Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-1/2022 29.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Xüsusi ittihamçı-"xxxx" Şirkətlər Qrupunun təsisçisi X7 nümayəndəsi (vəkili) Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovnaya etirazına açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ Xüsusi ittihamçı-"xxxx" Şirkətlər Qrupunun təsisçisi X8 xüsusi ittiham qaydasında şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 147.1, 32.5, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş üzrə icraat Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq aparılır. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, “Gündəlik- Bakı.com” internet səhifəsində 23.06.2021-ci il, 10.07.2021-ci il, 03.08.2021-ci il, 24.08.2021-ci il, 15.09.2021-ci il, 29.09.2021-ci il, 21.10.2021-ci il, 25.11.2021-ci il, 10.12.2021-ci il, 15.12.2021-ci il ,16.12.2021-ci il, 20.12.2021-ci il, 28.12.2021-ci il, 04.01.2022-ci il, 05.01.2022-ci il, 16.02.2022-ci il, 15.02.2022-ci il tarixlərində onun və təsisçisi olduğu "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin digər vəzifəli şəxsləri barəsində böhtan və təhqir xarakterli məlumatlar yayılaraq şərəf və ləyaqəti ləkələnmiş və yayılan məlumatlar işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Bununla bağlı "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edilsə də, “Gundelik-Baku.com” internet səhifəsinin "xxxx" MMC-yə məxsus olmasına dair rəsmi sənəd olmadığı üçün icraata qəbul edilməsindən imtina edilmişdir. Əlavə olaraq şirkətlərin işgüzar nüfuzuna xələl gətirdiyi üçün Yasamal Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə barəsində mülki icraat qaydasında tədbir görülməsinə və eləcə də, əvvəllər məhkum olmasına baxmayaraq, bu qeyri-qanuni əməllərini yenidən davam etdirmişdir. 1994-cü ildən satış və distribyutorluq fəaliyyəti ilə məşğul olan X6 daxil olan şirkətlər ("xxxx" MMC, "xxxx" MMC, "xxxx") mövcud qanunlara tabe olaraq, dövlətin siyasətini dəstəkləyərək zamanla inkişaf etmiş, nüfuz qazanmış və bazarda müəyyən yer tutmuşdur. Ölkə iqtisadiyyatına verdikləri dəyərə, əhalinin ərzaq təminatı ilə bağlı missiyalarına, etdikləri ianələrə, sosial sahədə gördükləri işlərə və məşğulluğun artmasına, töhfələrinə kölgə düşürmək, Şirkətlər Qrupunun və onun nüfuzuna zərər gətirmək məqsədi ilə aşağıda göstərilən müxtəlif tarixlərdə “Gundelik-Baku.com” internet səhifəsində çap olunan məqalələrdə böhtan və təhqir xarakterli məlumatlar yerləşdirilmişdir: 1.23.06.2021-ci il tarixli "xxxx"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDİRMA” başlıqlı məqalə (əlavə olunur); 2.“10.07.2021-ci il tarixli "Veysəloğlu”nun toz basmış vitrinləri...- Şirkətin sahibi Aydın Talıbov kimdir ?” başlıqlı məqalə (əlavə olunur); 3.03.08.2021-ci il tarixli “"xxxx"nun sahibi Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?” başlıqlı məqalə (əlavə olunur); 4.24.08.2021-ci il tarixli “Vergi Xidməti "xxxx" şirkətinə niyə 2 milyon manat maliyyə sanksiyası tətbiq edib ?- Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir ?” başlıqlı məqalə (əlavə olunur); 5.15.09.2021-ci il tarixli “ALVERÇİ AYDİN TALİBOVUN MVEYSƏLOĞLU"SU- DÖVLƏT QURUMLARİ ”VEYSƏLOĞLU"DAN NİYƏ QORXUR ?” başlıqlı məqalə (əlavə olunur); 6.29.09.2021-ci il tarixli "xxxx"nun OBA-sından bitib tükənməyən ŞiKAYƏTLƏR-AQTA,Vergi Xidməti niyə OBANİ yoxlamır ?” başlıqlı məqalə (əlavə olunur); 7.21.10.2021-ci il tarixli "xxxx" firmasının HOQQABAZLİĞİ-OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞİNALİQLAR... başlıqlı məqalə (əlavə olunur); 8.25.11.2021-ci il tarixli "xxxx"nun sahibi AYDİN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır., başlıqlı məqalə (əlavə olunur); 10.10.12.2021-ci il tarixli "xxxx"nun 35 min avro maaş alan əcnəbi revizor”u... - Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır... başlıqlı məqalə əlavə olunur); 10.15.12.2021-ci ci il tarixli “Veysəloğlu, köhnə məhsulları təzə yerinə, kasıb camaata, satma... - "xxxx" şirkətini böyük vergi bəlası gözləyir... başlıqlı məqalə (əlavə olunur). 11.16.12.2021-ci il tarixli "xxxx" müstəqil mediaya SENZURA tətbiq etmək İstəyir ? - İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin çox vacib komponentidir, cənab Aydın Talıbov...” başlıqlı məqalə (əlavə olunur); 12.20.12.2021-ci il tarixil "xxxx"nun ağıldan dayaz hüquq məsləhətçiləri MMC ə DOMEN məsələsini səhv salır... - “Veysə!oğlu”nun sahibi Tibetdən şamanları dəvət edib ki, müstəqil medianı susdursun...” başlıqlı məqalə (əlavə olunur). 13.28.12.2022-ci il tarixli “Sən bizim suallarımıza cavab ver, cənab Veysəlin oğlu Aydın Talıbov... - Biz də deyək, bərəkallah, “ Veysəloğlu ”... başlıqlı məqalə (əlavə olunur). 14.04.01.2022-ci il tarixli “Veysəloğlunun vergi xidməti ilə şübhəli işbirliyi... İDDİÄ” raşiıqlı məqalə (əlavə olunur). 15.05.01.2022-ci il tarixli “Aydın Talıbovun “krışa”sı uçdu... - Veysəloğlu”nun Araz” marketində nə baş verib ?” başlıqlı məqalə (əlavə olunur). 16.15.02.2022-ci il tarixli “Yasamal Rayon Məhkəməsi “Veysəloğİu”na YOX dedi...- «Veysəlinoğlu indi də xüsusi ittihamçı rolunda” başlıqlı məqalə (əlavə olunur). Habil Vəliyev məqalələrində bir sıra faktları təhrif edərək, müəyyən söz oyunlarından istifadə etmiş və bununla da bir çox faktı kontekstdən çıxardaraq oxuculara fərqli mənada təqdim etmişdir. Oxucular qarşısında 23.06.2021-ci il tarixli məqaləsində Habil Vəliyev bildirir ki: "xxxx"nun "Araz” supermarketlər şəbəkəsindən istehlakçı narazılıqları ən son AQTA-nın bu ilin yanvar-may ayları üzrə statistikasında əksini tapmışdır. Belə ki, quruma beş ayda daxil olan 563 istehlakçı şikayəti arasında ən çoxu "Araz” supermarket şəbəkəsindəndir. Ümumi şikayətlərin 146-sı satılan məhsulun keyfiyyətindən, 59-u son istifadə tarixi bitmiş məhsulun satılmasından və sair olub. Habil Vəliyev böhtan xarakterli yazısına davam edərək 23.06.2021-ci il tarixli məqaləsində, həmçinin daha sonralar yayımlanan və hazırkı ərizəyə əlavə edilən digər məqalələrində aşağıdakı fikiri bir neçə dəfə bildirir ki, “2019-cu ilin əvvəlində isə məlum olmuşdur ki, Dövlət Vergi Xidməti X6 nə az, nə çox-2 milyon manat maliyyə sanksiyası tətbiq etmişdir. Buna səbəb olaraq, şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilmişdir. X6 daxil olan hər hansı şirkətin Vergilər Nazirliyi tərəfindən 2 milyon AZN miqdarında cərimə edilməsi ilə bağlı məlumatlar mövcud olsa da, lakin bu fakt heç bir hüquqi sənədləşmələrdə, məhkəmə və aidiyyəti inzibati orqanların qərarlarında öz əksini tapmamışdır. Qeyd edilən bu məlumat sırf böhtan xarakteri daşıyır. 10.07.2021-ci il tarixli məqaləsində Habil Vəliyev daha da jarqon ifadələrdən istifadə edərək yazır ki: ‘Bu şirkətin marketlərində bağlı ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlə demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır? İşçilərimiz çatışmır. Bəli, "xxxx" şirkəti norma üzrə 2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir? Deməli, işçilərin həftəlik iş saatı 12 saatdır. Bu gündə 10 saatdan çox eləyir. Ey Veysəlin oğlu, başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü 100 il əvvəl ləğv olunub İndi isə müasir, sivil dünya 5, hətta 4 günlük iş həftəsinə keçməyə, gündəlik 5-6 saat iş normasına hazırlaşır. Sən fil qulağında yatmısan, ay Veysəloğlu, təssüf ki, bu boyda şirkətin xidməti və məhsulları nəyinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil. 24.08.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Niyə demirsiniz ki, “qara mühasib”liyə görə, təkcə əmək haqlarından nə qədər gizlədib vergidən yayınırsınız? Niyə demirsiniz ki, Veysəloğluna məxsus “Ulduz” fabrikində istehsal olunan şokoladın içindən qurd çıxıb? Niyə prezidenti olduğunuz şirkətə məxsus marketlərdə satılan məhsulların iki qiyməti olur: Biri vitrindəki qiymət, biri də kassada hesablanan qiymət. Bunların arasındakı fərqi bilirsən? Niyə marketlərinizdə satılan dəniz məhsullarının, balıqların istifadə müddəti keçsə də müştəriləri zəhərləyirsiniz.” 15.09.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Kapitalizmi bəh-bəhlə tərifləyən Talıbov başa düşmür ki, 1-ə alıb 5-ə satmaq kapitalizmin günahı deyil, Talıbov qardaşlarının əməlləridr. Kapitalizm sənə deyir ki, vətəndaşların cibinə gir? Kapitalizm sənə deyir ki, şokoladın içindən QURD çıxar? Deyirsən ki, Azərbaycanda İLK EMAL MÜƏSSİSƏSİNİ-“Ulduz” şokolad fabrikini biz açmışıq. Cənab Talıbov təriflədiyin kapitalizmdə şokoladın içindən qurd çıxsa, səni ölkədən qovarlar ee..” 16.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Əgər "xxxx"nun belə texniki imkanları varsa, icazə verin şübhələnək ki, sosial şəbəkədə hökümətə qarşı kiber hücumları da siz təşkil edirsiniz...” 20.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: Həm də burada çıxdığın oyunları, hoqqaları bəlkə ABŞ-da təkrar etmək istəyirsən? X11 arxayınsan ? Ehtimal edirik ki, xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var. Amma F E T O-ya bu qədər güvənməyini bilmirdik. ”, “müəllimin ağılında nəsə problem yaranıb” 04.01.2022-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran "xxxx" şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir. Mənbə iddia edir ki, "Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub.” 05.01.2022-ci il tarixli məqləsində Habil Vəliyev “krışası uçdu”, “dimdiyin ilişdi” kimi ifadələrdən istifadə etməklə təqdim etmə üslubu kobud və təhqir xaraketlidir. Bütün məqalələrdə bildirilən ifadələr gərçəkliyi əks etdirmir və sırf böntan xarakteri daşıyır. Habil Vəliyev məqalədə yazdığı fikirləri hər hansı fakt ilə təsdiq elətdirmir və bir çox hallarda öz şəxsi fikirlərini fakt kimi təqdim edir. Məlumatların olduqca təhqir və böhtan xarakterli olması onunla bağlıdır ki, göstərilən faktlarda heç bir ehtimal və şərtilik yer almır. Bütün yazılanlar tam doğru məlumatlar kimi adresata çatdırılır. “Qanunsuz əməllərini”, “keyfiyyətsiz”, “dəyərsiz”, “alıcılara sırımağ”, “qanunsuz ərzaq satışı”, “insan orqanizmi üçün təhlükəli məhsulları satışı”, “təhlükəli virusa yoluxmaqlarında "xxxx" şirkətinin də rolu”, “minlərlə insanın həyatını təhlükə altına almaq”, “özbaşınalıq”, “keyfiyyətsiz məhsulların sayı artırması”, “müştərilərin və əməkdaş şirkətlərin aldadılması”, “məhsullarının satışa çıxarılması üçün pul alınır”, “böyük inhisarçı şirkət" “qiymət artımı” “cəzasızlıq mühitində”, istədiyi vaxt qiyməti qaldıra bilir “millətini zəhərləmək”, “aldatmaq hesabına pul qazanmaqdan”, “yalan və dələduzluğun kimi hallar”, hökümətə qarşı kiber hücumlar”, “xarici ölkələrdə dövlətə qarşı cəbhə açanlarla əlaqələrin var”, “müəllimin ağılında nəsə problem yaranıb”, “Vergilər Nazirliyi ilə iş birliyi”, dimdiyin ilişdi” ciddi məsuliyyətli məsələlər olmasına baxmayaraq müəllif həmin faktları tam dəqiq, sübut olunmuş faktlar kimi təqdim edir. Bunlardan əlavə şirkət və market şəbəkəsinin məhsullarının keyfiyyətsiz olması ilə bağlı müştəri iradlarının dinlənilməməsi, satılan malların müddət və təmizlik şərtlərinə riayət olunmaması kimi fikirlər də yazılarda yer alan əsas nüanslardır, həmin məlumatlarda şirkətin və marketlərin hər istiqamətdə ölkəyə zərərli fəaliyyəti ilə bağlı məlumatlar çatdırılır. MMC-nin ölkə əhalisinin mənəvi durumu ilə bir araya sığmayan davranış göstərdiklərini, əhaliyə xidmət əvəzinə zərərli satış apardıqlarını, ölkəsinə xidmət etməyən, dövlətinə və dövlət rəhbərinin tövsələyirinə uymayan qurum təsviri yaradılır. Məlumatda istifadə olunan sözlər istifadəçinin ümumi məzmunu və yazılı nitq məqsədini ortaya çıxarır. Analoji məlumatların hər hansı bir yol ilə yayılması əhali arasında kəskin fikirlər yarada, aid olunduğu qurumun nüfuzuna ciddi zərbə vuraraq mənfi fikir yarada bilər. Əlavə olaraq bildirir ki, böhtan xarakterli məlumatların məzmununda «mərdimazar» «ağılsız» kimi sözlər işlədərək onu təhqir etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni z an olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min -anatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz zəxsən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin :xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 6cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi oluna bilən deyildir. Həmin qərarda həmçinin qeyd edilir ki, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (Yerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndinin 3-cü abzasına əsasən Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.Həmin Qərarın 5-ci bəndinin 5-ci abzasının Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar aoqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin laqətin alçaldılmasına əsas verə bilməz. Böhtan və təhqir maddələri üzrə cinayət məsuliyyətinin yaranması üçün mühüm odur ki, şərəf və ləyaqəti ləkələyən və ya onu nüfuzdan salan məlumatları, həmçinin nalayiq formada qəsdən alçaldılması kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında baş versin. “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci maddəsinin 14.1.9-cu rəıdinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya böhtana, təhqirə və nifrət : aşlarına yol verilməməlidir.Həmin Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ə.aqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay -mddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. X5 ona qarşı işlətdiyi ifadələrin tamamilə yalnış və qərəzli olduğunu bildiyi halda ounnu şərəf və ləyaqətini, cəmiyyətdə olan nüfuzunu alçaltmış, bunu dəfələrlə öz xəbər saytında yaymışdır. Həmin xəbər saytında yayılan böhtan və təhqir xarakterli məlumatlara baxan oxucu kütləsinə nəzər salsaq, görərik ki, minlələrlə şəxs bu yalan məlumatları oxumuşdur. Xüsusi ilə vurğulumaq istəryirlər ki, 14.02.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda Habil Vəliyev də iştira etmişdir. Məhkəmə iclası zamanı onun nümayəndə olaraq ad və soyadını soruşduqda hakim adı çəkilən şəxsə irad bildirərək şikayətdə qeyd edilib, baxa bilərsiz. Soyadının və adının belə israrla soruşma səbəbini soruşduqda Habil Vəliyev bildimişdir ki, sənin barəndə də yazacam. Növbəti gün, yəni 15.02.2022-cİ il tarixində Yasamal Rayon Məhkəməsinin qərarı yüklənməmiş gundelik-baku.com saytında yenə də əla salma ifadələr işlədərək həm Aydın Talıbov barəsində, həm də nümayəndə olaraq barəsində yazılmışdır. Gündəlik Bakı qəzeti-nin facebook səhifəsinin informasiya bölməsində vebsayt olaraq https://gundelik-baku.com və əlaqə nömrəsi yerində isə (050) *** ** ** mobil nömrəsi qeyd edilmişdir. Saytın contact - əlaqə bölməsində də əlaqə nömrəsi (050) *** ** ** mobil nömrəsi göstərilmişdir. Xüsusilə vurğulamaq istəyirlər ki, Habil Vəliyev cavabdeh olduğu mülki iş apellyasiya şikayəti verəndə “Apellyasiya şikayəti verən şəxs” bölməsində 1.6-cı bənddə elektron poç ünvanını mailto:qundelikbaki2007@qmail.comElektron ünvan qeyd etmişdir. Bu faktlar tam əminliklə onu demeyə əsas verir ki, böhtan xaraketerli məlumatların https://qundelik-baku.com adlı veb səhifəsində yerləşdirilməsini məhz Habil Vəliyev təmin etmişdir. Beləliklə, X5 tərəfindən törədilən hərəkətlər, yəni 2 milyon vergi tərəfindən cərimə yazılması, 2-3 nəfərin yerinə 1 nəfərin işləməsi, həftəlik iş saatının 72 saat olması, dollar xırdalaması, müştərilərin aldadılması, vergidən yayınma, inhisarçılıq, süni qiymət artırmanını yaradılması, maliyyə müdirinin ölkədən qaçması, dəniz məhsullarının vaxtının keçməsi, şkoloddan qurd çıxma, müştəriləni zəhərləmək, külli miqdarda vergidən yayınma, vitrindən kassaya gələnə kimi qiymətlərin 30-40 faiz artması kimi, vətəndaşların cibinə girmə, marketlərdə dollar alveri, vazvrat malların tarixini dəyişib yenidən vitrinlərə düzülməsi, vaxtı keçmiş məhsulların satışı, vətəndaşalara mineral su əvəzinə hamam suyunun satılması, kasıb t ə b ə q ə y ə axtı keçmiş məhsulları ucuz adı altında sırımaq, vaxtı keçmiş məhsul satışı, şkoladdan qurd çıxması, vergidən yayınma, millətin aldadılması, Araz marketlərdə vaxtı keçmiş məhsullar, Oba marketlərdə satılması, hökümətə qarşı sosial şəbəkədə kiber hücumlafırnın təşkili, FETO-ya güvənmə, xarici ölkələrdə dövlətə qarşı cəbhə açanlarla əlaqəlrin olması,Vergilər Nazirliyi ilə iş birliyi, külli miqdarda vergidən yayınma kimi qeyd etidiyi ifadələr böhtan xarakterlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində göstərilən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətinə uyğur gəlir. Eləcə də fil qulağında yatması, qulağından pambığı çıxart, savadsız adamsan,mərdimazçılıq, ağılda problemin olması, dimdiyin ilişdi, Aydın Talıbovun krışası uçdu (heyvan və ya əşyaya bənzədərək) kimi ələ salma ifadələr isə təhqir xarakterlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrində göstərilən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətinə uyğun gəlir. Göstərilən cinayət hüquq normasının maddələrində şəxsin törətdiyi əməldə icraçı, təşkilatçı və təhrikçi kimi sübut olunmasa da, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə köməkçi kimi tam olaraq sübut olunur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Rayon Məhkəməsinə verdiyi etirazını onunula əsaslandırmışdır ki, X8 “Gündəlik-Baku.com” saytının qanuni təmsilçisi X3 qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi ziyanın ödənilməsinə dair xüsusi ittiham qaydasında Zəngilan rayon məhkəməsinə müraciət etmişdir. İş materiallarında “Gündəlik-Baku.com” saytının qanuni təmsilçisi X5 olmasını təsdiq edəcək hər hansı bir sübut mövcud olmadığı üçün və 293-cü maddənin bütün tələbləri kobud şəkildə pozulduğu üçün məhkəmə işi icraata qəbul etməməlidir. Bundan əlavə Veysəloğlu şirkəti ilə aralarında mülki qaydada iş olduğu üçün və həmin işin halhazırda Apelyasiya məhkəməsində araşdırıldığına görə, ümumiyyətlə şikayət ərizəsi geri qaytarılmalıdır. Bununla bağlı Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarda açıq-aydın göstərilmişdir. Bundan əlavə X5 “Gündəlik-Bakı” qəzətinin baş redaktoru olmuşdur. Həmin qəzet də 2016-cı il tarixdən fəaliyyətini dayandırmışdır. Bundan əlavə “Gündəlik- Baku.com” sayıtında gedən yazıların X5 tərəfindən yazılmasını təsdiq edən məlumatlar da iş materiallarında mövcud deyildir. Həm də “Gündəlik-Baku.com” saytında Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə İmanova barəsində tənqidi yazıların getməsi hazırda baxılan işin gələcəkdə qəbul olunan qərarın qanuni, əsaslı olmasına, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhələr mövcuddur.Hesab edir ki, “Gündəlik-Baku.com” sayıtında Zəngilan rayon məhkəməsinin sədri barəsində tənqidi yazılar getdiyindən məhkəmə onlara qarşı qərəzli mövqe tuta bilər.X5 etirazında Zəngilan rayon məhkəməsinin hakiminə etiraz etdiyindən işi başqa birinci instansiya məhəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Rayon Məhkəməsinin sədri ilə aralarında ziddiyyətlər olduğu üçün onun sədrliyi işə baxılmasına etiraz etdiyini bldirmişdir. Məhkəmə iclasında iştrak edən xüsusi ittihamçı "xxxx" Şirkətlər Qrupunun təsisçisi X7 nümayəndəsi (vəkili) Nümayəndə etiraz ərizəsi məhkəmə iclasının uzadılması məqsəd daşıdığından baxılmamış saxlanılmasını xahiş etdi. Etirazının dəlillərini və iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının fikrini dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Zəngilan Rayon Məhkəməsinin hakiminə verdiyi ətiraz ərizəsi baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 etiraz ərzəsində qeyd etdiyi kimi baş redaktoru olduğu “Gündəlik-baku.com” internet saytında Zəngilan Rayon Məhkəməsi barəsində tənqdi yazılar yazmaqla kifayələnməyərək, məhkəməyə təyziq etmək məqsədi ilə məhkəmənin sədri barəsində yalan, şər və böhtan xarakterli, əxlaq prinsiplərinə sığmayan başlıqlar altında məqalələr dərc dərc etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM 109-ğe maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 tərəfindən hakimə verilmiş etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-1/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-1/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver