Məhkəmə qərarları › İş №1(034)-11/2025

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-11/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-11/2025 18.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, fərdi əməklə məğul olan, evli, məhkumluğu olmayan, Tərtər rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma olu ilə təkrarən özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində, həmin kənddə fərdi yaşayış evlərinin tikintisini aparan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən Zərərçəkmiş şəxs yanında işləyən zaman sonuncu ilə aralarında yaranmış etibarlı münasibətdən istifadə dərək avtomobili köhnə olduğu üçün yeni avtomobil alacağı barədə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumat verib 5100 manat pul alaraq həmin pulu 2 ay müddətinə geri qaytaracağı barədə iltizam verib aldadaraq Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 5100 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində həmin kənddə fərdi yaşayış evlərinin tikintisi aparan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən Zərərçəkmiş şəxs yanında işləyən zaman sonuncu ilə aralarında yaranmış etibarlı nünasibətdən istifadə edərək işlədiyi tikintidə istifadə edilməsi üçün “Afacan” markalı 36 mm dəmirəymə makainası alacağı barədə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumat verib 5300 manat pul alaraq həmin makinanı almayacağı halda pulu geri qaytaracağı barədə iltizam verib aldadaraq Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 5300 nanat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.2 və 178.2.24-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2023-cü ildən tanıyır. Belə ki, Laçın rayonu, Zabux kəndinin tikintisində birlikdə işləmiş, onunla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2024-cü il may ayının 22-də Umud ona zəng edərək Zəngilan rayonu, Cahangirbəyli kəndində fərdi yaşayış evlərinin tikintisini götürməsini demiş, onu oz briqadası ilə yanına işləməyə dəvət etmiş və o, Umudla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Umud ona yol pulu göndərmiş, 6 nəfər işçi ilə birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndinə getmişlər. Onları orda Umudun briqadiri Hafis qarşılamış və görməli olduqları işləri demişdir. O və yadında qalmayan apardığı işçilər xx.xx.2024-cü il tarixdən Zəngilan rayonu, Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisində işə başlamış, işçilərin problemləri olan zaman, işçilər pul istəyən zaman, siqaret və digər lazım olan şeyləri almaq üçün Umuddan pul istəmiş, Umud isə onun kartına pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə tanışı olan Faiq Əhmədovla danışan zaman telefonda iş olub-olmadığını ondan soruşmuş, Faiqə yanına gəlməsini təklif etmiş və birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlmişlər. Umud da Faiqin işləməsində heç bir problem olmadığını demişdir. xx.xx.2024-cü il tarixdən tikintidə Faiqin briqadası ilə onun briqadası birlikdə işləməyə başlasış, xx.xx.2024-cü il tarixdə onun briqadasında işləyən işçilər Umud pulu hissə-hissə verdiyi üçün işdən ayrılıb getmiş, onun yanında yalnız Şahlar Abdullayev qalmışdır. Onun işçiləri getdiyi üçün o, özü də Faiqin yanında işçi kimi işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə isə Umud pul vermədiyi üçün işi dayandırmış, xx.xx.2024-cü il tarixə qədər Zəngilan rayonu, Cahangirbəyli kəndində gözləmiş, həmin gün Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə Faiq ona zəng edərək Umudun Zəngilan rayonunda olmasını, gəlib Umudla hesablaşın demişdir. Faiqə xx.xx.2024-cü il tarixdə Zəngilan rayonuna gələcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Zəngilan rayonuna gedən zaman Faiq ona zəng edib demişdir ki, qohumları rəhmətə getmiş həmin səbəbdən Zəngilan rayonundan gedir demişdir. xx.xx.2024-cü il tarixdə Zəngilan rayonuna gedən zaman orda Umudla görüşmüş, Umud ona gördüyü işlərin hesabını aparaq demişdir. Umuda Faiqin də gəlməsini demiş, lakin Umud razılaşmamış, sonra Faiqlə özünün hesablaşaçağını demişdir. Hesabat aparan zaman məlum olmuşdur ki, onun briqadası ilə birlikdə gördüyü işlərin dəyəri 6116 manat etmiş, Umud isə ona 12.762 manat pul vermişdir. Umud akt tərtib etmiş, həmin aktı Umud, Soltan və Ziya imza etmişlər. Briqada ilə birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndində tikintisi aparılan 110, 164-166 saylı evlərdə 302 pm hazırlıq qatı, 101-104, 107-108, 110, 164-166 saylı evlərdə 693 pm lentvari bünovrə (kəmər), 70 manatlıq söküntü işi, 101-105, 107-110, 164-166 saylı evlərdə 172,2 pm sütünlarıın quraşdırılması, 30 manatlıq almatur quraşdırılması, 101, 110 saylı evlərdə 254 metr kvadrat beton hamarlama işlərini görmüş, hesabat aparan zaman gördükləri işin dəyəri 6116 manat etmişdir. Lakin, həmin hesabat vaxtı Umud gördükləri işləri əvvəl razılaşdıqları qiymətdən aşağı hesablamış, o, ilk əvvəl öz briqadası ilə Umudun yanında işləmiş, daha sonra isə Faiqin briqadasına gəlib yanında işləmişdir. Umudla xx.xx.2024-cü il tarixdə hesabat aparan zaman Faiq orda olmamışdır. Umudun əlavə hesabladığı 6646 manat pulun bir hissəsi Faiqlə birlikdə gördükləri işlərin pulu olmuşudr. Umud həmin aktı tərtib edən zaman demişdir ki, Faiqə verdiyi pulu da akta yazır, Faiq gələn zaman həmin pulu hesablayıb çıxacaqdır. Həmin akta əlavə hesablanmış pulun 3735 manatı Şahid5 işçilərinin pulu olmuş, həmin pulu Faiqin işçilərinə vermiş, 1050 manatı Faiqin yanında işləyən zaman onun əmək haqqısı olmuş, qalan 1861 manat puldan 200 manatını Zərərçəkmiş şəxs işçisi olan qırçıya vermiş, 3 nəfər portal icazəsi olmayan işçilərin otel pulu və digər xərcləri üçün 247 manat pul vermişdir. Həmin pulun 1414 manatı artıq olmuş, pulun artıq çıxmasına səbəb isə Zərərçəkmiş şəxs işlərin görülməsi üçün əvvəl dediyi qiymətlərdə aşağı pul verməsi olmuşdur. Həmin pulu da Zərərçəkmiş şəxs yanında işləyib qaytaracağı barədə razılaşmış, lakin Umud işi dayandırdığl üçün yanında işləyə bilməmişdir. Zərərçəkmiş şəxs yeznəsi Ziya adlı şəxs orda tikintidə olmuş, bundan başq Umud özü də tez-tez gəlib işlərinə nəzarət etmiş, əmək haqqına görə Umudu aldadıb pul alınması mümkün deyildir. Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iltizamlarla tanış olmuş, Zərərçəkmiş şəxs 5100 və 5300 manat pul almamış, həmin iltizamlarda onun adının qarşısında olan imza ona məxsus olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iltizamlarda adının qarşısında olan imzanın ona məxsus olması barədə rəy verilməsinin səbəbini isə bilmir. Zəngilan rayonunda olan zaman Umud bir neçə dəfə ona ağ kağıza imza çəkdirmiş, ola bilsin həmin sənədləri sonradan imzası olan kağıza yerləşdirmişdir. İş yoldaşı Şahid4 130 manat pul almamışdır. xx.xx.2024-cü il tarixdən sonra özünə yeni avtomobil almamışdır. İstintaqda veürdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs 12762 manat pulu ona 2024-cü ilin iyun-iyul aylarında gördükləri işlərə görə hissə-hissə müxtəlif məbləğlərdə göndərmişdir. Şahid5la şərik işləmiş, işləyən zaman gördükləri işlərə görə əmək haqlarını onun kartına göndərmişdir. Həmin artıq alınan 6646 manat puldan 3735 manatını o, Faiqin gördüyü işlərə görə alıb Faiqin işçilərinə vermişdir. Həmin akt tərtib edilən zaman Umud Faiqlə hesabat etmədiyi üçün həmin pul ona verilmiş kimi qeyd etmiş, lakin sonradan Faiqlə hesabat edən zaman həmin pulu Faiqə verməli olduğu puldan çıxmışdır. 6646 manat puldan 1050 manatı isə onun Faiqin yanında işlədiyinı görə öz əmək haqqısı olmuşdur. Bundan başqa 200 manat pulu Zərərçəkmiş şəxs işçisi olan qırıcıya vermiş, portalsız olan işçilərin qalmağına və ərzaqına isə Umudun razlığı ilə 247 manat pul vermişdir. Həmin 6646 manat puldan onun Umuda borclu olduğum pul 1414 manatdır. Həmin borcun yaranmasına səbəb isə onlar Umudla işə başlayan zaman onlara görülən işlərə görə yüksək məbləğ demiş, lakin sonradan hesabat edən zaman şirkətin ona az pul verməsini demiş, həmin səbəbdən də görülən işlərə görə pulu az hesablamışdır. Onların ilkin razılıqlarına əsasən kalon işinin kvadratına 8 manat nəzərdə tutulmuş, lakin sonradan Umud həmin işin kvadratın 6 manatdan vermiş, monalit işinin kvadratına ilkin 10 manata razılaşmış, sonradan isə 9 manatdan pul vermişdir. Umud qiymətləri aşağı saldığı üçün aralarında pul fərqi yaranmışdır. Sonradan Umudun yanında iş olmadığı üçün həmin pulu işləyib ödəyə bilməmişdir. O, dəflərlə Umuda iş verməsini, həmin işlərdən pulu çıxmasını, yaxud ona borclu olduğu pulu hissə-hissə verməsini demişdir. Ona Umud boş kağıza imza etdirmişdir. Şahiddən 150 manat borc almış, 40 manatını qaytarmışdır. O, dizi üstə iltizamda 6646 manatı yazıb imza etmişdir. O, bir dəfə iltizama qol çəkmişdir. O,xx.xx.2024cü ildə qardaşının oğlunun toyunda Tər-tərdə Səma şadlıq evində olmuş, xx.xx.2024-cü ildə axşam Tər-tərə getmiş, xx.xx.2024-cü ildə işə qayıtmışdır. İstintaqda ondan həmin tarixlərdə harda olması ilə bağlı heçnə soruşulmamışdır. 10 iyun tarixində zərərçəkmiş onun kartına 40 manat pul atmışdır. 5100 manat və 5300 manat məbləğlərində pulu onun kartına atmamışdır. Zərərçəkmiş 20 manat siqaret pulunu belə karta atırdısa, niyə dediyi məbləği atmamış, çünki yalan danışır, həmin məbləğləri ona verməmişdir. O, 1 iyundan işə başlamışdır.Qəlbçi Sənan odur. Vəsatətdə qeyd olunan mesajları o, yazmışdır. O, Tərtərdə evində olan zaman zərərçəkmişlə yazışmışdır.Whatsapda qeyd olunan pulla bağlı yazışma görülən işlərlə bağlıdırvə onun bu işə heç bir aidiyyatı yoxdur. O, iyunun 10-nu əgər Zəngilanda olmuşsa, niyə zərərçəkmiş şəxslə whtsapla yazışmıb özündən pulu istəməli olmuşdur. Zərərçəkmişin işlədiyi yer Cahangirbəyli kəndində yerləşir. Təqsirləndirilən şəxs sonda vəkilinin çıxışı ilə razı olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair məhkəmə istintaqında vermiş olduğu ifadəsinə, yəni hadisənin baş verdiyi xx.xx.2024cü il tarixdə onun Zəngilan rayonu, Cahangibəyli kəndində deyil, Tərtər rayonunda toyda olması, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iltizamlarda olan imzaların onun tərəfindən icra edilməməsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi onun cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/201 nömrəli ekspert rəyi, xx.xx.2025-ci il tarixli məhkəmənin qərarı əsasında xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək təqsirləndirilən şəxsə məxsus olan (050) ***-**-** nömrəli mobil telefona dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş anten məlumatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cü ildən hüquqi şəxs yaratmadan tikinti sahəsində müxtəlif yerlərdə işləyir. Zəngilan rayonu, Cahangirbəyli kədindinin tikintisini aparan "xxxx" Firması ilə xx.xx.2024-cü il tarixdə onun, Şahid1 və Şahid3 ona verdikləri etibarnamə əsasında onların adından subpodrat müqaviləsi bağlayaraq içraçı qismində yaşayış evlərinin tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayından tanıyır, belə ki, Laçın rayonu ərazisində aparılan tikintidə onun yanında dəmirçi işləmiş, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zəngilan rayonu, Cahangirbəyli kəndiinin tikintisində öhdəsinə götürdüyü yaşayış evlərinin tikintisini aparmaq üçün işçi lazım olduğundan Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Sənan öz briqadası ilə gəlib işləyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Sənanla telefonla danışdığı zaman yol pulu göndərməsini istəmiş, o, Sənanın dediyi kart hesabına 20 manat pul döndərmişdir. xx.xx.2024-cü il tarixdə Sənan Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlib binaların tikintisində işləməyə başlamışdır. Sənan işləməsi üçün özü ilə bir neçə işçi gətirmişdir. Həmin vaxtdan sonra Sənan gətirdiyi işçilər il birlikdə ona verilmiş evlərdə işləməyə başlamışdır. Sənan işlədiyi vaxtlarda ona pul lazım olduğunu demiş, demək olar ki, hər gün ondan müxtəlif məbləğlərdə pullar almışdır. Sənanın istədiyi pulları Sənanın özünün və gətirdiyi işçilərinin kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid5 tikintiyə gətirmiş və Faiqlə şərik işləyəcəklərini demişlər. Faiq də gələn zaman yanında bir neçə işçi gətirmişdir. Faiq gəldikdən sonra Sənanın gətirdiyi işçilərin bəziləri işdən ayrılıb getmiş, təxminən iyul ayının 20-dən sonra Sənan onun gətirdiyi işçilərin getməsini, yalnız Şahlar adlı işçinin qalmasını, artıq Faiqlə şərik deyil, o və Şahlar Faiqin briqadasında işləyəcklərini demişdir. Eyni zamanda Faiq də ona Sənanı yanında dəmirçi kimi gündəlik işlətməsini demişdir. xx.xx.2024-cü il tarixə kimi iş davam etmiş, həmin tarixdın "xxxx" firması tərəfindən əmək haqqının verilməsi bir qədər gecikdiyi üçün işi dayandırmışlar. xx.xx.2024-cü il tarixdə Sənan Zəngilan rayonundan çıxıb getmişdir. Sənana gördüyü işlərin dəyərindən əlavə pul verdiyi üçün Sənanı yenidən Zəngilan rayonuna çağırmış xx.xx.2024-cü il tarixdə Sənana verdiyi pulları və gördüyü işləri yoxlayan zaman məlum olmuşdur ki, Sənan 6116 manatlıq iş görmüş, lakin ondan ümumilikdə 12.762 manat pul almışdır. Sənana əlavə aldığı 6646 manat pulu geri qaytarmasını demiş, lakin Sənan bildirmişdir ki, həmin pulları verə bilmir, yanında işləyib həmin pulları qaytaracaqdır. Sənanı yenidən öz yanında işə götürmüş, lakin sonradan Sənan onun yanından getmiş, əlavə verilmiş pulları da geri qaytarmamışdır. Sonradan Faiq ilə hesabat aparan zaman Faiq demişdir ki, Sənan onun yanında 26 gün, günü 50 manatdan işləmiş, həmin pul 1300 manat etmiş, bundan başqa verilmiş pullardan 820 manat pulu da Sənana görə onun pulundan çıxsın demişdir. Sənanın geri qaytarmalı olduğu 6646 manat puldan Faiq öz razılığı ilə Faiqin pulundan 3120 manat çıxmış, Sənanın ona 3526 manat borcu qalmışdır. Həmi vaxtdan sonra Sənan qeyd edilən pulu geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində olan zaman Sənan ona özünə məxsus avtomobilin xarab olmasını, özünə yeni avtomobil almaq istəməsin demiş və bunun üçün Sənana işdən əlavə 5100 manat pul vermiş, iki ay ərzində həmin pulu ona geri qaytarmasını bildirmişdir. Sənan işlərini gördüyü, yeni işçi tapmaq çətin olduğu üçün Sənana 5100 manat pul verməyə razı olmuş, birlikdə iltizam tərtib etmiş, Sənan 2 ay ərzində pulun geri qaytaraçağını deyib ondan 5100 manat pul almışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində işdə olan zaman Sənan ona bir nəfər tanışının “Afacan” markalı, 36 mm dəmirəymə makinası olmasını, həmin makinanı dəyərindən ucuz satmasını, 5300 manat pul verməsini, həmin makinanı alıb tikintidə istifadə etməsini demişlər. Həmin makinanı alması üçün Sənana 5300 manat pul vermiş və həmin pulu verməyi barədə Sənanla birlikdə iltizam tərtib etmişlər. Sənan onu aldadıb pul alsa da, həmin makinanı alıb gətirməmiş, verdiyi pulu da geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə razılaşmalarına görə briqadası ilə birlikdə Sənana həvalə edilmiş tiktintisi aparılan evlərin quraşdırma işləri, o cümlədən, lentvari bünövrə işləri, evin bütün kolonlarını, döşəmə monoliti, birinci mərtəbənin kolonları üst-tavan monolitlərin quraşdırıb tam təvil verməli olduğu halda, Təqsirləndirilən şəxs demək olar ki, həmin işlərin 15-20 faizini etdikdən sonra işdən ayrılıb getmişdir. Təqsirləndirilən şəxs öz briqadası ilə birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndində tikintisi aparılan 110, 164-166 saylı evlərdə 172,2 pm sütunların quraşdırılması, 30 manatlıq almatur quraşdırılması, 101, 110 saylı evlərdə 254 metr kvadrat beton hamarlama işlərini görmüşdür. Görülmüş bu işlərin aralarında olan razılaşmaya görə qiyməti 6116 manat etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya görə çox iş görməli idi, lakin işin ortasında işdən ayrılıb getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs öz işini yaxşı gördüyü, tikintidə yeni işçilər çətin tapıldığı və işçinin işdən çıxması ilə işdə gecikmələr olduğu üçün Təqsirləndirilən şəxs istədiyi pulu ona vermiş və ona çox verdiyi pulun işlədiyindən əlavə olduğunu bilsə də, düşünmüşdür ki, görüləcək sonrakı işlərdə aralarında olan pulları həll edərlər. xx.xx.2024-cü il tarixdə Sənanın gördüyü işləri və ona verilmiş pulları hesabladığı zaman məlum olmuşdur ki, Sənana əlavə 6646 manat pul vermişdir. X15 verməli olduğu 6646 mant pulun 3120 manatı ona veriləsi puldan çıxmasını demişdir. Faiqə gördüyü işlərə görə verdiyi puldan Sənanın borcuna görə 3120 çıxmış, Təqsirləndirilən şəxs 12767 manat pulu hissə-hissə xx.xx.2024cü il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə vermişdir. Həmin pulları Təqsirləndirilən şəxs işçilərə siqarət alması, işçilərin evində problemlər oluğunu, digər ehtiyacları üçün lazım olduğunu və avans şəklində əmək haqqı istəyəb almışdır. Sənan və işçilərinin əmək haqlarını və avans şəklində pulları gələcəkdə görəcəkləri işdən çıxaçağı üçün vermişdir. Təqsirləndirilən şəxs və onun briqadasında işləyən işçilər ilə əmək müqaviləsi var, əmək müqaviləsinin bildirişlərini təqdim edə bilər. İşçilər az işlədiyi üçün əmək haqqı kartı verilməmiş, bundan başqa işçilər avans pullar istədiyi üçün onlara avans şəklində əvvəldən pulları vermişdir. Təqsirləndirilən şəxs əmək haqqı 350 manat müəyyən edilmiş, lakin gördükləri işə görə əlavə ödənişlər onumşdur. Təqsirləndirilən şəxs onu aldadıb 5300 manat pulunu almaq üçün ona yalan demiş, makina almaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs “Afacan” markalı, 36 mm dəmiyemə makinasını almaq üçün ondan pul istəyən zaman, həmin pulu ona verən zaman, bundan başqa avtomobilini dəyişmək üçün ondan 5100 manat pulu alan zaman orda Sənan və o, olmuş, başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs “Afacan” markalı, 36 mm Dəmiyemə makinasını almaq üçün 5300 manat pulu və avtomobilini dəyişmək üçün 5100 manat pulu Zəngilan rayonu, Cahangirbəyli kəndiində tikinti aparılan yerdə vermişdir. Sənan və Faiq şərik işləmiş, siqarət pulu və digər xərclər üçün pul alan zaman Sənan həmin pulları ümumi işçilər üçün aldığını demiş, lakin sonradan Faiq bildirmişdir ki, Sənan onun işçiləri üçün siqarət və digər əşyalar almamışdır. Həmin səbəbdən ilkin izahatında qeyd etmişdir ki, Sənan Faiqin gördüyü işləri kimi göstərib pul almışdır. Təqsirləndirilən şəxs Şahid1 560 manat pul almış, həmin pulu da Sənana verilən pul kimi hesablanmış və 6646 manat pulun içərisində həmin pulu qeyd etmişdir. Şahid4 onun işçisi olmuş, sonradan eşitmişdir ki, Sənan Hafisin də 130 manat pulun almış, sonradan həmin pulu gei qaytarmamışdır. Təqsirləndirilən şəxs ağ kağıza imza çəkdirməmiş, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan ifadə vermişdir. X9 özü imza etmiş, izahatında yalan göstərmişdir. xx.xx.2024-cü il tarixli vəxx.xx.2024-cü il tarixli 5100 və 5300 manat məbləğində Sənana pul verilməsi ilə bağlı iltizam Zəngilan rayonunda tərtib edilmiş, orda Sənan və o, olmuş, başqa heç kim olmamışdır. 12762 manat pulu o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs ödəmişdir. O, müxtəlif məbləğlərdə ödəniş etmiş, həmin ödənişlərin qəbzlərin məhkəməyə təqdim edə bilər. Sənan onun uanımda briqadir kimi işləmiş, Sənanın onun yanından getməsini, gətirdiyi işçilərin dağılmasını istəməmiş, həmin səbəbdən də Sənan ondan işçilərə verməsi üçün pul istəyəndə avans şəklində ona pullar vermişdir. Həmin pulları alan zaman çox vaxt Sənan işçilərə siqaret və digər ehtiyacları üçün pul lazım olduğunu deyir, bundan başqa isə bir neçə dəfə işçinin evində problemi olduğunu deyib almışdır. O, da işçilər getməməsi üçün avans olaraq əlavə pullar da vermişdir. Sonradan Hünər şirkəti əmək haqqının verilməsin gecikdirdiyi üçün o, da işçilərin əmək haqqlarını gec vermiş, həmin səbəbdən də Sənanın birqadasında olan işçilər onun yanında işləməməmiş və çıxıb getmişlər. Sonradan təhviltəslim edən zaman müəyyən olunmuşdur ki, Sənan işlədiyi dövr ərzində məndən əlavə 6646 manat pul almışdır. Həmin pulları yoxlayan zaman müəyyən edilmişdir ki, 6646 manat puldan 3120 manatı Sənan özünə şərik kimi gətirdiyi Faiq adlı şəxsin də gördüyü işləri özünün görməsi kimi göstərib ondan almışdır. O, Faiqin pulun verən zaman Faiqə pul verməmiş, Faiqə həmin işin pulunu Sənanın aldığını demişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Sənan izahatında yalan göstərmiş, ondan əlavə olaraq 6646 manat pul almış, həmin əlavə aldığı pullardan bəzi hissəsin onu aldadaraq Faiqin gördüyü işləri də özünün gördüyü kimi göstərib ondan almışdır. O, Sənana inandığı üçün yoxlamadan həmin pulları ona vermişdir. Sonradan o, araşdıran zaman Faiq ona Sənana kömək etmək üçün həmin puldan 3120 manat onun gördüyü işçilərə çıxmasını demiş, Faiqə verməli olduğum puldan 3120 manatı çıxmışdır. Faiq özüdə Sənanla şərik olduğu üçün həmin pulları çıxmasını demişdir. Qalan 3526 manat pulu isə Sənan ona qaytarmamışdır. Sənan və Faiq gördüyü işlərin bəzilərini tam görmədikləri üçün şirkət hazırda həmin işləri görməyi deyir, o, da əlavə olaraq 1400 manat qədər pul xərcləyib həmin işləri görmüşdür.1 iyuldan 20 avqusta kimi görülən işləri invertizasiya etmiş, görülən işlərlə bağlı Sənan iltizama qol çəkmişdir. Sənan ona pulun qaytarılması ilə bağlı iltizama 3 dəfə imza etmişdir. Sonuncu imzanı Sənan 22 avqusta etmişdir. 6600 manat pulu Sənanın onun inamından sui-istifadə edib almış, onu da teleqramdada qeyd etmişdir. O, Sənanı 2 ay müddətinə müqavilə ilə işə götürmüşdür. Sənan 1 iyundan işə başlamış, avqust ayının 5-nə kimi işləmiş, sonra şəriki ilə aralarında problem olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:00-da keçirilmiş məhkəmə iclasında zərəçəkmiş şəxs kimi Elektron Məhkəmə kabinetində "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 23322 saylı məktubunda vurğulandığı kimi “hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq ərazi vahidinin sərhədləri ilə üstüstə düşməyə bilər,o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. Məlumdur ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu quran "xxxx" MMC -nin işğaldan azad olunmuş torpaqlarda 2G/3G standartları əsasında işləyən baza stansiyaları işə salır. Belə stansiyalardan biri Zəngilan rayonu, Ağalı kəndində qurulmuş və həmin baza stansiyası Ağalı kəndi üçün nəzərdə tutulduğundan zəif gücə malikdir. Həmin baza stansiyası Zəngilan rayonunda yeganə baza stansiyası olduğu üçün onun öz əhatə dairəsi vardır və əhatə dairəsinin hüdudları çərçivəsində yalnız Zəngilan rayonu kimi qeydə alınır. Təqsirləndirilən şəxs istər Zəngilan rayonun Cahangirbəyli kəndində, istərsədə Agalı kəndində və yaxud digər nöqtəsində olduğu halda "xxxx" MMC-nin baza stansiyası onu Zəngilan kimi qeydə alır. Bu nöqteyi nəzərdən ayın xx.xx.2024-cü il tarixdə obyektdə xidmət müqaviləsinə özü ilə birlikdə 8 nəfər imzalamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixindən xx.xx.2024cü il tarixədək Zəngilan rayonundan işçiləri qarşılamaq üzün Füzuli rayonunun Horadiz qəsəbəsinə getmiş, işçilərin geri evlərinə qayıtmaması üçün onları yerləşdirmək məqsədilə ucuz ev tapmasını ona bildirmiş, pul atılmasını istəmiş, şlərini yekunlaşdırdıqdan sonra Zəngilana qayıtmış, daha sonra o, xx.xx.2024cü il tarixdə ondan həmin işçilərin mikroavtobusla Zəngilan rayonuna gəlməsi üçün yenidən pul vəsaiti istəmiş və o, da Sənanın istəyi qarşılığında kartına pul göndərmişdir. Onlar və Təqsirləndirilən şəxs ayın 11-də obyektə gəlmiş, xx.xx.2024-cü il tarixdə və ondan sonrakı müddətlərdə Zəngilan rayonunda olmuşdur. “Kalyon” şirkəti Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçən avtomobil yolunun inşaasını həyata keçirmiş və ehtimal ki, həmin şirkətin ofisində də "xxxx" MMC-nin baza stansiyası mövcuddur. Digər tərəfdən Horadiz qəsəbəsi ərazi cəhətdən ensiz və Bakı istiqmətində uzundur və bu bu uzunluq Bala-Bəhmənli kəndi istiqamətində 20 km məsafəyə yaxındır. Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən əlavə onun öz istifadəsində olan 2 başqa telefon nömrəsindən istifadə etmişdir. Bu mobil nömrələr ***-***- **-** və ***-***-**-** saylı nömrələrdən ibarət olmuşdur və təqsirləndirilən şəxs həmin nömrələrdən də aktiv şəkildə istifadə etmişdir. Təqsirləndirilən şəxs və onun dövlət hesabına ayrlmış müdafiəçi vəkili prosesləri uzatmaq üçün hər dəfə qeyri-müəyyən və ağıllarına gələn uydurma fikirlərə əsasən vəsatətlər verərək məhkəmə prosesinin yekunlaşmasına maneçilik edirlər.Belə ki, bir neçə iclas əvvəl Təqsirləndirilən şəxs bildirmişdir ki, iltizamın imzalandığı günlər Tərtər rayonunda öz yaxın qohumunun toyunda olmuş və məhkəmə iclasında həmin toy kasetinin üzərindəki tarixi skan edib təqdim etməli və toyun hansı gündə keçirilməsi haqqında dəqiq məlumat təqdim etməli idi, lakin bir neçə iclas keçirilmiş, o,həmin məlumatın doğruluğu və qeyri-dəqiqliyi haqqında heç bir sənəd, sübut və məlumat təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs həmin məlumatları təqdim edə bilmməməsi onun məhkəmə iclasında yalan informasiya verməsi və onun müdafiəçisinin bu yalan ifadələrdən yapışaraq prosesi uzatmasıdır. Anten məlumatlarında görsənir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixləri aralığında Tərtər rayonunda olmamış, həmin günlər o, Zəngilan rayonunda, Füzuli rayonunun Horadiz qəsəbəsində olmuş, öz işini bitirdikdən sonra geri obyektə qayıtmışdır. Yuxarıda qeyd etdiyi kimi, ilkin olaraq "xxxx" MMC Zəngilan rayonu Ağalı kəndində baza stansiyasını qurmuş, daha sonra digər işğal ərazisi olan rayonlarda Qubadlı, Cəbrayıl, Füzuli və sair rayonlarında baza stansiyalarını quraşdırmışdır. Antenn dairəsinə istinadən bildirir ki, Məmmədov X6 rayonundan Horadiz qəsəbəsinə gedərkən “Kalyon İnşaat” şirkətinin ərazisində də çox güman ki, "xxxx" MMC-nin baza stansiyası mövcuddur ki, ya şəxs o ərazidən keçəndə əhati dairəsinə düşə bilər, ya da ki Ağalı kəndində olan baza stansiyalarının ötürücü radio dalğaları, siqnalları və şüalnması zəif olanda və yaxud siqnallar itəndə başqa baza stansiyasının əhatə dairəsinə düşə bilər və qeydə alına bilər. Bu barədə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 23322 saylı məktubunda qeyd olunduğu kimi “Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Mobil rabitənin baza stansiyalarının antenaları sutkada 24 saat daimi güclə şüa saçmır. Bu, stansiyanın gücü yüklənmədən, baza stansiyanın fəaliyyət zonasında eyni vaxtda danışan abonentlərin sayından asılıdır. Gecə saatlarında stansiyaların yüklənməsi demək olar ki, sıfıra bərabərdir. Çox hallarda Zəngilan rayonunda və digər istər Cəbrayıl rayonu ərazisində, istərsə də Horadiz qəsəbəsində və yaxud digər ərazilərdə mövcud baza stansiyaları əksər hallarda zəif güclə fəaliyyət göstərir, çox zaman internet olmur, zəng etmək mümkün olmur. Çünki Radio-Baza stansiyaları mobil telefonlarla radio radiosiqnal mübadiləsi aparırlar, bu zaman şəbəkə qənaətbəxş işləmədiyi üçün bu siqnalların səviyyəsi əsaslı surətdə dəyişə və azala bilər. Bu əsasdan “"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 23322 saylı məktubundada qeyd olunduğu kimi şəxs hər hansı bir inzibati ərazi vahidi və ya onun bir hissəsində olarsa orda olan mövcud şanların əhatə dairəsi şəxsin olduğu müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər və müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Məktubda konkret qeyd olunur ki,şəxsin mobil tefonlarının telekommunikasiya xidmətlərindən istifadə zamanı, mobil telefonu yeni nəsil texnologiyaları dəstəkləməyədə bilər və eyni zamanda və konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin mobil telefonda paralel aparılan yükləmələrin sayından, cihazın, yəni mobil telefonun keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq cihazdan, yəni mobil telefondan istifadə zamanı şanın ərazisində olma dəyişə bilər.” Bütün yuxarıda yazılanları nəzərə alaraq şəxsin imzaladığı iltizamların əsasında Təqsirləndirilən şəxs 6646 manat pul vəsaitini, 5100 manar pil vəsaitini və 5300 manat pul vəsaitini faktiki olaraq ondan almışdır. Həmin iltizamların üzərindən xeyli vaxt keçməsi ilə bağlı bir çox whatsap yazışmalarını təqdim etmişdir. Həmin yazışmaların təhlili zamanı məlum olur ki, həqiqətən o, işğal zonalarında xüsusilə Zəngilan və qismən Horadiz qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs 3 mobil nömrədən istifadə etmiş və qeyristabil xarakterli şəxsiyyət kimi özünü formalaşdırmışdır. Belə ki, İttiham aktından göründüyü kimi Sənan ondan xəbərsiz Şahid1 560 manat, Şahid4 642 manat bir, 130 manat bir olmaqla, ümumilikdə 772 manat pul vəsaitlərini alaraq heç kimə bildirməmiş və bu günə qədər də qaytarmamışdır. Bu faktlar onun təqsirli və qeyri-sabit xarakterli olmasını görsədir. 5100 və 5300 manatla bağlı whatsap yazışması yoxdur, yalnız iltizamda qeyd olunmuşdur. O, vaqonda Təqsirləndirilən şəxs pul verən zaman heç kim olmamışdır. Təqsirləndirilən şəxs 5100 və 5300 manat ilə bağlı iltizama imza etməsinində heç kim görməmişdir. Təqsirləndirilən şəxs iltizama imzanı Zəngilan rayonunun Cahangirbəyli kəndində imza etmişdir. 6646 manat ittiham aktında qeyd olunmasa da, o gördüyü işə görədir və onuda tələb edir. O, təqsirləndirilən şəxsə qarşı düşmən və qərəzli deyil, sadəcə olaraq barışıq üçün təqsirləndirilən şəxsin özü qərar versin və prokurorun çıxışı ilə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifdarəsində zərərşəkmiş şəxs Umudun onun qardaşı olduğunu, onunla aralarında ədavət və düşmənçilik olmadığını, istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zəngilan rayonu, Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisidə birlikdə işləmişik, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə Sənan və digər işçilərin gördüyü işləri müəyyən etmək üçün tikintidə yoxlanış aparmış və işçilərin gördüyü işlər barədə rəhbərləri Zərərçəkmiş şəxs məlumat vermişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulları və gördüyü işləri yoxlayan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz briqadası ilə birlikdə 6116 manat dəyərində iş görmüş, lakin Zərərçəkmiş şəxs 12762 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid3 və onun iştirakı ilə birlikdə akt tərtib edilmiş, həmin aktdan Təqsirləndirilən şəxs 6116 manatlıq iş görüb Zərərçəkmiş şəxs 12762 manat pul almasını qeyd etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən əlavə pul alması barədə məlumatı yoxdur, onların əmək haqqı məsələlərinə o, qarışmır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün ona 5100 manat, xx.xx.2024-cü il tarixdə “Afacan” adlı makina almaq üçün isə 5300 manat pul verən zaman orda olmamışdır. Umud özü sonradan ona demişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün ondan 5100 manat, xx.xx.2024-cü il tarixdə isə “Afacan” adlı makina almaq üçün isə 5300 manat pul almışdır. Umud onun qardaşıdır,onunla aralarında ədavət və düşmənçilik yoxdur. Sənanı tanıyır, Zəngilan rayonu, Cahangirbəyli kənində yaşayış evlərinin tikintisində onunla birlikdə işləmiş, onunla heç bir düşmənçiliyi yoxdur. Umud Sənana verdiyi pulları və gördüyü işləri yoxlayan zaman müəyyən olunmuşdur ki, Sənan öz briqadası ilə birlikdə 6116 manat dəyərində iş görmüş, Umuddan isə 12762 manat pul almışdır.Tərtib edilmiş aktla razı olduğu üçün həmin aktı imzalamışlar. O, Sənanın gördüyü işləri müəyyən edib, Zərərçəkmiş şəxs məlumat vermiş, onların əmək haqqı məsələlərinə isə qarışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayından tanıyır, tikintidə Umudun yanında işləmiş, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Sənan əvvəllər onun yanında usta kimi işləmiş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2024-cü ilin iyun ayında Sənanla telefonda danışdığı zaman Zəngilan rayonu, Cahangirbəyli kəndində işlədiyi tikintidə iş olduğunu demiş və ona Zərərçəkmiş şəxs möbil nömrəsini vermişdir. Zərərçəkmiş şəxsla Bakı şəhərində görüşmüş, Zəngilan rayonu, Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisində onun yanında işləməsi üçün razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixdə öz briqadası ilə birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlib Zərərçəkmiş şəxs yanında tikintidə işə başlamışlar. İlk əvvəl Təqsirləndirilən şəxsla şərik işləməyə başlamış, lakin sonradan Sənan işçiləri getdiyi üçün Sənan və Sənanın yanında işləyən Şahlar adlı işçi onun yanında usta kimi işləmişlər. 2024-cü ilin avqust ayında Zərərçəkmiş şəxs işçilərin əmək haqqını vermədiyi üçün işi dayandırmış, həmin yerdə işdən çıxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla ondan əvvəl hesabat aparmışlar. Zərərçəkmiş şəxsla sonradan o, hesabat aparan zaman Umud ona demişdir ki, Sənan ondan əlavə 6646 manat pul almış, həmin 6646 manat pulun 1360 manatı Sənan onun yanımnda işləyən vaxt ona verdiyi pul olduğunu demiş, bundan başqa isə 1000 manat Sənanın işçisi Şahlara verdiyi pul olduğu, puldan 1375 manat isə Sənan onun yanında işləyən zaman onun əmək haqqısı olduğu üçün Zərərçəkmiş şəxs ona verməli olduğu puldan 3735 manat çıxmışdır. Zərərçəkmiş şəxs 6646 manat pldan 2911 manat pulu hansı səbəbdən Sənana artıq verdiyini bilmir. Sənan onun gördüyü işi öz gördüyü iş kimi göstərib Zərərçəkmiş şəxs aldadıb pul almamışdır. Tikintidə işlədikləri vaxt Sənan bir evin torpaq qatının üzərində olan örtüyü səhv başa düşüb öz işi kimi göstərmiş, lakin sonradan müəyyən olunmuşdur ki, Sənan evlərin nömrəsini səhv salmış, həmin işin pulunu Umud Sənana verməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün 5100 manat və xx.xx.2024-cü il tarixdə “Afcan” adlı makina almaq üçün isə 5300 manat pul verməsindən onun məlumatı yoxdur. Umudla o, Bakı şəhərində görüşmüş, Zəngilan rayonu, Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisində onun yanında işləməməsi üçün razılığa gəlmişlər. O, xx.xx.2024-cü il tarixdə öz briqadası ilə birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndinə getmiş, Umud, o, Sənan şərik işləməyə başlamışlar. Sonradan Sənanın işçiləri getdiyi üçün onun yanında işləyən Şahlar adlı işçi ilə onun yanında usta kimi işləmişlər. 2024-cü ilin avqust ayında Umud işçilərin əmək haqqısını vermədiyi üçün işi dayandırmış və həmin yerdə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs tanıyır, Laçın rayonu və Zəngilan rayonunda tikintidə birlikdə işləmişlər, heç bir düşmənçiliyim və ədavəti yoxdur. Atası Umud 2009-cu ildən hüquqi şəxs yaratmadan tikinti sahəsində müxtəlif yerlərdə işləyir. Zəngilan rayonu, Cahangirbəyli kəndinin tikintisini aparan "xxxx" firması ilə xx.xx.2025-ci il tarixdə atası ilə onun, onun və Şahid3 Umuda verdikləri etibarnamə əsasında adlarından subpodrat müqaviləsi bağlayaraq icraçı qismində yaşayış evlərinin tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə Sənan Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlib onların yanlarında binaların tikintisində işləməyə başlamışdır. Sənan işləməsi üçün özü ilə də bir neçə işçi gətirmişdir. Həmin vaxtdan sonra Sənan gətirdiyi işçilər ilə birlikdə ona verilmiş evlərdə işləməyə başlamış, işlədiyi vaxtlarda pul lazım olduğunu deyib, ondan və atası Umuddan pul almışdır. Atası və o, Sənanın işlədiyində çox pul istəməsini bilsələr də gələcəkdə gördüyü işdən pulu çıxacağı üçün ona əlavə pul vermişlər. Sonradan Sənan işdən çıxmış, atası hesabat aparan zaman məlum olmuşdur ki, Sənan işlədiyindən əvvəl 6646 manat artıq pul almışdır. Sənan həmin alığı pulu verəcəyini dəsə də, pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan bir neçə dəfə olmaqla, ümumilikdə 560 manat pul almış, Sənanın ondan aldığı 560 manat pulu da atası hesablayaraq Sənanın əlavə 6646 manat pul almasını bildirmişdir. Sənanla aralarında olan razılaşmada nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs daha çox tikintidə işləyəcək, lakin Sənan işin ortasında ayrılmışdır. Sənan işlədiyi vaxt işçi çətin tapıldğı üçün ona əlavə pul istəyən zaman atası vermişdir ki, işdən ayrılıb getməsin. Lakin, iş dayandığı üçün Sənan ona verilmiş puldan az işləmiş, həmin səbəbdən də atasına pul borclu qalmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilin dəyişmək üçün xx.xx.2024-cü il tarixdə 5100 manat, “Afacan” markalı, 36 mm Dəmiryemə makinasını alacağı üçün isə xx.xx.2024cü il tarixdə 5300 manat pul verən zaman orda olmamış və həmin puldan məlumatı yoxdur. Sonradan Sənan işdən çıxmış, atası hesabat aparan zaman məlum olmuşdur ki, Sənan işlədiyindən əlavə 6646 manat artıq pul almışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Həmin 560 manat pulu atası öz şikayətində verdiyi pulların içində qeyd etmişdir. Onlarla Sənanın arasında olan razılaşmada Sənan daha çox tikintidə işləyəcəyi nəzərdə tutulmuşdur. Həmin vaxt o, orada olmamışam, pulun alınmasından məlumatı olmamışdır. Makina almaq üçün Sənana 5300 manat pul verməsini atası sonradan ona deymişdir. Sənana avtomobilin dəyişmək üçün borca 5100 manat pul verməsini atası sonradan ona demişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, tikintidə Umudun yanında işləmiş, sonuncu ilə heç bir düsmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs tanıyır, Zəngilan rayonunda Umudun yanında birlikdə işləmişlər, sonuncu ilə heç bir düsmənçiliyi və ədavəti yoxdur. Zəngilan rayonu, Cahangirbəyli kəndinin tikintisində Zərərçəkmiş şəxs yanında 2024-cü ilin may ayndan 2024-cü ilin avqust ayına qədər ilkin olaraq fəhlə, daha sonra isə briqadir isləmişdir. Təqsirləndirilən şəxs da onunla birlikdə işləmişdir. Sənan ilkin olaraq özünün briqadasl ilə gəlib işləmiş, işçilərinin bir hissəsi getdidən sonra Sənan tikintiyə gələn Faiq adll şəxslə birlikdə işləmişdir. 2024-cü ilin avqust ayında Sənan Umudun yanından işdən Ağdam rayonunda işləmək üçün getmişdir. 2024-cü ilin iyul, avqust aylarında Urnud ilə Sənanın arasında əmək haqqına görə mübahisə olmus, sonradan Umud özü ona demişdir ki, Sənana işləyən zaman işlədiyindən artiq ona 6646 manat pul vermiş, Sənan həmin pulu geri qaytarmamışdır. Sənan Zəngilan rayonunda işləyən zaman ondan 150 manat borc pul almlş, həmin pulun 20 manatını qaytarsa da, 130 manat pulu geri qaytarmamışdır. Bundan basqa, Zəngilan rayonunda işləyən zaman Sənan və onun işçiləri orda olan magazadan 642 manatlıq siqaret və digər şeylər almış, Sənan gedən zaman həmin pulu vermədiyi üçün Zərərçəkmiş şəxs onun əmək haqqından həmin pulu tutmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6646 manat əlavə pulu hansı səbəbdən verməsin bilmir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün 5100 manat və xx.xx.2024-cü il tarixdə "Afacan" adlı makina almaq üçün isə 5300 manat pul verməsindən melumatı yoxdur. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Sənan başqasının gördüyü işi Umud müəllimə gətirib yalan siyahı vermiş, Faiqin gördüyü işləri özü gördüyü iş kimi göstərib ondan pul almışdır. O, hər iki şəxslə bir yerdə işləmişdir. Sənan səhv etmirsə pulu may ayının sonu alıb çıxıb getmişdir. O, briqadir, yəni formen işləmişdir. Sənan pul alması ilə bağlı iltizam yazıb Umuda vermişdir. Onun Sənanla arasında hər hansısa bir mübahisəsi olmamışdır. O, görülən işlərə nəzarət etmişdir. Faiqin işini Sənan öz gördüyü iş kimi Umuda təqdim edib pulunu almışdır. Sənanın iltizamdan başqa hər hansısa bir sənədin imza etməsini görməmişdir. O, Zəngilanın Cahangirbəyli kəndində işləmişdir. Avqust ayında Sənan heç kimə xəbər vermədən iş yerini tərk edib getmişdir. O, Sənana 150 manat pul vermiş, ona 40 manatı qaytarmış, qalan 110 manatın isə qaytarmamışdır. Sənan onlarla 7 ay işləmişdir. O, Sənanın hər-hansı bir alqı-satqı ilə məşğul olmasını görməmişdir. Sənan rəsmi işə Umud müəllim tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin Şəbəkə Texnologiyası departamenti/Radio və Transmissiya şöbəsi/Radio Planlama və Optimizasiya bölümünün aparıcı mühəndisi X5 ifadəsində göstərmişdir ki, Ağalı kəndində anten var. Bu anten Cahangirbəyliyədə xidmət verir. Şəxs Cahangirbəylidə olmuş, amma dəqiq olduğu yer bilinmir, ərazi olaraq ümumi göstərir. Həmin anten dairəsi Cahangirbəyli kəndinə xidmət verir. Ünvanı onlar ümumi olaraq qoyurlar. Kalyon Şirkətinin kampı olduğu üçün onun orda adı çıxır. 5 kənd varsa onlar ortasında anten qoyanda antenin üstündə üst olur, bir antendə 5 kənd servis alırsa, 3 kənd bir antendə xidmət alırsa onlar ünvanlı olaraq anten ünvanını yazır, haralara servis verilirsə dəqiq yazmırlar. Oda onların antenin yerləşdiyi ünvan Zəngilan rayonunun ərazisini Cahangirbəyli kəndi daxil olmaqla göstərir. İş üzrə Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə işə şahidinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2024-cü il tarixdən , yəni zəngilan rayonu. Cahangirbəyli kəndində tikintidə işləyə vaxtdan tanıyır, sonuncu ilə düşmənçiliyi və ədavəti yoxdur. Zəngilan rayonu, Cahangirbəyli kəndinin tikintisini aparan "xxxx" Firması ilə qaynatası Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə özünün, oğlu Şahid1 və onun adından Umuda verdikləri etibarnamə əsasında subpodrat müqaviləsi bağlayaraq icrası qismində yaşayış evlərinin tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən sonra birlikdə Zəngilan rayonu, Cahangirbəyli kəndində onlara ayrılmış evlərin tikintisini aparmışdır. Təqsirləndirilən şəxs da 1-xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlib binaların tikintisində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs bir neçə ay həmin tikintidə işləmişdir. xx.xx.2024-cü il tarixdə Sənanla hesabat aparan zaman məlum olmuşdur ki, Sənana işlədiyindən əlavə 6646 manat pul verilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid2la birlikdə akt tərtib etmişlər, həmin akta o, da imza etmişdir. Həmin pul Təqsirləndirilən şəxs və özü ilə gətirdiyi işçilərə əmək haqqı kimi verilmiş, lakin Sənan və digər işçilər bir müddət işləməkdikləri üçün həmin pulun müqabilində olan işləri görməmişlər. Sənan sonradan işdən ayrıldığı üçün borclu olduğu pulu Umuda verəcəyini demişdir. Zərərçəkmiş şəxs oclunun Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə avtomobil almaq üçün 5100 manat, xx.xx.2024-cü il tarixdə isə “Afacan” adlı makina almaq üçün 5300 manat pul verməsindən məlumatı yoxdur. Umudun xx.xx.2024-cü il rixdə avtomobil almaq üçün Sənana 5100 manat, xx.xx.2024-cü il tarixdə isə «Afacan” adlı makina almaq üçün isə 5300 manat pul verməsini görməmiş və bu haqda eşitməmişdir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamda 5100 manat vəasiti aldım əlyazmasının qarşısında və xx.xx.2024-cü il tarixli iltizamda pulu aldı əlyazmasının qarşısında olan imzalar X8 tərəfindən icra edilmişdir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin adiyyəti üzrə göndərilməsi haqqında» qərardan görünüri ki, toplanmış 05-C-25 nömrəli material araşdımanın davam etdirilməsindən ötrü istintaq adiyyəti üzrə Zəngilan rayon Polis Şöbəsinə göndərilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/201 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli iltizamda «5100 manat vəsaiti aldım» əlyazmasının qarşısında olan imza və xx.xx.2024-cü il tarixli iltizamda «Pulu aldı imza» sözünün qaqşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. -İş materiallarında olan əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 tərəfindən dəmirçi kimi işə götürülmüş və əmək haqqısı 350 manat təşkil etmişdir. -İş materiallarında olan və "xxxx" Firması ilə Zərərçəkmiş şəxs, X14 və Şahid1 arasında bağlanmış xx.xx.2024-cu il tarixli xidmət müqavilələr bağlanmış və müqavilələrin predmeti isə Zəngilan rayonu Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisindən ibarət olmuşdur. -İş materiallarında olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında işlərin yerinə yetirilməsinə görə xx.xx.2024-cü il tarixli xidəmət müqaviləsi bağlanmış və müqavilənin predmeti isə Zəngilan rayonu Cahangirbəyli kəndində yaşayış evlərinin tikintisindən ibarət olmuşdur. -İş materiallarında olan üzləşdirmə aktından görünür ki, "xxxx" firmasının Zərərçəkmiş şəxs qarşısında xx.xx.2025-ci il tarixə olan borcu 2477,09 manat təşkil edir. -İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ici il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. -İş materiallarında olan Tərtər Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 18-1-75/2- 531/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs şöbənin narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. -İş materiallarında olan Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3-13- 119/1-4065/25 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi-həyat yoldaşı X2, oğlu X3 və qızı X4 ibarətdir. -İş materiallarında olan və Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət əməlinin tövsif edilməsi haqqında» qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 120 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə verilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13926 (on üç min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 133 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini tələb edilmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı ilə təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib avtomobil və «Afacan” markalı 36 mm dəmirəymə makainası almaq adı ilə Zərərçəkmiş şəxs aldaraq aldığı 10400 (5100+5300) manat vəsait öz təsdiqini tapdığından verilmiş mülki iddia qismən, yəni məhkəmə istintaqı ilə sübuta yetirilən ittiham həcmində təmin olunmalı, 10400 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlilidir. Ödənilmiş dövlət rüsumunun 121 manat hissəsi təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 12 manat hissəsi isə zərərçəkmiş şəxsin özünə aid edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə əmlak müsadirəsi və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrası Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs 10400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsmunun 121 manat hissəsi tutularaq zərərcəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Ödənilmiş dövlət rusmunun qalan12 manat hissəsi zərərcəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxsnnun özünə aid edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Fides» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar