul olunmasını və qərarın ona təqdim edilməsini, Təqsirləndirilən şəxs müalicəyə çəkilmiş xərclərə görə 2500 (iki min beş yüz) manat, mənəvi ziyan olaraq 15000 (on beş min) manat, sağlamlığa dəymiş zərərə görə isə 10000 (on min) manat, cəmi 27500 (iyirmi yeddi min beş yüz) manat pul alınaraq ona ödənilməsinə dair qərar (hökm) qəbul edilməsini xahiş etmişdir. İş matariallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 yanvar 2016cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 673692 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 yanvar 2016-cı il tarixddə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə, saat 16 radələrində ayıq vəziyyətdə "xxxx" ASC-yə məxsus etibarnamə əsasında idarə etdiyi “Chevrolet Niva” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Zilban kəndində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya üst dodağında və burnunda sıyrıqlar, sağ dirsək çıxıntısının və sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığının uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Həmin qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətindən görünür ki, onun barəsində amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin vəsatətini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Mülki iddiaçı və zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 mülki cavabdeh Təqsirləndirilən şəxs çəkilmiş xərclər, sağlamlığa dəymiş zərər və mənəvi zərərə görə 27500 (iyirmi yeddi min beş yüz) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə mülki qaydada məhkəmədə iddia qaldırsa da, həmin mülki iddiada göstərilən tələbin təsdiqinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 65-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 71-ci bəndində izah edilir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Mənəvi ziyanla bağlı məhkəmə onu da qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırki işdən də görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin məbləği müəyyən edilməmişdir. Mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyana bilavasitə bağlı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndində göstərilmişdir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, mülki iddiaçı və zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 mülki cavabdeh olan Təqsirləndirilən şəxs qarşı müalicəyə çəkilmiş xərclərə görə 2500 (iki min beş yüz) manat, mənəvi ziyan olaraq 15000 (on beş min) manat, sağlamlığa dəymiş zərərə görə isə 10000 (on min) manat, cəmi 27500 (iyirmi yeddi min beş yüz) manat pul tələbi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddiası baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin çəkilmiş xərclərin, sağlamlığa dəymiş zərərin və mənəvi zərərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 izah edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin 8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, mülki iddia baxılmamış saxlanılmalı, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16 və 9.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilsin. Mülki iddiaçı-zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 təqsirləndirilən şəxsdən çəkilmiş xərclərin, sağlamlığa dəymiş zərərin və mənəvi zərərərin ödənilməsi tələbi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddiası baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-9/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-9/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver