Məhkəmə qərarları › İş №1(034)-3/2022

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-3/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-3/2022 20.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X5 İdarənin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Kəlbəcər rayonu, Nəcəfalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Nəcəfalı kəndində qeydiyyatda olmaqla, hazırda Goranboy rayonu, Xanqərvənd kəndində yaşayan və "xxxx" MMC-də iş icraçısı işləyən, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi onun tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə iş icraçısı vəzifəsində işlədiyi, Zəngilan rayonunda fəaliyyət göstərən "xxxx" MMC tərəfindən Zəngilan rayonu, Ağbənd kəndində internet xətlərinin çəkilişi aparıldığı zaman həmin işlərin görülməsinə rəhbərlik edərkən işə başlamazdan əvvəl rabitə dayağının etibarlılığı, möhkəmliyi yoxlanılmadan işçinin dayağa qalxmasına yol verməklə, “NAOP 5.2.30-1.17-91”, “Rabitə xətlərində və ötürücü hava xətlərində işlərin təhlükəsiz görülməsi qaydalarının 5.3.1-ci bəndinin tələbini pozması ehtiyatsızlıqdan həmin MMC-də fəhlə işləyən və həmin vaxt internet xətlərinin çəkilişində iştirak edən Zərərçəkmiş şəxs dayaqdan tullanaraq yıxılması nəticəsində qapalı onurğa sütunu onurğa beyin travması, L1 (1-ci bel) fəqərə cisminin kompression qəlpəli fəsadlaşan qeyri-stabil sınığı, sidik ifrazın ləngimə tipli pozulması, onurğanın döş bel nahiyəsinin yumşaq toxumaların əziyi ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 162.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. İşin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsi ilə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin may ayından "xxxx" MMC-də iş icraçısı (briqadir) işləyir. Eyni zamanda MMC-nin rəhbərliyinin tapşırığına əsasən ərazidə ümumi işlərə nəzarət edir. 2021-ci ilin noyabr ayından Zəngilan rayonu ərazisində internet xətlərinin çəklişi onun rəhbərliyi altında 4 nəfərdən ibarət heyətlə həyata keçirilmiş, "xxxx" MMC-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq cari ilin may ayından başlayaraq Şuşa, Hadrut, Qubadlı və Zəngilan rayonları ərazilərində internet xətlərinin çəklişini həyata keçirmişlər. Zərərçəkmiş şəxs işçi kimi tanımış, sonuncu internet xətlərinin çəklişi zamanı həm yerdə, həm də yüksəklikdə montajçı kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-də Zəngilan rayonunda aparılan işlərdə fərdi mühafizə vasitələrindən istifadə olunur, işçilər dəbilqə, eynək, əlcək, dəmir ucluqlu ayaqqabı, xüsusi geyim forması və kəmərdən istifadə edirlər. Zəngilan rayonu üzrə həmin işlərə nəzarəti o həyata keçirmiş, hər gün səhər işə başlamamışdan öncə görüləcək işlər və orada yarana biləcək təhlükəli məsələlər müzakirə olunmuş, habelə gündəlik təhlükəsizlik məsələləri ilə bağlı giriş təlimatı, fərdi mühafizə vasitələrinin verilməsi, saxlanılması və və istifadə olunmasına dair təlimat, eyni zamanda vəzifələrinə uyğun digər təlimatlar işçilərə izah olunmuş, işçilərdə da təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra müvafiq jurnallara imza etmişlər. Təhlükəsizlik təlimatlar "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən Şahid2 tərəfindən ona çatdırılmış və o, yerlərdə işçiləri həmin təlimatlarla tanış etməklə hər gün təlimata uyğun iş aparılmasına nəzarət etmişdir. Ərazinin relyefinə görə internet xətlərin çəkilişi zamanı dəbilqə, eynək, əlcək, xüsusi geyim, dəmir ucluqlu ayaqqabı və təhlükəsizlik kəmərində istifadə olunmuş, Zərərçəkmiş şəxs da xx.xx.2021-ci il tarixdə dirəkdə işini bitirib aşağı düşən zaman dirəyin əsdiyini hiss etmiş, onda çaşqınlıq yaranmış və o, özünü 2-3 metrdən yerə atmışdır. Həmin vaxt kürək nayihəsi zədələnmiş və ərazidə olan "xxxx" MMC-yə məxsus tibb maşını ilə xəstəxanaya aparılmışdır. Hadisə zamanı Anarın yanında iş yoldaşlarından Şahid1 olmuş və o, Şahid1la birlikdə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya göndərilməsini təmin etmişdir. O, Zəngilan rayonu ərazisində internet xətlərinin çəkilişi aparıldığı zaman həmin işlərin görülməsinə rəhbərlik etmiş və baş vermiş hadisənin texniki səbəbi kimi işə başlamazdan əvvəl rabitə dayağının etibarlılığını, möhkəmliliyini yoxlamadan, “Rabitə xətlərində və ötrücü hava xətlərində işlərin təhlükəsiz görülməsi Qaydalarını pozaraq Zərərçəkmiş şəxs dayağa qalxmağına yol verməsini göstərmişdir. Sonda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq, məhkəmədən barəsində həbslə bağlı olmayan hökm çıxarılmasını xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə əvvəldən tanıdığı Azad adlı şəxsin vasitəsi ilə "xxxx" MMC-də qeyri-rəsmi işə başlamış, xx.xx.2021-ci il tarixdə həmin MMC ilə rəsmi əmək müqaviləsi bağlayaraq fəaliyyətini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin ərazisində internet xətti çəkən zaman kabeli dirəyə bərkidərkən dirəyin əsdiyini hiss etmiş və özünü yerə atmışdır. Bu zaman bel nahiyəsində küt ağrılar hiss etmiş və sonra orada olan iş yoldaşları Təqsirləndirilən şəxs və Şahid1 köməkliyi ilə xidməti "Ford" markalı avtomobil vasitəsi ilə əsas yola tərəf hərəkət etmiş, orada olan təcilli tibbi yardım avtomobili ilə Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən xəstəxanaya, daha sonra Ağcabədi rayon xəstəxanasına, oradan isə həmin gün axşam saatlarında Respublika Nevrocərrahiyyə Xəstəxanasına gətirilmiş, həmin gün gecə saatlarında müayinə edilmiş və səhəri gün əməliyyat olunmuşdur. İşlədiyi "xxxx" MMC-nin fəaliyyət istiqaməti cərəyansız elektrik və internet xətlərinin çəkilişini həyata keçirməkdən ibarətdir. MMC-yə faktiki rəhbərliyi X8 həyata keçirir. İşçilər tərəfindən fərdi mühafizə vasitələrindən istifadə olunur. Belə ki, işçilər iş zamanı dəbilqə, eynak alcak, damır ucluqlu ayaqqabı, xüsusi geyim forması və kəmərdən istifadə edir. Zəngilan rayonu üzrə həmin işlərə iş icraçı Təqsirləndirilən şəxs adlı şəxs nəzarət edir. "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən Şahid2 tərəfindən hazırlanan təhlükəsizlik qaydaları ilə təlimatlarla tanış etmiş və müvafiq jurnallarda bununla bağlı qeydlər aparılmışdır. İş vaxtı internet kabeli dirəyinə bağlayanda gözü toranlı olmuşdur. Onun işi kabel çəkməkdən ibarətdir. Həmin vaxt 2 nəfər olmuşlar və çıxmaq lazım olmasını bilirdilər. O, yerdən işləri görürmüşdür. Belə ki, hər gün eyni gördüyü işdir, turbalar bağlanır, kabellər çəkilir. Həmin gün onlara özü demişdir ki, bəs 3 nəfərdilər, gedək kabelləri çəkək. O, özü iş icraçısı deyil, sadəcə olaraq yoldaşdırlar. Yuxarıya qalxmazdan əvvəl onlara təlim keçirilir. Lakin hadisə baş verən gün Teyyub orada olsaydı yəqin ki, dirəyə çıxmağa qoymazdır. Onlara təlimi Murad və Teyyub həyata keçirirlər. Murad təhlükəsizliyə baxır. Onlar gündəlik qol çəkirlər. Onun yerə yıxılmasının səbəbi isə yerə düşən vaxtı kəmərin arxaya getməsi olmuşdur. Oraya çıxmamışdan əvvəl hansı qaydada qalxıb çıxılması ilə bağlı təlim keçmişlər. O, dəmiri taxa bilmədiyi üçün yıxılmışdır. Oraya qalxmamışdan əvvəl dirəyin möhkəmliyini o, özü yoxlamamışdır. Belə ki, dirəyin möhkəmliyini Teyyub yoxlamışdır. Həmin günü dirəyə çıxan zaman Teyyubu orada görməmişdir. Yıxılan vaxt isə ağrı hiss etməmişdir. Sonda zərərçəkmiş şəxs ərizə ilə məhəkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin, həmçinin iddiasının olmamasını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən əlavə iş yeri kimi "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir (09:00 dan 13:00dək). MMC-nin fəaliyyəti müəyyən edilmiş ərazilərdə boş kabel xətlərinin çəklişini həyata keçirmək və dirəkləri basdırmaqdan ibarətdir. Göstərilən tarixdə o, "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləmişdir. (xx.xx.2021 -ci il tarixdə işəgötürənlə müqavilənin müddəti bitmişdir.) "xxxx" MMC-nin daimi ofisi Bakı şəhərində Y.V.Çəmənzəminli 24 ünvanında yerləşən “Green Plaza”nın 2-ci mərtəbəsində yerləşir. O, "xxxx"də vəzifəsi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis kimi təlimatların hazırlanmasını təmin etmək və yerlərdə işçiləri həmin təlimatlar ilə tanış etməkdən ibarətdir. O, ötən müddət ərzində iki dəfə Qubadlı və Cəbrayıl rayonlarında olmuş və qeyd olunan istiqamətdə işçiləri təlimatlandırmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-də fəhlə işləyir və onu MMC-nin ərazi üzrə qeyd olunan əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan təlimatları izah edən zaman tanımışdır. Zərərçəkmiş şəxs işçilərin bilik səviyyəsinin yoxlanılması üzrə keçirilən imtahanlarda iştirak etmiş və bununla bağlı jurnallarda müvafiq qeydlər aparılmışdır. "xxxx" MMC-nin həyata keçirdiyi işlər zamanı fərdi mühafizə vasitələrindən istifadə olunur, işçilər dəbilqə, eynək, əlcək, dəmir ucluqlu ayaqqabı və xüsusi geyim forması, kəmərdən istifadə edirlər. Zəngilan rayonu üzrə həmin işlərə nəzarəti MMC rəhbərinin müvafiq əmrinə əsasən Təqsirləndirilən şəxs adlı şəxs həyata keçirir. Xətlərin çəklişi zamanı dəbilqə, eynək, əlcək, xüsusi geyim, dəmir ucluqlu ayaqqabı və təhlükəsizlik kəmərində istifadə olunmalıdır və Zərərçəkmiş şəxs xx.xx.2021 ci il tarixdə Zəngilan rayonunun Ağbənd ərazisində internet xətlərinin çəklişi zamanı göstərlilən mühafizə vasitələrindən istifadə etmişdir. Anar MMC-yə təqdim etdiyi izahatında dirəyin qəfildən əsməsi nəticəsində özünü yerə atdığı zaman xəsarət aldığını qeyd etmişdir. Hadisə zamanı ərazi üzrə təhlükəsizliyə cavabdeh şəxs Təqsirləndirilən şəxs və adlarını xatırlamadığı digər şəxslər Anarm yanında olmuş və ilkin olaraq xidməti avtomobil vasitəsi ilə onu yaxınlıqda yerləşən xəstəxanaya aparmışlar.İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır. O, sentyabr ayının 24-də MMC-də işə qəbul olunmuş, işə qəbul olarkən bu sahədə heç bir şikayət görməmişdir. Belə ki, işçilər qabaqcadan məlumatlandırılmışdır. İstər Qarabağ ərazisində, istərsə də, Bakı şəhər ərazisində heç səhvə yol verilməmişdir. Mütəmadi olaraq tapşırır.İşçinin səhətində problem varsa bunu nəzərə alırlar. İşçilərin özünə 216-cı maddə ilə təhlükəsiz işləməyə borclu olmaqlarını tapşırmışdır. Həmin ərazidə işlərə nəzarətdə şifahi tapşırıq olmur. İşçilərin özlərinə də təhlükəsizlik qaydalarına riayət etməsini bildirmişdir. Whatsapp vasitəsi ilə həftədə 1 dəfə əlaqə saxlıyır. İşçilər mütləq qol çəkilməlidir. İşçi əraziyə qol çəkilməmiş və sağlamlığında problem varsa həmin gun azad edilir. X11 idris oğlu tanış olmuşdur. Zərərçəkmiş şəxsin həmin işi görmək səlahiyyəti olduğu üçün qol çəkmişdir. Teyyub ona zərərçəkmiş şəxsin qol çəkməsini demişdir. Əmək müqaviləsi insan resuslarının işidir, onların işi deyildir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından "xxxx" MMC-də usta işləyir, eyni zamanda MMC-nin fəaliyyət göstərdiyi ərazidə işlərə nəzarət edir. "xxxx" MMC işğaldan azad olunmuş ərazilərdə cərəyansız kabellərin çəkilişini və transformatorların quraşdırılması işlərini aparır. 2021-ci ilin noyabr ayından Zəngilan rayonu ərazisində internet xətlərinin çəkilişi onun və atası Təqsirləndirilən şəxs nəzarəti altında həyata keçirilmiş, xx.xx.2021-ci il tarixdə saat 10:00-12:00 radələrində atası Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs yıxıldığını bildirmiş, sonra o, Zərərçəkmiş şəxs xəstəxanaya aparılmasını eşitmiş, onların arxasınca Bakı şəhərində yerləşən 1 saylı X10, oradan da X4 getmişdir. X1rkən Zərərçəkmiş şəxs ona işləyən zaman dirəyin əyildiyini hiss etdiyi üçün qorxaraq özünü yerə atdığını və xəsarət aldığını bildirmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs və Şahid1 hadisə yerinin yaxınlığında olmuş, ilk olaraq Şahid1, daha sonra isə Təqsirləndirilən şəxs oraya getmişdir. O, Zərərçəkmiş şəxs MMC-yə işə gətirilməsində köməklik göstərmişdir. "xxxx" MMC-də işçilər fərdi mühafizə vasitələrindən, yəni dəbilqə, eynək, əlcək, dəmir ucluqlu ayaqqabı, xüsusi geyim forması, kəmərdən istifadə edirlər. Zərərçəkmiş şəxs da xəsarət aldığı zaman bu vasitələrdən istifadə etmişdir. Zəngilan rayonu üzrə həmin işlərə nəzarəti o və atası Təqsirləndirilən şəxs həyata keçirir. Belə ki, hər gün səhər işə başlamamışdan öncə görüləcək işlər və orada yarana biləcək təhlükəli məsələlər nüzakirə olunur, işçilərə gündəlik təhlükəsizlik məsələləri izah edilir, onlar da təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra müvafiq jurnallara imza atırlar. Təhlükəsizlik təlimatları MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində olan Şahid2 tərəfindən iş icraçılarına göndərilir və icraçılar tərəfindən yerlərdə işçilər həmin təlimatlar ilə tanış edilir və gün ərzində təlimata uyğun iş aparılmasına nəzarət olunur. İş üzrə Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə telefon vasitəsi ilə məlumat verilsə də o, hazırda Laçın rayonunda olduğundan məhkəmə iclasında işirak edə bilməyəcəyini bildirmiş, məhkəmə isə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2021-ci ilin təxminən sentyabr ayından "xxxx" MMC-də fəhlə işləyir. "xxxx" MMC işğaldan azad olunmuş ərazilərdə cərəyansız optik kabellərin çəkilişini və transformatorların quraşdırılmasını həyata keçirir. "xxxx" MMC-nin işçisi kimi 2021-ci ilin noyabr ayınadək Cəbrayıl rayonunda, daha sonra Zəngilan rayonunda fəaliyyət göstərməyə başlamış, Zəngilan rayonu ərazisində gördükləri işlərə nəzarəti iş icraçısı Teyyub Şamilov həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxsla bir yerdə işləmiş, həmin gün saat 10:00 radələrində Anar kabel çəkmək üçün çıxdığı dirəkdən özünü yerə ataraq yıxılmış, dərhal ona yaxınlaşıb vəziyyətini soruşmuş, Anar da belində ağrılar olduğunu demişdir. Bir az sonra həmin ərazidə olan Təqsirləndirilən şəxs da onların olduğu yerə yaxınlaşmış, "xxxx" şirkətinin tibb xidmətinə zəng etmiş, 20-30 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmişdir. Təqsirləndirilən şəxs işçilərə nəzarət üçün işlədikləri ərazidə qalmış, Elşən isə Anarla birlikdə təcili tibbi yardım maşını ilə "xxxx" şirkətinin mərkəzi kampına getmiş, orada Anara ilkin tibbi yardım göstərildikdən sonra onlar Füzuli rayonu, Əhmədbəyli kənd xəstəxanasına, sonra isə X3 getmiş və Anar xəstəxanaya yerləşdirildikdən sonra, iş yerinə, yəni Zəngilan rayonuna qayıtmışdır. "xxxx" MMC-də fərdi mühafizə vasitələrindən dəbilqə, eynək, əlcək, dəmir ucluqlu ayaqqabı, xüsusi geyim forması, kəmərdən istifadə edilmişdir Zərərçəkmiş şəxs da xəsarət aldığı zaman bu vasitələrdən istifadə etmiş, Zəngilan rayonu üzrə həmin işlərə nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmişdir. Hər gün səhər işə başlamamışdan öncə görüləcək işlər və orada yarana biləcək təhlükəli məsələlər müzakirə olunmuş, işçilərə gündəlik təhlükəsizlik məsələləri iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən izah olunmaqla, təhlükəsizlik qaydaları ilə tanış olub müvafiq jurnallara imza etmişlər. Hadisə zamanı o Anarın yanında olmuş, daha sonra Təqsirləndirilən şəxs onların olduğu yerə gəlimdir. Cinayət işinin materiallarında olan və hadisə yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, hadisə yeri Zəngilan rayonu, Ağbənd kəndi ərazisində yerləşən torpaq sahəsinin üzərində olan optik internet xəttinin çəkildiyi dirəyin yerləşdiyi yerdir. Dirəyin hündürlüyü ümumi 6 metr, torpağa basdırılmış hissəsi 2 metr, havada olan hissəsi 4 metrdir. Həmin ərazidə bir-birindən 45 metr məsafədə yerləşən bir neçə optik kabel dirəyi vardır. Onlar öz aralarında optik kabellərlə birləşdirilmişdir. Dəmir materialdan olan internet xətti dirəyinin üzərində 7 ədəd dirəyə dırmanmaq üçün çıxıntı vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xəsarət alan Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində məhz həmin yerdə (“Kalyon" şirkətinin 112 adlanan ərazisində) olan zaman Zərərçəkmiş şəxs kabeli dirəyə bərkidərkən öz müvazinətini itirərək dirəyin torpaqdan 3 metr hündürlükdə olan hissəsindən arxası üstə torpaq hissəyə yıxılaraq xəsarət aldığını bildirmişdir. Baxış zamanı “Canon" markalı rəqəmsal fotoaparatla hadisə yerinin 3 ədəd fotoşəkli çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin baş direktoru X8 arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs "xxxx" MMC-də elektrik vəzifəsi üzrə işə qəbul edilmişdir. Cinayət işnin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 05 saylı əmrindən görünür ki, Zəngilan rayonu ərazisində yeni magistral yolların çəkilişi ilə əlaqədar layihəyə düşən, yol çəkilişinə mane olan yüksək gərginlikli elektrik xətlərinin yerlərinin dəyişdirilməsi, yeniləri ilə əvəz edilməsi və yüksək gərginlikli elektrik naqillərinin çəkilişi ilə əlaqədar Zəngilan rayonuna göndərilən işçi qruplarına usta, fəhlə və digər heyət üzvlərinin texniki təhlükəsizlik qaydalarına riayət olunması, zəruri geyim və digər mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda digər zəruri işlərə rəhbərlik həmin tarixdən "xxxx" MMC-nin elektrik ustası Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin xx.xx.2021-ci il tarixli 1278 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - qapalı onurğa sütunu onurğa beyin travması, L 1 (1-ci bel) fəqərə cisminin kompression qəlpəli fəsadlaşan qeyristabil sınığı, sidik ifrazın ləngimə tipli pozulması, onurğanın döş bel nahiyəsinin yumşaq toxumaların əziyi və cerrahi əməliyyatdan sonrakı vəziyyət bərk küt eşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göslərilən və stasionar xəstənin tibbi kartasının kserosurətində qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni dirəkdən yıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/763 nömrəli əmək təhlükəsizliyinin tədqiqi ekspertizası rəyində görünür ki, “NAOP 5.2.30-1.17-91”, “Rabitə xətlərində və ötürücü hava xətlərində işlərin təhlükəsiz görülməsi Qaydalarının 5.3.1-ci bəndinin və "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 3.1- ci bəndinin tələbi pozulmuşdur.Zəngilan rayonu, Ağbənd qəsəbəsinin inzibati ərazisində internet çəkilişi işləri zamanı işə başlamazdan əvvəl rabitə dayağının etibarlılığının, möhkəmliyinin yoxlanılması təmin edilmədən, onun mexaniki möhkəmliyinə əmin olunmadan işçinin dayağa qalxmasına yol verilməsi, baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Zəngilan rayonu, Ağbənd qəsəbəsinin inzibati ərazisində internet çəkilişi işləri zamanı işə başlamazdan rabitə dayağının etibarlılığının, möhkəmliyinin yoxlanılmadan işçinin dayaca qalxmasına yol verdiyinə görə , “NAOP 5.2.30-1.17-91”, “Rabitə xətlərində və ötürücü hava xətlərində işlərin təhlükəsiz görülməsi Qaydalarının 5.3.1-ci bəndinin tələbi ərazidə həmin işlərin görülməsinə rəhbərlik etmiş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş sahəsində, yəni dayaqdan enmədən qoruyucu kəməri açdığına görə “hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 3.1-ci bəndinin tələbi Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən rabitə dirəyində işlərin görülməsinə başlamazdan əvvəl dayağın etibarlılığı və möhkəmliyinin yoxlanılmasının təmin edilməməsi, bununla da, işçi Zərərçəkmiş şəxs işləyərkən dayaq tərpəndiyinə görə, dayaqdan enmədən qoruyucu kəmərini açması Zərərçəkmiş şəxs dayaqdan yıxılmasına gətirib çıxartmışdır. Göstərilənlərə əsaəsn Neo Construction” MMC-də iş icraçısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən “NAOP 5.2.30-1.17-91”, “Rabitə xətlərində və ötürücü hava xətlərində işlərin təhlükəsiz görülməsi Qaydalarının 5.3.1-ci bəndinin tələbinin pozulması və işçi Zərərçəkmiş şəxs təfrinəldn "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 3.1-ci bəndinin tələbinin pozulması baş vermiş hadisə ilə bağlı birbaşa səbəbli əlaqəsi olmuşdur. Cinayət işinin materiallaırnda olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ”Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs Göranboy rayon X7 hüquqi şəxsi tərəfindən verilmş arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən Goranboy RMX-nın poliklinkasında “onurğa sütunun travması L1 fəqərəsinin qəlpəli sınığı” diaqnozu ilə qeydiyyatdadır, xəstəyə əmək qabiliyyəti olmamaq vərəqəsi açılmış və davam etdirilir. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ”Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs Göranboy rayon X7 hüquqi şəxsi tərəfindən verilmş arayışdan görünür ki, Təqsirləndirilən şəxs heç bir xəstəliklə bağlı Goranboy RMX-na müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kənd inzibat ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 254 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Goranboy rayonu Xan qərvənd kəndində qeydiyyatda olmadan yaşayır. Cinayət işinin materiallarında olan Goranboy rayon Xanqərvənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin məktubundan görünür k, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə iş icraçısı vəzifəsində işlədiyi, Zəngilan rayonunda fəaliyyət göstərən "xxxx" MMC tərəfindən Zəngilan rayonu, Ağbənd kəndində internet xətlərinin çəkilişi aparıldığı zaman həmin işlərin görülməsinə rəhbərlik edərkən işə başlamazdan əvvəl rabitə dayağının etibarlılığı, möhkəmliyi yoxlanılmadan işçinin dayağa qalxmasına yol verməklə, “NAOP 5.2.30-1.17-91”, “Rabitə xətlərində və ötürücü hava xətlərində işlərin təhlükəsiz görülməsi qaydalarının 5.3.1 -ci bəndinin tələbini pozması ehtiyatsızlıqdan MMC-də fəhlə işləyən və həmin vaxt internet xətlərinin çəkilişində iştirak edən Zərərçəkmiş şəxs dayaqdan tullanaraq yıxılması nəticəsində qapalı onurğa sütunu onurğa beyin travması, L1 (1 -ci bel) fəqərə cisminin kompression qəlpəli fəsadlaşan qeyri-stabil sınığı, sidik ifrazm ləngimə tipli pozulması, onurğanın döş bel nahiyəsinin yumşaq toxumaların əziyi ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilənin, Azərbaycan Respublikası CM-nin 61.1.1.-61.1.13.-cü maddələrində müəyyən edilmiş, cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini, təqsirini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin, iddiasının olmamasını, həmçinin təqdim edilmiş Azərbaycan Respublikası Medalının vəsqəsinin surətlərində oğlu Şahid3 ikinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli sərəncamı ilə Şahid3 “Laçının azad olunmasına görə», 2021-ci il 24 iyun tarixli 2720 nömrəli sərəncamı ilə «Suqovşanın azad olunmasına görə» medalları ilə təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci 100 manat təşkil edir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, 100 manat məhkəmə məsrəfləri (ekspertiza xərcləri) təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı , həm də məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar