Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-2/2022 29.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X1 İdarənin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və xx.xx.1983-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, bina 82/24, mənzil 46-da qeydiyyatdadır, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talama cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-yə icarəyə verilmiş və Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd"-də istifadə edilən, “Hyundai R 290 LC-9" markalı, AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun ümumi dəyəri 1400,00 (7əd.x200 manat) manat olan 07 ədəd forsunkalarını xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ekskavatorun üzərindən söküb gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talama cinayətini törətmişdir. Belə ki, o, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 08 ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş və həmin məhkəmənin xx.xx.2019 cu il tarixli qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, cinayətlərin residivi qaydasında, özgənin əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-yə icarəyə verilmiş və Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”-də istifadə edilən, “Hyundai R 290 LC-9” markalı, AZ 10-Z- 559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun ümumi dəyəri 1400,00 (7 ədəd x 200 manat) manat olan 07 ədəd forsunkalarını xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ekskavatorun üzərindən söküb gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yaxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxslər və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. İşin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai araşdırma zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, cinayət törətməsinə səbəb maddi imkansızlığı olmuşdur. Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd"-in tikintisini aparan "xxxx" MMC-də 2021-ci ilin noyabr ayından usta kimi işləmişdir. İnşa edilən evlərdə kafel və metlax vurmuşdur. Şahid3 ilə 2021-ci ilin noyabr ayında, Təqsirləndirilən şəxs2 ilə isə 2021-ci ilin dekabr ayında Zəngilan rayonu, Ağalı kəndində tanış olmuşdur. Xəyyam “Ağıllı kənddə” ekskavator operatoru işləmiş, Rəşad isə tikintidə hörgü hörmüşdür. İşdən sonra Rəşad və Xəyyamla vaxtlarını birlikdə keçirmiş, həmçinin eyni kampda qalmışlar. Bu səbəbdən də yaxın münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixdə Xəyyamı işdə yol verdiyini nöqsanlara görə onu işdən çıxarmışlar. xx.xx.2022-ci il tarixdə isə Xəyyam Zəngilan rayonuna gəlib özünə məxsus əşyaları götürüb onlarla sağollaşıb Sabirabad rayonuna öz evinə getmişdir. 2022-ci ilin yanvar ayının sonları Rəşad ilə söhbət edən zaman birlikdə razılığa gəlmişlər ki, “Ağıllı kəndin” tikintisində istifadə edilən texnikaların ehtiyyat hissələrindən oğurlayıb özləri ilə aparıb satsınlar. Rəşad ilə internetdə hansı ehtiyyat hissəsinin baha olduğunu araşdırmış və ekskavatorun forsunkalarının baha qiymətə satılması öyrənmişlər. Rəşadla oğurluq edəcəkləri barədə Xəyyamın yanında da söhbət etmişlər. Xəyyam onlara əgər hər hansı ekskavatordan oğurluq etsələr onun operatoru olduğu ekskavatordan oğurluq etmələrini demişdir. Rəşadla 4-5 gün hardan necə oğurluq edəcəklərini planlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə Xəyyam işdən çıxdıqdan sonra həmin ekskovatora yeni operator təyin edilmədiyi üçün boş qaldığından Xəyyamın operatoru işlədiyi ekskavatordan oğurluq etməyi fikirləşmişlər. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində “Ağıllı kənddə” Xəyyamın operatoru işlədiyi ekskavatorun forsunkalarını oğurlamaq üçün həmin ekskavatorun yanına getmişlər. Həmin ekskavatordan ehtiyyat hissələrini açmaq üçün açarları götürüb ekskavatorun üzərində olan 06 ədəd forsunkanı açıb götürmüşlər. Ekskavatorun salonuna baxan zaman isə 01 ədəd də salondan forsunka tapmışlar.Ekskavatordan 07 ədəd forsunkanı oğurlayıb kampa gəlib 03 ədədini paltarlarını yığdığı çantaya qoymuşdur.04 ədəd forsunkanı isə Rəşad öz çantasına qoymuşdur. Oğurluq etdikləri üçün xx.xx.2022-ci il tarixdə səhər heç kimə demədən tanımadıqları yol maşını ilə Füzuli rayonu, Horadiz qəsəbəsinə gəlmişlər. Yolda olan zaman Rəşad Xəyyama zəng edib oğurluq etdiklərini demişdir.Horadizdən ilk əvvəl Bakı şəhərinə gəlmiş, daha sonra isə Abşeron rayonu, Xırdalan şəhərində yataqxanaya gəlib orda qalmışlar. İlk əvvəl həmin forsunkaları onlarla birlikdə işləmiş Vüsalın vasitəsi ilə satmaq istəmişlər. Lakin Vüsal onlara köməklik etmək istəməmişdir. Vüsal köməklik etmədiyi üçün Xırdalan şəhərində əvvəllər tanımadıqları Valeh adlı forsunka ustasının yanına gedib 07 ədəd forsunka satmaq istədiklərini demişlər. Rəşad həmin şəxsə özü ekskavator operatoru işləməsini, ekskavatorun üzərindən çıxmış forsunkaları satmaq istəməsini demişdir. Valeh özünün forsunka almadığını demiş və bir nəfər tanımadıqları şəxsə zəng edib telefonla danışmışdır. İlk əvvəl 07 ədəd forsunkanı 500 manata satmaq istədiklərini bildirmişlər. Valeh telefonla danışdığı şəxsin mobil telefon nömrəsini onlara vermişdir. Gündüz adlı həmin şəxslə telefonla danışmış, Gündüz 07 ədəd forsunkaya 320 manat pul verəcəyini onlara bildirmişdir. Onlar razılaşdıqdan sonra Gündüz forsunkaları Valehin yanına qoymaqlarını, 320 manat pulu isə Xırdalan şəhərində dediyi ünvandan gedib götürməklərini demişdir. Gündüzün dediyi şəxsin yanına gedib həmin şəxsdən 320 manat pulu almuşlar. Həmin 320 manat pulun 160 manatını özü götürüm 160 manatını isə Rəşad götürmüşdür. Həmin pulu Bakıda qalmaqlarına və yeməyə xərcləmişlər. Oğurluq etdikdən 3-4 gün sonra Zəngilan RPŞ-nin əməkdaşlarının onları axtardıqların bilib qaçıb gizlənmişlər. xx.xx.2022-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində evdə olan zaman polis əməkdaşları gəlmiş, onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Etidiyi əməldən peşman olmuşdur. Rəşadla oğurluq edən zaman yanlarında başqa heç kim olmamış, heç kim onlara köməklik etməmişdir. Tək özləri olmuşlar. Zərərçəkmişin malını qaytarmışlar. Dəymiş ziyan yoxdur. Sonda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, vergidən yayındığı üçün azadlıqdan məhrum edilmiş, 2019-cu ildə isə 6 saylı cəzaçəkmə müəssisəsindən çıxmışdır. Belə ki, cənab prezident tərəfindən üzərində olan məhkumluğundan il yarım götürüldükdən sonra azadlığa buraxılmışdır. Bu cinayətdə əli onların Kamillə yol yoldaşı olmaqlarından ibarət olmuşdur. O, Zəngilanda usta kimi işə başlamışdır. Xəyyamla birlikdə kampda kupeda qalmışlar. Xəyyam içki içdiyi üçün rəis tərəfindən işdən çıxarılmışdır. Telefonu Kamilə o, vermiş, o da öz növbəsində gedib zəng etmişdir. Bakıda olarkən bilmişdir ki, Kamil forsunkanı söküb gətirmişdir. Ona forsunkanın oğurlanması barədə zəng gəlmişdir. Forsunkaları kimə satmışdılarsa qaytarmış və dəymiş zərəri ödəmişlər. Evdə problemləri var, anası onkoloji xəstədir. Bu işdə onun heç bir maddi xeyri olmamışdır. Təqsiri yol yoldaşı olması və birdə hadisəni bilib gizlətməsi olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı özünü təqsirli bilsə də, məhkəmə istintaqında həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakterli ifadə versə də, məhkəmə baxışı zamanı həmin ifadəsi iş üzrə araşdırılan mötəbər sübutlarla təkzib olunmuş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri - məhkəmə istintaqı zamanı şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, eləcə də iş üzrə tədqiq edilən digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Sonda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, səhv etməsini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət edilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlara qarşı heç bir tələb və şikayəti yoxdur, hal-hazırda Qarabağ zonasında aparılan tikinti işlərində işlədiyi üçün məhkəmə iclasına gəlib-getmək ona müəyyən çətinliklər yaradır, həmçinin himayəsində xəstə atası olduğundan, başı onun müalicəsinə qarışdığından məhkəmə iclasına gələ bilmir. Məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsi və İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “Hyundai R 290 LC-9” markalı AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatoru var. Həmin ekskavatoru Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd” layihəsində istifadə edilməsi üçün 01 sentyabr 2021-ci il tarixdə müqavilə bağlayaraq "xxxx" MMC-ə icarəyə vermişdir. "xxxx" MMC ilə razılaşmalarına əsasən ekskavatoru idarə etmək üçün operatoru da özü təyin etmiş, operator işləyən şəxsin xidmət haqqını da özü vermişdir. Müqavilə bağladıqları vaxtdan bir neçə dəfə operator dəyişmişdir. Sonuncu dəfə Şahid3 işində yol verdiyi nöqsanlar üçün "xxxx" MMC tərəfindən narazıçılıq olduğundan xx.xx.2022-ci il tarixdə Xəyyamı işdən azad etmişdir. Şahid3 xx.xx.2022-ci il tarixdə işdən çıxardıqdan sonra xx.xx.2022-ci il tarixdə Şahid5 operator kimi işə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Sübhan Zəngilan rayonu, İkinci Ağalı kəndindən ona zəng edib demişdir ki, işləmək üçün “Hyundai R 290 LC-9” markalı AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun yanına getmiş, lakin həmin ekskavatoru işə sala bilməmiş, ekskavatorun mühərrik hissəsində olan bəzi ehtiyyat hissəsləri sökülmüşdür. İlk əvvəl inanmamış və Sübhana bildirmişdir ki, həmin ekskavatorun onun olub-olmadığını dəqiqləşdirsin. Sübhan şirkət işçiləri ilə baxıb ona demişdir ki, kimsə ekskavatorun üzərində olan 06 ədəd forsunkanı oğurlamış, forsunkalar bağlanan bolt və qaykalar mühərrik hissəsinə dağılmışdır. İşdən çıxardığı operator Xəyyama zəng edib forsunkaların ekskavatorun üzərindən açılaraq oğurlandığını demiş, Xəyyam forsunkaların oğurlanmasından xəbərinin olmadığını bildirmişdir. Lakin Xəyyam bir neçə dəqiqə sonra özü ona zəng edib demişdir ki, ekskavatorun forsunkalarını "xxxx" MMC-də fəhlə işləmiş Rəşad və Kamil adlı şəxslər oğurlamışlar. Ekskavatorundan forsunkalar oğurlandığı üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ekskavatorun üzərində olan 06 ədəd forsunkadan başqa salonda olan 01 ədəd forsunka da oğurlanmışdır. Forsunkalar sökülüb oğurlanan zaman 02 ədəd dizel borusu yarasız hala salınmış, həmin boruların biri 100 mantdır, ikisi 200 manat edir, ralerin tokötürücü sensorunu yararsız hala salınmış, həmin sensor 200 manatır, 02 ədəd hər biri 50 manat olan ara qat (prokolatka) yararsız hala düşmüş, 03 ədəd hər biri 80 manat olan forsunkaya tokötürücü və forsunkanın ana kabeli qırılmışdır. Həmin kabelin qiyməti 1000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Liu Gong 925 LC” markalı tırtıllı ekskavatoru var. Həmin ekskavatoru Qubadlı rayonunda yol çəkilişi aparan şirkətə icarəyə vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxsləri görməmişdir. 2022-ci ilin fevral ayının əvvəlləri forsunka ustası olan Valeh 050 ***-**-** mobil nömrəsi ilə ona zəng edərək iki nəfər şəxsin ekskavator forsunkası satdığını demişdir. Valehdən forsunkanın işləyib-işlməməsini və qiymətini soruşmuşdur. Valeh forsunkaları təmir etmək lazım olduğunu, 06 ədəd forsunkanı 700 manata satdıqlarını demişdir. Valehə telefonu forsunkanı satana verməsin demişdir. Forsunka satan şəxslə danışıb 06 ədəd forsunkanı 700 manata baha satdıqlarını demişdir. Həmin şəxs 350 manat verməsini istəmiş, 320 manata 06 ədəd forsunkanı alacağını demişdir. Həmin şəxs 06 ədəd forsunkanı ona 320 manata satmağa razı olmuşdur. Həmin forsunka satan şəxs Valehdən nömrəsini alıb ona zəng edib 320 manat pulu verməsini demişdir. Həmin şəxsə forsunkaları Valehin yanına qoymasını, 320 manat pulu isə dediyi yerdən gedib götürməsini demişdir.Həmin şəxslər 320 manat pulu onun dediyi ünvandan gedib götürmüşlər. Aldığı forsunkaları Valeh təmir etdikdən sonra öz ekskavtorunun forsunkaları xarab olduğu üçün aparıb Qubadlı rayonunda icarəyə verdiyi ekskavatorun üzərinə qoymuşdur.xx.xx.2022-ci il tarixdə onu Zəngilan rayon Polis Şöbəsinə dəvət edib 320 manata aldığı forsunkaların Zəngilan rayonunda ekskavatordan oğurlandığını demişlər. Polis əməkdaşları ilə birlikdə Qubadlı rayonuna getmiş, 320 manata alıb öz ekskavatorunun üzərinə qoyduğu 06 ədəd forsunkanı açıb polis əməkdaşlarına könüllü təhvil vermişdir. Forsunkaları aldığı şəxslərin özlərini görməmiş, onlarla telefonla danışmışdır. Aldığı 06 ədəd forsunkanın oğurluq olduğunu isə bilməmişdir. Məhkəmə iclasında şahid qisminə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, dizel avtomaşınların nasos və forsunkalarının təmiri ilə məşğul olur. Hazırda iş yeri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır. Şahid1 təxminən 2-3 ildir ki, tanıyır, müxtəlif mexaniki nəqliyyat vasitələri var, həmin nəqliyyat vasitələrinin forsunkalarını ona təmir etdirir. Gündüz ilə görüşən zaman ona demişdi ki, texnikalarını işğaldan azad edilmiş rayonlarda tikinti aparan şirkətlərə icarəyə vermişdir. Həmin texnikaların forsunkaları tez-tez xarab olduğu üçün ucuz qiymətə forsunka satılanda ona məlumat versin. 2022-ci ilin fevral ayının əvvəlləri iki nəfər tanımadığı şəxs işlədiyi sexə yaxınlaşıb 07 ədəd ekskavator forsunkası satdıqlarını ona demişlər. Həmin şəxslər ilk əvvəl forsunkaların birini 200 manata satdıqlarını demişlər. Onlara baha satdıqlarını, işlənmiş forsunka almadığı üçün onlara özünün almadığını demişdir. Gündüz ona ucuz qiymətə forsunka satan olsa məlumat verməsini dediyi üçün Gündüzə zəng edib 07 ədəd forsunka satıldığını demişdir. Gündüz həmin şəxslər ilə danışmaq istədiyi üçün telefonu həmin şəxslərə vermişdir. Gündüz həmin şəxslələrlə telefonla danışıb razılığa gəlmişdir. Gündüz ondan həmin forsunkaların hansı vəziyyətdə olduğunu soruşmuş, o da forsunkalardan birinin yararsız vəziyyətdə olduğunu, 2 ədədinin isə təmirə ehtiyacı olduğunu, qalanlarının isə işlək vəziyyətdə olduğunu demişdir. Gündüz həmin şəxslərlə danışdıqdan sonra onlar forsunkaları yanına qoyub getmişlər. Gündüz iki ədəd təmirə ehtiyacı olan forsunkanı təmir edib ona verməsini demişdir. İki ədəd forsunkanın təmir etməyə və digərlərini yoxlamağa Gündüzdən 60 manat pul almışdır. Həmin şəxslərin forsunkaları Gündüzə neçiyə satdıqlarını bilmir, lakin təxmini bilir ki, 300- 350 manat arası satmışlar. İki ədəd forsunkanı təmir etdikdən sonra Gündüz gəlib 06 ədəd forsunkanı götürüb getmiş, həmin şəxslərin verdiyi 01 ədəd forsunka yararsız olduğu üçün sexdə qalmışdır. Forsunkanın oğurluq olduğunu bilməmişdir. Şəxslərdən biri özünü ona ekskovator operatoru kimi təqdim etmişdir. Digəri isə əmisinin ekskovatoru olduğunu, forsunkalar evdə qaldığı üçün satdıqlarını demişdir. Məhkəmə iclasında şahid qisminə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”-nin tikintisini aparan "xxxx" MMC-də 2021-ci ilin dekabr ayından usta kimi işləyir. İnşa edilən evlərdə kafel və metlax vurur. Təqsirləndirilən şəxs1 və X2 qardaşlarıdır, Kamil və Fərid də onunla birlikdə “Ağıllı kənddə” tikilən evlərdə kafel və metlax vurmuşlar. Təqsirləndirilən şəxs2 2021-ci ilin dekabr ayından tanıyır Zəngilan rayonuna işləməyə gedən zaman Rəşad da orda işləmiş, Kamillə dost münasibətləri olduğu üçün onu tanımışdır. Rəşad ilk əvvəl başqa bir şəxslə hörgü hörmüş, 2022- ci ilin yanvar ayından onlarla birlikdə kafel və metlax vurmuş, birlikdə işləmişlər. 2022-ci ilin fevral ayının 8 qardaşı Fəridlə evə gedən zaman polis əməkdaşlarının Kamili axtardığını görmüş, Kamili nə üçün axtardıqların soruşmuş və ona məlum olmuşdur ki, Kamil Rəşadla birlikdə Zəngilan rayonunda, “Ağıllı kəndin" tikintisində istifadə edilən ekskavatorun forsunkalarını oğurlamışlar. Kamilə zəng edib ekskavatordan forsunka oğurluğunda şübhəli olduğu üçün onu polis əməkdaşlannın axtardığını bilməmişdir. Kamil heç nə deməmiş və telefonu söndürmüşdür. Həmin vaxtdan sonra bir neçə dəfə Kamil ailə üzvləri ilə telefonla danışmış, lakin olduğu yeri deməmişdir. xx.xx.2022-ci il tarixdə Kamil Fəridə məxsus 050 ***-**-** mobil nömrəsinə 070 ***-**-** mobil nömrəsi ilə zəng edərək Zəngilan rayonunda “Ağıllı kənddə” Rəşadla birlikdə ekskavatordan oğurladıqları forsunkaları 050 ***-**-** mobil nörməsini işlədən Gündüz adlı şəxsə satdıqların demişdir. Kamil zəng etdikdən sonra həmin nömrəsini işlətməmişdir. xx.xx.2022-ci il tarixdə Kamil 051 ***-**-** mobil nömrəsi ilə qardaşı Fəridə zəng edib ekskavatordan forsunkaları oğurladığı üçün bir iki günə Zəngilan rayon polis şöbəsinə gedib könüllü təslim olacağını demişdir. Məhkəmə iclasında şahid qisminə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri Zəngilandan tanıyır, onlar birlikdə işləmişlər. Həmin vaxtı postda polislərlə problemləri olduğu üçün işdən çıxmışdır. Rəşadla danışmışdır. Belə ki, Rəşad ona zəng edərək texnikanın forsunkalarını sökdüklərini demişdir. X4 sökmüşlər. Onun texnikadan başı çıxdığı üçün texnikanın sökülməsi məsələsini ondan soruşmuş, o da demişdir. Həmin texnikanı əvvəl o, idarə etmişdir. Onun bu işdən heç bir gəliri və xeyri olmamışdır. Rəşad onu öz telenfonundan yığmış, Kamil isə onu yığmamışdır. Rəşadı beş aydır ki, tanıyır və səmimi dostluq münasibətləri olmuşdur. Şahid5 şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət edilsə də, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış və məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə kifayətlənməli olmuşdur. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2007-ci ildən müxtəlif kənd təsərrüfatı texnikaları və ekskavator idarə edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən tanıyır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə telefonla danışmış, Səməd bildirmişdir ki, Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd” layihəsinin tikintisini aparan "xxxx" MMC-yə icarəyə ekskavator vermiş, həmin ekskavatora operator lazımdır, gəlib operator işləsin. Səmədlə razılaşmış və işləmək üçün xx.xx.2022-ci il tarixdə Zəngilan rayonu, İkinci Ağalı kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta yeməyindən sonra, saat təxminən 13 radələrində işləmək üçün Səmədin “AS inşaat" MMC-yə icarəyə verdiyi “Hyundai R 290 LC-9” markalı ekskavatorun yanına getmiş, həmin ekskavatoru işə salmazdan əvvəl mühərrik hissəsinə baxmaq istəmişdir. Mühərrik olan yeri açıb baxan zaman görmüşdür ki, ekskavatorun mühərrik hissəsində olan 06 ədəd forsunka açılaraq götürülmüş, həmin forsunka bağlanan boltlar, qaykalar mühərrik olan yerə dağılmış vəziyətdədir. Səmədə zəng edib ekskavatorun forsunkasının açılaraq aparıldığını demiş, Səməd ilk əvvəl ona bildirmişdir ki, yəqin onun ekskavatorunu səhv salır. "xxxx" MMC-nin işçiləri ilə yenidən baxmış və məlum olmuşdur ki, kimsə həmin forsunkaları oğurlamışdır. Həmin forsunkaları kimin oğurlaması barədə konkret olaraq məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli istintaq tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Flyundai R 290 LC-9” markalı AZ 10-Z- 559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatordan 07 ədəd forsunkanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlayaraq Şahid1 satmış, Şahid1 isə həmin forsunkaları Qubadlı rayonu ərazisində istifadə edilməsi üçün icarəyə verdiyi ekskavatorun üzərinə qoyaraq istifadə etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaya baxış keçirilərək götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai R 290 LC-9” markalı AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatordan oğurlanmış 06 ədəd forsunka Qubadlı rayonu ərazisində Şahid1 məxsus “Liu-Gong” markalı ekskavatorun üzərinə qoyulduğundan həmin 06 ədəd forsunka ekskavatorun üzərindən açılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaya baxış keçirilərək götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai R 290 LC-9” markalı AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun salonundan oğurlanmış 01 ədəd forsunka Şahid4 oğu təqdim edildiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan foto-şəkil ilə tanınmaya təqdim etmə barədə xx.xx.2022-ci il tarixli protokoladan görünür ki, Şahid4 ona təqdim edilmiş 03 ədəd müxtəlif şəxslərin fotoşəkilinə baxan zaman Təqsirləndirilən şəxs2 fotoşəklini təqdim edərək 07 ədəd forsunkaları satmaq üçün gətirmiş və onun vasitəsi ilə Gündüz Teymorova forsunkaları satmış şəxslərdən birinin fotoşəkli olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan foto-şəkil ilə tanınmaya təqdim etmə barədə xx.xx.2022-ci il tarixli protokoldan görününr ki, Şahid4 ona təqdim edilmiş 3 ədəd müxtəlif şəxslər fotoşəkilinə baxan zaman Təqsirləndirilən şəxs1 fotoşəklini təqdim edərək 07 ədəd forsunka satmaq üçün gətirmiş və onun vasitəsi ilə Gündüz Teymorova forsunkaları satmış şəxslərdən birinin fotoşəkli olduğunu bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli 9/1580 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 ədəd “Hyundai R 290 LC-9” markalı Az 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun forsunkalarının istifadədə olunması nəzərə alınaraq 2022-ci ilin fevral ayına olan bazar qiyməti ümumi dəyəri təxminən 1400,00 (7ədəd x 200 mananat) manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını tam çəkib qutardığı üçün şöbənin qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2ci, 66.5-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına, 03 il Dövlət və yerli özünüidarə etmə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 178.2.2, 66.5-ci maddələrinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 03 il müddətinə Dövlət və yerli özünüidarə etmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəkilməmiş cəzasının qalan 10 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 192.2.2, 213.2.2, 32.5,213.2.2, 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən 09 il azadlıqdan məhrum etmə cəzasına, 03 il müəyyən vəzifə tutma hüququndan məhrum edilmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1, 66.3, 66.5-ci maddələrinə əsasən 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 03 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddəti cəzası xx.xx.2016-ci il tarixli qanuna əsasən cinayət hesab olunmadığından xitam verilmiş, xx.xx.2014-cü il tarixli hökmdə CM-nin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, xx.xx.2015-ci il tarixli hökmlə təyin edilmiş əməl xx.xx.2016-cı il tarixli qanuna əsasən cinayət hesab olunmadığından azad olunmuş, CM-nin 66.3 və 66.5-ci maddələri xaric edilmiş və cinayət işinə xitam verilmş, xx.xx.2015-ci il tarixli hökmlə CM-nin 192.2.2, 213.2.2, 32.5,213.2.2, 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən 03 il Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi xx.xx.2016-ci il tarxdə qüvvədə olan 192.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 66.4, 66.5-ci maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə, 03 il müddətinə Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilməklə qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə və 07 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, vergi ödəməkdən yayındığına görə CM-nin 213.1-ci maddəsi ilə başlanmış cinayət işinə xx.xx.2020-ci ildə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 mart 2022-ci il tarixdə saat 19:20də tutulmuşdur. Cinayət işinin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 4(034)-1/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 aprel 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 12 aprel 2022-ci il tarixdə saat 21:30da tutulmuşdur. Cinayət işinin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 4(034)-2/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaqdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-yə icarəyə verilmiş və Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd"-də istifadə edilən, “Hyundai R 290 LC-9" markalı, AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun ümumi dəyəri 1400,00 manat olan 07 ədəd forsunkalarını gizli yolla talamaqla Azərbaycan Respublikası Cinvayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tötətmələri tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını,zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə əsasən Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qasımov X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1, 66.3, 66.5-ci maddələrinə əsasən 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 03 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddəti cəzası xx.xx.2016-ci il tarixli qanuna əsasən cinayət hesab olunmadığından xitam verilmiş, xx.xx.2014-cü il tarixli hökmdə CM-nin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, xx.xx.2015-ci il tarixli hökmlə təyin edilmiş əməl xx.xx.2016-cı il tarixli qanuna əsasən cinayət hesab olunmadığından azad olunmuş, CM-nin 66.3 və 66.5-ci maddələri xaric edilmiş və cinayət işinə xitam verilmş, xx.xx.2015-ci il tarixli hökmlə CM-nin 192.2.2, 213.2.2, 32.5,213.2.2, 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən 03 il Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi xx.xx.2016-ci il tarxdə qüvvədə olan 192.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 66.4, 66.5-ci maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə, 03 il müddətinə Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının 2010.2020-ci il tarixli qanunu tətbiq edilməklə qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə və 07 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş, xx.xx.2019-cu ildə əsas cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılsada, ona təyin edilmiş 03 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasını tam çəkib qutarmadan, yəni qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətməsini məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-cü maddəsinin tələblərinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran halın olmadığını, Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin aşağı həddində və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Odur ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan 7 ədəd forsunka Zərərçəkmiş şəxs qaytarılmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərdən müştərək qaydada 50 manat məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, müsadirə olunmuş əmlak və maddi ziyan yoxdur. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 180 (yüz səksən) manat məbləğində köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsində saxlanılan 7 ədəd forsunka Zərərçəkmiş şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 Hafiz oğlunun və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-2/2022
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-2/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver