Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-10/2025 02.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X8, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Qaradəmirçi ərazi dairəsi, Qazıqurdalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivi, E.Hüseynov küçəsi, yeni tikilidə yaşayan, barəsində «başqa yerə getmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, cinayətlərin təhlükəli residivi qaydasında, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində ictimai yer hesab edilən Zəngilan rayonu, Ağalı kəndi ərazisində yerləşən “AS İnşaat” tikinti şirkətinin yataqxanasının qarşısında ətrafda olan şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə səs-küy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmin vaxt silah qismində istifadə etdiyi, soyuq silah hesab edilməyən dəmir linglə Zərərçəkmiş şəxs baş və kürək nahiyyəsinə qəsdən zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid olan sol təpə-gicgah nahiyəsində əzilmiş yara, sağ gözaltı nahiyəsində qançır, boyun nahiyəsində isə sıyrıq xəsarəti yetirərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci ildə yeznəsi Şahid2 fəhlə kimi işləmək üçün onu və Şahid1ı Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “AS İnşaat” şirkətinin tərkibində subpodratçı şirkət olan “Merano” şirkətinə işə düzəltmiş, həmin şirkətə məxsus yataqxanada işlədikləri üçün Zəngilan rayonu, Ağalı kəndində şirkətə məxsus yataqxanada qalmışlar. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30 radələrində qaldıqları otaqda Sədi, Sərxan və o, yemək yemişlər. O, istirahət etmiş, onlar isə spirtli içki qəbul etmişlər. Həmin vaxt sonradan tanıdığı Kamal və Nicat onların istirahət etdikləri otağa gəlib onlarla birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bir qədər sonra Nicatla Sədi çölə çıxmış, aralarında sözlü mübahisə yaranmışdır. Sədi aralarında mübahisəni davam etdirmək üçün çölə çıxmaqlarını demiş, Nicatla Sədi çölə çıxıb mübahisələrini otaqdan çöldə edən zaman ilk əvvəl Kamal çölə çıxmış, daha sonra o, və Sərxan çölə çıxmışlar. Çölə çıxan zaman Sədinin əlində dəmir olduğunu görmüş və mübahisənin bitməsi üçün Nicatın sağ gözündən yumuruqla vurmuşdur. O, Sədinin əlindən dəmiri alıb yerə atmış, daha sonra Sədiyə yataqxanaya geri dönməsini demişdir. Həmin vaxt Nicatın Sərxanın əlindən buraxılaraq Sədinin üzərinə getdiyini görüb əsəbləşmiş, yaxınlıqda olan yanğın-söndürən yerindən dəmir götürüb Nicat sakitləşsin deəyə onu kürək nahiyəsindən vurmuşdur. Dəmiri Nicatın kürəyinə vuran zaman Nicat əyildiyi üçün həmin dəmir parçası Nicatın baş nahiyəsinə dəymiş, başının qanadığını görmüş və Sərxanla birlikdə Nicatı hamama aparmışlar. Daha sonra ora mühafizəçilər gəlmi və həkim çağırmışlar. Həmin hadisə təxminən 25-30 dəqiqə davam etmiş, kampın digər otağında olan şəxslər həmin səsə toplanmışlar. O, Nicatı skitləşdirmək istəmiş, ona görə vurmuşdur. Nicata ciddi xəsarət yetirmək istəməmişdir. O, Zəngilan rayonu, Ağalı kəndində usta işləmiş və o səbəbdən orda olmuşdur. Şirkətin adı dəqiq yadında deyil və 3 gün idi ki, ora getmişdir. Hadisə mart ayının 3-də gecə baş vermiş, havalar soyuq idi. Onlar obyektdə yatır, ordada qalıb işləyirdilər. Orda iş görmüş, işdən çıxıb evlərinə gəlmiş, çörək yeyib yatmışlar. Çox adam vardı, onların heç birini tanımamış, tanıdığı yeznəsi Şahid2 və yeznəsinin qardaşı Şahid1 olmuşdur. O, içən deyil, spirtli içkini orda qalan yenəsi qəbul etmiş, o, isə yerinə uzanaraq istirahət etmişdir. Onlar çölə çıxanda dalaşmamışlar, səs-küy gəldiyi üçün çölə çıxmış, çıxanda onların dalaşmasını görümüşdür. Yeznəsi ilə mübahisə etmək istəmiş, ona görə də vurum yerə yıxım demişdir. Mübahisə otaqda başlamış, sonra çölə çıxmışlar. O, yox, onlar içmişlər. Onlar çölə çıxanda bilmiş, amma o, yatmaq istəmişdir. Yatacaq yerlərinin qabağında masa vardı və orda yemək yeyirdilər. O, davanı yox, səs-küyü görmüşdür.Həmin vaxtı yerində uzanıb telefona baxırmış, çöldən səs-küy gəlmiş, birdən dalaşarlar demişlər.Davanı görməmiş, səsi eşitmişdir. Yatacaq yeri baş-başa olmuş, onlar orda çörək yemiş o,da uzanmış, sonra onlar başdan çıxıb getmişlər. Davanı görsə də, xatırlamır, dava 1-2 dəqiqə çəkmiş, o, yeznəsi Şahid2 səsinə çıxmışdır. Nicat əmioğlu ilə mübahisə etmiş, orada içəndə özünü apara bilmirdir. Yeznəsi Nicatı tutmuş, o, da dalaşıb eliyərlər demiş, onların bir-birlərini itələməsini görmüş, yıxılsın deyə dəmirlə vurmuş, hava qaranlıq olduğu üçün Nicatı vurduğu əşyanın dəmir olmasını bilməmişdir. Kürəyindən vurub yıxmaq istəmiş, amma dəmir Nicatın başına dəymişdir. Nicatı qəsdən vurmaq məqsədim olmamışdır. Hava qaranlıq idi, o, Nicatı güclə vurub yıxmaq istəməmişdir. Orada adam çox olmuşdur. O, Nicat yeznəni, yeznə də birdən Nicatı vurar demişdir. Yeznəsində onları niyə qana qoyur deyə vurmuşdur.Dava 15-20 dəqiqə çəkmişdir. Dəmiri yerdən balkonun qabağından götürmüşdür. Aqressiya olmamış, yeznəsi içkili olduğu üçün birdən onu vurar demişdir. Onları ayırmış, amma dəmiri necə götürüb vurmasını heç özü də bilmir. Qəsdən vurmaq məqsədi olmamış, hətta zərərçəkmiş şəxsdən üzrdə istəmişdir. Nicatı tibb məntəqəsinə aparmışdır. Hadisə zamanı ora çox adam toplaşmış, iki tərəfli vaqondur, yaxına duran olmamışdı. Başqa vuran olmamışdır.Heçkim heçkimi vurmamış, sadecə bir-birlərinin yaxasından tutmuşdular. İfadəsini təsdiq edir. Törətdiyi əməldən peşmandır, zərərçəkmişə yardım göstərmiş və barışmışlar. Orada 10-15 nəfər olmuş, çoxlu səs-küy olmamışdır. O, içki içən adam deyildir. Zərərçəkmiş şəxs düzgün danışır. Sonda Təqsirləndirilən şəxs Adaşid oğlu törətdiyi əməldən səmimi peşman olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 həmin mübahisə vaxtı tanımış, əvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2025-ci ilin yanvar ayından etibarən Zəngilan rayonu, Ağalı kəndi ərazisində fəaliyyət göstərən “AS İnşaat” şirkətinin tərkibində olan “Avto Texnika” şirkətində operator vəzifəsində işləyir, iş yeri işğaldan azad olunmuş ərazilərdə olduğu üçün şirkətə məxsus yataqxanada qalırlar. xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində öz qaldıqları otaqda o, Kamal, Qüdrət və Rahil adlı yoldaşları ilə birlikdə şam yeməyi yeyib, spirtli içki qəbul etmişlər. Bundan sonra 22:30 radələrində Kamal və o, digər işçilərlə söhbət etmək üçün yan otağa getmişlər. Otaqda söhbət etdikləri vaxt həmin otaqda olan Sədi ilə aralarında sözlü mübahisə yaranmış, o, Sədiyə mübahisə zamanı digər işçilərə narahatlıq yaratmamaq üçün Sədini otaqdan çölə çıxıb söhbət etməyə çağırmışdır. Sədi ilə otaqdan çöldə mübahisəni davam edən vaxt otaq yoldaşı Kamal otaqdan çölə çıxıb onlara yaxınlaşmış, bu vaxt Sədi əlinə dəmir parçası alıb onu vurmaq istəyərkən Kamal Sədinin əlindən dəmiri alıb yerə atmış və Sədini otağa aparmışdır. Sədinin qardaşı Sərxan otaqdan çıxıb Sədinin qardaşı olduğunu və söhbəti uzatmamaqlarını ona demiş, o, da Sərxanla razılaşıb qaldıqları otağa tərəf gedən zaman otaqdan Allahyar çıxıb onun sağ gözündən yumuruqla vurmuşdur. Öz otağına tərəf getmək istəmiş, həmin vaxt Allayar yenidən səs-küy salaraq, onu vurmuşdur. Onun başının qanadığını görən Sərxan onu tez hamama aparmış, əl-üzünü yumuş, daha sonra həmin yerə mühafizə gəlmiş və həkim çağırmışlar.Həkimlər onu tibb məntəqəsinə aparmış və ilkin tibb yardım göstərmişlər. Həmin günün gecəsi təxminən saat 02:30 radələrində Allahyar Kamal ilə birlikdə onun yanına gəlmiş və onu vurduğu üçün üzr istəmişdir. Daha sonra onu Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış, baş nahiyəsinə 6 tikiş vurmuş, kürək nahiyəsini isə o, tikməyə qoymamışdır. Həmin mübahisə zamanı Allahyar onun sağ gözündən yumuruqla vurmuş, daha sonra dəmir ilə onun kürək və baş nahiyəsindən bir dəfə vurmuşdur. Onunla Allahyar arasında heç bir ədavəti olmamış, hansı səbəbdən onu vurmasını bilməmiş, o, tibb məntəqəsində olan zaman Allahyar ondan üzr istəyəndə söyüş söydüyünü düşündüyü üçün vurmasını demişdir. Həmin mübahisə zamanı Allahyar nəlayiq ifadələrlə səs-küy salmış, səs-küyə digər otaqda istirahər edən şəxslər səsə toplanmış, həmin mübahisə 15-20 dəqiqə davam etmişdir. Həmin səs-küyə adları yadında qalmayan çox sayda adam toplanmışdır. O, Allahyarı heç görməmiş, o onu arxa hissəndən vurmuş, otağına gedərkən Allahyar yeznəsinin qardaşı Sərxanla arxa hissəsindən vurmuş, üzbə-üz vurmamışdır. Sədi ilə onların içəridə mübahisələri olmamış, sadəcə olaraq biraz bərk danışdığı üçün çölə çıxaq demişdir. Heçkim olmamışdır. Onlar ümumiyyətlə dalaşmamışıq sadəcə olaraq,bir-birlərini itələmişdər. Allahyar sadəcə olaraq bu söhbətdən xəbəri olmadan çılə çıxmış və onların bir-birlərini itəmələrini gördüyü üçün vurmuşdur. Sədini otaqdan çıxardan an Allahyarda çölə çıxıb görmüşdür. Onu Allahyardan başqa heç kim vurmamış, başqa kimsə vursaydı bilərdi. Ona Allahyardan başqa ümumiyyətlə zərər verən olmamışdır. Qapıdan çıxan an yumuruqla, sonra isə dəmirlə vuruşdur. Ayırmaq məqsdi ilə orada adam çox olsa da, məqsədli şəkildə onları ayıran olmamışdır. O, spirtli içki içmiş, amma onlarla oturub çörək yeməmiş, öz otaqlarında çörək yemiş, sonra söhbət etmək məqsədi ilə bunların otağına gəlmişlər. Allahyarın içdiyini görməmiş, amma Sədigil içmişlər. Orada bir neçə adam vardı ki, heç onları doğru düzgün tanımır, onlar yanbayan otaqlarda qalırlar.Allahyar onu qapıdan çöldə onlar dönüb gedərkən vurmuşdur. Orada adam çox olduğu üçüın heçnə eşitməmişdir. Mübahisələri maksimum 15-20 dəqiqə çəkmiş, eldə güclü mübahisələri olmamış, sadəcə bir-birlərini itləmişlər. Sədi qaçaraq əlinə dəmir parçası götürmüş, onun üstünə gəlmiş, otaq yoldaşı Sədinin əlindən dəmiri almış, qucaqlıyıb onu otağa aparmışdır. Sədi götürən dəmir çarpayının, Allahyarın götürdüyü dəmir isə yanğın söndürən şitin olmuşdur. İfadəsini təsdiq edir.Gecə saat 3-ə işləmiş tibb məntəqəsində olarkən Allahyar Kamal dayı birlikdə onun yanına gəlmiş, üzbə-üz onu vurmasını və üzr istəməsini demişdir. Allahyara qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cinayət işi üzrə Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmadığından ona məxsus olan 050 624-23-93 mobil telefon nömrəsi ilə onunla video-görüntülü əlaqə saxlanılmış və şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ədavəti yoxdur. O, Zəngilanda “AS İnşaat “Şirkətində usta işləyir, xx.xx.2025-ci ildə qardaşı Şahid1ı və qaynı Təqsirləndirilən şəxsı işlədiyi “Merano “ şirkətində fəhlə kimi işə düzəltmişdir. xx.xx.2025-ci ildə saat təxminən 22:30 radələrində qaldıqları otaqda Allahyar, Sərxan və o, yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt sonradan tanıdığı Kamal və Nicat qaldıqları otağa gəlib birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bir qədər sonra Nicat otaqda uca səslə danışdığı və nalayiq ifadələr işlətdiyi üçün aralarında sözlü mübahisə yaranmış,o, Nicata otaqdan çölə çıxmasını, mübahisəni otaqdan çöldə davam etmək istəməsini bildirmişdir Çölə çıxanda Nicatla aralarında mübahisə davam etmiş və otaqdan əvvəlcə Kamalla Sərxan, sonradan Allahyar çıxmışdır. Allahyarla Nicat arasında baş vermiş mübahisə barədə məlumatı olmamışdır. O, otaqda içkili olduğu üçün yatmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir.Hadisə təxminən qış aylarında baş vermişdir. Həmin vaxt o,da içkili olmuşdur. Mübahisə hardasa 5 dəqiqə davam etmiş, hadisə yerinə səs küyə ətrafdan adamlar yığışmışlar. Hadisə baş verən yer Zəngilan rayonunda Ağalı kəndində fəaliyyət göstərən “AS İnşaat” şirkətinin tərkibində olmuşdur. Hadisə təxminən 9-10 arası olmuşdur. Hadisə zamanı kimin xəsarət almasını görməmişdir.Hadisədən öncə Nicat otaqda söyüş söymüşdür. Cinayət işi üzrə Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmadığından ona məxsus olan 051 773-77-03 mobil telefon nömrəsi ilə onunla video-görüntülü əlaqə saxlanılmış və şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. xx.xx.2025-ci il tarixdə təxminən 22:40 radələrində işlədiyi şirkətin mühafizəçiləri ona zəng edərək şirkət işçilərindən birinin xəsarət almasını bilidirmişdir. Sonra mühafizə işçiləri onu maşın ilə şirkətin kampına aparmış, kampda olan zaman Nicatın başının qanamasını görmüş və ilkin tibbi yardım göstərmişdir. O, hadisəni görməmiş,necə baş verməsində isə məlumatsızdır. İstintaqda verdiyi ifadəmi təsdiq edir. Cinayət işi üzrə Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmadığından ona məxsus olan 051 919-12-10 mobil telefon nömrəsi ilə onunla video-görüntülü əlaqə saxlanılmış və şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında düşmənçilik və ədavət yoxdur. O, Zəngilanda “AS İnşaat “Şirkətində usta işləyir. xx.xx.2025-ci ildə saat təxminən 18:20 olardı Nicatla yataqxanada axşam yeməyi yeyib spirtli içki qəbul etmişlər. Onlar söhbət etmək üçün digər otağa keçmiş, Nicatla Sədinin arasında sözlü mübahisə yaranmış, Nicat Sədiyə çölə çıxmalarını və mübahisəni orada davam edək demiş, Sədinin qardaşı Sərxanda onların arxasıyca çölə çıxmışdır. Sərxan Sədinin əlində dəmir ilə Nicata tərəf getdiyini görmüş, onun əlindən dəmiri alıb yerə atmışdır. Ara sakitləşsin deyə Sərxan qardaşını və Nicatı hər ikisini düzgün hərəkət etmirlər deyə danlamışdır. O,da öz otağına daxil olmuşdur. Sonradan çöldə səs-küy eşidib çölə çıxanda Allahyarın dəmir ilə Nicatı vuraraq onun başını qanatmasını görmüşdür. İstintaq zamanı polisdə verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Mübahisə zamanı səs-küyə adamlar toplaşmış, Allahyarın Nicatın necə vurmasını isə görməmişdir. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından ona məxsus olan 070 686-01-41 mobil telefon nömrəsi ilə onunla video-görüntülü əlaqə saxlanılmış və şahid ifadəsində bildirmişdir ki, Allahyar qardaşının qaynıdır. O, qardaşı Sədi ilə yemək yeyib spirtli içki qəbul etmiş, sonra Kamal və Nicat onların otağına gəlmiş, birlikdə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Nicatla qardaşı Sədi arasında bir az mübahisə yaranmış, Sədi ilə Nicat çölə çıxanda o,da onların arxası ilə çıxmış və onları sakitləşdirmişlər. Kamal qardaşı Sədini otağa mübahisə davam etməsin deyə salmışdır. Sonradan Allahyar otaqdan çıxmış, Nicatın sağ gözündən yumruq, dəmir parçası ilə kürək nahiyəsinə vurmuşdur. Nicatın başının qanamasını görüb hamama salıb əl-üzünü yumuşdur.İlkin mübahisə Nicat ilə qardaşı Sədi arasında olmuş, mübahisə zamanı söyüş olmamışdır. Allahyar yanğın söndürənin dəmir parçası ilə Nicatı vurmuşdur. Mübahisə təqribən yarım saat çəkmiş, Allahyardan başqa Nicatı heç kim vurmamışdır. Allahyarın Nicatı necə vurmasının şahidi olmuşdır. Mübahisə zamanı ətrafa 5-6 nəfər toplaşmışdır. O, Nicatın söyüş söyməsini görməmişdir. Cinayət işi üzrə Şahid5 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki,o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2025-ci i! tarixdə, saat təxminən 22:40 radələrində anbarda xidmətdə olan zaman şirkətə məxsus kampda səs-küy olduğunu eşitmiş və dərhal səsə getmişdir. Orda olan zaman şirkətdə işləyən işçilərin toplaşdığını və Zərərçəkmiş şəxs başının qanadığını görmüşdür. O, Nicatdan nə olduğunu soruşanda Nicat ona yıxıldığını demişdir. Oda bu barədə növbə rəisinə məlumat vermişdir. Daha sonra mühafizəçilər gəlib “AS” qrupun tərkibində olan xəstəxanaya Nicatı aparmışlar. Sonradan öyrənmiş ki, Nicat yıxılmamış, onu Allahyar dəmirlə vurmuşdur. Həmin hadisənin nə qədər davam etməsi barədə məlumatı yoxdur, o, səsə gəlmişdir. Orda olan zaman şirkətdə işləyən işçilərin əksəriyyəti orda olmuş, həmin vaxt səs-küy olmuş, ictimai qayda və istirahət rejimi pozulmuşdur. Həmin vaxt anbarda növbədə olmuş, anbar mübahisə baş verən yerdən təxminən 100 metr məsafədə yerləşir, ordan səsi eşidib gəlmişdir. Məsafə uzun olduğu üçün o, gələnə kimi səs-küy dayanmış və Nicatı başının qanamasını görmüşdür. -İş maiteriallarında olan xx.xx.2025-ci il tarixli cinaytə işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yer Zəngilan rayonu, Ağalı kəndi ərazisində fəaliyyət göstərən “AS inşaat” şirkətinə məxsus yataqxananın qarşısıdır, işçilərin istirahət etməsi və yatması üçün nəzərdə tutulmuşdur, ətraf hissəsi də yataqxanalardır, ictimai yerdir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerində olan yanğınsöndürən panelinə məxsus olan 1 ədəd qırmızı rəngli dəmir parçası xx.xx.2025-ci il tarixli baxış protokolu ilə götürülərək qablaşdırılmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X17 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2025-ci il tarixli 61/25 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsində əzilmiş yara, sağ gözaltı nahiyəsində qançır, boyun nahiyəsində isə sıyrıq aşkar olunmuşdur, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin adiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış 25042004 nömrəli cinayət işi ibtidai istintaqın davam edimrilməsindən ötrü adiyyəti üzrə Zəngilan rayon X10 Bölməsinə göndərilmiş və xx.xx.2025-ci il tarixli qərarla cinayət işi icraataqəbul edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5,66.3,66.4-cü maddələrinə əsasən 2 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1. və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya birləşdirilərək qəti olaraq 2 ay 19 gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2102/2025 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət əcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki qərarla təyin olunan cəza müddətinə hesablanıb çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti xx.xx.2025-ci ildə başa çatmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 2 gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əlavə cəzasının müddəti isə xx.xx.2025-ci il tarixdə başa çatmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4979 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə qeydiyyatda yoxdur. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2025-ci il tarixli, 3-28-29/2-4373/2025 nömrəli məktubundan aydın olur ki, Mirzəyev X5 Xəstəxanasında müalicədə olmamışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X15 xx.xx.2025-ci il tarixli, 157/MTKŞ-2025 nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, təqdim edilmiş predmet kustar üsulu ilə hazırlanmış, təsərrüfat-tikinti təyinatlı dəmir lingdir və soyuq silah hesab edilmir. Dəmir lingin silah qismində istifadə edilib-edilməməsinin qiymətləndirilməsi istintaq orqanın səlahiyyətlərinə aiddir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məclləsinin 128ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. -İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. -İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 361 nömrəli, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X7, həyat yoldaşı X6, qızları X3, X4 və oğlu X2 ibarətdir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məcəllənin 58.3-cü maddəsində isə deyilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Residivin müəyyən edilməsi zamanı CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1. və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya birləşdirilərək qəti olaraq 2 ay 19 gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2102/2025 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət əcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aya endirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki qərarla təyin olunan cəza müddətinə hesablanıb çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, əlavə cəza müddəti xx.xx.2025-ci ildə, cəza müddəti isə xx.xx.2025-ci ildə başa çatmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 2 gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müddətlər bitmədiyindən, həmiçinin qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart №1 saylı Qərarına əsasən,ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyitlik, etinasızlıq göstərməsi,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları ,əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq,bir çox insan və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökmü qanuni qüvvəsini almamışdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4- cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək cəza Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs» qətimkan tədbiri seçilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli hökmü ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə həmin hökmlə müəyyən edilmiş 24 sentyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış dəmir ling məhv edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 495 (dörd yüz doxsan beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə əmlak müsadirəsi və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il azadıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən torplanılaraq ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli hökmü ilə seşilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış dəmir ling məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 495 (dörd yüz doxsan beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-10/2025
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-10/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver