Məhkəmə qərarları › İş №1(034)-3/2024

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-3/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-3/2024 02.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X3 İdarənin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, Körpü-Bina Tikinti şirkətində topoqraf işləyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 55-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına, sağlamlığa az ağır zərər vurmasına səbəb olan cinayəti törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də yol-vərəqəsi əsasında AE406177 nömrəli, ABC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mitsubishi” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də Ağbənd istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməmiş, qarşıda onunla eyni istiqamətdə dayanmış olan avtomobili nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlamamış, hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım olduqda idarə etdiyi avtomobili qarşıda dayanmış avtomobilə çatmadan dayandırmalı olduğu halda buna əməl etməyərək qarşıda, yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış olan Maz markalı, D-129-QQ qeydiyyat nişanlı yük avtomobilinə qoşulu olan V-790-QQ qeydiyyat nişanlı qoşqu daşıyıcısına arxadan çırpılmış və nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “Mitsubishi” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfində sərnişin olaraq əyləşmiş X2 alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, hər iki almacıq və burun sümük-qığırdağının fraqmentləri yerini dəyişmiş qapalı sınıqları sağ bud sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthinin əzilmiş yaraları və sıyrıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq hadisə yerində ölümünə, arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 alın sümüyünün göz yuvası çıxıntısının sınığı, sol üst göz qapağı, sol almacıq və alt çənə nahiyələrinin əzilmiş yaraları və sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs2 sağ sirkə kasasının arxa divarının qapalı, qəlpəli azyerdəyişən sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları xəsarətləri ilə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, onlar hər ayın sonu evlərinə gedir, hər ayın 4-də isə evdən işə qayıdırlar. 31 oktyabr 2023-cü ildə onlar evə getmiş, 04 noyabr 2023-cü il tarixdə günorta vaxtı işə qayıdaraq Cəbrayıl qəsəbəsində olan düşərgələrinə gəlmişlər. Yol vərəqəsini götürmüş, “Mitsubishi» markalı maşını idarə edərək Zəngilanda işlədikləri bazaya getmiş, Ağalı kəndinə girib marketdən alış-veriş edib Ağbənd qəsəbəsinə getmişlər. İdarə etdiyi avtomobildə ondan başqa dörd nəfər olmuşdur. Ağbənd qəsəbəsinə gedərkən hava qaranlıq olmuş, onların hərəkət istiqamətlərində dayanmış maşına az məsafə qalanda maşını görmüşdür. Maşının heç bir işığı olmamışdır. Maşını sola çəkib, keçmək üçün ötmə əməliyyatı etmiş, qarşıdan da, maşın gəldiyi üçün maşını sağa çəkən kimi onun maşının sağında dayanmış maşının sol tərəfinə çırpılmış və bu hadisə baş vermişdir. Belə bir hadisənin baş verməsini istəməzdi. Sedan «Mitsubishi Pikab» markalı maşın işin maşını olmuş, Ağbənd istiqamətinə gedirmişlər. Hadisə saat 8-9 radələri olardı olmuşdur. Hadisə zamanı hava tam qaralmışdır. Yol iki tərəfli yoldur, yolun bir eni 12-13 metr asfaltdır, yolun sağ istiqaməti isə təmirlə bağlı bağlanmışdır. Maşının surəti 90 km olmuşdur. Qarşı tərəfdəndə maşın gəldiyi üçün sağa çəkib əyləc düyməsini basmış və qəza baş vermişdir. O, yolda saatda 90 km surətlə maşın sürməsi düzgün deyildir. Yolun kənarında dayanan maşın Dayman nəqliyyat vasitəsi olmuşdur. Nəqliyyat vasitəsi tək tərəfli yolun sağ istiqamətində dayanmışdır. Hadisə zamanı onu xəstəxanaya aparmışlar, o, hərəkətsiz qalmışdır. Təxmini 20 metr məsafədən maşını görmüşdür. Maşını görən kimi əyləci basıb sola çəkmiş, ayağını əyləcə necə sıxıb saxlamışdırsa sağ çanaq sümüyü sınmışdır. Maşında heç bir dayanma nişanı olmamış, olsaydı görərdi. Fövqaladə Hallar onları oradan çıxarmış, onları ordan çıxaran zaman heç bir işıq və nişan olmamış, gündüz çəkilən şəkillərdə var. Hava tam şəkildə qaralmışdır. Ağalı kəndindən onlar saat 7-dən sonra çıxmışlar. Hadisə baş verən yol təzə yol olduğu üçün surət həddi qoyulmamışdır. İki istiqamətli yoldur, yolun sağ tərəfində təmir işləri gedirdi. Yolun kənarındakı avtomobil dayanıqlı vəziyyətdə qalmışdır. Sağ tərəf bağlı olduğu üçün həm gediş, həm gəliş sol tərəfdəndir. Dayanan maşında heç bir nişan olmamışdır. O, nəqliyyat vasitəsinin soluna çırpılmışdır. Hadisə nəticəsində bir nəfər ölmüş, qalanları da müxtəlif dərəcəli xəsarətlər almışlar. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, bu hadisənin olmasını istəmədiyini, zərərçəkmiş şəxslərə əlindən gəldiyi qədər köməklik etməsini, hadisə zamanı özünün də xəsarət almasını, hal-hazırda müalicələrinin davam etməsini, ailəsinə ondan başqa işləyib dəstək olan heç kimin olmamasını, himayəsində iki azyaşlı uşağının, xəstə anasının olmasını, çıxarılan hökmdə ailəsinə işləyib dəstək olmasını nəzərə alaraq, məhkəmədən ona həbs cəzasının verilməməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxslə heç bir qohumluq əlaqələri yoxdur. O, hadisə yerində olmamış, bacısı oğlu orda olmuşdur. Bacısı oğlu hadisədən 7-8 dəqiqə sonra orda olmuşdur. Hadisə zamanı tam qaranlıq düşməmişdir. Bacısı oğlu hadisənin necə olduğunu görməmişdir. Bacısı oğlu zəng edib bildirmişdir ki, dayısı rəhmətə getmişdir. Ondan sonra o, heçnə bilmir. Rəhmətə gedən 51 yaşında olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, şikayətçi deyildir. Təqsirləndirilən şəxs ailəsi ilə yas mərasimində iştirak etmiş və köməklik göstərmişlər. Təqsirləndirilən şəxsin iki körpəsinə görə onu bağışlayır, heç bir şikayəti də yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını, gələcəkdə də ona qarşı tələb şikayətinin olmamasını bildirərək, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bir yerdə işləyirlər, heç bir qohumluq əlaqələri yoxdur. Şirkətə qayıdarkən Cəbrayıl bazasında Eminlə görüşüb, Eminin idarə etdiyi avtomobillə getmişlər. Noyabr ayında onlar Eminlə şirkətdə dəqiq xatırlamır saat 6 olardı görüşmüş, Ağalı kəndində marketdən alış-veriş edəndən sonra yolunu davam etmişlər. Hadisə zamanı hava qaranlıq olmuş, yolda heç işıqlandırmada olmamışdır. O, avtomobilin arxa oturacağında oturmuş, onu xatırlayır ki, asfaltın ortasına armatur vurulmuş, qarşıdan maşın gəlmişdir. Emin maşınla toqquşmamaq üçün avtomobili qaçırsada hadisənin qarşısını ala bilməmiş, yolun kənarında dayanmış hərbi avtomobilə çırpılmışdır. Hadisə nəticəsində az ağır xəsarət almış, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə bir yerdə işləyirlər, heç bir qohumluq əlaqələri yoxdur. Oktyabr ayının 31-i evə getmiş, noyabr ayının 4-də isə işə qayıtmışlar. Avtomobili Emin idarə etmiş, qabaq oturacağında Sədiyev Şəmsəddin oturmuş, avtomobilin arxa oturacağında üç nəfər, o, Natiq və Təbriz oturmuşlar. Eminin idarə etdiyi avtomobillə Cəbrayıl bazasından, ordanda Ağalıya gəlmişlər. Ağalıda mağazada alış-veriş edib işə gedərkən hadisə baş vermişdir. Hava qaranlıq olmuşdur. Başından xəsarət aldığı üçün hadisəni tam xatırlamır. Hadisə zamanı o, zəng edib qəza törətdikləri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs1 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ərizələrini nəzərə alaraq, növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ildə Cəbrayıl rayonunda ofisdən “Mitsubushi” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Sədiyev Şəmsəddinlə birlikdə Zəngilan rayonu, Ağbənd kəndində yola düşmüşlər. Zəngilan rayonu, Ağalı kəndində marketdən su alıb yola davam etmişlər. Hava qaranlıq olduğundan və arxada oturduğu üçün görmədiyi səbəbdən qəza baş vermiş, qəzadan ayılandan sonra özünü yerdə uzanılı vəziyyətdə və FHN əməkdaşlarının isə Emini maşından çıxarmağa çalışdıqlarını görmüşdür. Hadisə baş verən zaman iş yoldaşaları ilə söhbət edirmişdir. Hadisə zamanı maşında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Sədiyev Şəmsəddin olmuş və onlar Zəngilan istiqamətinə gedirlərmiş. Arxada iş yoldaşları ilə oturub söhbət etdiyi üçün hadisənin necə baş verdiyini görməmişdir. Qəzadan sonra onu kim necə maşından çıxarıb xatırlamır. Özüdə xəsarət almış, ayağına dikiş düşmüşdür. O, çox xəsarət almadığı üçün zərərçəkmiş kimi tanınmamışdır. Yol hərəkət zolağının necə olmasını bilmir. Yolun bir tərəfinin təmirə bağlanmasını bilmir. Hadisə zamanı maşında 5 nəfər olmuşlar. Hadisə zamanı xəsarət alan Şəmsəddin sürücünün yanında əyləşmişdir. İyul ayından o, orda işləyir. 3-4 dəfə o yolu gedib-gəlmişdir. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ildə, saat 20:00-da Zəngilan rayonu, Ağbənd kəndində olan zaman Vüqar adlı şəxs zəng edərək şirkətin işçilərinin qəza törətməsini demişdir. Hadisə yerinə gəlmiş, hadisə yerində polis əməkdaşları, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və hərbiçilər olmuşlar. O, gələndə 4 nəfər xəsarət almış, şəxsləri xəstəxanaya aparmışlar və maşında sıxışıb qalmış mərhum Şəmistan Sədiyevi FHN-nin əməkdaşları çıxarmağa çalışırdılar. Həmin hadisə baş vermədən təxminən 1 saat əvvəl ordan keçmiş və N saylı hərbi hissəyə məxsus yük avtomobilinin yolun kənarında dayandığını görmüş, lakin havanın qaralmasına baxmayaraq, yük maşınının yolda dayanması ilə bağlı heç bir nişan olmamışdır. Hadisə xx.xx.2023-cü il saat 20:00-da olmuşdur. Emin onların iş yoldaşdır, çox məsuliyyətli işçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, hadisə olan zaman orda olmamış, o, hadisə ilə bağlı məlumatı hadisəni görən uşaqlardan almışdır. Şirkətin işçilərinin deməsinə görə Zəngilan rayonunda hava limanına çatmamış hərbi yük avtomobili dayanmış, onların avtomobili də həmin yük avtomobilinə çırpılmışdır. Sonradan öyrənmişdir ki, Şəmsəddin vəfat etmiş, Emin, Vüsal, Təbriz və Natiq xəsarət almışlar. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid6 2019-cu ildən bəri Körpü-Bina Tikinti şerkətində mexanik vəzifəsində işlədiyini bildirərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bir şirkətdə işləyir, o, hadisə yerində olmamışdır. O, hadisə baş verən zaman Cəbrayıl rayonunda olmuş, birgə işlədiyi işçilərin birindən şirkətə məxsus avtomobilin qəzaya uğradığını eşitmişdir. O, mexanik işləyir, avtomobil saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid8 təqsirləndirilən şəxsin onun işçisi olduğunu, heç bir qohumluq əlaqələrinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 20:00-da Cəbrayıl rayonunda olan zaman onlarla birlikdə işləyən Elmar adlı şəxs zəng edərək şirkətin işçilərinin qəza törətməsini demişdir. Həmin vaxt yataqxanada olmuş, maşın olmadığından hadisə yerinə gedə bilməmişdir. Həmin hadisə baş verən zaman hadisə yerində olmamış, amma şirkətin işçilərinin deməsinə görə Zəngilan rayonunda hava limanına çatmamış hərbi yük avtomobili dayanmış, lakin heç bir diqqət nişanı və ya qəzadayandırma nişanı olmamışdır. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Eminin hadisə törətməmişdən 10-15 dəqiqə qabaq o, həmin yoldan keçmişdir. Həmin hadisə onun başına gələcəkdir, çünki yolda heç bir nişan yoxdur. Maşının işığının kəsmə bucağı var, çox sürücülər onu bilir, beş metr qalmış elə bilonun qarşısına divar çıxmışdır. Maşını qaçırıb birtəhər hadisənin baş verməsindən yayınmışdır. Polis Bölməsinə gəlib bildirmək istəmişdir ki, yolda maşın dayanmış, bədbəxt hadisə baş verəcək, elə sözü ağzında qalmışdır ki, avto qəza hadisənin olması barədə zəng gəlmişdir. Maşını düz yolun ortasında saxlamış, maşının işıq faraları palçıqdan görsənməmişdir. Sonra hadisə yerinə gəlib onları maşından çıxarmağa köməklik etmişdir. Maşında 5 nəfər olmuş, biri rəhmətə getmiş, arxada üç nəfər və birdə sürücü olmuşdur. Rəhmətə gedən hadisə yerində rəhmətə getmişdir. Pikap markalı maşın olmuşdur. O, hadisəni yaşamış, yolun kənarında dayanan maşın əsil təhlükədir. Maşına 5 metr qalmış hiss etmişdir ki, nəsə var maşını saxlamış və baxmışdır ki, maşının içində heç kim yoxdur. Yolun kənarına daş qoymaq istəmiş, sonradan ehtiyyat etmişdir ki, kimsə daşı görməz, daşın üzərinə çıxar bədbəxt hadisə baş verər. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, axşam saat 20:00 olardı Füzuli rayonunda olan zaman Elmar zəng edərək işçilərin qəza törətməsini demişdir. O, hadisənin olduğu yeri öyrənib dərhal hadisə yerinə getmişdir. Hadisə yerində polis əməkdaşları, FHN-nin əməkdaşları, hərbiçilər olmuşlar. Həmin vaxt Zəngilan rayon Polis İdarəsinin rəisidə orda olmuşdur. Hadisə baş verən zaman orda olmamış, amma şirkətin işçilərinin deməsinə görə Zəngilan rayonunda hava limanına çatmamış hərbi yük avtomobili dayanmış, lakin heç bir diqqət nişanı və ya qəza dayanma nişanı olmamışdır. Avtomobil saz vəziyyətdə olmuş və avtomobillərin sazlığına nəzarəti mexanik Şahid6 etmişdir. Yol əslində dörd zolaqlıdır, hərbi maşın yolu çəpinə kəsmişdi. Hərbi maşının işıqları yanmamış, tam qaranlıq idi. Cinayət işi üzrə şahidlər Şahid1, Şahid3 və Şahid10 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Şahidlərdən Şahid5 isə ərizə ilə məhkəməyə müraciət edərək, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini və məhkəmə iclasını onun iştiraık olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2010-cu ildən N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Zəngilan rayonundan Beyləqan rayonuna yük aparmaq üçün gəlmişdir. Saat 10:30 radələrində idarə etdiyi hərbi hissəyə məxsus MAZ markalı yəhərli dartıcı yük avtomobilinin yanacaq nasosu və elektrik sistemində problem olduğu üçün Zəngilan rayonunda hava limanı istiqamətində yolun sağ tərəfində avtomobili saxlamışdır. Bu barədə hərbi hissəyə məlumat vermiş və ona kömək üçün hərbi hissədən başqa bir avtomobil yola salınmışdı. Yolda həmin avtomobil də, Füzuli rayonuna çatmamış xarab olmuşdur. Təxminən saat 18:45 radələrində həmin yük avtomobilin içərisində yemək yeyərkən yük maşının arxa hissəsində olan qoşquya başqa bir avtomobil çırpılmışdır. O, yük avtomobilindən düşüb maşına yaxınlaşmış, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və dərhal maşında olan 5 nəfərdən arxada əyləşən 3 nəfəri maşından çıxarmışdır. Daha sonra hadisə yerinə FHN-nin əməkdaşları gəlmiş, digər 2 nəfəri də avtomobildən çıxarmışlar. Hadisə yerinə X8 maşını gəlmiş və xəsarət alanları xəstəxanaya aparmışlar. Orda olan zaman həmin 5 nəfərdən birinin vəfat etməsini bilmişdir. İdarə etdiyi yük avtomobili nasaz olduğundan yolun sağ tərəfində saxlamış və avtomobilin içərisində yemək yemişdir. Hadisənin tam olaraq necə baş verməsini görməmişdir. Həmin zaman ordan heç bir avtomobil hərəkətdə olmamış və heç bir maneə olmamışdır. Həmin Mitsibishu L200 markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol hissəsindən rahatlıqla keçib gedə bilərdi. Avtomobil nasaz olduqdan sonra avtomobildən 10 metr arxa tərəfdə qəza nişanı qoymuş, lakin avtomobilin elektrik hissəsində problem olduğu üçün heç bir işıqdan istifadə etməmişdir. Tozlu yoldan gəldiyi üçün qoşqunun üzərində olan nişan toz olmuşdur. Lakin hadisədən sonra həmin nişanı kimin təmizləməsini bilmir. Avtomobildə tək olmuş və avtomobildə yük olmamışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, 2021-ci ildən Körpü Bina Tikinti şirkətində mühafizəçi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 21:50-də işlədiyi şirkətdə mühafizə rəisi vəzifəsində işləyən Salman Zeynalov ona zəng edərək Zəngilan rayonunda yerləşən hava limanının yaxınlığında şirkətə məxsus **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza etdiyini demiş və onu həmin hadisə olan yerə çağırmışdır. O, dərhal qeyd olunan yerə yaxınlaşmış, həmin yerdə olan zaman dayanıqlı vəziyyətdə olan hərbi maşınla şirkətin avtomobilinin qəza etdiyini görmüşdür. Hadisə yerində polis əməkdaşları, hərbiçi və şirkətin mühafizə rəisi olmuşdur. Daha sonradan öyrənmişdir ki, şirkətin avtomobilində 5 nəfər olub, ora yaxınlaşanda avtomobilin içərisi qan olmuş və içərisində heç kim olmamışdır. Sonradan öyrənmişdir ki, şirkətin avtomobilində işçilərdən biri vəfat etmişdir. Hadisə zamanı orda olmamış, lakin sonradan ona məlum olmuşdur ki, N saylı hərbi hissəyə məxsus yük avtomobili nasaz olduğundan yolun sağ tərəfində saxlamış və şirkətə məxsus **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yük avtomobilin arxa hissəsində olan qoşqusunun sol tərəfindən dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yerə gəldikdən sonra həmin yerdə qəzadayanma nişanı görməmiş, ora gəldikdən sonra yük avtomobilinin qoşqusunun üzərində xəbərdarlıq işığının olub-olmadığını yoxlamaq üçün əl fənəri ilə baxmış, həmin xəbərdarlıq nişanının üzərində xeyli toz olmuş və gələn işığı əks etdirməmişdir. Lakin bir neçə saatdan sonra görmüşdür ki, işıqların üzərini kimsə təmizləmiş, palçıq və toz yoxdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, hazırda ailəsinə Zəngilan rayonu, Ağalı kəndində ev verilmiş, o, Bakı şəhərində işlədiyi üçün tam olaraq gedib orda yaşaya bilmir, lakin tez-tez Zəngilan rayonuna gedib gəlir. xx.xx.2023-cü il tarixdə Zəngilan rayonuna getmiş, Zəngilan rayonunda qalmış, səhəri gün dostu və qohumu olan Samirlə birlikdə Ağalı kəndindən Zəngilan şəhərinə getmək istəmişlər. Zəngilan şəhəri istiqamətində götürdükdə yolun sol hərəkət hissəsindən hər iki istiqamətdə avtomobillərin hərəkətinə icazə verilmiş, həmin hərəkət hissəsinin eni təxminən 10 metr olmuşdur. Samir avtomobili idarə etmiş, o isə qabaq sərnişin oturacağında oturmuşdur. Həmin yolda hərəkətdə olan zaman Zəngilan hava limanına çatmamış yolun sağ hissəsində arxasında qoşqu olan yük avtomobili görmüşlər. Həmin avtomobil yolun sağ hissəsində dayanmış, lakin havanın qaranlıq vaxtı olması, avtomobil üzərində heç bir işıq olmaması, yolda qəza-dayanma nişanı olmaması səbəbilə avtomobili gec görmüşlər. Həmin vaxt avtomobili saxlamaq mümkün olmadığından Samir avtomobilin sol hissəsindən sürüb keçmiş, lakin qarşıdan avtomobil gəldiyi üçün qəza şəraiti yaranmışdır. Samir seçdiyi düzgün sürət və düzgün manevr nəticəsində yol-nəqliyyat hadisəsi olmasının qarşısını almışdır. Onlar həmin yerdən keçib getmişlər. Təxminən yarım saat keçməmiş onlar yenidən geri qayıtmışlar və görmüşlər ki, həmin yolda dayanmış və qəza şəraiti yaradan yük avtomobilin arxa hissəsinə Pikap markalı avtomobil dəymiş, pikapda olan sərnişinlər xəsarət almışlar, bir nəfər isə ölmüşdür. Onlar həmin şəxsləri avtomobildən çıxarılmasına köməklik etmiş, sonra həmin yerdən getmişlər. Onlar həmin yük avtomobilini təxminən 10-15 metr qalmış görə bilmişlər, havanın qaranlıq olması və yolda heç bir qəza dayanma nişanının olmadığı üçün uzaq məsafədən avtomobilin dayandığını görmək mümkün deyildir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:17-də Qarabağ regional mərkəzdən Əhmədbəyli-Ağbənd yolunun 92-ci km-də qəza olması ilə cağ məlumat daxil olmuş və dərhal hadisə yerinə getmişlər. Hadisə yerində «Mitsibishu” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin N saylı hərbi hissəyə məxsus yük avtomobilinə çırpıldığını görmüşdür. Həmin «Mitsubishi» marka avtomobilin içərisində sürücünün və qabaq sərnişin oturacaqda əyləşmiş şəxsin sıxışıb qaldığını, bundan başqa 3 nəfər şəxsin yerdə uzandığını görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda yerdə uzanılı vəziyyətdə olan şəxslərin vəziyyətinin ağır olmasını aşkar edib dərhal avtomobilləri kənardan gəlmiş yük maşının köməyi ilə bir-birlərindən ayırmışlar. Daha sonra sürücünü avtomobildən çıxardıb nəbzini yoxlayıb ilkin tibbi yardım edib təcili yardım avtomobili ilə xəstəxanaya yola salmışlar, sonra sərnişin tərəfə yaxınlaşıb hidravlik qayçinin köməyi ilə sərnişini çıxarmağa çalışmışlar, lakin mümkün olmadığı üçün hidravliq dartqının köməyi arxa qapını çıxardıb sərnişini çıxartmışlar. Həmin vaxt sərnişinin nəbzini yoxladıqda vurmamış, nəfəs almamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 X9, Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 54/23 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, hər iki almacıq və burun sümük-qığırdağının fraqmentləri yerini dəyişmiş qapalı sınıqları sağ bud sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin əzilmiş yaraları və sıyrıqları aşkar edilmişdir. X1 meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X2 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 X9, Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 440/23 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində, sağ sirkə kasasının arxa divarının qapalı, qəlpəli azyerdəyişən sınığı, bədənin müxtəliı nahiyələrinin sıyrıqları xx.xx.2023-cü il tarixində yolnəqliyyat hadisəsi nəticəsində avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 X9, Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 439/23 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində, alın sümüyünün göz yuvası çıxıntısının sınığı, sol üst göz qapağı, sol almacıq və alt çənə nahiyələrinin əzilmiş yaraları və sol baldır nahiyəsinin sıyrığı xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 X9, Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 434/23 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ İİİ-İV, sol Vİ qabırğanın fraqmentləri yerinidəyişmiş sınıqları; L1 fəqərə cisminin yan çıxıntısının, L2, L3 fəqərə cisminin sağ transfers çıxıntısının yerdəyişmiş sınıqları; sağ sirkə kasasının ön kalonunun, arxa kalonun və arxa divarının qapalı, qəlpəli, yerinidəyişən sınığı; sağ oturaq sümüyünün sınığı; sağ saidin çoxsaylı dəri sıyrıntıları; sağ əlin 3-cü barmağının açıcı vətərinin dələnməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/3874 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi L200 markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti pqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci (bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MAZ markalı, D 129 QQ dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Şahid1 dayanmanın qadağan olduğu yerdə məcburi olaraq dayandırdığı MAZ markalı avtomobilin qəza dayanması nişanını quraşdırmadığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Respublikası Qanunun 55-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin qeyd olunan vəziyyətdə sürücü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinin 2-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və ya məhkəmə tərəfindən qiymət verilə bilər. Hadisə yerində qalmış tormoz izinə görə “Mitsubishi L 200” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 44 km/saatdır. Lakin “Mitsubishi L 200” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz izinin sonunda dayanmaması, toqquşma zamanı kinetik enerjinin bir hissəsinin avtomobillərin hissəslərinin deformasiyasına sərf olunması nəzərə alınmaqla qeyd edilri ki, “Mitsubishi L 200” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 44 km/saatdan artıq olmuşdur. Nəqliyyat vasitələrinin toqquşması zamanı deformasiyaya sərf edilən kinetik enerjinin itkisinin nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodika olmadığından “Mitsubishi L 200” markalı avtomobilin hadisədən əvvəlki real hərəkət sürətinin ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Rəyin təhqiqat hissəində göstərilənlərə əsaəsn sürücü Şahid1 avtomobili hadisə baş verdiyi yerdə icazə veriləndən yüksək sürətlə idarə etməsi şəraitində bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub olmaması üzrə tədqiqat aparılmır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli yol-nəqliyyatı hadisəsi yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yeri Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-dir. Yolun hərəkət hissəsi düzdür, yolun örtüyü asfalt betondur, yol qurudur, yol örtüyünün eni 9 metrdir, hərəkət zolaqların sayı 2-dir, hərəkət zolağının biri təmir səbəbi ilə bağlandığından 1 hərəkət zolağında qarşılıqlı hərəkət mövcuddur, hərəkət hissəyə sağdan iki hərəkət zolağını ayıran 1.5 metr enində çınqıllı yol, soldan yolun 3 metr enində ehtiyyat hissəsi birləşir, yolun təmiri başa çatmadığı üçün yol boyu nişanlama xətləri və işıqlandırma yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 664 saylı insan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərinin təyin edən tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır. İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Əmənov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs topoqraf vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Aydır oğlu tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmiş, hal-hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilmiş az ağır cinayət əməli olmaqla, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olan əməldir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də yol-vərəqəsi əsasında AE406177 nömrəli, ABC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mitsubishi” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhmədbəyli- Ağbənd avtomobil yolunun 92-ci km-də Ağbənd istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməmiş, qarşıda onunla eyni istiqamətdə dayanmış olan avtomobili nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlamamış, hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım olduqda idarə etdiyi avtomobili qarşıda dayanmış avtomobilə çatmadan dayandırmalı olduğu halda, buna əməl etməyərək qarşıda, yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış olan Maz markalı, D-129-QQ qeydiyyat nişanlı yük avtomobilinə qoşulu olan V-790-QQ qeydiyyat nişanlı qoşqu daşıyıcısına arxadan çırpılmış və nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “Mitsubishi” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfində sərnişin olaraq əyləşmiş X2 ölümünə, arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 isə sağlamlıqlarının uzun müddətə pozulmasına və sağlamlıqlarına az ağır zərər vurmasına səbəb olan cinayəti törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş halda cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının, xəstə anasının olmasını, ailənin tək qazanc gətirənin o, olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxsdən 128 manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356,384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar