Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-7/2025 14.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X2 İdarənin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi (vəkili) Müdafiəçi2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxx 1960-cı ildə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Körpü- Bina Tikinti şirkətində sürücü işləyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nərimanov küçəsi, məhəllə 29, ev 13/14, mənzil 28-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan cinayəti törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:40 radələrində «Kalyon RSY adı ortaklığı Ticarət İşlətməsi” şirkəti tərəfindən tikintisi aparılan Horadiz-Ağbənd dəmiryol xəttinin Zəngilan rayonu ərazisindən keçən 77-ci km-nə həmin yolun ətrafında bənd tikintisini aparan işləydi “Körpü-Bina Tikinti şirkətinin işçilərini yol-vərəqəsi əsasında BC038647 nömrəli, B1, B, C1, C, D1, D, BE, C1E, D1E, DE dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Country” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gətirib düşürdükdən sonra Horadiz-Ağbənd avtomobil yolunun 77-ci km-də Horadiz istiqamətində avtobusu geriyə hərəkət etdirərək dönmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman bu manevrin təhlükəsiz olduğuna əmin olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyərək avtobusu geriyə hərəkət etdirən zaman digər şəxslərin köməyindən istifadə etməmiş, geriyə manevr etməzdən əvvəl təhlükəsizliyin təmn olunmasından əmin olmamış, idarə etdiyi avtobusun arxa tərəfində dayanmış piyadanı görməli oduğu halda görməmiş, həmin avtobusdan düşdükdən sonra avtobusdan 20 metr arxa tərəfdə dayanmış Zərərçəkmiş şəxs üzərindən keçərək sonuncunun, sol said sümüklərinin orta üçdə-birinin və sağ aşıq-baldır oynağı sümüklərinin açıq, fraqmentləri yerini dəyişmiş, qəlpələnmiş sınıqları, sol said nahiyəsinin sinir-damar dəstələrinin əzilib-cırılması, sol çanaq sümüklərinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthində çoxsaylı qançır və sıyrıqları, daxili üzvlərin venoz azqanlılığından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq, ağır hemorragiktravmatik şok nəticəsində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29.012025-ci il tarixdə səhər saat 07:55-də işçiləri qaldıqları Zəngilan rayonu, Ağbənd rayonu ərazisndə yerləşən işlədiyi şirkətə məxsus yataqxanadan götürüb işlədikleri Horadiz-Ağbənd dəmir yolunun 77-ci kmdə yerləşən əraziyə gətirmiş, oraya çatan zaman işçilər avtobusdan düşmüş və gecə növbəsinda nəzarətçi işləyən Alıpaşa avtobusa minmişdir. O, yataqxanaya geri qayıtmaq üçün avtobusu geriyə hərəkət etdirib nisbətən böyük olan ərazidə dönmə etmək istəmiş, avtomobili təxminən 20 metr arxaya hərəkət etdirdikdən sonra nəyinsə üzərindən keçdiyini hiss etmişdir. Lakin, ilk əvvel yerdə daş parçası olmasını və həmin daş paraçasınıni təkərəin altında qalmasını düşünmüşdür. Bir neçə metr da arxaya getdikdan sonra Rəfayat Rəhimovun avtobusun qarşısında yaralı vəziyyətdə uzandığını görmüşdür. O, həmin vaxt avtobusun təkəri altında qalanın Zərərçəkmiş şəxs olmasını bilmişdir. Avtobusu saxlayıb tez Rəfayetin yanına getmiş və Rəfayetin sağ ayağının sındığını görmüdür. Rəfayəti yerdən qaldırıb oturtmaq istəyərkən Rəfayət uzanmaq istəməsini demişdir. Daha sonra orda olan işçilər tez həmin yerə gəlmiş və orda olan şəxslərdən biri X10a zəng edərək kömək istəmişdir. Taxminen 1 saat aərzində həmin yerə təcilli yardım maşını gəlmiş ve təxminən yarım saat Rəfayətə tibbi yardım göstərmişlər ve Rəfayəti təcili yardım maşınına qoyub Ağalı Ailə Sağlamlıq Mərkəzinə aparmışlar. Orda olan zaman təxminən yarım saat sonra həkimlər artıq Zərərçəkmiş şəxs vəfat etməsini demişlər. Onun B1, B, C1, C, D1, D, BE, C1E, D1E, DE dereceli sürücülük kateqoriyaları var. Həmin kateqoriyalar avtobus sürməyə imkan verir. Hadisə zamanı o, heç bir spirtli içki qəbul etməmişdir. Həmişə avtobusu arxa-arxaya verib döndüyü yol olduğu üçün arxayın olduğundan bu hadisə başına gəlmişdir. Hadisə zamanı 6 işçiləri orda olmuşdur.Yas mərasimində iştirak etmişdir. İstintada verdiyi ifadəsini təsdiq edir.Sahənin rəhbəri olan Elmar müəllim yanvar ayının 29-da onları işə çağırmışdır. Elmar müəllim ümumi sahənin rəhbəridir. 29 günü onlar həmişəki kimi eyni qaydada işə gəlmişlər. Həmin günü seçki günü olsa da, onlar da iştirak etmək üçün o şərat olmamışdır. Hər gün saat 9 qalmış fəhlələri işə gətirib düşürdüb gedirmiş, qayıdıb getdikdən sonra günorta işçilərin naharlarını gətirirmiş, sonra axşam gəlib işçiləri götürüb aparırmışdır. Rəhbərlik onların yatdığı yerə yaxın qalırdı. Rəhim iş icraşçısı idi. O, işçiləri gətirib düşürəndə rəhbərlik hələki gəlməmişdir. O, işçiləri düşürəndən sonra Rəfayətin niyə işçilər ilə getmədiyini və Rəfayətin maşının arxasına necə keçməsini bilməmişdir. İçşilərin girdiyi vaqondan 10-15 metr aralıda avtobusu saxlayır. Arxa-arxaya verəndə avtobusun altında qalmışdır. Dayandığı yerdən avtobusu 10-12 metr arxaya vermişdir. Rəhmətlik ayaq üstə dursaydıda onu görə bilməzdi, çünki avtobusun uzunluğu 2 metrdir. Avtobusu arxa-arxaya verəndə ondan başqa avtobusda mühafizəçi Alıpaşa da olmuşdur. Alipaşa da Rəfayətin necə avtobusun altında qaldığını görməmişdir. O, gətirdiyi 6 nəfər işçidə isti olan otaqda oturmuş və onlar hadisənin necə olmasını görməmişlər. Avtobusun altında qalandan sonra Rəfayət sağ olmuş, avtobusdan düşüb tez işçiləri çağırmış, onun başının altına qaymaq üçün döşəkcə gətirmişlər. Rəfayətin topuğundan sınan yerdən az qan axmışdır. Onlarda Rəfayəiə ilkin yardım göstərilməsi üçün o, şərait yoxdur. Kalyon şirkətinin işçiləri10-15 dəqiqədən sonra gəlib təcili yardıma zəng etmişlər. Hadisədən 10 dəqiqə sonra iş icraçısı Rəhim, sonrada sahə müdrü gəlmişdir. Avtobusdan başqa şirkətdə maşın yoxdur. Hadisə olan zaman orda tək onun idarə etdiyi avtobusu olmuşdur. Rəhim yük maşını ilə ora gəlmişdir. Rəhbərlik işə şirkətə məxsus olan Pikab markalı maşın ilə işə gəlir. Rəhbərlik hadisədən yarım saat sonra gəlmişdir. Rəfayət təxmini 1 saat yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Rəfayət onlarla danışdığı üçün ona heçnə olmaz deyə düşünmüşlər. Təcili yardım gələndən sonra ona sakitləşdirici iynə vurulmuş, ayağını sarımş və sonra Ağalıya klinikaya aparmışlar. O, təcili yardımla Ağalıya getmişdir. Təcili yardımda Rəfayətin qanaxmasının qarşısı alınmamış, yalnız ağrıya görə iynə vurulmuşdur. Rəfayətin ayağından çox az qan gəlmiş, ola bilər ki, onda daxili qanaxma olmuşdur. Rəfayət hadisə zamanı iş paltarında olmuşdur. Avtobusun təkəri Rəfayətin ayağının topuq hissəsindən keçmişdir. Arxa təkər ayağının üstündən, qabaq təkər qurşağının üstündən keçmişdir. Təcili yardımda səf etmirsə sürücü ilə bir yerdə iki nəfər olmuşlar. O, işçiləri gətirdikdən sonra mühərriki söndürməmişdir. İşçilər avtobusdan düşüb avtobusun qabaq istiqaməti ilə getməlidirlər. Mərhumun avtobusun arxa tərəfinə getdiyini görməmişdir. Sonda təqsirləndirilən şəxs məkəmədən ona köməklik ediliməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası ildən artıq müddətdir ki, Zəngilan rayonu ərazisində fəaliyyət göstərən Körpü-Bina-Tikinti MMC-də qaynaqçı işləmiş, bildiyi qədər işlədiyi şirkətdə heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhərində evdə olan zaman dayısı Yafəz ona zəng edərək, atası Zərərçəkmiş şəxs Zəngilan rayonu ərazisində vəfat etməsini bildirmişdir. Dayısı ilə sağollaşdıqdan sonra həmin şirkətdə işləyən Samətdinə zəng vuraraq dəqiqləşdirmiş, Samətdin xəbərin doğru olmasını və atasının Zəngilan rayonu ərazisində işlədiyi yerdə avtobusun vurması nəticəsində vəfat etməsini demişdir. Atasının meyiti Füzuli rayon Mərkəzi xəstəxanasına gətirilmiş, sonra isə Füzuli xəstəxanasının işləmədiyindən Beyləqan rayonuna göndərilməsini bildirmişdir. Anası və bacısı ilə birlikdə Zərdab rayonu, Məlikumudlu kəndinə getmiş, dayısı Yafaz, əmisi Əlmirzə və atasının dayısı oğlu Qəşəmlə Beyləqan rayon Mərkəzi xəstəxanasına getmələrini və meyitin ora gələcəyini demişdir. Qəzanı törədən «Hyundai County» markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs tanımır və atası ilə aralarında olan münasibət barədə məlumatı yoxdur. Hadisə iş yerində Vasif adlı şəxs tərəfindən avtobusu arxaya verən zaman atasını əzmiş və nəticədə atası rəhmətə getmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Meyitin müayinəsi 1 saat çəkmiş, atasını saat 5-də dəfn etmişlər. Atasına vaxtında köməklik göstərilsəydi qanaxmadan rəhmətə getməzdi. Sonda zərərçəkmiş şəxs məhkəmədən Vasif kişiyə qarşı heç bir şikayəti, tələbinin olmamasını, barışıq əldə olunmasını nəzərə alaraq, Vasifə ən yüngül cəza verilməsini xahiş etdi. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək, hazırda və gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmayacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkili) Müdafiəçi2 ifadəsində bildirmişdir ki, ailə başçısı rəhmətə getmiş, onun qızı və həyat yoldaşı əlildilər və onlara maddi baxımdan rəhmətlik baxmışdır. Hadisə iş zamanı baş vermiş, həkim rəyindəmərhumun travmatik şokdan rəhmətə getəmsini qeyd etmişdir. Ölmün həm yeri, həm də səbəbi düzgün yazılmamışdır. Onlar bu işdə Vasif müəlllimdə bir o, qədərdə günah görmürlər, onlar günahı şirkətdə görürlər. Hadisə iş zamanı iş yerində baş vermiş, ən azından zərərçəkmişə ilk yardım olmalı olduğu halda yardım olmamışdır. Zərərçəkmişə ilk tibbi yardım olmadığı üçün o, şokdan və qanaxmadan rəhmətə getmişdir. Məhkəmədən xahiş edir ki, Vasif müəllim sürücülük hüququndan məhrum edilməsin, işləyib ailəsini dolandıra bilsin. Onlar Vasif müəllim ilə barışımış, ona qarşı heç bir şikayətləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkili) Müdafiəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmaqlarını, ona qarşı heç bir şikayətləri, iddiaları və tələblərinin olmamasını bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 4 ildir ki, Körpü-Bina-Tikinti" MMC-dƏ mühafizəçi vəzifəsində işləyir. Horadiz- Ağband dəmiryolu xəttinin 77-ci km-də Körpü-Bina Tikinti tərəfindən bənd tikintisi gedir və orda olan texnikaları və materialları mühafizəsi üçün gecə növbəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, bir yerdə işləyirlər, Rəfayət qaynaqçı, Vasif isə sürücü işləmişlər. Hər ikisi ilə aralarında düşmənçilik və ədavəti olmamış, iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Hər gün səhər saat təxminən 08:40-08:50 radələrində həmin yerdə işləyən işçiləri sürücü Təqsirləndirilən şəxs şirkətə məxsus "Hyundai County" markalı **-JS-*** dövlət nömrə nişanlı avtobusla işə gətirirmiş, təxminən 10-15 dəqiqə ərzində işçilər paltarlarını dəyişmiş, lazımı avadanlıqları hazırlayır və saat 09-da isə iş başlayırmışlar. Vasif işçiləri avtobusdan düşürdükdən sonra o, yataqxana olan kampa getmək üçün avtobusa minmiş, yolda da bəzi işçiləri götürürmüşlər. Eyni zamanda axşam saatlarında, yəni iş bitən vaxt saat 18 radələrində Vasif avtobusla həmin iş gedən əraziyə gəlirmiş, o, da həmin avtobusla gəlib orda düşürmüş, işi bitən işçiləri Vasif yenidən yataqxana olan kampa aparırmışdır. xx.xx.2025ci il tarixdə səhər saat 08:40-da Vasif yenə də işçiləri işlədikləri Horadiz-Ağband dəmir yolunun 77-ci km-ə gətirib düşürmüşdü, işçilər düşdükdən sonra o, yataqxanaya getmək üçün avtobusa minmişdir. Vasif avtobusu arxaya hərəkət etdirərək nisbətən böyük olan yerdə dönmək istəmişdir. Vasif təxminən avtobusu 15-20 metr arxaya hərəkət etdirdikdən sonra avtomobili saxlamış, həyəcanlı vəziyyətdə "mən nə etdim?" deyərək tez avtobusdan düşmüşdür. O, ilk əvvəl nə olmasını bilməmiş, Vasifın avtobusa qayıtmadığını görüb o da avtobusdan düşmüşdür. Avtobusdan düşən zaman avtobusun qarşısında, nisbətən sağ tərəfində Rəfayətin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, Vasif isə Rəfayətin baş nahiyyəsini yerdə qucağına almışdır. O, yaxınlaşanda görmüşdür ki, Rəfayətin sağ ayağı topuq hissədən qırılmışdır. Həmin vaxt bilmişdir ki, Vasif avtobusu arxaya verən zaman Rəfayət avtobusun altında qalmış, avtobusun təkərləri Rəfayətin ayağının üzərindən keçmişdir. Orda olan işçilər yaxınlaşb köməklik etmiş, daha sonra X10 çağırılmış, X10 gəlib Rəfayətə ilkin yardımlar edərək aparmışdır. Daha sonra öyrənmişdir ki, Rəfayət xəstəxanada olan zaman ölmüşdür. Hər ikisi yaxşı işçilər olmuşlar, digər işçilərlə də yaxşı münasibətləri olmuşdur. Rəfayət və Vasifin arasında hər hansı ədavət, düşmənçlik olmamışdır. O, Rəfayət və Vasifin dalaşmasını, mübahisə etmələrini isə heç vaxt görməmişdir. Vasif avtobusu arxaya verən zaman Rəfayət avtobusun arxa tərəfındə olmuş, orda demişlər ki, avtobusun sağ təkərləri Rəfayətin ayağının üzərindən keçmişdir. Həmin vaxt o, avtobusun içərisində olduğu üçün avtobusun Rəfayətin hansı hissəsindən necə keçməsin görməmiş, yuxulu və yorğun olduğundan avtobus Rəfayətin ayağının üzərindən keçən zaman da hiss etməmişdir. Vasif avtobusu arxaya hərəkət etdirən zaman sağa və sola baxmış, avtobusu arxaya hərəkət etdirmiş, heç kimin köməyindən istifadə etməmişdir. İşçilər orda işə saat 09-dan sonra başlayır, hadisə olan vaxt isə təxminən saat 08:45-08:50 radələri olmuşdur. Həmin vaxt Rəfayət işə başlamamış, ola bilsin ki, həmin vaxt telefonla danışırmış, ya da başqa nəsə iş görürmüşdür. O, gecə növbəsinda olduğu üçün işçilərin harda və necə işləmələrini bilmir. O, rəhmətliyi həmin vaxt avtobusdan düşəndə görməmişdir. Onun iş vaxtı saat 18:00-dan səhər saat 8-ə kimidir. Orda sürücüdən və zərərçəkmişdən başqa işçilərdə vardı. Zərərçəkmiş avtobusdan düşmüş, sonra o, avtobusa minmiş, hadisənin olmağı isə dəqiqə çəkməmişdir. Hadisə baş verən yerdə dəmir yolu çəkilir. Orda köhnədəndə dəmir yolu olmuş, indidə genişləndirmə aparılır. Hadisə baş verən yerlə işçilərin olduğu yerin arası 24 metrdir. İşçilər işə iş geyimində gəlirlər. Avtobus arxaya doğru hərəkət edəndə rəhmətlik avtobusun altında qalmışdır. Orda asfalt yol demək olar ki yoxdur. Pikap markalı maşın gəlmiş, o, əvvəlcə xəstəxanaya aparmaq istəməsini demiş, lakin sonradan bu vəziyyətdə apara bilməməsini demişdir. Təcili yardım çağırmış, sonra onu döşəkçənin üstünə qoymuşlar. Həmin vaxt rəhbərlik işdə olmamışdır. Orda hamı öz iş bölgüsünü bilir. İstintaqda verdiyi ifadəsini təsdiq edir.İzahatını Zəngilanda vermişdir. Onun saat 18:00-dan səhər saat 8-ə kimi iş vaxtıdır. Hər gün işçilər 08:30-da işə gəlirlər. Orda işçilərdən başqa heç kim olmamış, hadisə saat 9-a qalmış baş vermişdir. Avtobus arxaya verilən zaman hər hansısa bir səs eşidilməmişdir. Hadisə zamanı avtobusdan başqa maşın olmamışdır. Hadisə zamanı texnikanın öz işçiləri və fəhlələr vardı. Onlarda ilk yardıma aid ləvazimatlar olmadığı üçün rəhmətliyə köməklik edə bilməmişlər. Müdüriyyətin oturduğu yerlə hadisə olan yerin arası 4-5 metrdir. Zərərçəkmiş iş paltarında olmuşdur. Hadisədən 1 saat sonra təcili yardım gəlmişdir.O, hadisədən saat yarım sonra çıxıb getmişdir. İşçilər avtobusdan düşəndən sonra konteynerə getmişlər. O, avtobusa əyləşən zaman mühərrikin sönülü, yaxud işlək vəziyyətdə olması dəqiq yadında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 7 aydır ki, «Körpü-Bina-Tikinti" MMC-da qazma-qurğu fəhləsi işləyir. Horadiz-Ağbənd dəmiryolu xəttinin 77-ci km-də, Zəngilan rayonu ərazisində «Körpü-Bina Tikinti” şirkəti tərəfındən bənd tikintisi işləri aparılır, o, da həmin tikintidə fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla eyni yerdə işləyirlər. Rəfayət həmin yerdə qaynaqçı, Vasif isə sürücü işləyirmiş, hər ikisinin aralarında düşmənçilik və ədavəti olmamışdır. iş yoldaşı kimi münasibətləri normal olmuşdur. Hər səhər saat təxminən 07:40-07:50 radəlarində sürücü işləyən Vasif şirkətə məxusus "Hyundai County" markalı ** JS *** dövlət nömrə nişanlı avtobusla onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb işlədikləri iş yerinə getirir, onlar iş yerinə 10- 15 dəqiqə tez gəlib paltarlarını dəyişir, buna görə də hər gün təxminən saat 08:40:08:50 radələrinda iş yerinə çatırdılar. Paltarlarını dəyişib hazırlıqlarını gördükdən sonra saat 09:00da isə işə başlayırmışlar. Onların işi qrafikə uyğun olaraq səhər saat 09:00-da başlayır və axşam saat 18:00-da başa çatırmış. Hər gün olduğu kimi xx.xx.2025-ci il tarixdə də səhər saat 07:50-də Vasif yenə də onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb təxminən saat 08:40-da işlədikləri Horadiz-Ağbənd dəmir yolunun 77-ci km-ə gətirib düşürmüşdür. Həmin avtobusda o, iş yoldaşları Şahid4, Şahid2, Şahid5 və Zərərçəkmiş şəxs olmuşdur. Onlar düşdükdən sonra o, iş paltarlarını geyinmək üçün orda olan paltar dəyişmə otağına getmiş, paltarlarını dəyişən zaman Təqsirləndirilən şəxs səsinə otaqdan çölə çıxmışdır. Otaqdan çıxandan sonra Vasifin avtobusu saxlayıb onları düşürdüyü yerdən təxminən 20 metr arxa tərəfdə Rəfayət Heydərovun avtobusun qarşısında uzanmış vəziyyətdə olmasını, Vasifin isə Rəfayətin baş tərəfındə dayanıb işçiləri köməyə çağırmasını görmüşdür. O yaxınlaşanda Rəfayətin sağ ayağının topuq hissədən qırılmış vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Vasif avtobusu arxaya verən zaman Rəfayət avtobusun altında qalmış, avtobusun təkərləri Rəfayətin ayağının üzərindən keçməsini bilmişdir. O, və orda olan işçilər yaxınlaşıb ona köməklik etmiş, daha sonra X10 çağırılmış, TTY gəlib Rəfayətə ilkin yardım edərək xəstəxanaya aparmışdır. Sondan o, Rəfayətin xəstaxanada olan zaman aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. O, paltar dəyişmə otağında olduğu üçün Rəfayətin necə xəsarət almasını görməmiş, Vasifın səsini eşidib çıxandan sonra Vasif avtobusu arxaya hərəkət etdirən zaman Rəfayətin avtobusun arxa tərəfində olmasçını, Rəfayətin avtobusun altında qalaraq xəsarət almasını bilmişdir. Həmin vaxt orda avtobusun sağ təkərlərinin Rəfayətin ayağının üzərindən keçməsini demişlər. O, paltar dəyişmə otağında olduğu üçün avtobusun Rəfayətin hansı hissəsindən necə keçməsin görməmiş, lakin Rəfayətin yanına yaxınlaşan zaman Rəfayətin sağ ayağının sındığını görmüşdür. Rəfayət və Vasifın arasında ədavət və düşmənçilik olmamış, bir-birləri ila yaxşı münasibətləri olmuşdur. O, həmin vaxt otaqda olduğu üçün Vasifin avtobusu arxaya verən zaman kiminsə köməyindən istifadə edib-etməməsini bilməmişdir. İş qrafiklərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə də işə gəlmişlər. Hər gün olduğu kimi yenə də 10-15 dəqiqə iş yerinə tez gəlib paltarlarını dəyişib, sonra işə başlayacaqlardı. Hadisə təxminən saat 08:45-08:50 radəlerində olmuşdur. Hadisənin baş verdiyi yer, Rəfayətin işlədiyi yerdən 10-15 metr məsafədə yerləşmiş, Rəfayət həmin vaxt paltarlarını dəyişib işə başlamamış, hər hansı iş görməmişdir. Hər gün onlara işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları izah olunur və onlar da bu barədə tərtib olunmuş cədvələ imza edib işə başlayırdılar. Hadisə baş verəndə o, vaqonun içində olmuşdur. O, rəhmətlik də daxil olmaqla hamısı bir yerdə avtobusla işə gəlmişlər. İş saatları saat 9-da başlayır. O, fəhlədir. Onlar işə gələndən sonra əyinlərini dəyişib iş geyimlərini geyinirlər. Onların, texnikanın geyim otağı başqadır, rəhmətliyin geyim otağı başqa idi. Rəhmətliyin iş paltarını geyinib-geyinməməsini isə xatırlamır. Onlar işə başlayanda iş bölgüsü aparılmır, çünki hər birlərinin öz işi var. Bazadan çıxanda iş qaydasını operator onlara deyir. Hadisə günü onlar hələ işə başlamamışlar. Hadisə olan yerlə iş görəcəkləriz yerin məsafəsi 10-15 metr olar. Rəhmətlik iş yerində 10 metr uzaqlıqda olmuşdur. Vaqondan çıxanda Vasif kişi pis vəziyyətdə iolmuş, heçnə danışa bilməmişdir. Məlumata görə Vasif kişi avtobusu arxa-arxaya verən zaman rəhmətlik avtobusun altında qalıb əzilmişdir. Hadisədən sonra operator iş icraçısına zəng vurmuş, o, da gəlib müdriyyətlə əlaqə saxlamış, sonra təcili yardıma zəng etmişlər.İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə baş verən günü onları işə müdriyyət göndərmişdir. Həmin günü rəhmətliyin iş geyimində olub-olmamasını isə xatırlamır. Təhlükəsizlikdən onlara dərsi Rəhim müəllim keçmişdir. İlk öncə qorxmuş, hadisə olan yerə yaxınlaşmamış, hamı yığışandan sonra vaqondan çıxıb yaxınlaşmışdır. Müdriyyət gələndən sonra təcili yardım gəlmişdir. Hadisədən nə qədər vaxt sonra rəhbərliyin gəlməsini isə xatırlamır. Hadisənin üstündən artıq 5 ay keçmiş, çox şeyi xatırlamır. Müdriyyət gələndən sonra təcili yardım gəlmiş, orda ilk tibbi yardım göstərib xəstəxanaya aparmışlar. Hadisədən 15 dəqiqə sonra iş icraçısı gəlmişdir. O, paltarını dəyişib işə başlamamışdır. Təcili yardım gələndə Rəfayət sağ olmuşdu. Rəhmətliyi xəstəxanaya aparmışlar, amma onunla kimin getməsini isə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bir ildən artıqdır ki, «Körpü-Bina-Tikinti" MMC-də qazma-qurğu fəhləsi işləyir. Horadiz-Ağbənd dəmiryolu xəttinin 77-ci km-da «Körpü-Bina Tikinti» şirkəti tərəfındən bənd tikintisi işləri görülür və o, da həmin ərazidə fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, bir yerdə işləmişlər. Rəfayət qaynaqçı, Vasif isə sürücü işləmiş, hər ikisi ilə arasında düşmənçilik və ədavəti olmamış, iş yoldaş kimi yaxşı münasibətləri olmuşdur. Vasif hər gün səhər saat təxminən 07:40-07:50 radələrində şirkətə məxus "Hyundai County" markalı ** JS *** dövlət nörnrə nişanlı avtobusla onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb işə gətirirmiş, təxminən saat 08:40:08:50 radəlarində işlədikləri yerə çatırmışlar. 10- 15 dəqiqə ərzində paltarlarını dəyişir, lazımı avadanlıqlarını hazırlayır, saat 09-da isə işə başlayırmışlar. İş qrafiklərinə uyğun olaraq hər gün səhər saat 09:00-da işləri başlayır və 18:00-da başa çatır. xx.xx.2025-ci il tarixdə səhər saat 07:50-də Vasif yenə də onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürmüş, təxminən saat 08:40-da işlədikləri Horadiz-Ağbənd dəmir yolunun 77-ci km-ə gətirib düşürmüş, onlar düşdükdən sonra o, iş paltarlarını geyinmək üçün orda olan paltardəyişmə otağına getmişdir. Paltarlarını dəyişən zaman Təqsirləndirilən şəxs səsinə otaqdan çölə çıxmış, çölə çıxan zaman Vasifin onları düşürtdüyü yerdən təxminən 20-30 metr kənarda avtobusu saxladığını və Zərərçəkmiş şəxs avtobusun qarşısında uzanmış vəziyyətdə, Vasifin isə Rəfayətin baş tərəfində dayanıb işçiləri köməyə çağırmasını görmüşdür. O, yaxınlaşanda Rəfayətin sağ ayağının topuq hissədən qırılmasını görmüşdür. Həmin vaxt Vasif avtobusu arxaya verən zamanı Rəfayətin avtobusun altında qalmasını, avtobusun təkərlərinin Rəfayətin ayağının üzərindən keçməsini bilmişdir. O və orda olan işçilər yaxınlaşıb köməklik etmiş, daha sonra X10 çağırmışlar, X10 gəlib Rəfayətə ilkin yardımlar edərək aparmışdır. Daha sonra Rəfayətin xəstaxanada olan zaman ölməsini öyrənmişdir. Rəfayət və Vasifın arasında hər hansı ədavət, düşmənçlik olmasını eşitməmiş, eyni zamanda dalaşmalarını, mübahisə etmələrini isə heç vaxt görməmişdir. Həmin vaxt o, paltar dəyişmə otağında olmuş, Rəfayətin necə xəsarət almasını görməmiş, sonradan Vasifın səsinə ora çıxandan sonra bilmişdir ki, Vasifın avtobusu 20-30 metr arxaya hərəkət etdirən zamanı Rəfayətin avtobusun arxa tərəfındə olmasını, Rəfayətin avtobusun altında qalmasını bilmiş, orda avtobusun sağ təkərlərinin Rəfayətin ayağının üzərindən keçməsini demişlər. Həmin vaxt o, paltar dəyişmə otağında olduğu üçün avtobusun Rəfayətin hansı hissəsindən necə keçməsini görməmişdir. Hadisə olan vaxt təxminən saat 08:45-08:50 radələri olmuşdur. Hadisənin baş verdiyi yer, Rəfayətin işlədiyi yerdən 15-20 metr məsafədə yerləşir. Hər gün onlara işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları izah olunur və onlar da bu barədeə tərtib olunmuş cədvələ imza edib işə başlayırlar. Vaqondan çölə Vasif dayının səsinə çıxmış, hadisənin olduğu yerlə iş yerinin arası çox azdır. Səf etmirsə, rəhmətlik iş paltarında olmuşdur. Təcili yardıma Rəhim məlumat vermiş, onlarda müdriyyət Rəhim müəllimdir. Hadisə təxminən səhər saat 08:40-da baş vermişdir. Hadisə işlədikləri ərazidə baş vermişdir. Təcili yardımın nə qədər vaxta gəlməsini isə dəqiq bilmir. Təcili yardım gələnə kimi onlar heç bir ilkin yardım etməmişlər. Təcili yardım gələndə Rəfayət sağ vəziyyətdə olmuşdur. Ayağından başqa sol qolunda əzik vardı. Vasif avtobusu arxa-arxaya verən zaman Rəayət avtobusun altında qalıb əzilmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Onlara iş bölgüsünü Rəhim müəllim deyir. Hadisənin necə baş verməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, 2020-ci ildən «Körpü-Bina Tikinti» şirkətində sahə rəisi vəzifəsində işləyir. Zəngilan rayonu ərazisində Horadiz-Ağbənd dəmiryolunun 77-ci km-də Zəngilan rayonu, Tiri kəndi ərazisində dağ uçqunun qarşısını almaq üçün bənd tikintisi aparırdılar. 29.012025-ci il tarixdə saat 08:50 rdələrində şirkət işçiləri ona zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai markalı avtobusla geriyə hərəkət edən zamanı X1 ayağının üzərindən keçməsini demişlər. Daha sonra Zərərçəkmiş şəxs göstərilən tibbi yardımlara baxmayaraq, vəfat etməsini bilmişdir. Həmin hadisə zamanı o,orda olmamış, ona görə də hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Həmin hadisə baş verən yerin yaxınlığında onlar dağ uçqunu baş verməməsi üçün bənd tikirlərmiş, hadisənin baş verdiyi yerə isə onların şirkət yox, Kalyon şirkəti tərəfındən dəmiryol xətti çəkilirmişdi. Onların işi qrafıka uyğun olaraq səhər saat 09:00da başlayır və 18:00-da işləri başa çatır. O, yol mühəndisi işləyir. Hadisə 9-a qalmış baş vermiş və bu barədə ona zəng gəlmişdir. Hadisə yerində olmadığı üçün ona deyilənə görə işçilər avtobusdan düşüb gedərkən avtobus arxa-arxaya verən zaman Rəfayətin üzərindən keçmiş, hadisə baş verən yer iş meydançasıdır. Hadisə olan yerlə iş yerlərinin 15 metr məsafəsi var.İş icraçısı hadisə vaxtı orda olmamışdır. Ona hadisə barədə məlumat veriləndə o, dərhal tibbi yardıma zəng etmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə bələdiyyə seçkiləri günündə baş vermişdir. Ona iş icraçısı zəng edib hadisənin baş verməsini bildirmişdir. Rəhim iş icraçısıdır. Düşərgələrində ilkin tibbi yardım üçün tibbi ləvazimatlar var. Onlara yaxın olan Kalyon Şirkətinin xəstəxanası var. Onların SƏTƏM mühəndisləri var o hər ay işçilərə təlim keçir. İşdə gedişatlardan Rəhim müəllim məsuliyyət daşıyır. Hadisə vaxtı o, başqa sahədə olmuşdur. Təcili yardım ondan öncə çatmış, ilkin tibbi yardım edilmiş, sonra xəstəxanaya aparmışlar, yolda 3 dəfə saxlayıb Rəfayətə iynə vurulub o şoka düşmüşdür. Hadisədən yarımsaat sonra hadisə yerinə çatmış, Rəfayətin altına döşək qoyub uzatmışdılar. Rəfayətin ayağının sarımaları, iynə vurulmaları onun iştirakı ilə olmuşdur. İlkin Tibbi yardım üçün Ağalıda yerləşən xəstəxanaya aparmışlar. Rəhbərlik tapşırmışdı ki, Rəfayəti çatdıra bilirsizsə Bakıya çatdırın. Rəfayətə Ağalıda xəstəxananın həyətində qan vuranda artıq bədəni qanı qəbul etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Rafiq oğlu ifadəsində bildirmişdir ki, o, 5 ildir ki, «Körpü-Bina-Tikinti" MMC-də ekskvator operatoru vəzifəsində işləyir. Horadiz- Ağbənd dəmiryolu xəttinin 77-ci km-də, Zəngilan rayonu ərazisində Körpü-Bina Tikinti şirkəti tərəfindən bənd tikintisi işləri aparılmış, o, da həmin tikintida işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Safyət oğlunu tanıyır, belə ki, onlarla eyni yerdə işləyir. Rəfayət həmin yerdə qaynaqçı, Vasif isə sürücü işləmiş, hər ikisi ilə aralarında düşmənçilik və ədavəti olmamış, iş yoldaşı kimi münasibətiləri normal olmuşdur. iş rejimlərinə uyğun olaraq hər gün səhər saat təxminən 07:40-07:50 radələrində sürücü işləyən Vasif şirkətə məxsus "Hyundai County" markalı ** JS *** dövlət nömrə nişanlı avtobusla onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb işlədikləri iş yerinə gətirir, onlar iş yerinə 10-15 dəqiqə tez gəlib paltarlarını dəyişir, buna görə də hər gün təxminən saat 08:40:08:50 radələrində iş yerinə çatırmışlar. Paltarlarını dəyişib hazırlıqlarını gördükdən sonra saat 09:00-da isə işə başlayırmışlar. Onların işi qrafika uyğun olaraq səhər saat 09:00-da başlayır və 18:00-da başa çatır. Hər gün olduğu kimi 29.012025-ci il tarixdə da səhər saat 07:50-də Vasif yenə də onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb təxminən saat 08:40-da işlədikləri Horadiz-Ağbənd dəmir yolunun 77-ci km-ə gətirib düşürmüşdür. Həmin avtobusda o, iş yoldaşları Şahid4, Şahid2, Şahid1 və Rəfayət Rahimov olmuşdur. Onlar düşdükdan sonra o, iş paltarlarını geyinmək üçün orda olan paltardəyişmə otağına getmiş, paltarlarını tez dəymiş, sonra istifadəsində olan ekskvatorun yanına getmişdir. Sonradan hamının Vasifin idarə etdiyi avtobusun yanına toplaşdmasını görmüş və o, da ora getmişdir. Orda olan zaman Vasifin avtobusu saxlayıb onları düşürdüyü yerdən təxminən 20 metr arxa tərəfdə Rəfayət Heydərovun avtobusun qarşısında uzanmış vəziyyətdə, Vasif isə Rəfayətin baş tərəfındə dayanıb işçiləri köməyə çağırmasını görmüşdür. O, yaxınlaşanda Rəfayətin sağ ayağının topuq hissəsinin qırılmış vəziyyətdə olmasını görmüş, həmin vaxt Vasif avtobusu arxaya verən zaman Rəfayət avtobusun altında qalmasını, avtobusun təkərləri Rəfayətin ayağının üzərindən keçməsini bilmişdir. O və orda olan işçilər yaxınlaşıb köməklik etmiş, daha sonra X10 çağırmış, TTY gəlib Rəfayətə ilkin yardımlar edərək xəstəxanaya aparmışlar. Sonrdan o, Rəfayətin xəstəxanada olan zaman aldığı xəsarətlərdən ölməsini öyrənmişdir. O, paltardəyişmə otağında olduğu üçün Rəfayətin necə xesarət almasını görməmişdir. Həmin vaxt o, ekskvatorun yanında olmuş, sonradan orda olan şəxslərin toplaşmasını gördükdən sonra ora getmiş və orda Vasif avtobusu arxaya hərəkət etdirən zaman Rəfayətin avtobusun arxa tərəfində olmasını, Rəfayətin avtobusun altında qalaraq xəsarət almasını öyrənmişdir. Həmin vaxt orda avtobusun sağ təkərlərinin Rəfayətin ayağının üzərindən keçməsini demişlər. Rəfayətin hansı hissəsindən necə keçməsin görməmiş, lakin Rəfayətin yanına yaxınlaşan zaman Rəfayətin sağ ayağının sınmasını görmüşdür. Rəfayət və Vasifin arasında ədavət və düşmənçiliyin olması barədə məlumatı olmamış, o, Rəfayət və Vasifin yaxşı münasibətinin olmasını bilmişdir. Onların dalaşdıqlarını, mübahisə etdiklərini heç vaxt görməmiş, eyni zamanda hər ikisinin başqa işçilər ilə də yaxşı münasibəti olmuşdur. O, həmin vaxt ekskvatorun yanında olduğu üçün Vasifin avtobusu arxaya verən zaman kiminsə köməyindən istifədə edib-etməməsini isə görməmişdir. Hadisənin baş verdiyi yer, Rəfayətin işlədiyi yerdən təxminən 20 metr məsafədə yerləşmişdir. Rəfayət həmin vaxt paltarlarını dəyişib işə başlamamış, hər hansı iş görməmişdir. Hər gün onlara işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları izah olunur və onlar bu barədə tərtib olunmuş cədvələ imza edib işə başlayırlar. Hadisə Zəngilan rayonunda Ağbənd kəndində baş vermiş, o, hadisə yerindən 100 metr aralıda olmuşdur. Avtobusdan əvvəlcə o, üşmüş, hadisədən 20 dəqiqə sonra bilmişdir. İşə 07:45-də çatmış, o, 08:40-da hadisənin olmasını bilmişdir. Onların iş saatı 08:00-da başlayır. Hadisə baş verənə qədər rəhmətliyi o, görməmişdir. O, eşitdiyinə görə Vasif avtobus arxa-arxaya verən zaman zərərçəkmiş avtobusun altında qalıb əzilmişdir. Hadisə baş verən yer şirkətə aid ərazidir. Hadisə baş verən yerlə iş yerlərinin arasında olan məsafəsi 50-100 metrdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. 07:30-da işə gəlir, 10-15 dəqiqəyə işə çatırlar. Rəhmətlklə bir avtobusda işə gəlmişlər. Rəhmətlik iş paltarında olmuş, ondan 10 dəqiqə sonra təcili yardım gəlmişdir. Cinayət işi üzrə Şahid4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir.Məhkəmə işə Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini də sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, «Körpü-Bina-Tikinti” MMC-də qazma-qurğu fəhləsi işləyir. Horadiz-Ağbənd dəmiryolu xəttinin 77-ci km-də Körpü-Bina Tikinti tərəfindən bənd tikintisi gedir və o da həmin ərazidə fəhlə işləyir. İş qrafiklərinə uyğun olaraq hər gün səhər saat 09:00-da işləri başlayır və 18:00-da başa çatırmış. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyırmış, bir yerdə işləyirmişlər, Rəfayət qaynaqçı, Vasif isə sürücü işləyirmiş, onların hər ikisi ilə arasında düşmənçilik və ədavəti olmamış, iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Hər gün səhər saat təxminən 08:40-08:50 radələrində sürücü Təqsirləndirilən şəxs oğiu şirkətə məxsus “Hyundai County” markalı ** JS *** dövlət nömrə nişanlı avtobusla onları işə gətirirmiş, təxminən 10-15 dəqiqə ərzində paltarlarını dəyişir, lazımı avadanlıqların hazırlayır, saat 09:00-da isə işə başlayırmışlar. xx.xx.2025-ci il tarixdə səhər saat 07:55-də Vasif yenə də onları Ağbənd kəndi ərazisində yerləşən yataqxanadan götürüb təxminən saat 08:40-da işlədikləri Horadiz-Ağbənd dəmir yolunun 77-ci km-ə gətirib düşürmüş, onlar düşdükdən sonra o iş paltarlarını geyinmək üçün orda olan paltardəyişmə otağına getmişdir. Paltarlarını dəyişən zaman Təqsirləndirilən şəxs səsinə çölə çıxmışdır. Çölə çıxan zaman Rəfayət Heyərovun avtobusun qarşısında uzanmış vəziyyətdə, Vasif isə Rəfayətin baş tərəfində dayanıb işçiləri köməyə çağırmasını görmüşdür. O, yaxınlaşanda Rəfayətin sağ ayağının topuq hissəsinin qırılmasını görmüşdür. Həmin vaxt avtobusu arxaya verən zaman Rəfayətin avtobusun altında qaldığını, avtobusun təkərlərinin Rəfayətin üzərindən keçməsini bilmişdir. O və orda olan işçilər yaxınlaşıb köməklik etmiş, daha sonra Təcili Yardım çağırmışlar, X10 gəlib Rəfayətə ilkin yardımlar edərək aparmışdır. Daha sonra Rəfayətin xəstəxanada olan zaman öldüyünü öyrənmişdir. Rəfayət və Vasifin arasında hər hansı ədavət düşmənçlik olduğunu eşitməmiş, eyni zamanda dalaşdıqlarını, mübahisə etdiklərini heç vaxt görməmişdir. Həmin vaxt o paltardəyişmə otağında imiş, Rəfayətin necə xəsarət almasını görməmiş, sonradan səsə ora çıxanda Vasifin avtobusu arxaya verən zamanı Rəfayətin avtobusun arxa tərəfində olduğunu, Rəfayətin avtobusun altında qaldığını bilmiş, orda avtobusun sağ təkərlərinin Rəfayətin ayağının üzərindən keçdiyini demişlər. Həmin vaxt o paltardəyişmə otağında olduğu üçün avtobusun Rəfayətin hansı hissəsindən necə keçməsin görməmişdir. O həmin vaxt paltardəyişmə otağında olduğundan Vasifin avtobusu arxaya verən zaman kiminsə köməyindən istifadə edib-etməməsini bilməmişdir. lş qrafiklərinə uyğun olaraq hər gün səhər saat 09:00-da işimiz başlayırmış və 18:00-da başa çatırmış. Hadisə olan vaxt isə təxminən saat 08:45- 08:50 radələri imiş. Həmin vaxt Rəfayət iş paltarlarını geyməmiş, işə başlamamış. Hadisənin baş verdiyi yer, Rəfayətin işlədiyi yerdən 15-20 metr məsafədə yerləşirmiş.Hər gün onlara işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları izah olunurmuş və onlar bu barədə tərtib olunmuş cədvələ imza edib işə başlayırmışlar. -Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanması və icraata götürülməsi barədə» qərardan görünür ki, HK-1, 14 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. -Cinayət işinin materiallarında olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokolan görünür ki, hadisə yeri Horadiz-Ağbənd dəmiryolunun 77-ci km-dir. Yolun hərəkət hissəsi düzdür, yolun örtüyü torpaq yoldur, yol qurudur, yol örtüyünün eni 14 metrdir, yolda qarşılıqlı hərəkət mövcuddur, hərəkət hissəyə sağdan boşluq ərazi, soldan dağlıq ərazi birləşir, yolun təmiri başa çatmadığı üçün yol boyu nişanlama xətləri və işıqlandırma yoxdur. -Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2025-ci il tarixli 115 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. -Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücü (avtobus) vəzifəsinə işə qəbul edilmişdir. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1915 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatdla yoxdur. -Cinayət işinin materiallarında olan «şəxsin ölmüş şəxsin hüquqi varisi qismində tanınması barədə» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. -Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-28-29- 3-28/2-1556/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ekspertiza və X4» X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 122/2025-TBŞ nömrəli (maddi sübutların ekspertizası) ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu “O(İ)RH+”dir, ekspertiza təqdim olunan və hadisə yerindən götürülmüş 01 ədəd corab, üzərində olan qurumuş torpaq hissələri və bərkimiş torpaq nümunəsi üzərində insan qanı aşkar olunmuş, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alınmış, aqqlyutininlər isə alınmamış, bu qan ləkələri Oalfabeta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 X11 Beyləqan Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 01/25 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sol said sümüklərinin orta üçdə-birinin və sağ aşıq-baldır oynağı sümüklərinin açıq, fraqmentləri yerini dəyişmiş, qəlpələnmiş sınıqları; sol said nahiyəsinin sinir-damar dəstələrinin əzilib-cırılması; sol çanaq sümüklərinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı; bədən səthinin çoxsaylı qançır və sıyrıqları;daxili venoz azqanlılığı. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir məxanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə abş vermiş yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağır hemorragik-travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. -Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/490 nömrəli rəyindən görünür ki,istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Hyundai Country” markalı, **-JS-*** dövlət qeydiyyatı nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Cinayət işinin materiallarında olan «qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə ünvanlananmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hazırda və gələcəkdə heç şikayəti olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08:40 radələrində «Kalyon RSY adı ortaklığı Ticarət İşlətməsi” şirkəti tərəfindən tikintisi aparılan Horadiz-Ağbənd dəmiryol xəttinin Zəngilan rayonu ərazisindən keçən 77-ci km-nə həmin yolun ətrafında bənd tikintisini aparan işləydi “Körpü- Bina Tikinti şirkətinin işçilərini yol-vərəqəsi əsasında BC038647 nömrəli, B1, B, C1, C, D1, D, BE, C1E, D1E, DE dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Country” markalı **- JS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gətirib düşürdükdən sonra Horadiz- Ağbənd avtomobil yolunun 77-ci km-də Horadiz istiqamətində avtobusu geriyə hərəkət etdirərək dönmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman bu manevrin təhlükəsiz olduğuna əmin olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bunlara əməl etməyərək avtobusu geriyə hərəkət etdirən zaman digər şəxslərin köməyindən istifadə etməmiş, geriyə manevr etməzdən əvvəd təhlükəsizliyin təmn olunmasından əmin olmamış, idarə etdiyi avtobusun arxa tərəfində dayanmış piyadanı görməli oduğu halda görməmiş, həmin avtobusdan düşdükdən sonra avtobusdan 20 metr arxa tərəfdə dayanmış Zərərçəkmiş şəxs üzərindən keçərək sonuncunun, sol said sümüklərinin orta üçdə-birinin və sağ aşıq-baldır oynağı sümüklərinin açıq, fraqmentləri yerini dəyişmiş, qəlpələnmiş sınıqları, sol said nahiyəsinin sinir-damar dəstələrinin əzilib-cırılması, sol çanaq sümüklərinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthində çoxsaylı qançır və sıyrıqları, daxili üzvlərin venoz azqanlılığından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq, ağır hemorragiktravmatik şok nəticəsində ölməsinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin cinayətin yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ehtiyatsızlıqdan törədilmiş az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini xarakterizə edən halları-törətdiyi əməlini tam etiraf edərək əməlindən səmimi peşmançılıq hissini keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclaslarındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli və belə olan halda isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza, həmçinin əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzası təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinin tələbinə görə məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 85 (səksən beş) manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi 85 (səksən beş) manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınımış və Zəngilan rayon Polis şöbəsində saxlanılan bir ədəd qara rəngli corab və üzərində qan ləkəsi olan torpaq örtük məhv edilməlidir. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Səyət oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə əmlak müsadirəsi, maddi ziyan və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356,384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq olunsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Zəngilan rayon Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli corab və üzərində qan ləkəsi olan torpaq örtük məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №1(034)-7/2025
Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-7/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver