Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-14/2025 18.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X2 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ucar rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonunun Bağman kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində xuliqanlıq niyyəti ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərərək heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, istirahət mərkəzinin işçisi Zərərçəkmiş şəxs ünvanına söyüş söyməklə onu təhqir edərək, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurmaqla zor tətbiq edərək dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ qaşın bayır bucağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası xəsarəti yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı2 göstərdi ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü məsələsinə baxılır. Hazırki cinayət işi üzrə, yəni Təqsirləndirilən şəxs barəsində olan CM-nin 221.1-ci maddəsi ilə olan cinayət işinin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hal vardır. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bağlı olan cinayət əməlini Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində törətmişdir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmçinin, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində qərar qəbul edir. Ona görə də cinayət işinin aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməsini və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 cinayət işinin aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməsinə etiraz olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirdi, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə olan cinayət hadisəsi Göyçay rayonu, Kürdşaban kəndində baş vermişdir. Cinayətin ərazi aidiyyətini müəyyən etmək üçün CPM-nin müddəalarına diqqət yetirilməlidir. Belə ki, CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məxəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1- uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2- cinayət qanuni ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-nin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. CPM-nin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Hazırkı halda cinayətin törədildiyi yer (təqsirləndirilən şəxs cinayət əməlini Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində törətdiyindən) Göyçay rayonudur. Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd edilənlərə əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 74, 75, 299, 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri Göyçay Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-14/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-14/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver