Məhkəmə qərarları › İş №1(035)-17/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-17/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-17/2025 03.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 iştirakı ilə, xx.xx.1968-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonunun Alıcanlı kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası CM-nin 148 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 03 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, X12 TikTok" sosial şəbəkəsi platformasinda yaratdığı hamı üçün açıq olan @lacinesedov səhifəsinde onun barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli yalan məlumatlar yaymışdır. Ona görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 148 və 147.2-ci maddələri ilə xüsusi titham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X4 ilə barışaraq onu bağışlamışdır. Ona görə də X10 qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 məhkəmə iclasında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 ilə barışmışdır və Faiq Həsənovun ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8, 39.1.9-cu maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə və zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzürlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. Məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı və 17-ci bəndlərinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Laçın Alxan oğluna qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyinə görə X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X3 X8 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar