Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-4/2025 17.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı-X5 İdarənin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkiili) Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1956-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, məhkumluğu olmayan, "xxxx" firmasının beton zavodunda menecer vəzifəsində işləyən, Sumqayıt şəhəri, Heydər Əliyev pospekti, bina 149, mənzil 54-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, Zəngilan rayonu, Cahangirbəyli kəndində fəaliyyət göstərən "xxxx" firmasının beton zavodunda menecer vəzifəsində işləyərkən, həmin firmada fəhlə işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “SBS 60” markalı beton istehsalı üçün nəzərdə tutulmuş avadanlığın barabanını təmizləyərkən, avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edəcək şəkildə yerləşdirilməsini təmin etməyərək, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5-ci bəndinin tələblərini pozmuş və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol lİl, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri defekti ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 162.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən «Hünər İnşaat” firmasının Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunda menecer vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində olduğu vaxt axşam saatlarında işçilərdən biri ona zəng edərək işə yeni qəbul edilmiş işçi Zərərçəkmiş şəxs işləyərkən xəsarət alması nəticəsində qolunu itirməsini və Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılmasını bildirmişdir. Zərərçəkmiş şəxs daşların, qumun və qırmadaşların çəkilərini ölçmək, həmçinin beton istehsalı üçün nəzərdə tutulmuş texnikanı təmizlədiyi zaman həmin aparatın lentinin altına tökülmüş qırıntıları təmizləyərkən qolu aparatın barabanına ilişmiş və qolunu itirmişdir. O, həmin günün səhəri xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs müalicə aldığı Bakı şəhərində yerləşən DTX-nın Hərbi-tibb baş idarəsinə getmişdir. "xxxx" firmasında menecer olaraq onun işi Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində beton zavodunun fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək, işçilər tərəfindən görülən işlərə, avadanlıqların vaxtında təmizlənməsi və texniki cəhətdən düzgün istismarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydalara riayət edilməsinə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Həmçinin qum, şeben, qırmadaş və digər materialların zavoda gətirilib-aparılmasını, beton istehsalını təşkil edir və nəzarəti həyata keçirir. Qeyd edilən texnikanın işlək vəziyyətdə ola-ola təmizlənməsi ilə bağlı onun tərəfindən tapşırıq verilməmişdir. Həmişə həmin texnikanın barabanının təmizlənməsi texnika ilə iş bitdikdən sonra həyata keçirilir. Belə ki, hər dəfə həmin texnikanın lenti təmizlənmədən əvvəl, həmin texnikanın operatoru texnikanı söndürür və daha sonra, baraban təmizlənir. Baraban təmizləndikdən sonra texnika operator tərəfindən yenidən işə salınır. O, işçilərə texnikanın lentindən yerə tökülmüş qumun texnika işləyə-işləyə təmizlənməsində hər hansı problem olmadığını bildirmiş və texikanın barabanının yalnız texnika söndürüldükdən sonra təmizlənməli oluğunu tapşırmışdır. xx.xx.2024-cü il tarixdə daşların çəklərini ölçmək üçün nəzərdə tutulmuş texnikanın baraban hissəsinin təmizlənməsi ilə bağlı Zərərçəkmiş şəxs göstəriş verilməmişdir. Firmanın beton zavodunda görülən bütün işlərə rəhbərliyi həyata keçirən şəxs kimi Zərərçəkmiş şəxs gördüyü işlərə o, nəzarət etməli idi. Lakin, Zərərçəkmiş şəxs o, 4 günlük icazəsi ilə əlaqədar Sumqayıt şəhərində olduğu dövrdə işləməyə başladığı üçün sonuncuya nəzarəti həyata keçirə bilməmişdir. O, 4 günlük icazəsi əlaqədar olaraq Sumqayıt şəhərində olduğu zaman nəzarəti başqa hər hansı işçiyə həvalə etməmiş, 4 günlük icazəsi ilə bağlı hər hansı rəsmi sənəd də tərtib olunmamışdır. Zərərçəkmiş şəxs təmizləyərkən xəsarət aldığı texnikadan beton zavodunun ərazisində 2024-cü ilin təxminən oktyabr ayından istifadə edilməyə başlanılmışdır. Zəngilan rayonu üzrə layihə rəhbərinə beton zavodda görülən işlərlə bağlı ümumi hesabat verir və məruzələr edir. Lakin buna baxmayaraq, həmin beton zavodda işlərin görülməsinə, işçilərin fəaliyyətinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı qaydalara riayət edilməsinə rəhbərlik və nəzarət onun tərəfindən həyata keçirilir. Ramilin 35-40 sm uzunluğundakı taxta ilə işləməsi barədə heç bir göstəriş verilməmişdir. Ramil xəsarət alanda Şahid2, Şahid1 və Xəqani Musayev ona ilkin yardım göstərərək xəstəxanaya aparmışlar. Qrijadan əməliyyat olmuş, bundan öncə də açıq ürək əməliyyatı olmuşdur. O, işdə olsaydı bu hadisə olmazdır.“Hünər» İnşaatın Zəngilan rayon ərazisində fəaliyyəti məcburi köçkünlər üçün ev tikməkdən ibarətdir. Zərərçəkmiş şəxs beton zavodda fəhlə işləyir, tikinti isə onlardan aralıdadır. Fəhlənin işi beton zavodda qarşıdırcının təmiz qalması, suyun vaxtında açması və paylayıcıların altının təmizləməsindən ibarətdir. Hadisə baş verən avadanlıq tərəzi avadanlığı idi. Hadisə sol tərəfdəki balabanda olmuş, texnikanın qoruyucu vasitələri olmamışdır. O, gələndən öz qeydlərini aparmışdır ki, haranı necə düzəltmək lazımdır.O, bu sahədə 40 ildir ki, işləyir. O, çatışmayan avadanlıqlarla bağlı müdüriyyətə yazılı formada məlumat verməmiş, özü üçün qeyd etmişdir. Balaban ancaq dayananda tənzimlənməlidir. O, hər gün səhər təhlükəszliyə qol çəkib uşaqlara izah edir. O, olmayanda onu əvəz edən qol çəkməmişdir, çünki kiminsə qol çəkməyə ixtiyarı yoxdur. Onun işi betonun keyfiyyəti, vaxtı-vaxtında daşınması olmuşdur. Beton qarışdıranda iki fəhlə olur. Orda qum tökəndə metalkanı saxlayırlar, həmin 15-20 dəqiqə ərzində meşalkanı su ilə lentin altında təmizləyirlər. Ona hadisə barədə Bakıdan baş idarədən zəng edib demişlər. Sonra da Ramili DTX-nın xəstəxanasına gətirdiklərini demişlər. Ona Ramilin barabanın altına taxta salanda əlinin orada qalmasını demişlər. Ramil xəsarət alanda Şahid2, Şahid1 və Xəqani Musayev orada olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxsə şirkət köməklik etmiş, xəstəxanaya aparılması və müalicəsi şirkət tərəfindən olunmuşdur. Onun şirkətdə rəsmi qaydada işləməsi ilə bağlı əmr və müqavilə də var. O, Hünər İnşaatda oktyabr ayından menecer vəzifəsində işləyir. İşə başladı ilk gündən avadanlıqlarla bağlı kiməsə zəng edib nəsə deməsi düzgün çıxmazdı, onun üçün özüdə qeydlər aparmışdır. Ondan başqa təhvil-təslim etməyə adam yoxdur və ondan öncə orda kimin işləməsini isə bilmir. O, zərərçəkəni hadisədən sonra tanımışdır. Zərərçəkən şəxsin işə qəbulundan xəbərdar olmuşdur. Onlara işçi lazım olduğu üçün zərərçəkmiş şəxsi işə operator Şahid2 gətirmişdir. İnsan resuslarına zəng vurub bildirmişdir ki, Ramil Quliyev adında şəxs gələcək onu işə qəbul edin. Həmin şəxsin vəzifə səlahiyyətlərinin nədən ibarət olmasını Vüsala çatdırmışddır. Zərərçəmiş şəxsin vəzifəsi qumu təmizləmək, dayananda barabanı təmizləmək olmuşdur. Təmizlənmə üsullarını Vüsala izah etmişdir. Onlar heç bir işçiyə iş dayanmasın deyə barabanı təmizləyin deməmişlər. Hətta barabanı dayandırmadan təmizləməyə görə fəhləyə iradını da bildirmişdir. Fəhlələrdən Tural cəhd etmək istəmiş, ona da iradını bildirmişdir. Hadisə baş verən gününə qədər o, 1 ay olardı ki, orda işləyirdi. Həmin aparatın lentlərini əvvəl xaricdən alırdılar, sonradan isə burdan almışlar. İndi beton zavod çox olduğu üçün sifariş verəndən sonra növbə ilə gözləyirlər. O, xəstəxanada olanda lenta dəyişilmişdir. Tikinti sahəsinin işçisi çoxdur, 2000-dən artıqdır. Hər gün səhər işçilər jurnala qol çəkib işləməyə başlayırlar. Azərbaycanda beton zavodlarının 90% siqnalı yoxdur, fəhlə işləyir, operatorda yuxardan nəzarət edir. Bütün qarşıdırıcı şlanqla təmizlənir. O, avadanlığın beton istehsal etmək gücü 1 kubdur. Aparatın təhlükə mənbəyi olan hissələri qarşıdırıcıdır, operator xəbərdar olmalıdır. İşi dayandırıb fəhlələrə burda qoruyucu yoxdur işləməyin, 300 kubu vermək üçün onun müdafiə ilə məşğul olmağa, nədə deməyə vaxtı yoxdur. Onun təmizlənməsinə 6 nəfər lazımdır. Bu hadisəyə qədər aparat qoruyucusuz 1 ay işləmişdir. Zərərçəkmiş şəxs o, olmayanda işə qəbul olunmuşdur. Təzəgələn işçiyə işin necə görülməsini o, izah etməlidir, o, zamanda o, olmamışdır. O, operatorların hamısının işi bilmələrinə arxayın olmuşdur. Hamı orda işini bildiyi üçün zərərçəkmiş şəxsi də Vüsal gətirdiyindən o, da orda onu tez işə götürülməsini xahiş etmişdir. O, işi digər işçilərə etibar edib getmişdir. Onlara fəhlə lazım olduğu üçün Ramili işə götürmüşlər. O, Vüsala ona görə inanmışdır ki, o, pis işçini gətirmir. Vüsal ondan öncə orda işləmişdir. Operator qarşıdırıcıdını görür, bəzən qarşıdırıcını operatorlar özləri dayandırıb da təmizləyirlər. O, aparatın detalının xarab olması ilə bağlı Yunus müəllimə məlumat verməmişdir. Şirkətlə danışar, amma inanmır ki, zərərçəkmiş həddindən çox pul istəyir onu şirkəit ödəyə bilsin. Hadisə baş verəndə o, işdə olmamış, rəsmi qaydada icazə almamış və onun işini əvəz edən olmamışdır. Sonda təqsirləndirilən şəxs məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əsas məsələ lentin xarab olmaması deyil, qoryucunun olmamasıdır. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20 radələrində Zəngilan rayonu, Cahangirbəyli kənd ərazisində "xxxx" firmasına məxsus betonzavodda işləyərkən üyüdülmüş daşların çəklərini ölçmək üçün nəzərdə tutulmuş texnika ilə iş gördüyü zaman həmin aparatın üyüdülmüş daşını daşıyan lentin altına tökülmüş qumların barabana (vala) ilişməsinin qarşısının alınması məqsədi ilə barabanı təxminən 35-40 sm uzunluğundakı taxta ilə təmizləmişdir. Həmin vaxt sol əlində tutduğu taxta aparatın içərsinə ilişmiş, aparat taxta ilə birlikdə əlini içinə cəkib sol qolunu dartaraq qopartmışdır. İş yoldaşı Vüsal özünə məxsus nəqliyyat vasitəsi ilə iş yoldaşları Xəqani və Tural ilə birlikdə onu Ağalı kəndində yerləşən tibb məntəqəsinə, daha sonra X13 avtomobili ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Füzuli rayon Mərkəzi Xəstəxanasında yenidən ona tibbi yardım göstərildikdən sonra, X13 avtomobili ilə Bakı şəhərində yerləşən DTX Hərbi-Tibb Baş idarəsinə gətirilmiş, əməliyyat olunmuş, sol qolu amputasiya olmuşdur. Fəhlə olaraq onun işi Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar üyüdülmüş daşların çəklələrini ölçmək üçün nəzərdə tutulmuş texnikanı işlək vəziyyətdə ola-ola mütəmadi olaraq təmizləməkdən ibarət olmuşdur. O, işə təzə başladığı zaman iş yoldaşı həmin şirkətdə operator işləyən Vüsal ona görəcəyi işin nədən ibarət olmasını izah edərkən bildirmişdir ki, beton zavodunda menecer işləyən Nizami işlərin ləngiməməsi üçün texnikanın işlək vəziyyətdə təmizlənməli olmasını tapşırmışdır. Onu işə “Hünər İnşaaat”ın direktoru Yunus götürmüşdür. Lentlər çox bərbad gündə işlədiyi üçün şebenlər yerə tökülürdü. Barmağı aparatın arasında qalmış, aparatın onuda aparacağını görüb özü öz qolunu qırıb atmışdır. Orda təhlükəsizliyə baxan heç kim yoxdur. Xəqani döyüşdə iştirak etdiyi üçün qanaxma olmasın deyə əlinin damarını dartıb yandırmışdır. 3 qabırğası qırılmış, ikisidə ağciyərinə girmişdir. Onun işi şebenləri təmizləmək olmuşdur. İş bölgüsünü Şahid2 aparmışdır. Texnikanı həmişə işləyə-işləyə təmizləmişlər. Vüsal ona işləyə-işləyə təmizlə, amma ehtiyatlı ol demişdir. İşə 26 noyabrda getmiş, həmin gün saat 2-də işə başlamışdır. O, orda Nizamini görməmişdir. Bilirdi ki, burda Nizami adında briqadir var, amma işdə deyildir. Hadisənin baş vermə səbəbi ilk qoryucunun olmamasıdır. Bu avadanlıqla işləməsi ilə bağlı heç kim ona texniki təhlükəsizlik qaydalarını başa salmamışdır. Düşən daşı, çınqılı işləyə-işləyə bel ilə təmizləyir, hərdən dayananda təmizləyirdilər. Vüsala aparatın niyə belə işləməsini demiş, nə qədər müdriyyətə aparatın nasaz olmasını və duzəldin desələr də düzəltmirdilər. Operator onu yox, betonun içini görürür. Vüsal ancaq maşınları betonla doldurur. Avadanlığı işə salan Vüsal olmuşdur. Vüsal məzuniyyətə getməli idi, köməkçisi gəlmişdi onu öyrədirdi. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Əslində texnikanı dayandırıb tez-tez təmizləmək lazımdır. Tural deyirdi ki, Nizami müəllim müdriyyətə qoryucunun xarab olmasını, dəyişmək lazım olması ilə bağlı dəfələrlə zəng etmişdir. Qolu amputasiya olandan sonra qoryucunu dəyişmişlər. O, əvvəllər beton təmizləmə texnikasını təmizləmədə işləməmişdir. O, işə müraciət edəndə ona beton zavodda fəhlə işləyəciyini bildirmişlər. Ona ilkin aparatla işləyəcəyini Şahid2 başa salmışdır. Ona bu işi bacarıb-bacarmaması ilə bağlı heç bir sənəd istənilməmişdir. O, texnikanı taxta ilə təmizləmişdir. "xxxx" ın direktoru tərəfindən göndərilən ərizədə qeyd olunanlar düzdür, o, maddi kömək istəyir. O protezin pulunu, aylıq 1030 manatdan 10 illik maaşını şirkətdən tələb edir. O, işdən çıxmasa da, maaşı götürməmişdir. O, şirkətdən 10 illik maaşı aylıq 1030 manatdan 120.000 manat tələb edir. O, əvvəldən qeyd etdiyi kimi "xxxx" ın direktoru Şahid5 işə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi (vəkiili) Müdafiəçi1 məsələnin həllini məhkəmənin mülahizəsinə verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi yerdən, yəni "xxxx"dan, Ramil Quliyevi isə yaşadığı məhələdən tanıyır. xx.xx.2024-cü ildən "xxxx" firmasının Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunda operator işləyir. xx.xx.2024-cü il tarixdə,/ təxminən saat 16:30 radələrində şirkətdə sürücü kimi işləyən Xəqani ilə söhbət edən zaman işçiləri Turalın qışqırdığını eşitmiş, sonra Ramilin qolunun daşların, qumun və qumdaşlarının çəkilərini ölçmək üçün nəzərdə tutulmuş beton istehsal edən texnikanın işərsində qalaraq qopmasını və yerdə qolu qopmuş vəziyyətdə çığırmaısnı görmüşdür. O, dərhal texnikanın idarəetmə panelinin yerləşdiyi otağa qaçmış, həmin texnikanı söndürmüşdür. Sonra ona məxsus şəxsi avtomobili ilə X16 Sağlamlıq Mərkəzinə, ordan isə Füzuli rayon xəstəxanasına, ordan da DTX Hərbi-Tibb Baş İdarəsinə aparılmışdır. O, Ramilin qopan qolunu yerdən götürüb X13a gedib həkimə vermişdir. Onun orda vəzifəsi operatordur, maşınları betonla doldurub tikintiyə göndərməkdir. Beton qarışdıran dəzgahı işlədir. Hadisənin baş vermə səbəbi həmin günü hava yağışlı olduğu üçün həmişə o, hissələrdə onlarda problem yaşanır, material töküləndə bantın üstündə qalıb işdə narazıçılıq yaradır, onu həmişə təmizləyirlər. Texnika xüsusi alətlə düzəldilmiş, 5-6 maşından bir həmin alət təmizlənirdi. Texnika işləyə-işləyə təmizlənir, əslində elə vəziyyətdə təmizləmək olmaz. Ramil fəhlə kimi işə başlamış, orda ondan əlavə iki işçi də olmuşdur. Beton qarışdıran alətdə Ramilin işi dəzgahı yuyub təmizləmək olmuşdur. Onların aralarında iş bölgüsü dedikdə, kollektiv şəkildə hərənin öz işi var. Biri evə gedəndə orda işçilər gedən işçinin yerinə köməkilik edirdilər. Konkret olaraq beton qarışdıran avadanlıqla bağlı nəzarəti Nizami müəllim baxır, sifarişləri qəbul edirdi. Sənaye rəisinin verdiyi sifarişdən aslıdır, Nizami müəllim 5 dəfədə gələ bilər, 10 dəfədə gələ bilərdi. Nizami müəllim hər gün yanlarında olmuşdur. Hadisə vaxtı Nizami müəllimin icazəsi olduğu üçün işdə olmamışdır. Orda Nizami müəllim olmayanda işlərə kim nəzarət edəcək deyə xüsusi tapşırıq olmamışdır. Həmin gün heç kimə işlə bağlı təlimat qaydalarını keçməmişlər. Sonuncu dəfə 1 ay olardı kı, xüsusi gündə təlimat qaydaları keçirilmişdir. Sırf bu avadanlıqla işləmə prinsipi ilə bağlı onlara heç kim təlim keçməmişdir. Orda hansı qaydada işləməlisən, avadanlıqların hansı hissələri təhlükəlidir, hansı vəziyyətdə təmizləməməlisən ümumi avadanlıqla bağlı onlara kimsə işləmə prinsipini başa salmamışdır. O, işləmə prinsipini 21 yaşından həmin dəzgahı işlətdiyi üçün, operator vəzifəsində işlədiyi vg sırf tikinti ilə məşğul olduğu üçün bilir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təhlükəsizliklə bağlı işin ortasında gətirmişlər, onlar da imza etmişlər. Aparatın əsas təhlükə mənbəyi qoruyucu vasitələrin olmamasıdır. Qoruyucu vasitə olsaydı ən azından Ramilin əli girmiyəcəkdir. O, ezam olub ora işə gedəndə tamam başqa kollektiv işləyirdi. Həmin ərəfə zavod 15-20 gün olardıkı işləyir, yavaş-yavaş fəaliyyətə başlayırdı.O, aparatı işlətməsini təhvil-təslimlə qəbul etməmişdir. Ona iş prinsipini şifahi şəkildə başa salmışlar. Hadisədən 2 ay sonra texnika tam yararsız hala düşdüyü üçün alınıb gətirilmiş və hər bir şeyi dəyişilmişdir. Hal-hazırda orda qoryucu var. Onun oturduğu yerdən baraban görsənmir. Hadisə baş verən vaxt ətraf sarğılanmamışdır. Hadisə olan gününə kimi elə işləmişdir. Hər gün işə başlamamışdan jurnala imza edirlər. Təhlükəsizlik qaydaları deyə imza edirlər. Ramili işə o, dəvət etmiş, onun işinin nədən ibarət olacağını bildirmişdir. O, Ramilə texnikanı hansı üsulda təmizlənəcəyini öyrətməmişdir. Ramil həmin texnikada işləməyi bacarmırdır. Hadisənin necə baş verməsini o, görməmişdir. Ramil texnikanı taxta ilə təmizləmiş, taxta 80 sm olardı. O, Ramilə texnikanı taxta ilə təmizləməyi tapşırmamışdır. Orda çoxdan işləyənlər vardı, bel ilə texnikanı təmizləyirdilər, ola bilsin ki, Ramil onlara baxıb öyrənmişdir.Təzə vaxtları onlara Nizami müəllim ehtiyatlı olun deyirdi. Nizami müəllim işçilər işləyən zaman dəzgaha ehtiyatsızlıq olar deyə nəzarət edirdi. Xüsusi tapşırıq yox idi, amma hamı bilirdi ki, texnika işləyə-işləyə təmizlənməlidir. Material çox olmuş, bantı yerindən çıxarmışdır. Həmin bant hadisə baş verən zaman xarab olmuş, bu barədə Nizami müəllimə müdriyyətə məlumat verilmişdir. Operator işləmək üçün xüsusi bilik yox, təcrübə lazımdır. Ramili işə o, dəvət etmişdir. O, Ramillə bir yerdə böyümüş, belə olmasını istəməzdir. O, Ramili görsəydi, onu texnikanı təmizləməyə yaxın buraxmazdır. O, ön hissədə olmuş, Ramilin arxa hissədə olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nizami müəllimi işlədiyi yerdən tanıyır, Ramil isə xalası oğludur. xx.xx.2024-cü il tarixdən "xxxx" Firmasının Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunda fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində beton zavodda işlədiyi vaxt Ramilin qolunun daşların, qumun və qırmadaşların çəkilərini ölçmək üçün nəzərdə tutulmuş beton istehsal edən texnikanın içərsində qalmasını və ağrılar içərsində qolunu həmin texnika barabanından çıxarmağa çalışmasını görmüşdür. Texnikanın barabanı Ramilin qolunu aparmış və yerə yıxılmışdır. O, gördüklərindən qorxaraq qışqırmağa başlamış, onun səsinə şirkətdə işləyən digər işçilər Xəqani və Vüsal gəlmişlər. X16 Sağlamlıq Mərkəzinə aparmış, oradan Füzuli rayon xəstəxanasına, ordan isə DTX Hərbi-Tibb Baş İdarəsinə aparılmışdır. Hər kəs texnikanı taxta ilə təmizləyirdi. Ramil işə can yandırmış, qazandığı pulun haqqını vermək istəmişdir. Ramil orda 4 gün işləmiş, barabanın hər tərəfindən qum töküldüyü üçün əziyyətini o, çəkikmişdir. O, orda işləməyə məcburiyyətdən ehtiyacı olduğu üçün getmişdir. Ramil hadisə günü hər günkü işinə davam etmiş, palçıq materialdan çox sulu gəldiyinə görə aparatı təmizləmək istəyəndə aparat Ramilin qolunu aparmışdır. Ramil çox güclü insandır, aparat onu apardı, amma özünü dartıb çıxarmışdır. Hadisə onun gözünün önündə olmuşdur. Dəfələrlə Nizami müəllim texnikanın xarab olmasını, avadanlıqlarla bağlı müdriyyətə bildirmişdir. Həmin gün şirkətin rəhbərliyi Ramilin Bakıya gətirilməsi üçün 1800 manat pul istəyirdilər, onu vermək istəmirdilər. Hadisə onun gözünün önündə olduğu üçün o, 20 gün özünə gələ bilməmişdir. Şirkət həmin gündən Ramilə qarşı diqqətsizlik göstərməyə başlamışdır. Şirkət o, Ramilin yanında qaldığı üçün 70 manat onun gününə yazıldığından onu xəstəxanadan çıxarmaq istəmişlər. Onu ilk öncə şirkət aldatmışdır ki, o, Ramilin yanında qalsın və onun maaşı yazılacaqdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. O, işə başlayandan sonra Nizami müəllimi tanımışdır. Nizami müəllim isə menecer idi. Onlara rəhbərliyi özü birbaşa yox, Niazmi müəllim işlə təlimatlandırırdı. Nizami müəllim onların üstlərində müdür olduğu üçün rəhbrliyə məlumatı o bildirirdi. Onlar işə başlayanda heç kim onlara işlə bağlı təlimat keçməmişdir. O avadanlığın təhlükə hissəsi əsas lenti idi. O, təzə işə başlayanda bel ilə qumu qırağa götürüb atmalısan demişlər.Ona iş prinsipini Nizami müəllim başa salmışdır. Onun anlayışı olmadığı üçün ona aparatı hansı formada təmizləməyi Nizami müəllim demişdir.Onlara texnikanı dayandırın, təmizləyin deyilməmişdir. Ramili bu işə dostu Vüsal dəvət etmişdir. O, Vüsalı Ramilin vasitəsi ilə tanımışdır. Ramil ondan işi soruşmamış, onun gördüyü işi davam etmişdir. Bir dəfə beli barabanın altına salıb təmizləyəndə baraban belı aparmış, ondan sonra çox qorxmuşdur. Hadisənin necə baş verməsini görməmiş, Ramilin qolunun qopub yerdə çabalamasını görmüşdür. Ramil həmin vaxt barabanı taxta ilə təmizləmişdir. Nizami müəllim onlara təhlükəsizliklə bağlı heç bir təlim keçməmişdir. Təhlükəsizlik təlimləri ilə bağlı heç bir jurnala qol çəkməmişdir. O, zavodda Ramil gələnə kimi ay yarım işləmişdir.Əvəllər beton zavodda yox, başqa zavodda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən "xxxx" Firmasının Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunda operator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, təxminan saat 16:30 radələrində o, daşların, qumun və qırmadaşların çəkilərini ölçmək üçün nəzərdə tutulmuş beton istehsalı texnikasının idarəetme panelinin yerləşdiyi otaqda olarkən işçiləri Şahid1 qışqırdığını eşitmiş va dərhal həmin texnikanı söndürməyə çalışmışdır. O, olduğu otaqdan çıxaraq qışqırıq səsləri olan yerə getmək istəyərkən şirkətdə operator işləyən Şahid2 qaçaraq otağa girmiş və işçiləri Zərərçəkmiş şəxs qolunun qopduğunu bildirmişdir. O, otaqdan çıxdıqda şirkətin işçilərinin avtomobillə Zərərçəkmiş şəxs xəstəxanaya apardıqlarını görmüşdür. Operator olaraq o, Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində yerləşən "xxxx" Firmasına məxsus beton zavodundakı daşların, qumun ve qırmadaşların çeklərini ölçmək üçün nəzərdə tutulmuş, beton istehsal edən texnikanın idarə etməsini hayata keçirir. Fəhlə olaraq Zərərçəkmiş şəxs işi isə qum, daş, qırmadaş ve s. materialların çəkilərinin ölçülməsi, çəkilərini ölçmək üçün nəzərda tutulmuş, beton istehsalı texnikasını mütəmadi olaraq təmizləməkdən ibarət olmuşdur. Onlar həmişə həmin texnikanın barabanının təmizlənməsini texnika ilə iş bitdikdən sonra hayata keçirir, belə ki, hər defə həmin texnikanın barabanı təmizlənməzdən əvvəl operator texnikanı söndürür, daha sonra baraban təmizlənir. Baraban təmizləndikdən sonra texnika operator tərəfindən yenidən işə salınır. Zərərçəkmiş şəxs gördüyü işlərə "Hünər İnşaat” Firmasında menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs nəzarət etməli olsa da, sonuncu hadisə günü icazəsi ilə əlaqədar yaşadığı Sumqayıt şəhərində olduğundan nəzarəti hayata keçirməmişdir. İşlədikləri beton zavodunda bütün işlərə rəhbərliyi menecer vazifəsinde işləyən Təqsirləndirilən şəxs hayata keçirmişdir. Zərərçəkmiş şəxs təmizlədiyi zaman xəsarət aldığı beton istehsalı üçün nəzərdə tutulmuş texnikanın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməsini təmin etmək vəzifəsi Təqsirləndirilən şəxs tərəfindən hayata keçirilməli idi. Zərərçəkmiş şəxs təmizlədiyi zaman xəsarət aldığı texnikanın (qurğunun) vasitəsi ilə materialların, məsələn daş, qum, qırmadaşların çekiləri ölçülür, daha sonra çəkiləri ölçülmüş materiallar lentli konveyer vasitəsi ilə həmin texnikanın bir hissəsi olan qarışdırıcıya tökülür. Qeyd edilən materiallardan əlavə həmin qarışdırıcıya operatorlar tərəfindən idarəetmə panəlindən uzaqdan idarə etmeklə, sement ve su əlavə edildikdən sonra qarışdırıcının işə salınması ilə beton istehsalı hayata keçirilir. Zərərçəkmiş şəxs texnikanın materialların çəkilərinin ölçülməsi üçün nəzərdə tutulmuş hissəsinin barabanını təmizləyərkən xəsarət almışdır. Operator tərəfindən işçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlərin hayata keçirilməsi yalnız beton qarışdırma ilə bağlı olaraq hayata keçirilən iş prosesi ilə bağlıdır. Lakin qurğunun quraşdırılması, təhlükə mənbəyi olan hərəktli hissələrinin qoruyucu avadanlıqlarla təchiz olunması, ümumiyyətlə beton qarışdırma prosesi ilə bağlı olmayan işlərlə bağlı təhlükəsizlik tədbirlərinin görülməsi menecer Təqsirləndirilən şəxs tərəfindən hayata keçirilir. Zərərçəkmiş şəxs tərəfindən texnikanın təmizlənməsi işinin hayata keçirilməsi isə beton qarışdırma prosesi ilə bağlı olmamışdır. Zərərçəkmiş şəxs xəsarət aldığı zaman onun üzərində şəxsi mülki geyimləri olmuşdur. Menecer Təqsirləndirilən şəxs işdə olmadığı dövrlərdə onu heç kim əvəz etməmiş, bütün işçilər görəcəkləri işlərlə bağlı nə etməli olduqlarını bildikləri üçün Təqsirləndirilən şəxs olmadığı dövrlər də, işlərini bir qaydada davam etdirmişdilər. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə baş verdiyi zaman sonuncuya köməyə Şahid1, Şahid4 və Şahid2 getmişdir. O, zavodda operator vəzifəsində işləyir, operator kimi vəzifəsi komputer arxasında oturub aparatı idarə etməkdir. Betonun hazırlanmasına nəzarət edir. O, 6 aydır ki, zavodda əmək müqaviləsi ilə işləyir. Zərərçəkən hadisədən əvvəl 4 gün olardı ki, işə gəlmişdir. Digər işçilər kimi də zərərçəkən orda fəhlə işləmişdir. Hər bir işçiyə təhlükəsizlik qaydaları izah edilmişdir. Orda bildirilmişdir ki, aparat işləyə-işləyə təmizləmək olmaz. Aparat dayanmadığı üçün Ramil tərəfindən təmizlənmiş, ona görə də bu hadisə baş vermişdir. O, hadisənin necə baş verməsini isə görməmişdir. Zərərçəkənə ilk yardım xalası oğlu Tural və Xəqani etmişdir.Nizami onların üzərində olan mühəndisdir. Nizami müəllim onlara işlə bağlı qaydaları izah etmişdir. Hadisə baş verəndə Nizami müəllim məzuniyyətdə olmuşdur. İş saatı səhər 8-dən axşam saat 18:00-a qədər olur. Təmizliyi gündüz vaxtı iş olmayanda, axşamlarda isə işdən sonra edirlər. Aparatı işləyə-işləyə təmizləməsini görmüşdür. Hadisədən sonra ora heç kim girməsin deyə məftil çəpər çəkilmişdir.Əslində orda tros olmalıdır, ona toxunan zaman dərhal aparat dayanmalıdır. Hər bir işçiyə təhlükəsizlik qaydaları izah edilir. Hadisə baş verəndə Nizami müəllim işdə olmamışdır. Nizami müəllim avadanlıq dayanan zaman təmizləyin bildirmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Aparat dayanandan sonra içi təmizlənir. Nizami müəllim rəsmi qaydada lentanın xarab olması barədə müdriyyətə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rəfail oğlu ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən "xxxx" Firmasının Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunda sürücü vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 16:30-da işçiləri Şahid1 qışqırdığını eşitmiş və sonuncunun yanına getdiyi zaman Zərərçəkmiş şəxs yerdə sol qolu qopmuş vəziyyatdə uzandığını görmüşdür. Zərərçəkmiş şəxs daşların, qumun və qırmadaşların çəkilərini ölçmək üçün nəzərdə tutulmuş texnikanın lentinin altına tökülmüş qumları təmizləyərkən qolu aparatın barabanına ilişmiş və qolunu itirmişdi. O, köməyə gedərək dərhal ilkin tibbi yardım göstərmiş və sonuncunu Zəngilan rayonu, Ağalı kəndində yerləşən Ağalı Ailə Sağlamlıq Mərkəzinə, daha sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Fəhlə olaraq Zərərçəkmiş şəxs işi isə qum, daş, qırmadaş va s. materialların çəkilərinin ölçülməsi, çəkilərini ölçmək üçün nəzərdə tutulmuş, beton istehsalı texnikasını mütəmadi olaraq təmizləməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs işə başladığı vaxt təhlükəsizliklə bağlı bütün qaydaları şifahi olaraq izah edilmişdir. Zərərçəkmiş şəxs gördüyü işlərə "Hünər İnşaat” Firmasında menecer vazifəsində işləyən Təqsirləndirilən şəxs nəzarət etməli olsa da, sonuncu hadisə günü icazəsi ilə əlaqədar yaşadığı Sumqayıt şəhərində olduğundan nəzarəti hayata keçirməmişdir. Menecer Təqsirləndirilən şəxs işdə olmadığı dövrdə onu heç kim əvəz etməmişdir. Bütün işçilər görəcəkləri işlərlə bağlı nə etməli olduqlarını bildikləri üçün Təqsirləndirilən şəxs olmadığı dövrdə də, işlərini bir qaydada davam etdirmişlər. Zərərçəkmiş şəxs xəsarət aldığı zaman onun üzərində şəxsi mülki geyimləri olmuşdur. İşlədikləri beton zavodunda bütün işlərinə rəhbərliyi menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs hayata keçirmişdir. Zərərçəkmiş şəxs təmizlədiyi zaman xəsarət aldığı beton istehsalı üçün nəzərdə tutulmuş texnikanın təhlükə mənbəyi olan hərəkətli hissələrin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməsini təmin etmək vəzifəsi Təqsirləndirilən şəxs tərəfindən hayata keçirilməli idi. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə baş verdiyi zaman sonuncuya köməyə Şahid1, Şahid2 və o, getmişdir. Hadisəin necə baş verdiyini görməmişdir. Ramil zavod da fəhlə işləmişdir. Ramilin qolunun lentdə qalıb qopduğunu görmüşdür. Onlarda nəzarəti Nizami müəllim həyata keçirir. O, beton qarışdıran maşın sürür. Bel ilə aparatın altından çıxarırlar. Aparat işləyə-işləyə də təmziliyiblər, işləmədiyi halda da təmizliyiblər. O, sürücü olaraq təhlükəsizlik qaydalarına qol çəkir. Nizami müəllim onlara izah etdikdən sonra təhlükəszlik qaydalarına qol çəkdirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixədn "xxxx" Firmasıın direktoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xatırlamadığı işçilərindən biri ona zəng edərək direktoru olduğu "xxxx" Firmasında fəhlə işləyən Zərərçəkmiş şəxs işləyərkən xəsarət alması nəticəsində qolunun qopması barədə malumat vermiş və Bakı şəhərində yerləşən xəstxanaların birinə aparılmasını bildirmişdir. Onun bildiyinə görə, Zərərçəkmiş şəxs beton istehsalı üçün nəzərdə tutulmuş texnikanı təmizlədiyi zaman qolu aparatın barabanına ilişmiş və xəsarət almışdır. Zərərçəkmiş şəxs işlədiyi beton zavodunun ərazisində bütün işlərə və işçilərin fəaliyyətinə nəzarət və rəhbərlik vəzifə təlimatlarına uyğun olaraq həmin zavodda menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs Yadulla oğlunun icazə alması ilə bağlı hər hansı rəsmi sənəd tərtib olunmamışdır. Zərərçəkmiş şəxs təmizləyərkən xəsarət aldığı texnikadan beton zavodunun ərazisində 2024-cü ilin təxminən oktyabr ayından istifadə edilməyə başlanmışdır. İstifadəsinə başlandığı gündən avadanlıqla bağlı narazılıq ona deyilməmişdir. Həmin texnikanın düzgün istismarına və təmizlənməsinə nəzarət vazifə təlimatlarına uyğun olaraq həmin beton zavodunda rəhbərliyini həyata keçirən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Firmanın beton zavodunda bütün işlərə rəhbərlik menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Zərərçəkmiş şəxs təmizlədiyi zaman xəsarət aldığı beton istehsalı üçün nəzərdə tutulmuş texnikanın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməsini təmin etmək, texnikanın düzgün istismarına ve təmizlənməsinə nəzarət vəzifəsi vəzifə təlimatlarına uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən hayata keçirilmali idi. Firmanın beton zavodunda işləyən işçilərin texniki geyim vasitələri olmadan işlərin görülməsinə cəlb edilmələrinə nəzarət və cavabdehlik həmin beton zavodunda yeganə rəhbər şəxs kimi, menecer vəzifəsində işləyən Nizami tərəfindən həyata keçirilməlidir. O, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hansı səbəbdən işçilərin texniki geyim vasitələri olmadan işləmələrinə icazə verdiyini soruşduqda sonuncu işçilərin həmin texniki geyim vasitələrindən istifədə etməmələrini tehlükəsiz hesab etdiyini, geyimlər olmadan işləmələrinə icazə verdiyini bildirmişdi. Qurğu təmizlənən zaman zərərçəkənin əli ilişdiyi üçün hadisə baş vermişdir. Zavodun işləmə mexaniziminə Nizami nəzarət edir. Beton qarışdıran aparat "xxxx" a məxsusdur. Ramil hadisədən 3-4 gün əvvəl İnsan Resusları ilə görüşmüş, sənədlərin təqdim etmiş və fəhlə kimi işə başlamışdır. Həmin hadisə vaxtıda Nizami Bakıda olmuşdur. Ona aparatın hansısa detalının işləməməsi barədə məlumat verilməmişdir. Mürəkkəb deyil ki, onlar onu ala bilməsinlər, ona məlumat verilsəydi o, dərhal tədbir görmüş olardı. Qurğu işləyə-işləyə təmizlənməməlidir. O, ümumi olaraq "xxxx" ın direktorudur. Fəhlələlər işə götürüləndə İnsan Resurslarına müraciıt edib işə götürülürlər. Ramin işə qəbul olanda onun sənədlərində hər hansı bir çatışmazlıq olmamışdır. Lentalar dəyişilibdir. Qurğu yararsız vəziyyətdədirsə işləməməlidir.Hər işdə mütəxəssis təyin edirlər, o, işdədə ona heç kim qurğunun yararsız olması barədə məlumat verməmişdir. Ona qurğunun yararsız olması barədə heç kim nə yazılı, nədə şifahi formada məlumat verməmişdir. Zərərçəkmiş şəxsə xəstəxana və müalicə xərcləri də daxil olmaqla hər birinə köməklik etmişdir. Şirkət olaraq nə lazım olsa köməklik edəcəyini bildirmişdir. Cinayət işi üzrə Şahid6 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. Rayon prokurorluğunun 85-C-24 nömrəli araşdırma materialı üzrə ekspertizanın təyin edilməsi haqqında qəbul edilmiş qərar əsasında onun tərəfindən ekspertiza tədqiqatı aparılmışdır. Tədqiqat zamanı "xxxx" Firmasında fəhlə vəzifəsində işləmiş, iş zamanı baş vermiş hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisənin baş verməsi zamanı üzərində texniki geyim vasitələrinin olmaması əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydaların pozulması kimi hesab edilsə də, həmin yol verilmiş pozuntu hadisənin baş verməsi ilə bağlı əhəmiyyət kəsb etmədiyindən və hadisənin nəticəsi ilə hər hansı səbəbli əlaqəsi olmadığından, xx.xx.2024-cü il tarixli, 10/9954 nömrəli ekspertiza rəyində tədqiqat zamanı aşkar edilmiş pozuntular siyahısında göstərilməmişdir. Aparılmış ekspertiza tədqiqatı zamanı materialların içərisində olan “Əməyin mühafizəsi üzrə giriş təlimatının qeydiyyat jurnalı”ndan və “Əməyin mühafizəsi üzrə iş yerində təlimatın qeydiyyatı jurnalı”ndan olan çıxarışlarda Zərərçəkmiş şəxs adının qeyd edilməsi onun tərəfindən sonuncunun “Hünər inşaat“ Firmasında işləməsini təsdiq edən fakt kimi nəzərə alınmışdır. Eyni zamanda araşdırma üzrə alınmış izahatlardan görünür ki, Zərərçəkmiş şəxs həmin jurnala imza etməsə də, beton istehsalı qurğusunda fəhlə işinə başlayarkən həmin firmada opeoator vəzifəsində işləyən Şahid2 tərəfindən görəcəyi işlə bağlı təlimatlandırılmış, eyni zamanda iş zamanı əməl etməli olduğu əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilmişdir (beton istehsalı qurğusunun lentindən yerə tökülmüş qumun texnika işləyə-işləyə təmizləmənə bilməsi, lakin barabanın yalnız texnika söndürüldükdən sonra, qeyriişlək vəziyyətdə təmizlənməsinin izah edilməsi barədə) Zərərçəkmiş şəxs kim tərəfindən məlumatlandırılmasından asılı olmayaraq görəcəyi iş, təxniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılması kifayət etdiyindən Zərərçəkmiş şəxs ekspertiza tədqiqatı zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırılmış hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində fəaliyyət göstərən "xxxx" firmasının iş sahəsində Zərərçəkmiş şəxs iş vaxtı sol qolundan xəsarət almış, daha sonra hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Firması ilə Zərərçəkmiş şəxs arasında bağlanmış əmək müqaviləsindən görünür ki, o, firmanın Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisinə fəhlə kimi işə qəbul edilmiş və əmək haqqısı 1030 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Firması ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən və əmrdən görünür ki, o, firmanın Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisinə menecer kimi işə qəbul edilmiş və əmək haqqısı 2065 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Firması ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsindən 3-cü (işçinin əmək funksiyaları) maddəsindən görünür ki, avadanlıqların və əsas vəsaitlərin vaxtında təmizlənməsini və texniki cəhətdən düzgün istismarı, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etmək, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək vəzifələri Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Cinayət işinin materiallarında olan "xxxx" Firmasının «yanğına qarşı təlimatlandırmanın qeydiyyatı jurnalı», “əməyin mühafizəsi üzrə giriş təlimatının qeydiyyatı jurnalı”, «əməyin mühafizəsi üzrə iş yerində təlimatın qeydiyyatı jurnalı” Zərərçəkmiş şəxs tərəfindən imza edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 619 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol İİİ, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri defekti ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 26 noyabr 2024-cü il tarixdə iş zamanı sol yuxarı ətrafın beton hazırlamaq üçün nəzərdə tutulmuş mexaniki qurğuya düşməsi və sonrakı etapda gövdənin dartılaraq sol tərəfinin zərblə qurğunun hissələrinə dəyməsi (sıxılması) nəticəsində əmələ gəlmişdir. Dərəcəsinə görə sol İİİ, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli pnevmotoraks və dərialtı emfizema ilə (sol ağciyərin zədələnməsi hesabına) müşayiət olunan döş qəfəsinin sol yarsının qapalı küt travması, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası sol yuxarı yuxarı ətrafın anatomik itirilməsi ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (70%) hissəsinin itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də, sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9954 nömrəli ekspertiza rəyindən görünür ki, Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunun ərazisində istifadə olunan “SBS 60” markalı beton istehsalı qurğunun təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunması (və ya işçilərin onlara toxunması istisna olunacaq şəkildə yerləşdirilməməsi) hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5-ci bəndinin tələbləri pozulmuşdur. Zəngilan rayonu, Cahangirbəyli kəndində yerləşən beton zavodunun ərazisində istifadə an “SBS 60” markalı beton istehsalı qurğusunun təhlükə mənbəyi olan hərəkətli hissələrin qoruyucu vasitələrlə təchiz olunması (və ya işçilərin onlara toxunması istisna acaq şəkildə yeriəşdirilməsini) təmin edilmədiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi ıkəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbləri "xxxx" firmasının vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindənq müəyyən edilə bilər. İstintaq tərəfindən Zərərçəkmiş şəxs Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində beton zavodunda iş prosesi zamanı avadanlığın təmizlənməsi öz təşəbbüsü ilə və ya müvafiq şəxs (lər)in tapşırığına əsasən aparması konkret olaraq müəyyən edilmədiyinə görə, onun tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmamasını müəyyən etmək mümkün olmamışdır. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindəni kənardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik və informasiya texnologiyaları idarəsi tərəfindən verilmiş məhkumluqla bağlı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yədullpa oğlunun DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respüublikası Cinayət Məcəlləsin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmşdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Firması tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 62 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasına müraciət etməmiş, stasionar müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-58-4/2-2101/2025 nömrəli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsində hər hansı bir təqsirləndirici material yoxdur, həmçinin ailəsi münaqişəli ailə kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı "xxxx" Firması arasında xx.xx.2024-cü il tarixli, 05-MD-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti isə satıcının mülkiyyətində olan və müqavilənin ayrılmaz hissəsi sayılacaq Qiymətlərin razılaşdırma Protokolunda göstərilən Kompiekt halda (2 siloslu,hər biri 120 tonluq sement tutumlu). 3 bunkerli (material üçün) beton zavodudur. Cinayət işinin materiallarına əlavə edilmiş satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı "xxxx" Firması arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə alqı-satqı predmeti olan SBS 60 markalı beton istehsalı qurğusunu Komplekt halda (2 siloslu hər biri 120 tonluq sement tutumlu və 3 bunkerli (material üçün) beton zavodu satıcı tərəfindən alıcıya tam işlək vəziyyətə təhvil-təslim edilmişdir. Cinayət işinin materiallarında olan və "xxxx" Firması tərəfindən təqdim edilmiş iş öncəsi təlimatdan görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işçilərə təlimat keçən şəxs Təqsirləndirilən şəxs olmuş, lakin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə isə təlimat Təqsirləndirilən şəxs tərəfindən keçirilməmişdir. Cinayət işinin materiallarında olan və "xxxx" Firması tərəfindən təqdim edilmiş məktubdan görünür ki, "xxxx" Firmasının Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsində fəhlə vəzifəsində işləyən Zərərçəkmiş şəxs, xx.xx.2024-cü il tarixində ərazidə təmizlik işləri apararkən xəsarət almış, oadisə barədə xəbər tutduqları andan başlayaraq məsələ tərəflərindən ciddi nəzarətə götürülmüş, işçiyə ilkin tibbi yardım göstərilməsinin təmin edilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Belə ki, işçi dərhal Ağalı kəndində yerləşən tibb məntəqəsinə aparılmış və ona ilkin tibbi yardım göstərilmiş, lakin yaranmış zərurəti nəzərə alaraq, X13 avtomobili ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına köçürülmüş, Füzuli rayon Mərkəzi Xəstəxanasında işçiyə əlavə tibbi yardım göstərildikdən sonra o, xəsarətinə uyğun tam funksiyalı xəstəxanada müalicə olunması üçün sifarişləri əsasında Bakıdan göndərilən X13 avtomobiliylə (1700 manat ödəniş edilmişdir) Bakı şəhərində yerləşən DTX-nin Hərbi-tibbi Baş İdarəsinə gətirilmiş, işçi DTX-nin Hərbi-tibbi Baş İdarəsində bilavasitə tərəflərindən qarşılanmış, üzərində aparılan əməliyyat nəticəsində sol qolu amputasiya edilmişdir. Əməliyyat üçün çəkilən xərclər (12.199,67 manat ödəniş edilmişdir) Hünər-İnşaat” Firması tərəfindən ödənilmiş, işçi xəstəxanada olduğu müddətdə bir an belə diqqətlərindən kənarda qalmamış, mütəmadi olaraq onun sağlamlıq durumu ilə maraqlanılmış, ona hər hansı köməklik göstərilməsindən imtina edilməmiş, hətta xəstəxanadan çıxdıqdan sonra da xəstəxanaya gəlib-getməməsi üçün onun ev şəraitində müalicə alması təmin edilmiş və yaşadığı ünvana yaxın ərazidə fəaliyyət göstərən xəstəxananın həkimi tərəfindən həftə ərzində 2 (iki) dəfə 1 (bir) ay müddətində ona tibbi xidmət göstərilmişdir. Bundan əlavə işçi evdə müalicə aldığı dövrdə tərəflərindən davamlı olaraq ziyarət olunmuş, zəruri qida məhsulları ilə, eləcə də pulla köməklik göstərilmiş, dərman reseptlərinin xərcləri ödənilmişdir (Cəmi 4000 manat məbləğində ödəniş edilmişdir). Həmçinin "xxxx" Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********53 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən işçi sığortalanmış və baş vermiş sığorta hadisəsinə görə işçiyə sığorta ödənişinin verilməsi öhdəliyinin icra olunması "xxxx" ASC-dən xahiş edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası tərəfindən orqanizmin funksiyalarının pozulmasına görə işçinin əlilliyi müəyyən edildikdən sonra, əlillik dərəcəsinə müvafiq olaraq ona qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdə sığorta ödənişi veriləcək, eyni zamanda "xxxx" Firması ilə Zərərçəkmiş şəxs arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası tərəfindən orqanizmin funksiyalarının pozulmasına görə işçi ona müəyyən ediləcək əlillik dərəcəsi ilə əmək qabliyyətli hesab edildiyi təqdirdə onunla əmək müqaviləsi davam etdiriləcək, zərurət olduğu halda daha uyğun işlə təmin olunacaqdır və yekun məhkəmə qərarı qəbul edərkən bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməldir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zəngilan rayonu, Cahangirbəyli kəndində fəaliyyət göstərən "xxxx" firmasının beton zavodunda menecer vəzifəsində işləyərkən, həmin firmada fəhlə işləyən X7 xx.xx.2024-cü il tarixdə “SBS 60” markalı beton istehsalı üçün nəzərdə tutulmuş avadanlığın barabanını təmizləyərkən, avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edəcək şəkildə yerləşdirilməsini təmin etməyərək, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5-ci bəndinin tələblərini pozmuş və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol lil, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri defekti ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs "xxxx"ın direktoru və onun digər vəzifəli şəxslərinin də əməlinə hüquqi qiymətin verilməsi barədə verdiyi vəsatəti ibtidai istintaq orqanı tərəfindən araşdırılmış və zərərçəkmiş şəxsin istehsalatda ağır xəsarət alması faktı üzrə digər vəzifəli şəxslər tərəfindən öz vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməmələri arasında hər hansı səbəbli əlaqə aşkar edilmədiyindən zərəçəkmiş şəxsin vəsatəti ibtidai istintaq orqanın xx.xx.2025-ci il tarixli qərarı ilə rədd edilmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. X3 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, barəsində yaşayış yeri üzrə polis orqanında hər hansı bir təqsirləndirici materialların olmaması, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi, xəstəxana xərclərinin qarşılanması və bununla bağlı maddi yardımın göstərilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi 100 (yüz) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə verilmiş mülki iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs onun 65 yaşı tamam olanadək aylıq olaraq 824 manat kompensasiyanın, 4 ay ərizində ödənilən 8.000 manat pul məbləğinin, zərərin əvəzi olaraq 65 yaşı tamam olanadək aylıq 1.200 manatın, 50.000 manat mənəvi ziyanın, protez xərci və reabilitasiya xərci olaraq 95.000 manat pul məbləğinin, həmçinin mülki iddia üzrə ödənilmiş 468 manat dövlət rüsumunun mülki cavabdeh "xxxx" Firmasından tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.3-cü madəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Beləliklə mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, hər halda zərərçəkmiş şəxsin istehsalatda baş vermiş bədbaxt hadisə ilə bağlı əmək qabiliyyətinin itirilməsi faizi və əlillik dərəcəsi müəyyən olunmadığından verilmiş mülki iddia baxılmamış saxlanmalı və mülki iddiaçıya mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmalıdır. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası onun yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, ödənilmiş dövlət rüsumu mülki iddiaçının özünə qaytarılısın və mülki iddiaçıya mülki iddia icraatı qaydasında məhkəməyə müraciət olunması izah olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti (verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-4/2025
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-4/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver