Məhkəmə qərarları › İş №1(035)-13/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-13/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-13/2024 19.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin ortalarında Zərdab rayon sakini Zərərçəkmiş şəxs ilə sonuncunun qaynı X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 17 sot torpaq sahəsindən bir hissəsinin ona məhkəmə yolu ilə ayrılması müqabilində hüquqi yardım göstərilməsi üçün şifahi qaydada razılaşaraq 600 manat pulunu almış, 03 fevral 2023-cü il tarixdə isə yaşadığı ünvan 1 ünvanında yerləşən evində özünə məxsus “Lenova” markalı kompüterdə internet saytından “QR” kod yükləyərək Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadə adından X5 məxsus Zərdab şəhəri, Z.Bəkirov küçəsi, ev 7 də yerləşən 17 sot torpaq sahəsindən 7 sot torpaq sahəsinin Zərərçəkmiş şəxs verilməsi məzmunlu 2(103)-1165/2022 saylı, 03 fevral 2023-cü il tarixli saxta icra vərəqəsi tərtib etməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq Zərərçəkmiş şəxs qohumu Şahid1 vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. X6 Hüquq fakultəsinin əyani şöbəsini bitirmişdir. 2022-ci ilin aprel-dekabr aylarında vəkil köməkçisi işləmiş (vəkil Adəm Məmmədov), vəkil köməkçisi olmağı tam rəsmi qaydada olmuş, hətta vəkil köməkçisi olmağını sübut edən əmək müqaviləsi və xidməti vəsiqəsi də olmuşdur. Lakin, əmək müqaviləsinə xitam verildiyi üçün xidməti vəsiqəsini qaytarmışdır. Buna baxmayaraq, o, 2022-ci il iyul ayında hüquqi şəxs kimi rəsmi qaydada “X15” MMC yaradaraq vətəndaşlara hüquq xidməti göstərmişdir. Vəkillər Kollegiyasının üzvü deyildir. Lakin, 2022-ci ilin dekabr ayının sonlarında “X15”MMC-nin fəaliyyətin dondurulması barədə vergi xidmətinə müraciət etmişdir. Hazırda qeyd edilən “X15” MMC fəaliyyət göstərmir. Zərdab rayon sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs tanımağına səbəb isə onun torpaq bölgüsü ilə bağlı məhkəmə işinin həll olunması olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs özü qayını X10 rayon məhkəməsinə vermiş və həmin evdən yaşama hüququ almışdır. O, həmin məhkəmə prosesində iştirak etməmişdir. Lakin, sonradan cavabdeh Tənzil Abdullayev apellyasiya şikayəti verərkən, Zərərçəkmiş şəxs xahişi ilə Şəki Apellyasiya Məhkəməsində iştirak etməsə də, Səriyyə Abduallayevanın adından etiraz məktublarının yazılmağında köməklik etmişdir. X9 apellyasiya şikayəti təmin edilməmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs xahişi ilə ümumilikdə 600 manat xidmət haqqı pulu almışdır. Belə ki, Zərərçəkmiş şəxs yaşadığı həyətyanı sahəsinin bölünərək ona torpaq payının verilməsinə məhkəmə yolu ilə nail olacaqdır. O, bu razılaşmadan sonra öz fəaliyyətinə başlamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs kürəkəni Şahid1la tanış olmuşdur. Şahid1 da problemləri olduğundan digər məsələlər ilə bağlı hüquqi yardım göstərilməsinə dair razılaşmış və bunun müqabilində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlılıq müddəti olan rəsmi müqavilə bağlamışlar. O, Şahid1 rəsmi qaydada ümumilikdə 3000 manat xidmət haqqı pulu almışdır. Belə ki, müqavilədə 5500 manat göstərilsə də, iş yekunlaşana qədər 3000, yekunlaşdıqdan sonra isə 2500 manat pul verməli idi. O, müqavilə əsasında işi yekunlaşdırıb tam xidmət göstərdikdən sonra dölət vergisi ödəyəcəkdir. Lakin, bu istiqamətdə müvafiq qaydada hüquq mühafizə orqanlarında müraciətlər etsə də, müqavilənin müddəti bitdiyindən Şahid1 öz işinin həll olunmasını tələb etmişdir. Həmçinin, Şahid1 Zərərçəkmiş şəxs da işinin həll olunmasını tələb etmişdir. Buna görə də, o, nə edəcəyini bilməmişdir. Çıxılmaz vəziyyətdə qaldığından Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadənin adından İcra vərəqəsi hazırlamışdır. Həmin İcra vərəqəsinə özündən tarix və iş nömrəsi qeyd etmişdir. İnternet vasitəsi ilə axtarıb QR kod tapıb həmin icra vərəqəsinə əlavə etmişdir. O, hakim Fəxri Hacızadəni tanımır. Sadəcə olaraq onun adını belə bir hakim olduğu üçün eşitmişdir. İcra vərəqəsinin mətnində isə Tənzil Abdullayevin 17 sot torpaq sahəsindən 7 sot torpaq sahəsinin ayrılaraq Zərərçəkmiş şəxs verilməsini qeyd etmişdir. Həmin sənədi də xx.xx.2023-cü il tarixdə Zərdab rayonunda yerləşən yaşadığı evdə özünə məxsus “lenovo” markalı kompyuterdə hazırlamış, sonradan isə məlumatları kompyuterdən silmişdir. Həmin tarixdə Zərdab şəhərində yerləşən “Həsir” adlanan kafedə Şahid1 verərək qanuni sənəd olmasını bildirmişdir. Lakin, həmin sənədi ona təqdim etdikdən sonra tutduğu əməldən peşman olmuşdur. 2023-ci ilin mart ayında Şahid1 həmin icra vərəqəsinin saxta olmasını bildirərək, Zərərçəkmiş şəxs aldığı 600 manatı, Şahid1 aldığı 3000 manat pulu yaşadığı evdə tam şəkildə sonuncuya qaytarmışdır. O, bundan sonra həmin icra vərəqəsini geri istədikdə Şahid1 həmin sənədi Şəki İnzibati Məhkəməsinə göndərməsini bildirmişdir. Hazırda səhfini başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də məhkəmədə tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşamışdır. Bir qızı Bakı şəhərində, digər qızı isə Zərdab şəhərində yaşayır. Ona görə də, o müalicəsi ilə bağlı tez-tez Bakı şəhərinə gedib-gəlir. Hazırda isə ünvan 6 ünvanında qızının evində yaşayır. Pasport qeydiyyatında olduğu ünvan 7 ünvanında yerləşən evə 1971-ci ildən gəlin köçmüşdür. Həmin vaxtdan etibarən orada yaşamışdır. Həmin evdə qayınatası, qayınanası və X7 yaşamışdır. Ərinin digər qardaş və bacıları isə müxtəlif yerlərdə yaşayırlar. Həmin evdə qayını Tənzil də öz ailəsi ilə yaşamışdır. 2021-ci ilin sonlarında Bakı şəhərində uzun müddətli müalicədə olunarkən qayını Tənzil tərəfindən ona aid olan evin söküldüyünü bilmişdir. O, Tənzillə əlaqə saxlayıb evini niyə sökdüyünü soruşduqda Tənzil onun ünvanına nəlayıq ifadələr işlətməklə bu həyətdən ona nə ev, nə də ki, torpaq sahəsinin düşmədiyini bildirmişdir. O, bundan sonra şikayətlər etmiş və torpaq sahəsini almaq üçün Zərdab rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 13 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ona hazırda Tənzilin yaşadığı evdən bir otaq ayrılaraq yaşama hüququ verilmişdir. Tənzil qəbul olunmuş qətnamə ilə razılaşmamış və Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Lakin apellyasiya məhkəməsi Tənzilin şikayətini təmin etməyərək Zərdab rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Onun məhkəmədən tələbi həmin həyətdən torpaq sahəsinin ayrılması olsa da, ona yaşama hüququ verilmişdir. Ona görə də, o, yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə də, köhnə iş yoldaşının vasitəsi ilə 2022-ci ilin ortalarında ümumi olaraq tanıdığı Təqsirləndirilən şəxs ilə hüquqlarının məhkəmədə müdafiə olunması barədə müqavilə bağlayaraq onunla 600 manata razılaşmış və həmin pulu ona vermişdir. Lakin aralarında bağlanmış müqaviləni götürməmişdir. O, Süleymana inanaraq razılaşmışdır. Həmin ilin sonlarında isə kürəkəni Şahid1 özünün digər işi ilə bağlı Süleymanla öz hüquqlarını məhkəmədə müdafiə etməsi üçün müqavilə bağlamışlar. Süleyman özünü onlara vəkil köməkçisi kimi təqdim edərək bu barədə, hatta öz vəsiqəsini də təqdim etmişdir. Süleyman ona təxminən 1 və ya 2 aya bu məsələni həll edəcəyini, yəni ona düşən torpaq payını məhkəmə yolu ilə alıb verəcəyini bildirmişdir. Lakin, Süleymanın dediyi müddət keçmiş və sonradan o 2023-cü ilin fevral ayında Zərdab rayonunda kürəkəni Xaləddinlə görüşüb ona Şəki İnzibati Məhkəməsinin adından tərtib olunmuş icra vərəqəsini vermişdir. Həmin icra vərəqəsində isə ona 7 sot torpaq sahəsnin ayrılması göstərilmişdir. Kürəkəni Şahid1 həmin icra vərəqəsinin it-bat olmaması səbəbi ilə bir-neçə nüsxəsini çıxartmış və bir nüsxəsini ona vermişdir. O da həmin nüsxələrdən birini qohumu Namiqə yoxlaması üçün vermişdir. 2023-cü ilin mart ayında onlara həmin icra vərəqəsinin saxta olması məlum olmuşdur. O, Şəki İnzibati Məhkəməsinə proseslərə getməmiş və müraciət etməmişdir. Həmin sənədi Süleyman hansı qaydada, şəraitdə və hansı yollarla alması barədə özündə hər hansı bir məlumat yoxdur. Onlar həmin sənədin saxta olmasını müəyyənləşdirdikdən sonra Süleyman ona verdiyi 600 manat pulu və kürəkəni Xaləddinin öz işi üçün verdiyi 3000 manat pulu kürəkəninə qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 8 ünvanda yaşayan qayınanası Zərərçəkmiş şəxs evi qayını Tənzil tərəfindən sökülmüş və dəfələrlə təhqir edilmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən torpaq payı almaq üçün Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 13 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən hazırda Tənzilin yaşadığı evdən bir otaq ayrılaraq ona yaşama hüququ verilmişdir. Tənzil qəbul olunmuş qətnamə ilə razılaşmadığı üçün Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş, lakin Apelyasiya məhkəməsi onun şikayətini təmin etməyərək Zərdab Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Zərərçəkmiş şəxs isə xəstəliyi ilə əlaqədar hazırda onun evində yaşayır və müalicə alır. Zərərçəkmiş şəxs “Hepotit C” xəstəliyi vardır. Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar tez-tez Bakı şəhərinə gedib-gəlir. 2022-ci ilin ortalarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə hüquqlarının məhkəmədə müdafiə olunması barədə müqavilə bağlayaraq 600 manata razılaşmış və həmin pulu ona vermişdir. Lakin aralarında bağlanmış müqaviləni götürməmişdir. Süleymanın verdiyi sözə görə Tənzildən məhkəmə yolu ilə 7 sot torpaq sahəsini alıb ona verəcəkdir. Həmin ilin sonlarında isə o, öz işi ilə bağlı Süleymanla görüşmüşdür. Ona 42.000 manat borclu olan şəxsdən pulu alıb qaytarılmasını təmin edə biləcəyini soruşduqda, Süleyman ona bu asan məsələdi demişdir. Həmin vaxt Süleymanla pulunun alınıb qaytarılmasında köməklik etməsi üçün 5500 manat dəyərində müqavilə bağlamışdır. Həmin 5500 manat puldan da ilkin olaraq Süleymana 3000 manat pul vermişdir. Süleyman özünű vəkil köməkçisi kimi təqdim edərək bu barədə vəsiqə də təqdim edib göstərmişdir. O, Süleymandan həm öz məsələsini, həm də qayınanasının məsələsini həll etməyi tələb etdikdə 2023-cü lin fevral ayında Zərdab rayonunda ona Şəki İnzibati Məhkəməsinin adından tərtib olunmuş icra vərəqəsini vermişdir. Həmin icra vərəqəsində isə qayınanasına 7 sot torpaq sahəsinin ayrılması göstərilmişdir. O, həmin icra vərəqəsinin sonrakı proseslərdə it-bat olmaması üçün çoxlu sayda nüsxəsini çıxartdırmışdır. 1 nüsxəsini qayınanası Səriyyəyə vermişdir. Səriyyə də dəqiq bilmədiyi tarixdə yoxlaması üçün qohumu Namiqə vermişdir. 2023-cü ilin mart ayında onlara həmin icra vərəqəsinin saxta olması məlum olmuşdur. X13 Məhkəməsinə proseslərə getməmiş və müraciət etməmişdir. Həmin sənədi Süleyman hansı qaydada, şəraitdə və hansı yollarla alması barədə onda hər hansı bir məlumat yoxdur. Onlar həmin sənədin saxta olmasını müəyyənləşdirdikdən sonra Süleyman qayınanasının ona verdiyi 600 manat pulu və özünün öz iși üçün verdiyi 3000 manat pulu qaytarmışdır. Cinayət işində olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1302 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş 3 fevral 2012-ci il tarixli İcra vərəqəsinin surətindəki “QR” kod sənədə montaj edilərək hazırlanması ehtimal olunur. Cinayət işində olan Şəki İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(103)- 1165/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, X2 Zərdab şəhəri, Z.Bəkirov küçəsi, ev 7-də yerləşən 17 sot torpaq sahəsindən 7 sot torpaq sahəsinin ayrılaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(035)- 162/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs X3 yaşadığı Zərdab şəhəri, Z.Bəkirov küçəsi, ev 7 ünvanında yerləşən evə köçürülməsi, evin girişdən solda yerləşən birinci yaşayış otağı iddiaçının, digər iki yaşayış otaqları cavabdehin istifadəsində, köməkçi tikililər (mətbəx, hamam, tualet) tərəflərin ümumi istifadəsində saxlanılmaqla istifadə qaydası müəyyən edilməsi qət edilmişdir. Cinayət işində olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1165/2022 saylı qərardadından görünür ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-162/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2023 saylı arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan vəkil köməkçisi vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə vəkil köməkçisi vəsiqəsi verilmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi yuxarıda sadalanan ifadələr, ekspert rəyi və digər yazılı sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsi şəxsiyyətinə ağır olar. Ona görə məhkəmə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar