Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-4/2023 02.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı-X2 İdarənin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X4, Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri işlərin görülməsinə cəlb etmişdir. Belə ki, X6 direktoru olduğu "xxxx" MMC-nin Siyəzən rayonu ərazisində Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinin tikintisi işlərinin icrası ilə əlaqədar olaraq, 2021-ci ilin fevral ayından xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs13, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs3, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə X1, 2021-ci ilin may ayında (16 gün müddətində) Zərərçəkmiş şəxs11, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs12, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs2, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs4, 2021-ci ilin may ayının sonundan iyul ayının ilk həftəsinədək Zərərçəkmiş şəxs8, xx.xx.2021-ci il tarixdən 2 ay müddətində Zərərçəkmiş şəxs10, xx.xx.2021-ci il tarixdən 3 ay müddətində Zərərçəkmiş şəxs6, 2021-ci ilin may-avqust aylarında Zərərçəkmiş şəxs1, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs14 Şərafəddin oğlu, 2021-ci ilin iyulavqust aylarında Zərərçəkmiş şəxs5 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs7 olmaqla, 14 nəfər işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etmişdir. Bununla da, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X5 tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə başlanmış və istintaqın aparılması Siyəzən rayon prokurorluğuna göndərilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərara əsasən cinayət işi Zəngilan rayon prokurorluğuna göndərilmiş, xx.xx.2022-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş, cinayət işi icraata qəbul edilməklə, istintaqı aparılmışdır. Zəngilan rayon prokurorluğu tərəfindən cinayət işinin istintaqı yekunlaşdırılmış və cinayət işi tərtib edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası mərhələsində Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət işi Siyəzən rayon ərazisində və Zəngilan rayon ərazisində işçilərin müqavilə bağlanmadan işlədilməsi ilə bağlıdır. Bu hadisə Zəngilan ərazisində baş verdiyinə görə Baş prokurorun həvalə qərarı ilə istintaq aidiyyəti Zəngilan rayon prokurorluğunda araşdırılandan sonra müəyyən edilmişdir ki, Siyəzən rayon ərazisində baş verən işçilərin əmək müqaviləsi olmadan işlədilməsi üzrə əməl cinayət tərkibi yaratmır və digər epizod Zəngilan rayon ərazisində işçilərin əmək müqaviləsi olmadan işlədilməsi isə İnzibati xəta tərkibi yaratdığından və həmin hissə ayrılıb inzibati qaydada məhkəməyə göndərilmişdir. Amma hazırda baxılan iş təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Siyəzən rayon ərazisində işçilərin əmək müqaviləsi olmadan işlədilməsi hissəsidir. İstintaq aidiyyəti pozulmamış, faktiki olaraq Zəngilan rayon ərazisində işçilərin əmək müqaviləsi olmadan işlədilməsi baş vermiş, araşdırılandan sonra inzibati xəta olması müəyyən edildiyindən inzibati qaydada həmin hissə ayrılmışdır. Burada məhkəmə aidiyyatı mübahisəlidir. Çünki faktiki baxdıqları təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham Siyəzən ərazisində işçilərin işlədilməsi ilə bağlıdır. Məhkəmədən bu işin apellyasiya qaydasında həll olunması üçün aidiyyətinin müəyyən edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi işin adiyyətinin Zəngilan Rayon Məhkməsinə aid olmasını bildirərək işi məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X6 bildirmişdir ki, onun Zəngilanla bağlı işçisi olmamış, Siyəzəndə olanlar günəmuzd işləmişlər və işə Zəngilan Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.4-cü maddəsinin tələbinə görə hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinin tələbinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Eyni Məcəllənin 75.2-ci maddəsinin tələbinə görə məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Cinayət işinin materialları araşdırılarkən məlum olmuşdur ki, cinayət işi Siyəzən rayon ərazisində işçilərin müqavilə bağlanmadan işlədilməsi ilə bağlı başlanmışdır. Bu hadisənin Zəngilan rayon ərazisində də davam etməsi müəyyən olunduğundan Baş prokurorun qərarı ilə istintaq aidiyyəti Zəngilan rayon prokurorluğuna həvalə edilmişdir. Zəngilan rayon prokurorluğunda araşdırma aparıldığı zaman Zəngilan rayon ərazisində baş verən işçilərin əmək müqaviləsi olmadan işlədilməsi üzrə əməl cinayət tərkibi yaratmadığından və həmin epizod Zəngilan rayon ərazisində işçilərin əmək müqaviləsi olmadan işlədilməsi İnzibati xəta tərkibi yaratdığından həmin hissə cinayət işindən ayrılıb inzibati qaydada məhkəməyə göndərilmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham Siyəzən rayon ərazisində, Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinin tikintisi işlərinin aparılması zamanı baş vermişdir. Eyni zamanda iş üzrə zərərçəkmiş şəxslərin əksəriyyəti Siyəzən rayonunda qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğu tərəfindən Zəngilan Rayon Məhkəməsinə daxil olmuş cinayət işi baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 344-347, 356-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğu tərəfindən Zəngilan Rayon Məhkəməsinə daxil olmuş cinayət işi baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-4/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-4/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver