Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-10/2025 14.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 14 fevral 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Zərdab rayonu, Məmmədqasımlı kəndi ərazisində yerləşən fərdi sahibkarlıqla məşğul olan Şahid məxsus “Zəfər yolu” adlı marketin qarşısında quraşdırılmış başqa saxlanc yeri hesab olunan "xxxx" MMC-ə məxsus “E-manat” ödəmə terminalının korpusunun üz hissəsini və qapı kilidini özü ilə gətirdiyi dəmir materialdan olan mismarçəkən alətlə sındırmış, kənar şəxsin gəlməsi nəticəsində terminalda olan xeyli miqdarda, yəni 8068 AZN pul vəsaitini gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Ağcabədi rayonu, 1 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi işləmiş və 360 manat maaş almışdır. Sonradan işdən çıxmış və maddi vəziyyəti pisləşmişdir. Maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Haradan oğurluq edəcəyini fikirləşəndə ağlına Zərdab rayonunda yerləşən “Zəfər yolu” adlı market gəlmişdir. Onun yaxınlığında olan çayxanada dəfələrlə çay içdiyindən marketin qarşısında ödəmə terminalı quraşdırldığını və həmin terminala mütəmadi olaraq pul daxil edildiyini görmüş, buna görə də məhz həmin ödəmə teminalındakı pulları oğurlamaq qərarına gəlmişdir. 27 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayonda yerləşən kafelərin birində spirtli içki qəbul edib sərxoş olmuş, Zərdab rayonu istiqamətində hərəkət edən, taksi kimi fəaliyyət göstərən avtomobillərin birinə əyləşərək Zərdab rayonuna gəlmiş və Pərvanlı kəndi yaxınlığında avtomobildən düşmüşdür ki, edəcəyi oğurlqda heç kəs ondan şübhələnməsin. Piyada olaraq gəzə-gəzə Məmmədqasımlı kəndində, üç yol ayrıcındakı “Zəfər yolu” adlı marketin qarşısına gəlmişdir. Gələndə özü ilə tikintidə istifadə edilən dəmir materialdan olan mismarçəkən alət gətirmişdir. Marketin qarşısına çatanda marketin bağlı olduğunu görmüş, ətrafa diqqətlə baxıb onu heç kəsin görmədiyinə tam əmin olandan sonra ödəmə terminalının qarşısına çəkilmiş mavi tendin altından keçib terminala yaxınlaşmış və əlindəki alətlə terminalı sındırmağa çalışmışdır. Təxminən 15 dəqiqə ərzində cəhd etsə də terminalın kilidini sındıra bilməmişdir. Bu vaxt “Opel” markalı bir avtomobil gələrək yaxınlıqda saxlamış və sürücü avtomobildən enərək marketin qarşısına quraşdırılmış bankomata yaxınlaşmışdır. Buna görə də o, qaçıb ordan uzaqlaşmışdır. Sonra da geri qayıtmadan Ağcabədi rayonu istiqamətində gedən avtomobillərin birinə əyləşərək yaşadığı evə getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından etiabarən “Modenis MMC”-nin təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində işləyir. İşlədiyi “Modenis MMC” iaişə obyektləri və marketlərə müqavilə əsasında xalqa xidmət olunması məqsədilə ödəmə terminallarının quraşdırılması və həmin terminallara yığılan vəsaitin daşınması ilə məşquldur. Bu cür ödəmə terminallarından biri də Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən, “Üç yol” adlı ərazidəki “Zəfər yolu” adlı marketə quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində həmin marketdəki ödəmə terminalındakı vəsaitin oğurlanmasına naməlum şəxs tərəfindən cəhd edilməsi və terminalın zədələnməsi barədə şirkətin müştəri xidmətlərinə həmin marketin sahibi Şahid tərəfindən məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfindən həmin terminala Zərdab rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, terminaldan heç bir məbləğdə pul oğurlanmasa da terminalın korpusunun üz hissəsinə 280 manat, qapı kilidinə isə 40 manat olmaqla ümumilikdə 320 manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda şirkətə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Məmmədqasımlı kəndi ərazisində yerləşən “Zəfər yolu” adlı market 2007-ci ildən ona məxsusdur. 4 ilə yaxındır ki, müqavilə əsasında marketə “E-manat” ödəmə terminalı quraşdırılmışdır. Marketi hər gün saat 08 radələrində açıb, 20 radələrində bağlayır. 27 oktyabr 2024-cü il tarixdə adəti üzrə marketi yenə saat 20 radələrində bağlayıb yaşadığı evə getmişdir. Ertəsi gün, yəni 28 oktyabr 2024-cü il tarixdə səhər saatlarında yenə marketi açanda “Emanat” ödəmə terminalının yerdə olduğunu görmüşdür. Dərhal Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib ödəmə terminalının qaynar xəttinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları, ardınca isə Terminalın məxsus olduğu "xxxx" MMC-in əməkdaşları gəlmişdir. "xxxx" MMC-in əməkdaşları tərəfindən ödəmə terminalı açılmış və içərisində 8068 manat pul olduğu müəyyən olunmuşdur. Həmin pullar və terminal əməkdaşların özləri tərəfindən Bakı şəhərinə aparılmışdır. Hadisə nəticəsində marketə heç bir ziyan vurulmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 12:30-də Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi Şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 05 noyabr 2024-ci il tarixli, 18-1-23/2-1226/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nin poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində qeydiyyatda yoxdur. Cinayət işində olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi F.Allahverdiyev tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi F.Allahverdiyev tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 4252 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. Cinayət işində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, ekspert rəyi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələr ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu bir gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-10/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-10/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver