Məhkəmə qərarları › İş №1(034)-5/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №1(034)-5/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 1(034)-5/2023 11.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Dövlət ittihamçısı-X3 İdarənin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “DOST” Agropark”-da mühafizəçi işləyən, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə, saat 19 radələrində Zəngilan rayonu, Ağalı kəndində fərdi yaşayış evinin həyətinin qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərinin pozulması zəminində mübahisə etmiş, mübahisə zamanı sonuncununu dodaq nahiyəsinə bi dəfə qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs üst dodağın əzilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 həyat yoldaşı Xumar təxminən xx.xx.2023-cü il tarixdə onlara, yəni Zəngilan rayonu, Ağalı kəndindəki fərdi yaşayış evinə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:40 radələrində çörək almaq üçün yaşadığı kənddəki “Rahat –Zəngilan” mağazasına gəlmiş, mağazaya daxil olanda Xumarında orda olmasını, arxasıca orada satıcı işləyən Məhəmmədin hərəkət etməsini görmüşdür. Onları qıraqdan müşaiyət etmiş, Xumarla Məhəmməd arasında yaranan səmimi münasibəti kənardan hiss etmişdir. Xumarın oradan çıxmasını gözləmiş, Xumar çölə çıxan zaman Məhəmməddə onun arxasınca kassaya yaxınlaşmışdır. O, qardaşı Valehə zəng edərək, «Rahat» mağazasının yanına çağırmışdır. Valehə mağazanın yaxınlığında saxladığı, ona məxsus “Ravon” markalı avtomobilinin yanında qardaşına Xumarla Məhəmməd arasında yaranan münasibətədən söz açmışdır. Məsələni aydınlaşdırmaq və Xumarla Məhəmmədi üzləşdirmək məqsədi ilə Valehə Məhəmmədi yanına çağırmasını xahiş etmişdir. Valeh az sonra Məhəmmədlə birgə gəlmişdir. O, Xumarla onu üzləşdirmək üçün maşına əyləşməsini tələb etmiş, Məhəmməd qabaq sərnişin oturacağında əyləşmişdir. Maşını o, idarə etmişdir. Valeh isə arxada əyləşmişdir. Maşında hərəkət edən zaman dəfələrlə Xumarla hansı münasibətdə olduqları ilə bağlı suallar vermişdir. Yaşadığı mənzilin qarşısına çatdıqda maşından düşəndə Məhəmməd də düşmüşdür. Qəflətən Xumarla onun arasında yaranan münasibətə əsəbləşdiyi üçün sağ əli ilə yumruqla bir dəfə qəsdən onun üst dodaq nayihəsinin sol tərəfinə vurmuşdur. Bu zaman Valeh onları aralamışdır. Onu sakitləşməsi üçün yaşadığı mənzilə gətirmişdir. O, mənzilə daxil olduqdan sonra Valeh Məhəmmədə tibbi yardım göstərilməsi ilə bağlı onun arxasınca getmişdir. Məhəmmədin dodağına vurub zədələmişdir. Zərərçəkənə yumruq atmışdır. Məhəmmədi qardaşının yoldaşı Xumarla danışdığına görə vurmuşdur. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini və barəsində olan material üzrə icraata xitam verilməsini xahiş etməsi barədə ərizəsini Məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında işirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə tanış deyildir. Aralarında yanlış anlama olmuşdur. Təqsirləndirilən şəxsin qardaşı yoldaşı ona sosial şəbəkədə yazmışdır. Təqsirləndirilən şəxs ondan Xumarla aralarında olan münasibəti soruşmuş, o da, Xumarla aralarında heç bir münasibətin olmamasını bildirmişdir. Qeyrət onu çölə çağırmış, maşınla evlərinin qarşısına gedib söhbət etmişlər. Aralarında mübahisə olmamışdır. Sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmışlar. Qeyrət onun dodaq nahiyyəsindən vurmuşdur. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, barışmışdır.Təqsirləndirilən şəxslə barışdığı üçün işə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid X4 teleqramla məhkəməyə müraciət edərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməsini, hal-hazırda Zəngilan rayonunda olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyədək icraat zamanı şahid X4 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, sonuncu barəsində Zəngilan RPŞ-yə ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs isə yaşadığı Zəngilan rayonu Ağalı kəndindəki “Rahat-Zəngilan” mağazasında satıcıdır. O, hal- hazırda Zəngilan rayonunda fəaliyyət göstərən "xxxx" ASCdə fəhlə işləyir. X1 arvadı Xumar xx.xx.2023-cü il tarixdə digər qardaşı Qeyrətgilə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə,saat 19:50 radələrində qardaşı Qeyrət ona zəng etmiş və onu “Rahat-Zəngilan” mağazasının yanına çağırmışdır. O, mağazanın yaxınlığında Qeyrətlə görüşmüş və Məhəmmədlə Xumar arasında yaranan münasibət barədə öyrənmişdir. Qeyrət ondan Xumarla Məhəmmədi üzləşdirməkdən ötrü, sonuncunu işlədiyi mağazadan çölə çağırmağı xahiş etmiş, nəticədə o Məhəmmədi çağıraraq, Qeyrətin yanına dəvət etmişdir. X6 üzləşmək üçün maşına minməsini tələb etmişdir. Məhəmməd və o, Qeyrətin idarəetdiyi nəqliyyat vasitəsinə əyləşmiş və sonuncunun yaşadığı evin qarşısına gəlmişlər. Maşın hərəkətdə olan zaman X5 hansı münasibətdə olmağı ilə bağlı suallar vermişdir. Evin qarşısına çatdıqda Məhəmməd maşından düşmüş, bu zaman onunla birlikdə maşından düşən Qeyrət isə ona sağ əli ilə yumruqla qəsdən bir dəfə üst dodaq nahiyyəsinə vurmuşdur. Bu zaman o Məhəmmədlə Qeyrəti ayırmış və sonuncunu yaşadığı mənzilə gətirmişdir. O, Məhəmmədə tibbi yardım göstərilməsi üçün arxasıyca gəlmişdir. O, Qeyrətlə Məhəmməd arasında yaranan mübahisənin 3-4 dəqiqə davam etdiyini, Qeyrətin evinin qarşısında baş vermiş mübahisənin isə 3-4 dəqiqə davam etdiyini bildirmişdir. Baş vermiş mübahisədə səs-küy yaranmadığı üçün ətrafdan heç kim gəlməmişdir. O, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs vurmadığını bildirmişdir. Məhkəmə cinayət qanuni ilə nəzərdə tutulmuş əməlini törətmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş, onun təqsiri, özünün etirafedici ifadəsi, istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş canlı şəxsin ekspertizasının 05 iyun 2023-cü il tarixli 190/23 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs üst dodaq nahiyəsində əzilmiş yara olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ–nin sadələşdirilmiş icraat materialı üzrə məhkumluğun yoxlanılmasına dair 16 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zəngilan Rayon İHB-nın Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsində onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 4 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, əmlak müsadirəsi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar