Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-11/2025 14.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Zərdab rayonunun Qoşaoba kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərdab rayon sakini X3 məxsus, Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən maldarlıq fermasında çoban işləyən tanışı Zərərçəkmiş şəxs həmin fermadakı yaşadığı tikilidə sonuncuya məxsus olan və yatdığı döşəyin altında gizlətdiyi 1200 (bir min iki yüz) manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olmasına baxmayaraq Zərdab rayonunun Qoşaoba kəndində X4 məxsus fərdi təsərrüfatda işləməklə həmin kənddə yaşayır. hal-hazırda respublikanın müxtəlif rayonlarda çoban işləməklə qazanc əldə edib dolanışığını edir. Masallı rayonu Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs Müseyib oğlunu təxminən bir ildir ki, tanıyır. Belə ki, təxminən bir il qabaq Zərdab rayonunun Qoşaoba kəndi ərazisində Kəlbəcər rayon sakini Kamil Abdullayevə məxsus fermada çoban işləyən zaman Zərərçəkmiş şəxs də Kamil Abdullayevin qardaşı Qafil Abdullayevə məxsus olan, qonşuluqda yerləşən fermada çoban işləmişdir və Zərərçəkmiş şəxslə birlikdə sonuncunun fermada yaşadığı evdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə Cəbrayılın yatdığı yerdə döşəyinin altına pul qoyduğunu görmüş və həmin pulu oğurlamaq qərarına gəlmişdir. Saat təxminən 23 radələrində Cəbrayılın yatmasından istifadə edərək pulu rahatlıqla oğurlaya biləcəyini fikirləşmiş və yatdığı döşəyin altından həmin pulu götürmüşdür. Həmin gecəni Cəbrayılın evində yatıb, səhər saat 08 radələrində yuxudan durub Zərdab rayonundan Göyçay rayonuna qardaşı Novruzun yanına getmişdir. Qardaşı ilə görüşdükdən 3-4 saat sonra Göyçaydan birbaşa Bakı şəhərinə Günəşli qəsəbəsinə getmişdir. Orada bir günü 15 manata olan kirayə ev tapıb 3 gün orada qalmış və oğurladığı pulu xərcləmişdir. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Masallı rayon Yeyənkənd kəndində qeydiyyatda olsa da, təxminən 1 ilə yaxındır ki, Zərdab rayonu Qoşaoba kəndi ərazisində Qafil Abdullayevə məxsus fermada çobanlıq edir və həmin fermada olan evdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Yalçın qonşu fermada çaban işləyir və onunla birlikdə fermada yerləşən evdə yaşayır. 19 noyabr 2024-cü il tarixdə nahardan sonra qoyun otarmaqdan qayıdanda Yalçın da onunla birlikdə yaşadığı evə gəlmişdir. Saat 22 radələrində yatmaq üçün döşəkləri yerə sərəndə cibindəki olan 1200 manat pulu çıxardıb yatdığı döşəyin altına qoymuşdur. Ertəsi gün yəni 19 noyabr 2024-cü il tarixdə saat 07 radələrində yuxudan durub heyvanları otarmağa apararkən Yalçın hələ evdə yatmışdır. Günorta saatlarında yaşadığı evə qayıdanda döşəyin altından pulu götürmək istəyəndə pulun yerində olmadığını görmüşdür. Sonra evin içində hər yeri axtarsa da pulu tapa bilməmiş və götürüb-götürmədiyini soruşmaq üçün Yalçına zəng edəndə telefonunun sönülü olduğunu görmüş və pulu onun götürdüyünə əmin olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Davıdov X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 1 (bir) il sınaq müddəti tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cinayət işində olan Ağcəbədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(017)- 168/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 1 (bir) il sınaq müddəti tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 11:30-da Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Sincan kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Oğuz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olan 20 dekabr 2024-ci il tarixli, 18-1-64/2-1508/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz RMX-nin poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində qeydiyyatda yoxdur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Qoşaoba kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi T.Feyzullayev tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli, 14 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonunun Sincan kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Zərdab rayonu Qoşaoba kəndində X4 məxsus fərdi təsərrüfatda işləməklə yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli, 1799/2015-31-6-006 saylı məktubdan görünür ki, Ağcabədi rayon Məhkəməsinin 1(017)-168/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə şərti sınaq müddəti ilə olan cəza xx.xx.2022-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-11/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-11/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver