Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-3/2023 20.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X5 İdarənin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 29 10.1993-cü ildə Ağcəbədi rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağcəbədi rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində aralarında baş vermiş davanı bəhanə gətirərək, həmin tarixdə saat 20 radələrində Zəngilan rayonu, Ağalı kəndində yerləşən, inşaat işçilərinin yaşaması üçün nəzərdə tutulmuş modul tipli yataqxananın yaxınlığına gələrək, həmin vaxt ətrafda olan şəxslərə məhəl qoymayaraq özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq, söyüşlər söyərək qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmçinin əl zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs1 alt dodağının selikli qişasında qansızma ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə alt çənə nahiyyəsində qançırla müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Qeyd edilən əməli törətməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o təxminən 10 ildir ki, dəmirçi işləyir. 2021-ci ildən Zəngilan rayonunun Ağalı kəndində dəmirçi işləyir. Zərərçəkmiş şəxs1 də iki oğulları ilə həmin yerdə dəmirçi işləyirlər. Mübahisə işlədikləri dəmirə görə baş vermişdir.İşlədikləri yerdə oval formasında əyilmiş dəmirlər olmuşdur və Etibarın oğlu Nazim onu kəsəcəyini demiş, lakin o, kəsiləsi dəmir deyildir, çünki dəmiri kəssə idi o, birdə gedib əlavə dəmir gətirməli olacaqdır. Dəmiri gətirdiyi yerlə işlədiyi yerin arasında 150-200 metr məsafəsi vardı. Dəmiri gətirib yerinə qoymuş, Etibarın oğlu Nazim dəmiri kəsəcəyini demişdir. O, bildirmişdir ki, dəmir kəsiləsi deyil, lakin Nazim ona məhəl qoymamış və laqondanı götürüb dəmiri kəsməyə yaxınlaşmışdır. O, Nazimin əlindən laqondanı almaq istəyəndə onu vurmuşlar. Nazim yaxasından tutmuş və işlədiyi yer hündür olduğu üçün o yerə yıxılmışdır. Etibarda gəlib onu vurmağa başlamışdır. Nicat arxadan əlində armaturla qaça-qaça gələrək onu vurmaq istəmiş, lakin orda olan uşaqlar buna imkan verməmişlər. Ordanda kampa gəlmişdir. Nazim ona söyüş söydüyü üçün axşam gəlmişdir ki, bəs Nazim ondan üzr istəsin, üzr istəməsə pollisə zəng vurub onu döymələri barədə məlumat verəcəyini bildirmişdir. Zənn etmişdir ki, Nazim səhvini başa düşüb üzr istəyəcək, amma tam əksi olmuşdur. Nazim ona demişdir ki, söyüş söyməmiş, aralarında mübahisə yaranmışdır. Birdə onu görmüşdür ki, Etibar arxadan kəsici alətlə iki dəfə onun ürək nayihəsindən vurmuşdur. Aradan üç dəqiqə keçməmişdir ki, qardaşı Nurlan gəlmiş və onu da vurmuşlar. Qardaşını ön tərəfdən ürək nayihəsindən vurmuşlar. Onlar ikisi də yerə yıxılmışlar. O, «qardaşımı vurdular kömək edin qardaşım ölür” demişdir. Heç kim yaxın durmamışdır. Kimisə tanımadığı üçün şəxsən köməklik istəyə bilməmişdir. Cabbar gəlmiş, qardaşını qucağına almış və qucağında yola kimi aparmışdır. Onların olduqları yerdən yola kimi 300-400 metr məsafə olmuşdur. Cabbar onu və qardaşını aparıb şirkət maşınına mindirmiş və xəstəxanaya çatdırmışdır. Sonra əməliyyata girmişlər və bir həftə Füzulinin Əhmədbəyli kəndində xəstəxanada yatmışlar. Vəziyyətləri ağır olduğu üçün onları Bakıya gətirmiş və 10 gün xəstəxanada yatmışlar. Nazim onun üstünə gəldiyi üçün aralarında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakterli ifadə versə də, məhkəmə baxışı zamanı həmin ifadəsi iş üzrə araşdırılan mötəbər sübutlarla təkzib olunmuş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri-məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və məhkəmə ekspertizasının rəyi ilə, eləcə də, iş üzrə tədqiq edilən digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Hidayətin tutulmasını istəmir, şikayətçi deyildir. Hadisə Zəngilan rayonunda olmuşdur. Balaca oğlu ilə Hidayət arasında söz-söhbət olmuşdur. Demək olar ki, söhbət heç nəyin üstündə olmuş, biri deyib armaturu «mən kəsim o biri deyib kəsmə”. Ayın tarixini isə xatırlamır, təxmini saat 11 radələrində olmuşdur. Hadisə Zəngilan rayonunun Ağalı kəndində iş yerində olmuşdur. Belə ki, orda armaturlar vardı və onları kəsmək lazım olmuşdur. Hidayət ona əmi kəsmə, onları o, özü kəsəcəyini demişdir. Oğlu isə armaturu kəsib tez bazar işini qutarmaq istəmişdir. Oğlu istəsə də, Hidayət kəsmək lazım deyil, özü düzəldəcəyini bildirmişdir. Siqaret çəkmək üçün kənara çəkilmiş və bu zaman görmüşdür ki, balaca oğlu laqondanı götürüb dəmiri kəsmək istəyir. Onun üçün də bunlar arasında mübahisə düşmüş, ikisidə bir-birlərini vurmuşlar. Orda işləyən uşaqlarla onları ayırmış və onları barışdırmışdır. Axşam tərəfi Hidayət oğlunu çağırmamış, özü gəlmiş və mübahisələri düşmüşdür. Onu isə heç kim vurmamışdır. Gecə vaxtı qaranlıq olduğu üçün telefon işığı ilə görmək mümkün olmamış, kimin kimi vurmasını isə bilmir. Hadisəni xatırlayanda isə pis olur. Polisə ifadə vermişdir. O, uşaq bir həftə içəridə qalsa orda yaxşı insanlara rast gəlməyəcək, yaxşı, zəhmətkeş oğlandır. İçəridə isə mərdiməzar adamlar çoxdur. İçəri düşərsə buna nömrə veriləcək, sonra bununda zayı çıxacaqdır. Atası da kasıb adamdır. Hər şey kasıbçılıqdan olmuşdur. O, ordakı mübahisədə böyüklük edə bilməmişdir. Uşaqlarını 10 yaşından özü böyütmüş, kənddə uşaqlarını heç kimə qoşulmağa imkan verməmiş, tikintiyədə özü ilə aparmışdır ki, öz nəzarətilə bir yerdə işləsinlər. Tikintiyə çörəklərini qazanmaq üçün gətirmişdir. Oğlu hərbi xidmətə yararsız olduğu üçün yanına gətirmişdir. Axşam üstü saçını kəsəcəkdir, onun üçün qayçı əlində olmuş, bəlkə də özünü müdafiə üçün götürmuş, hər şey olar deyə düşünmüş, oğlanlarına nəsə olar, nə olacaqsa qoy ona olsun demişdir. Qayçını kiminsə üstünə gedib hücum edib vursun deyə götürməmişdir. Hidayətin əlində bıçaq olmasını görməmişdir. Hidayətin qardaşını necə vurmasını isə bilmir, günah ondadır. Telefonun işıqları gözünə düşdüyündən heç kimi görməmiş, heç nə düşünməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında zidiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təxminən 20 ildir ki, dəmirçi işləyir. 2022-ci ilin mart ayından Zəngilan rayonu, Ağalı kəndində, “Ağıllı kəndin” tikintisini aparan “AS İnşaat" MMC-də dəmirçi işləmiş, yeni salınan kənddə su arxı çəkmişdir. Oğulları Nicat və Nazim də “Ağıllı kənddə" onunla birlikdə işləmişdir. Təqsirləndirilən şəxs da “Ağıllı kənddə” onlarla birlikdə dəmirçi işləmiş, sonuncu ilə əvvəllər aralarında heç bir düşmənçilikləri və ədavətləri olmamış, əksinə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində "Ağıllı kənddə” işdə olan zaman Nazimlə Hidayətin arasında armaturları kəsmək üstə mübahisələri olmuş, mübahisə zamanı Hidayət Nazimə söyüşlər söyüb üzündən yumruqla vurmuşdur. Onları aralaşdırmışlar, Hidayət söyüşlər söyüb axşam gedib Horadizdə söhbət etmələrin deyib qaldıqları kampa getmişdir. Hidayət getdikdən sonra oğlu Nicat gedib Hidayətdən üzr istəyib barışmaların demiş, Hidayətin yanına kampa gedib barışmalarını demişlər, Hidayət barışmaq istəməsə də sonradan barışdığını demişdir.xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində kapmda olan zaman oğlu Nicat yanına gəlib ona demişdir ki, Hidayət qardaşının gələcəyini, Nazimlə birlikdə onu çağıracağını, gedib söhbət edəcəkərin bildirib. Təxminən 5 dəqiqə sonra Hidayət kampın qapısını açıb Nazimlə Nicatı çölə çağırmışdır. Onların getdiyini görüb ehtiyyat üçün şkafında olan tutacaq yeri sarı qayçını özü ilə götürüb onların arxasınca getmişdir. Kampdan çıxan zaman görmüşdür ki, ondan təxminən 15 metr qarşıda qaranlıq heç kim olmayan yerə gedirlər, Hidayətin yanında tanımadığı başqa 3-4 nəfər şəxs də var. Qaranlıq olduğundan həmin şəxslərin dəqiq olaraq neçə nəfər olduqları və üzləri yadında qalmamışdır. Onlara yaxınlaşanda zaman görmüşdür ki, Hidayət Nazimlə dalaşmaq istəyir, Nicat iss daşalmamaların, söhbət edib getmələrin deyir. Həmin vaxt orda olan iş yoldaşı Cabbar Hidayətin qarşısını kəsib aralaşdırmaq istəmiş, Hidayət Cabbara demişdir ki, kənara çəkilsin, yoxsa ilk əvvəl ona soxacaq. Həmin vaxt fikirləşmişdir ki, Hidayətin üzərində bıçaq var, bıçaqla Nazimi vurmaq istəyir. Onlara yaxınlaşıb Hidayəti sakitləşdirmək istəmiş, dəfələrlə Hidayətə demişdir ki, ondan üzr istəyir. Hətda Hidayətə yalvararaq sakitləşməsini, dalaşmamalarını demişdir. Hidayət ona tərəf çönüb yumruqla çənəsindən vurub demişdir ki, sən sakit dur, sənlik deyil. Onu vurduqdan sonra Hidayət, qardaşı Nurlan və onların yanında gələn bir neçə şəxs Nicat və Nazimə dalaşmışlar. Səsə toplaşmış iş yoldaşları onları sakitləşdirmiş, Hidayət bir qədər sakitləşmiş, Hidayətin skitləşdiyin görüb getmək istəmişlər. Həmin vaxt Hidayət demişdir ki, bir dəqiqə gözləsinlər Nazimə söz deyir. Hidayət onları aldadıb özünü sakitləşən kimi göstərmiş və ani vaxtda Nazimin ağız hissəsindən yumruqla vurmuşdur. Nazim Hidayətin yumruğundan yerə yıxılmış, Hidayət Nazimə yaxınlaşıb yenidən onu döymək istəmiş, Hidayəti tutub sxlmaq istəsə də saxlaya bilməmişdir. Hidayətin sağ əlini arxa cibinə apardığını görüb fikirləşmişdir ki, Hidayət arxa cibindən bıçaq çıxarıb Nazimi vuracaq. Hidayəti başqa cür sakitləşdirə bilmədiyi üçün ona yaxınlaşıb sağ əlində olan qayçı ilə iki dəfə Hidayətin kürək hissəsindən vurmuşdur. Hidayət qışqırıb bıçaqlandığını demişdir. Aralaşıb getmək istəyən zaman kimsə boynunun arxa hissəsindən vuraraq onu yerə yıxmış, həmin şəxsin əlindən çıxa bilməmiş, məcbur qalıb arxaya baxmadan sağ əlində olan qayçı ilə üzü aşağı dayanmış vəziyyətə arxa tərəfə özünü müdafiə etmək üçün qayçı ilə zərbə tullamış, qayçının həmin şəxsin hansı nahiyyəsinə dəydiyini bilməmişdir. Sonradan görmüşdür ki, həmin vurduğu şəxs Hidayətin qardaşı Nurlandır. Orda olan iş yoldaşları onları aralaşdırmış, Nicatla Nazimi götürüb həmin yerdən aparmışdır. Alt çənə nahiyyəsində qançır xəsarətini xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Hidayət Nazimi döymək istəyən zaman Hidayəti sakitlşdirmək istəyən zaman Hidayətin yumruqla çənəsindən vurması zamanı almışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxsla aralarında olan dava təxminən 15-20 dəqiqə davam etmiş, həmin dava zamanı səs-küy olmuş, həmin yerə səsə iş yoldaşları toplaşmış, səs-küy nəticəsində ictimai qayda pozulmuşdur. Orda admların toplaşmasına, ictimai qaydanın pozulmasına səbəb Hidayətin səs-küy salaraq söyüşlər söyüb Nazimi döymək istəməsi, ona və Nazimə xəsarət yetirməsi olmuşdur. Zərərçəkmiş şəxs X3 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək işləri ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkəmədən isə təqsirləndirilən şəxsə cəza təyin edilməməsini bildirmişdir. Məhkəmə, məhkəmənin sonrakı iclaslarını zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Zəngilan rayonunun Ağalı kəndində işlədiyi yerdən tanıyır. Hidayətlə Zəngilanda bir yerdə işləmişlər. Aralarındakı mübahisə armatura görə olmuş və bir-birlərini vurmuşlar. Atası ilə ikisi kampa getmiş, ilk olaraq qardaşı Nicat getmiş və ataları onları barışdırmışdır. Axşam Hidayət onları söhbət etmək üçün çağırmış, ilk öncə qardaşı ilə o, getmiş, sonra ataları arxalarınca gəlmişdir. Söhbət etmiş və aralarında mübahisə yaranmışdır. Aralarında isə böyük bir söhbət olmamışdır. Axşam vaxtı ikisi də bir-birlərini vurmuşlar. Hidayətin isə atasını vurmasını görməmişdir. Baş vermiş davada atası ilə qardaşı həm vurmuş, həm də vurulmuşlar. Dava zamanı hamı birbirini söymüşdür. O, da əsəbi olduğu üçün söyüş söymüşdür. Birinci o, Hidayəti vurmuş, gücü çatmadığı üçün yerə yıxılmışdır. Hidayətin onu necə və nəylə vurmasını isə dəqiq bilmir. İstintaqda verdiyi ifadələrində burda olduğu kimi fikrini izah edə bilməmişdir. Hidayətlə barışmışlar. Əsəbi olduğlari üçün Hidayətlə bir-birlərini əllə vurmuşlar. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında zidiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, atası Zərərçəkmiş şəxs2 və qardaşı Şahid3la birlikdə 2022-ci ilin mart ayından Zəngilan rayonu, Ağalı kəndində, “Ağıllı kəndin” tikintisində dəmirçi işəmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə işləmiş, əvvəllər aralarında heç bir düşmənçilikləri və ədavətləri olmamış, iş yoldaşı kimi yaxşı münasibələri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində “Ağıllı kənddə” işdə olan zaman təməl qurmada istifadə etdikləri almaturları kəsmək üstə Hidayətlə a'alarında mübahisə olmuş, mübahisə olan zaman Hidayət ona söyüş söymüş, onu söyən zaman Hidayətin üzərinə getmiş, Hidayət sağ gözünün altından sol əli ilə yumruqla vurmuşdur. Yanlarında olan iş yoldaşları onları aralaşdırmış, Hidayət kampa yetmişdir. Hidayətlə barışmaq üçün atası Etibar və qardaşı Nicatla Hidayətin yanına gedib ondan üzr istəyib barışmağı təklik etmişlər, ilk əvvəl Hidayət barışmaq istəməmiş, lakin sonradan barışdığını demişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində qardaşı Nicat ona demişdir ki, Hidayətin onlarla axşam söhbət etmək istəyir. Nicat ona dedikdən təxminən 15-20 dəqiqə sonra Hidayət kampa gəlib Nicatla onu çağırmışdır. Nicatla Hidayətin dediyi yerə getmiş, onların getdiyini görüb atası, əmisi və kampda qalanlar arxalarınca gəlmişlər. Kampdan təxminən 40-50 metr kənarlaşıb söhbət etməyə başlamışlar. Hidayət yanlarında olan 3 nəfər şəxsi təqdim edib həmin şəxslərdən biri qardaşı digərləri isə dostları olduğunu demişdir. Söhbət edən zaman Hidayət uca səslə danışıb səs-küy salmış, söyüşlər söymüş, onu dö/mək istəmişdir. Hidayətin səs-küy salmasına ətraflarına adamlar toplaşmışıdır. Həmin yerə toplaşmış şəxslər Hidayəti sakitləşdirməyə istəmişlər, lakin Hidayət öz hərəkətlərin davam etdirmiş, onu döymək istəmişdir. Atası Etibar gəlib Hidayə:i sakitləşməsini demiş, dəfələrlə Hidayətdən üzr istəmiş, ona yalvardığını demidir. Lakin Hidayət yenə də sakitləşməmiş, onu saxlamaq istəyənlərin əlindən çıxıb onu döymək üçün üzərinə getmişdir. Hidayətin onu döymək üçün üzərinə gəldiyini atası Etibar görüb onu saxlamaq istəmiş, Hidayət Etibara tərəf dönüb yumruqla Etibarın çənəsindən vurub demişdir ki, sən sakit dur, sənlik deyil. Atasını vurduğu üçün narazıçılığını bildirmiş, aralarında olan mübahisə daha da böyümüşdür. Həmin yerə toplaşmış şəxslər Hidayəti sakitləşdirmişlər. Aralaşıb getmək istəyən zaman Hidayət demidir ki, bir dəqiqəlik yanına getsin, söz deyəcək. Hidayətin yanına gedən zaman Hidsyət sol əli ilə dodaq hissəsindən vurmuş, həmin zərbədən yerə yıxılmışdır. Yerə yıxılan zaman Hidayət onu döymək üçün yenidən üzərinə gəlmişdir. X14 saxlaya bilmədiyi üçün qayçı ilə Hidayətin kürək hissəsindən vurmuşdur. Hidayəti vurduqdan sonra atası getmək istəmiş, Nurlan Etibara arxa tərəfədən yaxınlaşıb dizi üstə yıxmış vurmağa başlamışdır. Etibar Nurlana baxmadan özünü müdafiə etmək üçün qayçı ilə zərbə tullamış, həmin qayçı ilə tulladğı zərbə Nurlanın sinə hissəsindən dəymişdir. Etibar Hidayət və Nurlanı vurduğu üçün qaçıb həmin yerdən getmişlər. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində aralarında dava olan zaman Hidayət sol əli ilə dodaq hissəsindən vurması zaanı alt dodağımın selikli qişasında olan qansızma xəsarətini almışdır. xx.xx.2022-ci il tarixdə aralarında olan dava, mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt səs-küy olmuş, davaya, səs-küyə ətrafdan adamlar toplaşmışlar. Həmin yerdə səs-küyün yaranmasına ətrafdan adamların toplşmasına səbəb Hidayətin qışqıraraq uca səslə söyüşlər söyməsi və onunla dalaşıb onu döymək istəməsi, ona və atasına xəsarət yetirməs olmuşdur. Hidayətin yanında olan digər iki nəfər şəxsi tanımamış, həmin şəxsləri Hidayət çağırmışdır ki, onu döysünlər. Həmin vaxt iki nəfər digər şəxs konkret olaraq onu döyməmiş, ona heç bir xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs1 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, işləri ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkəmədən isə təqsirləndirilən şəxsə cəza təyin edilməməsini bildirmişdir. Məhkəmə, məhkəmənin sonrakı iclaslarını zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, otaqda uzanmış, səs-küy eşitmiş, qırağa çıxanda camaatın səsə getməsini görmüşdür. O, da səs gələn tərəfə getmişdir. Hidayətin səsini eşitmiş və o istiqamətə getmişdir. Qaranlıq olduğundan Hidayəti səsindən tanımışdır. Hidayət onu vurduqlarını demişdir. O, Hidayətə yaxınlaşanda onu vurdular demişdir. Hidayətin gödəkçəsini çıxarmış, alışqanın işığı ilə baxdıqda kürəyindən qan axdığını görmüşdür. Hidayəti qucaqlayıb işıq tərəfə aparmaq istəyən zaman tanımadığı, Nurlan adlı şəxs onu da vurmasını demişdir. Nurlanın sinəsində qan olduğu üçün o, Hidayəti buraxıb onu tutmuş, çünki Nurlan aldığı zərbədən yıxılmaq üzrə olmuşdur. Nurlanı qucağına alıb maşınlar olan tərəfə aparmışdır. Sonra şirkətə məxsus maşına qoyub Füzulidə yerləşən xəstəxanya aparmışdır. Hidayətin kimisə vurmasını isə görməmiş, Hidayətdən onu kimin vurmasını soruşmuş, o isə sadəcə onu vurmalarını demişdir. Dağ ərazisində qaranlıq çox şiddətli olduğu üçün kimisə görmək mümkün deyildir. İstintaqda Qərib müəllimə ifadə vermiş, ifadəsini oxuya bilmədiyi üçün oxumuşlar, o, da imzalamışdır. Həmin ifadəsini təsdiq edir, amma o cümləni, hansı ki, «Hidayəti saxlaya bilmir» ifadəsni isə təsdiq etmir. Sonuncu ifadəsinin iki cümləsi də ona aid deyildir. O, öz dediyi sözləri bilir. Məhkəmə zalında verdiyi ifadələri düzdür. Etibar çox sözlər yazmış, lakin o, onları görməmiş, Kərbalayı adamdır, yalan danışa bilməz. Onun nə Hidayətlə, nədə ki, Etibargilə düşmənçiliyi yoxdur, sadəcə bir yerdə işləmişlər. Ona qədər olan hadisələrdən xəbəri yoxdur. Kampda bir otaqda bir yerdə qalmışlar. İstintaqda verdiyi ifadəsində «Hidayətin söyüş söyməsini eşitmişdir” ifadəsi ona aid olmayan ifadələrdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında zidiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, daimi iş yeri olmadığı üçün tikintilərdə qəlbçi və fəhlə kimi işləmişdir. 2021-ci ilin iyul ayından Zəngilan rayonunda Ağıllı kəndin tikintisində fəhlə kimi işləmişdir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs da Zəngilan rayonunda Ağıllı kəndin tikintisində onunla birlikdə işləmiş, onların heç biri ilə düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Etibarın qardaşı Ələkbər, iki oğlu Nazim və Nicat da onlarla birlikdə işləmişdir. Ağıllı kənddə eyni kampda qalmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində kampda uzanan zaman kampdan 30- 40 metr kənardan səs gədiyini, kampda olanlar həmin yerə qaçaraq getdiklərini görmüşdür. O, da həmin yerə getmiş və görmüşdür ki, Hidayət ilə Nazim dalaşır. Onları sakitləşdirmək istəmiş, lakin Hidayət sakitləşmək istəməmiş, səs-küy salaraq Nazim ilə dalaşmaq istəmişdir. Həmin vaxt Etibar da Hidayəti sakitləşdirmək istəyib dalaşmamaların demiş, Hidayət Etibarın ağız hissəsindən vurub itələyərək demişdir ki, sənlik deyil, sən çəkil. Yenidən Hidayəti sakitləşdirmək istəmişlər, Hidayət özünü sakitləşən kimi göstərmiş, lakin yenidən Nazimi vurub itələyərək yıxmışdır. Hidayət Nazimin üzərinə getmək istəyən zaman onu tutub saxlamaq istəmişdir. Həmin vaxt Hidayət qışqırıb demişdir ki, onu vurdular. Hidayətin əynində olan gödəkçəsin çıxarmağa köməklik edən zaman görmüşdür ki, Hidayətin kürəyinin sol tərəfindən qan axır. Hidayət vurulduğu üçün ona köməklik edib xəstəxanaya aparmaq istəmiş, Hidayəti aparan zaman əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğu öyrəndiyi şəxs sinə hissəsindən qan axaraq gəldiyini görmüşdür. Nurlan qışqıraraq vurulduğunu demişdir. Nurlan yıxılmaq istəyən zaman onu tutub qucağına alaraq maşınlar dayanan yerə aparmışdır ki, təcili xəstəxanaya aparsınlar, işlədiyi şirkətə məxsus avtomaşınla Hidayəti və Nurlanı Füzuli rayonuna xəstəxanaya aparmışlar. Əvvəllər Nurlanı tanımamış, xəstəxanada olan zaman öyrənmişdir ki, Nurlan Hidayətin qardaşıdır. Həmin dava zamanı səs-küy olmuş, ətrafdan həmin yerə adamlar toplaşmışdır. Həmin səs-küyün yaranmasına, adamların toplaşmasına səbəb Hidayətin səs-küy salaraq Nazim ilə dalaşmaq istəməsi olmuşdur. Həmin dava zamanı Etibarın səsküy salması və dalaşmaq istəməsini görməmiş, Etibar özü də Hidayəti sakitləşdirmək istəmişdir. Шащид Ялийев Ъаббар Иса оьлу Ифадясиня ялавя олараг билдирмишдир ки, onun ibtidai istintaqda verdiyi ifadələr düzdür və onu suallar çaşdırmışdır. Hidayətin həmin vaxtı kimisə vurmasını görməmiş, onların da Hidayəti vurmasını görməmiş, səs-küy eşidib getmişdir. İstintaqda da, bir-birilərini vurmalarını demişdir. O, başqa heç nə deyə bilmir. Hidayətin Nazimi yumruqla vurması yadında deyildir. Hidayət Etibarı o tərəfə çəkilməsi üçün itələmişdir. Onların hər ikisin də bir-birlərini itələyib söyüş söyməklərini görməmişdir. Hidayəti aralaşdıranlar vardı, lakin kimliklərini bilmir. Qaranlıq olduğu üçün neçə nəfərin aralaşdırması yadına gəlmir, Hidayətlə Etibarı aralaşdırırmışlar Vurmurdular, amma birbirilərinin üstünə gedirdilər deyə aralaşdırmışlar. Hamı uca səslə danışırdı. O, nə var onu deyir, nə Hidayət, nədə ki, Etibargil qohumu deyildirlər. O, ifadə verəndə müstəntiq onu nəyisə yazmağa məcbur etməmiş, ifadəsini oxuyub imza etmiş, o, müstəntiqə şər ata bilməz. Мящкямя иъласында шащид гисминдя диндирилмиш Zəngilan rayon X11 Qrupunun müstəntiqi X6 ifadəsində göstərmişir ki, шащид Ъаббар Ялийевин иbtidai istintaq zamanı ifadəsi alınarkən ондан azərbaycan dilində sərbəst yazıb oxuya bilməsi soruşulmuş və o da oxuya bilməsini bildirmişdir. Şahidə ifadəsinin kompyuter vasitəsi ilə yazılması soruşulmuş, o da etirazının olmamasını bildirmişdir. Kompyuterdə şahidin öz dediyi sözlər bir-bir yazmış, sonra şahidə ifadəsini oxumaq üçün vermişdir. Hətta şahid ifadə verən zamanı bildirmişdir ki, «Etibar orda lazım deyil dalaşmamaları üçün yalvarmışdır» cümləsini ifadəsinə əlavə etmək istəmiş, lakin Cabbar həmin cümlənin ifadəsinə əlavə olunmasını istəməmişdir. «Sizə deyirəm bilin”, «Münasibətimiz var, bir yerdə işləmişik, oturub çörək yemişik onun üçün» bu sözlərin də ifadəsinə yazılmasını istəməmişdir. Hətta bu ifadə yazılsa imza etməyəcəyini bildirmişdir.İfadə də yazıların hamısı şahidin dediyi kimi yazılmışdır. Onun tərəfindən heç kimə, o, cümlədən zərərçəkənə və ya şahidə verdikləri ifadələri təzyiq edib yazdırmamış, düz nədirsə onu yazmalarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, İzahatını istintaqda vermişdir. Axşam evdə olmuş, işçisi zəng edərək bildirmişdir ki, kampda bıçaqlanma olmuşdur. Evdən çıxmış, kampa çatana kimi aşağıda qaraj var və qarajın arxasında camaatın toplandığını görmüşdür. Nə olmasını soruşmuş, bıçaqlanma olmasını demişlər. O, hadisə yerinə çatanda bunları maşına qoyub aparmışdılar. Onlar kampa qalxanda bıçaqlanan adamlar yox idilər və orda 40 nəfərə kimi adam olmuşdur. Hadisəni isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Zəngilandan tanıyır, onlar birlikdə işləmişlər. O, hadisə yerində olmamış, sonradan gəlmişdir. Hadisənin necə olduğunu görməmişdir.Hava qaranlıq və adamlar da çox olmuşdur. Sonradan qaça-qaç düşmüş və heçnə görə bilməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında zidiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qardaşıdır. Etibar və Etibarın oğulları Nicat və Nazimlə birlikdə dəmirçi işləyirlər. 2022-ci ilin fevral ayından Nicat Zəngilan rayonu, Ağalı kəndində “Ağıllı kəndin” tikintisini aparan "xxxx" MMC-də dəmirçi işləmiş, 2022-ci ilin mart ayından Etibar və Nazimlə birlikdə Nicatın yanına gedib orda işləmişlər. Təqsirləndirilən şəxs da “Ağıllı kənddə" onlarla birlikdə dəmirçi işləmiş, sonuncu ilə əvvəllər aralarında heç bir düşmənçilikləri və ədavətləri olmamış, əksinə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. X7 əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində “Ağıllı kənddə" işdə olan zaman təməl qurmada istifadə etdikləri almaturları kəsmək üstündə Hidayətlə Nazimin arasında mübahisə olmuş, mübahisə zamanı Hidayət Nazimin sağ gözünün altından sol əli ilə yumruqla vurmuşdur. Hidayət Nazimi vuran zaman Nazim yerə yıxılmışdır. Etibar onların yanına gedib Hidayəti sakitləşdirmək istəmiş, Hidayət Etibarı kənara itələmiş, Etibar da yerə yıxılmışdır. Hidayəti onların yanından qaldıqları kampa getmişdir. Barışmaq üçün birlikdə Hidayətin yanına kampa gedib üzr istəmişlər. İlk əvvəl Hidayət barışmaq istəməmiş, lakin sonradan barışdığını demişdir. Barışdıqdan sonra Hidayət işlədikləri yerə gəlib həmin gün iş qurtaranadək onunla birlikdə işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində kampda olan zaman Hidayət dalaşmaq üçün Nazimlə Nicatı çağırdığını eşidib kampdan çıxmışdır. Kampdan çıxan zaman 40-50 metr kənarda səs gəldiyini eşidib həmin yerə getmiş, həmin yerə gedən zaman Hidayətin səs-küy salaraq söyüşlər söydüyünü, Nazimi döymək üçün üzərinə getdiyini görmüşdür. Səsə toplaşmış şəxslər Hidayəti sakitləşdirmək istəsələr də Hidayət sakitləşmək istəməmişdir. Hidayət sakitləşmədiyi üçün Etibar dəfələrlə Hidayətdən üzr istəmiş, Hidayətə yalvararaq sakitləşməsini,dalaşmamalarını demişdir. Hidayətin sakitləşmədiyini, Nazimin üzərinə gedərək onu döymək istədiyi görüb Etibar Hidayəti saxlamaq istəmiş, Hidayət Etibara tərəf dönüb yumruqla Etibarın çənəsindən vurub sən sakit dur, sənlik deyil demişdir. Hidayət Etibarı vuruduqdan sonra səs-küy daha da çoxalmış, səsə toplaşmış şəxslər Hidayəti sakitləşdirmişlər. Həmin yerdən getmək istəyən zaman Hidayət bir dəqiqəlik Nazimlə işi olduğunu demiş və özünü sakitləşən kimi göstərmişdir. Nazim yaxınlaşan zaman Hidayət sol əli ilə Nazimin dodaq hissəsindən vurmuş, Nazim yerə yıxılmışdır. Nazim yıxılan zaman Hidayət Nazimi döymək üçün yenidən onun üzərinə getmiş, Etibar Hidayətin sakitləşmədiyini, Nazimi döyəcəyini görüb əlində olan qayçı ilə Hidayətin kürək hissəsindən vurmuşdur. Hidayəti vurduqdan sonra Etibar getmək istəmiş, Etibar getmək istəyən zaman Nurlan arxadan Etibara yaxınlaşıb Etibarı tutub saxlayaraq dizi üstə yerə yıxmışdır. Etibar ayağa qalxmaq istəsə də Nurlan ona imkan verməmiş, Etibar arxa tərəfə özünü müdafiə etmək üçün qayçı ilə zərbə tullamış, həmin qayçı zərbəsi Nurlanın sinə hissəsindən dəymişdir. Etibar Nurlanı vurduqdan sonra hadisənin daha da böyüməməsi üçün Etibar, Nazim və Nicatla dərhal həmin yerdən getmişlər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində olan mübahisə, dava təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxl səsküy olmamışdır. Etibar özünü müdafiə etmək üçün Nurlana qayçı zərbəsi tullamış, həmin qayçı zərbəsinin Nurlanın hansı nahiyyəsinə dəyəcəyini görmək imkanı olmamışdır. Zərərçəkmiş şəxs2 Nurlan Qasımov və Təqsirləndirilən şəxs qayçı ilə zərbə vurduqdan sonra öz hərkətlərini davam etdirmək imkanı olmuş, lakin özü hərəkətlərin davam etdirməmiş, Etibarın Nurlan və Hidayətə qayçı ilə əlavə zərbələr vurmaq üçün təxminən 20 saniyə vaxtı olmuşdur. Etibar Hidayətə iki qayçı zərbəsi vurmuş, həmin qayçı zərbələri Hidayətin kürək nahiyyəsindən dəymiş, Nurlan Qasımova isə bir qayçı zərbəsi vurmuş, həmin qayçı zərbəsi Nurlanın sinə nahiyyəsindən dəymişdir. Hadisə zamanı Hidayətin yanında qardaşı Nurlan və tanımadığı iki nəfər şəxs olmuş, həmin şəxslər də Nazimlə mübahisə etmişlər, iki nəfər həmin şəxsi tanımır, kim olduqlarını bilmir. Etibarın Nurlan və Hidayəti vurduğu qayçı sarı tutacaq hissəsi olan qayçı olmuş, həmin qayçıdan kampda qalan zaman saçlarını kəsmək üçün istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə olan dava, mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt səs-küy olmuş, davaya, səsə ətrafdan adamlar toplaşmışdır. Həmin yerdə səsin yaranmasına ətrafdan adamların toplaşmasına səbəb Hidayətin qışqıraraq uca səslə söyüşlər söyməsi, Nazimlə dalaşmaq istəməsi, Nazimə və Etibara xəsarətlər yetirməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Zəngilandan tanıyır, onlar birlikdə işləmişlər. Hidayətlə aralarında anlaşılmazlıq olmuşdur. Təqsirləndirilən şəxs dostudur. Mübahisə iş üstündə olmuşdur. O, yuxarıda işlədiyindən birdə görmüşdür ki, aşağıda dava düşmüş və qardaşı Hidayətlə dava edirlər. Onları aralamış, sonra barışdırmışlar. Armatur dəmirinə görə yenidən onların aralarında mübahisə olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında zidiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Atası dəmirçi işlədiyi üçün qardaşı Nazim və o da, onun yanında dəmirçi işini öyrənmişlər, hazırda birlikdə işləyirlər. 2022-ci ilin fevral ayından o, Zəngilan rayonu, Ağalı kəndində «Ağalı kəndin” tikintisini aparan ‘AS İnşaat” MMC-də dəmirçi işləmiş, su arxı çəkmişlər. 2022-ci ilin mart ayından qardaşı Nazim, əmisi Ələkbər və atası da işlədiyi yerə gəlmişlər, birlikdə işləmişlər. Təqsirləndirilən şəxs da “Ağıllı kəndə” onlarla birlikdə dəmirçi işləmiş, onunla əvvəllər aralarında heç bir düşmənçilik və ədavətləri olmamış, əksinə iş yoldaşı kimi yaxşı münasibətləri vardı. X7 əvvəllər tanımamışdır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində “Ağıllı kəndə” işdə olan zaman onlardan 20 metr məsafədə səs gəldiyini eşitmiş, həmin yerə baxdıqda görmüşdür ki, Nazim Hidayət ilə dalaşır. O, həmin yerə gələndə görmüşdür ki, iş yoldaşları onları aralaşdırmış, Hidayət kampa getmişdir. O, demişdir ki, Hidayət ilə barışsınlar. Hidayətlə barışmaq üçün o, atası və qardaşı Nazim onun yanına getmək istəmişlər, gedən zaman yolda iş yerində onlara rəhbərlik edən Aqşin və Nail avtomaşınla yanlarına gəlib onları götürmüş və birlikdə Hidayəətin yanına getmişlər. Onlar Hidayətin yanına gedib barışmağı təklif etmiş, ilk əvvəl Hidayət barışmaq istəməmiş, lakin sonradan onlarla barışdığını demişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19 radələrində Hidayət ona yaxınlaşıb demişdir ki, qardaşı Nurlan axşam gələcək, Nazimə də deyib gedib söhbət edəcəklər. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Hidayət kampa girib Nazimlə onu çağırmışdır. Nazimlə o, Hidayətin dediyi yerə getmişlər. Onların getdiklərini görüb atası, əmisi və kampda onlarla qalanlar da arxalarınca gəlmişlər. Onlar kampdan təxminən 30-40 metr aşıb söhbət etməyə başlamışlar.Hidayət yanında olan 3 nəfər şəxsi təqdim edib demişdir ki, həmin şəxslərdən biri qardaşı Nurlandır, digər iki nəfər şəxs isə dostlarıdır. Onlar söhbət edən zaman Hidayət uca səslə danışıb səs-küy salmış, söyüşlər söymüş, Nazimə demişdir ki, ona söyüş söydüyü üçün üzr istəməlidir. Həmin vaxt Hidayətin səs-küy salaraq söyüşlər söyməsinə ətraflarına toplaşmış şəxslər onu sakitləşdirməyə çalışmışlar. Lakin heç kim Hidayəti sakitləşdirə bilməmişdir. Hidayət Nazimi döymək istədiyi üçün atası Hidayəti sakitləşdirmək istəmiş, Hidayətə və yanında olanlara demişdir ki, onlardan üzr istəyir, dalaşmasınlar. Hətda atası Hidayətə yalvararaq sakitləşməsini istəmişdir. Atası Hidayəti sakitləşdirmək istəyən zaman Hidayət atası tərəfə dönüb yumruqla atasının çənəsindən vurub demişdir ki, sən dur sənlik deyil. Atasını vurduğu üçün Nazim Hidayətə narazıçılığını bildirmiş, mübahisə daha da böyümüş, ora toplaşmış iş yoldaşları Hidayəti sakitləşdirməyə çalışmışlar. Hidayət bir qədər sakitləşmiş, onlar aralaşıb getmək istəmişlər. Həmin vaxt Hidayət demişdir ki, bir dəqiqəlik Nazim onun yanına getsin söz deyəcəkdir. Nazim Hidayətin yanına gedən zaman Hidayət sol əli ilə Nazimin dodaq hissəsindən vurmuş, Nazim yerə yıxılmışdır. O, həmin vaxt Nazimi ayağa qaldırmaq üçün onun yanına getmiş, Nazimi ayağa qaldırmaq istəmişdir. Həmin vaxt Hidayət Nazimi döymək üçün yenidən onun üzərinə gəlmiş, atası Hidayəti saxlaya bilməmiş və əlində qayçı ilə Hidayətin kürək hissəsindən vurmuşdur. Həmin vaxt qaranlıq idi, toplaşmış adamlar isə çox idi. O, Nazimə köməklik edib onu ayağa qaldırmış, bir neçə dəqiqə sonra atası gəlib demişdir ki, Hidayətin qardaşını da qayçı ilə vurmuşdur. Onlar qorxduqları üçün həmin yerdən qaçıb getmişlər. Sonardan onları polis şöbəsindən axtardıqları üçün Zəngilan RPŞ-nə gəlmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərxləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X1 və Şahid2 ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən Zəngilan rayonu, Ağalı kəndində inşa edilən “Ağıllı kəndin" tikintisini aparan "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs2 əvvəllər bir reçə dəfə görmüş, lakin onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs və X7 əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində “Ağıllı kənddə” yeməkxananın yaxınlığında olan zaman təxminən 250-300 metr kənardan səs gəldiyini eşitmiş, ilk əvvəl fikir verməmiş, səsin artdığını görüb səs gələn tərəfə getmişdir. Axıntı sularının toplandığı yerin ətrafında adamlar toplaşdığını görüb həmin istiqamətdə getmiş, yaxınlaşan zaman əvvllər tanımadığı Hidayət və Nurlanı bir neçə şəxsin gətirdiyini, Hidayətin kürək hissəsindən, Nurlanın isə sinə hissəsidən qan axdığını görmüşdür. Sonradan öyrənmişdir ki, Etibarın oğlu ilə Hidayət və Nurlan arasında dava olmuş, həmin dava zamanı Etibar Hidayət və Nurlanı qayçı ilə vurub xəsarət yetirmişdir. Həmin yerə səsə adamlar toplaşmış, həmin adamların kim olması yadında deyildir. İbtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən Zəngilan rayonu, Ağalı kəndində inşa edilən “Ağıllı kəndin” tikintisini aparan "As İnşaat” MMC-də fəhlə işləyir. X2 bir neçə dəfə görsə də, sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs tanıyır, bir evdə qalmışlar, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. X8 tanımır, əvvələr onu görməmişdir. xx.xx.2022-ci il tarixdə “Ağıllı kənddə" yeməkləri qablaşdıran zaman yeməkxanadan təxminən 300 metr kənardan səs gəldiyin eşitmişdir. İlk əvvəl gələn səslərə fikir verməmiş, səsin daha çox artdığını görüb yeməkxanadan çıxıb həmin yerə getmişdir. Həmin yerə gedən zaman görmüşdür ki, əvvəllər tanımadığı Nurlanı işçilər qucaqlarında gətirirlər, Nurlanın sinəsindən qan axır, Hidayətin isə kürək hissəsindən qan axır. Həmin yerə toplaşmış şəxslərdən öyrənmişdir ki, Etibarın oğlu ilə Hidayət və Nurlanın arasında dava olmuş, həmin dava zamanı Etibar Hidayət və Nurlana qayçı ilə xəsarət yetirmişdir. Cinayət işinini materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X17 Beyləqan rayon şöbəsi tətəfindən verilmiş 126/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 alt çənə nahiyyəsində qançır olmuşdur. Qeyd edilən xəsarət küt təsir mexanizminə malik əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinini materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X17 Beyləqan rayon şöbəsi tətəfindən verilmiş 127/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 sağ gözaltı nahiyəsində qançır, alt dodağın selikli qişasında isə qansızma olmuşdur. Qeyd edilən xəsarətlər küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və Ağcəbədi rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi nəzərdə tutulur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafızəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatlar normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Bundan başqa məhkəmə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid5 və Şahid6 ibtidai istinat zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında olan zidiyyətlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərin ifadələri təqsirləndirilən şəxslə barışdıqları üçün onun vəziyyətini yüngülləşdirmək məqsədi ilə verilməsi və şahidlərin də eyni məqsədlə “humanizm” gostərməklə təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıdığı kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Qasımov X4 Nazim Etibar oğlu ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində aralarında baş vermiş davanı bəhanə gətirərək, həmin tarixdə saat 20 radələrində Zəngilan rayonu, Ağalı kəndində yerləşən, inşaat işçilərinin yaşaması üçün nəzərdə tutulmuş modul tipli yataqxananın yaxınlığına gələrək, həmin vaxt ətrafda olan şəxslərə məhəl qoymayaraq özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq, söyüşlər söyərək qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmçinin əl zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs1 alt dodağının selikli qişasında qansızma ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə alt çənə nahiyyəsində qançırla müşayiət olunan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Odur ki, məhkəmə iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını onun vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində müəyyən edilmiş, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcəbədi rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə gtməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, əmlak müsadirəsi, mülki iddia yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrası Ağcəbədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcəbədi rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-3/2023
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-3/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver