Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-5/2025 03.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı-X1 İdarənin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-cı ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində aralarında baş vermiş davanı bəhanə gətirərək, həmin tarixdə saat 23:35 radələrində Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yerləşən “AS TT” şirkətinə məxsus düşərgədə sonuncunun istirahət etdiyi otağa gələrək, həmin vaxt ətrafda istirahət edən şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmçinin əl zərbələri ilə Zərərçəkmiş şəxs vurmaqla Zərərçəkmiş şəxs burun nahiyyəsində sıyrıq, sol gözaltı-almacıq nahiyyəsində hematoma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 4 aya yaxın müddətdir ki, “AS TT” şirkətində dəmirçi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində işlədikləri üçün Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində “AS TT” şirkətinə məxsus yataqxanada qalırlar. Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2024-cü il saat 23:30-da işlədiyi Zəngilan rayonu ərazisində yerləşən “AS TT” şirkətinin kampında olarkən həmin vaxt sanitar qovşağına doğru getmiş, həmin vaxt onunla birlikdə işləyən Zərərçəkmiş şəxs və Şahid1 sərxoş vəziyyətdə orada dayanmışdılar. Bu vaxt Zərərçəkmiş şəxs ona qarşı onun şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətmiş, o, Zərərçəkmiş şəxs yaşca kiçik və oğlu yerində olmasını, ona qarşı nalayiq ifadələr işlətməməli olduğunu bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs buna məhəl qoymayaraq onun üzərinə gələrək ona qarşı şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətməyə davam etmişdir. Ərşad onun üzərinə gələrkən Şahid1 gözlənilmədən onu arxadan qucaqlamış, yaranmış vəziyyətdən istifadə edən Zərərçəkmiş şəxs yumruqla onun burun nahiyəsindən və başının arxa nahiyəsindən vurmuş, onu vurarkən Ərşadın barmağındakı üzük onun burnuna və başının arxa nahiyəsinə dəymişdir. Həmin vaxt o, özünü itirmiş və əmisi Adil Hacıyevin istirahət etdiyi vaqona doğru getmiş, əmisi Adil Hacıyevdə onun arxasınca getmişdir. Ərşad və Elnurun istirahət etdiyi vaqona çatdıqda, orada Ərşad onun üzərinə hücum etmiş, Elnur isə yenə də onun qolundan tutmuşdur. Bu zaman Ərşad və Elnurun olduğu vaqonda istirahət edən birqadir Arzum araya girərək onu aralaşdırmış və Ərşadı oradan uzaqlaşdırmışdı. Daha sonra, həmin vaqondan çölə çıxıb əmisi Adilin yanına getdikdə, Elnur onlara yaxınlaşıb kampda olan işçilərin yanında əmisi Adilin şərəf və ləyqətini alçadan nalayiq ifadələr işlətmişdir. Daha sonra əmisi Adil birlikdə istirahət etdikləri vaqona doğru gedərkən əmisi Adil 102 xidmətinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Əmisi Adilin 102 xidmətinə müraciət etdiyini görən Elnur və Ərşad isə meşəyə girərək oradan uzaqlaşmışlar. Daha sonra hadisənin baş verdiyi yerə polis əməkdaşları gəlmiş, o, özünü pis hiss etdiyi üçün polis əməkdaşları ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişlər. Mübahisə zamanı Elnur ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Ərşad və Elnurun üzərində hər-hansı kəsici-deşici alət, silah və silah qismində istifadə oluna bilən hər-hansı bir digər bir əşya-predmet olmamışdır. O, əmisi Adilin istirahət etdiyi vaqondan Ərşad və Elnurun istirahət etdiyi vaqona doğru getdikdən sonra sonuncuların istirahət etdiyi vaqonda aralarında nöbəti dəfə mübahisə olmuş, artıq kampda işləyən işçilərin əksəriyyəti orada baş verən səs-küyə oyanıb çölə çıxmışlar. Həmin hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Ərşad onu söyəndə orada ondan başqa heç kim olmamışdır. Orda Ərşad, Elnur və o, olmuşdur. Elnurun onu arxadan tutmasını heç kim görməmişdir.Orda mübahisələri 2-3 dəqiqə çəkmiş və onu vuranda o, huşunu itirmişdir. Onu vurandan sonra onlar onu buraxıb öz otaqlarına getmişlər. Sonra o, əmisi Adilin yanına getmiş, əmisinin yanında Tural da olmuşdur. O, Ərşad olan kampın otağına getmişdir ki, onu hansı səbəbdən vurmuşdur. Əmisi Aqil otağa girməmişdir. Elnur əmisi Adilə var yox söyüşü söymüşdür. Əmisini söyəndə kampda hamı eşitmişdir. Əmisi gəlib niyə, Rusifi vurmaqlarını soruşmuş, ona görə də Elnur əmisini söyməyə başlamışdır. Əmisi 102-ə yığıb məlumat vermiş və ona da arxasınca gəl demişdir. O, əmisi ilə gedəndə Ərşadla Elnur körpüyə tərəf qaçmışlar. Ərşad onun üstünə hücum çəkəndə briqadir araya girmişdir. Elnur onu arxadan tutanda o, müqavimət göstərə bilməmişdir. Ərşad onun üz və baş nahiyəsindən söyüş söyə-söyə vurmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Ərşad onu vuran zaman başından və burnundan zədə almışdır. Ərşad onu vurandan sonra, kampa getmiş, sonra onlar meşəyə qaçmışlar. O, öz kamplarına qayıdandan sonra Ərşadgilin qaldığı kampa getmişdir. Bunların briqadiri Ərşad onu vurmaq istəyəndə araya girmişdir. Onu vurandan sonra kampa qayıtmış, o, bunların kampına gedəndə Ərşad onun üzərinə gəlmiş, amma vurmamışdır. X11 Rusifi niyə vurmasını soruşmuş, Ərşadda cavab olaraq əcəb edib vurmasını bildirmişdir. Əmisi 102 xidmətinə yığıb məlumat verəndə Ərşadla Elnur meşəyə qaçıb getmişlər. O, həmin gün içkili olmamış, Ərşadı vurmamış, Ərşad ona şər atır. Onun Ərşadla ayaqolu tərəfdə mübahisəsini Arzum görməmişdir. O, ayaqyoluna gedəndə Ərşad və Elnur içkili olmuş, Ərşad onu söymüş, o, da Ərşada içkili olmasını və ağzının danışığını bilməsini demişdir.Şahid1 onu tutmuş, Ərşad da vurmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması və barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024cü il tarixdən Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində fəaliyyət göstərən “AS TT” şirkətində qəlibçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, o da onun işlədiyi “AS TT” şirkətində işləyir. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində sanitar qovşağından qaldığı kampa geri qayıdarkən Rusif adlı şəxsin ucadan nalayiq ifadələr işlətməsini görmüş və yaxınlaşıb söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Rusiflə aralarında sözlü mübahisə yaranmış, Rusif onu əli ilə itələmiş və o da Rusifi itələyib qaldığı otağa geri qayıtmışdır. Bir neçə dəqiqədən sonra Rusif otağa gəlmiş və onun üzünün sol tərəfindən yumruqla vurmuş, onun boğazından tutub boğmağa başlamışdır. O, Rusifin əlindən çıxmaq üçün qəsdən dirsəyi ilə sonuncunun üz nahiyəsinə vurmuşdur. Həmin vaxt otaqda olan Elnur və Arzum onları aralamış, daha sonra Rusifi çölə çıxartmışlar, çöldə Rusifin əmisi Adil söyüşlər söymüşdür. Mübahisənin böyüməməsi üçün o, kampdan çıxıb Füzuli rayonu, Horadiz şəhərinə getmişdir. O, Rusifi çöldə vurmamış, Rusiflə aralarında yalnız sözlü mübahisə yaranmışdır, Rusif onu itələyən zaman Rusifin əlini geri itələmiş, həmin vaxt Elnur onların mübahisələrini kənardan izləmiş, o, Rusifi qaldığı kampda Rusif onu boğmaq istəyərkən vurmuş, Rusifi vuran zaman Elnur Rusifə heç bir xəsarət yetirməmişdir. O, Abşeron rayon Güzdək qəsəbəsində məşqçi işləyir, dünya çempionu olan tələbələri var. Həmin ərəfədə zalda suçiçəyi yayıldığına görə onlar məşqləri dayandırmış, Zəngilan rayonuna işləməyə getmişlər.O, 23 ildir ki,məqçi müəllim işləyir, türk döyüş sənəti ilə məşğul olur. Türk döyüş sənəti Azərbaycanda yaranmış, batur, caymaz, ayça nöbləri var. Batur qaydasız döyüş, caymaz kingboks döyüş növünə yaxındır, ayça karate döyüşünə bənzəyir. Bu növlərin hamısına beynəlxalq dərəcəli yarışlarda hakimlik edir. Ən birinci karate növü ilə məşğul olmuş, qara kəmər ustasıdır O, Rusiflə 30 saniyədə söhbət etməmişdir. Elnurla o, eyni briqadada işləmişdir. Kürdəmir rayonunda məşqçi işlədiyi zamanlardan Elnuru tanınıyır, Zəngilanda Elnur, o və Arzum eyni otaqda qalırdılar. Həmin gün işdən gəlib axşam kəndə getmək istəmiş, Elnurla taksi tutub Məşədiismayıllı kəndinə getmişlər. Məmmədbəylidə ictimai iaşə obyekti yoxdur. Hava qaralmamış, qayıdıb kampa gəlmişlər. Kampda oturub çörəklərini yemiş, çölə çıxanda Rusifi görmüş, amma aralarında münaqişə olmamışdır. O, işlədiyi yerdə Rusifi hər gün görümüş, aralarında heç vaxt münaqişə olmamışdır. Həmin gün zərərçəkmişi çöldə bir dəfə görmüşdür. Rusif özündə olmamış, içkili vəziyyətdə olmuşdur. O, Rusifin içkili olduğunu görmüş, ona sabah söhbət edərlər demişdir. Rusif söyüş söyəndə qıraqdan kimin baxdığını bilmir, amma Elnur qıraqdan onların mübahisə etmələrini görməsini demişdir. O, həmin an Elnuru görməmiş, kampa otağa qayıdanda Rusifin əmisinin çox nalayiq sözlərlə içəri girmək istəməsini görmüşdür. O, kampa otağa gələndə Arzum yatmış, Elnur çöldə vaqonun ağzında olmuşdur. Hamamla olan məsafə 15 metrdir. Rusif ona söyüş söyəndə və kampa qayıdan zaman da Elnur onun yanına kampa gəlməmişdir. Rusif otağa daxil olub onu yumruqla vurmuş, sonra isə boğazından tutub sıxmış, o, Rusifin əlindən çıxmağa hazırlaşmışdır. Arzum yuxudan oyanmış, bütün kamp otağa yığışanda Rusif onu buraxmışdır. Elnur çöldə Rusifin əmisini saxlamış, mübahisə edən vaxt Elnuru görməmiş, otağa yatmağa gedən vaxt görmüşdür. Rusif onun boğazından tutub sıxanda onun qarşısında dayanmışdır. O, otağa yerinə yatmağa gələndə qapının açılmasını eşitmiş, çönən zaman Rusif onu vurmuşdur. Onun boğazından sıxanda başı Rusifin qolunun altında olmuşdur. Onları Arzumgil ayırmışlar. O, söyüş söyən biri deyildir, orda kiməsə qarşı söyüş söyməmişdir. Əmisi söyə-söyə bu gecə 3-də burnı məhv edəcəyini demişdir. O, Rusifin üz nahiyəsinə vurmamış, nə olubsa çöldə olmuş, bilmir. O xəsarətlə onun əlaqəsi yoxdur. Hadisədən 2-3 gün öncə 20 metr məsafədən Rusifi əmisi ilə mübahisə etməsini görmüşdür. O, həmin gün spirtli içki qəbul etməmişdir. Elnurun həmin gün spirtli içki qəbul etməsini bilmir. O, otağa girməklə Rusifin dalınca gəlməyi 1 gün çəkməmişdir. Bu günə kimi nə o, nədə Elnurun Rusiflə hər hansı şəxsi ədavəti, mübahisələri olmamışdır. O, həmin gün Rusifin içki qəbul etdiyini görməmişdir.Lakin həmin gün deyil, başqa vaxt Rusifin içki qəbul etdiyini görmüşdür. Rusif orda bu torpağa daş qoyvub gedənin kimi ifadə işlətmiş, ordada tək Zəngilanlı o, olduğum üçün ona iradını bildirmiş, sonra Rusifin içkili olmasını görüb sabah danışarıq deyib çıxıb getmişdir. Mübahisə böyüməsin deyə Elnurla çıxıb getmiş, qaçmamışdır. Onlar ordan çıxanda gecə olmuşdur. Gecə Horadizə gəlib oteldə qalmış, səhərisidə polis bölməsinə gəlmişdir. Polis bölməsində izahatı alandan sonra onu ekspertə göndərmişlər. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı hər-hansı bir şikayət və tələbinin olmamasını, gələcəkdə də olmayacağını nəzərə alaraq, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, birlikdə işləyirlər, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, onlar da onun qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə işdən yorğun gəlib yataqxanada ona təhkim edilmiş yerdə yorğun olduğu üçün yatmışdır. Saat təxminən 23:30 radələrində yatdığı otaqda səs-küy olduğunu eşidib, yuxudan ayılmış, yuxudan ayıldıqda onunla bir otaqda qalan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etməsini və əlbəyaxa olmalarını, Təqsirləndirilən şəxs burun nahiyəsinin qanadığını görmüşdür. Həmin vaxt Şahid1 isə orada Ərşad və Rusifi aralaşdırıb, sakitləşdirməyə çalışmışdır. Bu vaxt o, da yerindən qalxıb mübahisə edən Ərşad və Rusifi aralaşdırmağa və sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əmisi Şahid2 qaldıqları otağa girməyə çalışmış, o, mübahisənin böyüməməsi üçün Elnurla birlikdə Adili otaqdan çölə çıxarmışlar. Daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralaşmış və çölə çıxmışlar. Çöldə olan zaman aralarında sözlü mübahisə davam etmişmiş və kampda istirahət edən şəxslər həmin yerə gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs əmisi ilə birgə qaldıqları vaqonun yanına getmişlər. Həmin vaxt Rusifin əmisi Şahid2 DİN-nin 102 xidmətinə baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Sonra Ərşad və Elnurun orada olmadıqlarını görüb, hər ikisinə telefonla zəng etsə də, zəngə cavab verməmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, Rusif onlarla birlikdə Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişdir. Dava zamanı Şahid1 Təqsirləndirilən şəxs əllərindən tutmamış, sadəcə olaraq, Rusif və Ərşadı aralaşdırmış, onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt onların səs-küyünə o, yuxudan oyanmış, Şahid1lə birlikdə, mübahisə edən Ərşadı və Rusifi aralaşdırmış, bu vaxt çöldə olan Rusifin əmisi Adil otağa girmək istəmiş, həmin mübahisənin böyüməməsi üçün Adilin otağa girməsinə mane olmuş,daha sonra Ərşad və Rusif aralaşmışlar. Həmin hadisə təxminən 10-15 dəqiqə müddətində davam etmiş, ətrafdan təxminən 10-15 nəfər şəxs toplaşmışdır. O, Ərşadla Rusifin otağa daxil olmaqlarını görməmiş, səs-küyə ayılmışdır. X2pışdığını görmüş, həmin vaxt yuxulu olmuş, bunları aralayıb çölə çıxaranda Rusifin burnunun qanadığını görmüşdür. Otağa daxil olmzadan qabaq Ərşadla Rusifin aralarında nə olması barədə məlumatı yoxdur. Vaqonların bir-biri ilə araları 2-3 metrdir. Həmin günü Ərşadın işi olmadığı üçün Zəngilana ata yurdunu görməyə getmişdir. Vaqonda Ərşad və Yusifdən başqa Elnur da olmuş və onları aralamağa çalışmışdır. Onları çölə çıxaranda davadalaş olmamamış, sadəcə Ərşad Rusifin əmisi ilə sözləşmişdir. O, onları ayırmağa çalışanda Rusifin əmisidə vaqona gəlmişdir. Çöldə işçilər hamısı səsə-küyə çıxmışlar. O, Ərşadda heç bir xəsarət hiss etməmiş, Ərşadla Rusif otağa girib qapışandan 1-2 dəqiqə sonra yuxudan ayılmışdır. Rusif çölə çıxandan sonra özünü pis hiss etmiş, biraz aralıda əmisi ilə gedib oturmuş, Ərşada isə fikir verməmişdir. Rusifin əmisi 102-ə məlumat vermiş, post patrul gəlmiş, o, onlarla birlikdə xəstəxanaya getmişdir. Hadisənin səbəbini və səbəbkarı isə bilmir. Sonradan eşitmişdir ki, yolda bir-birilərinə rast gəlib aralarında söz-söhbət olmuşdur. İlk kimin kimi təhqir etməsini bilmir. Elnurun Rusifi vurmasını görməmişdir. İstintaqda verdiyi ifadəmi təsdiq edir. O, həmin vaxt briqadir işləmiş, Ərşad onun işçisi, Rusif isə başqa kampın işçisi olmuşdur. Ərşad onun qaldığı vaqonda, Rusif isə başqa vaqonda qalırdılar. O, yatmış, ayılanda Ərşadla Rusiflə qapışdığını görmüşdür. Hadisədən sonra vaqonun ətrafına başqa işçilərdə yığışmışlar. Zərərçəkmişin uzgözü qan içində olduğu üçün fikri onda olmuşdur. O, hadisədən qabaq Ərşadla Rusfin arasında heç bir ədavət olmamışdır. Vaqonun ətrafına işçilər yığışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisədən sonra tanımış, zərərçəkən şəxs isə qardaşı oğludur. Təxminən 4 aya yaxın müddətdir ki, “AS TT” şirkətində dəmirçi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində işlədikləri üçün Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində “AS TT” şirkətinə məxsus yataqxanada qalırlar. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, birlikdə işləyirlər, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur, onlar da onun qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə işdən yorğun gəlib yataqxanada ona təhkim edilmiş yerdə yorğun olduğu üçün yatmış, həmin vaxt yaxın qohumu Təqsirləndirilən şəxs onun yatdığı vaqona gəlmiş, şirkətdə işləyən Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs burnundan qan axırmış, o, yuxudan oyanıb özünə gəlməyə çalışarkən Rusif vaqondan çıxmış, Ərşad və Elnurun istirahət etdiyi vaqona doğru getmişdir. O, da dərhal Rusifin arxasıyca həmin vaqona doğru getmişdir. O, həmin vaqona çatdıqda, içəridə Rusifin Ərşad və Elnurla mübahisə etməsini, Ərşadla əlbəyaxa olmasını görmüşdür. Daha sonra Ərşadla Rusif aralaşmışlar. Həmin vaxt Rusifin burnundan qan axırdı. O, Ərşaddan nə üçün Rusifi vurduğunu soruşduqda, Ərşad ona yaxşı edib Rusifi vurduğunu demişdir. O, da Ərşada qanun qarşısında cavab verəcəyini bildirirək DİN-nin 102 xidmətinə bu barədə müraciət etmişdir. Bu vaxt Elnur da ona Ərşadın yaxşı edib Rusifi vurduğunu, onu da bu günə salacağını bildirmişdir. Onun DİN-nin 102 xidmətinə müraciət etdiyini görən Ərşad və Elnur oradan uzaqlaşmışlar. Daha sonra hadisə baş verən yerə polis əməkdaşları gəlmişlər və Rusif polis əməkdaşları ilə birlikdə Ağalı kəndində yerləşən tibb məntəqəsinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və ya digərlərinin üstündə hər hansı kəsici-deşici alət, silah və ya silah qismində istifadə edilə bilən heç bir digər əşya-predmet görməmişdir. Həmin vaxt onların səs-küyünə şirkətin kampında işləyən işçilər yuxudan oyanıb çölə çıxmışlar, mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Orada Rusif, Ərşad, Elnur, briqadir Arzum, briqadir İsmayıl və o, orada olmuş, şirkətdə onunla eyni vaqonda istirahət edən iş yoldaşları Tural, Qulu, Əli və digər işçilər isə çöldə olmuşlar. Rusiflə Ərşadın ilk davaları necə olub onu görməmişdir. Rusflə Ərşad vaqonun içində olmuşlar. Hadisə gecə saat 12-də Rusif çölə çıxanda olmuşdur. Mübahisənin nədən baş verməsini isə bilmir. Sonradan Rusif ona demişdir ki, o, ayaqyoluna gedəndə Ərşad onun qarşısını kəsib söyüş söymüş, buda onlara o, övladları yaşındadır, onu niyə söyürsüz bildirmişdir. Elnur bunu tutmuş, Ərşad da vurub burnunu sındırmışdır. Döyülmə faktı vaqonun çölündə olmuşdur. Rusif vaqona burnu sınıq halda sürünə-sürünə gəlmişdir. Onu bu hala kim salmasını soruşmuş, o, Ərşad demişdir. O, Rusfi elə vəziyyətdə görəndən sonra Ərşadgilin vaqonuna yaxınlaşmışdır. O, Ərşaddan soruşmuşdur ki, Rusifi niyə bu hala salmısız cavab olaraq əcəb etməsini demişdir. O, vaqona daxil olanda Arzum oyaq olmuşdur. X9 aralaşdırandan sonra DİN 102-nə yığıb məlumat vermişdir. X7 xəsarət yetirməsini görməmişdir. Rusifin xəsarətləri vaqonun çölündə olmuşdur. Ərşadın Rusifə xəsarət yetirməsini heç kim görməmişdir. Rusif ondan öncə vaqona daxil olmuşdur. Elnurun Rusifin döyməsini görməmişdir. Rusifdən onu kim necə döyməsini soruşduqda o da, cavab olaraq bildirmişdir ki, onu Elnur tutmuş, Ərşadda əlinə üzük taxmış, onunla üz nahiyəsinə və başına vurmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə gecə saat 12-də vaqonun çölündə baş vermiş, o, vaqonun içində olan dava-dalaşı görmüş, Elnur Rusifi tutmuş, Ərşad da onu vurmuşdur. Həmin gün Ərşadla Elnur içkili olmuşlar. O, Ərşadı hadisəyə kimi tanımamış, onunlada heç bir ədavəti, düşmənçiliyi yoxdur. Rusifin Ərşadın vaqonuna getməsinə səbəb günahsız olduğu halda nəyə görə onu bu hala saldığını bilmək istəməsi olmuşdur. Rusifin yanında getməsinə səbəb bir əmi kimi hansı səbəbə görə onu bu vəziyyətə salmalarını bilmək olmuşdur. Ərşad hadisəni törədəndə sonra qaçıb getmişdir. O, Ərşadın vaqonuna girəndən sonra onlarla bir yerdə mübahisə etməmiş, o, vaqonda onları ayırmışdır. Onun izahatında da var ki, Elnur Rusifi tutmuş, Ərşadda onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zənglan rayonu, Ağalı kəndində fəaliyyət göstərən «AS TT» şirkətində briqadir vəzifəsində işləyir və Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, belə ki, onunla eyni şirkətdə işləyirlər və eyni yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində işdən yorğun gəlib yataqxanada yatmış, həmin vaxt çöldə səs-küy olduğunu eşitmiş və çölə çıxmışdır. Həmin vaxt çöldə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etməsini və Rusifin burnundan qan axmasını görmüşdür. O və orda olan şəxslər Rusiflə Ərşadı ayırmış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Orda Adil adlı şəxs DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Ərşad hadisə yerindən uzaqlaşmış, daha sonra həmin yerə polis əməkdaşları gəlib Rusifi polis məntəqəsinə dəvət etmişlər. Aralarında əvvəllər mübahisə olub-olamamaları barədə heç bir məlumatı yoxdur. O, yatmış, səsə yuxudan durmuş və həmin vaxt Rusiflə Ərşadın aralarında mübahisə olmasının şahidi olmuşdur. Həmin vaxt səs-küy olmuş, o, özü də səsə yuxudan durub çölə çıxmış, ətrafdan insanlar toplaşmışdır. Orda olan şəxslərdən Şahid7, Şahid6, Şahid1, Şahid3, Şahid4 və başqa tanımadığı şəxslər olmuşdur. Həmin vaxt heç kimin əlində kəsici-deşici alət və ya silah olmamışdır. O, səs-küyə çıxanda mübahisə 3-4 dəqiqə çəkmiş, sonradan Adil 102-yə zəng etmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Rusif Ərşada bildirmişdir ki, o, Ərşadın oğlu yerindədir ona əl qaldırmağa utanmır demişdir. Rusifin üzü qan içində olmuş, burnum sındığı üçün qışqırırdı. O, Rusiflə Ərşadın bir-birilərini vurmasını görməmişdir. O, səsküyə çıxanda çoxlu adam olmuş, Rusifin əmisi Adil qışqıraraq 102-yə yığacağını, qoy onlar gəlib tədbir görsünlər deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2024-cü ilin iyun ayından etibarƏn ZƏngilan rayonu ərazisindƏ fƏaliyyət göstərən "AS TT” şirkətində fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, belə ki, onunla eyni şirkətdə işləmiş və eyni yataqxanada qalmışlar. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Zəngilan rayonu ərazisində işlədikləri üçün şirkətə məxsus yataqxanada qalırdılar. xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində işdən yorğun gəlib yataqxanada yatmış, həmin vaxt çöldə səs-küy olmuş və o, yuxudan oyanıb çölə çıxmışdır. Həmin vaxt çöldə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə etdəsini görmüş, orda olan şəxslər Rusiflə Ərşadı ayırırmışlar. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Yataqxanada istirahət etdiyi vaxt səs-küy olmuş, o, səsə yuxudan durub çölə çıxmış, yataxanada yatmış şəxslər də yuxudan durub həmin yerə getmişlər. Onun istirahat etdiyi, yatdığı otaq təxminən 20 metr aralı məsafədə yerləşir, mübahisəni 20 metr aralıdan eşidib həmin yerə gəlmişdir. O, səs-küyə çıxanda Ərşadı görmüş, dava artıq bitmişdir. Rusifin əmisi Adil polisi yığmış, bu işin qanunu yolnan həll olunmasını istəməsini demişdir. Polisə məlumat veriləndən sonra nə olmasını bilmir, çünki yatmışdır. O, səs-küyə çıxnda Rusifi görməmiş, Rusif o, səs-küyə çıxandan qabaq çıxıb getmişdir. O, Adilin səsini eşidib çölə çıxmışdır. İstintaqda verdyi ifadəsini təsdiq edir. Rusiflə Ərşad əlbəyaxa deyil, sözlə mübahisə etmişlər. Vuran Ərşad, vurulan isə Rusif olmuşdur. O, səs-küyə çölə çıxanda Adil əminin söyüş söyməsini görmüş, X8 və Tural ayırmışlar. Ərşadın söyüş söyməsini görmüşdür. O, heç kimin üzərində qan görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhmən oğlu ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən Zəngilan rayonu ərazisində fəaliyyət göstərən “AS TT” şirkətində qəlibçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, belə ki, işlədiyi şirkətdə onunla birlikdə işləyirlər, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2024cü il tarixdə axşam saat 23:30 radələrində "AS TT" şirkətinə məxsus kampın həyətində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözlü mübahisə etməsini və bir birlərini itələməsini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs qaldıqları otağa yatmaq üçün gəlmiş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs əmisi ilə birlikdə istirahət etdikləri otağa gəlməsini görmüşdür. Həmin vaxt o, qapının çöl tərəfində dayanmışdır. Rusifin əmisi Adil Hacıyev söyüş söyə-söyə otağa girmək istəyəndə o, mübahisənin daha da böyüməməsi üçün Adil Hacıyevi çöldə sakitləşdirməyə çalışmışdır. Otaqda Rusif qolları ilə Ərşadın boynundan tutaraq Ərşadı boğucu fəndə salmış, Ərşad isə Rusifə dirsək nahiyəsi ilə zərbə vurmuşdur. Daha sonra otaqda yatmış vəziyətdə olan briqadir Arzumda qalxıb onları ayırmağa çalışmışdır. Rusiflə Ərşadı ayırdıqdan sonra Rusifin burnundan qan axdığını görmüşmüş, daha sonra Rusifin əmisi Adil bu barədə DİNnin102 xidmətinə zəng edib məlumat vermişdir. O, söhbətin daha da böyüməməsi üçün həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında mübahisə olan zaman o, Rusifə əlini belə vurmamışdır. Təqsirləndirilən şəxs onların istirahət etdikləri otağa gəldikdən sonra səs-küy olmuş, orda olan şəxslərin istirahəti pozulmuş, yatmış şəxslər yuxudan durmuş, həmin səs-küy olan yerə doğru gəlmiş və ətrafda çox sayda adamlar olmuşdur. O, zərərçəkmiş şəxsi vurmamış, Rusifin qollarını tutmamışdır. Ərşadla Rusifin arasında olan mübahisənin səbəbini isə bilmir. Mübahisədən öncə Ərşadla Rusifin arasında hər-hansı bir davaya səbəb olacacaq hər hansısa bir sözü bilmir. Hadisə olan vaxtı xatırlamır. Ərşadı tanıyır, onunla bir yerdə işləmiş və bir otaqda qalmışlar. O, otağın içində olan hadisəni görmüş, ondan öncə nə baş verməsini isə bilmir. Rusifin kampda onların qaldıqları otağa nəyə görə daxil olmasını bilmir. Həmin günü o, pivə içəsə də, Əşadın içki içməsini bilmir. O, otaqda Rusifin əmisini aralayıb otaqdan çölə çıxarmış, həmin vaxt kiminsə kimi vurmasını isə görməmişdir. Mübahisənin təxmini nə qədər çəkməsini dəqiq bilmir. Rusif Ərşada onu niyə vurdun deməmişdir. Rusif otağa girəndə üzünə fikir verməmişdir. Rusifin əmisi Adil 102 xidmətinə yığıb məlumat vermişdir. Onun Ərşadla getməsinə səbəb başqa bir problemin baş verməməsi olmuşdur. Rusifin ona qarşı hər hansı bir aqressiya və sözü olmamış, Rusifin əllərini tutması və Ərşadın Rusifi vurması kimi bir hal olmamışdır. Rusif onların otağa daxil olanda otaqda Arzum olmuş, o, da yatmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir.O, Rusifin əlini tutmamış, nə o, kimisə vurmuş, nədə kimsə onu vurmuşdur. Onun Ərşadla getməsinə səbəb başqa bir problemin baş verməməsi üçün olmuşdur. O, mübahisəni yalnız otağın içində baş verməsini görmüşdür.O, Ərşadla Rusifin mübahisəsini görməmiş, sadəcə otaqda olanları görmüş, xeyli müddət keçdiyi üçün hadisənin gedişatı yadından çıxmışdır. Cinayət işi üzrə şahidlər Şahid6 və Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə işə şahidlər Şahid6 və Şahid3 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaqda verdiyi ifadələrini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, təxminən 5 ay olar ki, Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yerləşən “AS TT” şirkətində qəlipçi vəzifəsində işləyir. Zəngilan rayonunda işlədiyi üçün həmin şirkətə məxsus yataqxanada qalır. İş yerində onu Qulu ləqəbi ilə tanıyırlar. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Onlarda onun işlədiyi şirkətdə işləyirlər və qaldığı yataqxanada qalırlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində ona təhkim edilmiş yerdə yatmış, otağın yanından səs gəldiyini eşitmiş və otaqdan çölə çıxmışdır. Çölə çıxan zaman otaqdan kənarda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sözlü mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Rusifin burnundan qan axırdı. Rusifin əmisi Adildə orda idi və Adil bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş və Rusifi Ağalı kəndində yerləşən tibb məntəqəsinə aparmışlar, o, səsə otaqdan çıxmış, alarında baş verən davanı görməmişdir. O, çölə çıxan zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yalnız sözlü mübahisə edirmişlər. Həmin mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt orda Rusif, Rusifin əmisi Adil, Ərşad, Elnur, Arzuman, Tural, Əli, İsmayıl olmuşlar. X14 Həsənovun Təqsirləndirilən şəxs harda vurması barədə məlumatı yoxdur. O, otaqdan səsə çıxan zaman onların mübahisə etdiyini görmüşdür. Həmin vaxt heç kimin əlində silah və ya silah qismində istifadə olunan kəsici-deşici alət olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zəngilan rayonu, Ağalı kəndində fəaliyyət göstərən «AS TT» şirkətində dəmirçi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində işlədiyi üçün şirkətə məxsus yataqxanada qalır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, belə ki, onunla eyni şirkətdə işləyirlər və eyni itaqxanada qalırlar. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində işdən yorğun gəlib yataqxanada yatmış, otağın qapısı döyülmüş və içəri otaq yoldaşı Adilin qardaşı oğlu Rusifin gəldiyini görmüşdür. Həmin vaxt Rusifin burnundan qan axmış və Adilə döyüldüyünü bildirmişdir. Adil yerindən durub Rusiflə birlikdə çölə çıxmış, daha sonrada o, yerindən durub əynini geyinib həmin yerə doğru getmişdir. O, ora gedən zaman Rusiflə Ərşadın arasında sözlü mübahisə gedirmiş. Daha sonra Adil bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Həmin vaxt heç kimin əlində kəsici-deşici alət və ya silah olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X3» X10 rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 335/24 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün fraqmentləri yerini dəyişmiş qapalı sınıq, sol gözaltı-burun kökü nahiyəsinin hematoması, ənsə nahiyəsinin isə yumuşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X3» X10 rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 337/24 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsində sıyrıq, sol gözaltıalmacıq nahiyəsində isə hematoma olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində hər hansı formada şikayət daxil olmamış və o, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 19/51-534 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər-hansı bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində aralarında baş vermiş davanı bəhanə gətirərək, həmin tarixdə saat 23:35 radələrində Zəngilan rayonu, Alıbəyli kəndi ərazisində yerləşən “AS TT” şirkətinə məxsus düşərgədə sonuncunun istirahət etdiyi otağa gələrək, həmin vaxt ətrafda istirahət edən şəxslərə məhəl qoymayıb, gücünü nümayiş etdirmək, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ucadan qışqırıb səsküy salaraq qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozmuş, həmçinin əl zərbələri ilə Zərərçəkmiş şəxs vurmaqla Zərərçəkmiş şəxs burun nahiyyəsində sıyrıq, sol gözaltı-almacıq nahiyyəsində hematoma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər sayılır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart №1 saylı Qərarına əsasən,ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyitlik,etinasızlıq göstərməsi,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları ,əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insan və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinə tək qazanc gətirənin o olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Universal” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi “Universal” vəkil bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası onun yaşadığı yer üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” vəkil bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-5/2025
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-5/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver