Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-5/2024 25.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X9 İdarənin Rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakları ilə, 09 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 15, yataqxana 4, ev 3G6-da qeydiyyatda olan, Zəngilan rayonu, Ağalı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, “PUBG” adlı mobil oyundakı hesabına 18 yaşı tamam olmadığı üçün pul köçürə bilməyən Zəngilan rayonu, Ağalı kənd sakini xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xahişi ilə sonuncunun əvəzinə pul köçürmək üçün həmin oyunun iştirakçılarının hesabına pul köçürmək bacarığı olan şəxslə mobil telefonla danışarkən mübahisə etmiş, bu mübahisənin gələcəkdəki nəticələrindən narahat olduğundan, hadisənin aqibətini öyrənmək üçün ona zəng edən Zərərçəkmiş şəxs aldadaraq ondan pul almaq qərarına gəlmiş, bu məqsədlə sonuncunun növbəti zəngi zamanı ona yalandan barələrində Sumqayıt şəhər Polis İdarəsinə şikayət edildiyini, həmin şikayətin həll edilməsi üçün pul tələb edildiyini deyərək aldatmış və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus **********158226 nömrəli bank kartına Zəngilan rayonu, Ağalı kəndi ərazisində yerləşən “Milliön” ödəmə terminalından göndərdiyi 3000 manat məbləğində pulu ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa o, barələrində Sumqayıt şəhər Polis İdarəsinə şikayət edildiyi və həmin şikayətin həll edilməsi üçün 3000 manat pul tələb edildiyini deyərək aldatdığı və xx.xx.2024-cü il tarixdə ona məxsus bank kartına göndərdiyi 3000 manat məbləğində pulunu ələ keçirdiyi Zəngilan rayonu, Ağalı kənd sakini xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs şikayətin aqibətindən narahat olduğunu görərək, sonuncunu yenidən həmin bəhanə ilə aldadaraq pul almaq qərarına gəlmiş, bu məqsədlə yalandan ona şikayətin həll edilməsi üçün əlavə olaraq pul istənildiyini, bunun üçün onun payına 2500 manat pul düşdüyünü deyərək aldatmış və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus **********158226 nömrəli bank kartına Zəngilan rayonu, Ağalı kəndi ərazisində yerləşən “Milliön” ödəmə terminalından göndərdiyi 2500 manat məbləğində pulu ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, yataqxanada qeydiyyatda olsa da, hal-hazırda Zəngilan rayonunun Ağalı kəndinda yaşayır və Zəngilanda meyvə dükanında işləyir. xx.xx.2024-cü il tarixdə Zəngilanın Ağalı kəndi ərazisində yerləşən meyvə dükanında olarkən həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq,”Pubg”adlı mobil oyuna pul yükləmək istədiyini, lakin yaşının az olduğu üçün ona icazə verilmədiyini, onun əvəzindən həmin mobil oyuna pul yükləyən şəxslərlə danışıb, oyuna pul yükləməsini ondan xahiş etmişdir. O, da Tunarla razılaşmış, ona verdiyi nömrə ilə əlaqə saxlamış, lakin həmin nömrə ilə əlaqə saxladıqda anlaşılmazlıq yaranmış və o, Tunarın ondan xahiş etdiyi mobil oyuna pul köçürə bilməmişdir. Tunarın ona verdiyi nömrə ilə əlaqə saxlayarkən əsəbləşmiş, həmin nömrənin sahibinə nalayiq ifadələr işlətmiş, sonra həmin nömrənin sahibi onu polisə şikayət edəcəyini bildirmişdir. Tunar da yanında olduğundan buna görə çox narahat olmuşdur. Daha sonra Tunar onun yanından uzaqlaşıb evə getmişdir. Evdən tez-tez ona telefonla zəng edib həmin məsələ ilə bağlı nəsə olub-olmadığını ondan soruşmuşdur. Tunar bir neçə dəfə ona zəng etdikdən sonra, Tunarın narahat olmasından istifadə edib, yalandan ona Sumqayıt şəhər Polis İdarəsindən zəng gəldiyini, hər ikisinin də polisə çağrıldığını bildirmişdir. Tunar isə ona Sumqayıt şəhər Polis İdarəsinə getmək istəmədiyini bildirdikdə o, Tunara Sumqayıt şəhər Polis İdarəsində işləyən şəxslə bu barədə danışmaısnı bildirmişdir. O da getməmək müqabilində 3000 manat məbləğində pul vəsaiti tələb edildiyini demişdir. Əsl həqiqətdə isə o heç kimlə danışmamış və ondan heç kim belə bir məbləğ tələb etməmişdir. O pulu ələ keçirmək üçün belə bir fikir uydurmuşdur. Tunar onunla razılaşmış, o, bir müddət gözlədikdən sonra xx.xx.2024-cü ildə Tunar onun Kapital Banka məxsus kart hesabına Zəngilan rayonu, Ağalı kəndi ərazisindən Milliön terminalından 3000 manat məbləğində vəsaiti göndərmişdir. Pul vəsaiti onun kart hesabına köçdükdən sonra o, Tunarla əlaqə saxlamış, pulu guya Sumqayıt Polis idarəsində işləyən bir şəxsə göndərdiyini və məsələnin həll olunacağını bildirmişdir. xx.xx.2024-cü ildə Tunar yenidən onunla əlaqə saxlamış, bu məsələ ilə bağlı hər hansı problemin olub-olmadığını soruşduqda, o, ona yalandan problem olduğunu bildirmişdir. Tunar ondan nə olduğunu soruşduqda o,Tunara yalandan guya adını bilmədiyi polis əməkdaşının Sumqayıt şəhər Polis İdarəsində toplanmış materialın Zəngilan RPŞ-nə göndərilməməsi müqabilində 5000 manat məbləğində pul vəsaiti tələb etməsini bildirmişdir. Tunar bu qədər məbləğdə pul vəsaitinin olmadığını dedikdə o, Tunara yalandan 2500 manat məbləğində vəsaitini Tunarın əvəzindən verəcəyini, yerdə qalan 2500 manat məbləğində pulu göndərməli olduğunu bildirmişdir. Bir müddət gözlədikdən sonra Tunar onun Kapital Bank hesabına 2500 manat məbləğində vəsaiti Zəngilan rayonu, Ağalı kəndi ərazisində yerləşən “Milliön” ödəmə terminalından göndərmişdir. Daha sonra, Tunar ondan məsələnin nə yerdə olduğunu soruşduqda Tunara yalandan guya həmin pulu Sumqayıt şəhər Polis İdarəsində işləyən şəxsə göndərdiyini bildirmişdir. Tunarı Zəngilana köçəndən tanıyır. Tunardan ilk dəfə 3000, sonra isə 2500 manat olmaqla, ümumilikdə 5500 manat almışdır. Pulu nəyə xərcləməsini xatırlamır. Tunardan pulu polisə vermək adı ilə almışdır. Polisdə heç bir araşdırma olmamışdır. Pulu aldığı tarixi xatırlamır. Tunar pulu onun Kapital Bank hesabına atmışdır. Kartan pulu çıxarmamış, telefon vasitəsi ilə xərcləmişdir. Karta pulu Zəngilanda atmışdır. Pulu qaytarmaq fikri var. Onun 21 ,Tunarın isə 14 yaşı var. Onun Tunarla dost kimi əlaqəsi olmuşdur. Tunar kənd sakinidir və bütün günü üz-üzə gəlirlər. Onun kart hesabı Kapital Bankdandır. Tunar pulu Ağalıda millöndan kart hesabına atışdır. Sonda təqsirləndirilən şəxs məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Orxanın verdiyi ifadə ilə razıdır. O, “Pubg” oyununa pul köçürən şəxslə telefonunda olan watsapda yazışma proqramı ilə yazışmış, həmin şəxsə hesabına pul köçürməsini demişdir. Həmin şəxs yaşının 18-dən aşağı olduğunu bilib yaşı az olduğu üçün oyuna pul köçürə bilməyəcəyini demişdir. O, həmin vaxt Ağalıda bazarda meyvə satan 18 yaşı tamam olan Orxanın yanına getmişdir. Hadisə yay aylarında Zəngilan rayonu Ağalı kəndində olmuşdur. Onun 18 yaşı olmadığı üçün Orxan həmin şəxsi yığıb danışmış, sonra aralarında mübahisə olmuş və Orxana polisdə görüşərik demişdir. Evə gəldikdən sonra narahat olmuş, bir neçə dəfə Orxana zəng edib həmin şəxsin şikayət edib etmədiyini soruşmuşdur. Orxan ilk zənglərində heç nə olmadığını bildirmişdir. Orxanı təkrar yığan zaman Orxan ona demişdir ki, həmin şəxs onlardan Sumqayıt polisinə şikayət etmiş və hər ikisi səhər polisə getməlidirlər. Orxan polisdə tanışı olduğunu bildirmişdir. Orxana polisə vermək üçün ilk öncə xx.xx.2024-cü ildə 3000 manat pul vermiş, daha sonra xx.xx.2024-cü ildə 2500 manat vermişdir. Orxan adını bilmədiyi polis əməkdaşının Sumqayıt şəhər Polis İdarəsində toplanmış materialın Zəngilan RPŞ-nə göndərilməməsi müqabilində 5000 mant məbləğində pul vəsaiti tələb etməsini bildirmişdir. O, Orxana bu qədər məbləğdə pul vəsaitinin olmadığını dedikdə Orxan ona 2500 manat məbləğində vəsaitini onun əvəzindən verəcəyini, yerdə qalan 2500 manat məbləğində pulu göndərməli olmasını bildirmişdir. O, pulu Zəngilanın Ağalı kəndində miliön aparatı ilə Orxanın kart hesabına vurmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. İlk olaraq Orxana 3000 manat, daha sonra 2500 manat, ümumilikdə 5500 manat pul vermişdir. O, pulu evdən götürüb Orxana vermişdir. O, atasına marketdə köməklik edir. Pulu evdən atasının xəbəri olmadan götürmüşdür. Orxan polisdə qohumları olmasını demiş, onun üçün ona yaxınlaşmışdır. Orxan polislə WhatsApp danışığın ona çəkib atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Zərərçəkmiş şəxs atası olduğunu, oğlunun hələ 18 yaşı dolmadığını, oğlunun 2009-cu ildə anadan olmasını bildirərək ifadəsində, xx.xx.2024-cü il tarixdə axşam evdə olan zaman ona məxsus 16.500 manat məbləğində pul vəsaitini sayarkən 5500 manat məbləğində pul vəsaitinin yerində olmadığını, cəmi 11.000 manat məbləğində pulun yerində olduğunu görmüş, bununla bağlı oğlu Zərərçəkmiş şəxs Müşfiq oğlu ilə söhbət edərkən oğlu ona həmin məbləği Orxan adlı şəxsə verdiyini bildirmişdir. Oğlu ona “Pubg” adlı mobil oyuna onlayn yolla pul yükləmək istəmiş, lakin yaşı az olduğu üçün həmin oyuna pul yükləyə bilməmiş, buna görə də Orxandan köməklik istəmişdir. Orxan Tunara yalandan guya mayor Yusifov adlı şəxsin Sumqayıt şəhər Polis İdarəsində toplanmış materialın Zəngilan RPŞ-nə göndərilməməsi müqabilində 5000 manat məbləğində pul vəsaiti tələb etməsini bildirmişdir. Tunar bu qədər məbləğdə pul vəsaitinin olmadığını dedikdə Orxan Tunara yalandan 2500 manat məbləğində vəsaiti Tunarın əvəzindən verəcəyini, yerdə qalan 2500 manat məbləğində pulu göndərməli olmasını bildirmişdir. Oğlu bu hadisə ilə bağlı qorxusundan çox sıxıntılat keçirdiyini, hətda özünü çaya atmaq istəməsini, oğlu bu hadisədən sonra şəkər xəstəliyinə tutulmasını, yaxşı ki, evində pul olmuşdur ki, pulu alıb Orxana vermişdir, pul olmasaydı uşağın özünə qəsd edə biləcəyi vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 onlara dəymiş 5500 manat məbləğində maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş aparılmadığını və həmin ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 2024-cü ilin iyul ayında Müşviq yaşadığı evə gəlmiş, ona Orxanın onun oğlu Tunarı aldadıb 5500 manat pulunu almaısnı demişdir. Hadisənin necə olduğunu soruşmuş, Müşfiq bildirmişdir ki, Tunar Pubg oyun hesabına pul vurulması üçün Orxanın yanına getmiş, oyuna pul vuracaq olan şəxslə Orxan telefonda mübahisə etmiş, sonradan Orxan həmin şəxsin onlardan Sumqayıt Polis İdarəsinə şikayət etməsini demişdir. Daha sonra Orxan Tunara polis əməkdaşının onların işini həll olunması üçün pul istəməsini demiş, ilkin olaraq 3000 manat, daha sonra isə 2500 manat olmaqla, ümümilikdə 5500 manat pulunu almışdır. O, Müşviqə Orxan elə şey edibsə səhv edib demiş, o, həmin pulu qaytarar demişdir. O, Müşviqə ona pul verməlidirlər, həmin pulu alıb bir neçə günə pulu geri qaytaracağını demişdir. Sonra Müşviqlə görüşmüş, pulu gec verəcəyini və onu gözləməsini demişdir. Həmin gündən bir neçə gün sonra Zəngilan rayon Polis Şöbəsindən zəng gəlmiş və onu şöbəyə çağırmışlar. Şikayət olunan gün Orxan anası ilə birlikdə Sumqayıta getmişdir. O, Orxanın anasına polislərin Orxanı axtarmasını demişdir. Heç kim istəməz ki, onun Orxan kimi oğlu olsun. Dediklərinə görə ümumi məbləğ 5500 manat olmuşdur. Orxanın pulu hara xərclədiyi barədə heç bir məlumatı yoxdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. Bu günkü gün zərərəçəkmiş şəxsə pulu ödəməyə hazır deyildir, Orxan işləyir 800 manat maaş alır, istəsəydi yığıb pulu qaytara bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 332 nömrəli, 1810.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla, hal-hazırda Zəngilan rayonu, Ağalı kəndində 33 saylı evdə yaşayır, ailə üzvləri atası-Şahid2, anası- X10, bacıları-X5, X6, X4 və qardaşı X1 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə onun barəsində mənfi məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12584 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriyat Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13554 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməllərdə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və həmin əmlaka olan hüququ əldə etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmamış xx.xx.2009-cu ul təvəllüdlü Zərərçəkmiş şəxs “PUBG” adlı mobil oyundakı hesabına pulun köçürülməsi ilə bağlı onların polis idarəsinə şikayət etdiyini,polisdə işlərinin həll edilməsi üçün polis əməkdaşlarının 3000 manat pul istədiyini deyib aldadaraq Zərərçəkmiş şəxs 3000 manat pulunu ,daha sonra xx.xx.2024-cü il tarixdə isə polis idarəsində onun barəsində olan şikayətin tam həll olunması üçün polis əməkdaşının pul istədiyini deyib təkrar olaraq Zərərçəkmiş şəxs 2500 manat pulunu Zəngilan rayonunun Ağalar kəndində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş 5500 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan halda Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, cinayət işi üzrə xüsusi müsadirə olunan əmlak və məhkəmə xərcləri yoxdur. Dəymiş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-5/2024
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-5/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver