Məhkəmə qərarları › İş №1(035)-16/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-16/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-16/2025 18.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X13 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1956-cı ildə Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, əvvəllər məhkum olunmayan, Zərdab rayonu Hüseyinxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə, saat 09:30 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 21074” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərdab şəhəri, Azərbaycan küçəsindən "xxxx" ASC-nin Zərdab rayon filialı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə almaqla sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq nəticəsində yolu soldan sağa piyada keçən Zərərçəkmiş şəxs avtomobilin sağ ön hissəsi ilə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşahidə edilən burun sümüyünün yerdəyişən sınığı, burunun yumuşaq toxumalarında qançır və şişkinlik, sol qalça tinində səthi yara, sağ budda qançırdan ibarət xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Hüseynxanlı kəndində qeydiyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Hazırda heç yerdə işləmir, “VAZ 21074” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq oğlu X6 məxsus olsa da, həmin avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi avtomobillə Zərdab şəhəri, Azərbaycan küçəsi ilə üzü “Beynəlxalq Bankın” Zərdab rayon filialı istiqamətində hərəkətdə olmuşdur. Həmin ərazidə yolun sağı və solu abtomobillərələ sıx olduğundan həmin yerdə yeksək aürətlə avtomobili idarə etmək mümkün deyildir və ona görə də avtomobili təqribən 10- 20 km/saat sürətlə idarə etmişdir. Zərdab rayon Mərkəzi Xəstəxanasından təqribən 80-100 metr irəlidə hərəkətdə olarkən yolun solundan sağına doğru qəflətən bir qadın iti addımlarla yolun içərisinə doğru hərəkətə başlamış, hadisənin qarşısını almaq və onu vurmamaq üçün əyləcə basıb avtomobili sağa tərəfə istiqamətləndirsə də hadisənin qarşısını ala bilməmiş və həmin qadın avtomoibilin qabaq sağ yan hissəsinə dəymişdir. Qadın hadisənin təsirindən üzü aşağı yerə yıxılmışdır. Cəld avtomobildən düşüb həmin qadının vəziyəti ilə maraqlanmış, hadisə yerinə gələn Zərdab rayon X5 Yardım Stansiyası əməkdaşları qadını xəstəxanaya aparmışlar. O, da hadisə yerində qalıb ora gələn polis əməkdaşlarına hadisə barədə məlumat verdikdən sonra qadının vəziyyəti ilə maraqlanmaq üçün piyada xəstəxanaya getmişdir. Həmin qadının Zərdab rayon sakini Zərərçəkmiş şəxs olduğunu sonradan öyrənmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı bir ziddiyyət və ədavət olmamışdır. Hadisə nəticəsində özü heç bir xəsraət almamışdır. Hadisə vaxtı avtomobildə yük olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. Həmçinin avtomobili idarə etmək üçün sürücülük hüququ olmuşdur. Zərdab rayon Mərkəzi Xəstəxanasında ilkin müayinə olduqdan sonra xəstəni Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bacardığı qədər Zərərçəkmiş şəxs maddi köməklik etmişdir. Belə ki, Laləni Bakı şəhərinə Spero Höspital və Funda hospitala aparmış və xərcini, yəni 120 manatı özü ödəmiş, Ağacəbədi rayonuna “terapiya” olunması üçün aparmış və 120 manat xərcini özü çəkmiş, bundan əlavə 120 manat sonradan özü və 100 manat isə oğlu Rasəf Laləyə vermişdir. Bütün bunlara baxmayaraq hesab edir ki, o, Laləni bilərəkdən vurmamış, Lalə onun yoluna çıxmışdır. Ona görə də ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində işə getmək üçün yaşadığı evdən çıxmış, Zərdab şəhəri, Azərbaycan küçəsində, Zərdab rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşn “Namiqin dükanı” deyilən dükanın yanında əvvəlcə dayanıb avtomobil gəlib-gəlmədiyini yoxlamış, sonra piyada keçidi ilə yolu əks tərəfə keçməyə çalışmışdır. Yolun yarısından çoxunu keçəndən sonra sağ tərəfdən gələn ağ rəngli, “Vaz 2107” markalı avtomobil əyləcdən istifadə etmədən onu vurmuşdur. Vurmanın təsirindən yerə yıxılmış, hadisə yerinə toplaşan adamların çağırışı əsasında gələn X5 Yardım Stansiyası avtomobili ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə nəticəsində onun burnu sınmış, sağ və sol bud nahiyyələrindən xəsrət almış, dodağı partlamış və dişləri sınmışdır. Hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Hadisə nəticəsində yerimə qabiliyyətini itirmiş, qoltuq dəyənəkləri ilə məhdud hərəkət edə bilir, aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin 1/3-ni itirmişdir. Hadisə nəticəsində ona 8000 manat maddi və 2000 manat dəyərində mənəvi ziyan dəymişdir. O, bununla bağlı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış onu bağışlamır, ona görə də Təqsirləndirilən şəxs ağır cəza verilməsini və mülki iddiasının təmin edilərək 10000 (on min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, hadisəni birbaşa görməmişdir, lakin hadisə olan yerin yaxınlığında mağaza tikilişində usta işləyərkən küçədə adamların səs-küy salaraq avtoqəza olduğunu bildirdiklərini eşitmiş və dərhal hadisə yerinə getmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs yerdə uzandığını və onun burun nahiyyəsinin qanadığını və digər sifət nahiyyəsindən xəsarət aldığını görmüşdür. Oraya toplaşan adamlardan Lələni avtomobil vurduğunu eşitmiş, lakin kimin vurduğunu bilməmişdir. Təqsirləndirilən şəxsi və avtomobili hadisə yerində görməmiş, ola bilsin ki, orada olmuş, lakin onu tanımamışdır. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmiş və Laləni xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin şifahi vəsatəti əsasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, hadisə olan vaxtı o, piyada keçidinin başında Namiq adlı şəxsin mağazasının yanında olmuşdur. Təqsirləndirilən şəxs avtomobilinin nömrəsini tanıdığından onun aşağı sürətlə hərəkət etdiyini görmüş və bir nəfər qadının yolun bir tərəfindən digər tərəfinə keçərkən avtomobilə dəydiyini görmüşdür. Həmin qadın əvvəlcə ayaq üstə durmuş, sonra üzü aşağı yıxılmışdır. Hadisə piyada keçidinə 5-6 metr qalmış baş vermişdir. Dərhal həmin yerə yaxınlıqda olan rayon sakinləri toplaşmışdır. O, da həmin yerə getmiş və həmin qadının burnunun qanadığını görmüşdür. Maarifi hadisə yerində görmüş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmiş və Laləni xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, hadisəni bilavasitə görməmişdir. Rayon ərazisində avtoqəza olması barədə daxil olmuş məlumat əsasında Zərdab rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Hazırki təqsirləndirilən şəxsi də orada görmüşdür. Həmin vaxt hadisəni həmin şəxsin törətməsini bilməmişdir. Xəstəxanada olarkən zərərçəkmiş şəxsin qaldırılmasına rentgen olunmasına köməklik göstərmişdir. Bir qədər sonra digər polis əməkdaşları X21 Şöbəsinə çağırdıqda hadisəni onun törətməsini bilmişdir. Xəstəxanada olarkən Zərərçəkmiş şəxs şok vəziyyətində olmuş və ağrıdığını görmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin şifahi vəsatəti əsasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə saat 9-10 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən çörək sexindən çörək alıb avtomobilinə qoymuş və meyvə almaq üçün getmək istəyərkən Təqsirləndirilən şəxs Namiq adlı şəxsin mağazasının yanında avtomobilini saxladığını və oraya xeyli sayda adamların toplaşdığını görmüşdür. O, da dərhal həmin yerə getdikdə bir nəfər qadının yerə yıxıldığını və burnunun qanadığını görmüşdür. Hadisəni bilavasitə görməmişdir. Orada olarkən hadisəni Təqsirləndirilən şəxs törətməsini eşitmişdir. Bir qədər sonra Təcili tibbi yardım gələrək həmin qadını xəstəxanaya aparmışdır. Sonradan həmin qadının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, hadisəni bilavasitə görməmişdir. Həmin günü xidmətdə olarkən Zərdab rayon X14 hissəsindən rayon ərazisində avtoqəza olması barədə gələn məlumat əsasında Zərdab RPŞ-nin müstəntiqi Bəhruz Rüstəmli ilə hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda hadisə şahidlərindən ağ rəngli 07 markalı avtomobilin bir nəfər qadını vurduğunu və həmin qadının artıq Zərdab rayon Mərkəzi xəstəxanasına aparıldığını bilmişlər. Ona görə də hadisə yerinə baxış protokoluna o, da imza etmişdir. Digər əmliyyat tədbiri ilə bağlı 10-15 dəqiqə sonra o, hadisə yerindən getmişdir. Ona görə də baxış protokoluna imza edən digər iki nəfəri xatırlamır. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində ifadə verən Məhkəmə-tibb eksperti X8 ifadəsində göstərmişdir ki, müstəntiqin ona təqdim etdiyi Göyçay Rayon Mərkəzi Xəstəxanasının kompüter müayinəsi əsasında Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərə- burun tənəffüsünün pozulması ilə müşahidə edilən burun sümüyünün yerdəyişən sınığı, burunun yumuşaq toxumalarında qançır və şişkinlik, sol qalça tinində səthi yara, sağ budda qançır diaqnozu vermişdir ki, bu da öz növbəsində az ağır xəsarətlərə aiddir. Zərərçəkmiş şəxsdə əzələ vətərinin cırılması diaqnozu olmamışdır. Olsa belə o da az ağır xəsarətlər kateqoriyasına aiddir. Ağır xəsarətlər o halda olur ki, həyat üçün təhlükəli xəsarətlər olur ki, bu da əmək qabiliyyətinin daimi itirilməsinə gətirib çıxarır. Hazırki zərərçəkmiş şəxsdə bunlar müşahidə edilməmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Zərdab şəhəri, Azərbaycan küçəsində avtomobil yolunda baş vermişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsi” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən an, nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 26 sentyabr 2024-cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-burun tənəffüsünün pozulması ilə müşahidə edilən burun sümüyünün yerdəyişən sınığı, burunun yumuşaq toxumalarında qançır və şişkinlik, sol qalça tinində səthi yara, sağ budda qançırbərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 fevral 2025-ci il tarixli, 8/3514 nömrəli rəyindən görünür ki, “VAZ 21074” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində « polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərdab RİHB-nın Hüseyinxanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərdab rayon mərkəzi xəstəxanası” X22dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-79/2-133/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs pisixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan X23 Clinic Ağcabədi şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli məktubdan görünür ki Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X3muş və onda sağ budun yuxarı 1/3 hissəsinin lateralında, ən böyüyü 8x5 mm ölçülərdə olan, çoxsaylı kistik sahələrin (travma nahiyəsi) izlənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Funda Hospitaldan 18 iyun 2025-ci il tarixli daxil olmuş məktubdan görünür ki Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X18 KT müayinəsindən keçmişdir və onda burun sümüyünün və sol burun sümüyü qanadının yerini dəyişmiş sınığı, Nazal septumda sağ tərəfli deviasiya, bilateral olaraq orta konxa bülloza aşkarlanmışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Göyçay Rayon Mərkəzi X10 Şəxsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli, 18-1-40/2-680/2025 saylı məktubuna əlavə edilmiş məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Zərdab rayon Mərkəzi Xəstəxanasının yazılı göndərişi ilə şöbəyə müraciət etmiş, xəstəyə başın KT müayinəsi edilmiş və burun sümüyünün sınığı diaqnozu qoyulmuşdur. Ancaq xəstənin təbibin onlayın sisteminə Zərdab rayon xəstəxanası tərəfindən yerləşdirilmədiyindən müayinənin nəticəsini təbibin onlayın sisteminə yerləşdirilməsi mümkün olmamışdır. Xəstənin müayinəsi ilə bağlı məlumat xəstələrin qeydiyyat jurnalında aparılmışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Zərdab Rayon Mərkəzi X10 Şəxsindən daxil olmuş 23 iyun 2025-ci il tarixli, 18-1-79/2-432/2025 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40- radələrində Zərdab RMX PHŞ TTTYX şöbəsinə daxil olmuş, ona “üst dodağın açıq yarası, burun sümüklərinin travması, burun qanaxması, sol çiyin qurşağının, çanağın, sağ bud nahiyəsinin səthi travması” diaqnozları ilə ilkin tibbi yardım göstərilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Ağcabədi Rayon Mərkəzi X10 Şəxsindən daxil olmuş 16 iyun 2025-ci il tarixli, 18-1-23/2-752/2025 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs 10-22 oktyabr 2024-cü il tarixlərində Ağcabədi Rayon Mərkəzi X10 Şəxsin Fizioterapiya kabinetində “sağ bud-çanaq nahiyyəsində vətər dartılması” diaqnozu ilə fizioterapik ambulator müalicə almış və xəstəyə fizioterapiya kabinetində Maqnit və Amplipuls prosedurları həyata keçirilmişdir. İş materiallarında olan Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-12dr-6633/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs etibarlıq müddəti xx.xx.2022-xx.xx.2026-cı il tarixlərdə olan B1BC1c dərəcəli BC seriyalı 257860 nömrəli sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlanılarkən sürücülük hüququnun məhdudlaşdırılması barədə hər-hansı qeydə rast gəlinməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizası rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, ittiham elan olunan əmələ görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və yaşlı şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Cinayət işinə məhkəmədə baxılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs maddi və mənəvi ziyana görə ümumilikdə 10000 manat pul vəsaiti tutulmaqla ona verilməsi barədə qərar qəbul etməklə məhkəmə hökmündə göstərilməsini xahiş etmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinə lazımi qaydada təsdiq edilmiş sənədlər əlavə olunmamışdır. Odur ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə keçirilsin. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar