Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-17/2024 05.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, xx.xx.1967-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 05 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 tanışı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonu, İsaqbağı kənd sakini Zərərçəkmiş şəxs3 “Zərdab RMX” PHŞ-də mühasib vəzifəsinə təyin etdirəcəyi adı ilə sonuncudan 2022-ci ilin noyabr ayında Zərdab rayonu ərazisində 2000 manat, 2023-cü ilin may ayının sonlarında isə 5500 manat olmaqla xeyli miqdarda, yəni cəmi 7500 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edib aldatmaq yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, X7 tanışı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə təkrarən özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 “Zərdab RMX” PHŞ-də Texniki dəstək xidmətinin şöbə müdiri vəzifəsinə təyin etdirəcəyi adı ilə sonuncudan Zərdab rayonu ərazisində 2023-cü ilin iyun ayının sonlarında xeyli miqdarda, yəni 7500 manat pulunu etibarından sui-istifadə edib aldatmaq yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, X7 tanışı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə təkrarən özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 DİN-nin Nərimanov RPİ-də polis nəfəri işləyən qızını Baş Dövlət Yol Polisinə İdarəsinə işə təyin etdirəcəyi adı ilə aldadaraq ondan Zərdab rayonu ərazisində 2023-cü ilin iyul ayının sonlarında 5000 manat pulunu etibarından sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı ünvan 9 ünvanında yaşayan X7 ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonu, İsaqbağı kənd sakini Zərərçəkmiş şəxs3 “Zərdab RMX” PHŞ-də mühasib vəzifəsinə təyin etdirəcəyi adı ilə sonuncudan 2022-ci ilin noyabr ayında Zərdab rayonu ərazisində 2000 manat, 2023-cü ilin may ayının sonlarında isə 5500 manat olmaqla xeyli miqdarda, yəni cəmi 7500 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edib aldatmaq yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı ünvan 9 ünvanında yaşayan X7 ilə təkrarən özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 “Zərdab RMX” PHŞ-də Texniki dəstək xidmətinin şöbə müdiri vəzifəsinə təyin etdirəcəyi adı ilə sonuncudan Zərdab rayonu ərazisində 2023-cü ilin iyun ayının sonlarında xeyli miqdarda, yəni 7500 manat pulunu etibarından sui-istifadə edib aldatmaq yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı ünvan 9 ünvanında yaşayan X7 ilə təkrarən özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 DİN-nin Nərimanov RPİ-də polis nəfəri işləyən qızını Baş Dövlət Yol Polisinə İdarəsinə işə təyin etdirəcəyi adı ilə aldadaraq ondan Zərdab rayonu ərazisində 2023-cü ilin iyul ayının sonlarında 5000 manat pulunu etibarından sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X7 ona elan olunmuş CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Hazırda heç bir yerdə işləmir, zərərçəkmiş şəxslərin pullarını aldadıb ələ keçirərkən də heç bir yerdə işləməmişdir. ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 təxminən 5 ildir ki, birlikdə iştirak etdikləri ictimai tədbirlərdən tanımışdır. Təqsirləndirilən şəxs1la həmişə normal münasibəti olmuş, aralarında bu günə kimi heç bir ziddiyyət və münaqişə olmamışdır. Söhbət zamanı Şirvani ona işə düzəlmək istəyən adamlar var demişdir. Həmin adamlara iş düzəldə bilərsənmi deyə sual vermişdir. Şirvaniyə düzəldə biləcəyini demişdir. Şirvani onun Rasim və Elgün adında tanışlarının olmasını demişdir. Zərdab rayon mərkəzi xəstəxanasına işə düzəlmək istəyirlər. Şirvaniyə onu 7000 manat düzəldərik demişdir. Belə olub görüşmüşdürlər. Dəqiq tarixi yadında qalmamışdır, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Şirvani onu Xətai rayonunda yerləşən X3 dəvət etmişdir. Orada görüşmüşdürlər. Şirvani ona sellofana bükülü olan pul vermişdir. Həmin bükülüdə 7000 manat pul olmuşdur. Həmin pulu götürüb getmişdir. Taksi ilə gedən zaman pulu saymış və pulun 6000 manat olduğunu görmüşdür. Dərhal Votsap vasitəsilə Şirvaniyə zəng etmişdir. Şirvaniyə pulun 6000 manat olmasını demişdir. Şirvani də 1000 manatı da karta vuracağını demişdir. Bundan bir neçə gün sonra Şirvani onun kartına pul vurmuşdur. Şirvaniyə 200 manat özünə götür, 800 manat mənə göndər demişdir. Şirvani ona 800 manat pul göndərmişdir. Şirvani Rasim və Elgün adlı şəxslərin işə düzəlməsi üçün ona 6800 manat pul vermişdir. Daha sonra Şirvani onun tanışının qızı olmasını, həmin qızın Nərimanov RPİ-də polisdə işləməsini, onun iş yerinin Dövlət yol polisinə işə dəyişilməsini istədiyini bildirmişdir. Şirvaniyə 4000 manat pul verməsini demişdir. Həmçinin söhbət zamanı Şirvani ona bu işdən nə qədər pul verəcəyini soruşmuşdur. Şirvaniyə 700 manat pul verəcəyini demişdir. Şirvani onun kartına bu işlə bağlı 2900 manat, qalan pulu da nəğd şəkildə vermişdir. Daha sonra iş alınmamışdır. Zərərçəkmiş şəxslərdən aldığı pulları heç kimə verməmiş, onları işə düzəlmək üçün aldadıb özü almışdır. 20000 manat pulun 11200 manatı özünə çatmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Təxminən 5 il əvvəl Bakı şəhərində yaşayan X8 ilə tanış olmuşdur. Günel özünü ona qeyri hökümət təşkilatının rəhbərini kimi tanıtmışdır. Günellə münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında əvvəllər söz-söhbət və narazılıq olmamışdır. Günellə söhbət zamanı ona işə düzəlmək istəyən adamlara iş düzəldə biləcəyini demişdir. Belə ki, Günel ona X1 adlı tanışının olduğunu, onun əli ilə işə adam düzəldə biləcəyini demişdir. Belə olub tanışlarında olan şəxslərə bu barədə demişdir. Bundan sonra Zərdab rayon İsaqbağı kənd sakin Rasim adlı şəxs işə düzəlmək istədiyini bildirmişdir. Həmçinin Zərdab şəhər sakini Elgün adlı şəxs də işə düzəlmək istədiyini bildirmişdir. O, da bu barədə Günelə demişdir. Günel Rasimi və Elgünü Zərdab rayon mərkəzi xəstəxanasında işə düzəldə biləcəyini demişdir. Onların hər ikisinə 14000 manat pul alacağını bildirmişdir. Bundan sonra Elgünə 7500 manat pula səni işə düzəldirlər demişdir. Rasimə də səni 6500 manata işə düzəldirlər demişdir. Bundan sonra təxminən 2023-cü ilin may və iyun aylarında Elgün ona 2500 manatı Rasimin, qalan hissəsi özünün olmaqla 10000 manat pul vermişdir. Daha sonra Rasim onun kartına 1000 və 3000 olmaqla iki dəfəyə 4000 manat göndərmişdir. Rasimdə 1000 manat pul qaldığı üçün onu da almış, Günel həmin 1000 manatın 200 manatını ona vermiş, 800 manat pul Günelə çatmışdır. Həmin pulları Günelin kartına göndərmişdir. Rasimin ona atdığı pulları təxminən 2023-cü ilin iyun ayının sonları və iyul ayının əvvəllərində Zərdab rayonunda olarkən kartına göndərmişdir. Daha sonra Gülağa adlı şəhər sakini Bakı şəhər sakini Nərimanov rayon polis idarəsində işləyən qızı Səmranın iş yerinin Dövlət yol polisinə dəyişmək istədiyini bildirmişdir. Bu barədə Günelə demişdir. Günel də həmin işi 4000 manata düzəldə biləcəyini demişdir. Bu barədə Gülağaya demişdir. Gülağadan 2023-cü ilin iyul ayının sonlarında işlədiyi Zərdab şəhərində yerləşən mağazanın qarşısında bir neçə gün ərzində ümumilikdə 5000 manat pul almışdır. Həmin pulun 4000 manatını Günelə göndərmişdir. Lakin, Günel vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulların 11200 manat məbləğində pul Günel Abbasovaya, qalan pul özünə çatmışdır. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özlərinin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ali təhsillidir və uzun müddət mühasib işləmişdir. xx.xx.2020-ci il tarixdən işsizdir. Təqsirləndirilən şəxs1 əvvəldən tanımışdır, yaxın münasibəti olmuşdur. Şirvaninin əlaqlərinin geniş olduğunu bildiyi üçün Şirvanidən onu işlə təmin etməsini xahiş etmişdir. Bir qədər sonra Şirvani ona 2000 manat göndərməsini, xəstəxanada tanışlarının olduğunu, onların vasitəsilə xəstəxanada mühasib kimi işə düzəldəcəyi barədə xəbər göndərmişdir. 2022-ci il tarixdə noyabr ayının sonlarında Zərdab rayonu ərazisində Şirvaniyə 2000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra isə Şirvani onun ailəsinə veriləcək işin ümumi qiymətinin 15000 manat olduğunu, kasıb olduğuna görə işi 7500 manata həll edəcəyini bildirməsi barədə xəbər göndərmişdir. 2023-cü ilin may ayının sonlarında eyni qaydada 5500 manat pulu Şirvaniyə vermişdir. Ümumilikdə Şirvaniyə 7500 manat pul vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində tanımadığı bir qadın ona zəng vuraraq Təbibin kadrlar şöbəsində işlədiyini deyərək ondan bir neçə sənədin surətini istəmiş və həmin sənədləri xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təbibə verməyini istəmişdir. Şirvani ona Rasim Bakıya getməsin özüm sənədləri aparacam demişdir. Qeyd olunan tarixdə Təbibin baş idarəsinə gedib gözləməyə başlamışdır. Həmin vaxt Şirvani ilə həmin yerdə görüşmüşdür. Həmin vaxtı Şirvani ona işini həll edəcək qadının hazırda konfransda olduğunu, sənədləri ona verməli olduğunu və işinin tezliklə həll olunacağını bildirmişdir. Şirvani ona işi bir qadının həll edəcəyini demişdir. Lakin özünün həmin qadınla əlaqəsi olmamışdır. Lakin, işi alınmamışdır və heç bir işlə təmin edilməmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımışdır. Şirvaninin əlaqlərinin geniş olduğunu bildiyi üçün Şirvaniyə qızının Nərimanov rayon Mühafizə xidmətində işlədiyini onun iş yerini dəyişmək istədiyini bildirmişdir. Şirvani onun bu işini həll edəcəyini bildirmişdir. Bu işin 5000 manata həll olunacağını demişdir. Ondan qiyməti biraz aşağı etməsini istəmişdir. Bu zaman o işin 4500 manata həll olunacağını bildirmişdir. Şirvaniyə 2023-cü ilin iyul ayında bir neçə gün ərzində Zərdab rayonu ərazisində 5000 manat pul vermişdir. Davamlı olaraq ondan işinin həll olunacağı barədə maraqlandıqda Şirvani ona bügün-sabah deyə-deyə vaxtı uzatmışdır. Şirvani ona işi bir qadının həll edəcəyini demişdir. Lakin özünün həmin qadınla əlaqəsi olmamışdır. Lakin, işi düzəlməmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, ailəvi dostluqları olmuşdur. Təxminən 3 ay əvvəl Təqsirləndirilən şəxs1 onu Zərdab rayon mərkəzi xəstəxanasında texniki dəstək xidmətinin şöbə müdiri təyin olunacağını bildirərək ondan 2023-cü ilin iyun ayının sonlarında 7500 manat pul almışdır. Şirvani Bakı şəhərində olduğu üçün hazırda xatırlamadığı taksi ilə pulu Bakı şəhərinə göndərmişdir. Belə ki, həmin pulu sayıb sellofana bükərək Bakı şəhərinə aparması üçün taksiyə vermişdir. Lakin, işi düzəlməmişdir. Hər dəfə Təqsirləndirilən şəxs1 gözlə işin həll oluncaq deyə bildirmişdir. Avqust ayının əvvəllərində Şirvanidən işlə bağlı soruşduqda ona tanımadığı bir qadın zəng vuraraq İcbari Tibbi Sığorta qurumunda kadrlar şöbəsində işlədiyini və işinin tezliklə həll olucağını bildirərək müəyyən sənədlərin hazılanması və onunla yenidən əlaqə saxlayacağını bildirmişdir. Şirvani ona işi bir qadının həll edəcəyini demişdir. Lakin özünün həmin qadınla əlaqəsi olmamışdır. Şirvani söz verdiyi işi həll etməmiş, heç bir işlə təmin edilməmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Kapital Bank ASC-nin 25 yanvar 2024-cü il tarixli, 2024/111/2242 saylı məktubundan və əlvə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 4169 7385 1366 2241 nömrəli kart hesabından Günel Abbasovanın istifadəsində olan 4169 7388 7884 3881 nömrəli Kapital banka aid kart hesabına xx.xx.2023-cü il tarixdə 800 manat, 6768 6771 7948 4401 nömrəli kart hesabına isə xx.xx.2023-cü il tarixdə 1500 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-17/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərlə barışması və cinayət nəticəsində vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər İHB-nin Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-kommunal təsərrüfatı birliyi 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi C.Abdullayev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X7 yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, o, xx.xx.2014-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək cəza müddəti 01 il 06 ay müddətinə endirilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixdə qərarı ilə cəzasının 04 ay 07 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin direktoru Kamran Abdullayev tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 3-17-7/2-A-24504/2023 saylı arayışdan görünür ki, X7 müddətsiz 3-cü qrup əlildir və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 3-cü dərəcə əlilliyə görə 150 manat məbləğində sosial müavinət alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01№086753 saylı arayışdan görünür ki, X7 ümumi səbəbdən müddətsiz 3-cü qrup əlildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Reabilitasiya Mərkəzi Reabilitasiya kartından çıxarışdan görünür ki, X7 “budun anadangəlmə deformasiyaları”, “budun anadangəlmə birtərəfli çıxığı” və “sağ bud sümüyü başının anadangəlmə çıxığı, sağ aşağı ətrafların 6.0 sm qısalığı diaqnozu ilə xx.xx.2023-cü il tarixdən 0602.2023-cü il tarixədək müalicədə olmuşdur. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saat 12:40-də Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X4 ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs1 ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, X7 tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, 3-cü qrup əlil olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır. Məhkəmə təqsirləndirilən şəxs X5 hansı cəza növünün təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsi şəxsiyyətinə və səhhətinə nəzərən ağır olar. Ona görə məhkəmə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X4 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət nəzərə alınaraq qəti olaraq ona 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-17/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-17/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver