Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-3/2025 19.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X4 İdarənin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1999-cu ildə Goranboy rayonu, Nizamikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Nizamikənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələri, xx.xx.1995-ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələri, xx.xx.1999-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.1-ci və 179.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qululq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmişdir. Belə ki, o, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli 1530/23 nömrəli əmək müqaviləsinə və xx.xx.2022-ci il tarixli, 001-T/22 nömrəli əmri ilə təsdiq edilmiş “təkər ustasının vəzifə təlimatı”na əsasən təkər ustası işləyərkən dəyişəcəyi təkərləri anbardan təhvil alaraq işlədiyi atelyeyə gətirmək, təhkim olunmuş alətlərdən düzgün və təhlükəsiz qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında, layiqincə və keyfiyyətli həyata keçirmək, iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olması kimi öhdəlikləri daşıyan məsul şəxs olaraq, xx.xx.2024-cü il tarixdə, həmin şirkətin xx.xx.2023-cü il tarixli, 915/23 nömrəli əmək müqaviləsinə əsasən iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olan məsul şəxs Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixdə ona etibar və təhkim edilmiş həmin şirkətə məxsus 2 ədəd (13R22.5 154/150K) ölçülü, 2 ədəd (13R22,5 156/150K) ölçülü, 1 ədəd (315/80R22,5 156/150K) ölçülü olmaqla, ümumilikdə 3842 (üç min səkkiz yüz qırx iki) manat məbləğində 5 (beş) ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş “Lassa” markalı təkərləri, həmin təkərlərin satışını təmin ediləcəyinə dair xx.xx.2024-cü il tarixdə vəd vermiş Təqsirləndirilən şəxs3 təqdim edərək satışından maddi gəlir əldə etmək məqsədilə şirkətin Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində yerləşən servisdən talamaqla, mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmişdir. Belə ki, o, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli, 915/23 nömrəli əmək müqaviləsinə əsasən yol tikintisi texnikasının texniki xidməti üzrə mexaniki vəzifəsində işləyərkən iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olan məsul şəxs olaraq xx.xx.2024-cü il tarixdə, həmin şirkətin xx.xx.2023-cü il tarixli 1530/23 nömrəli əmək müqaviləsinə və 05.01,2022-ci il tarixli, 001-T/22 nömrəli əmri ilə təsdiq edilmiş “təkər ustasının vəzifə təlimatı”-na əsasən təkər ustası vəzifəsində işləyərkən dəyişəcəyi təkərləri anbardan təhvil alaraq işlədiyi atelyeyə gətirmək, təhkim olunmuş alətlərdən düzgün və təhlükəsiz qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında, layiqincə və keyfiyyətli həyata keçirmək, iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də b« istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, ha işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olması öhdəlikləri daşıyan məsul şəxs Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir şəxs halında birləşərək sonuncuya xx.xx.2024-cü il tarixdə etibar və təhkim edilmiş şirkətə məxsus 2 ədəd (13R22.5 154/150K) ölçülü, 2 ədəd (13R22.5 156/150K) ölçü ədəd (315/80R22,5 156/150K) ölçülü olmaqla, ümumilikdə 3842 (üç min səkkiz yüz c o manat məbləğində 5 (beş) ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş “Lassa” markalı təkərləri, həmin təkərlərin satışını təmin ediləcəyinə dair xx.xx.2024-cü il tarixdə vəd vermiş Təqsirləndirilən şəxs3 təqdim edərək satışından maddi gəlir əldə etmək məqsədilə şirkətin Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində yerləşən servisdən talamaqla mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, mənimsənilmiş əmlakı satacağına dair qabaqcadan verməklə, həmin əməlin törədilməsinə köməkçilik etmişdir. Belə ki, o, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbay Respublikasındakı filialında təkər ustası işləyən Təqsirləndirilən şəxs1 və həmin şirkətdə yol tikintisi texnikasının texniki xidməti üzrə mexaniki işləyən Təqsirləndirilən şəxs2 ilə xx.xx.2024cü il tarixdə danışaraq onların qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə, şirkətə məxsus Zəngilan rayonu, Ağbənd kəndi ərazisində yerləşən servisdən mənimsəyəcəkləri 2 ədəd (13R22.5 154/150K) ölçülü. 2 ədəd (13R22,5 156/150K) ölçülü, 1 ədəd (315/80R22.5 156/150K) ölçülü olmaqla, ümumili 3842 (üç min səkkiz yüz qırx iki) manat məbləğində 5 (beş) ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş “Lassa” markalı təkərləri satacağına dair qabaqcadan vəd vermə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə mənimsəmə cinayətin törədilməsinə köməkçilik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.1-ci və 179.2.3-cü maddələrində nəərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli 1530/23 nömrəli əmək müqaviləsinə və xx.xx.2022-ci il tarixli, 001-T/22 nömrəli əmrinə əsasən şirkətin Azərbaycan Respublikasındakı filialının Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində yolun 115-ci kilometrliyi adlanan hissəsində yerləşən servisdə təkər ustası kimi işə qəbul edilmiş və 1 il 1 ay həmin şirkətdə təkər ustası kimi işləmişdir. İşlədiyi vaxt yağdəyişmə yerində işləyən Goranboy rayon sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə o, şirkətə məxsus və servisin təkər təmiri sexində təkərləri talayıb satmaq məqsədi ilə həmin təkərləri servisdən çıxartmaq təklifini Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncu onun təklifini qəbul etmişdir. xx.xx.2024-cü ildə Goronboy rayonundan olan tanışı Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng edərək təkərlərin satılmasında ona köməklik göstərməsini xahiş etmiş və Təqsirləndirilən şəxs3 da onun təklifi ilə razılaşaraq «Kalyon» şirkətindən talayacağı təkərləri sata biləcəyini, lakin pulu təkərləri satdıqdan sonra verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində ətrafda heç kimin olmamasından istifadə edərək Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində yerləşən «Kalyon» şirkətinin 115-ci kilometrliyi adlanan hissəsində şirkətə məxsus servisdə yerləşən təkər təmiri sexindən həmin şirkətə məxsus olan 5 ədəd “Lassa” markalı ağır yük avtomobilləri üçün nəzərdə tutulmuş təkərləri Əlinin idarə etdiyi **-JY-*** nömrə nişanlı “Sprinter” markalı nəqliyyat vasitəsinin salon hissəsinə yiğmış, Əli ilə birlikdə «Kalyon» şirkətinin 115-ci kilometrliyi adlanan servis ərazisindən təxminən 3 kilometr uzaqlıqda olan çınqıl təpəliklərə getmiş, 30 dəqiqə həmin yerdə gözləmişlər. «Kamaz» markalı nəqliyyat vasitəsində yatan X9 5 ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş təkərlərin talamasında heç bir rolu olmamışdır. Əli ilə gecə danışmış, anası xəstə olduğu üçün ehtiyacı olmasını və təkərləri aparıb sataq demişdir. Təkərləri talamağı Əliyə o, təklif etmişdir. Aralarında razılaşdıqdan sonra Kənana zəng edərək bildirdirmişdir ki, belə bir təkərlər var, “çıxardım gətirim sataq” o, da razılaşmışdır. 5 təkər götürüb satmağa razılaşmışlar. Nəqliyyat vasitəsi “Sprinter” markalı olmuşdur. Onlar həmin yerdə gedəndə orada onlardan başqa adam olmamış və heç kimdə onları görməmişdir. Təkərləri özünün işlədiyi və təkər düzətdiyi yerdən götürmüşdür. O, servisdə maşın təkəri düzəldir. Təkərləri maşına Əli ilə o, yükləmişdir. Təkərləri daşlıq yerə sürmüşlər. Onlar təkərləri Kənanın gözlədiyi yerə aparmışlar. Onlar whatsApp vasitəsi ilə olduqları yerin konumunu Kənana atmış, Kənanda gəlmişdir. Güvənlik onları saxlamış və təkərlərin «Kalyon» şirkətinə məxsus olmasını bilmiş və onlar təkərləri geri qaytarmışlar. 3842 manat ziyanı öz aralarında 3 bərabər hissəyə bölmüş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmiş və bunun nəticəsində üzərinə düşən həmin zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etəmsini, etdiyi əməldən peşman olmasını, birdə heç vaxt bu hərəkəti etməyəcəyini və zərərçəkənlə barışmasını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1 məhkəmədən törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli, 915/23 nömrəli əmək müqaviləsinə əsasən təxminən 1 il 1 ay olar ki, şirkətin Azərbaycan Respubliksındakı filialının Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində yolun 115-ci kilometrliyi adlanan hissəsində yerləşən servisdə yol tikintisi texnikasının texniki xidməti üzrə mexanik işləyir. İşi şirkətə məxsus nəqliyyat vasitələrinin yağlarını dəyişməkdən ibarət olmuşdur. Şirkətdə işlədiyi zaman həmin şirkətdə təkər ustası işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə Muraz ona şirkətə məxsus servisin təmir sexində olan təkərləri satmaq məqsədi ilə həmin təkərləri servisin təkər təmiri sexindən çıxartmağı və satmağı təklif etmiş, həmin vaxtıda onun pula ehtiyacı olduğundan təklifi qəbul etmiş və Muraz ilə birlikdə təkərləri satmaq qərarına gəlmişlər. Muraz Kənan adlı tanışına xx.xx.2024-cü il tarixdə onun yanında mobil telefonla zəng edərək şirkətə məxsus təkərləri talamaqları və həmin təkərlərin satılmasında onlara köməklik göstərməsini xahiş etmiş, Kənan təklif ilə razılaşmış, təkərləri təhvil alandan sonra satacağına və satışdan əldə olunmuş pulu ona və Muraza verəcəyinə vəd vermişdir. 2 gün sonra o, Muraz ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində ətrafda heç kimin olmamasından istifadə edərək Zəngilan rayonu Ağbənd qəsəbəsi ərazisində yerləşən şirkətə məxsus “Lassa” markalı yük avtomobilləri üçün nəzərdə tutulan 5 ədəd təkərləri **-JY-*** nömrə nişanlı “Sprinter“ markalı nəqliyyat vasitəsinin salon hissəsinə yığmışlar. Həmin gün Muraz ilə şirkətdən 3 kilometr uzaqlıqda olan çınqıl təpəliklərə getmiş və Kənana whatsApp vasitəsilə konum göndərib, səs ataraq həmin əraziyə gəlməsini istəmişlər. Muraz ilə birlikdə 30 dəqiqə həmin yerdə gözləmiş, 30 dəqiqədən sonra Kənan “Kamaz” markalı nəqliyyat vasitəsi ilə həmin yerə gəlmiş, nəqliyyat vasitəsini idarə edənin isə Şahid1 olmasını görmüşdür. “Kamaz”-da yatan Raufun isə 5 ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş təkərlərin talanmasında isə heç bir rolu olmamışdır. Kənan təkərləri satmaq üçün Goranboy rayonu ərazisinə getmək məqsədi ilə yola düşmüşdür. Onlar servisə çatdıqdan sonra Kənan Muraza zəng edərək şirkətin mühafizəçisi tərəfindən tutulduqlarını demişdir. Onların hərəsinə ordan 300 manat pul çatmalı idi. Onlar təkəri Kənana vermişlər ki, Kənan təkərləri Goranboy rayonunda satıb onlara pul verəcək idi. 3842 manat zərəri öz aralarında 3 bərabər hissəyə bölmüş, bunun nəticəsində üzərinə düşən zərəri zərərçəkmişə, həmin zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təkərləri aparıb satmaq təkilifi ona Murazdan gəlmişdir. Sonda Təqsirləndirilən şəxs2 məhkəmədən törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Muraz ona zəng edərək “Kalyon” şirkətinə məxsus olan yük avtomobillərinin istismarı üçün nəzərdə tutulmuş təkərləri talayacağını, həmin təkərləri sata bilib-bilməyəcəyini soruşmuş və satıldığı halda əldə ediləcək pulun ona verməsini istəmişdir. O, Murazla razılaşaraq təkərləri sata biləcəyini və iki gün sonra gəlib təkərləri oradan götürəcəyini demişdir. xx.xx.2024-cü ildə saat 19:00-da Şahid1 ilə birlikdə Goranboy rayonundan çıxıb Zəngilan rayonuna doğru getmək üçün hazırlaşanda həmkəndlisi X22 ərazisini görmək istəməsini demiş və onu da özü ilə bir yerdə aparmışdır. Onlar portal icazəsi olmadan gizli olaraq postlardan keçmişlər. Özünə məxsus texnikaları Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində fəaliyyət göstərən şirkətlərə icarəyə verən Elmar həmin nəqliyyat vasitələrinin işlənmiş köhnə təkərlərini kənd ərazisində götürüb özü ilə yaşadığı rayona aparacaqdı. Zəngilan rayonu, Cahangirbəyli kəndinə gəlməzdən əvvəl Şahid1 Zəngilan rayonu Ağbənd qəsəbəsinə onunla getməsini, onun oradan 5 ədəd təkər götürəcəyini və onu aparması qarşılığında 200 manat pul verəcəyini demişdir. Elmar onunla razılaşmış və birlikdə Ağbənd qəsəbəsinə getmişlər. xx.xx.2024-cü ildə saat 03:25-də Muraz onun whatsAppına konum ataraq həmin ünvana gəlməsini istəmişdir. Onlar Murazın dediyi ünvana çatmış, təkərləri “Kamaz” markalı nəqliyyat vasitəsinə yükləmişlər. Bu zaman Elmar şübhələnərək həmin təkərlərin oğurluq olub-olmamasını ondan soruşmuş, o, da Elmara təkərlərin oğurluq olmadığını bildirmişdir. Onlar birlikdə təkərləri “Kamaz” markalı maşına yığıb təxminən 3 kilometr yol getdikdən sonra şirkətə məxsus özəl mühafizə pikapı onlara yaxınlaşmışdır. Elmar təkərlərin oğurluq olmasını biləndə əsəbləşmiş və dərhal idarə etdiyi “Kamaz” markalı maşını saxlamışdır. Həmin vaxt Elmar ondan nəqliyyat vasitəsindən düşüb pikap markalı avtomobili sürən mühafizəçiyə cavab verməsini istəmişdir. O, mühfizəçiyə təkərləri mənimsəməsini bildirmişdir. Elmar idarə etdiyi Kamaz markalı maşını yükləyəndən sonra yol boyu yatmış və yalnız pikap sürən mühafizəçi Kamazı yoxlayanda oyanmışdır. 3842 manat ziyanı öz aralarında 3 bərabər hissəyə bölmüş, zərərçəkmişə dəymiş ziyan ödənilmiş, üzərinə düşən həmin zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəmişdir. Ziyanı özünə aid hissədə qəbul edir və istintaqda verdiyi ifadəsini təsdiq edir. Təkərlərin oğurluq olmasını bilmiş və əməlindən peşmandır. Sonda Təqsirləndirilən şəxs3 məhkəmədən törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquq şöbəsində işləyir. xx.xx.2024-cü il tarixdə gecə saat 04:00-da “Kalyon” şirkətində mühafizə rəisi işləyən Şahid3 “Kalyon” şirkətinin çəkdiyi istifadəyə verilməmiş avtomobil yolunda avtomobil hərəkətindən sonra yaranmış toz dumanı görmüş, şübhələndiyi üçün idarə etdiyi **-PR-*** dövlət nişanlı «Mistubishi L200» markalı avtomobil ilə yola düşmüş, hərəkətdə olan zaman qarşıda “Kamaz” markalı yük avtomobilin getdiyini görmüş və həmin “Kamaz” markalı yük avtomobilindən şübhələnib arxası ilə hərəkət etmişdir. Həmin “Kamaz” markalı yük avtomobili dayanmış, içərisindən Kənan və Elman adlı şəxslərin düşməsini bildirmişdir. Şahid3 avtomobilin yük hissəsini yoxlayan zaman içərsində şirkətə məxsus 2 ədəd (13 R22,5 154/150 K) ölçülü, 2 ədəd (13 R22,5 156/150 K) ölçülü, 1 ədəd (315/80R22.5 156/150 ) ölçülü olmaqla, ümimilkidə 5 ədəd “Lassa” markalı “Hovo” təkərləri aşkar etmişdir. Şahid3 bu barədə Zəngilan rayon Polis şöbəsinə məlumat vermişdir. Talanmış təkərlər şirkətin Zəngilan rayonu Ağbənd kəndi ərazisində yerləşən təmir sexindən həmin şirkətin işçiləri Muraz və Əli tərəfindən mənimsənilmişdir. Bu iki nəfər Muraz və Əli əmək müqaviləsi ilə onların şirkətində işləmişlər. Təkərlər maddi sübut kimi Zəngilan rayon Polis İdarəsindədir. Onlara dəymiş maddi və mənəvi zərər ödənilmiş və bu barədə ərizədə yazmışlar. Onlar təkərlərin qaytarılmasını da istəyirlər. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Əli və Kənanı tanıyır, Murazı isə tanımır. xx.xx.2024-cü ildə kənddə olan zaman Elmar Zəngilan rayonuna gedib orada olan texnikalarının təkərlərini gətirəcəyini və Kənan ilə gedəcəyini bildirmişdir. O, da getmək istədiyini dedikdə əvvəl Elmar razı olmamış, sonra o dəfələrlə gedib işğaldan azad olunmuş torpaqları görmək istədiyini dedikdən sonra razılaşmışdır. O və Kənan xx.xx.2024-cü ildə təxminən saat 17:00-da Goranboy rayonundan Elmarın idarə etdiyi «Kamaz» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Zəngilan rayonuna getmişlər. xx.xx.2024-cü ildə təxminən saat 02:30-da o, Kamazın arxa hissəsində yatmış, təxminən 2 saat sonra əvəllər tanımadığı bir nəfər onu yuxudan oyatmışdır. O, Kamazdan aşağı düşükdən sonra Kamazın yük hissəsinin açıq olduğunu və orda təkərlər olmasını görmüş, Kənandan nə baş verməsini soruşmuşdur. Kənan ona hər hansı bir problem olmamasını bildirmişdir. Həmin şəxs kiməsə zəng etmiş, oraya hərbi qulluqçu gəlmiş və onları hərbi hissəyə aparmışlar. Hərbi hissəyə getdikdən sonra orada onun üşüməsini görüb ona Kamazda oturub gözləməsini bildirmişlər. Şirkətə məxsus təkərlərin talanıb satılacağı ilə bağlı heç bir məlumatı olmamışdır. O, yol boyu yatmış, onu pikapın sürücüsü oyandırmış və ayılıb Kamazdan aşağı düşmüşdür. Elmar, o və Kənan getmişlər. O, onların orda təkər götürmələrində iştirak etməmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 5 ay olar ki, Zəngilan rayonu, Cahangirbəyli kənd ərazisində yerləşən yeni evlərin tikintisi üçün “Bekalator“ markalı nəqliyyat vasitəsini aylıq icarəyə vermişdir. Təxminən 15 gün əvvəl həmin texnikaya yeni təkərlər alıb göndərmiş və işlənmiş köhnə təkərləri götürmək üçün Zəngilan rayonuna getməyi planlaşdırmışdır. xx.xx.2024-cü ildə Kənan ona zəng edərək Zəngilan rayonuna gedib oradan ona məxsus təkərləri götürüb qayıtmağı təklif etmiş, qarşılığında isə 200 manat məbləğində pul verəcəyini bildirmişdir. O, əvvəl həmin təkərlərin talandığını bilməmişdir. Həmkəndlisi Rauf da Qarabağ ərazisini görmək üçün portalsız maşında uzanaraq gizlənib keçib getmək istəməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00-da Goranboy rayonundan çıxıb Zəngilan rayonuna getmişlər. Muraz Kənanla telefonla danışaraq yolu izah etmiş, o, Kənan və Rauf xx.xx.2024-cü il tarixdə saat 03:40-da Murazın Kənana atdığı ünvana gəlib çatmışlar. 5 ədəd təkəri onun idarə etdiyi “Kamaz” markalı maşına yükləmişlər. Kənandan həmin təkərlərin talanıb-talanmadığını soruşmuş, lakin Kənan təkərlərin talandığını deməmişdir. 10 dəqiqə yol getdikdən sonra arxadan “Kalyon” şirkətinə məxsus “Pikap” markalı avtomobilin gəldiyini görüb Kənana əsəbləşərək düzünü deməsini istəmiş və həmin vaxt təkərlərin talandığını bilmişdir. Mühafizəçilər maşını yoxlayarkən nəqliyyat vasitəsində talanmış təkərlərin olduğunu görüb Kamazda olan şəxsləri “Kalyon” şirkətinə məxsus kampa gətirmişlər. Muraz və Kənanla təkərlərin talanmasında heç bir razılığı olmamışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. O, təkərlərin oğurluq olmasını Ədalət onların arxasınca gəlib saxlatdırandan sonra bilmişdir. Oraya özünün şəxsi Kamaz markalı yük maşını ilə getmişlər. Muraz və Əli şirkətdə işlədiyi üçün orada olmuş, onunla Kənan getmişlər. Təkərləri götürüb qayıdanda “Kalyon” şirkətinə məxsus “Pikap” markalı avtomobil onları dayandırmışdır. O, Zəngilanda sahibkar kimi fəaliyyət göstərdiyi üçün portalı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fikrət oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə geca saat 04:00 radələrində idarə etdiyi 77PR-159 dövlət qeydiyyat nişanlı «Mistubishi L200» markalı avtomobil ilə hərəkətdə olarkən, o, «Kalyon» şirkətinin çəkdiyi və istifadəyə verilməmiş avtomobil yolunda avtomobil hərəkətindən sonra yaranmış tozdumanı görmüş və gecə saat 04 radələri olduğundan şübhələnmiş, izlərin arxası ilə getmiş, bir qədər getdikdən sonra, qarşıda "Kamaz" markalı yuk avtomobilin getdiyini görmüş və həmin "Kamaz" markalı yük avtomobildən şübhələnib arxası ilə hərəkət etmişdir. O, "Kamaz" markall yük avtomobilinə yaxınlaşan zaman həmin yük avtomobili dayanmış və yük avtomobilindən iki nəfər düşmüşlər. Həmin iki şəxsi tanımamış, sonradan adlarının Kənan və Elmar olduqlarını bilmişdir. Daha sonra yük avtomobilinə baxış keçirən zaman o, avtomobildə bir nəfər şəxsin yatdığını görmüşdür. O, avtomobilin yük hissəsində 5 ədəd "Lassa" markalı "Hovo" təkərləri görmüş və bu barədə soruşduqda əvvəl Elmar və Kənan hər ikisi ona həmin təkərlərin özlərinə məxsus təkər olmalarını desə də, onlara inanmamış, daha sonra həmin ərazi sərhədboyu zolaq olduğu üçün sərhəd qoşunlarına bu barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra Elvin adlı sərhəd qoşunlarının işçisi həmin yerə gəlmiş və həmin şəxsləri sərhəd zastavasına dəvət etmişdir. Hərbi hissədə olan zaman Təqsirləndirilən şəxs3 həmin təkərlərin «Kalyon» şirkətinə məxsus avtomobil təmiri servisindən Əli və Muraz adlı şəxslər tərəfindən talayıb satmaq üçün verildiyini demişdir. O, bu barədə Zəngilan rayon Polis Şöbəsində işləyən Mahir adlı polis əməkdaşına «Kalyon RSY» şirkətinin Zəngilan rayon, Ağbənd kənd filiallnda iki təkər ustası olmasını, onlardan birinin gündüz növbəsində, digərinin isə gecə növbəsində işləməsi barədə məlumat vermişdir. Həmin vaxt gecə növbəsində Təqsirləndirilən şəxs1 olmuş və təkərlərə nəzarət onun tərəfindən həyata keçirilmişdir. O, maşını saxlayanda maşında 3 nəfər olmuş və ona qarşı heç bir müqavimət göstərilməmişdir. İlk öncə təkərlərin özlərinə məxsus olduğunu bildirsələr də, sonradan təkərlərin şirkətə məxsus olduğunu bildirmişlər. İstintaqda verdiyi ifadəsini isə təsdiq edir. Təkərlər Kamaz təkərləri olmuşdur. Təkərlərin kimə aid olduğunu bilməmiş, araşdırılandan sonra bilmişdir. Kamaz normal yolla getmədiyi üçün şübhələnmiş və onları saxlamışdır. Cinayət işi üzrə digər şahidlər X2, EmreTuran Erdoğan oğlu və X26 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Telefon vasitəsi ilə əlaqə saxlanılan zaman şahidlər hazırda Türkiyədə olduqlarını və Azərbaycana isə may ayında gələcəklərini bildirmişlər. Məhkəmə işə şahidlər X1, EmreTuran Erdoğan oğlunun və X18 iştirakları olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaqda verdiyi ifadələrini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, “Kalyon RSY X24 Ticari işletməsi” şirkətinin Azərbaycan filialında inşaat mühəndisi işləyir. Bundan başqa təchizat hissəsinin rəhbərini də o, əvəz edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Sonuncular Kalyon şirkətində işləmişlər. Kalyon RSY şirkətində işlər həm yük avtomobilləri, həm də minik avtomobillərinin iştirakı ilə keçirildiyindən, nəqliyyat vasitələrinin təkərlərində nasazlıqlar olduğu halda nasazlıqların aradan qaldırmaqdan ötrü çox vaxt getməməyi üçün təkər ustaları anbardan müəyyən sayda təkərlər götürərək işlədikləri təmir sexində saxlayır və ehtiyac olduqca təkərləri dəyişirlər. Şirkətin Zəngilan rayon filialında 2 təkər ustası olmuş, onlardan Təqsirləndirilən şəxs1, digəri isə Bekir Ali olmuş, Bekir Ali gündüz növbəsində, Təqsirləndirilən şəxs1 isə gecə növbəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə mühafizədən zəng gəlmiş və şirkətdən təkər talandığı barədə məlumat verilmişdir. Daha sonra o, talamanı həyata keçirənlərin şirkətdə təkər ustası işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişdir. Həmin təkərlər anbardar tərəfindən Təqsirləndirilən şəxs1 və Bekir Aliyə həvalə edilmişdir. Həmin təkərlər gecə vaxtı talandığından, təkərlərə həmin vaxt nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirməli idi, təkərlər sonuncunun nəzarətində olmuşdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 Ərdoğan oğlu ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən “Kalyon RSY” şirkətində anbardar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, hər ikisi onunla eyni şirkətdə işləyirlər. Təqsirləndirilən şəxs3 isə tanımır. “Kalyon RSY” şirkətində işlər həm yük avtomobilləri, həm də minik avtomobillərinin iştirakı ilə görülür. Belə ki, təkər ustaları nəqliyyat vasitələrinin təkərlərində nasazlıqlar olduğu halda nasalığı aradan qaldırmaqdan işin daha sürətli getməsi və vaxtı-vaxtında müdaxilə edilməsi üçün çox vaxt anbardan müəyyən sayda təkərləri götürərək təmir sexində saxlayır və ehtiyac olduqca təkərləri dəyişirlər. Şirkətin Zəngilan rayonu filialında 2 təkər ustası işləyir, biri Bekir Ali, digəri isə Təqsirləndirilən şəxs1dur. Bekir Ali gündüz növbəsində, Təqsirləndirilən şəxs1 isə gecə növbəsində işləyir. O, anbardar işlədiyi üçün talanmış təkərlər əvvəl onda olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər növbəsində işləyən təkər ustası X26 avtomobillərdə nasazlıq olduğu halda tez bir zamanda dəyişmək üçün əlavə 8-10 təkər götürüb aparmışdır.xx.xx.2024-cü il tarixdə səhərə yaxın mühafizəçi ona zəng edərək şirkətdən təkər talandığı barədə məlumat vermiş, o, daha sonra öyrənmişdir ki, təkərləri talayanlar şirkətdə təkər üstası işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. Təkər ustaları tərəfindən müəyyən sayda götürülüb təmir etdikləri sexdə saxlanılan təkərlər isə təkər ustalarına həvalə edildiyindən, həmin təkərlərə nəzarəti də hansı təkərçinin növbəsinə düşmüşsə həmin təkər ustası həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkərləri təmir sexindən talamışlar. Həmin təkərlər gecə vaxtı talandığından təkərlərə həmin vaxt nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirməli idi, çünki təkərlər Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. Təkər ustalarına təkərlərin verilmə səbəblərindən biri də onun axşam saat 22:00-da anbarı bağlamasıdır ki, gecə vaxtı təkərə ehtiyac olduğu zaman anbardan təkər verilmədiyi üçün təkərçilər əlavə təkərlər götürüb təmir sexində saxlayırlar. Talanmış təkərlər də həmin əlavə təkərlərdən olmuşdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki,o, 2023cü ildən “Kalyon RSY” şirkətində təkər ustası işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, hər ikisi onunla eyni şirkətdə işləmişdir. O, gündüz növbəsində, Təqsirləndirilən şəxs1 isə gecə növbəsində təkər ustası kimi işləmişdir. O, Təqsirləndirilən şəxs3 tanımır. “Kalyon RSY” şirkətində işlər həm yük avtomobilləri, həm də minik avtomobillərinin iştirakı ilə görülür. Belə ki, təkər ustaları nəqliyyat vasitələrinin təkərlərində nasazlıqlar olduğu halda nasazlıqları aradan qaldırmaqdan ötrü, işin daha sürətli getməsi və vaxtı-vaxtında müdaxilə edilməsi üçün bir qayda olaraq anbardan müəyyən sayda təkərlər götürərək təmir sexində saxlayır və ehtiyac olduqca təkərləri dəyişirlər. Şirkətin Zəngilan rayonu filialında 2 təkər ustası işləyir, biri o, digəri isə Təqsirləndirilən şəxs1dur. O, xx.xx.2024cü il tarixdə anbardan avtomobillərdə nasazlıq olarsa tez zamanda dəyişmək üçün 8 təkər götürmüş, həmin tarixdə saat 18:00-da onun iş saatı qurtarmış və Təqsirləndirilən şəxs1 öz növbəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 təkərləri vermiş və təkərləri hər hansı avtomobildə nasazlıq olduğu halda tez zamanda dəyişməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 06:30-da mühafizəçi şirkətdən təkər talandığı barədə məlumat vermişdir. O, daha sonra öyrənmişdir ki, təkərləri talamış şəxslər şirkətdə təkər ustası işləyən Təqsirləndirilən şəxs1 və yağdəyişən Təqsirləndirilən şəxs2dur. Təkərlər anbarda olduğu müddət ərzində təkərlərə nəzarəti anbardar Şahid5 həyata keçirirdi. Təkər ustaları, yəni o və Təqsirləndirilən şəxs1 tərəfindən müəyyən sayda götürülüb təmir etdikləri sexdə saxlanılan təkərlər isə onlara həvalə edildiyindən, həmin təkərlərə nəzarəti də hansı təkər ustasının növbəsinə düşürdüsə həmin təkər ustası həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkərləri təmir sexindən talamışlar. Həmin təkərlər onun tərəfindən Şahid5 anbardan götürülmüşdür. 2 növbə olduğu üçün Təqsirləndirilən şəxs1 ilə o, aralarında təhvil-təslim edirlər. Həmin təkərlər gecə vaxtı talandığından, təkərlərə həmin vaxt nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirməli idi, çünki təkərlər sonuncuya həvalə edilmişdir. Təkərləri gündüz növbəsi olduğu üçün o, anbardan götürmüş və axşam saat 18:00-da Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanması və icraata götürülməsi barədə” qərardan görünür ki, HK-1\148 nömrəli araşdırma materialı üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «baxış və götürməyə dair» protokoldan görünür ki, baxışın aparıldığı yer “Kalyon RSY” şirkətinə məxsus Zəngilan rayonu, Ağbənd qəsəbəsi, 115-ci kilometrliyində yerləşən kampdan təxminən 2 (iki) kilometr kənarda yerləşir, Şahid1 və Təqsirləndirilən şəxs3 5 (beş) ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş təkərlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerdə təhvil aldıqlarını bildirmiş, baxış keçirildiyi yerin boşluq, 3 tərəfdən təpəlik olduğundan, kənardan görünmür. Təqdim olunan yerdə “Kamaz” markalı **-BP-*** nömrə nişanlı nəqliyyat vasitəsinin yük daşıma hissəsində “Lassa” markalı 2 ədəd (13R22,5 154/150K) ölçülü, 2 ədəd (13R22,5 156/150K) ölçülü, 1 ədəd (315/80R22.5 156/150K) ölçülü olmaqla, ümumilikdə 5 (beş) ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş təkərlər aşkar olunmuşdur. Həmin təkərlər sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:40 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2024-cü il tarixdə, saat 20:45 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «qətimkan tədbiri seçilməsi barədə» qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında» qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlandıqları Abşeron rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişlər. Cinayət işinin materiallarında olan və Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə nə yazılı, nədə şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «cinayət əməlinin tövsif edilməsi haqqında» qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən 177.2.1, 32.5, 177.2.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madəddə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «qətimkan tədbiri seçilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti alıtna vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan “Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli, 1530/23 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona həvalə olunmuş vəzifə öhdəliklərinin da, layiqincə və keyfiyyətli həyata keçirmək, iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olması kimi funksiyalarının yerinə yetirməsi həmin əmək müqaviləsində öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan“Kalyon RSY Adi Ortaklığı Ticaret İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli, 915/23 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs2 iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin (maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın) qorunmasına cavabdeh olması kimi funksiyalarının yerinə yetirməsi həmin əmək müqaviləsində öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan «Kalyon RSY X24 Ticari işlətməsi” şirkətinin Azərbaycan Resbulikasındaki filialının “Təkər ustası” vəzifə təlimatından görünür ki, ustasının, yəni Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli, 001-T/22 nömrəli əmri ilə təsdiq edilmiş “təkər ustasının vəzifə təlimatı”-na əsasən təkər ustası işləyərkən dəyişəcəyi təkərləri anbardan təhvil alaraq işlədiyi atelyeyə gətirmək, təhkim olunmuş alətlərdən düzgün və təhlükəsiz qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq kimi funksiyalarının yerinə yetirməsi həmin vəzifə təlimatında öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8563 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd 13R22,5 154/150K ölçülü təkər 725,0 manat, 2 ədədi 1450,0 manat, 1 ədəd 13R22,5 156/150K ölçülü təkər 800,0 manat, 2 ədədi 1600,0 manat, 1 ədəd 315/80R22,5, 156/150K ölçülü təkər 792,0 manat müəyyən edilmişdir. Avtomobil təkərlərinin qiymətləndirilməsi analoji yəni, eyni ölçülü, eyni texniki göstəricili, eyni istehsal ölkənin istehsal etdiyi təkər markasına uyğun internet məlumatlarına əsasən qiymətləndiilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, baxışın aparıldığı «Kalyon RSY” şirkətinə məxsus Zəngilan rayonu, Ağbənd qəsəbəsi, 115-ci kilometrliyində yerləşən kampın yanıdır. Hadisə yerinə baxdıqda “Kalyon RSY” şirkətinə məxsus anbar, təmir sexi olan ərazi müşahidə edilmiş, həmin ərazi “Kalyon RSY” şirkətinə məxsus güvənlik tərəfindən mühafizə olunur, giriş qapısından girdikdə sol tərəfdə anbar, sağ tərəfdə təmir sexi olmuşdur. Təkər təmiri sexinə baxdıqda içəridə təkər təmiri üçün avadanlıqlar və ehtiyat təkərlər mövcud olmuşdur. Talanmış təkərlər həmin ehtiyat təkərlərin arasında olmuşdur. Cinayət işinin materiallarında olan İ-14730 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərənsamı ilə Təqsirləndirilən şəxs3 «Qubadlının azad olunmasına görə» medalı, İ-70721 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərənsamı ilə Təqsirləndirilən şəxs3 «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 32.5, 177.2.1-ci maddəsindən 179.2.1, 32.5, 179.2.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin istintaq adiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaq adiyyəti üzrə Zəngilan rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 32.5, 179.2.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün Zəngilan rayon prokurorluğunun müstəntiqi Tamerlan Axundov tərəfindən icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Goranboy Rayon Mərkəzi Xəstəxanası“ X28 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-39/2-1595/2024 nömrəli, 18-1-39/2-1593/2024 nömrəli və 18-1- 39/2-1591/2024 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Hüseynov X20 Rayon Mərkəzi Xəstəxanasının poliklinkasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatlda dayanmırlar. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «əməlin tövsif edilməsi haqqında» qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 32,5, 179.2.1-ci maddələrindən həmin Məcəllənin 179.2.1, 179.2.3, 32.5, 179.2.1, 179.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək, ona həmin Məcəllənin 32.5, 179.2.1 və 179.2.3-cü maddələri ilə yenildən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək, ona həmin Məcəllənin 179.2.1 və 179.2.3cü maddələri ilə yenildən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək, ona həmin Məcəllənin 179.2.1 və 179.2.3cü maddələri ilə yenildən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş «Kalyon RSY X24 Ticari işlətməsi” şirkətinin Azərbaycan Resbulikasındaki filialının direktoru Ali Durdu tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış KR-xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ərizəsinin məzmunundan aydın olur ki, məhkəmənin icraatında olan 1(034)-3/2025 nömrəli cinayət işi üzrə şirkətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hər hansı maddi tələbi və şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zəngilan rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X19, Zəngilan rayon X13 qrupunun baş müstəntiqi X6, Zəngilan rayon X13 qrupunun müstəntiqi X7 və «Kalyon RSY» şirkətinin nümayəndəsi X10 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut 05 ədəd yük avtomobilləri üçün nəzərdə tutulmuş “Lassa” markalı təkərlər Zəngilan rayon Polis Şöbəsinin saxlanc yerindən götürülərək şirkətin nümayəndəsi X3 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «Kalyon RSY» şirkətinin nümayəndəsi X10 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, o, şirkətə məxsus “Lassa” markalı 5 ədəd yük maşınları üçün istifadə olunan təkərləri saxlamaq üçün Zəngilan rayon Polis Şöbəsinin saxlanc yerindən təhvil almışdır. Təqsirləndirilən şəxslər tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli 1244 nömrəli bank ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 963 manat məbləğində pulu "xxxx"ASC vasitəri ilə dövlət nəfinə ödəmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli ərizələrinin məzmunundan görünür ki, onlar zərərçəkmiş şəxsə dəymiş ziynanı ödəmlərini, aralarından barışıq əldə olunmalarını, dəymiş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə pul ödənilmələrini nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməldə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Qüdrət oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 179.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.1 və 179.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət əməli, onların həmin əməli törətməkdə təqsirliliyi, həm ibtidai istintaq orqanı tərəfindən toplanmış, həm də məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, o, cümlədən digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələrinə, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.1 və 179.2.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş ziyanı 3 bərabər hissəyə bölməklə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan ödənilmiş, hər biri özlərinə düşən zərərin 25 faizi məbləğində dövlət büdəsinə ödəniş etmiş, zərəçəkmiş hüquqi şəxslə aralarından barışıq əldə olunmuş, onlar tərəfindən ittiham üzrə zərərçəkmiş hüquqi şəxs «Kalyon RSY X24 Ticari işlətməsi” şirkətinin Azərbaycan Resbulikasındaki filialına dəymiş 3842 manat zərərin 25% olan 963 manat məbləğində pulu "xxxx"ASC vasitəsi ilə dövlət büdcəsinə ödəniş edilmişdir. Həmçinin zərərçəkmiş hüquqi şəxsin məhkəməyə ünvanladığı ərizəsində də onlara dəymiş zərərin tamamilə ödənilməsi, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmaması bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallarına” dair 40.5-cı maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə də həmin tələblərdən çıxış edərək təqsirləndirilən şəxslərin aralarında olan razılaşmaya əsasən ziyanın 3 bərabər hissəyə bölünməsi və həmin ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş edilməsini qərara almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslərlə barışmasını, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə yanaşı, dəymiş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş ödəməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməlidir və barələrində seçilmiş qətimkan tədbir ləğv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi 100 (yüz) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinin tələbinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınımış və Zəngilan rayon Polis şöbəsində maddi sübutlar üçün nəzərdə tutulmuş saxlanc yerində saxlanılan 2 ədəd (13R22,5 154/150K) ölçülü, 2 ədəd (13R22,5 156/150K) ölçülü, 1 ədəd (315/80R22,5 156/150K) ölçülü olmaqla, ümumilikdə 3842 manat məbləğində 5 ədəd yük avtomobilləri üçün nəzərdə tutulan “Lassa” markalı təkərlər xx.xx.2025-ci il tarixli akta əsasən zərərçəkmiş hüquqi şəxs olan “Kalyon RSY Adi Ortaklığı Ticaret işletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarıldığından qanunvericiliyin tələbinə əsasən zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Üniversal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi2 vəkil işlədiyi «Üniversal» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində, təqsirləndirilən şəxs X11 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi1 vəkil işlədiyi «Üniversal» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi3 vəkil işlədiyi «Üniversal» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1ci və 179.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1ci və 179.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.1-ci və 179.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınımış və Zəngilan rayon Polis şöbəsində maddi sübutlar üçün nəzərdə tutulmuş saxlanc yerində saxlanılan 2 ədəd (13R22,5 154/150K) ölçülü, 2 ədəd (13R22,5 156/150K) ölçülü, 1 ədəd (315/80R22,5 156/150K) ölçülü olmaqla, ümumilikdə 3842 manat məbləğində 5 ədəd yük avtomobilləri üçün nəzərdə tutulan “Lassa” markalı təkərlər zərərçəkmiş hüquqi şəxs olan “Kalyon RSY Adi Ortaklığı Ticaret işletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 vəkil işlədikləri «Universal» Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-3/2025
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-3/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver