Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-16/2024 16.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayon Suvarma Sistemləri idarəsində maşinist-yağlayıcı işləyən, Zərdab rayonunun Nəzəralı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 16 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X6 və təqsirləndirilən şəxs X3 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin, xüsusi ittihamçı X6 məhkəməyə ərizə ilə müraciət edərək X3 qarşı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyini, şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzürlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı və 17-ci bəndlərinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittihamçı X1 Calal Qüdrət oğluna qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyinə görə X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X4 X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-16/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-16/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver