Məhkəmə qərarları › İş №1(034)-16/2025

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-16/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-16/2025 25.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işləməyən, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs məxsus içərisində 300 manat olan "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş 4127-2044-4370-5890 nömrəli Tamkart kredit kartını sonuncudan 2023-cü ilin may ayında Zəngilan rayonu, Ağalı kəndində yerləşən Buta aptekdə dərman satışında istifadə edib qazanılan ƏDV-nin bir hissəsini Zərərçəkmiş şəxs verəcəyi barədə razılaşaraq almış, xx.xx.2023-cü il tarixdə saat 08:31-də isə Zəngilan rayonu, Ağalı kəndində gizlin olaraq Zərərçəkmiş şəxs məxsus mobil telefonda olan ABB mobil tətbiqindən istifadə etməklə sonuncunun xəbəri olmadan həmin kredit kartının limitini 7500 manat artırmış, həmin 7500 manat puldan vahid niyyətlə xx.xx.2023-cü il tarixdə saat 09:54-də 5075 manatını, həmin gün 09:58-də isə 2030 manatını Kapital bankdan rəsmiləşdirilmiş ona məxsus 4169-7388-6733-7846 nömrəli karta köçürmüş, 395 manat məbləğində pulu isə həmin kartdan istifadə etməklə şəxsi maraqları üçün xərcləmiş, bununla da elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə ümumilikdə 7500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ei ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək “Buta” apteklər şəbəkəsinin Zəngilan rayonu, Ağalı kəndində yerləşən filialında aptek müdiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs işlədiyi Zəngilan rayonu, Ağalı kəndinin sakini kimi tanıyır, aralarında düşmənçilik və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs tez-tez onun işlədiyi aptekə gəlirmiş, aptekdə Əhmədxanla söhbət edən zaman Əhmədxan ona “ABB" ASC-dən kredit götürdüyünü və həmin zaman Tamkart kredit kartı verildiyini və içərisində 300 manat olduğunu demişdir. O, Əhmədxana kartı istifadə etmədiyi üçün ona verməsini və həmin kartla alış-veriş edərək geri payıdan ƏDV və Cashbacklərin karta geri qayıdaraq yığılacağını və sonda Əhmədxana verəcəyini demişdir. Əhmədxan onunla razılaşmışdır. Sonra Zərərçəkmiş şəxs Zəngilan rayonu, Ağalı kəndində olan aptekdə olan zaman içərisində 300 manat olan kartı gətirib ona vermişdir. Əhmədxan kartı ona verən zaman kartda 300 manat məbləğində pul olmuş, həmin puldan istifadə etməsinə izcazə vermiş, lakin razılaşmışlar ki, kartı qaytaran zaman 300 manat kartın içərisində olsun. Həmin kartı İstifadə etmək üçün almış, ilkin götürən zaman limit artırmaq niyyəti omamışdır. Zəngilan rayonu, Ağalı kəndində aptekdə olan zaman pula ehtiyac olmuş və kartın limitini artırmaq qərarına gəlmiş, Zərərçəkmiş şəxs aptekdə olan zaman xəbərsiz şəkildə sonuncun tefonundan ABB-nin tətbiqini öz telefonuna Əhmədxanın icazəsi olmadan yükləmiş və ABB mobil tətbiqinə daxil olub limiti artırmışdır. Kartdan 3 ay istifadə etdikdən sonra limiti artırmışdır. Əhmədxanın onun limiti artırmasından məlumatı olmamış, xəbərsiz gizli olaraq limiti artırmışdır. Kartı ilkin götürən zaman içərisində olan 300 manatı da xərcləmişdir. Zərərçəkmiş şəxs məxsus olan 4127 2044 4370 5890 nömrəli “Tam kart” kredit karttının limitini xx.xx.2023-cü il tarixdə 300 manatdan 7800 manata artırmış, həmin vaxt karta olan puldan istifadə etdiyi üçün 256,39 manat pul çıxılaraq karta 7543.61 manat pul mədaxil olmuşdur. Həmin pulun 5077 manat və 2030 manat olmaqla, 7105 manatını özünə məxsus 4169 7388 6733 7846 nömrəli karta köçürmüş, qalan 438.61 manat pulu isə Əhmədxana məxsus kartdan istifadə edərək yadında qalmayan tarixlərdə və yadında qalmayan yerlərə özü üçün xərcləmişdir. Limiti artırdıqdan sonra pulu öz kartına köçürmüşdür. Pulu özü üçün xərcləmişdir. Əvvəllər məhkumluğu olmamışdır. Kartdan 5000 manat və 2500 manat pul çıxarmış, ümumilikdə 7500 manat pul olmuşdur. Pulu ABB bankdan götürmüş və borcunu qaytarcaqdır. O, kartı Əhmədxana geri qaytardıqdan sonra razılaşmışlar ki, hər ay 510 manat ödəniş etsin və borcunu bağlasın. Bundan sonra 3 ay 510 manatdan ödəniş etmiş və əlavə olaraq 165 manatda faiz borclarını ödəmişdir. Bundan sonra işsiz olduğu üçün ödənişlər edə bilməmişdir. Daha sonra 2024-cü ilin iyul, avqust, sentyabr ayında əlavə olaraq 300 manat olmaqla 3 ay ödəniş etmişdir. Polis şöbəsində təqsirləndirilən şəxs qismində tutulduqdan sonra atası X1 Mahmudova 2000 manat ödəniş etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın onun tərəfindən tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində xx.xx.2017-ci il təvəllüdlü Təqsirləndirilən şəxsrza Əli oğlu və xx.xx.2019-cu il təvəllüdlü X13 adli iki azyaşlı uşaqlarının olmasını məhkəmədən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Zəngilan rayonu, Ağalı kəndində doğulmuşdur. Zəngilan rayonu, Ağalı kəndi yenidən salındıqdan sonra ona da orda ev verilmişdir. O, xx.xx.2022-ci il tarixdən Zəngilan rayonu, Ağalı kəndinə köçmüş, 42 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs ilə Zəngilan rayonu, Ağalı kəndində yaşayan zaman tanış olmuşdur. Belə ki. Təqsirləndirilən şəxs Zəngilan rayonu, Ağalı kəndində olan “Buta” aptekdə satıcı işləmiş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Boş olan zamanlarda Əlinin yanına gedib onunla söhbət etmiş, aralarında ünsiyyət yaranmış, hətda birlikdə çayxanada oturub çay içmiş, bəzi vaxtlar isə yeməkxanada oturub birikdə yemək yemişlər. 2023-cü ilin mart ayında İmişli rayonunda yerləşən X7 filialından 6000 manat kredit götürmüş, həmin kredit götürən zaman ona bankdan içərisində 300 manat pul olan 4127 2044 437090 nömrəli tam kart kredit kartı verilmişdir. Həmin kredit kartını götürdükdən bir neçə ay sonra, dəqiq bilmədiyi tarixdə Zəngilan rayonu, Ağalı kəndində Əlinin işlədiyi aptekin qarşısında söhbət edən zaman Əliyə kredit götürdüyünü, həmin vaxt ona içərisində 300 manat pul olan kredit kartının verildiyini demişdir. Əli ona demiş ki, həmin kredit kartını ona versin, müştərilər aptekdən dərman alan zaman həmin kartndan istifadə etsinlər, karta ƏDV və kəşbeklər toplansın, həmin toplanmış pulu birlikdə bölsünlər. Eyni zamanda Əli ona demişdir ki, satıcı olduğu üçün adına olan kartdan istifadə edə bilmir. Aralarında söhbət olduqdan bir neçə gün sonra o, həmin kredit kartını istifadə etməsi üçün Əliyə vermişdir. Əli kartı verdikdən sonra yadında qalmayan taxilərdə bir dəfə 30 manat, daha sonra isə manat ona pul verib həmin pulun karta yığılmış ədv və kəşbek pulu olduğunu demişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə Əli ona 50 manat vermiş, həmin pulun da karta yığılmış ədv və kəşbek pulu oldunuğunu demişdir. 2023-cü ilin oktyabr ayında onu işdən Şuşa rayonuna ezamiyyətə göndərilmişlər. O, Şuşa şəhərinə gəldikdən sonra gözləri zəif gördüyü üçün telefonda olan proqramlardan istifadə edə bilmədiyindən təxminən 22-23 oktyabr tarixlərində iş yoldaşı Valehə telefonunu verib ona demiş ki, telefonunda olan ABB proqramına baxıb ezamiyyət pulunun köçüb-köçmədyini yoxlasın. Valeh telefonuna baxan zaman 7800 manat krediti hansı səbəbdən götürməsini demişdir. Valehə həmin məbləğdə kredit götürmədiyini demişdir. Həmin vaxt fikirləşmişdir ki, kredit kartını Əliyə vermiş, krediti də Əli götürmüşdür. Valehlə birlikdə Əlinin iş yerinə aptekə getmiş, lakin Əli həmin vaxt aptekdə olmamışdır. Əliyə zəng edib telefonla danışmış, Əli Beyləqan rayonuna dərman gətirmək üçün getməsini demişdir. Telefonla danışan zaman Əlidən kredit kartını istəmiş, Əli ilkin olaraq vermək istəməmiş, lakin ona kartı qaytarmasını istəmişdir. Əli ona kartı Ağalı kəndinə gələn zaman geri qaytaracağını demişdir. Bir neçə gün sonra Əli Ağalı kəndinə gəlmiş, Valehlə birlikdə Əlinin yanına getmiş, Əliyə nə üçün kartından onun xəbəri olmadan kredit götürməsin demiş, Əli ilkin olaraq kredit götürmədiyi demiş, lakin həmin vaxt Valeh telefonda olan proqramda kreditin götürülməsin göstərmişdir. Əli sonra səhv olmasını, heç bir orqana şikayət etməməsini, həmin pulu ona qaytaracağını demişdir. O, Əli ilə həmin krediti 18 ay olmaqla, hər ay 510 manat ödəmək üçün bölünmüş və pulu hər ay ödəməsi üçün razılaşmışlar. Əli 510 manatdan 3 ay krediti ödəmiş, eyni zamanda 3 ay ərzində əlavə 165 manat da ödəniş etmiş, lakin işdən çıxdıqdan sonra 4-5 ay pulu ödəməmişdir. O, həmin pulu bağlamaq üçün yenidən ABB-dən 12228 manat kredit götürmüş, həmin pulun 59 aylıq ödənişi hər ay üçün 340 manat müəyyən edilmişdir. O, yenidən kredit götürdükdən sonra dəfələrlə Əliyə zəng edib pulu ödəməsini, Əli isə “ANAMA”-da işə düzəlib hər ay 500 manatdan pul göndərəcəyini demişdir. Əli 3 ay 300 manatdan pulu ödəmiş, lakin sonradan pulu ödəmədiyi üçün ondan şikayət etmişdir. 4127 2044 4370 5890 nömrəli tam kart kredit kartını Əliyə verən zaman içərisində olan 300 manatdan istifadə etməsi üçün Əliyə icazə vermiş, lakin aralarında olan razılaşmaya görə Əli həmin kartla müştərilər dərman alan zaman istifadə edəcək, lakin sonra 300 manat pulu yerinə qoyacaq, ədv və kəşbekdən qazanılan pulu isə yarı böləcəkdilər. O, yalnız Əliyə 300 manatdan istifadə etməsinə icazə vermiş, Əliyə əlavə kredit götürməyə icazə verməmiş, həmin krediti Əli onun xəbəri olmadan götürmüşdür. Təqsirləndirilən şəxs 1570+900=2470 manat ödəmişdir. O, bankdan pul götürmüş, adı gecikməyə düşməməsi üçün bağlamışdır. Təqsirləndirilən şəxsin atası 2200 manat ödəmişdir. Həm təqsirləndiriləni şəxsin 3 uşağının xətrinə, həm də atası borcu qaytaracağına söz verdiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. O, bankdan 12000 manat pul götürərək 7200 manat borcu bağlamışdır. O, pulu ABB bankdan götürmüş, “tamkarta “aylıq 510 manat ödəməli olduğundan və onu ödəməkdə çətinlik çəkdiyi üçün bankdan pul götürüb “tamkartı” bağlamışdır. O, 575 manat maaş alır və 280 manatda kreditidən aylıq ödəyir. Daha sonra zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxlə barışmasını və təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmişdir. Cinayət işi üzrə Şahid məhkəmə iclasında iştirakı mümkün olmadığından ona məxsus olan ***-***-**-** mobil telefon nömrəsi ilə onunla video görüntülü əlaqə saxlanılmış və şahid ifadəsində istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Zəngilan rayonu, Ağalı kəndində doğulmuş, Zəngilan rayonu, Ağalı kəndi yenidən salındıqdan sonra ona ev verilmiş və xx.xx.2022-ci il tarixdən Zəngilan rayonu, Ağalı kəndinə köçərək 13 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs ilə Zəngilan rayonu, Ağalı kəndində yaşayan zaman tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Zəngilan rayonu, Ağalı kəndində olan “Buta” aptekdə satıcı işləmiş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ilə də Zəngilan rayonu, Ağalı kəndində yaşayan zaman tanış olmuş, "xxxx" ASC-də birlikdə işlədikləri üçün ünsiyyəti yaranmışdır. Hal-hazırda da birlikdə "xxxx" ASC-də işləyirlər. Zərərçəkmiş şəxs gözləri zəif gördüyü üçün, mobil telefonundan istifadə etməkdə çətinlik çəkmiş, buna görə də mobil telefonundan istifadə edərkən ona kömək etmişdir. 2023-cü ilin oktyabr ayında işdən Şuşa rayonuna ezamiyyətə göndərilmişlər. Şuşa şəhərindən gəldikdən sonra, təxminən 2023-cü ilin 22-23 oktyabr tarixində, Zəngilan rayonu, Ağalı kəndində olan zaman Əhmədxan gözü zəif gördüyü üçün telefonunu ona verib, telefonda olan ABB proqramından ezamiyyət pulunun köçüb-köçmədiyini yoxlamasını xahiş etmişdir. O, Əhmədxanın telefonunda olan ABB tətbiqini yoxlayarkən, balansındakı kredit limitinin 7800 manata qaldırıldığını görmüş, Əhmədxandan nə məqsədlə bu məbləğdə kredit götürdüyünü soruşmuş, Əhmədxan isə kredit götürmədyini, bu barədə heç bir məlumatı olmadığını, lakin həmin kartı Zəngilan rayonu, Ağalı kəndində yerləşən “Buta” aptekdə işləyən Təqsirləndirilən şəxs verməsini demişdir. O, da Əlidən gedib kartı geri almağını və həmin 7800 manat pulu Əlinin ələ keçirə biləcəyindən şübhələnib, həmin ödənişi də Əlidən tələb etməsini bildirmişdir. Əhmədxan aptekə getdikdə, Əli həmin vaxt orada olmamışdır. Bir neçə gün sonra o, Əhmədxanla birlikdə aptekə getmiş, Əhmədxan Əlidən nə üçün onun xəbəri olmadan kartdan kredit götürməsini soruşduqda, Əli ilkin olaraq kredit götürmədiyini bildirmiş, bu vaxt o, Əhmədxanın telefonunda olan tətbiqdən kredit götürülməsini Əliyə göstərmişdir. Əli sonra səhv olmasını, heç bir yana şikayət etməməsini, həmin pulu Əhmədxana qaytaracağını demişdir. Əhmədxan Əli ilə razılaşmışdır ki, həmin kreditə götürdüyü pul 18 ay olmaqla, hər ay 510 manat ödəmək üçün bölüb həmin pulu hər ay ödəsin, Əli 510 manatdan 3 ay krediti ödəmiş, eyni zamanda 3 ay ərzində əlavə 140 manat da ödəniş etmiş, lakin işdən çıxdıqdan sonra 4-5 ay pulu ödəməmişdir. Əhmədxan həmin pulu bağlamaq üçün yenidən ABB-dən 12.228 manat kredit götürmüş, həmin pulun 59 aylıq ödənişi hər ay üçün 340 manat müəyyən edilmişdir. Əhmədxan yenidən kredit götürdükdən sonra dəfələrlə Əliyə zəng edib pulu ödəməsini bildirmiş, Əli “ANAMA”-da işə düzəlib hər ay 300 manatdan pul göndərəcəyini demişdir. Əli 3 ay 300 manatdan pulu ödəmiş, lakin sonradan pulu ödəməmiş və heç bir zəngə cavab vermədiyi üçün Əhmədxan ondan şikayət etmişdir. -Cinayət işinin materiallarında olan «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2025-ci il tarixli qərarla cinayət işi icraata qəbul edilmişdir. -Cinayət işinin materiallarında olan ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət təbiqi üzrə icraat dayandırılmışdır. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. -Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -Cinayət işinin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 4(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 16 gün müddətinə, yəni, xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. -Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.2-ci maddəsi ilə barəsində olan ********* nömrəli materiala Zəngilan rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. -Cinayət işinin materiallarında olan və "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixili, 6-2-41/2-22059/2025 nömrəli məktubdan görünür ki, 4127-2044-4370- 3890 nömrəli kart xx.xx.2022-ci il tarixdə açılmış, xx.xx.2023-cü il tarixdə kredit limiti 300 AZN təyin edilmiş,xx.xx.2023-cü il tarixdə kredit limiti 300 manatdan 7800 manata artırılmış, vəsait karta daxil olduqdan sonra 5075 manat və 2030 manat məbləğində pullar Kapital Banka məxsus 4169-7388-6733- 7846 nömrəli kart hesabına köçürülmüş, digər məbləğlərlə isə müxtəlif ödənişlər edilmişdir. -Cinayət işinin materiallarında olan və "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2025/204/25115 nömrəli məktubdan görünür ki, 4169-7388-6733-7846 nömrəli kart Təqsirləndirilən şəxs məxsusdur, həmin karta xx.xx.2023-cü il tarixdə 5000 manat və 2000 manat məbləğində pullar mədaxil olmuşdur. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bir qisminin ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X11 zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs dəymiş ziyanın bir qismini yəni, 2000 (iki min) manat məbləğində pul vəsaiti vermişdir. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi-atası X5, anası X2, bacısı X4, həyat yoldaşı X6, uşaqları xx.xx.2017-ci il təvəllüdlü Təqsirləndirilən şəxsrza Əli oğlundan və xx.xx.2019-cu il təvəllüdlü X8 ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın onun tərəfindən tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində xx.xx.2017-ci il təvəllüdlü Təqsirləndirilən şəxsrza Əli oğlu və xx.xx.2019-cu il təvəllüdlü X13 adli iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Fides” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi “Fides Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Fides» Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar