Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-14/2024 19.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2006-cı ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Gödəkqobu kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Zərdab rayonu, Gödəkqobu kəndində həmkəndlisi Zərərçəkmiş şəxs heç bir səbəb olmadan, özünü kənar şəxslərin fövqündə tutub silah qismində istifadə etdiyi daşla qəsdən alın nahiyəsindən vurub, sonuncuya başında səthi əzilmiş yara və boyunun sağ yan səthində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, habelə alının sol yarısının əzilmiş yarası ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bibisi qızının toy mərasimi olmuş və o, da həmin toyda olmuş və toy mağarında qonaqlara qulluq etmişdir. Təxminən saat 22 radələrində yorulduğu üçün əyləşmişdir. Bu vaxt qohumu Kapitay gəlib ona burada əyləşmə, bura sənin yerin deyil, çıx burdan demişdir. O, da cavabında Kapitaya yorulub əyləşdiyini bildirmişdir. Kapitayla aralarında heçnə olmamışdır. Təxminən 10 dəqiqə sonra Kapitayın oğlu Qənimətlə Rəmal onun yanına gəlmiş və Qənimət ona “mənim atamın üstünə niyə qışqırırsan” demişdir. Qənimətə sənin atanın üstünə qışqırmıram demiş, aralarında heçnə olmamış və mübahisə etməmişlər. Daha sonra mağardan küçəyə çıxdıqda Rəmal ona sənin qabırğalarını sındıraram demişdir. Rəmala heçnə deməmişdir. Getdiyi zaman Rəmal onu arxadan tutub hasara dirəmiş, sifətinə kəllə ilə vurmaq istədikdə başını kənara çəkmiş və Rəmalın başı hasara dəyərək ikisi də yerə yıxılmışdır. Rəmalın başı qaz turbasına dəymişdir. Hazırda səhvini başa düşür və əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır və Rəmalın ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də məhkəmədə tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əmisioğlu Səmədin qızının toy mərasimi olmuşdur. Toy həyətdə mağarda keçirilmişdir. Qonaq kimi o, da həmin toyda olmuşdur. Saat təxminən 22 radələrində Şahid2 İsrafil oğlunun bibisi oğlu Çingizlə mübahisə etməsini görmüşdür. Rəşadla həmişə həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. Onlara yaxınlaşmış və Rəşada zarafatla niyə mübahisə edirsiniz, bəsdirin ayıbdır demişdir. Rəşad ona get işinlə məşğul ol demişdir. Rəşadla zarafatları olduğu üçün ona söyüşlə zarafat etmişdir. Lakin, Rəşad bunu ciddi qəbul etmiş və ona kobud cavab vermişdir. ikisi kənara çəkilmişlər. Yenə ara yumşalsın deyə Rəşada söyüşlə zarafat etmişdir. Bu zaman Rəşad onunla mübahisəni ciddiləşdirmiş və dava etməyə başlamışdır. Rəşadla yaxalaşmış və Rəşad onu boynundan tutub boğmaq istəmişdir. Bu zaman Rəşadın qardaşı oğlu Qismət oraya gələrək daş götürüb onun alnından vurmuşdur. Alnı qanamağa başlamışdır. Həmin vaxt kənardan kimlərsə gələrək onları aralamışdır. Lakin, qaranlıq olduğundan həmin şəxsləri tanımamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı Səmədin qızının toy mərasimi olmuşdur. Toy mərasimində o, da iştirak etmişdir. Toyda olan zaman təxminən saat 22 radələrində qəflətən səs-küy eşitmiş, mağardan küçəyə çıxmış və səs-küy gələn tərəfə getmişdir. Orada dava olub qurtarmasını görmüşdür. Əmisioğlu Rəmalın üst-başının qan olmasını görmüşdür. Bu barədə soruşan zaman Rəmalın dalaşmasını bilmiş, lakin kiminlə dalaşmasını bilməmişdir. X3 dalaşmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dayısı oğlu Səmədin qızının toy mərasimi olmuşdur. Toy mərasimi mağarda keçirilmişdir. O, da həmin toyda iştirak etmişdir. Saat təxminən 21-22 radələri arasında mağardan çölə çıxmış və səs-küy eşitmişdir. Həmin vaxt həmkəndlisi Rəşad ondan nəsə söz soruşmuş, lakin Rəşada bilmədiyini deyib getmişdir. Ancaq Rəşad onun dediklərini eşitməmiş və ona saymazyana yanaşdığını əsas gətirərək mübahisə etməyə başlamışdır. Həmin vaxt qohumu Rəmal onların yanına gəlmiş və onlara nə səbəbdən mübahisə etdiklərini demişdir. Lakin, Rəşad ona get işinlə məşğul ol demişdir. Bu zaman Rəmal ara sakitləşsin deyə söyüşlə ona zarafat etmişdir. Lakin, Rəşad zarafatı pis başa düşmüş və Rəmalla mübahisə etməyə başlamışdır. Rəmal və Rəşad kənara çəkilmişlər. Lakin o, onların yanına getməmişdir. Sonradan eşitmişdir ki, Ramal, Rəşad və Qismət dava etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 İsrafil oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında söz-söhbət və narazılıq olmamışdır. Həmişə münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə bacısı qızının toy mərasimi olmuşdur. Ailəsi ilə birlikdə toy mərasimində olmuşdur. Həmin gün saat təxminən 22 radələrində mağarın kənarında dayanmış və həmin vaxt səs-küy eşitmişdir. Həmin vaxt həmkəndlisi Çingiz onun yanından keçmişdir. O, Çingizdən səs-küyün səbəbini soruşduqda Çingiz ona saymazyana əli ilə uzaq dur deyib yanından keçmişdir. Bu da ona xoş gəlməmiş, Çingizi saxlayıb nə üçün belə saymazyana hərəkət etməsini soruşmuşdur. Çingizlə sözlə mübahisəsi yaranmışdır. Amma aralarında dava-dalaş olmamışdır. Bu zaman həmkəndlisi Rəmal gəlmişdir. Rəmal ona söyüş söymüşdür. Ona acıqlanmış və söyüş söyməməsini demişdir. Bundan sonra Rəmal yenə söyüşlə söz demişdir. Daha sonra kənara çəkilərək mübahisələrini davam etdirmişlər. Həmin vaxt kənardan adamlar gəlmiş və onları aralamışlar. Qaralıq olduğundan orada kimlərin olmasını görməmişdir. Cinayət işində olan Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin “X6 Ağcabədi rayon şöbəsinin 53 nömrəli, 02 may 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər --- başında səthi əzilmiş yara, alının sol yarısında əzilmiş yara və boyunun sağ yan səthində sıyrıq --- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən əllə və daşla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirilməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə - alının sol yarısında olan əzilmiş yara – sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, başında olan səthi əzilmiş yara və boyunundakı sıyrıq xəsarətləri isə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X.B.Novruzov tərəfindən verilmiş 11 dekabr 2023-ci il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyinin zamanı şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs şərti sınaq müddəti tətbiq etməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunan əmlak yoxdur. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-14/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-14/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver