Məhkəmə qərarları › İş №1(034)-9/2025

Zəngilan Rayon Məhkəməsi Hökm — İş №1(034)-9/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zəngilan rayonu İş № 1(034)-9/2025 01.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Dövlət ittihamçısı X4 İdarənin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Əfqanistan İslam Respublikasının Paktiya şəhərində anadan olmuş, Əfqanistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Əfqanistan İslam Respublikası Herat şəhərində qeydiyyatda olan və yaşayan, barəsində «həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikasına gəlmək üçün vizası və dövlət sərhədini keçməyə hüquq verən rəsmi sənədləri olmadığından, qanunsuz yolla İran islam Respublikasından Azərbycan Respublikasına gəlmək məqsədi ilə 15 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 11-ci sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçib, dövlət sərhəd xəttindən 2200 metr hərəkət etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək 16 aprel 2025ci il tarixdə saat 09:15 radələrində saxlanılaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi”-dən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarınını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikasının Herat şəhərində yaşamışdır. 2012-ci il tarixində qaçaq yolla X2 İran İslam Respublikasına keçmiş, iki il orada yaşamış, 2014-cü il tarixində oradan qaçaq yolla Türkiyə Respublikasına getmişdir. 2018-ci il tarixdə hərbi xidmətə yollanmaq məqsədi ilə yenidən Əfqanıstan İslam Respublikasına geri qayıtmış, 2019-cu il tarixdə isə yenidən qanunsuz olaraq İran İslam Respublikasına oradan isə Türkiyə Respublikasına getmişdir. 2024-cü il tarixdə o, yenidən Əfqanıstan İslam Respublikasına qayıtmış və təxminən 2-3 gün qaldıqdan sonra 2024-cü il tarixdə yenidən qaçaq yolla İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Tehran şəhərində qaynaqçı işləmiş, daha sonra yenidən qaçaq yolla Türkiyəyə getmək istəmiş, lakin Türkiyəyə getməyin çətin olacağını düşündüyü üçün, internet vasitəsi ilə araşdırma apararaq Azərbaycana gəlmək qərarına gəlmişdir. Bu məqsədlə, Tehrandan Təbriz şəhərinə getmiş, təxminən 4-5 gün Təbrizdə qaldqdan sonra tanımadığı şəxslərdən İran İslam Respublikasının Xudafərin şəhərinin Azərbaycan Respublikasına yaxın olmasını öyrənmişdir. 15 aprel 2025-ci ildə Xudafərin şəhərinə getmiş, həmin şəhərdə kafedə yemək yeyən zaman kafeni işlədən adını bilmədiyi şəxs ondan kim olduğunu, haraya getdiyini soruşdmuşdur. O, həmin şəxsə İranın Tehran şəhərində işlədiyini, lakin onun gördüyü iş müqabilində pulunu vermədiklərini bildirmişdir. Bu səbəbdən Azərbaycana getməyi planlaşdırdığını, lakin hansı yolla, necə gedəcəyini bilmədiyini bildirmişdir. Bu zaman həmin şəxs Əhməd adlı tanışı olduğunu, ona bu işdə kömək edə biləcəyini demişdir. O, həmin şəxslə Əhmədin onam kömək edəcəyi barədə razılaşmış və bir qədər sonra Əhməd adlı həmin şəxs oraya gəlmişdir. O, Əhməd ilə 800 manat pul müqabilində Əhmədin onu İrandan Azərbaycana qanunsuz yolla keçirəcəyi barədə razılaşmışdır. 15 aprel 2025-ci il tarixdə Əhməd adlı şəxs onu İran İslam Respublikasının Xurnarlı rayonu ərazisindən Araz çazyının qayıq vasitəsilə üzərək keçməklə Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbəsi istiqamətində keçməyə kömək etmişdir. Həmin tarixdə saat 20:00-da Araz çayını qayıq vasitəsilə keçdikdən sonra Əhməd adlı şəxs yenidən qayıqla İran İslam Respublikasının ərazisinə qayıtmışdır. O, təxminən 5-6 saat Araz çayının kənarında gözlədikdən sonra Azərbaycan Respublikasının içərilərinə doğru hərəkət etmişdir. Bir qədər getdikdən sonra ərazidə sərhədçilərin olduğunu görmüş, sərhədçilər o hərəkət edən zaman ərazidə olan qamış və kolluqdan səs gəlməsi səbəbindən ərazidə onun olduğundan şübhələndiklərini hiss etmişdir, buna görə də dərhal yerə uzanaraq gizlənmiş, sərhədçilər onun olduğu istiqamətə baxsalar da, hava şəraitinin qaranlıq və yağıntılı olması səbəbindən onu görə bilməmiş və bir qədər öz aralarında söhbət etdikdən sonra yenidən hərəkətlərini davam etmişlər. O, sərhədçilərin ərazidən uzaqlaşdıqlarından tam əmin olduqdan sonra gizləndiyi yerdən çıxaraq yoluna davam etmişdir. Bir qədər hərəkət etdikdən sonra ərazidə yarıtikili evin olduğunu görmüş, hava şəraiti yağıntılı və soyuq olması səbəbindən bir qədər dincəlmək üçün həmin yarıtikilidə gizlənmişdir. Hava işıqlanandan sonra həmin yarıtikilidən çıxaraq uzaqdan müşahidə etdiyi kənd istiqamətində hərəkət etmiş, 16 aprel 2025-ci il tarixdə, saat 09:15 radələrində kəndin yaxınlığında 2 nəfər polis əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün ona yaxınlaşmış, təslim olmaq barədə komanda vermişdir. Bundan sonra o, polisin qanuni əmrinə tabe olmuşdur. Daha sonra o, polis şöbəsinə aparılmış və orada sorğu-sual edildikdən sonra o, sərhədçilərə təhvil verilmişdir. O, məqsədinin Azərbaycan Respublikasına gəldikdən sonra ya Gürcüstana, ya da Türkiyə Respublikasına qanunsuz olaraq keçmək olduğunu, əvvəllər Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz olaraq keçmədiyini bildirmişdir. Həmçinin onu Azərbaycan Respublikasında qarşılayacaq şəxs və ya şəxslər olmayacağını, Əhməd adlı şəxsin 35- 40 yaşlarında, təxminən 180 boyunda, bığsız, saqqalsız, nisbətən dolu bədən quruluşlu bir şəxs olduğunu, lakin onun soyadını, atasının adını və digər anket məlumatlarını bilməmişdir. 2014-cü ildən Əfqanistandan İrana qaçaq yolla keçib 2 il orda yaşamış, ordanda Türkiyəyə qaçaq yolla getmişdir. 2018-ci ildə Əfqanistana qaçaq yolla qayıtmış, Əfqanistanda 1 il qalıb əsgərlik müddətini başa vurduqdan sonra, 2019-cu ildə yenidən qaçaq yolla Türkiyəyə keçmişdir. 2024-cü ildə yenidən Əfqanistana qayıdıb 1 gün qalmış, sonra yenidən İrana qaçaq yolla getmişdir. O, İranda olanda Türkiyəyə getmək istəmiş, ora getmək üçün ondan 5000 ABŞ dolları pul istəmişlər, 800 manat iran vətəndaşına vermiş, onu Azərbaycana qaçaq yolla keçirmişdir. İranın Xudafərin şəhərindən Azərbaycana Araz çayı vasitəsi ilə keçib gəlmişdir. Onu İrandan Azərbaycana keçirən şəxs Azərbaycanın hansı ərazisinə gedəcəyini deməmişdir. Azərbaycana daxil olduğu tarixi xatırlamır. O, Azərbaycana keçəndən 3-4 saat sonra onu tutmuşlar. Onu bir nəfər polis əməkdaşı saxlamış, o, özü könüllü təslim olmuşdur. Sonra onu polis bölməsinə aparmışlar. İstintaqda verdiyi ifadəsini təsdiq edir. İrandan Azərbaycana keçməkdə məqsədi Azərbaycanda yaşamaq istəməsi olmuşdur. O, Türkiyədə, İranda qaynaqçı işləmişdir. Bütün sənədlərini yandırmışdır. Atası və qardaşı Əfqanistandadır, anası isə rəhmətə getmişdir. Ailəsi onun həbsdə olduğunu bilmir. O, Əfqanistandan Türkiyəyə getmiş,Türkiyədən isə Əfqanıstana depor olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, onu ölkəsinə göndərilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixda saat 09:20 radəlarində Zəngilan rayonu Cahangirbəyli kəndi ərazisində, polis serjantı Şahid1 ilə birlikdə avtopatrul xidmatində olarkən bir nəfər namelum şəxsin yolun bir tərəfindən qaçaraq yolun digər tərəfində olan kolluq əraziyə keçdiyini görmüş, həmin şəxsdən şübhələndiyi üçün dərhal onunla birlikdə xidmətdə olan digər polis nəfəri Şahid1 ilə birlikdə həmin şəxsin arxasınca getmişlər. Onlar kolluqda gizlənmiş şəxsdən kolluqdan çıxmasını tələb etmişlər. Bundan sonra həmin şəxs əllərini qaldıraraq onlara doğru yaxınlaşmış, daha sonra həmin şəxsi aidiyyati üzrə Zəngilan rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Sonradan onlara malum olmuşdur ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçən Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Əhmad oğludur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərinde heç bir bağlama və yaxud digər bir şübhəli predmet aşkar etməmişlər. Onlar onu uzaqdan görüb yaxınlaşmış, üst-başı pis gündə olmuşdur.Onları görüb əllərini qaldırmış, onun üzərində peçenya və şokolad olmuşdur. Onlara türk vətəndaşı olması və «Hünər» şirkətdə işəməyə gəlməsini demişdir. Onlarda portal olduğu üçün azərbaycan və türk vətəndaşlarını yoxlaya bilirlər, lakin yoxlayan zaman şəxsin adı portalda çıxmadığı üçün onu şöbəyə aparmışlar. Haşimi özü könüllü təslim etməmiş, onların polis patrul maşınını görən kimi otluğa uzanmış, bir dəqiqə otluqda axtardıqdan sonra onu ordan çıxarmışlar. Haşimi onları görüb gizlənmiş, niyə gizlənməsi ilə bağlı sual verdikdə qorxduğu üçün gizlənməsini bildirmişdir. O, türk dlində danışmış və onlara Azərbaycana işləməyə gəlməsini demişdir. Cinayət işi üzrə digər Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 teleqramla məhkəməyə müraciət edərək, Zəngilanda xidmətdə olduğundan məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:20 radələrində Zəngilan rayonu Cahangirbəyli kəndi azisində, polis serjantı Şahid2 ilə birlikdə avtopatrul xidmətində olarkən 1 nəfər məlum şəxsin yolun bir tərəfindən qaçaraq yolun digər tərəfində olan kolluq əraziyə keçdiyini görmüş, həmin şəxsdən şübhələndiyi üçün dərhal onunla birlikdə xidmətdə olan digər polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə həmin şəxsin arxasınca getmişlər.Kolluqda gizlənmiş, lakin onlar şübhələndikləri şəxsdən kolluqdan çıxmasını tələbetmişlər. Bundan sonra həmin şəxs əllərini qaldıraraq onlara doğru yaxınlaşmış, daha sonra həmin şəxsi aidiyyəti üzrə Zəngilan rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs İran İslam Respublikasından Azəərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçən Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs Əməd oğlunu saxlayan zaman onun üzərində heç bir bağlama və yaxud digər predmet aşkar etəmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin318.1-ci maddsi ilə cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati qyadada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs inzibati qaydada tutulub 24 saat müddətində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 11:15-də şıübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş ititiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(034)-189/2025 nömrəli qərarından görünür ki, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs faktiki tutulduğu andan, yəni, xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi Əməliyyat-sorğu kartotekasında görününür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 aprel 2025-ci il tarixli, 3-13- 119/2-2724/2025 nömrəli məktubundan və həmin tarixli aktdan görünür ki, 16 aprel 2025-ci il tarixdə saat 09:15 radələrində Azərbaycan Respublikasının Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində saxlanılmış, İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, Əfqanıstan İslam Respublikası vətəndaşı Haşimi X6 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Zəngilan rayon Polis şöbəsinin polis nəfəri, polis serjantı Şahid1 16 aprel 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:20 radələrində Zəngilan rayonu Cahangirbəyli kəndi ərazisində, avtopatrul xidmətində olarkən 1 nəfər naməlum şəxsin yolun bir tərəfindən qaçaraq yolun digər tərəfində olan kolluq əraziyə keçdiyini görmüş, həmin şəxsdən şübhələndiyi üçün dərhal onunla birlikdə xidmətdə olan digər polis nəfəri polis serjantı ilə birlikdə həmin şəxsin arxasınca getmişlər. O, kolluqda gizlənmiş, lakin onlar şübhələndikləri şəxsdən kolluqdan çıxmasını tələb etmişlər. Bundan sonra həmin şəxs əllərini qaldıraraq onlara doğru yaxınlaşmış, daha sonra həmin şəxsi aidiyyəti üzrə Zəngilan rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçən Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Zəngilan rayonunun, Mincivan kəndi ərazisində yerləşən 4-cü sərhəd zastavasının 11-ci sahəsidir. Həmin ərazidən Zəngilan rayonunun Mincivan qəsəbəsinə qədər olan məsafə 1200 metr məsafədədir. Əfqanistan İslam Respublikası vətəndaşları Haşimi X6 sərhədini qeyd olunan istiqamətdən qanunsuz olaraq keçdiyi ərazini əli ilə göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək üçün vizası və dövlət sərhədini keçməyə hüquq verən rəsmi sənədləri olmadığından, qanunsuz yolla İran islam Respublikasından Azərbycan Respublikasına gəlmək məqsədi ilə 15 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1-ci sərhəd komendantlığının 4-cü sərhəd zastavasının 11-ci sahəsindən piyada hərəkət edərək İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçib, dövlət sərhəd xəttindən 2200 metr hərəkət etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək 16 aprel 2025-ci il tarixdə saat 09:15 radələrində saxlanılaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində təhvil verilmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi əməldən səmimi olaraq peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzasını çəkib qutardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bundan əlavə, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə istintaq zamanı “Üniversal” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabına Müdafiəçi vəkil işlədiyi “Universal” vəkil bürosunun hesabına 209 (iki yüz doqquz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi, maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il, 2 (iki) ay müddətinə azadlıqan məhrum edilmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Haşimi X3 Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qutardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçim oğlunun vəkil işlədiyi «Üniversal» Vəkil Bürosunun hesabına 209 (iki yüz doqquz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar