Məhkəmə qərarları › İş №1(034)-2/2025

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-2/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-2/2025 03.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı-X1 İdarənin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Zəngilan rayonu, Məşədi İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan məhkumluğu olmayan, Zəngilan rayonu, Məşədi İsmayıllı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni salınmış məhəllədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində fəaliyyət göstərən “AS TT” şirkətinin kampında Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün fraqmentləri yerini dəyişmiş qapalı sınıq, sol gözaltı-burun kökü nahiyəsinin hematoması, ənsə nahiyəsinin isə yumşaq toxumalarının əzilməsi ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Zəngilan rayonu, Alıbəyli kənd ərazisində fəaliyyət göstərən “AS TT” şirkətində qəlibçi işləmiş və Zərərçəkmiş şəxs tanıyır, belə ki, Rusif də orda “AS TT” şirkətində işləmişdir. Aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalmışdır. xx.xx.2024-cü ildə saat təxminən 23:00-da sanitar qovşağından qaldığı kampa geri qayıdarkən Rusifin ucadan nalayiq ifadələr işlətməsini görmüş və yaxınlaşıb söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Rusiflə aralarında sözlü mübahisə yaranmış, Rusif onu əli ilə itələmiş, o, da Rusifi itələmiş və qaldığı otağa geri qayıtmışdır. Bir neçə dəqiqə sonra Rusif otağa gəlmiş və onun üzünün sol tərəfindən yumruqla vurmuş, onun boğazından tutub boğmağa başlamışdır. O, Rusifin əlindən çıxmaq üçün qəsdən dirsəyi ilə üz nahiyəsinə vurmuş, həmin vaxt otaqda olan Elnur və Arzum onları aralaşmış, daha sonra Rusifi çölə çıxartmışlar. Çöldə Rusifin əmisi Adil söyüşlər söymüş, mübahisənin böyüməməsi üçün o kampdan çıxıb Füzuli rayonu, Horadiz şəhərinə getmişlər. O, Rusifi çöldə vurmamış, Rusiflə aralarında yalnız sözlü mübahisə yaranmış, Rusif onu itəliyən zaman Rusifin əlini geri itələmiş, həmin vaxt Elnur mübahisəni kənardan izləmişdir. O, Rusifi qaldığı kampda Rusif onu boğmaq istəyərkən vurmuş, Rusifi vuran zaman Elnur Rusifə heç bir xəsarət yetirməmişdir. O, Abşeron rayonu, Güzdək qəsəbəsində məşqçi işləmiş, dünya çempionu tələbələri var.Həmin ərəfədə zalda suçiçəyi yayıldığına görə onlar məşqləri dayandırmış və Zəngilan rayonuna işləməyə getmişdir. O, 23 ildir ki, məşqiçi-müəllim işləyir, türk döyüş sənəti ilə məşğuldur. Türk döyüş sənəti Azərbaycanda yaranmış, batur, caymaz, ayça növləri var. Batur qaydasız döyüş, caymaz kingboks döyüş növünə yaxındır, ayça karate döyüşünə bənzəyir. Bu stillərin hamısına beynəlxalq dərəcəli yarışlarda hakimlik edir. Ən birinci karate növü ilə o, məşğul olmuş, qara kəmər ustasıdır. O, Rusiflə 30 saniyədə söhbət etməmişdir. Elnurla o, eyni briqadada işləmişdir.O, Kürdəmir rayonunda məşqçi işlədiyi zamanlardan Elnuru tanıyır. Zəngilanda Elnur, o və Arzum eyni otaqda qalmışlar. Həmin gün işdən gəlib axşam kəndə getmək istəmiş, Elnurla taksi tutmış və Məşədi İsmayıllı kəndinə getmişlər. Məmmədbəylidə ictimai iaşə obyekti yoxdur. Hava qaralmamış qayıdıb kampa gəlmişlər. Kampda oturub çörəklərini yemiş, o, çölə çıxanda Rusifi görmüş, amma aralarında münaqişə olmamışdır. O, işlədiyi yerdə Rusifi hər gün görmüş, aralarında heç vaxt münaqişə olmamışdır. Həmin gün zərərçəkmişi çöldə bir dəfə görmüş, Rusif özündə deyil, içkili vəziyyətdə olmuşdur. O, Rusifin içkili olduğunu görmüş və ona sabah söhbət edərlər bildirmişdir. Rusif söyüş söyəndə qıraqdan kimin baxdığını bilmirə, amma Elnur onların qıraqdan onların mübahisə etmələrini görməsini demişdir. O, həmin an Elnuru görməmişdir. Kampa otağa qayıtmış və Rusifin əmisinin çox nalayiq sözlərlə içəri girmək istəməsini görmüşdür. O, kampa otağa gələndə Arzum yatmış, Elnur isə çöldə vaqonun ağzında olmuşdur. Hamamla məsafə 15 metr var Rusif ona söyüş söyəndə o, kampa qayıdan zaman Elnur onun yanına kampa gəlməmişdir. Rusif otağa daxil olub onu yumruqla vurmuş, sonra isə tutub onun boğazından sıxmış, o, Rusifin əlindən çıxmağa hazırlaşmış, Arzum yuxudan oyanmış, bütün kamp otağa yığışsa da, Rusif onu buraxmamışdır. Elnur çöldə Rusifin əmisini saxlamışdır. Mübahisə edən vaxt Elnuru görməmiş, otağa yatmağa gedən vaxt görmüşdür. Rusif onun boğazından tutub sıxanda onun qarşısında dayanmışdır. O, otağa yerinə yatmağa gələndə qapının açılmasını eşitmiş və o, çönən zaman Rusif onu vurmuşdur. Onun boğazından sıxanda başı Rusifin qolunun altında olmuşdur. Onları Arzumgil ayırmışdır. O, söyüş söyən biri deyil, o, orda kiməsə qarşı söyüş söyməmişdir. Rusifin əmisi söyə-söyə bu gecə 3-də burda məhv edəcək demişdir. O, Rusifin üz nahiyəsinə vurmamış, nə olubsa çöldə olmuş, o, bilmir.O, xəsarətlə onun əlaqəsi yoxdur.Hadisədən 2-3 gün öncə 20 metr məsafədən Rusifi əmisi ilə mübahisə etməsini görmüşdür. Həmin günü o, spirtli içki qəbul etməmiş, Elnurun həmin gün spirtli içki qəbul etməsini isə bilmir. O, otağa girməklə Rusifin dalınca gəlməsi 1 gün çəkməmişdir. Bu günə kimi nə onun, nədəki Elnurun Rusiflə hər-hansı şəxsi ədavəti, mübahisələri olmamışdır. O, həmin gün Rusifin içki qəbul etməsini görməmişdir. Həmin gün deyil, başqa vaxt Rusifin içki qəbul etdiyini görmüşdür. Mübahisənin böyüməsini istəmədiyi üçün taksi çağırıb Horadizə çıxıb getmiş, sonra Masazırda polis bölməsinə gedib ifadəsini vermişdir. O, sonuncu dəfə içkini 1998-1999-cu ildə qəbul etmişdir. Rusif orda “bu torpağa daş qoyub gedənin” ifadəsi işlətdiyindən və ordada tək Zəngilanlı o, olduğum üçün iradını bildirmişdir. Sonra Rusifin içkili olmasını görmüş, sabah danışarıq deyib çıxıb getmişdir. O, mübahisə böyüməsin deyə Elnurla çıxıb getmiş, qaçmamışdır. Onlar ordan çıxanda gecə vaxtı olmuşdur. Gecə Horadizə gəlib oteldə qalmış, səhərisi də polis bölməsinə gəlmişdir. Polis bölməsində izahatı alındıqdan sonra onu ekspertə göndərmişlər. Rusifin ailə üzvlərindən orda əmisi işləyir. Talpada olan insanlar zərərçəkmiş şəxsə qoşulub ona qarşı hər-hansı bir hərəkət etməmişlər. O, ümumiyyətlə içki içmir. Sonda təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini bildirərək, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024-cü il saat 23:30-da işlədiyi Zəngilan rayonu ərazisində yerləşən “AS TT” şirkətinin düşərgəsində olarkən həmin vaxt sanitar qovşağına doğru getmiş, həmin vaxt orada onunla birlikdə işləyən Təqsirləndirilən şəxs və Şahid6 sərxoş vəziyyətdə orada dayanmış, bu vaxt Təqsirləndirilən şəxs ona qarşı onun şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs yaşca kiçik və oğlu yerində olmasını, ona qarşı nalayiq ifadələr işlətməməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq, onun üzərinə gələrək ona qarşı şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətməyə davam etmişdir. Ərşad onun üzərinə gələrək Şahid6 gözlənilmədən onu arxadan qucaqlamış, yaranmış vəziyyətdən istifadə edən Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsindən və başının arxa nahiyəsindən vurmuş, onu vurarkən Ərşadın barmağındakı üzük onun burnuna və başının arxa nahiyəsinə dəymişdir. Həmin vaxt o, özünü itirmiş və əmisi Adil Hacıyevin istirahət etdiyi vaqona doğru getmiş, əmisi Adil Hacıyevdə onun arxasınca getmişdir. Ərşad və Elnurun istirahət etdiyi vaqona çatdıqda, orada Ərşad onun üzərinə hücum etmiş, Elnur isə yenə də qolundan tutmuş, bu zaman Ərşad və Elnurun olduğu vaqonda istirahət edən birqadir Arzum araya girərək onu aralaşdırmış və Ərşadı oradan uzaqlaşdırmışdı. Daha sonra həmin vaqondan çölə çıxıb əmisi Adilin yanına getdikdə Elnur onlara yaxınlaşmış, kampda olan işçilərin yanında əmisi Adilin şərəf və ləyqətini alçadan nalayiq ifadələr işlətmişdi. Daha sonra əmisi Adil ilə birlikdə istirahət etdikləri vaqona doğru gedərkən əmisi Adil 102 xidmətinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Əmisi Adilin 102 xidmətinə müraciət etdiyini görən Elnur və Ərşad isə meşəyə girərək oradan uzaqlaşmışlar. Daha sonra hadisənin baş verdiyi yerə polis əməkdaşları gəlmiş, o, özünü pis hiss etdiyi üçün polis əməkdaşları ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişdir. Mübahisə zamanı Elnur ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Ərşad və Elnurun üzərində hər-hansı kəsici-deşici alət, silah və silah qismində istifadə oluna bilən hərhansı bir digər bir əşya-predmet olmamışdır. Əmisi Adil istirahət etdiyi vaqondan Ərşad və Elnurun istirahət etdiyi vaqona doğru getdikdən sonra istirahət etdiyi vaqonda aralarında nöbəti dəfə mübahisə olduqda, artıq kampda işləyən, işçilərin əksəriyyəti orada baş verən səs-küyə oyanıb çölə çıxmışlar. Həmin hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Təqsirləndirilən şəxs onu söyəndə orda ondan başqa heç kim olmamışdır. Orda Ərşad, Elnur və o, olmuşdur. Elnurun onu arxadan tutmasını heç kim görməmişdir. Orda mübahisələri 2-3 dəqiqə çəkmiş, onu vuranda o, huşunu itirmişdir. Onu vurandan sonra Elnur və Ərşad onu buraxıb öz otaqlarına getmişlər. Sonra o, əmisi Adilin yanına getmiş, əmisinin yanında Tural olmuşdur. Onun Ərşadın olduğu kampa getməkdə məqsədi Ərşadın hansı səbəbdən vurması olmuşdur. Əmisi Aqil otağa girməmişdir. Elnur əmisi Adilə var yox söyüşü söymüş, əmisini söyəndə kampda hamı eşitmişdir. Əmisi gəlib Rusifi niyə vurmasını bildiridiyinə görə də Elnur əmisini söyməyə başlamışdır. Əmisi 102-ə yığıb məlumat verdikdən sonra ona da arxasınca gəlməsini bildirmişdir. O, əmisi ilə gedəndə Ərşadla Elnur körpüyə tərəf qaçmışlar. Ərşad onun üstünə hücum çəkəndə briqadir araya girmişdir. Elnur onu arxadan tutanda o, müqavimət göstərə bilməmişdir. Ərşad onun üz və baş nahiyəsindən söyüş söyə-söyə vurmuşdur. İstintaqda verdiyi ifadəmi təsdiq edir. Ərşad onu vuran zaman başıından və burnundan zədə almışdır. Ərşad onu vurandan sonra kampa getmiş, sonra isə meşəyə qaçmışlar. O, öz kamplarına qayıdandan sonra Ərşadgilin qaldığı kampa getmiş, bunların briqadiri Ərşad onu vurmaq istəyəndə araya girmişdir. Onu vurandan sonra kampa qayıtmış, onların kampına gedəndə isə Ərşad onun üzərinə gəlmiş, amma vurmamışdır. X7 soruşandaki Rusifi niyə vurmusan o da cavab olaraq i əcəb edib vurmasını bildirmişdir. Əmisi 102 xidmətinə yığıb məlumat verəndə Ərşadla Elnur qaçıb meşəyə getmişlər.O, həmin gün içkili olmamışdır.O, Ərşadı vurmamış, Ərşad ona şər atır. Orda ondan başqa əmisi işləmiş, başqa isə heç kim işləməmişdir. Təqsirləndirilən şəxs yalan danışır, o, Ərşadı vurmamışdır. O, ayaqyoluna gedəndə Ərşad və Elnur içkili olmuşlar. Ərşad onu söymüş, o, da Ərşada içkili olmasını və ağzının danışığını bilməsini demişdir. Şahid6 onu tutmuş, Ərşad da vurmuşdur. Onun Ərşadla ayaqolu tərəfdə mübahisəsini Arzum görməmişdir. Sonda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş 1000 manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, birlikdə işləyirlər, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, onlar da onun qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə işdən yorğun gəlib yataqxanada ona təhkim edilmiş yerdə yorğun olduğu üçün yatmışdır. Saat təxminən 23:30 radələrində yatdığı otaqda səs-küy olduğunu eşidib, yuxudan ayılmış, yuxudan ayıldıqda onunla bir otaqda qalan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etməsini və əlbəyaxa olmalarını, Zərərçəkmiş şəxs burun nahiyəsinin qanadığını görmüşdür. Həmin vaxt Şahid6 isə orada Ərşad və Rusifi aralaşdırıb, sakitləşdirməyə çalışmışdır. Bu vaxt o, da yerindən qalxıb mübahisə edən Ərşad və Rusifi aralaşdırmağa və sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əmisi Şahid5 qaldıqları otağa girməyə çalışmış, o, mübahisənin böyüməməsi üçün Elnurla birlikdə Adili otaqdan çölə çıxarmışlar. Daha sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralaşmış və çölə çıxmışlar. Çöldə olan zaman aralarında sözlü mübahisə davam etmişmiş və kampda istirahət edən şəxslər həmin yerə gəlmişlər. Daha sonra Zərərçəkmiş şəxs əmisi ilə birgə qaldıqları vaqonun yanına getmişlər. Həmin vaxt Rusifin əmisi Şahid5 DİN-nin 102 xidmətinə baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Sonra Ərşad və Elnurun orada olmadıqlarını görüb, hər ikisinə telefonla zəng etsə də, zəngə cavab verməmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, Rusif onlarla birlikdə Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişdir. Dava zamanı Şahid6 Zərərçəkmiş şəxs əllərindən tutmamış, sadəcə olaraq, Rusif və Ərşadı aralaşdırmış, onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt onların səs-küyünə o, yuxudan oyanmış, Şahid6lə birlikdə, mübahisə edən Ərşadı və Rusifi aralaşdırmış, bu vaxt çöldə olan Rusifin əmisi Adil otağa girmək istəmiş, həmin mübahisənin böyüməməsi üçün Adilin otağa girməsinə mane olmuş,daha sonra Ərşad və Rusif aralaşmışlar. Həmin hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmiş, ətrafdan təxminən 10-15 nəfər şəxs toplanmışdır. O, Ərşadla Rusifin otağa daxil olmaqlarını görməmiş, səsə-küyə ayılmış, ayılanda Ərşadla Rusifin qapışdığını görmüşdür. Həmin vaxt yuxulu olmuş, bunları aralayıb çölə çıxaranda Rusifin burnunun qanadığını görmüşdhür. Otağa daxil olmzadan qabaq Ərşadla Rusifin aralarında nə olması barədə onun məlumatı yoxdur. Vaqonların bir-biri ilə araları 2-3 metrdir. Həmin günü Ərşadın işi olmadığı üçün Zəngilana ata yurdunu görməyə getmişdir. Vaqonda Ərşad və Yusifdən başqa Elnurda olmuş, onları aralamağa çalışmışdır. Onları çölə çıxaranda dava-dalaş olmamış, sadəcə Ərşad Rusifin əmisi ilə sözləşmişdir. O, onları ayırmağa çalışanda Rusifin əmisidə vaqona gəlmişdir. Çöldə işçilər hamısı səsə-küyə çıxmışlar. O, Ərşadda heç bir xəsarət hiss etməmişdir. Ərşadla Rusif otağa girib qapışandan 1-2 dəqiqə sonra yuxudan ayılmışdır. Rusif çölə çıxandan sonra özünü pis hiss etmiş, biraz aralıda əmisi ilə gedib oturmuş, Ərşada isə fikir verməmişdir. Rusifin əmisi 102-ə məlumat vermiş, post patrul gəlmiş, o, da onlarla birlikdə xəstəxanaya getmişdir. O, hadisənin səbəbini və səbəbkarını bilmir. Sonradan eşitmişdir ki, yolda bir-birilərinə rast gəlmiş və aralarında söz-söhbət olmuşdur. İlk kimin kimi təhqir etməsini bilmir. Elnurun isə Rusifi vurmasını görməmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. O, həmin vaxt briqadir işləmiş, Ərşad onun işçisi, Rusif isə başqa kampın işçisi olmuşdur. Ərşad onun qaldığı vaqonda, Rusif isə başqa vaqonda qalırdılar. O, yatmış, ayılanda Ərşadla Rusiflə qapışmasını görmüşdür. Hadisədən sonra vaqonun ətrafına başqa işçilərdə yığışmışlar. Zərərçəkmişin uz-gözü qan içində olduğu üçün fikri onda olmuşdur. O, hadisədən qabaq Ərşadla Rusfin arasında heç bir ədavət olmamışdır. Vaqonun ətrafına işçilər yığışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisədən sonra tanımış, zərərçəkən şəxs isə qardaşı oğludur. Təxminən 4 aya yaxın müddətdir ki, “AS TT” şirkətində dəmirçi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində işlədikləri üçün Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində “AS TT” şirkətinə məxsus yataqxanada qalırlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, birlikdə işləyirlər, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, onlar da onun qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə işdən yorğun gəlib yataqxanada ona təhkim edilmiş yerdə yorğun olduğu üçün yatmış, həmin vaxt yaxın qohumu Zərərçəkmiş şəxs onun yatdığı vaqona gəlmiş, şirkətdə işləyən Təqsirləndirilən şəxs və Şahid6 tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs burnundan qan axırmış, o, yuxudan oyanıb özünə gəlməyə çalışarkən Rusif vaqondan çıxmış, Ərşad və Elnurun istirahət etdiyi vaqona doğru getmişdir. O, da dərhal Rusifin arxasıyca həmin vaqona doğru getmişdir. O, həmin vaqona çatdıqda, içəridə Rusifin Ərşad və Elnurla mübahisə etməsini, Ərşadla əlbəyaxa olmasını görmüşdür. Daha sonra Ərşadla Rusif aralaşmışlar. Həmin vaxt Rusifin burnundan qan axırdı. O, Ərşaddan nə üçün Rusifi vurduğunu soruşduqda, Ərşad ona yaxşı edib Rusifi vurduğunu demişdir. O, da Ərşada qanun qarşısında cavab verəcəyini bildirirək DİN-nin 102 xidmətinə bu barədə müraciət etmişdir. Bu vaxt Elnur da ona Ərşadın yaxşı edib Rusifi vurduğunu, onu da bu günə salacağını bildirmişdir. Onun DİN-nin 102 xidmətinə müraciət etdiyini görən Ərşad və Elnur oradan uzaqlaşmışlar. Daha sonra hadisə baş verən yerə polis əməkdaşları gəlmişlər və Rusif polis əməkdaşları ilə birlikdə Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və ya digərlərinin üstündə hər hansı kəsici-deşici alət, silah və ya silah qismində istifadə edilə bilən heç bir digər əşya-predmet görməmişdir. Həmin vaxt onların səs-küyünə şirkətin kampında işləyən işçilər yuxudan oyanıb çölə çıxmışlar, mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Orada Rusif, Ərşad, Elnur, briqadir Arzum, briqadir İsmayıl və o, orada olmuş, şirkətdə onunla eyni vaqonda istirahət edən iş yoldaşları Tural, Qulu, Əli və digər işçilər isə çöldə olmuşlar. Rusiflə Ərşadın ilk davaları necə olub onu görməmişdir. Rusflə Ərşad vaqonun içində olmuşlar. Hadisə gecə saat 12-də Rusif çölə çıxanda olmuşdur. Mübahisənin nədən baş verməsini isə bilmir. Sonradan Rusif ona demişdir ki, o, ayaqyoluna gedəndə Ərşad onun qarşısını kəsib söyüş söymüş, buda onlara o, övladları yaşındadır, onu niyə söyürsüz bildirmişdir. Elnur bunu tutmuş, Ərşad da vurub burnunu sındırmışdır. Döyülmə faktı vaqonun çölündə olmuşdur. Rusif vaqona burnu sınıq halda sürünə-sürünə gəlmişdir. Onu bu hala kim salmasını soruşmuş, o, Ərşad demişdir. O, Rusfi elə vəziyyətdə görəndən sonra Ərşadgilin vaqonuna yaxınlaşmışdır. O, Ərşaddan soruşmuşdur ki, Rusifi niyə bu hala salmısız cavab olaraq əcəb etməsini demişdir. O, vaqona daxil olanda Arzum oyaq olmuşdur. X5 aralaşdırandan sonra DİN 102-nə yığıb məlumat vermişdir. X4 xəsarət yetirməsini görməmişdir. Rusifin xəsarətləri vaqonun çölündə olmuşdur. Ərşadın Rusifə xəsarət yetirməsini heç kim görməmişdir. Rusif ondan öncə vaqona daxil olmuşdur. Elnurun Rusifin döyməsini görməmişdir. Rusifdən onu kim necə döyməsini soruşduqda o da, cavab olaraq bildirmişdir ki, onu Elnur tutmuş, Ərşadda əlinə üzük taxmış, onunla üz nahiyəsinə və başına vurmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə gecə saat 12-də vaqonun çölündə baş vermiş, o, vaqonun içində olan dava-dalaşı görmüş, Elnur Rusifi tutmuş, Ərşad da onu vurmuşdur. Həmin gün Ərşadla Elnur içkili olmuşlar. O, Ərşadı hadisəyə kimi tanımamış, onunlada heç bir ədavəti, düşmənçiliyi yoxdur. Rusifin Ərşadın vaqonuna getməsinə səbəb günahsız olduğu halda nəyə görə onu bu hala saldığını bilmək istəməsi olmuşdur. Rusifin yanında getməsinə səbəb bir əmi kimi hansı səbəbə görə onu bu vəziyyətə salmalarını bilmək olmuşdur. Ərşad hadisəni törədəndə sonra qaçıb getmişdir. O, Ərşadın vaqonuna girəndən sonra onlarla bir yerdə mübahisə etməmiş, o, vaqonda onları ayırmışdır. Onun izahatında da var ki, Elnur Rusifi tutmuş, Ərşadda onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zənglan rayonu, Ağalı kəndində fəaliyyət göstərən «AS TT» şirkətində briqadir vəzifəsində işləyir və Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, onunla eyni şirkətdə işləyirlər və eyni yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində işdən yorğun gəlib yataqxanada yatmış, həmin vaxt çöldə səs-küy olduğunu eşitmiş və çölə çıxmışdır. Həmin vaxt çöldə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etməsini və Rusifin burnundan qan axmasını görmüşdür. O və orda olan şəxslər Rusiflə Ərşadı ayırmış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Orda Adil adlı şəxs DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Ərşad hadisə yerindən uzaqlaşmış, daha sonra həmin yerə polis əməkdaşları gəlib Rusifi polis məntəqəsinə dəvət etmişlər. Aralarında əvvəllər mübahisə olub-olamamaları barədə heç bir məlumatı yoxdur. O, yatmış, səsə yuxudan durmuş və həmin vaxt Rusiflə Ərşadın aralarında mübahisə olmasının şahidi olmuşdur. Həmin vaxt səs-küy olmuş, o, özü də səsə yuxudan durub çölə çıxmış, ətrafdan insanlar toplaşmışdır. Orda olan şəxslərdən Babayev Əli, Şahid1, Şahid6, Şahid4, Şahid3 və başqa tanımadığı şəxslər olmuşdur. Həmin vaxt heç kimin əlində kəsici-deşici alət və ya silah olmamışdır. O, səs-küyə çıxanda mübahisə 3-4 dəqiqə çəkmiş, sonradan Adil 102-yə zəng etmişdir. İstintaqda verdiyi ifadəmi təsdiq edir. Rusif Ərşada ona əl qaldırmasını, onun oğlu yernində olmasını, ona əl qaldırmasına utanmasını bildirmişdir. Rusif üzü qan içində burnu sındı deyə qışqırmış, o, Rusiflə Ərşadın bir-birilərini vurmasını görməmişdir.O, səs-küyə çıxanda orda çoxlu adam olmuşdur. Rusifin əmisi Adil 102-yə yığacağını, qoy onlar gəlib tədbir görsünlər deyə qışqırırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Bəhmən oğlu ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “AS TT” şirkətində qəlibçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, işlədiyi şirkətdə onunla birlikdə işləyirlər, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2024-cü il tarixdə axşam saat 23:30 radələrində "AS TT" şirkətinə məxsus kampın həyətində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sözlü mübahisə etməsini və bir birlərini itələməsini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs qaldıqları otağa yatmaq üçün gəlmiş, təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs əmisi ilə birlikdə istirahət etdikləri otağa gəlməsini görmüşdür. Həmin vaxt o, qapının çöl tərəfində dayanmışdır. Rusifin əmisi Adil Hacıyev söyüş söyə-söyə otağa girmək istəyəndə o, mübahisənin daha da böyüməməsi üçün Adil Hacıyevi çöldə sakitləşdirməyə çalışmışdır. Otaqda Rusif qolları ilə Ərşadın boynundan tutaraq Ərşadı boğucu fəndə salmış, Ərşad isə Rusifə dirsək nahiyəsi ilə zərbə vurmuşdur. Daha sonra otaqda yatmış vəziyətdə olan briqadir Arzumda qalxıb onları ayırmağa çalışmışdır. Rusiflə Ərşadı ayırdıqdan sonra Rusifin burnundan qan axdığını görmüşmüş, daha sonra Rusifin əmisi Adil bu barədə DİN-nin102 xidmətinə zəng edib məlumat vermişdir. O, söhbətin daha da böyüməməsi üçün həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs aralarında mübahisə olan zaman o, Rusifə əlini belə vurmamışdır. Zərərçəkmiş şəxs onların istirahət etdikləri otağa gəldikdən sonra səs-küy olmuş, orda olan şəxslərin istirahəti pozulmuş, yatmış şəxslər yuxudan durmuş, həmin səsküy olan yerə doğru gəlmiş və ətrafda çox sayda adamlar olmuşdur. O, zərərçəkmiş şəxs olan Rusifi vurmamış, onun qollarını tutmamışdır. Ərşadla Rusifin arasında olan mübahisənin səbəbini bilmir. Mübahisədən öncə Ərşadla Rusifin arasında hər-hansı bir davaya səbəb olacacaq hər hansısa bir sözü bilmir. Hadisə olan vaxtı xatırlamır. Ərşadı tanıyır, onunla bir yerdə işləmiş və bir otaqda qalmışlar. O, otağın içində olan hadisəni görmüş, ondan öncə nə baş verməsini isə bilmir. Rusifin onların qaldıqları kampda niyə görə otağa daxil olmasını bilmir. Həmin gün o, pivə içmiş, Əşadın içki içməsini isə bilmir. O, otaqda Rusifin əmisini aralayıb otaqdan çölə çıxarmışdır. Həmin vaxt kiminsə kimi vurmasını isə görməmişdir. Mübahisənin təxmini nə qədər çəkməsini isə dəqiq bilmir. Rusif onu niyə vurdun deməmişdir. Rusif otağa girəndə üzünə fikir verməmişdir.rusifin əmisi Adil 102-xidmətinə yığıb məlumat vermişdir. Onun Ərşadla getməsinə səbəb başqa bir problemin baş verməməsi üçün olmuşdur. Rusifin ona qarşı hər hansı bir aqressiyası və sözü olmamışdır. O, Rusifin əllərini tutmuş ki, Ərşad onu vursun kimi bir hal olmamışdır. Rusif onların otağa daxil olanda otaqda Arzum olmuş, o, yatmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. O, Rusifin əlini tutmamış, nə o, kimisə vurmamış, nədə kimsə onu vurmamışdır. O, mübahisəni yalnız otağın içində baş verməsini görmüşdür.O, Ərşadla Rusifin mübahisəsini görməmiş, sadəcə otaqda olanları görmüşdür. Xeyli müddət keçdiyi üçün hadisənin gedişatı yadından çıxmışdır. Cinayət işi üzrə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Şahidlərdən Şahid4 teleqramla məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməsini, səhhəti ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şahidlər Şahid1 və Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaqda verdiyi ifadələrini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 5 ay olar ki, Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yerləşən “AS TT” şirkətində qəlipçi vəzifəsində işləyir. Zəngilan rayonunda işlədiyi üçün həmin şirkətə məxsus yataqxanada qalır. İş yerində onu Qulu ləqəbi ilə tanıyırlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Onlarda onun işlədiyi şirkətdə işləyirlər və qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində ona təhkim edilmiş yerdə yatmış, otağın yanından səs gəldiyini eşitmiş və otaqdan çölə çıxmışdır. Çölə çıxan zaman otaqdan kənarda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sözlü mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Rusifin burnundan qan axırdı. Rusifin əmisi Adildə orda idi və Adil bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş və Rusifi Ağalı kəndində yerləşən tibb məntəqəsinə aparmışlar, o, səsə otaqdan çıxmış, alarında baş verən davanı görməmişdir. O, çölə çıxan zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yalnız sözlü mübahisə edirmişlər. Həmin mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt orda Rusif, Rusifin əmisi Adil, Ərşad, Elnur, Arzuman, Tural, Əli, İsmayıl olmuşlar. X9 Həsənovun Zərərçəkmiş şəxs harda vurması barədə məlumatı yoxdur. O, otaqdan səsə çıxan zaman onların mübahisə etdiyini görmüşdür. Həmin vaxt heç kimin əlində silah və ya silah qismində istifadə olunan kəsici-deşici alət olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Zəngilan rayonu, Ağalı kəndində fəaliyyət göstərən «AS TT» şirkətində dəmirçi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, onunla eyni şirkətdə işləyirlər və eyni itaqxanada qalırlar. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində işdən yorğun gəlib ataqxanada yatmış, otağın qapısı döyülmüş və içəri otaq yoldaşı Adilin qardaşı oğlu Rusifin gəldiyini görmüşdür. Həmin vaxt Rusifin burnundan qan axmış və Adilə döyüldüyünü bildirmişdir. Adil yerindən durub Rusiflə birlikdə çölə çıxmış, daha sonrada o, yerindən durub əynini geyinib həmin yerə doğru getmişdir. O, ora gedən zaman Rusiflə Ərşadın arasında sözlü mübahisə gedirmiş. Daha sonra Adil bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Həmin vaxt heç kimin əlində kəsici-deşici alət və ya silah olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş dava ictimai yer olan Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yerləşən «AS TT» şirkətinə məxsus kampda baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X2» X6 rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 335/24 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün fraqmentləri yerini dəyişmiş qapalı sınıq, sol gözaltı-burun kökü nahiyəsinin hematoması, ənsə nahiyəsinin isə yumuşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X2» X6 rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 337/24 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun nahiyəsində sıyrıq, sol gözaltı-almacıq nahiyəsində isə hematoma olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olanxx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Şəfibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir xoşagəlməz məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş 1000 manat ziyan onun tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş 1000 manat məbləğində ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əməli törətməkdə təqsirliliyi, həm ibtidai istintaq orqanı tərəfindən toplanmış, həm də məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş 1000 manat ziyanın onun tərəfindən ödənilməsini, Zərərçəkmiş şəxs da ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş 1000 manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş ziyanın tam şəkildə ödəniliməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin «Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi hallarına” dair 43.3cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasnı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş qətimkan tədbir ləğv edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar