Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-15/2025 10.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X10 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittihamçı X5 və onun nümayəndəsi və vəkili Müdafiəçi Təqsirləndirilən şəxs X6 iştirakı ilə, xx.xx.1968-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonunun Alıcanlı kəndində qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 10 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 ifadəsində bildirmişdir ki, uzun illərdir dövlət qulluğunda çalışır. xx.xx.2006-ci il tarixdən Zardab Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyir. 2012- 2022-ci illərde YAP-in Zərdab Rayon Təşkilatının sədri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı i lə təltif olunmuşdur. Rayonun əhalisi arasında, qohumların, dost və tanişların arasında nüfuzu və hörmeti vardır. Lakin, Zərdab rayonunun Alıcanlı kənd sakini X16 oglu 2024-cü ilin noyabr ayının 1-dan etibarən "TikTok" sosial şəbəkəsi platformasinda yaratdığı hamı üçün açıq olan @lacinesedov səhifəsində yalan oldugunu biləbilə qəsdən o n u n ş ə r ə f və ləyaqətini ləkələyən, o n u nüfuzdan salan məlumatları kütləvi çıxışlarında yaymış, ona böhtan atmışdır. Belə ki, Laçın Əsədov ona qarşı kütləvi çıxışını cənab Prezidentə, X11, nazirlərə müraciət formasında etsə də, əslində bundan istifadə edərək ona böhtan ataraq çıxışında göstərmişdir ki, onun qəbulunda olarkən guya o, Laçına demişdir ki, ,,...sənin TikTokuva da tüpürüm, sənin sifətinə də tüpürüm". Həmçinin, Laçın Əsədov bildirir ki, guya o, Zərdab RİHB-nin işçisi Namiz adlı şəxsin yanında onun üzünə tüpürmüşdür. Həmçinin, Laçın Əsədov paylaşımlarında göstərmişdir ki, ,,Pərvin Mahmudova bu gun mənim, yəni əlil ailesinin üzünə tüpürürsə, sabah camaatın başına ne desən oyun acar." ,,Pərvin öz bildiyi ilə gedir, bir nəfər camaatın qaydına qalmır, bir dənə camaatnan maraqlanmır, kasıbnan maraqlanmır, şəhid ailəsiynən maraqlanmır, nə veteranla maraqlanır, kim acindan öldü, kim nagardı, o, da onu maraqlandırmır, gələn vətəndaşları acılayır. Telefon əlinde saçlarını gözünün üstünə tökərək özü telefonla meşğul olur, gələn vətəndaşları acılıyır, Pərvin Zərdabda hegomonluq edir. Həyat yoldaşı saxta diplomla işləyir, insanların sağlamlığına ziyan vurur, camaatin başına oyun açırlar” kimi yazılarla onun barəsində etdiyi həmin bohtan dolu kutlevi çıxışlarını özünə məxsus @lacinesedov profilinden yayaraq "TikTok"-un şərhlər bölməsində çoxsaylı şəxslərlə müzakirələr açıb ona böhtan atmışdır. X15 həm öz Tik-tok səhifəsində, həm də fərdi olaraq ondan üzr istəyərək dediklərini təkzib etmişdir. Ona görə də Laçın Əsədovu bağışlayır, onun barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs X12 məhkəmə iclasında izahatında bildirdi ki, himayəsində əlil uşaqları vardır. Ailəni dolandırmaqda çətinlik çəkir. Ona görə də əsəbi olmuş və sosial şəbəkədə Pərvin Mahmudova barəsində paylaşımlar etmişdir. X4 həm sosial şəbəkə vasitəsilə və həm də fərdi olaraq üzr istəmiş və Pərvin Mahmudova onun üzrünü qəbul edərək onu bağışlamışdır. Əməlindən peşmandır, ona görə də barəsində olan xüsusi ittiham qaydasında olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Zərdab Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. Laçın Əsədovu rayon sakini kimi tanıyır və o, dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbulda olmuş, həmişə yaxşı qarşılanaraq köməkliklər göstərilmişdir. Pərvin Mahmudovanın qəbulunda olarkən o, özü də həmin vaxt orada olmuş, X2rşı heç bir təhqiredici ifadə işlətməmiş və onun üzünə tüpürməmişdir. Əksinə hər zaman Laçın Əsədovun problemləri ilə maraqlanaraq aidiyyatı şəxslərə tapşırıqlar vermişdir. İşdə olan xüsusi ittihamçı X5 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, ərizəsində təqsirləndirilən şəxs Laçın Əsədovu bağışladığını, xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan təqsirləndirilən şəxs X12 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, ərizəsində xüsusi ittihamçı Pərvin Mahmudovadan üzr istəyərək barışdığını, xüsusi ittihamçının onu bağışladığını və barəsində olan xüsusi ittiham qaydasımda şikayət üzrə icraata xitam verilməsini xahiş etdiyini göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8, 39.1.9-cu maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə və zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzürlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 17-ci bəndinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittihamçı X1 Laçın Alxan oğluna qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyi və həmin şikayət üzrə işin icraatına xitam verilməsini xahiş etdiyinə görə X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X3 X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-15/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-15/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver