Məhkəmə qərarları › İş №1(035)-11/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-11/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-11/2024 05.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi XN Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, xx.xx.1974-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 05 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayonu, Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs1 tanışı xx.xx.1984-cü il təvəllüdlü Zərdab rayonu, Bıçaqçı kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vahid niyyətlə müxtəlif vaxtlarda Zərdab rayonu, Yuxarı Seyidlər kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına əsasən dəyəri 1150 manat olan köküstə yaş halda diametri 55 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 1600 manat olan köküstə yaş halda diametri 64 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 2100 manat olan köküstə yaş halda diametri 74 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 2550 manat olan köküstə yaş halda diametri 83 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 3200 manat olan köküstə yaş halda diametri 96 sm-lik 01(bir) ədəd qovaq cinsli, ümumilikdə külli miqdar hesab olunan 10600 manat dəyərində köküstə yaş halda 05(beş) ədəd qovaq ağaclarını kök boğaz hissədən qanunsuz kəsərək külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı xx.xx.1974-cü il təvəllüdlü Zərdab rayonu, Bıçaqçı kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vahid niyyətlə müxtəlif vaxtlarda Zərdab rayonu, Yuxarı Seyidlər kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində meşə fonduna daxil olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına əsasən dəyəri 1150 manat olan köküstə yaş halda diametri 55 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 1600 manat olan köküstə yaş halda diametri 64 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 2100 manat olan köküstə yaş halda diametri 74 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 2550 manat olan köküstə yaş halda diametri 83 sm-lik 01(bir) ədəd qovaq cinsli, dəyəri 3200 manat olan köküstə yaş halda diametri 96 sm-lik 01(bir) ədəd qovaq cinsli, ümumilikdə külli miqdar hesab olunan 10600 manat dəyərində köküstə yaş halda 05(beş) ədəd qovaq ağaclarını kök boğaz hissədən qanunsuz kəsərək külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Fərdi əməklə məşğul olduğuna baxmayaraq dolanışığını tam təmin edə bilmir. Zərdab rayonu, Sileyli və Yuxarı Seyidlər kənd ərazisində olan boş torpaq sahəsinin yanından keçərkən orada bir neçə əbrişim kimi tanıdığı, sonradan əsl adının qovaq olduğunu bildiyi ağacların olduğunu görmüşdür. Maddi təminatı zəif olduğundan həmin ağacları kəsib odun formasında satmaq qərarına gəlmişdir. Lakin ağaclar həm böyük olduğuna görə onları tək kəsməyi mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Aralarında dostluq və tanışlıq münasibəti vardır. Əvvələr fərdi təsərrüfatda daima birlikdə işləmişlər. Ramizə bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Ramiz onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə gördüyü, çoxlu sayda qovaq ağacları olan səhəyə getmişlər. Ramizlə birlikdə orada olan ağacları kəsməyə başlamışlar. Kəsdikləri ağacların əksəriyyəti quru və yanmış olmuşdur. Dostları vasitəsilə ağacların daşınması üçün yük maşını, Kamaz tapmışdır. Sürücüyə Sileyli kəndi yazısı olan plakatın yanına gəlməsini demişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yük maşını sürücüsü onunla əlaqə saxlayaraq Bıçaqçı kəndinin ala qapısına çatdığını bildirmişdir. O, həmin şəxsə bir kənarda dayanıb gözləməsini, səhər gəlib doğranmış ağacları yığacağını bildirmişdir. Doğranmış ağaclar çox olduğundan onları yükləmək həmkəndliləri Vüsal və İbrahimi fəhlə qismində dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ramiz və həmkəndliləri Vüsal və İbrahim ilə həmin ağacları, yəni kəsib doğradıqları ağacları yığmaq üçün həmin əraziyə gəlmişlər. Həmin əraziyə gələn zaman Zərdab rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq qanunsuz ağac kəsməklə məşğul olduqlarını bildirmişlər. Daha sonra isə iştirakları ilə videoçəkilşlə həmin yerə baxış keçirilmiş, ağacların diametri ölçülmüşdür. Vurduğu ziyanın müəyyən qismini ödəmişdir, tam ödəmək üçün maddi imkanı yoxdur. Hazırda etdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisi və yaxın dostu olaraq tanıyır. Əvvəllər təsərrüfat işlərində birlikdə işləmişlər. xx.xx.2023-cü il tarixdə Şəmistan ağac kəsmək üçün ona kömək lazım olduğunu bildirmişdir. Belə ki, Şəmistan ona Yuxarı Seyidlər və Sileyli kəndi arasında, kanalın yanında boş torpaq sahəsində əbrişim, yəni qovaq ağacları olduğunu, onları kəsməkdə ona köməklik etməsini bildirmişdir. O, Şəmistanla razılaşaraq xx.xx.2023-cü il tarixdən başlayaraq orada olan ağacları kəsməyə başlamışlar. Sonradan Zərdab rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq qanunsuz ağac kəsməklə məşğul olduqlarını bildirmişlər. Daha sonra isə iştirakları ilə videoçəkilişlə həmin yerə baxış keçirilmiş, ağacların diametri ölçülmüşdür. Vurduğu ziyanın müəyyən qismini ödəmişdir, tam ödəmək üçün maddi imkanı yoxdur. Hazırda etdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməlin törədilməsində təqsirləri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində X7 nəzarət və ekoloji monitorinq sektorunun müdir əvəzi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə idarəyə Zərdab rayon X14 rayonu, Yuxarı Seyidlər və Sileyli kəndləri ərazisində 06 ədəd köküstə ağacın qanunsuz kəsilməsi barədə məlumat daxil olmuşdur. Həmçinin, Zərdab RPŞ-dən daxil olmuş müraciətdə Zərdab rayonu, Sileyli kəndi ərzisində 06 ədəd müxtəlif diametrli ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın, kəsilmiş ağacların konkret növünün və ölçülərinin müəyyən olunması məqsədilə mütəxəssis təyin edilməsi göstərilmişdir. Müraciət əsasında dərhal xx.xx.2023-cü il tarixdə, 8 saylı Regional Ekoloji və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin istifadəsinin tənzimlənməsinin və Ekoloji Maarifləndirmə sektorunun müdiri əvəzi X10, sektorun məsləhətçi-müfəttişi X3 və onun tərəfindən qeyd edilən əraziyə gedərək baxış keçirmişdir. Keçirilmiş baxış zamanı Zərdab rayonu, Yuxarı Seyidlər kəndi ərazisindəki torpaq sahəsində meşə fonduna daxil olmayan dəyəri 1150 manat olan köküstə yaş halda diametri 55 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 1600 manat olan köküstə yaş halda diametri 64 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 2100 manat olan köküstə yaş halda diametri 74 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 2550 manat olan köküstə yaş halda diametri 83 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 3200 manat olan köküstə yaş halda diametri 96 sm bir ədəd qovaq cinsli ağacı olmalqa ümumilikdə 05 ədəd qovaq ağacının qanunsuz kəsilməsi müyyən edilmişdir. Bu səbəblə qeyd olunanlar aktlaşdırılaraq fotoşəkillər çəkilmişdir. Həmçinin, ümumilikdə 06 ədəd qovaq ağacının kəsilmiş olsa da, məsuliyyət və zərər köküstə yaş halda olan ümumilikdə 05 ədəd ağaca görə müəyyən edilmişdir. Belə ki, həmin ağacların kəsilməsi nəticəsində 10600 (on min altı yüz) manat ziyanlıq dəymişdir. Həmçinin, sonradan müəyyən edilmişdir ki, həmin ağacları kəsən şəxslər Zərdab rayon Bıçaqçı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Odur ki, təbiətə dəymiş ziyanlığın ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16-17 radələri arasında həmkəndlisi Şəmistan ona zəng edərək şorlama döşündə ağac kəsildiyini, sabah səhər saatlarında gəlib onu fəhlə kimi avtomobilə yığmağa kömək etməyini istəmişdir. O, Şəmistanla həmin ağacları yığmağı razılaşmışdır. Bundan sonra səhəri gün xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində, o həmkəndliləri Şəmistan, İbrahim və Ramizlə birlikdə ağacların kəsilib doğrandığı yerə getmişlər. Həmin yerə çatdıqda bir neçə ağacın kəsildiyini və çoxlu sayda kötüklər olduğunu görmüşdür. Lakin konkret olaraq neçə ağac kəsilməsini bilməmişdir. Onlar orada olan zaman polis əməkdaşları gələrək onları Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, İmamlı kəndində daimi qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Özünə məxsus “Kamaz 532N” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həm Qəbələ rayon ərazisində, həm də digər rayonlarda olduqca müxtəlif növ yüklər daşımaqla sürücülük fəaliyyəti ilə məşğul olur. Bununla ailəsini dolandırır. Qəbələ rayonunda yaşayan İlqar adlı şəxsi 3 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, İlqar onun vasitəsi ilə başqa rayonlardan həyətyanı sahədən ağaclar daşıtdırmışdır. xx.xx.2023-cü il tarixdə İlqar ona zəng edərək Zərdab rayonunda yük olduğunu, onu götürməyini xahiş etmişdir. Bu səbəblə razılaşmışdır. Həmçinin, o, hər zaman həyətyanı torpaq sahəsindən kəsilən ağacları daşımağa razılaşmışdır. xx.xx.2023-cü il tarixdə tanımadığı nömrədən zəng gəlmişdir. Zəngi açdıqda şəxs özünün Zərdab rayonundan Şəmistan adlı şəxs olduğunu bildirmişdir. Ona “İlqarın yükü var, gəlib səhər götürərsən” demişdir. O, da Şəmistana səhəri gün gələcəyini bildirmişdir. O, yorğun olmamaq üçün həmin axşam Zərdab rayonu, Bıçaqçı kənd ərazisinə gəlmişdir. Axşam idarə etdiyi yük maşınında yatmışdır. Səhəri gün saat 06 radələrində Şəmistanla zənglə xəbərləşərək bildirdiyi əraziyə getmişdir. Lakin, o, həmin ərazinin həyət deyil, sahəlik ərazi olduğunu görmüşdür. Həm bu səbəbdən, həm də nəqliyyat vasitəsinin ora girməsinin çətinliyinə görə, o, ağacları daşımaqdan imtina etmişdir. Bu səbəblə oradan çıxmaq qərarına gəlmişdir. Lakin, həmin vaxt tanımadığı mülki geyimli şəxslər ona və orada olan şəxslərə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onları Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs, 8 saylı Regional Ekoloji və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin istifadəsinin tənzimlənməsinin və ekoloji marifləndirmə sektorunun müdiri əvəzi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi idarəyə Zərdab rayon X14 rayonu, Yuxarı Seyidlər və Sileyli kəndləri ərazisində 06 köküstə ağacın qanunsuz kəsilməsi məlumatı daxil olmuşdur. Bundan əlavə Zərdab polisindən daxil olmuş müraciətdə Zərdab rayonu, Sileyli kəndi ərzisində 06 ədəd müxtəlif diametrli ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın, kəsilmiş ağacların konkret növünün və ölçülərinin müəyyən olunması məqsədilə mütəxəssis təyin edilməsi xahiş edilmişdir. Müraciətə müvafiq olaraq dərhal xx.xx.2023-cü il tarixdə o, 8 saylı Regional Ekoloji və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçi-müfəttişi Şahid5 və Zərərçəkmiş şəxs, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində X7 nəzarət və ekoloji monitorinq sektorunun müdir əvəzi Nümayəndə1 qeyd edilən əraziyə baxış keşirilməsi üçün təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yuxarıda qeyd etdiyi şəxslərin işitakı ilə 06 ədəd gövdə-boğaz hissədən kəsilmiş ağaclara baxış keçirmişdir. Baxış zamanı Zərdab rayonu, Yuxarı Seyidlər və kəndi ərazisindəki torpaq sahəsində meşə fonduna daxil olmayan dəyəri 1150 manat olan köküstə yaş halda diametri 55 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 1600 manat olan köküstə yaş halda diametri 64 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 2100 manat olan köküstə yaş halda diametri 74 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 2550 manat olan köküstə yaş halda diametri 83 sm bir ədəd qovaq cinsli ağacı, dəyəri 3200 manat olan köküstə yaş halda diametri 96 sm bir ədəd qovaq cinsli ağacı olmaqla ümumilikdə 05 ədəd qovaq ağacının qanunsuz kəsilməsi müyyən edilmişdir. Həmin ərazidə olan 01 ədəd ağac isə əvvəlcədən yanıb quruduqdan sonra doğranmışdır. Bu səbəblə qeyd olunanlar aktlaşdırılaraq fotoşəkillər çəkilmişdir. Həmçinin, ümumilikdə 06 ədəd qovaq ağacının kəsilmiş olsa da, 01 ədəd ağac məsuliyyət və zərər köküstə yaş halda olan ümumilikdə 05 ədəd ağaca görə müəyyən edilmişdir. Həmin ağacların kəsilməsi nəticəsində 10600 (on min altı yüz) manat ziyanlıq dəymişdir. Qiymətləndirmə cədvəli Şahid5 tərəfindən tərtib edilmişdir. Həmçinin, sonradan həmin ağacları kəsən şəxslərin Zərdab rayon Bıçaqçı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu müəyyən edimişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT və ona əlavə edilmiş “Hesablama Cədvəli”ndən görünür ki, Zərdab rayonu, Bıçaqçı bələdiyyəsinin inzibati ərazisində köküstə yaş halda olan 05 ədəd qovaq cinsli müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 10600 manat müəyyən edilir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Qurbanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 115 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda Zərdab rayonu Bıçaqçı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 06 ədəd qovaq ağacını kəsdiyi ərazi Zərdab rayonu Yuxarı Seyidlər kənd bələdiyyəsinə aid torpaq sahəsi mülkiyyətinə aiddir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 135 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X11 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 144 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, , Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Kapital Bank ASC-ə məxsus ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, cəmi 2150 manat pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Cinayət işində olan Kapital Bank ASC-ə məxsus ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə isə 100 mant, cəmi 3100 manat pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işində olan Zərdab RMX-dan alınmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-79/2- 119/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işində olan Zərdab RMX-dan alınmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-79/2- N0/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Qarnizonu Hərbi tribunalının xx.xx.1996-cı il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 241ci maddəsinin B bəndinə və 243-cü maddəsinə əsasən (döyüş şəraitində hərbi hissəni özbaşına tərk etmə) N il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranədək tərxirə salınmışdır. Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-cı il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243 maddəsinə əsasən (oğurluq) 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranədək tərxirə salınmışdır. Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243 maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Aəzrbaycan Respublikası CM-nin 333.6-cı maddəsinə tövsif edilərək cəzası 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 119 saylı ƏFV fərmanına əsasən cəzadan azad olunmuşdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(035)- 17/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, saat 14:30-da məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(035)- 18/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, 15:30-da məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş ağac kötükləri və cinayət aləti “Tamakota” markalı daxili yanma mühərrikli mişar maddi sübut kimi tanınmışdır. Hazırki iş üzrə məhkəmə çıxışları zamanı dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 259.2.4-cü maddəsinin xaric edilməsini və onların barəsində CM-nin 259.3-cü maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(035)-11/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin xaric edilməsi ilə bağlı Dövlət ittihamçısı imtinasının qəbul edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəanın ümumi ittihamdan xaric edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmələri, yəni onların hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilirlər. Törətdikləri əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir qismini ödəmişlər və qalan ziyanı da ödəyəcəklərini öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin şəxsiyyəti (zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəmələri, yaşayış yerində müsbət xarakterizə olunmalarını, əməllərindən səmimi peşman olmalarını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 təbiətə vurduğu ziyanı qismən ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Zərdab rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Zərdab rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Zərdab rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 təbiətə vurduğu ziyanı qismən ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Zərdab rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Zərdab rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Zərdab rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut kimi tanınmış ağac hissələri yararsız olduğundan məhv edilməli, 01 ədəd daxili yanma mühərrikli mişar Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə edilməlidir. Zərərçəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respubikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Zərdab rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Zərdab rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış ağac hissələri yararsız olduğundan məhv edilsin, 01 ədəd daxili yanma mühərrikli mişar Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə edilsin. Zərərçəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar