Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-2/2024 15.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X1 İdarənin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3 və X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 20, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ona görə ki, onlar, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zəngilan rayonu, Ağalı kəndində yerləşən bazarda, ictimai yer hesab edilən ticarət obyektlərinin qarşısında Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək sərxoş vəziyyətdə ətrafda olan şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə səs-küy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 ilə birlikdə olan Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs burun nahiyyəsinə yumruqla qəsdən vurub yerə yıxdıqdan sonra Cəlal Musaliı ilə birlikdə asfalt örtükdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninə əl və ayağı ilə qəsdən vuraraq sonuncuya alın nahiyyəsinin sol yarısının tüksüz hissəsində 2,x02 sm, sol saidin yuxarı üçdə-birinin arxa-bayır səthində 7x1 sm ölçüdə dərəcələri təyin edilməyən sıyrıq xəsarətləri və başın təpə nahiyyəsində 2,x0,2 sm ölçüdə sağlamlığa yüngül zərər vurmaya aid əzilmiş yara xəsarəti yetirməklə bir qrup şəxs halında xuliqanlıq etmişlər. Qeyd edilən əməli törətməsinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərində cinayət tərkibi vardır. Onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Ağalıda qaynaqçı işləyir. xx.xx.2023-cü ildə saat 21:00 radələrində Zəngilan rayonu, Ağalı kəndində yerləşən bazarda ictimai yer hesab edilən ticarət obyektlərinin qarşısında siqaret almaq üçün dayanmış, həmin vaxt Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona yaxınlaşıb əlini çiyninə qoyaraq ona geyiminə qarşı iradını bildirmişdir. O, Eltuna əlini onun çiynindən çəkməsini bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. O, da əsəbi olduğu üçün aralarında mübahisə başlamış və ətraflarına yığışan kənd camaatı onları ayırmışlar. Aralarında baş vermiş Mübahisə on dəqiqədən artıq davam etməmişdir. Mübahisə zamanı birinci yumruğu Eltun atmış, Eltun onu vuran zaman Cəlal da Eltunu vurmuşdur. Eltunu yumruqla üz nahiyəsindən vurmuşdur. Onların ətraflarına təxmini 15 nəfər adam yığılmışdır. Mübahisə zamanı aralarında söyüş olmamışdır. Eltunu vurmuş və o yerə yıxılmışdır. Eltuna qarşı əsəbi olduğu üçün yerdə də onu vurmuşdur. Hadisə axşam saat 9 radələrində baş vermişdir. Hadisə kənddə mağazanın qarşısında baş vermişdir. İcitmai yer olduğu üçün ətrafda adam olmuşdur. Mübahisə zamanı Eltunda onu yumruqla vurmuş, onun boyun-boğazı qan içində olmuşdur. Dava zamanı kafenin fəaliyyəti dayanmamışdır. Dava zamanı səs-küy olmamışdır. Yalnuz mağazanın sahibi onları aralıyanda səs-küy etmişdir. Polisdə verdiyi ifadəsini təsdiq edir. Mübahisə zamanı o, Eltunu təpiklə vurmamışdır. O və Cəlal Eltunun üzərinə düşüb təpiklə vurmamışlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, himəyəsində anasının olmasını, özünün də belə bir hadisənin olmasını istəməməsini, evi dolandıranın tək o, olmasını, heç bir yerdən köməyi olmamasını nəzərə alaraq, məhkəmədən ona həbs cəzasının verilməməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Qubadlı rayonunda işləyir, Ağalı kəndinə alış-veriş etmək üçün mağazaya gəlmişdir. xx.xx.2023-ci ildə saat 21:00 radələrində Ağalı kəndində yeni açılmış pivəxanada biraz pivə icdikdən sonra, Zəngilan rayonu, Ağalı kəndində yerləşən bazarda ictimai yer hesab edilən ticarət obyektlərinin qarşısında siqaret almaq üçün dayanmış, zərərçəkən şəxs Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona yaxınlaşıb əlini çiyninə qoyaraq ona geydiyi geyiminə görə öz iradını bildirmişdir. Etibar bu zaman ona əlini çiynindən çəkməsini bildirmiş və onların aralarında mübahisə yaranmışdır. Ətrafa yığışan kənd camaatı onları ayırmışlar. Mübahisələri on dəqiqədən artıq davam etməmişdir. Polislər gəldiyi zaman o, hadisə yerindən uzaqlaşmışdır. Hadisə Zəngilan rayonu, Ağalı kəndində marketin qarşısında olmuşdur. O, marketdən bir az aralıda olmuşdur. Etibar isə marketdə növbə olduğu üçün marketin qarşısında növbənin azalmasını gözləmişdir. Eltun Etibarı vurduğuna görə o, da Eltunu vurmuşdur. Eltunun qolundan dartanda o, yerə yıxılmışdır. Mübahisə zamanı onların ətraflarında təxmini 15-20 nəfər kənd əhalisi olmuşdur. O, marketdən bir az aralı olmuşdur. Etibarı müdafiə etmək üçün yaxınlaşmışdır. O, Qarabağ müharibəsində iştirak etmiş, medalları var. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, özü də belə bir hadisənin olmasını istəməməsini, zərərçəkmiş şəxslə barışdıqlarını, Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq, məhkəmədən ona həbs cəzasının verilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsilə həmin cinayət əməlini törətməmələri ilə əlaqədar zəzərçəkmiş şəxsi təpiklə vumadıqları,mübahisə zamanı heç bir söyüşlər söyülmədiyi,səs-küy olmadığı kimi özünümüdafiə xarakterli ifadələr versələrdə də, məhkəmə baxışı zamanı həmin ifadələri iş üzrə araşdırılan mötəbər sübutlarla təkzib olunmuş və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri-məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və məhkəmə ekspertizasının rəyi ilə, eləcə də, iş üzrə tədqiq edilən digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la uzaq qohumluq əlaqələri var, belə ki, atasının əmisi nəvəsidir. Təqsirləndirilən şəxslərlə mübahisələri şortik üstündə olmuşdur. Üstündən xeyli vaxt keçdiyi üçün tam təfərrüatıyla xatırlamır. Evdən bazara tərəf getmiş, biraz da spirtli içkinin təsirində olmuş və onu vuran şəxsi isə xatırlamır. Ağalı kəndində bazarda olan zaman Etibarın əynində şortik görmüş, yaxınlaşıb iradını bildirmişdir ki, bura kənd yeridir, burda şortik geyinmək olmaz və bu səbəbdən də aralarında mübahisə düşmüşdür. Onu kimin vurduğu yadında deyildir. Onlar iki nəfər Etibar və Cəlal olmuşlar. Onu vuranda yerə yıxılmış, oraya səs-küyə toplaşan camaat onları ayırmışlar. O, yerə yıxılandan sonra kimin ona zərbələr vurduğunu da xatırlamır. O, baş və üz nahiyəsindən zədə almışdır. Dava zamanı söyüş olub olmamasını da xatırlamır. Ətraflarına 10-15 nəfər yığılmışdır. İstintaqda nə ifadə yazılmasını bilmir, o, sadəcə olaraq ifadəsinə imza etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmışlar. Təqsirləndirilən şəxslərlə əlbə-yaxa olmuş və bir-birlərini vurmuşlar. O, tez-tez içki içmir. Onu təqsirləndirilən şəxslər bərk vurmamışlar. İfadəsində söyüşdən başqa yazılanlar olmuşdur. Dava zamanı təqsirləndirilən şəxslərə qarşı nə ifadə etməsini isə xatırlamır. O, məhkəmə iclasında yalan ifadə vermir. O, polisdə verdiyi ifadəsində, onların mübahisələri zamanı ətrafdakı obyektlərin fəaliyyəti dayanmışdır, elə söz işlətməmişdir. Təqsirləndirilən şəxslərlə bir-birlərini vurmuşlar. Zərərçəkmiş şəxs daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, iddiası və tələbinin olmamasını, ailə vəziyyəti ilə əlaqəlar olaraq növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclaslarını və məhkəmə çıxışlarının onun iştirakı olmadan keçiriləməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olimadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev X3 RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində işlədiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Zəngilan rayonu, Ağalı kəndində təxminən 200 metr kənarda bazarda səs-küy gəlməsini və adamların toplaşdığını görüb dərhal həmin yerə getmişdir. Həmin yerə yaxınlaşmaq istəyən zaman görmüşdür ki, toplaşan adamlar orda olan Ford markalı avtomobilə tərəf gedirlər. Adamların toplaşdığı yerə gedən zaman görmüşdür ki, toplaşmış adamlar avtomobildə oturan şəxsdən düşməsini tələb edirlər. Əvvəllər tanımamış, sonra adının Etibar olduğunu öyrəndiyi həmin şəxsin üzündə xəsarət olduğunu görmüş, avtomobildən düşməsini bildirmişdir. Həmin şəxs avtomobildən düşən zaman əvvəllər tanımadığı adının Eltun olduğunu öyrəndiyi şəxs Etibarın üzərinə gedərək onu tutub qolları ilə boğmaq istəmiş, Etibarla Eltun bir-birilərinin boyunlarını tutub boğmaq istəmişlər. Lakin o, onları aralaşdırıb Etibarı polis sahə məntəqəsinə dəvət etmişdir. O, bazarın yanına gələndə camaatın toplaşmasını görmüşdür. Təxmini nə qədər adam toplşadığını bilmir. Hadisə bazarın ətrafında olmuşdur. O, xidmətdə olmuş və hadisəni təsadüfən görmüşdür. Camaatın qaçmasını görmüş, o, da onların arxasıyca qaçmış və hadisənin şahidi olmuşdur. Hadisə axşam tərəfi baş vermiş, hava tam qaralmamışdır. Eltunun üzünü qan içində görmüşdür. Etibarın əynində şortik olmuşdur. O, orda söyüş eşitməmişdir. Hadisə zamanı orda heç bir iş rejimi pozulmamışdır. O, gələndə adamlar Etibarla Eltunun ətrafına toplaşmış, Etibarla Eltunu ayıran olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, hadisə olan gün işdən tez çıxmış, taksi fəaliyyəti ilə məşğul olur. “Al marketə” getmiş, özünə içməyə su almışdır. Sonra səs-küy eşitmiş, oraya getmiş, Etibar, Cəlal və Eltunun dalaşmalarını görmüşdür. Ətrafda adamın çox olmasını Eltunla Etibarın dalaşmasını, camaatın isə onları ayırmasını görmüş, sonra polis gəlib onları aparmışdır. Eltun içkili vəziyyətdə olmuşdur. Etibar, Cəlal və Eltun əlbəyaxa olmuşlar. Kimin kimi necə vurmasını dəqiq bilmir. İstintaqda verdiyi ifadəsi düzdür və ifadəsini yayda vermişdir. Mübahisənin nəyə görə baş verməsini bilmir, dava zamanı səs-küy eşitmiş, söyüş isə eşitməmişdir. Eltunla heç bir qohumluq əlaqələri yoxdur. Hadisə Müşviqin marketinin yanında olmuşdur. Ətrafa yığılan adam çox olmuş, təxmini bilmir. Etibarla Cəlalın döyülüb-döyülməməsini isə görməmişdir. Tərəflərin arasında nəyə görə mübahisə olmasını bilmir. Tərəflər təpiklə, əllə bir-birlərini vurmuşlar. Polis gəlib bunları polis bölməsinə aparmışdır. O, davada tam olmamışdır. O, birinci davalarında olmamışdır. Camaatın qaçmasını görmüş və dava olmasını bilmişdir. Avtobusun yanında olanda onların təpiklə bir-birlərini vurmalarını görmüşdür. Davanı dəqiq xatırlamır, amma Eltunu yerə yıxılmış vəziyyətdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Ağalı kənddə kafedə oturub pivə içən zaman, onlardan 30-50 metr aralıda səs-küy olduğunu eşitmiş və hamı səs-küy gələn tərəfə getdiyi üçün o, da oraya getmişdir. Eltunu neçə nəfərin vurmasını isə görməmişdir. Özü görməmiş, Eltunu iki nəfər vurmasını isə eşitmişdir. Ətrafa 40-50 nəfər adam yığılmışdır. O, da səs-küy eşidib getmişdir. Sadəcə Eltunun sifətindən qan gəldiyini görmüş, amma o, davanı görməmişdir. O, orda söyüş eşitməmişdir. O, Ağalı kəndində kafedə oturmuş və səsküyü eşitmişdir. İfadəsini isə hadisə günü vermişdir. Orda ictimal qaydanın pozulmasını görməmişdir. Hadisə zamanı hava qaranlıq olmuşdur. Eltunun həmin günü içkili olduğunu bilməmişdir. O, kənd camaatının səsinə getmiş, hadisə bazarın qarşısında olmuşdur. Ordakı obyektlər axşam saat 11-12-ə kimi işləyir. Mağaza sahibləri işdə olmuşlar. Eltunu iki nəfər şəxs vurub demişlər. Hadisə təxmini 15 dəqiqə çəkmişdir. Sonra mübahisə edən şəxsləri polisin aparmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, axşam tərəfi mağazada alış-veriş edən zaman birdən səs-küy olduğunu görmüşdür. Mağazadan çıxan zaman Eltunla Etibarın dalaşmasını görmışdür. O, Eltunun, Etibarın və Cəlalın əlbə-yaxa olduqlarını görmüş və üçü də yerə yıxılmışlar. Etibarın Eltunun üzərində olmasını, Cəlalın isə Eltunu yumruq və təpiklə vurmasını görmüşdür. Hadisə onun mağazasından 5-6 metr aralıda olmuşdur. Ətrafa təxmini 40-50 nəfər adam yığılmışdır. Sonra o, Etibarı aralayıb mağazasının yanında olan dəmirə onu söykəmişdir. Eltunla heç bir qohumluq əlaqələri yoxdur. Eltunun atasını isə 30 il bundan öncə tanımışdır. Eltun içkili vəziyyətdə olmuşdur. O, səs-küyə çıxmışdır. Etibarı Eltundan aralayıb dirəyə tərəf çəkmişdir. Etibar sonra ozlərinin servis maşınına tərəf getmişdir. Etibarın sonra Eltuna tərəf getməsini isə görməmişdir. O, dava zamanı söyüş eşitməmişdir. Mağazada həmin vaxt ondan başqa işçi olmamışdır. Dükandan çıxdıqdan sonra təxmini 5-6 dəqiqəyə qayıtmışdır. Polisdə verdiyi ifadəsinin bəzisini qəbul edir, bəzisini isə qəbul etmir, çünki əsəbi halda ifadəni vermişdir. Onu polisə çağıranda orda demişlər ki, Etibar deyir ki, onu ağbaş kişi döymüş, o, da əsəbdən o cür ifadə vermişdir. Mübahisələri təxmini 5-6 dəqiqə çəkmiş, orda söyüş eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, təqsirləndilən şəxsləri tanımır, zərərçəkən şəxsi tanıyır. Evdə oturduğu zaman, kənd sakinlərindən ona zəng gəlmişdir ki, Eltunu döymüşlər. O, gedəndə artıq hadisə bitmiş və bunları polis aparmışdır. O, hadisəni görməmişdir. Polisdə verdiyi ifadəsini təsdiq edir. O, hadisə yerinə gələndə kənd camaatını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü xx.xx.2023-cü il saat 21:00-da Zəngilan rayonu, Ağalı kəndində xidmətdə olmuşdur. Həmin vaxt 200 metr kənarda bazarda səs-küy gəlməsini, adamların toplaşdığını görüb dərhal həmin yerə getmişdir. Yaxınlaşan zaman toplaşan adamların ford markalı avtomobilə tərəf getmələrini görmüşdür. Adamların toplaşdığı yerə gedən zaman görmüşdür ki, toplaşmış adamlar avtomobildə oturan şəxsdən düşməsini tələb edirlər. Əvvəllər tanımadığı, sonradan adının Etibar olduğunu bildiyi şəxsin üzündə xəsarətlər olduğunu görüb avtomobildən düşməsini bildirmişdir. Etibar avtomobildən düşən zaman üzündə xəsarətlər olan, əvvəllər tanımadığı adının Eltun olduğunu öyrəndiyi şəxs Etibarın üzərinə gedərək onu tutub qolları ilə vurmaq istəmişdir. Etibarla Eltun bir-birlərinin boyunlarını tutub boğuşmuşlar. Sonra Şahid1 onları aralaşdırıb polis sahə məntəqsinə dəvət etmişlər. O, bazarın yanına gələndə camaatın toplaşmasını görmüşdür. Təxmini nə qədər adam toplşadığını bilmir. Hadisə bazarın ətrafında olmuşudr. O, xidətmətdə olmuş, hadisəni isə təsadüfən görmüşdür. Camaatın qaçmasını görmüş, o, da onların arxasıyca qaçmış və hadisənin şahidi olmuşdur. Hadisə axşam tərəfi baş vermiş, hava tam qaralmamışdır. Eltunun üzünü qan içində görmüşdür. Etibarın əynində şortik olmuşdur. O, orda söyüş eşitməmişdir. Hadisə zamanı orda heç bir iş rejimi pozulmamışdır. O, gələndə adamlar Etibarla Eltunun ətrafına toplaşmışdır. O, gələndə Etibarla Eltunu ayıran olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hdisənin baş verdiyi yer Zəngilan ryaoun, Ağalı kəndi Ağalı kənd yaşayış massivində yerləşən bazardır. Həmin yerdə müxtəlif ticarət obyektləri, işaə müəssisələri yerləşir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X7 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 217/23 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsində 2x0,2 sm ölçüdə, konturiarı qeyri-düzgün, ucları küt, mənfəzi tünd qonur rəngdə qurumuş qartmaqla örtülü bir ədəd yara vardır. Alın nahiyyəsinin sol yarısının tüksüz hissəsində 2x0,2 sm, burun belində 0,5x0,3 sm, sol saidin yuxarı üçdə-birinin arxa bayır səthində isə 7x1 sm ölçülərdə, səthi ətraf zədələnmiş dəri səviyyəsində, açıq qəhvəyimtil rəngə qurumuş qartmaqla örtülü sıyrıqlar vardır, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müəddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X7 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 211/23 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 alt çənə nahiyəsində qançır, sol əl pəncəsi və sol baldır nahiyələrində isə sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilədi və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatiomiya Birliyi” X7 Beyləqan rayon şöbəsindən təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 212/23 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 sağ said nahiyyələrində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilədi və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Füzuli rayon Mərkəzi xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 490 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Füzuli rayon Mərkəzi xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 491 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədn görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədn görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilməklə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zəngilan rayonu, Ağalı kəndi Ağıllı kənd yaşayış massivində yerləşən bazarda Təqsirləndirilən şəxs1 və Cəial Musallı söyüşlər söyərək Zərərçəkmiş şəxs döymüşlər, həmin zaman orda səs-küy olmuş ətrafdan adamlar toplanmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin yerə Ağalı kənd sakinləri Şahid5, Şahid3, Şahid6 gəldiyi müəyyən edilmiş, hadisə yerinə gəlmiş digər şəxsləri müəyyən etmək mümkün olmamışdır. İşdə olan 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» qərardan və 13 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlğının faktki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:00-dan tutulmuş hesab edilmişdir. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» qərardan və 13 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlğının faktki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2023-cü il tarixdə,saat 13:30-dan tutulmuş hesab edilmişdir. İş materiallarına əlavə olunmuş “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı Abşeron rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş “təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlandığı Abşeron rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsi № İ- 51708 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncam ilə Təqsirləndirilən şəxs2 «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zəngilan rayonu, Ağalı kəndində yerləşən bazarda, ictimai yer hesab edilən ticarət obyektlərinin qarşısında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs burun nahiyyəsinə yumruqla qəsdən vurub yerə yıxmış, zərərçəkmişin bədəninə əl və ayaq ilə qəsdən vuraraq sonuncuya alın nahiyyəsinin sol yarısının tüksüz hissəsində 2,x02 sm, sol saidin yuxarı üçdə-birinin arxa-bayır səthində 7x1 sm ölçüdə dərəcələri təyin edilməyən sıyrıq xəsarətləri və başın təpə nahiyyəsində 2,x0,2 sm ölçüdə sağlamlığa yüngül zərər vurmaya aid əzilmiş yara xəsarəti yetirməklə bir qrup şəxs halında xuliqanlıq cinayətini törətmişlər. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər sayılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart №1 saylı Qərarına əsasən,ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyitlik,etinasızlıq göstərməsi,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları ,əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq,bir çox insan və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayətin törədilməsindin əsas səbəbkarı sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 şortikda olduğunu əsas gətirərək Təqsirləndirilən şəxs1 yaxınlaşıb mübahisə etməsi olsa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında birləşərək gücləri zərərçəkmiş şəxsdən xeyli dərəcədə artıq halında, ictimai yerdə, yəni Zəngilan rayonu, Ağalı kəndinin Ağalı kənd yaşayış massivində yerləşən bazarda, ticarət obyektləri və iaşə müəssisələrinin qarşısında Zərərçəkmiş şəxs yerə yıxaraq bədəninin mühtəlif yerlərinə əl və ayaqları ilə vuraraq döymüşlər,həmin zaman orda səs-küy yaranmış və ətrafdan adamlar toplanmışlardır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafda olan insanlaın yanında səs-küy salaraq ictimai qaydaları pozaraq ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinadsızlıq göstərmişlər və Zərərçəkmiş şəxs döyərək ona yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özlərinin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X4 məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, bundan başqa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncam ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən hallarını,cəzasının ağılaşdıran halların olmamasını, həmçinin onların hadisədən sonrakı davranışlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslərin törətdikləri cinayətin ağırlıq dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət bir günə iki gün hesablanmaqla onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları yeri tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Güvən Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 Faiq oğlu və X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi3 Faiq oğlunun və X2 vəkil işlədikləri Güvən Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan, məhkəmə xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 cəzasının icrası Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sabuncu rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bil) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 1 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 Faiq oğlunun və X2 vəkil işlədikləri Güvən Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-2/2024
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-2/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver