Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-4/2021 29.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclasının katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı X2 İdarənin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, 29 avqust 1991-ci ildə Zəngilan rayonu, içəri Müşlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamış, Zəngilan şəhəri, Rəsulzadə küçəsi ev 15-də, qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərcəyi, bina 4, mənzil 31-də məskunlaşmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəsi olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Azərbaycan Respublikasının «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,096 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə edərək əynində olan qara rəngli şalvarının sol yan cibində siqaret qutusunun içərisində 02 ədəd bükümdə saxlamaqla daşımış, 16.09.2021-ci il tarixdə saat 04:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 1 nömrəli binanın yaxınlığında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə üzərindən aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. İşin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai araşdırma zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində bildirmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə olan kakos kimi tanıdığı heroindən istifadə edir. 16 sentyabr 2021-ci il tarixdə saat 04:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 1 nömrəli binanın yaxınlığında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu Zəngilan RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə olarkən təhqiqatçı tərəfindən ona vəkil təqdim edilərək şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində axtarış aparılmağa etirazının olub-olmadığı soruşuldu, o da, üzərində axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Hüquq və vəzifələri ona izah edildikdən sonra video çəkilişlə üzərində axtarış aparılmağa başlanmış və ilk əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmış, o da, əynində olan şalvarının sol yan cibindən “LD" markalı siqaret qutusunu və mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Axtarış zamanı təqdim etdiyi “LD” markalı siqaret qutusunu özü açaraq həmin siqaret qutusunda olan 2 ədəd kağız bükümləri və 1 ədəd gümüşü falqa kağız parçasını polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərdən ikisinin içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olmuş, həmin heroinləri polis əməkdaşlarına təqdim edib ona məxsus olduğunu demişdir. Digər 1 ədəd gümüşü kağız falqada olan heroini özü istifadə etmişdir. Üzərindən çıxmış heroin, mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra onlara ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün imzalamışlar. Bundan başqa üzərindən aşkar ediərək götürülmüş heroin qablaşdırıldıqdan sonra üzərini imzalamışdır. Üzərindən aşkar edilmiş heroini 16.09.2021-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahidin heykəlinin yanından “LD” markalı siqaret qutusunun içəsirindən tapmışdır. Həmin yerə oyun oynamaq üçün hesabına pul köçürmək üçün getmiş, qayıdan zaman yerdə siqaret qutusu görüb götürərək açıb içərisinə baxmışdır. Baxan zaman iki ədəd büküm, bir ədəd gümüşü falqa olduğunu görmüşdür. Həmin bükümləri açan zaman istifadə etdiyi üçün bükümün içərisində heroin olduğunu görmüş və özü istifadə etmək üçün cibinə qoyub özü ilə götürmüşdür. Məcburi köçkünlər şəhərciyində polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər və şöbədə həmin narkotik vasitəni ondan götürmüşlər. Bir il ərzində istifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Özü narkotik vasitə olan heroindən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. Sonda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və məhkəmədən barəsində həbslə bağlı olmayan hökm çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs tanıyır, xidməti ərazisində yaşayır, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. 16.09.2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul edir və Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. 16 sentyabr 2021-ci il tarixdə Şahid1 raportla RPŞ-nin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat-axtarış təbirlərinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, üzvləri isə o və RPŞ-nin konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid3 təyin edilmişlər. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra həmin gün, yəni 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməlini ifşa etmək üçün onu nəzarətə götürüb əməliyyat tədbiri keçirmişlər. 16 sentyabr 2021-ci il tarixdə saat 04:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi 1 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu RPŞ-yə dəvət etmişlər. Kənan etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişlər. Şöbənin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını müəyyən edilməsi üçün yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verməyini xahiş etmişlər. Şöbənin rəhbərliyi tərəfindən həmin raportun icrası Təhqiqat Qrupunun təhqiqatçısı Emil Səfərliyə həvalə edilmişdir. Emil Səfərli tərəfindən müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi və onun da həmin axtarışda iştirak edəcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Zəngilan RPŞin inzibati binasında, TQ-nun xidməti otağında keçirilmişdir. Axtarış aparılmağa başlamazdan əvvəl axtarışa rəhbərlik edən təhqiqatçı Emil Səfərli tərəfindən iştirak edəcək şəxslər təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək ona hüquq və vəzifələri barədə yazılı bildiriş verilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun video çəkilişlə üzərində şəxsi axtarış aparılmağına etirazının olubolmadığı soruşulmuş, o isə üzərində video çəkilişlə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı predmet, əşya olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusu və arxa sağ cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxan zaman həmin siqaret qutusunun içərisindən 1 ədəd üzərində tünd qəhvəyi rəngli ləkə olan gümüşü falqa, iki ədəd siqaret kağızı bükümlərində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs siqaret kağızında olan iki ədəd bükümü təqdim edərək tünd qəhvəyi rəngli spesifik iyə malik maddənin “kakos" kimi tanıdığı narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs gümüşü rəngli yanmış falqanı isə təqdim edərək bildirmişdir ki, həmin gümüşü falqa ilə üzərindən aşkar edilmiş narkotik vasitədən özü istifadə etmişdir. Təqsirləndirilən şəxs daha sonra üzərində başqa heç nəyin olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və üzərindən əlavə heç nə aşkar edilməmişdir. Axtarış keçirildikdən sonra iki ədəd kağız bükümlərdə aşkar edilmiş tünd qəhvəyi kütlə, gümüşü falqa təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri DİN-in 105 saylı möhürü ilə möhürlənmişdir. Həmin qablaşdırılmış zərfin üzərində iştirakçılar tərəfindən imzalar çəkilmiş, o, da həmin zərfin üzərində imza etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon da qablaşdırılıb götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, potokola heç bir etiraz, vəsatət və əlavə daxil edilməmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid1 teleqpramla məhkəməyə mürasiət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq etməsini bildirmişdir. İbtidai istintaq zamanı Şahid1 şahidlər Şahid2 və Şahid3 Şəmşad oğlu ilə eyni məzmunulu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 6/4099 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,633 qram və 0,463 qram, ümumi təmiz çəkisi 1,096 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan bir ədəd gümüşü falqa kağız parçasının üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heron 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin» in İ siyahısına daxildir. İş üzrə keçirilmiş Azərbyacan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 02.11.2021-ci il tarixli 4253 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan matemfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması» haqqında 16 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları a tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Quliyev X6 rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi, bina1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Zəngilan Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində qərarla tanış edilərək paltarlarında, əyşlararında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin verilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunu, sol yan cibindən 1 ədəd qara rəngli “Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncun üzərindən heç bir əşya və ay predmet aşkar edilməmişdir. Təqdim edilmiş 1 ədəd «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdyi üçün götürülmüşdür. Təqdim edilmiş 1 ədəd siqaret qutusuna baxış keçirilən zaman 1 ədəd üzərində tünd qəhvəyi rəngli ləkə olan aliminium gümüşü rəngli falqa, 2 ədəd siqaret kağızı bükmündə olan tünd qəhvəyi rəngli spesfik iyə malik olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, həmin bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindən aşkar edilmiş 2 bükümdə olan maddələrin adını kakos kimi bildiyi narkotik vasitə heroin olmasını, öz istifadəsi üçün əldə etdiyni və törətdiyi əməldən peşman olmasını bildirmişdir. Şəxsi axtarış və götürmə səhər saatlarında Zəngilan rayon Polis şöbəsində yerləşən xidməti iş otaqlarının birində süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «İphone» markalı telefondan istifadə etməklə aparılan videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəyilinin 632 nömrəli 22.11.2021-ci il tarixli aryaıhşdan görünür ki, Quliyev X4 şəhərinə daimi qeydiyyatda olmaqla məcburi köçkündür. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 16 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 17 sentyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamadır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən adı “heroin” olan narkotik vasitələrin təmiz halda 0,15 qram şəxsi istehlak miqdarından artıq miqdar hesab olur. Təqsirləndirilən şəxs isə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxladığı heroinin miqdarı qeyd edilən çəkidən artıqdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,096 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə edərək əynində olan qara rəngli şalvarının sol yan cibində siqaret qutusunun içərisində 02 ədəd bükümdə saxlamaqla daşımış, 16.09.2021-ci il tarixdə saat 04:30da Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 1 nömrəli binanın yaxınlığında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsimnə gətirilmiş və polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə üzərindən aşkar olunaraq götürülmüşdür. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.11.2021-ci il tarixli arayışından görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən barəsində cəzanın növünü və həddini müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilənin, Azərbaycan Respublikası CMnin 61.1.1.-61.1.13.-cü maddələrində müəyyən edilmiş, cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, təqsirini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zəngilan rayonundan məcburi köçkün olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci ildən 17 sentyabr 2021-ci ilədək həbsdə saxlanıldığı 1 (bir) gün müddəti nəzərə alınmalı və ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olan və Zəngilan rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1,046 qram olan heroin məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar ilə bağlı məhkəmə məsrəfləri 114 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən 114 manat məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Xırdalan Vəkil Bürosunun vəkili X7, məhkəmə istintaqı zamanı isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı , həm də məhkəmə istintaqı zamanı göstərilmiş 15 (saat) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi 2 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat, həmçinin X3 vəkil işlədyiyi Xırdalan Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci ildən 17 sentyabr 2021-ci ilədək həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan ambulator məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zəngilan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1,046 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat və X3 vəkil işlədiyi Xırdalan Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-4/2021
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-4/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver