Məhkəmə qərarları › İş №1(035)-13/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-13/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-13/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs inam və etimadını qazanaraq övladı Şahid1 və qohumu Şahid2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) mühafizəçi işinə təyin etdirəcəyinə inandırmaqla 2024-cü ilin iyul-avqust aylarında xeyli miqdarda, yəni ümumilikdə 9500 AZN (doqquz min beş yüz) pul vəsaitini Zərdab rayonundan özünə məxsus bank kartına köçürtməklə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə hal-hazırda Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Nərimanov rayonu, X2 Şəbəkəsində Dispetçer işləyir. 2023-cü ilin noyabr ayında qızının toyu olmuş, qohum əqrəbası mebeli və cehizləri Zərdab şəhər sakini Pərvanə adlı şəxsin dükanından götürməyini məsləhət görmüşlər. O, Pərvanəni əvvəllər tanımamışdır. Onun dükanından mebel alanda pulunu tam ödəyə bilməmiş, Pərvanəyə qalan pulu sonra verə biləcəyini demişdir. Həmin vaxtdan sonra Pərvanə ilə aradabir telefon vasitəsi ilə danışmışdır. Həmin ərəfələrdə maddi vəziyyəti çox pis olmuşdur. Pərvanə ilə telefonla danışarkən Pərvanə ona öz oğlunu və bacısı oğlunu işə düzəltmək istədiyini demişdir. Ona bu işlə maraqlanacağına söz vermişdir. Maddi vəziyyəti yaxşı olmadığından belə qərara gəlmişdir ki, ondan işə düzəltmək üçün pulu alıb öz maddi ehtiyaclarını ödəsin. Buna görə də Pərvanəyə uşaqların hər ikisinin işə düzəlməsi üçün 9500 manat lazım olduğunu demişdir. Pərvanə onunla razılaşandan sonra iki ay ərzində yəni 2024-cü ilin iyul-avqust aylarında, başqa-başqa vaxtlarda və müxtəlif məbləğlərdə ümumilikdə 9500 manat pulu öz kart hesabına göndərtməklə Pərvanədən almışdır. Pərvanə həmin 9500 manat pulu Zərdab rayonundan onun kart hesabına göndərmişdir. Həmin pulları alması ilə bağlı onda hazırda heç bir qəbz yoxdur. Hətda inandırıcı olsun deyə Pərvanədən həmin uşaqlara adi bəzi sənədləri də istəmişdir. Sonradan Pərvanə pulunu istəyəndə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Pərvanədən aldığı 9500 manat pulu heç kimə verməmiş, öz ehtiyaclarına xərcləmişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından tanıyır. Belə ki, Zərdab rayonu ərazisində özünə məxsus mebel sexi vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında həmin sexə gələrək qızının toyu olacağını, cehizləri onun sexindən almaq istədiyini bildirmişdir. O, mebelləri alanda pulunu tam ödəyə bilməyəcəyini, buna görə də pulun bir hissəsini həmin vaxt, qalan hissəsini isə sonra verə biləcəyini demiş və o, Amillə razılaşmışdır. Həmin vaxtdan sonra Amillə telefon vasitəsi ilə bir neçə dəfə danışmış, aralarındakı telefon danışıqlarında oğlunun və bacısı oğlunun işsiz olduğunu, onlara iş axtardığını demişdir. Amil bir dəfə ona kömək edəcəyini, həm oğlu Elgizi, həm də bacısıoğlu Xətaini tanışları vasitəsi ilə “SOCAR” şirkətinə mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Bunun üçün nə qədər pul lazım olacağını soruşanda həmin tanışları ilə danışıb ona bir məbləğ deyəcəyini bildirmişdir. Bir iki gündən sonra Amil ona zəng edərək uşaqların hər ikisinin işə düzəlməsi üçün 9500 manat lazım olduğunu demişdir. Buna görə də 2024-cü ilin iyul və avqust aylarında Amilin ondan istədiyi 9500 manat pulu hissə-hissə, onun özünün dediyi kart hesabına Zərdab rayonundan milliön vasitəsilə göndərməklə ona vermişdir. Hazırda həmin pulu Amilə göndərməsi ilə bağlı onda hər hansı bir qəbz yoxdur. Qəbzləri tapa bilmədiyi üçün istintaq zamanı da təqdim edə bilməmişdir. Lakin, Amil ona verdiyi vədə əməl etməmiş, nə uşaqları işə düzəltməmiş nə də ki, ondan aldığı pulu qaytarmamışdır. Həmin vaxtdan sonra Amilin onu aldatdığını başa düşüb ondan iş istəmədiyini deyib, pulunu geri istəmişdir. Amil isə hər dəfəsində bir bəhanə gətirərək pulunu geri verməkdən boyun qaçırmışdır. Buna görə də Azərbaycan Respublikası DİN-nin “102 xidməti zəng mərkəzinə” zəng edərək bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Pərvanə onun xalasıdır. O və xalası oğlu Elgiz işsiz olduğu üçün xalası Pərvanə onları işə düzəltmək istəmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımasa da bu işdən sonra tanımışdır. 2024cü ilin iyul ayında xalası onu və Elgizi Bakı şəhəridə “SOCAR” şirkətinə mühafizəçi işinə düzəldəcəyini deyib, sənədləri hazırlamağı tapşırmışdır. Onlar tərcümeyi hal yazıb, sənədləri hazırlamağa başlamışlar. Sonrakı vaxtlarda xalasından soruşanda ikisini birlikdə 9500 manat pul müqabilində işə düzəldəcəyini demişdir. Həmin 9500 manat pul xalası Pərvanəyə məxsus olmuşdur. Avqust ayında xalası onların Bakı şəhərinə, 28 may metrostansiyasının yanına getməli olduqlarını deyəndə səhər saatlarında Bakı şəhərinə, 28 may metrostansiyasının yanına gedib xalasına xəbər vermişlər. Bir neçə saatdan sonra xalası zəng edib, Amilin “Əhmədli” adlanan yerdə “Nargilə” kafesinin yanına getməli olduqlarını demiş, Elgizlə birlikdə ora getmişlər. Lakin, axşam saatlarına qədər Amil zəngə cavab vermədiyindən onlar evə qayıtmışlar. Həmin vaxtdan sonra Amilin onları aldatdığını başa düşmüş və xalası Zərdab rayon polis şöbəsinə ərizə ünvanlamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur və işin icraatına xitam verilməsinə ehtirazı yoxdur. Cinayət işində olan “Kapital Bank”-a məxsus qəbz nömrəsi 20899 terminal nömrəsi K0146011 olan mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə vurulmuş ziyanın 25% miqdarında, yəni 2375.00 manat pul dövlət büdcəsinin hesabına ödənilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində vurduğu ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Çallı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyindən daxil olmuş 27 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-30/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələrini və işin yuxarıda adı çəkilən digər materiallarını qarşılıqlı şəkildə araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tamamilə ödəməsini, vurulmuş ziyanın 25% miqdarında, yəni 2375 (iki min üç yüz yetmiş beş) manat pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 -cü maddəsi ilə verilən ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 40.2.3, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar