Məhkəmə qərarları › İş №1(033)-9/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-9/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-9/2023 07.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, 24 oktyabr 2022-ci il tarixdə saat 11:10 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən bazar ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibində 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, bir neçə ildir narkotik vasitələrdən fasilələrlə istifadə etmiş, əvvələr qurudulmuş marixuanadan, sonralar isə bir-iki dəfə heroindən istifadə etmişdir. Tutulmamışdan təxminən bir neçə gün əvvəl təxminən 20 oktyabr 2022-ci il tarixdə səhər saat təxminən 10:00 radələrində bazara gedəndə yaşadığı küçədə bir ədəd sellofan bükülü görmüş və həmin bükülünü açıb baxanda heroin olduğunu görmüş, özü istifadə etmək üçün əynində olan gödəkçənin cibinə qoyub üstündə saxlamışdır. 24 oktyabr 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində bazarda «Tac» şadlıq sarayının yaxınlığında olarkən həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin istifadəsində və üzərində daşımağında şübhəli olduğunu bildirib onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması, əgər varsa həmin əşyaları təqdim etməsi soruşulmuş, o, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən üzərində gəzdirdiyi 1 ədəd sellofan bükülüdə olan narkotik vasitəni çıxardıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu, bazardan tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Vəkilin iştirakı ilə üzərindən götürülmüş bir ədəd sellofan bükülüdə olan heroin elektron tərəzidə çəkilmiş, 0,52 qram olmuş, elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılmış, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüş, iştirakçılar tərəfindən imzalanmış, o da imza etmiş, təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərində aşkar edilmiş heroini öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərində saxladığı heroini tutulmamışdan bir neçə gün əvvəl xx.xx.2022-ci il tarixdə Zaqatalada bazarda yerdən tapmış, narkotik vasitə saxlamağını heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmiş, narkotik maddələrin satışı ilə də məşğul olmamışdır. İlk dəfədir ki, cinayət əməli törədir, etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2004-cü il tarixdən DİO-da, 2019-cu ildən Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Şahid2 ilə birlikdə 24 oktyabr 2022-ci il tarixdə saat 11:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhəri bazar ərazisində müəyyən edib Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanuni nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş, narkotik vasitə olduğunu, bazardan tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofanda olan narkotik vasitəyə oxşar maddə elektron tərəzidə çəkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırımış, zərfə qoyularaq möhürlənmiş, möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmış, Mustafa özü də imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik maddə qəbul etdiyini, heroini özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2013-ci il tarixdən DİO-da, 2016-cı il tarixdən Zaqatala rayon polis şöbəsinin X1 baş inspektoru vəzifəsində xidmət edir. 24 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin kiçik inspektoru polis baş serjantı Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə hüquq vəzifələrini izah edilmiş, vəkil təqdim edilmiş, videoçəkilişi o aparmış, təhqiqatçı Təqsirləndirilən şəxs polis şöbəsinə hansı səbəbə görə gətirildiyini, narkotik maddələrin qanunsuz istifadə və gəzdirməsində şübhəli olunduğunu bildirmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan nə kimi qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmiş, bildirmişdir ki, narkotik vasitədir, öz istifadəsi üçün üzərində saxlamış, üstündə qeyri qanuni başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, Təqsirləndirilən şəxs üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, narkotok maddə, yaxud başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Mustafanın üstündə aşkar olunmuş bir ədəd bükülü vəziyyətdə olan sellofandakı maddə elektron tərəzidə çəkilmiş, neçə qram olması dəqiq yadında qalmamış, təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Mustafa özü də imzalamışdır. Təhqiqatçı tərəfindən sorğu zamanı Mustafa bildirmişdir ki, narkotik maddə aludəçisidir, üstündə olan narkotik vasitəni bazar ərazisində tapmış və özü istifadə etmək üçün saxlamışdır. Sonra şəxsi axtarış və götürmə hərəkəti bitdikdən sonra tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı bu barədə tərtib etdiyi protokola əlavə etmişdir. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə RPŞ-də şəxsi axtarış aparılan zaman əyninə geydiyi boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər 0.52 qram kütlə aşkar edilərək bir ədəd ağ zərfə qabləşdırılaraq götürülmüşdür İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 17/806 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,508 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (İ siyahı). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 05 noyabr 2022-ci il tarixli 1664 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Zaqirov X2 RPŞ-in TB-nin təhqiqatçısı X4 tərəfindən həmin gün saat 11:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 26 oktyabr 2022ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zaqirov X2 RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bələdiyyəyə heç bir şikayət olmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 Şəxs “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən 05 noyabr 2022-ci il tarixdə verilmiş PHŞ/6.78- 2-2022-313 nömrəli məktubdan görünür ki, Zaqirov X2 RMX PHŞ-in Poliklinika şöbəsinin Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, 24 oktyabr 2022-ci il tarixdə saat 11:10 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhəri, V.İsmayılov 44 ünvanında yerləşən bazar ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində həmin gün şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibində 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitə olan heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şəffaf sellofan bükümdəki 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ekspertiza tədqiqatından sonra qaytarılmış qalığı, yəni 0,458 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69,10 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 26 oktyabr 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 07 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şəffaf sellofan bükümdəki 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonra qaytarılmış qalığı, yəni 0,458 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar