Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-6/2025 17.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı-X4 İdarənin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, fərdi sahibkar kimi tikinti işlərini həyata keçirən, Ağdam şəhəri, Füzuli küçəsi, döngə 3, ev 11-də qeydiyyatda olan, Abşeron rayonu, Qara Qarayev 110 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, fərdi sahibkar olaraq (VÖEN: **********) "xxxx" şirkəti (sifarişçi xx.xx.2024-cü il tarixdə bağlanmış “SP_ZGLN/008/FŞ/6F-İA/07-24 nömrəli xidmət müqaviləsi əsasında Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində icraçı qismində məktəbin tikintisini həyata keçirərkən, həmin məktəbin inşası aparılan tikinti sahəsində hündürlüyü 1.98 metr olan işçilərin üstündə dayanaraq işlərini icra etmələri üçün nəzərdə tutulmuş ayaqaltının meydançasının kənarlarını qoruyucu çəpərlə təmin etməyərək, “Tikinti norma və qaydaları” nın İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalan”nın 2.26 bəndinin və "işlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST”-ün 4. 23-c bəndlərinin tələblərini pozmuş və nəticədə ehtiyatsızlıqdan xx.xx.2024-cü il tarixdə saat 12:30 radəiərində xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında onun rəhbərliyində fəhlə işləyən Zərərçəkmiş şəxs həmin ayaqaltının üstündə dayanaraq divardakı taxta diktini qopardarkən, yerə yıxılaraq sağ baldır sümüklərinin (qamış və incik) aşağı 1/3 açıq qəlpəli, yerdəyişmiş sınıqları, sağ distal qamış-incik sindesmozunun cırılması və aşıq-baldr oynağının çıxığı ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, İmanov X5 Respulikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 162.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, "6-cı mərtəbə” şirkəti (sifarişçi) ilə xx.xx.2024-cü il tarixdə bağlanmış "SP ZGLN/008/FŞ/6F-İA/07-24 nömrəli xidmət müqaviləsi əsasında Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində icraçı qismində məktəb tikintisinin həyata keçirilməsi ilə bağlı işçiləri işə cəlb edib onların fəaliyyətinə nəzarət etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsi əsasında fəhlə kimi Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində işləmişdir. xx.xx.2025-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs taxta diktini divara mismarla vurduqdan sonra həmin gün saat 12:20 radələrində Şahid2 Zəngilan rayonu, Cahangirbəyli kəndinə gələrək inşası aparılan məktəbin kolonun yanında olan divara vurulmuş diktin ayri vurulduğunu ona və Şahid1 izah edəndə Zərərçəkmiş şəxs onların yanında olmuş, Şahid2 taxta diktini söküb yenidən divara düzgün formada vurmasını ona deyərək ərazini tərk etmişdir. X1 rayonu, Cahangirbəyli kəndi ərazisində işlədiyi dövrdə sonuncunun gördüyü işlərə nəzarət onun tərəfindən həyata keçirilməklə, işlə bağlı göstərişlər onun tərəfindən verildiyinə baxmayaraq, Zərərçəkmiş şəxs həmin dikti divardan qopartmaq tapşırığı onun tərəfindən verilməmişdir. Lakin, Şahid2 ərazini tərk edəndən dərhal sonra Zərərçəkmiş şəxs ona həmin taxta diktini söküb sonra yeməkxanaya gedəcəyini bildirmiş və o, onun təcrübəli işçi olduğunu düşünüb ona nəzarət etmədən yeməkxanaya getmişdir. xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində 2 metr hündürlükdə işləyəndə X2 belinə bağlamaqla, həmin kəməri çəpərlə təmin olunmuş, lakin kənarlarında baş hissələri qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə ayri vurulmuş taxta diktini dəmir lom ilə qopartdığı zaman iskələnin ayaqaltısından sağ ayağı üstünə yerə yıxılmış və nəticədə sonuncunun sağ ayağı sınmışdır. Zərərçəkmiş şəxs yıxılanda o, nahar fasiləsi zamanı yeməkxanada olmuşdur. Zərərçəkmiş şəxs yıxılandan dərhal sonra o, hadisə yerinə getmiş, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə iskələnin yanında görmüşdür. xx.xx.2025-ci il tarixdə Şahid2 özünə məxsus "X21” markalı nəqliyyat vasitəsilə onunla birlikdə Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi xəstəxanasına, daha sonra isə Elmi-Tədqiqat Travmatologiya ve Ortopediya İnstituna aparmışdır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə zamanı onun siğortalayıcı qayışdan istifadə etməsini görməsə də, Zərərçəkmiş şəxs yıxılandan sonra ona yaxınlaşıb siğortalayıcı qayışın sonuncunun belində olduğunu müşahidə etmişdir. Xəsarət almış Zərərçəkmiş şəxs "Land Cruiser" markalı **-EZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xəstəxanaya aparılanda Şahid2 sonuncudan hansı şəraitdə yıxıldığını soruşduqda, Zərərçəkmiş şəxs siğortalayıcı qayışın belində olmasına baxmayaraq siğortalayıcı qayışı iskələnin ayaqaltısına bağlamadığını demişdir. Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsinə dair qaydaları ilə tanış olmasına dair "iş X16 Qeydiyyat Vərəqi"-nə hər gün imza çekmişdir. "6-cı Mərtəbə” müstəqil şirkətinin 02.1 1.2024-cü il tarixli "SP ZGLN/008/FŞ/6F-İA/07-24 nömrəli, 29 oktyabr 2024-cü il tarixli Podrat müqaviləsinə 2 saylı əlavə “ və "İş yerlərində əməyin mühafizəsi üzrə və təhlükəsizlik qaydaları barədə ümumi təlimat. Onun ilə işləyən işçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə ilkin təlimat"a görə Zərərçəkmiş şəxs gördüyü iş ilə əlaqədar texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ounn üzərində olmuşdur. xx.xx.2025-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə zamanı sonuncu dikti divardan qopartmaqla məşğul olduğu zaman iskələnin ayaqaltısının üzərində dayanmışdır. Həmin ayaqaltı 1.98 metr hündürlükdə olmuş və "Lesa” adlanan ayaqaltıda qoruyucu çəpər olmuş, lakin həmin ayaqaltının baş hissəsində (kənarlarında) qoruyucu çəpər olmadığını, çünki bu Lesa"lar kustar üsulu ilə hazırlandığı "Lesa” adlı ayaqaltılar deyil, zavod tərəfindən standartlara uyğun metal tərkibli hazırlanmış "Lesa” adlı ayaqaltılardır. Həmin "Lesa” adlı ayaqaltının baş hissəsində qoruyucu çəpərin olmamasının səbəbi isə bir-birilərinə qoşularaq uzadılıb istifadə olunmasıdır. Ayaqaltının kənarlarının baş hissələrində qoruyucu çəpərin olması nəzərdə tutulmayan "Lesa" adlı ayaqaltılarının hazırlama standartlarının hansı normativ aktlarda olması barədə məlumat verə bilmir. O, iş icrasıçısıdır, işçilərin gördükləri işlərə nəzarət edir. Əmək haqqı onlarda standart deyil, gördükləri işdən, kvadratdan aslıdır. Onlar orda beton işi görürdülər. Məktəb başalayandan onlar orda işləyirlər. Onlar orda 6-cı mərtəbə ilə müqavilə bağlayıb işləmişlər. Müqavilənin məzmunu onların orda tikintidə iştirak edib işləməkləridir. Onlar orda fiziki şəxs kimi fəaliyyət göstərmişlər. O, orda 3 nəfər ilə işləmişdir. Fəhlələrə əmək haqqı işlədiyi kvadratdan aslıdır. Onlar orda betonun sütunları tapşırılmış, ondan sonra hörgülər edilməlidir. Orda başqa şirkətlərdə işləyir, onların işləri apilovka qurmaqdır. Sifariş onlarda 2024-cü ilin iyul aylarında olmuş, müqavilələri illik müddətli bağlanır. Orda fəhlə olan Adil, Röyal və Qabil olmuşlar. Onlar müqavilə bağlayanda iş bölgüsü olur, avadanlıqlar özlərindədir. Material onlarlıq, avadanlıqlar isə onların olur. Fiziki şəxs kimi VÖEN-ni aktivdir.-Xəsarət alanın 59 yaşı var. Hadisə nahar fasiləsi vaxtı baş vermişdir. Fəhlələr iş zamanı kəmər, kaska, qayış və batinka ilə təmin olunurlar. Bütün təhlükəsizliyə aid nə geyim varsa o, təmin edir. Buna aid təlim kitabları var ona hər gün fəhlələr tərəfindən qol çəkilir. Sonuncu qeyd hadisə olan vaxt olmuşdur. Təlimat şirkət tərəfindən onların işçilərinə başa salınır. Zərərçəkən şəxs lesadan yıxılmışdır. Lesanı şirkət gətirmiş,onların işçilər isə qurmuşlar. Lesanın ümumi hündürlüyü 40- 50 kv metrə uyğundur və hündürlüyü 5-6 mərtəbəyə çatır. Orda taxta əyri olduğu üçün sökülməyə göstəriş vermişdir. Onlar nahar fasiləsi zamanı zərərçəkənin taxtanı sökmək istəməsini bilməmişlər. Zərərçəkən şəxs onunla ıə işçiləri ilə eyni gündə işə başlamışdır. Taxtanın yerdən hündürlüyü 1.70 olardı. Ayaqaltıda kəmərin bağlanması üçün ümumi xətt vardır. Ayaqaltı ilə bağlı kənarlarında çəpər olmamışdır. Onlarda iş saatı 11:30-da başlayır, 12:30-da nahar fasiləsi olur, axşam 18:00-da iş vaxtı bitir. Şirkət ona ödəniş etmiş, o, da işçilərinə maaş vermişdir. Zərərçəkən taxtanı tək sökmüşdür. Lesanın böyürləri açıq olmalıdır, amma arxa tərəfi bağlı olur. Onlardakı Lesa dəmirdən olmuşdur. Hadisə baş verən zaman onun kəməri, kaskası üzərində olmuşdur. Hadisə zamanı zərərçəkənin sağ ayağı zədələnmiş, açıq yara vardı. Zərərçəkənin ayağı sınmış, onu dərhal həkimə aparmış, nə köməklik lazımdırsa etmişdir. İndidə müalicəsinə köməklik edir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və ona həbs cəzasının verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şamil oğlu ifadəsində bildirmişdir ki, o, təxminən 2020-ci ildən etibarən "Azad AF” MMC-nin direktoru kimi tikinti sahəsində fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin tikintisi ilə məşğul olan qohumu Şahid1 ona zəng edərək həmin məktəbin kolonun (sütunun) tikintisini tamamlaya bilmədiyi üçün onun gəlməsini xahiş etmişdir. Həmin gün saat 12:20-də Şahid1 və Təqsirləndirilən şəxs həmin kolonun necə tikilməli olduğunu izah edərkən o, bu işi nahar fasiləsindən sonra görməyini demiş və özünə məxsus "Land Cruiser” markalı nəqliyyat vasitəsi ilə həmin ərazidən 500 metr məsafəsinə uzaqlaşdıqda Binnat Hümbbətli ona zəng edərək Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs yıxılandan sonra o, dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə iskələnin yanında görmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində 2 metr hündürlükdə işləyəndə Zərərçəkmiş şəxs kəməri belinə bağlamaqla, lakin həmin kəməri meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə ayri vurulmuş taxta diktini dəmir lom ilə qopartdığı zaman iskələnin ayaqaltısından sağ ayağı üstünə yerə yıxılmış və nəticədə sonuncunun sağ ayağı sınmışdır. xx.xx.2025-ci il tarixdə o, özünə məxsus "X21” markalı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi xəstəxanasına, daha sonra isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna aparmışdır. xx.xx.2025-cü il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisə zamanı sonuncunun siğortalayıcı qayışdan istifadə etməsini görməsə də, Zərərçəkmiş şəxs yıxılandan sonra o, sonuncuya yaxınlaşıb siğortalayıcı qayışın sonuncunun belində olduğunu müşahidə etmişdir. Xəsarət almış Zərərçəkmiş şəxs "Land Cruisefl markalı 90EZ-032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xəstəxanaya aparılanda o, sonuncudan hansı şəraitdə yıxıldığını soruşduqda, Zərərçəkmiş şəxs siğortalayıcı qayışın belində olmasına baxmayaraq, siğortalayıcı qayışı iskələnin ayaqaltısına bağlamadığını demişdir. Mürsəlov X10 rayonu, Cahangirbəyli kəndi ərazisində işlədiyi dövrdə sonuncunun gördüyü işlərə nəzarət Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməklə, işlə bağlı göstərişlər verilmişdir. Lakin o, xx.xx.2025-ci il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində inşası aparılan məktəbin sahəsini tərk edəndən dərhal sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəzarət etmədən yeməkxanaya getmişdir. Təqsirləndirilən şəxs və X6 məktəbin 6-cı mərtəbə deyilən yerdə müqavilə İlə işləmişlər. Hal-hazırda o, həmin məktəbin tikintisində iştirak edir. Həmin vaxtı məktəbdə o, tikinti işi ilə məğul olmamış, qonşu şirkətdə işləmişdir. Oranın tikintisini 6-cı mərtəbə deyilən şirkət və fərdi sahibkarlar həyata keçirirmişlər. 6-cı şirkət deyilən "Azad AF” MMC-yə aidiyyatı yoxdur, ora ana şirkətdir. O, supodratçıdır. Təqsirləndirilən şəxs və Binnat Hümbbətlinin orda görəcəyi iş qəlp hazırlamaq olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işçisi olmuşudr. Onlar VÖEN əsasında fəaliyyət göstərmişlər. Hadisənin necə baş verdiyini görməmiş, sadəcə ordan keçəndə birinci dəmiri çəkib bağlamalarını, sonra isə qəlbi yığmalarını bildirmişdir. Zərərçəkən ona bildirmişdir ki, taxtanı qoparan zaman öz səhlənkarlığıından ayağı sürüşüb yıxılmışdır. Lesanın özünün qoruyucu kəmərləri var və hündürlüyü 1.60 ya da 2 metr olar. O, yaxınlaşanda Qabil artıq yerdə olmuşdur. Zərərçəkmiş şəxs xəstəxanaya aparanda hadisənin təlaşından üzərinə nə olmaına baxmamışdır. Remenlə batinka maşında olmuşdur. Təqsirləndirilən şəxs dəqiq neçə işçisi olduğunu bilmir, amma təhlükəsizliyi əsas şirkət özü qarşılayır, 6-cı mərtəbədə isə kimin qarşıladığını bilmir. 6-cı mərtəbə ilə Təqsirləndirilən şəxs arasında necə müqavilə olduğunu da bilmir. İstintaqda verdiyim ifadəsini təsdiq edir. Lesadan qapaq olur, açılır onunla düşülür, amma işçilər səhlənkarlıq edib tullanıb düşürlər. Orada şirkətlər çoxdur. Lessanın qurulmasına cavabdehlik müəssisə daşıyır. Tikinti ərazisinə ümümiyyətlə kaskasız, kəmərsiz, əlcəksiz kimsə buraxılmır. Formasız orada şləmək ümkün deyil, orda hər gün yoxlama olur, kameralarda quraşdırılmış, nəzarət çox güclüdür. Zərərçəkmişin yıxıldığı yer 1.60 metr hündürlüyündədir. Hadisə zərərçəkmişin özünün səhlənkarlığından baş vermişdir. O, zərərçəkmişin necə yıxıldığını görməmişdir. İşçinin əlinin çatma məsafəsi var, oda 20-25 sm olur. Onlar Anar ilə yeznə qayındırlar. Orda hər hansı bir tikinti qaydalarının pozulması halı olmamışdır. Məktəbi 6-cı mərtəbə deyilən şirkət, evləri isə başqa şirkət tikir.Onun ali təhsili yoxdur. Onun şirkətin işinə nə hüququ, nə səlahiyyəti, nədə savadımçatmır, onun öz mütəxəssisləri var. Onun məktəbin betonun qazılmasında, təməlinin qoyulmasında hər hansı bir iştirakı olmamışdır. Onun tikinti ilə bağlı təhsili yoxdur. O, hadisənin necə baş verdiyi anı görməmişdir. Ona hadisə barəsində Binnat Hümbbətli məlumat vermişdir. Binnat Hümbbətli ilə qohumluq əlaqələri var. O, hadisə yerinə gələndə zərərçəkmiş uzanıqlı vəziyyətdə yerdə olmuşdur. İfadəsində qeyd olunmuşudr ki, lessanın üstündə taxtanı çıxarmış, axı lessada taxta yoxdur. 2008-ci ildən tikintidə ustalıqla işə başlamışdır. İstintaqdakı ifadəsini özü imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin təxminən sentyabr ayından hazırkı günədək "6-cı mərtəbə” şirkəti (sifarişçi) ilə bağlanmış subpodrat müqaviləsi əsasında Zangilan rayonu, Cahangirbəyli kəndində icraçı qismində məktəb tikintisinin həyata keçirilməsi ilə bağlı işçiləri işə cəlb edib onların fəaliyyətinə nəzarət edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi əsasında fəhlə kimi Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində işləmişdir. xx.xx.2025-ci il tarixda səhər saatlarında Zərərçəkmiş şəxs taxta diktini divara mismarla vurduqdan sonra həmin gün 12:20 radələrində X14 rayonu, Cahangirbəyli kəndinə gələrək inşası aparılan məktəbin kolonun yanında olan divara vurulmuş diktin ayrı vurulduğunu ona və Təqsirləndirilən şəxs izah edəndə Zərərçəkmiş şəxs onların yanında olmuşdur. Şahid2 taxta diktini söküb yenidən divara düzgün formada vurmasını ona və Təqsirləndirilən şəxs deyərək ərazini tərk etmişdir. Mürsəlov X10 rayonu, Cahangirbəyli kəndi ərazisində işlədiyi dövrdə sonuncunun gördüyü işlərə nəzarət Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməklə, işlə bağlı göstərişlər verilmişdir. Lakin, Pirali Azadov ərazini tərk edəndən dərhal sonra X3 İmanova həmin taxta diktini söküb sonra yeməkxanaya gedəcəyini bildirmiş ve sonuncu Qalib Mürsalova nəzarət etmədən onunla birlikde yeməkxanaya getmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Zengilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsinde 2 metr hündürlükde işləyəndə Zərərçəkmiş şəxs kəməri belinə bağlamaqla, lakin həmin kəməri meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə ayrı vurulmuş taxta diktini dəmir lom ilə qopartdığı zaman iskələnin ayaqaltısından sağ ayağı üstünə yerə yıxılmış və nəticədə sonuncunun sağ ayağı sınmışdır. Zərərçəkmiş şəxs yıxılanda o, Təqsirləndirilən şəxsla birlikda nahar fasiləsində yəmekxanada olmuşdur. Qalib Mürseəlov yıxılandan dərhal sonra ona Şahid3 bu barədə məlumat vermiş ve o, dərhal hadiseəyerinə getmiş, hadisə yerinə çatanda X7 uzanıqlı veziyyətdə iskələnin yanında görmüşdür. 07.012025-ci il tarixdə Pirali Azadov özünə məxsus "X21” markalı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi xəstəxanasına, daha sonra isə Elmi-Tedqiqat Travmatologiya ve Ortopediya İnstituna aparmışdır. O, supodratçı işləyir. Gördüyü iş dəmir qəlb işləridir. Zərərçəkmiş Anarın işçisi olmuşdur. Anarda dəmir qəlb işi görürdü. Anarın nə qədər işçisi olduğunu bilmir. Onun halhazırda 3 işçisi var. Lesaları şirkət quraşdırır. Yeməkdən əvvəl zərərçəkmiş şəxsi görmüşdür. Təhlükəsizliklə bağlı bütün geyimlər zərərçəkmişin üzərində olmuşdur. Orda remensiz,dəbilqəsiz,əlcəksiz, heç kim işə çıxmır. Orda təhlküsəzilik bağlı geyimlər olmazsa SƏTƏM işəməyə icazə verməz. Onlar naharda olarkən zərərçəkmişin yıxılması ilə bağlı ona xəbər gəlmiş,o, da Anara məlumat vermişdir. Onun işçiləri orda olmuşlar. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Ayaq altında kəmər olmur, kəmər işçinin belində olur. Orda çox briqadalar işləyir. Uşaqlar zərərçəkənə gəl pilləkəndən düş demiş, o da, Lesadan yerə tullanmış, həmin vaxtda ayağı qırılmışdır. Zərərçəkmişin Lessadan tullandığı məsafə 1.70 metr olmuşdur. Zərərçəkmiş Lesanın pilləkənindən düşsəydi bu hadisə olmazdı. Anarı işlədiyi yerdən tanıyır. Zərərçəkmiş şəxs günorta saat təxmini 13:30 olardı ki, lesadan yıxılmışdır. Deyəsən qəlbi sökərkən lesadan yıxılmışdır. Zərərçəkmişlə işləyən uşaqlar gəlin nahara gedək demiş, bu da lesadan tullananda ayağı büdrədiyi üçün ayağı qırılmışdır. Hadisə baş verən zaman o, naharda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayının sonunadək Zəngilan rayonu, Ağalı kəndində qəlibçi işləmişdir. xx.xx.2025-ci il tarixdə nahar fasiləsi zamanı saat 12:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində o, qışqırıq səsi eşitmiş, səsin gəldiyi istiqamətə doğru getmişdir. xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində 2 metr hündürlükdə işləyəndə Zərərçəkmiş şəxs kəməri belinə bağlamaqla, lakin həmin kəməri meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə ayri vurulmuş taxta diktini dəmir lom ilə qopartdığl zaman iskələnin ayaqaltısından sağ ayağı üstünə yerə yıxılmış və nəticədə sonuncunun sağ ayağı sınmışdır. Hadisə baş verdikdən dərhal sonra hadisə yerinə o, Şahid2 və Şahid1 gəlmişlər. Zərərçəkmiş şəxs Xalil oğlunu o, uzanıqlı vəziyyətdə iskələnin yanında görmüşdür. xx.xx.2025-ci il tarixdə Şahid2 idarə etdiyi "X21” markalı nəqliyyat vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. O, Ağalı rayonunda Elməddin müəllimin yanında qəlbçi işləmişdir. O, əvvələr orda işləmişdir. Təqsirləndirilən şəxsi tanımır. O, orada dəmirçi işləyən xalası oğlu Farizdən pul almağa getmişdir. Zərərçəkmişi tanıyır, qışqırıq səsi gəlmiş, kəməri belinə bağlamaqla, lakin həmin kəməri meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə ayrı vurulmuş taxta diktini dəmir lom ilə qopartdığl zaman iskələnin ayaqaltısından sağ ayağı üstünə yerə yıxılmış və nəticədə sonuncunun sağ ayağı sınmışdır.Zərərçəkmiş ilə onun arasında olan məsafə 50- 60 metr olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisənin necə baş verdiyini görməmişdir. Qalib kişini yerdə yıxılmış vəziyyətdə görmüşdür. Hadisədən sonra o, qayıdıb getmiş, olanlardan isə məlumatsızdır. İstintaqda verdiyi ifadəsini hər hansısa təsir altında verməmiş, ifadəsini oxuyub imza etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını, müalicəsinin təqsirləndirilən şəxs tərəfindən qarşılanmasını, hadisənin öz səhlənkarlığı ucbatından baş verməsini, yaşı və xəstəliyi ilə əlaqədar olaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb hökm çıxarılmasını, hökm çıxarılarkən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, fərdi sahibkar Təqsirləndirilən şəxs ilə xx.xx.2024-cü ii tarixdə bağlanmış əmək müqaviləsi əsasında Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində rəhiə işləyir. Təqsirləndirilən şəxs işğaldan azad olunmuş rayonlarda tikinti işlərinin görülməsindən ötrü işçiləri işə cəlb etməklə məşğuldur. xx.xx.2025-cü il tarixdə səhər saatlarında o, taxta diktini divara mismarla vurduqdan sonra həmin gün 12:20 radələrində Şahid2 Zəngilan rayonu, Cahangirbəyli kəndinə gələrək inşası aparılan məktəbin kolonun yanında olan divara vurulmuş diktin əyri vurulduğunu Təqsirləndirilən şəxs və Şahid1 izah edəndə o, sonuncuların yanında olmuşdur. Şahid2 dikti söküb yenidən divara düzgün formada vurmasını onlara deyərək ərazini tərk etmişdir. O, Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində işlədiyi dövrdə onun gördüyü işlərə nəzarət Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməklə, işlə bağlı göstərişlər verilsə də, ona həmin dikti divardan qopartmaq tapşırığı Təqsirləndirilən şəxs tərəfindən verilməmişdir. Lakin, Şahid2 ərazini tərk edəndən dərhal sonra o, Təqsirləndirilən şəxs həmin taxta diktini söküb sonra yeməkxanaya gedəcəyini bildirmişdir. xx.xx.2025-cl il tarixdə, saat 12:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində o, 2 metr hündürlükdə işləyəndə kəməri belinə bağlamaqla, lakin həmin kəməri meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış iskələnin ayaqaltısına bağlamadan həmin ayaqaltının üstündə dayanaraq divara mismar ilə əyri vurulmuş taxta diktini dəmir lom ilə qopartdığı vaxt özünü tarazlaya bilmədiyindən, lomu əlindən buraxmış, ayağı iskələnin ayaqaltısından sürüşmüş, bu səbəbdən o, yerə yıxılmış, yıxılanda sağ ayağının üstünə düşmüş, ayağı burxulmuş və nəticədə sağ ayağı sınmışdır. O, yıxılıb xəsarət aldığı zaman Təqsirləndirilən şəxs nahar fasiləsi zamanı yeməkxanada olmuşdur. Həmin gün, yəni 07.01,2025-ci il tarixdə onun əvvəlki müdiri Şahid2 özünə məxsus “Toyota Prado” markalı nəqliyyat vasitəsilə onu Təqsirləndirilən şəxsla birlikdə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış və orada ona ilkin tibbi yardım göstərimişdir. Daha sonra Şahid2 onu Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışdır. Xəsarət alması ilə nəticələnmiş hadisə öz ehtiyatsızlığından baş verdiyindən, onun heç kəsdən şikayət və ya tələbi yoxdur. Cinayət işi üzrə Şahid4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməsini, istintaqda verdiyi ifadəsini təsdiq etməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir. Rayon prokurorluğunun 06-C-25 nömrəli araşdırma materialı üzrə ekspertizanın təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar əsasında onun tərəfindən ekspertiza tədqiqatı aparılmışdır. Tədqiqat zamanı iş zamanı baş vermiş hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisənin baş verməsi zamanı üzərində dayandığı ayaqaltının kənarlarının qoruyucu çəpərlə təmin olunması mümkün olduğundan, sonuncu tərəfindən qoruyucu kəmərin ayaqaltıya bağlanmaması əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydaların pozulması kimi hesab edilməmiş və bu səbəbdən xx.xx.2025-ci il tarixli, 10/992 nömrəli ekspertiza rəyinin nəticəvi hissəsində tədqiqat zamanı aşkar edilmiş pozuntular siyahısında göstərilməmişdir. Cinayət işinin materiallarında olan hüquqi şəxs sifarişçi «6-cı Mərtəbə” Müstəqil şirkəti ilə icraçı Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixli “SP_ZGLN/008/FŞ/6F-İA/07-24 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində qeyri yaşayış obyektlərinin tikintisi lahiyəsi üzrə obyektin (obyktlərinin) tikintisi işlərini (işçilik) yerinə yetirmək öhdəliyini üzərlərinə götürmüşlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs müddətsiz olaraq əmək müqaviləsi üzrə fəhlə kimi işə qəbul edilmiş və işçinin aylıq əmək haqqısı 345 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X8 hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 178 nömrəli məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ baldır sümüklərinin (qamış və incik) aşağı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınıqları, sağ distai qamış-incik sindesmozunun cırılması və aşıq baldır oynağının çıxığı xəsarətləri küt yaranma mexanizminə malikdirlər, onun tibbi yardım üçün Füzuli rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, istehsalat fəaliyyəti ilə məşğul olarkən texniki təhlükəsizlik qaydalarının pozulması (təhlükəsizlik kəmərinin olmaması, qopması, düzgün fiksasiya olunmaması və s.) zəminində təxminən 2 metr hündürlükdə iskələdən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsində törənə bilərdilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/992 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyindən görünür ki, Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində hündürlüyü 2 metr olan, meydançasının kənarları qoruyucu çəpərlə təmin olunmamış ayaqaltıdan istifadə olunması hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80*. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26 bəndinin və «İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.» 12.2.012-75 DÜST-ün 4, 23 bəndlərinin tələbləri pozulmuşdur. Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində məktəbin inşası aparılan tikinti sahəsində hündürlüyü 2 metr olan meydançanın kənarları qoruyucu çəpərlə təmin olunmamış ayaqaltıdan istifadə olunmasına yol verildiyinə görə «Tikinti norma və qaydaları İİİ-4-80».4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalan”nın 2.26 bəndinin və "işlərin təhlükəsiz görülməsinin təmin edən vasitələr. Ümumi tələbləri» 12.2.012-75 DÜST”-ün 4, 23 bəndlərinin tələbləri söküntü işinin aparılması zamanı təhlükəsiz iş şəraitinin yaradılmasını və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin etməli olan şəxs (lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəratini nəzərə aldıqda, Zərərçəkmiş şəxs tərəfindən qaydaların və təlimatların tələbrinin pozulması halı müəyyən edilmir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, 29/25 nömrəli hadisə yerinə baxış protokolundan görünür ki, baxışın aparıldığı yer Zəngilan rayonu, Cahangirbəyli kəndinin ərazisində inşası aparılan məktəbin tikintisi ilə əlaqədar həmin məktəbin bir hissəsində iskələ müşahidə edilmiş, iskələnin üzərində 07.01,2025-ci il tarixdə Zərərçəkmiş şəxs işləyərkən yıxılmış və nəticədə xəsarət almış,iştirakçı Şahid1 iskələnin ayaqaltısının üzərinə barmaqla göstərərək Zərərçəkmiş şəxs həmin tarixdə işlədiyi yeri və torpaq örtüklü yeri göstərərək sonuncunun yıxıldığı yeri göstərmişdir. Həmin ayaqaltının yerdən ümumi hündürlüyü 1.98 metr, Zərərçəkmiş şəxs sağ ayağı üstə yıxıldığı yerdən 1.70 metr hündürlükdə yerləşir. Ayaqaltının meydançasının kənarları qoruyucu çəpərlə tam təmin olunmamışdır. Cinayət işinin materiallarında olan "xxxx" Müstəqil Şirkətinin xx.xx.2024-cü il tarixli “SP_ZGLN/008/FŞ/6F-İA/07- 24 nömrəli, 29 oktyabr 2024-cü il tarixli Podrat müqaviləsinə 2 saylı əlavədən görünür ki, Təqsirləndirilən şəxs işi vaxtında, keyfiyyətlə və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirməsi, işlərin icrası zamanı Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qaydalarına dair tələblərinə ciddi riayət etməsi, həmçinin bununla əlaqədar olaraq işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması üçün zəruri fərdi mühafizə vasitələri ilə təmin etməsi, işçilərin mütəmadi olaraq təlimatlandırılması və təhlükəsizlik qaydaları ilə tanış etməsi, cavabdeh şəxslər təyin etməsi və tələb olunan digər qanuni tələblərin yerinə yetirilməsi, həmin qaydalara əmə! olunmaması, başqa sözlə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının pozulmasına, eləcə də bunun nəticəsində baş verən bütün növ hadisələrə görə bilavasitə məsuliyyət daşıması öhdəliklərin yerinə yetirməsi həmin xidmət müqaviləsinin əlavəsində öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan “İş yerlərində əməyin mühafizəsi üzrə və təhlükəsizlik qaydaları barədə ümumi təlimat»-dan görünür ki, fərdi sahibkar, Təqsirləndirilən şəxs ilə işləyən işçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə ilkin təlimata əsasən Təqsirləndirilən şəxs işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarına yerinə yetirilməsinə bilavasitə cavabdeh olması, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlıqların təhlükəsizliyinə riayət edilməsini, əməyin mühafizəsi və qaydaları və normalarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyi təmin etməsi kimi vəzifələr qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik və informasiya texnologiyaları idarəsi tərəfindən verilmiş məhkumluqla bağlı arayışdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs haqqında rəsmi olaraq ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X22 «Ağdam rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-21/3-703/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Ağdam rayon Mərkəzi Xəstəxanası» X22in Poliklinka şöbəsinin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxudur. Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məclləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulumş ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməldir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, fərdi sahibkar olaraq (VÖEN: **********) "xxxx" şirkəti (sifarişçi xx.xx.2024-cü il tarixdə bağlanmış “SP_ZGLN/008/FŞ/6F-İA/07-24 nömrəli xidmət müqaviləsi əsasında Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində icraçı qismində məktəbin tikintisini həyata keçirərkən, həmin məktəbin inşası aparılan tikinti sahəsində hündürlüyü 1.98 metr olan işçilərin üstündə dayanaraq işlərini icra etmələri üçün nəzərdə tutulmuş ayaqaltının meydançasının kənarlarını qoruyucu çəpərlə təmin etməyərək, “Tikinti norma və qaydaları” nın İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalan”nın 2.26 bəndinin və "işlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri.” 12.2.012-75 DÜST”-ün 4. 23-c bəndlərinin tələblərini pozmuş və nəticədə ehtiyatsızlıqdan xx.xx.2024-cü il tarixdə saat 12:30 radəiərində xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında onun rəhbərliyində fəhlə işləyən Zərərçəkmiş şəxs həmin ayaqaltının üstündə dayanaraq divardakı taxta diktini qopardarkən, yerə yıxılaraq sağ baldır sümüklərinin (qamış və incik) aşağı 1/3 açıq qəlpəli, yerdəyişmiş sınıqları, sağ distal qamış-incik sindesmozunun cırılması və aşıq-baldr oynağının çıxığı ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, zərərçəkmiş şəxsin müalicə xərclərinin onun tərəfindən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi 100 (yüz) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi2 vəkil işlədiyi “Güvən” vəkil bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası onun yaşadığı yer üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Güvən» Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-6/2025
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-6/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver