Məhkəmə qərarları › İş №1(035)-2/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-2/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-2/2025 13.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X19 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1961-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Zərdab RİHB-nin X26 inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Burunlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 309.1-ci maddələri, xx.xx.1958-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 309.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 13 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli əmri ilə xx.xx.2006-xx.xx.2020-ci il tarixlərində Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində çalışarkən “İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Vəzifə Təlimatı”na əsasən, nümayəndəliyin büdcə layihəsinin hazırlanmasını təmin etmək, maliyyələşmənin açılması üçün lazımı sənədlərin aidiyyəti üzrə təqdim edilməsini və ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək, nümayəndəliyin maliyyə vəsaitinə olan aylıq tələbatını ilkin sənədlərə uyğun tərtib edərək aidiyyəti üzrə təqdim etmək, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini həyata keçirmək, rüblük balans hesabatlarını, haqq-hesab cədvəlini, statistik və digər məlumatları hazırlayıb aidiyyəti üzrə təqdim etmək, qanunvericiliklə müəyyən olunmuş müddətlərdə nümayəndəliyin balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasını təşkil etmək, işçilərə əmək haqqı, əmək haqqına əlavələr, məzuniyyət, mükafat, müavinət və digər əlavələrin qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsini təmin etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə ona etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək israf etmə və mənimsəmə yolu ilə vahid niyyətlə talamaq məqsədilə “Yerli İcra Hakimiyyətləri” haqqında Əsasnamənin 5.1.11-ci maddəsinin tələbinə əsasən inzibati vəzifə tutan işçilər istisna olmaqla, ancaq nümayəndəliyin digər işçiləri barəsində nümayəndənin həvəsləndirmə və intizam tənbehi tədbirləri görməklə bağlı səlahiyyətlərinin olması və “İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Vəzifə Təlimatı”na əsasən nümayəndə tərəfindən tabeliyində olan dövlət qulluqçuları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verilməsi, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələblərini pozaraq, yəni əmək və icra intizamının pozulmasına görə verilmiş intizam tənbehinin altı ay müddətində qüvvədə olmasına əməl edilmədən Zərdab rayon İcra Hakimiyyətinin Başçısının 34 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən nümayəndəliyin töhmət növündə intizam tənbeh alan əməkdaşlarına mükafat qismində və əvəz etməyə görə əmək haqqı hesablarına vəsait köçürülməsini təmin edərək, həmçinin nümayəndəlik üzrə tərtib edilmiş aylıq əmək haqqını hesablama cədvəllərində “veriləsi məbləğ” qrafasındakı göstərilən rəqəmlərə avans, qalıq əmək haqqı və ya digər adla əsassız qaydada əlavələr edərək, xadimələrə hesablanmış əmək haqqı və mükafatları azaldıb digər işçilərə köçürdərək və ya aylıq əmək haqqını hesablama cədvəllərində “veriləsi məbləğ” qrafasındakı göstərilən rəqəmlərdən artıq məbləğdə pul vəsaitlərini ödəniş tapşırıqlarında qeyd edərək xx.xx.2018-xx.xx.2020-ci il tarixlərində Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci il üzrə Təqsirləndirilən şəxs1 mükafat qismində 1380 manat, Şahid6 mükafat qismində 1155 manat, özünə mükafat qismində 1420 manat və artıq əmək haqqı qismində 100 manat olmaqla cəmi 1520 manat, Şahid5 mükafat qismində 142,73 manat və Şahid4 mükafat qismində 142,73 manat, 2019-cu il üzrə Təqsirləndirilən şəxs1 artıq əmək haqqı qismində 200 manat, Şahid6 mükafat qismində 590 manat və artıq əmək haqqı qismində 200 manat olmaqla cəmi 790 manat, özünə mükafat qismində 570 manat və artıq əmək haqqı qismində 460 manat olmaqla cəmi 1030 manat, Şahid5 mükafat qismində 162,50 manat, Şahid4 mükafat qismində 162,50 manat, 2020-ci il üzrə Təqsirləndirilən şəxs1 artıq əmək haqqı qismində 184,74 manat olmaqla, ümumilikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 6870,20 manat, eləcə də 2018/2019-cu illər üzrə təkbaşına vahid niyyətlə ezamiyyə xərci adı ilə özünə 250 manat məbləğində pul vəsaitlərinin əmək haqqı hesablarına köçürülməsinə və özündən başqa digər işçilər tərəfindən nağdlaşdırılaraq Təqsirləndirilən şəxs1 verilməsinə nail olub, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus xeyli miqdarda, yəni 7120,20 manat məbləğində ona etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkbaşına mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə, yəni ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq və dövlət bayramlarına, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsinə, işıq, istilik, su və digər kommunikasiya xətləri ilə bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar tədbirlərin görülməsi üçün xidmət sahələri ilə birgə işin təşkil edilməsinə və digər əhəmiyyətli hallara mühüm zərər vurmaqla vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşmışdır. Təqsirləndirilən şəxs1 Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 19 nömrəli, xx.xx.2017ci il tarixli əmri ilə xx.xx.2017-xx.xx.2021-ci il tarixlərində Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi vəzifəsində çalışarkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri” haqqında Əsasnamənin 5-ci maddəsinə və “İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Vəzifə Təlimatı”na əsasən, səlahiyyətləri çərçivəsində əmrlər vermək, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsini təmin etmək, bu haqda hesabatlar vermək, nümayəndəlikdə mühasibat uçotu işinin təşkilini və aparılmasını təmin etmək, nümayəndəliyinin büdcə layihəsinin hazırlanmasını təmin etmək və icrasına nəzarət etmək, əmək və icra intizamına riayət edilməsinə nəzarət etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə ona etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək israf etmə və mənimsəmə yolu ilə vahid niyyətlə talamaq məqsədilə “Yerli İcra Hakimiyyətləri” haqqında Əsasnamənin 5.1.11-ci maddəsinin tələbinə əsasən inzibati vəzifə tutan işçilər istisna olmaqla, ancaq nümayəndəliyin digər işçiləri barəsində nümayəndənin həvəsləndirmə və intizam tənbehi tədbirləri görməklə bağlı səlahiyyətlərinin olması və “İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Vəzifə Təlimatı”na əsasən tabeliyində olan dövlət qulluqçuları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verilməsi kimi qulluq funksiyalarının olması tələblərini, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələblərini pozaraq, yəni əmək və icra intizamının pozulmasına görə verilmiş intizam tənbehinin altı ay müddətində qüvvədə olmasına əməl etmədən Zərdab rayon İcra Hakimiyyətinin Başçısının 34 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən töhmət növündə intizam tənbeh aldıqları halda əvvəlcədən nümayəndəliyin işçilərinə onlara mükafat qismində və əvəz etməyə görə əmək haqqı hesablarına vəsait köçürüləcəyini deyib, sonradan nağdlaşdırılmaqla ona təhvil verilməsini tələb edərək, həmçinin nümayəndəlik üzrə tərtib edilmiş aylıq əmək haqqını hesablama cədvəllərində “veriləsi məbləğ” qrafasındakı göstərilən rəqəmlərə avans, qalıq əmək haqqı və ya digər adla əsassız qaydada əlavələr edərək, xadimələrə hesablanmış əmək haqqı və mükafatları azaldaraq özünə və digər işçilərə köçürdərək və ya aylıq əmək haqqını hesablama cədvəllərində “veriləsi məbləğ” qrafasındakı göstərilən rəqəmlərdən artıq məbləğdə pul vəsaitlərini ödəniş tapşırıqlarında qeyd edərək xx.xx.2018-xx.xx.2020-ci il tarixlərində Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci il üzrə özünə mükafat qismində 1380 manat, Şahid6 mükafat qismində 1155 manat, Təqsirləndirilən şəxs2 mükafat qismində 1420 manat və artıq əmək haqqı qismində 100 manat olmaqla cəmi 1520 manat, Şahid5 mükafat qismində 142,73 manat və Şahid4 mükafat qismində 142,73 manat, 2019-cu il üzrə özünə artıq əmək haqqı qismində 200 manat, Şahid6 mükafat qismində 590 manat və artıq əmək haqqı qismində 200 manat olmaqla cəmi 790 manat, Təqsirləndirilən şəxs2 mükafat qismində 570 manat və artıq əmək haqqı qismində 460 manat olmaqla cəmi 1030 manat, Şahid5 mükafat qismində 162,50 manat, Şahid4 mükafat qismində 162,50 manat, 2020-ci il üzrə özünə artıq əmək haqqı qismində 184,74 manat olmaqla, ümumilikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 6870,20 manat, eləcə də xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində təkbaşına vahid niyyətlə 2020-ci il üzrə özünə artıq əmək haqqı qismində 306,61 manat, 2021-ci il üzrə özünə mükafat qismində 480 manat, Şahid6 mükafat qismində 445 manat, artıq əmək haqqı qismində 228,90 manat və əvəz etmə qismində isə 298,38 manat olmaqla cəmi 972,28 manat, Şahid5 mükafat qismində 130 manat, Şahid4 mükafat qismində 130 manat, Şahid2 mükafat qismində 430 manat məbləğində ümumilikdə təkbaşına 2448,89 manat pul vəsaitlərinin əmək haqqı hesablarına köçürülməsinə və Təqsirləndirilən şəxs2 başqa digər işçilər tərəfindən nağdlaşdırılaraq ona verilməsinə nail olub, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus xeyli miqdarda, yəni 9319,09 manat məbləğində ona etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkbaşına mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə, yəni ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq və dövlət bayramlarına, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsinə, işıq, istilik, su və digər kommunikasiya xətləri ilə bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar tədbirlərin görülməsi üçün xidmət sahələri ilə birgə işin təşkil edilməsinə və digər əhəmiyyətli hallara mühüm zərər vurmaqla vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayon İHB-nın Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir. 20 oktyabr 2006-cı il tarixdən 08 oktyabr 2020-ci il tarixədək Zərdab rayon İHB-nın X26 İƏDÜ nümayəndəliyində baş məsləhətçi-mühasib vəzifəsində işləmişdir. Zərdab rayon İHB-nın X26 İƏDÜ nümayəndəliyində baş məsləhətçi-mühasib vəzifəsində işlədiyi müddət ərzində Forma 49 №-li “Əmək haqqını hesablama cədvəl”lərini özü tərtib etmişdir. Hər bir halda tərtib olunmuş əmək haqqı cədvəllərini Təqsirləndirilən şəxs1 göstərmiş, onun mütləq məlumatı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun imzası, eləcə də nümayəndəliyin möhürü ilə təsdiq olunmuşdur. Bəzi hallarda həmin cədvəllərdə Təqsirləndirilən şəxs1 yerinə imza etdiyi hallar da olmuşdur. Lakin konkret xatırlamır ki, hansı cədvəllərdə İntizamın yerinə imza etmişdir. İmza etsə də belə, İntizam sonradan həmin cədvəllərlə tanış olmuşdur. Həmin cədvəllərdə qeyd olunan ödəmə, tutulma və digər rəqəmlərə onun və ya digər vəzifəli şəxslər tərəfindən əlavə və ya düzəlişlər edilməsi olmamışdır. Cədvəl təsdiqləndikdən sonra heç kəs ona müdaxilə etməmişdir. Əvvəllər həmin cədvəllər əsasında sifarişin təsdiq olunmağı Zərdab rayon Maliyyə İdarəsi tərəfindən icra edilmişdir. Belə ki, cədvəlləri Maliyyə İdarəsinə gətirib orada təsdiqlətdirmişdir. Təsdiqlənən sifarişlərdə İntizamın da imzası olmuşdur. O, işdən çıxmağa son 7-8 ay qalmış isə elektron qaydaya keçildiyindən elektron sistem üzərindən olmuşdur. Hər bir halda yenə də İntizam imzası ilə təsdiq edilmişdir. Həmin cədvəllərə uyğun olaraq yerli xəzinədarlıq orqanı tərəfindən tərtib edilmiş sifarişlər əsasında köçürmələrə dair ödəniş tapşırıqlarını X11 elektron qaydada tərtib edərək həm onun, həm də İntizamın elektron imzaları ilə təsdiq etmişlər. Bəzi hallarda dəqiq xatırlamır amma ki, bir neçə dəfə fiziki olaraq əlyazma üsulu ilə də ödəniş tapşırıqları tərtib edərək imza və möhürlə təsdiq etmişlər. Ödəniş tapşırıqları ilə “Əmək haqqını hesablama cədvəl”ləri arasında uyğunsuzluq halları olmamışdır. Ödəniş tapşırıqlarını “Elektron imza” tokeni ilə imzalamaq səlahiyyəti icra nümayəndəsinə və ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 nümayəndə işlədiyi dövrdə ona və özünə məxsus elektron imzaları öz seyfində saxlamışdır. İntizam özü həmin elektron imzanı vermişdir ki, ay sonunda köçürmələr olanda təsdiqləsin. Hər bir halda X11 ödəniş tapşırıqlarını elektron imza tokeni ilə təsdiq elədikdən sonra İntizama göstərmişdir. İntizam da bununla razılaşmışdır. Heç vaxt İntizama məxsus elektron imzadan istifadə etməyi ilə bağlı onun etirazı olmamışdır. İntizamın könüllü razılığı əsasında elektron imzası ilə sənədləri təsdiq etmişdir. İntizamın elektron imzası onda olduğundan ödəniş tapşırıqlarını elektron qaydada təsdiq etdikdən sonra İntizama təqdim etmişdir. İntizam da tanış olmuşdur. O, ancaq məzuniyyətdə olanda elektron imzası otağında kassada saxlamışdır. Ödəniş tapşırıqları olanda isə İntizam özü yerli xəzinədarlıq orqanına aparıb təsdiqlətdirmişdir. 2018-ci il üçün təsdiq edilmiş xərclər smetası əsasında xx.xx.2018-ci il tarixdə Ödəniş tapşırığını özü və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASCnin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 290 manat, müavin Şahid6 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 270 manat, öz adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 260 manat olmaqla, cəmi 820 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. Həmin dövrdə Rayon İcra Hakimiyyəti rəhbərliyinin mükafatla bağlı heç bir sərəncamı olmamışdır. İlin hər rübündə İntizamın göstərişi əsasında qeyd olunan ödəniş tapşırıqlarını tərtib etmişdir. Həmin dövrdə mükafatandırma ilə bağlı sərəncam olmadığı halda pul vəsaitlərinin köçürülməsinin qanunsuz olduğunu bilməmişdir. Hər bir halda İntizamın göstərişi əsasında müvafiq hesablamalar aparıb, sonra isə ödəniş tapşırıqlarını elektron imzalarla təsdiq etmişdir. Tərtib olunmuş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından İntizamın məlumatı olmuşdur. O, əmək haqqı hesabına köçən 260 manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmiş, heç kəsə verməmişdir. xx.xx.2018-ci il tarixli, 210 nömrəli Ödəniş tapşırığını özü və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 320 manat, müavin Şahid6 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, öz adına adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 900 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. Həmin ödəniş tapşırığı da Təqsirləndirilən şəxs1 göstərişi əsasında onun tərəfindən tərtib edilmiş, İntizama və özünə məxsus elektron imzalarla təsdiq edilmişdir. İntizamın göstərişi əsasında yazdığı bu mükafatı əmək haqqı hesablama cədvəlində hesablamış, yekunda isə İntizam özü imza çəkməklə möhür vurmuşdur. Bundan sonra köçürmə aparılmışdır. Bu mükafat üçün də hər hansı bir sərəncam və ya əmr olmamışdır. O, bu maliyyələşməni də İntizamın göstərişi əsasında icra etmiş, İntizamı da tərtib edilmiş maliyyə sənədləri ilə tanış etmişdir. Aldığı pul vəsaitini də öz ehtiyaclarına xərcləmişdir. xx.xx.2018-ci il tarixli, 99 nömrəli Ödəniş tapşırığını özünə və Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 320 manat, müavin Şahid6 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 590 manat, öz adınıza açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 1195 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. Həmin ödəniş tapşırığı da Təqsirləndirilən şəxs1 göstərişi əsasında onun tərəfindən tərtib edilmiş, İntizama və özünə məxsus elektron imzalarla təsdiq edilmişdir. İntizamın göstərişi əsasında yazdığı bu mükafatı əmək haqqı hesablama cədvəlində hesablamış, yekunda isə İntizam özü imza çəkməklə möhür vurmuşdur. Bundan sonra köçürmə aparılmışdır. Bu mükafat üçün də hər hansı bir sərəncam və ya əmr olmamışdır. O, bu maliyyələşməni də İntizamın göstərişi əsasında icra etmiş, İntizamı da tərtib edilmiş maliyyə sənədləri ilə tanış etmişdir. 2019-cu il üçün təsdiq edilmiş xərclər smetası əsasında xx.xx.2019-cu il tarixdə Ödəniş tapşırığı tərtib etməklə müavin Şahid6 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, öz adınıza açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 580 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. Həmin dövrdə İntizam məzuniyyətdə olmuşdur. İntizam məzuniyyətdə olsa da, ona xx.xx.2019-cu il tarixli ödəniş tapşırığını tərtib etməyi şifahi olaraq tapşırmışdır. İntizam məzuniyyətdə olduğu dövrdə onun vəzifələrini Şahid6 icra etmişdir. İntizamın göstərişi əsasında müvafiq əmək haqqı hesablama cədvəlini tərtib edərək yalnız İdarənin möhürü ilə təsdiq etmişdir. Bundan sonra elektron imza ilə ödəniş tapşırığını təsdiqlədərək köçürmələri icra etmişdir. Bu maliyyələşmə də İntizamın göstərişi və məlumatı əsasında olmuşdur. Həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmiş, heç kəsə verməmişdir. Bu mükafat üçün də hər hansı bir sərəncam və ya əmr olmamışdır. xx.xx.2019-cu il tarixli, 260 nömrəli Ödəniş tapşırığını özünə və Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokeni ilə təsdiq edərək müavin Şahid6 adına açılmış "xxxx" ASCnin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, öz adınıza açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 580 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. Həmin ödəniş tapşırığı da Təqsirləndirilən şəxs1 göstərişi əsasında onun tərəfindən tərtib edilmiş, İntizama və özünə məxsus elektron imzalarla təsdiq edilmişdir. İntizamın göstərişi əsasında yazdığı bu mükafatı əmək haqqı hesablama cədvəlində hesablamış, yekunda isə İntizam özü möhür vurmuşdur. Bundan sonra köçürmə aparılmışdır. Bu mükafat üçün də hər hansı bir sərəncam və ya əmr olmamışdır. O, bu maliyyələşməni də İntizamın göstərişi əsasında icra etmiş, İntizamı da tərtib edilmiş maliyyə sənədləri ilə tanış etmişdir. Aldığı pul vəsaitini də öz ehtiyaclarına xərcləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “X10”nın təsdiq edilməsi haqqında 18 yanvar 2012-ci il tarixli qərarının 1-ci bəndinin tələblərini pozaraq, yəni təşkilatların işçilərinin ezamiyyətə göndərilməsinin həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilməsi və müvafiq əmrlə rəsmiləşdirilməsi, eləcə də Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydalarına uyğun olaraq “Ezamiyyə vəsiqəsi”nin verilməsinə əməl etmədən ezamiyyə barədə göstəriş, çağırış, əmr və ezamiyyə vəsiqəsi olmadığı halda nümayəndəliyin 2018-ci ilə dair təsdiq edilmiş xərclər smetasında “222100 Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsi əsasında xx.xx.2018-ci il tarixli, 127 nömrəli Ödəniş tapşırığını özünə və Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokeni ilə təsdiq etməklə öz adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 100 manat pul vəsaiti ezamiyyə xərci adı ilə qanunsuz olaraq köçürülmüşdür. 2018-ci ilin iyul ayı üçün nəzərdə tutulmuş əmək haqqı hesablama cədvəlini özü tərtib etmiş, həmin cədvəldə İntizamın və özünün yerinə imza edib möhürlə təsdiqləmişdir. İntizama bu barədə məlumat verib-vermədiyini xatırlamır. Özü könüllü olaraq İntizamın əvəzinə imza etməyini demişdir. Əmək haqqı hesablama cədvəlində cəmi 2729,15 manat göstərsə də, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığında 2829,15 manat ödənilməsini göstərmişdir. 100 manat ezamiyyə xərci ilə bağlı əmək haqqı hesablama cədvəlində qeyd aparmasa da, 07 nömrəli iyul ayı üçün Sifarişdə 222100 xərc maddəsindən 100 manat ödənilməli olduğunu qeyd etmişdir. Həmin dövrdə rəsmi olaraq İntizamın ezamiyyə ilə bağlı əmri və ya göstərişi olmamış, nə də ki ezamiyyə vəsiqəsi olmamışdır. Özü yol xərci qismində özünə 100 manat hesablayıb yazmış, bundan öncə də İntizama məlumat vermişdir. Bu səbəbdən də, əmək haqqı hesablama cədvəli ilə ödəniş tapşırığı arasında 100 manat fərq yaranmışdır. Ezamiyyə xərcini özü alaraq öz şəxsi yol-nəqliyyat xərclərinə istifadə etmişdir. İntizamın ona ezamiyyə xərcinin ödənilməsi ilə bağlı göstərişi olmasa da, özü-özünə ezam xərci köçürəndə İntizama bu barədə məlumat verdiyini xatırlamır. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetasında “222100 Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsinə əsasən xx.xx.2019-cu il tarixli, 366 nömrəli Ödəniş tapşırığını özünə və Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokeni ilə təsdiq etməklə öz adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 50 manat pul vəsaiti ezamiyyə xərci adı ilə qanunsuz olaraq köçürülmüşdür. 2019-cu ilin aprel ayı üçün nəzərdə tutulmuş əmək haqqı hesablama cədvəlini özü tərtib etmişdir. Eyni zamanda həmin cədvəldə İntizam və özü imza edib möhürlə təsdiqləmişlər. Əmək haqqı hesablama cədvəlində cəmi 995,79 manat göstərsə də, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığında 1245,79 manat ödənilməsini göstərmişdir. Artıq olan 250 manat vəsaitdən 50 manatını ezam xərci qismində öz hesabına köçürtmüşdür. Qalan 200 manatı isə artıq əmək haqqı kimi Nübara köçürülmüşdür. Həmin dövrdə rəsmi olaraq İntizamın ezamiyyə ilə bağlı əmri və ya göstərişi olmamış, nə də ki ezamiyyə vəsiqəsi olmamışdır. Özü yol xərci qismində özünə 50 manat hesablayıb yazmış, bundan öncə də İntizama məlumat verdiyini xatırlamır. Bu səbəbdən də, əmək haqqı hesablama cədvəli ilə ödəniş tapşırığı arasında 250 manat fərq yaranmışdır. Ezamiyyə xərcini özü alaraq öz şəxsi yol-nəqliyyat xərclərinə istifadə etmişdir. İntizamın ona ezamiyyə xərcinin ödənilməsi ilə bağlı göstərişi olmasa da, özü-özünə ezam xərci köçürəndə İntizama bu barədə məlumat verdiyini xatırlamır. xx.xx.2019-cu il tarixli, 601 nömrəli Ödəniş tapşırığını özü və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq etməklə öz adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 100 manat pul vəsaiti ezamiyyə xərci adı ilə qanunsuz olaraq köçürülmüşdür. 2019-cu ilin dekabr ayı üçün nəzərdə tutulmuş əmək haqqı hesablama cədvəlini özü tərtib etmişdir. Eyni zamanda həmin cədvəldə İntizam və özü imza edib möhürlə təsdiqləmişlər. Əmək haqqı hesablama cədvəlində cəmi 1698,20 manat göstərsə də, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığında 1798,20 manat ödənilməsini göstərmişdir. 100 manat ezamiyyə xərci ilə bağlı əmək haqqı hesablama cədvəlində qeyd aparmasa da, 12 nömrəli dekabr ayı üçün Sifarişdə 222100 xərc maddəsindən 100 manat ödənilməli olduğunu qeyd etmişdir. Həmin dövrdə rəsmi olaraq İntizamın ezamiyyə ilə bağlı əmri və ya göstərişi olmamış, nə də ki ezamiyyə vəsiqəsi olmamışdır. Özü yol xərci qismində özünə 100 manat hesablayıb yazmış, bundan öncə də İntizama məlumat verdiyini xatırlamır. Bu səbəbdən də, əmək haqqı hesablama cədvəli ilə ödəniş tapşırığı arasında 100 manat fərq yaranmışdır. Ezamiyyə xərcini özü alaraq öz şəxsi yol-nəqliyyat xərclərinə istifadə etmişdir. İntizamın ona ezamiyyə xərcinin ödənilməsi ilə bağlı göstərişi olmasa da, özü-özünə ezam xərci köçürəndə İntizama bu barədə məlumat verdiyini xatırlamır. 2018-ci ilə dair təsdiq edilmiş xərclər smetası əsasında iyun ayı üçün 6 nömrəli “Əmək haqqını hesablama Cədvəli”nin öz adınız qeyd olunmuş hissəsində “veriləsi məbləğ” qrafasındakı yekun əmək haqqı məbləğini “avans” adı ilə(sonrakı aylarda büdcəyə bərpa edilmədən) əsassız olaraq artırıb xx.xx.2018-ci il tarixli, 360 nömrəli Ödəniş tapşırığını özünə məxsus “Elektron imza” tokeni ilə təsdiq etməklə adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 100 manat pul vəsaiti qanunsuz olaraq avans qismində köçürülmüşdür. Həmin əmək haqqı cədvəlini özü tərtib etmişdir. Sonradan isə İntizamın əmək haqqından 50 manat çıxılmaqla, özünə 150 manat avans adı ilə pul köçürülməsini göstərmişdir. Yekun nəticədə isə 100 manat özünə artıq pul köçürmüşdür. Bu maliyyədən İntizamın məlumatı olmuşdur. Çünki, İntizamın elektron imzası vasitəsilə ödəniş tapşırığını təsdiqləmişdir. 100 manat avans adı ilə köçürdüyü pulu sonrakı aylarda büdcəyə bərpa etməmişdir. Belə ki, İntizam özü avans adı ilə ona və digər əməkdaşlara köçən pul vəsaitlərinin sonradan büdcəyə bərpa edilməməsi barədə göstəriş vermişdir. O da rəhbəri olduğu üçün sonradan çıxmamışdır. Hər bir əməkdaşa avans adı ilə köçən pul vəsaitlərindən İntizamın məlumatı olmuşdur. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetası əsasında yanvar ayı üçün 01 nömrəli “Əmək haqqını hesablama Cədvəli”nin Təqsirləndirilən şəxs1 adı qeyd olunmuş hissəsində “veriləsi məbləğ” qrafasındakı yekun əmək haqqı məbləğini “avans” adı ilə(sonrakı aylarda büdcəyə bərpa etmədən) əsassız olaraq artırıb xx.xx.2019-cu il tarixli, 399 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 200 manat pul vəsaiti qanunsuz olaraq avans qismində köçürülmüşdür. İntizama 200 manat avans ödənilməsi barədə göstərişi İntizamın özü ona demişdir. İntizamın göstərişi əsasında əmək haqqı cədvəlində 200 manat avans adı ilə pul yazmışdır. Sonrakı aylarda isə İntizamın göstərişi əsasında büdcəyə bərpa etməmişdir. Ödəniş tapşırığını isə İntizamın və onun elektron imzaları ilə təsdiq etmişdir. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetası əsasında aprel ayı üçün 04 nömrəli “Əmək haqqını hesablama Cədvəli”nin özünün və müavin Şahid6 adı qeyd olunmuş hissəsində “cəmi hesablanmış məbləğ” qrafasındakı yekun əmək haqqı məbləğini əsassız olaraq artırılıb xx.xx.2019-cu il tarixli, 366 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə müvafiq qaydada Şahid6 məxsus "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 200 manat pul vəsaiti qanunsuz olaraq köçürülmüşdür. 2019-cu ilin aprel ayı üçün nəzərdə tutulmuş əmək haqqı hesablama cədvəlini özü tərtib etmişdir. Eyni zamanda həmin cədvəldə İntizam və özü imza edib möhürlə təsdiqləmişlər. Əmək haqqı hesablama cədvəlində cəmi 995,79 manat göstərsə də, xx.xx.2019cu il tarixli ödəniş tapşırığında 1245,79 manat ödənilməsini göstərmişdir. Artıq olan 250 manat vəsaitdən 50 manatını ezam xərci qismində öz hesabına köçürtmüşdür. Qalan 200 manatı isə artıq əmək haqqı kimi Nübara köçürülmüşdür. Hər bir halda Nübara 200 manat artıq köçməsi barədə ona İntizam göstəriş vermiş, bunun əsasında yazmışdır. Özbaşına heç kəsə artıq pul hesablamamışdır. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetası əsasında may ayı üçün 05 nömrəli “Əmək haqqını hesablama Cədvəli”nin öz adı qeyd olunmuş hissəsində “cəmi hesablanmış məbləğ” qrafasındakı yekun əmək haqqı məbləğini əsassız olaraq artırıb xx.xx.2019cu il tarixli, 260 nömrəli Ödəniş tapşırığını özünə məxsus “Elektron imza” tokeni ilə təsdiq etməklə adına "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 200 manat pul vəsaiti qanunsuz olaraq köçürülmüşdür. 2019-cu ilin may ayı üçün əmək haqqı hesablama cədvəlini özü tərtib etmişdir. Həmin cədvəldə əmək haqqı, mükafat, maddi yardım və məzuniyyət barədə qeydlər apararaq yekunda 3096,14 manat ödənilməli olduğunu göstərmişdir. Lakin xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı əsasında özünə 200 manat artıq avans adı ilə əmək haqqı yazmışdır. Bu barədə İntizama məlumat vermişdir. Düzdür, sənəddə avans adı ilə yazılmasını göstərməsə də, bu niyyətlə özünə köçürmə etmişdir. Sonradan isə büdcəyə bərpa etməmişdir. İntizama da bütün maliyyə sənədlərini təqdim etmişdir. İntizamın razılığı ilə onun elektron imzası əsasında təsdiq etmişdir. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetası əsasında iyul ayı üçün 07 nömrəli “Əmək haqqını hesablama Cədvəli”ndə sonradan əlavə olaraq 285 manat hesablanmış və xx.xx.2019-cu il tarixli, 574 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə öz adına "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına həmin pul vəsaiti qanunsuz olaraq köçürülmüşdür. Qeyd olunan 285 manat pul vəsaitinin cədvələ əlavə olunması sonradan icra edilmişdir. Lakin həmin qeydlər səhv xatırlamırsa, maliyyə orqanında yazılmışdır. Hər bir halda belə təxmin edir ki, həmin pul vəsaiti avans və ya mükafat kimi ona köçürülmüşdür. Həmin maliyyələşmə ilə bağlı İntizamın məlumatı mütləq ki olmuşdur. Çünki, həmin cədvəli İntizam özü möhürlə təsdiq etmişdir. Həmin pulu özü bankomat vasitəsilə əldə edib xərcləmişdir. Təqsirləndirilən şəxs1 göstərişi əsasında Şahid6 8 nömrəli, xx.xx.2018-ci il tarixli “yerli icra hakimiyyəti orqanından gələn əmr və sərəncamların vaxtıvaxtında icra edilməsi” məzmunlu əmr tərtib edərək xx.xx.2018-ci il tarixli, 99 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 450 manat, öz adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 590 manat olmaqla, cəmi 1040 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. 2018-ci ilin dekabr ayına olan əmək haqqı hesablama cədvəlində 1040 manat pul vəsaitinin köçürülməsi barədə qeydlər aparmamışdır. Həmin vaxtda aylıq əmək haqqı məbləğinə dair cədvəli yerli xəzinədarlıq orqanına təqdim edəndə İntizam ona büdcədə mükafat xərcində əlavə vəsait olduğunu deyib əlavə cədvəl tərtib etdirmişdir. Həmin cədvəldə 450 manat İntizama, 590 manat isə ona hesablatdırmışdır. O da İntizamın göstərişi əsasında həmin cədvəli tərtib edib, özü imzalamışdır. İntizam özü ona əvəzinə imza etməyini demişdir. Bundan sonra elektron imza ilə təsdiq edərək ödəniş tapşırığı əsasında hesabına köçən 590 manat pul vəsaitini bankomatdan çıxardıb İntizamın özünə vermişdir. Həmin əmr əsasında maliyyə əməliyyatlarını özü icra etmişdir. Lakin əmrin qanuni olub-olmadığını bilməmişdir. 2018-ci ilin iyun ayında 100,00 manat əməkhaqqı məbləğini avans adı ilə öz kart hesabına köçürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin maliyyə sənədləşməsini özü icra etsə də, İntizamın məlumatı olmuşdur. Avans adı ilə öz kart hesabına köçürdüyünü bildirdiyi 100 manat pul vəsaitini sonrakı aylarda məsuliyyətsizliyi ucbatından çıxmamışdır. 8 saylı, 18 dekabr 2018-ci il tarixli əmrə əsasən nümayəndə və özünə mükafat hesablamış, daha sonra isə mükafatı bankomat vasitəsi ilə nağdlaşdırıb Təqsirləndirilən şəxs1 vermişdir. Həmin əmri Nübar tərtib etsə də, İntizamın göstərişi ilə yazmışdır. Həmin əmri İntizam ona təqdim edərək mükafat hesablanması barədə göstəriş vermiş, o da icra etmişdir. Sonradan aldığı 590 manat pulu İntizamın özünə vermişdir. Həmin pulu dəqiq xatırlamır ki, kimin yanında İntizama vermişdir. Amma dəqiq bilir ki, ona vermişdir. 2018, 2019 və 2020-ci illərdə Zərdab RİHB tərəfindən tərəfindən mükafat üçün sərəncam verilməsə də, həmin müddətdə sabiq nümayəndə Təqsirləndirilən şəxs1 tələb və təkidi ilə əmr və sərəncam olmadığı halda işçilərə mükafat hesablayaraq ödənişlər üzrə kart hesablarına köçürmələr etmişdir. Mükafatla bağlı maliyyə əməliyyatlarının icrasını birbaşa Təqsirləndirilən şəxs1 ona göstəriş vermiş, o da icra etmişdir. Bütün maliyyə əməliyyatlarından İntizamın məlumatı olmuşdur. 2019-cu ilin may ayında 200,00 manat, iyul ayında isə 285,00 manat əmək haqqı olmaqla cəmi 485,00 manat pul vəsaitini avans adı ilə öz kart hesabına köçürülmüş, bankomat vasitəsi ilə nağdlaşdırıdıqdan sonra şəxsi ehtiyaclarına xərcləmişdir. Özünə avans adı ilə əmək haqqı yazdığından İntizamın məlumatı olmuşdur. Avans adı ilə öz kart hesabına köçürdüyü cəmi 485 manat pul vəsaitini sonrakı aylarda büdcəyə bərpa etməmişdir. 2019-cu ilin aprel ayında 200,00 manat pul vəsaitini avans adı ilə müavin Şahid6 hesabına köçürmüş, növbəti ayda isə büdcəyə bərpa olunmasına Təqsirləndirilən şəxs1 icazə verməmişdir. Bu maliyyə əməliyyatının icrasını ona İntizam tapşırmış, o da icra etmişdir. Avans adı ilə Şahid6 kart hesabına köçürülən məbləğə dair maliyyə əməliyyatından Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. Avans adı ilə Şahid6 kart hesabına köçürülən cəmi 200 manat pul vəsaitini sonrakı aylarda büdcəyə bərpa edilməsinə Təqsirləndirilən şəxs1 icazə verməmişdir. Nümayəndə olaraq rəhbər vəzifəli şəxs İntizam olduğundan onun göstərişi olmadan heç bir maliyyə sənədləşməsini aparmamışdır. Bütün maliyyə əməliyyatlarını İntizam ona demiş, o da icra etmişdir. Ezamiyyə xərci adı ilə 2018-ci ildə 100,0 manat, 2019-cu ildə isə 150,00 manat olmaqla cəmi 250,00 manat vəsaitini ezamiyyə vəsiqəsi və əmri verilmədən ödənişlər üzrə kart hesabına köçürərək yol xərclərinə istifadə etmişdir. Qeyd etdiyi kimi yol xərclərinə xərcləmişdir. X20 kəndi 35 km məsafədə olduğu üçün ezamiyyə yazmaq mümkün olmamışdır. Maliyyə sənədini İntizama təqdim edərək məlumat verdiyini xatırlamır. Büdcə vəsaiti kimi hesablanmış əmək haqqı üzərinə gəlmişdir. Bu da əmək haqqı məbləğində fərq yaratmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 tapşırığına əsasən 200 azn Şahid6, 281.30 manat Təqsirləndirilən şəxs1 özü kart hesabına köçürmüş və tapşırığına əsasən həmin məbləği növbəti əmək haqqından tutmamışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında Zərdab rayon İcra Hakimiyyəti Başçısının 124 nömrəli, 23 iyul 2020-ci il tarixli əmrinə əsasən məzuniyyətə getmiş və 07 sentyabr 2020-ci ildə məzuniyyətdən qayıtmışdır. Məzuniyyətdə olduğu zaman Təqsirləndirilən şəxs1 pulunun olmadığını bildirmiş, bütün cavabdehliyi öz üzərinə götürərək 2020-ci ilin avqust ayında ona əməkhaqqı yazmağını tələb etmiş və 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 əsassız olaraq 184,74 manat məbləğində artıq əməkhaqqı hesablayaraq ödənişlər üzrə kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs1 cavabdeh olduğunu həmin ilin sentyabr ayının 1-dən əmək haqqını hesablatdırmasını bildirmiş və ona əmək haqqı köçürülməsini tapşırıq vermişdir. Rəhbər olduğu üçün ona verdiyi tapşırığı icra etmişdir. Rəsmi olaraq odun yanacağı alınması ilə bağlı pul köçürmələri etsə də, odunun alınmasını konkret olaraq Təqsirləndirilən şəxs1 təşkil etmişdir və hansı qaydada etməsindən məlumatlı deyildir. İstintaqın gedişində özünü tam təqsirli bildiyi üçün ziyanın bir qismini ödəmişdir. Hazırda özünü təqsirli bilmir, ona görə də ödədiyi ziyanın ona qaytarılmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan olunan ittihamın ona heç bir aidiyyatı yoxdur. Ona qarşı qeyri-qanuni yoxlama olmuşdur. Belə ki, Zərdab rayonunda olan 28 nümayəndəliyin heç birində yoxlama olmamış, yalnız onun işlədiyi kənd icra nümayəndəliyində yoxlama aprılmışdır. O, heç bir pul mənimsəməmişdir. 2018-ci ildə 33668 manat onun işlədiyi nümayəndəliyə pul ayrılmış, həmin puldan 28536 manat xərclənmişdir. Əksinə bəzi işləri öz hesablarına icra etmişlər. Yəni ondan 60 hektar qarğıdalı əkilib-becərilməsi tələb olunmuş, həmin tapşırığı işçilərlə birlikdə öz qüvvə və vəsaitləri hesabına becərmişlər. Ona verilən töhmətlə bağlı onu bildirir ki, Zərdab rayon Ərazi İdarə etmə şöbəsinin müdüri ona zəng edərək rayonun Mərkəzi Xəstəxanasına vaksinlə bağlı kənd sakinlərindən gətirilməsi tapşırıldığı üçün bir neçə kənd sakinini öz avtomobili ilə vaksin vurulması üçün rayon xəstəxanasına gətirmiş və həmin vaxt Zərdab RİHB-nin əməkdaşı ona zəng edərək onun işlədiyi nümayəndəlikdə əmək intizamının yoxlanıldığını bildirmiş və onun iş yerində olmamasına iradlarını bildirmişdir. Bu səbəbdən də ona töhmət verilmişdir. Töhmət aldığı müddətdə ona mükafat verilməmişdir. Ona mükafat verilmiş olsa belə bu onun səhfi deyil, ona töhmət aldığı halda mükafat ayıran təşkilatın səhfidir. Bundan başqa onun işlədiyi nümayəndəlikdə iki xadimə işləmişdir. İkisi bir aklat işləmişlər hər biri 15 gün olmaqla işləmişlər. Həmin vaxt hər birinin əmək haqqı 62 manat olmuşdur. Ona verilən ittihama görə güya o, həmin xadimələrdən icazə üçün pul almışdır. Halbu ki, həmin xadimələr icazəni ondan deyil bir birlərindən işləri olduqca bir-birlərini əvəz etmələrini öz aralarında həll etmişlər. Bundan başqa rayonun bütün nümayəndəliklərində olduğu kimi onlar da sərəncamsız mükafat almışlar. Heç bir nümayəndəlik həmin vatlar sərəncamla mükafat almamışdır. Əmək haqqı və mükafatlar hər bir kəsin öz kartına yüklənmiş və hər biri ayrı-ayrılıqda pullarını almışlar. O, heç kimdən ona pul verilməsini tələb etməmiş nə də ki, almamışdır. Şahid6 mühasib işləməsi ilə bağlı sənədlərdə onun imzası yoxdur. Beləliklə ona verilən ittihamla razılaşmır, audit aktında qeyd olunanları təsdiq etmir, maliyyə sənədləşməsində birbaşa mühasibin günahı olmuşdur. Mükafatların verilməsində sərəncam olmamış və illik smetaya uyğun köçürülmüşdür. Heç kəsdən köçürülən mükafatların nağdlaşdırılıb ona verilməsini tələb etməmiş, odun və dəftəxana ləvazimatlarının alışı rəsmi maliyyələşmə sənədi üzrə icra edilmişdir. Hazırda özünü təqsirli bilmir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməsələr də, onların ittiham elan olunan əməlin törədilməsində təqsirli olmaları zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyətinin 01 sentyabr 2023-cü il tarixli, 5-84/2-394/2023 nömrəli məktubunun icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2021-ci il 15 sentyabr tarixli, MN seriyalı, ********* saylı vəsiqəsinə əsasən X22 Xidmətinin 4 saylı Regional maliyyə müfəttişliyindən Şahid1 və 2 saylı Regional maliyyə müfəttişliyinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X2 Zərdab rayon İcra Hakimiyyəti Başçısının X26 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2023-cü il tarixə kimi olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması tapşırılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində Zərdab Rayon İcra Hakimiyyəti Başçısının X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq edilmiş illik xərclər smetasında 222100 “Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsindən 2018-ci il üçün 100,0 manat və 2019-cu il üçün 150,00 manat, cəmi 250,00 manat məbləğində vəsait ezamiyyə barədə İcra hakimiyyəti tərəfindən göstəriş, Təyinat məntəqəsindən çağırış, Nümayəndənin əmri və ezamiyyə vəsiqəsi yazılmadığı halda baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 qeyd olunan vəsaiti özünün şəxsi kart hesabına sənədləşmə apararaq köçürtmüşdür. Nümayəndəlikdən ilkin təqdim olunmuş mühasibatlıq sənədlərindən müəyyən olunmuşdur ki, hər hansı işçinin ezam olunması barədə Nümayəndəliyə çağırış göndərilməmiş, Rayon İcra Hakimiyyəti Başçısı və ya onun yerli Nümayəndəsi tərəfindən əmr verilməmiş, ezamiyə vərəqəsi yazılmamış, getdiyi ünvanda, təyinat məntəqəsində daxil olma barədə təsdiq olunmamış, eyni zamanda qayıtması barədə nümayəndəlikdə təsdiq edici sənədlər olmadığı (ezamiyyə vəsiqəsi və əmr) halda xəzinə smetasında ayrılmış, 222100 “Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsindən X11 Nümayəndəlik üçün açılmış 02032, 02073 nömrəli Xəzinə hesab kitablarında bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (ezamiyyə vəsiqəsi və əmr) olmadığı halda sifariş verib qeyd olunan, 2018-ci il üçün 100,0 manat və 2019-cu il üçün 150,00 manat, cəmi 250,00 manat məbləğində vəsaiti öz kart hesabına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Qeyd olunan dövrlərdə baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixli izahatında qeyd olunan 250,00 manat məbləğində vəsaiti Ezamiyyə vəsiqəsi, ezamiyyə barədə əmrlər olmadan ödənişlər üzrə kart hesabına köçürtdüyünü və yol xərclərinə istifadə etdiyini bildirmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 maddəsinə əsasən dövlət qulluqçularının mükafatlandırılması və dövlət qulluqçusu olmayan işçilərə birdəfəlik haqqın verilməsinə dair məlumat təqdim edilmişdir. Lakin nümayəndəlikdə olan sənədləşmələrə görə Yerli İcra hakimiyyəti Başçısı tərəfindən mükafatlandırma ilə əlaqədar sərəncam və ya əmr olmadığı halda işçilərin mükafatlandırılması məqsədilə 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 290 manat, Şahid6 270 manat, Təqsirləndirilən şəxs2 260 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 950,00 manat, may ayında Təqsirləndirilən şəxs1 320 manat, Şahid6 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 1030,00 manat, dekabr ayında Təqsirləndirilən şəxs1 320 manat, Şahid6 590 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 1325,00 manat, Təqsirləndirilən şəxs1 450 manat və Təqsirləndirilən şəxs2 590 manat olmaqla ümumilikdə 1040,00 manat, cəmi 4345,00 manat, 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs1 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 72.50 manat və Şahid5 72.50 manat olmaqla ümumilikdə 725,00 manat, may ayında Şahid6 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 90 manat və Şahid5 90 manat olmaqla ümumilikdə 760,00 manat, cəmi 1485,00 manat olmaqla, yekun 5830,00 manat məbləğində əsassız mükafat hesablanmış, bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (sərəncam və əmr) olmadığı halda verilmiş sifariş əsasında hesablanmış mükafat məbləğindən 123,76 manat gəlir vergisi, 161,69 manat 3 % mütləq sığorta haqqı, 12,53 manat işsizlikdən sığorta haqqı, 100,00 manat qazetlərə abunə haqqı olmaqla tutulmalar aparılmış və 5432,02 manat məbləğində vəsaiti işçilərin ödənişlər üzrə kart hesablarına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Ərazi nümayəndəsi Təqsirləndirilən şəxs1 18 dekabr 2018-ci il tarixdə 8 saylı əmrlə nümayəndəlikdə Zərdab Rayon İcra Hakimiyyətindən gələn əmr və sərəncamları vaxtlı-vaxtında icra edildiyini nəzərə alaraq özünü və baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 mükafatlandırılması barədə vəzifə səlahiyyətlərinə aid olmayan əmr vermişdir. Əmrdə heç bir əsas göstərilmədiyi halda nümayəndəyə 450,00 manat, baş məsləhətçi – baş mühasibi 590,00 manat mükafat məbləği hesablanması icra edilmişdir. Nümayəndəlik üzrə işçilərin (xadimələr Şahid4 və Şahid5) 22 sentyabr 2023-cü il tarixli izahatlarında il ərzində kart hesablarına köçürülmüş mükafat məbləğlərini, baş məsləhətçi – baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 18 dekabr 2018-ci il tarixdə 8 saylı əmrlə aldığı mükafatı məbləğini bankomatdan aldıqdan sonra nağd pul şəkilində nümayəndə Təqsirləndirilən şəxs1 verdiklərini bildirdilər. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində nümayəndəlik əməkdaşlarının intizam tənbehi barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinn 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi alan işçilərə Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehinin müddəti bitmədiyi halda 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 480 manat, Şahid6 445 manat, Təqsirləndirilən şəxs2 430 manat, Şahid4 130 manat və Şahid5 130 manat olmaqla ümumilikdə 1615,00 manat məbləğində əsassız mükafat hesablanmış və işçilərin ödənişlər üzrə kart hesablarına ödənilmişdir. Nümayəndəlikdən ilkin təqdim olunmuş mühasibatlıq sənədlərindən müəyyən olunmuşdur ki, 2021-ci ilin mart ayında bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (sərəncam və əmr) olmadığı halda verilmiş sifariş əsasında hesablanmış mükafat məbləğindən 206,50 manat gəlir vergisi, 48,45 manat 3 % mütləq sığorta haqqı, 8,08 manat işsizlikdən sığorta haqqı, 32,30 manat tibbi sığorta haqqı olmaqla tutulmalar aparılmış və 1319,67 manat məbləğində vəsiti işçilərin ödənişlər üzrə kart hesablarına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Yoxlama zamanı nümayəndəlikdə bir sıra aylarda aylıq əməkhaqqı və mükafat məbləğlərinin ayrı-ayrılıqda hesablanması nəticəsində Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 101-ci maddəsinin tələblərinə əməl edilməmiş və bu hesabla aylıq gəlirlərdən 1026,55 manat məbləğində az gəlir vergisi tutulmuşdur. Nümayəndəliyin mühasibatlığındakı hesablama cədvəllərində işçilərin adlarına yazılmış əməkhaqqı, mükafat, digər məbləğlər ilə onların ödəniş kart hesablarına köçürülmüş məbləğlərin üzləşdirilməsi məqsədi ilə 18 sentyabr 2023-ci il tarixli 21 nömrəli məktubla "xxxx" ASC-nin Zərdab filialına müraciət olunmuş, bank tərəfindən yoxlamaya 280 nömrəli, 21 sentyabr 2023-cü il tarixli məktubla təqdim etdiyi adlı siyahılarda işçilərin ödəniş kart hesablarına köçürülmüş məbləğlərlə 2018, 2019, 2020, 2021 və 2022-ci illər üzrə olan hesablama cədvəllərində işçilərə ödənildiyi göstərilmiş məbləğləri üzləşdirilmişdir. Üzləşdirilmə zamanı əməkhaqqı hesablama cədvəllərində olan məbləğlər öhdəlik, malalışı sifariş formalarında əmək haqqı xanasındakı məbləğ artırılmaqla Təqsirləndirilən şəxs2 ödənişlər üzrə kart hesabına 2018ci ilin iyul ayında 100,0 manat, 2019-cu ilin aprel ayında 50,00 manat, may ayında 50,00 manat, iyul ayında 260,00 manat, dekabr ayında 260,00 manat, cəmi 460,00 manat, ümumilikdə 560,00 manat, Şahid6 ödənişlər üzrə kart hesabına 2019-cu ilin aprel ayında 200,00 manat, Təqsirləndirilən şəxs1 ödənişlər üzrə kart hesabına 2019-cu ilin yanvar ayında 200,00 manat, 2020-ci ilin noyabr ayında 81,30 manat, cəmi 281,30 manat, Şahid2 ödənişlər üzrə kart hesabına 2021-ci ilin iyun ayında 51,46 manat, iyul ayında 192,04 manat, cəmi 291,86 manat, ümumilikdə 1333,16 manat məbləğində əmək haqqı cədvəllərindəki məbləğlərdən artıq büdcə vəsait köçürüldüyü müəyyən olundu. 2020-ci ilin dekabr ayında 0,5 ştat vahidi ilə xadimə işləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (113,60 +113,60) məbləğlər azaldılaraq 225,31 manat məbləğində Təqsirləndirilən şəxs1, 1,89 manat məbləğində, cəmi 227,20 manat məbləğində X7 ödənişlər üzrə kart hesabı, 2021-ci ilin mart ayında 0,5 ştat vahidi ilə xadimə şləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (114,45+114,45) məbləğlər azaldılaraq 228,90 manat məbləğində X7 ödənişlər üzrə kart hesabı artırılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində sabiq nümayəndə Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında Zərdab rayon İcra Hakimiyyəti Başçısının 124 nömrəli, 23 iyul 2020-ci il tarixli əmrinə əsasən məzuniyyətə getmiş və 07 sentyabr 2020-ci ildə məzuniyyətdən qayıtmışdır. Sabiq baş məsləhətçi - baş mühasib Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixli izahatında bildirir ki, məzuniyyətdə olduğu zaman X8 pulunun olmadığını ona bildirmiş, bütün cavabdehliyi öz üzərinə götürərək 2020-ci ilin avqust ayında ona əməkhaqqı yazmağını tələb etmiş və 2020-ci ilin avqust ayında X5 əsassız olaraq 184,74 manat məbləğində artıq əməkhaqqı hesablayaraq ödənişlər üzrə kart hesablarına köçürtmüşdür. Nümayəndənin müavini işləyən Şahid6 21 sentyabr 2023-cü il tarixli izahatında “nümayəndəlikdə 11 yanvar 2021-ci il tarixli əmrlə mühasib vəzifəsini icra etməsi rəsmiləşdirilsədə faktiki olaraq mühasib işləri görmədiyini, mühasibatlığa aid işləri Təqsirləndirilən şəxs1 tanıdığı mühasibin icra etdiyini, əvəzetməyə görə ona hesablanmış 298,38 manat məbləğində əməkhaqqını nəğdiləşdirdikdən sonra sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirdi. Nümayəndəlikdə 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid4 22 sentyabr 2023-cü il tarixli izahatında 2018-2019-cu illərdə xatırlamadığı aylarda plastik kartının olmadığına görə əmək haqqının onun həyat yoldaşına nəğd qaydada verildiyini, plastik kartı aldıqdan sonra ona iş yerində edilən müəyyən güzəştlərə görə hər ay əmək haqqından 10-15 manat, il ərzində nümayəndəlik tərəfindən verilmiş mükafat məbləğini isə plastik kart vasitəsi aldıqdan nəğd qaydada sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirdi. Digər 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid5 22 sentyabr 2023-cü il tarixli izahatında iş yerindən verilmiş plastik kartın həmişə özündə olduğunu, hesablanmış əmək haqqı və digər ödənişləri həmin kart vasitəsi ilə aldıqdan sonra iş yerində ona edilən güzəştlərə görə iki aydan bir 20 manat və il ərzində verilmiş mükafat məbləğini isə plastik kart vasitəsi nağdlaşdırdıqdan sonra sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirdi. Belə ki, 2018-ci ildə fiziki şəxs “X17” -dan elektron qaimələrlə 100,0 manat dəyərində, 2019-cu ildə fiziki şəxslər “X18”-dan, "X21" -dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2021-ci ildə fiziki şəxs elektron qaimələrlə 130,00 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “Mətanət Bayram qızı lsayeva”-dan" X14"-dan, elektron qaimələrlə 130,00 manat dəyərində, ümumilikdə 560,00 manat dəyərində dəftərxana ləvazimatlatlarının alınması rəsmiləşdirilmiş və alınan malların uçotu, istifadəsi və silinməsi aparılmamışdır. X3 Mənsimova 21 sentyabr 2023-cü il tarixli izahatında nümayəndəlikdə istifadə olunan dəftərxana ləvazimatlarının şəxsi vəsaiti ilə aldığını qeyd etmişdir. Nümayəndəliyin payız-qış mövsümündə iş otaqlarının qızdırılması məqsədi ilə xərclər smetasında ayrılmış vəsait hesabına 2018-ci ildə fiziki şəxs “X9” -dan və "X4 elektron qaimələrlə 250,00 manat dəyərində, 5 kub, 2019-cu ildə fiziki şəxslər "X14"-dan və "X21"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2021-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 260.0 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “X12”-dan, elektron qaimələrlə 260,00 manat dəyərində, ümumilikdə 1270,00 manat dəyərində odun yanacağının alınması rəsmiləşdirilmiş və alınan odun yanacağının uçotu, istifadəsi və silinməsi aparılmamışdır. X3 Mənsimova 21 sentyabr 2023-cü il tarixli izahatında odun yanacağının alınması barədə məlumatının olmadığını, malsatan tərəfindən nümayəndəliyə odun yanacağının təhvil verilmədiyini, istifadə olunan odun yanacağını kənd əhalisindən sənədləşmə aparmadan şəxsi vəsaitləri hesabına aldıqlarını, 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid4 və X24 22 sentyabr 2023-cü il tarixli izahatlarında payız-qış mövsümündə müavinin iş otağında quraşdırılmış odun sobasını mart ayına kimi kəskin soyuq havalarda yandırdıqlarını, istifadə olunan odun yanacağını nümayədə idarə etdiyi nəqliyyat vasitəsi ilə gətirdiyi bildirdilər. Sabiq baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 22 sentyabr 2023-cü il tarixli izahatında işlədiyi müddət ərzində odun yanacağının alınması məqsədi ilə nağdsız pul köçürmələri onun tərəfindən sənədləşdirilsə də, yanacağın təhvil alınması sabiq nümayəndə Təqsirləndirilən şəxs1 tərəfindən icra edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb edir. İlkin məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 20 fevral 2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən isə hazırki tarixədək Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. Müavin işlədiyi dövrdə odun yanacağının alınmasından və digər sənədləşmə işlərinin aparılmasından məlumatı olmamış, nə də ki, bu barədə tərəfindən hər hansı sənədləşmə rəsmiləşdirilməmişdir. Belə ki, nümayəndəlikdə yalnız 1 (bir) otaq odunla qızdırılır. Malgöndərən təşkilatla nümayəndəlikdə istilik məqsədi ilə odun yanacağının alınması rəsmiləşdirilsə də, sənədləşməyə imza etməmişdir. Bundan başqa, 11 yanvar 2021-ci il tarixli əmrlə mühasib vəzifəsini əvəz etməyi rəsmiləşdirilsə də, faktiki olaraq mühasib işləri görməmişdir. Mühasibat işlərini nümayəndə vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 tanıdığı mühasib yoldaşlara icra etdirmişdir. Mühasib işini əvəz etdiyinə görə ona hesablanmış əvəzçiliyə görə olan 298,38 manat əmək haqqını özü alsa da, nəğd şəkildə nümayəndə Təqsirləndirilən şəxs1 təqdim etmişdir. İntizama həmin pulu təklikdə vermiş, başqa şahidi olmamışdır. Nümayəndəlikdə istifadə edilən dəftərxana ləvazimatlarını bir neçə halda İntizamın sənədləşmə əsasında təşkilatlardan alıb gətirdiyinin şahidi olmuşdur. Əksər hallarda isə şəxsi vəsaiti hesabına almışdır. Mühasib vəzifəsini müvəqqəti əvəz etdiyi dövrdə Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində mühasibat işlərini Təqsirləndirilən şəxs1 tanıdığı mühasib yoldaşlara icra etdirmişdir. Həmin şəxsləri tanımır, çünki, mühasibat işinin harada edilməsindən məlumatı yoxdur. Nə də ki İntizam həmin şəxslərə maliyyə sənədləşmələrini tərtib etdirib ona imzalatdırmamışdır. Halbuki, həmin dövrdə mühasib olduğu üçün özü imza etməli imiş. O, mühasib vəzifəsini icra etdiyi dövrdə tərtib olunmuş əmək haqqı cədvəlləri, sifariş, ödəniş tapşırıqları və s. sənədləşmələr əvvəl və ya sonra ona təqdim olunmamışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin mühasibi vəzifəsini əvəz etdikdə onun adına elektron imza sifariş edilməmişdir. Həmin dövrdə maliyyə sənədləşmələri əvvəlki mühasib Təqsirləndirilən şəxs2 məxsus elektron imza ilə təsdiq edilmişdir. O, maliyyə əməliyyatlarının icrası ilə bağlı Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokenindən istifadə etməmişdir. 2018-ci il üçün təsdiq edilmiş xərclər smetası əsasında xx.xx.2018-ci il tarixdə Ödəniş tapşırığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 290 manat, onun adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 270 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 260 manat olmaqla, cəmi 820 manat pul vəsaiti, xx.xx.2018-ci il tarixli, 210 nömrəli Ödəniş tapşırığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 320 manat, onun adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 900 manat pul vəsaiti, xx.xx.2018-ci il tarixli, 99 nömrəli Ödəniş tapşırığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus “Elektron imza” tokeni ilə təsdiq edərək Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 320 manat, onun adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 590 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 1195 manat pul vəsaiti, 2019-cu il üçün təsdiq edilmiş xərclər smetası əsasında xx.xx.2019-cu il tarixdə Ödəniş tapşırığı tərtib etməklə adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 580 manat pul vəsaiti, xx.xx.2019-cu il tarixli, 260 nömrəli Ödəniş tapşırığını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Elektron imza” tokeni ilə təsdiq edərək onun adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 295 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 285 manat olmaqla, cəmi 580 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. O, bu mükafatların qanunsuz köçdüyünü bilməmişdir. Hər bir halda İntizamın göstərişi ilə pul köçəndən sonra çıxardaraq özünə vermişdir. Həmin pulları İntizama verərkən tək olmuşdur. Onunla birgə digər işçilər də həmin mükafatları İntizama vermişlər. 2019-cu ilə dair təsdiq edilmiş xərclər smetası əsasında aprel ayı üçün 04 nömrəli “Əmək haqqını hesablama Cədvəli”nin adının qeyd olunmuş hissəsində “cəmi hesablanmış məbləğ” qrafasındakı yekun əmək haqqı məbləğini əsassız olaraq artırılıb xx.xx.2019-cu il tarixli, 366 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə ona məxsus "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 200 manat pul vəsaiti qanunsuz olaraq köçürülmüşdür. 2019-cu ilin aprel ayı üçün nəzərdə tutulmuş əmək haqqı hesablama cədvəlini Təqsirləndirilən şəxs2 tərtib etmişdir. Əmək haqqı hesablama cədvəlində cəmi 995,79 manat göstərilsə də, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığında 1245,79 manat ödənilməsi göstərilmişdir. Artıq olan 250 manat vəsaitdən 50 manatını ezam xərci qismində Təqsirləndirilən şəxs2 öz hesabına köçürtmüş, qalan 200 manat isə avans kimi ona köçürülmüşdür. Həmin ayda İntizama maddi sıxıntısı olduğu üçün avans ödənilməsini xahiş etmişdir. Bunun əsasında da Bənövşə ona 200 manat pulu köçürmüşdür. Sonrakı aylarda Bənövşəyə həmin avansın ondan tutulmadığını bildirəndə, İntizamın icazə vermədiyini demişdir. O, dəfələrlə Bənövşəyə həmin avansın büdcəyə bərpa edilməsini demişdir. Bənövşə də ona İntizamın buna icazə vermədiyini demişdir. 8 nömrəli, xx.xx.2018-ci il tarixli “yerli icra hakimiyyəti orqanından gələn əmr və sərəncamların vaxtıvaxtında icra edilməsi” məzmunlu əmr tərtib edilərək xx.xx.2018-ci il tarixli, 99 nömrəli Ödəniş tapşırığını “Elektron imza” tokeni ilə təsdiq etməklə Təqsirləndirilən şəxs1 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 450 manat, Təqsirləndirilən şəxs2 adına açılmış "xxxx" ASC-nin Zərdab rayon filialında olan ******************** saylı əmək haqqı hesabına 590 manat olmaqla, cəmi 1040 manat pul vəsaiti qanunsuz olaraq mükafat qismində köçürülmüşdür. 18 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona həmin məzmunlu əmr tərtib etməyi barədə göstəriş vermişdir. O da İntizamin göstərişi əsasında əmr kitabında 8 saylı əmri yazmışdır. Bundan sonra İntizamın göstərişi ilə onun əvəzindən imza da etmişdir. Bunun əsasında həmin mükafatlar köçürülmüşdür. İntizamın göstərişi əsasında həmin əmri özü yazmışdır. Əgər sonradan əmr yazmış olsaydı, necə həmin günü ona və Bənövşəyə mükafat köçə bilərdi. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 maddəsinə əsasən dövlət qulluqçularının mükafatlandırılması və dövlət qulluqçusu olmayan işçilərə birdəfəlik haqqın verilməsinə dair məlumat təqdim edilmişdir. Lakin nümayəndəlikdə olan sənədləşmələrə görə Yerli İcra hakimiyyəti Başçısı tərəfindən mükafatlandırma ilə əlaqədar sərəncam və ya əmr olmadığı halda işçilərin mükafatlandırılması məqsədilə ona aid hissədə 2018-ci ilin fevral ayında 270 manat, may ayında 295 manat, dekabr ayında 590 manat, 2019-cu ilin mart ayında 295 manat, may ayında 295 manat, olmaqla ümumilikdə 1450.00 manat məbləğində əsassız mükafat hesablanmışdır. Göstərilən məbləğlər onun tərəfindən nəğdləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 əlbəəl təqdim edilmişdir. Yerli İcra hakimiyyəti Başçısı tərəfindən mükafatlandırma ilə əlaqədar sərəncam və ya əmr olmadığı halda işçilərin mükafatlandırılması qaydasını bilməmiş, bunu Təqsirləndirilən şəxs1 özü təşkil etmişdir. Sadəcə göstərilən məbləğlər onun və digərlərinin kartına köçdükdən sonra nəğdləşdirilib Təqsirləndirilən şəxs1 verilmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində nümayəndəlik əməkdaşlarının intizam tənbehi barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinn 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi alan işçilərə Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehinin müddəti bitmədiyi halda 2021-ci ilin mart ayında ona 445 manat məbləğində əsassız mükafat hesablanmış və işçilərin ödənişlər üzrə kart hesablarına ödənilmişdir. Bəli, həmin vaxtı ona töhmət verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 nümayəndəlikdə işləməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə mühasibat işini gördürmüşdür. 445 manat məbləğ onun kartına köçürsə də, yenə də nəğdləşdirmə etdikdən sonra Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Yoxlama zamanı nümayəndəlikdə bir sıra aylarda aylıq əməkhaqqı və mükafat məbləğlərinin ayrı-ayrılıqda hesablanması nəticəsində Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 101-ci maddəsinin tələblərinə əməl edilməmiş və bu hesabla aylıq gəlirlərdən 1026,55 manat məbləğində az gəlir vergisi tutulmuşdur. Belə ki, nümayəndəliyin mühasibatlığındakı hesablama cədvəllərində işçilərin adlarına yazılmış əməkhaqqı, mükafat və digər məbləğlər ilə onların ödəniş kart hesablarına köçürülmüş məbləğlərin üzləşdirilməsi məqsədi ilə 18 sentyabr 2023-ci il tarixli 21 nömrəli məktubla "xxxx" ASC-nin Zərdab filialına müraciət olunmuş, bank tərəfindən yoxlamaya 280 nömrəli, 21 sentyabr 2023-cü il tarixli məktubla təqdim etdiyi adlı siyahılarda işçilərin ödəniş kart hesablarına köçürülmüş məbləğlərlə 2018, 2019, 2020, 2021 və 2022-ci illər üzrə olan hesablama cədvəllərində işçilərə ödənildiyi göstərilmiş məbləğləri üzləşdirilmişdir. Üzləşdirilmə zamanı əməkhaqqı hesablama cədvəllərində olan məbləğlər öhdəlik, mal alışı sifariş formalarında əmək haqqı xanasındakı məbləğ artırılmaqla onun ödənişlər üzrə kart hesabına 2019-cu ilin aprel ayında 200,00 manat məbləğində əmək haqqı cədvəllərindəki məbləğlərdən artıq büdcə vəsait köçürüldüyü müəyyən olunmuşdur. Bu barədə ümumiyyətlə məlumatlı olmamışdır. Hər bir halda qeyd edə bilər ki, bu kimi qanunsuzluqların Təqsirləndirilən şəxs1 tərəfindən edilməsini hesab edir. 2020-ci ilin dekabr ayında 0,5 ştat vahidi ilə xadimə işləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (113,60 +113,60) məbləğlər azaldılaraq 225,31 manat məbləğində Təqsirləndirilən şəxs1, 1,89 manat məbləğində cəmi 227,20 manat məbləğində onun ödənişlər üzrə kart hesabı, 2021-ci ilin mart ayında 0,5 ştat vahidi ilə xadimə işləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (114,45+114,45) məbləğlər azaldılaraq 228,90 manat məbləğində onun ödənişlər üzrə kart hesabı artırılmışdır. O, əmək haqqı almış, həmin məbləğ bank kartına köçürülməsi təsdiq olunmuşdur. Lakin qeyd olunan məbləğin taleyindən məlumatı yoxdur. Nümayəndəlikdə 11 yanvar 2021-ci il tarixli əmrlə mühasib vəzifəsini icra etməyi rəsmiləşdirilsə də, faktiki olaraq mühasib işləri görməmiş, mühasibatlığa aid işləri Təqsirləndirilən şəxs1 tanıdığı mühasib icra etmiş, əvəzetməyə görə ona hesablanmış 298,38 manat məbləğində əməkhaqqını nəğdiləşdirdikdən sonra sabiq nümayəndə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 daxili əmrlə 1101.2021-xx.xx.2021-ci il tarixlərdə mühasib vəzifəsini 0,5 ştat ona həvalə olunduğundan 298.38 manat məbləğ əmək haqqı kimi köçürülmüş və həmin məbləği bank kartından nəğdləşdirərək Təqsirləndirilən şəxs1 vermişdir. 2018-ci ildə fiziki şəxs “X17” -dan elektron qaimələrlə 100,0 manat dəyərində, 2019-cu ildə fiziki şəxslər “X18”-dan, "X21" -dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2021-ci ildə fiziki şəxs elektron qaimələrlə 130,00 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “Mətanət Bayram qızı lsayeva”-dan" X14"-dan, elektron qaimələrlə 130,00 manat dəyərində, ümumilikdə 560,00 manat dəyərində dəftərxana ləvazimatlarının alınması rəsmiləşdirilmiş və alınan malların uçotu, istifadəsi və silinməsi aparılmamışdır. Dəftərxana ləvazimatlarını onun tərəfindən alınmış, həmin ləvazimatlar ağ kağız(a4 format), qələm və digər ləvazimatlardır. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan qaimələrdə göstərilən məbləğləri nəyə istifadə edib-etməməsindən məlumatı yoxdur. Ancaq deyə bilər ki, həmin məbləğlərdə olan ləvazimatlar nümayəndəliyə alınmamışdır. Tədbir olan zamanlarda hazırlıq olan zaman bayraq və bəzən papka almışdır. Lakin, mütəmadi istifadə üçün olan ləvazimatlar onun tərəfindən təmin olunmuşdur. Ona görə ki, dəfətərxana ləvazimatları onun tərəfndən istifadə olunur. Nümayəndəliyin payız-qış mövsümündə iş otaqlarının qızdırılması məqsədi ilə xərclər smetasında ayrılmış vəsait hesabına 2018-ci ildə fiziki şəxs “X9” -dan və "X6 elektron qaimələrlə 250,00 manat dəyərində 5 kub, 2019-cu ildə fiziki şəxslər "X14"-dan və "X21"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2021-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 260.0 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “X12”-dan, elektron qaimələrlə 260,00 manat dəyərində, ümumilikdə 1270,00 manat dəyərində odun yanacağının alınması rəsmiləşdirilmiş və alınan odun yanacağının uçotu, istifadəsi və silinməsi aparılmamışdır. Payızqış mövsümündə müavinin, yəni onun iş otağında quraşdırılmış odun sobasını mart ayına kimi kəskin soyuq havalarda yandırmışlar, istifadə olunan odun yanacağını nümayədə idarə etdiyi nəqliyyat vasitəsi ilə gətirmişdir. Sabiq baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 işlədiyi müddət ərzində odun yanacağının alınması məqsədi ilə nağdsız pul köçürmələri onun tərəfindən sənədləşdirilsə də, yanacağın təhvil alınması sabiq nümayəndə Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs1 odun yanacağını hansı qayda ilə kimdən alınması ona məlum deyildir. Yoxlama ilə əhatə olunan dövr ərzində vəzifələrini yerinə yetirərkən normativ hüquqi aktların tələblərinə zidd olaraq dövlət büdcəsinin yerli xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsində, əsassız hesablanmış mükafatlara görə 2190 manat, əvəzçilik üçün hesablanmış əmək haqqı ilə 729.17 manat, ödənişlər üzrə kart hesabınıza köçürülmüş 2020-ci ilin dekabr ayında 1,89, 2021-ci ilin mart ayında 228.90 olmaqla ümumilikdə 230.79 olmaqla cəmi 2919,17 manat məbləğində dövlət büdcəsinə ziyan vurulmuşdur. Həmin mükafatlar və əlavə köçürülmələr hamısı Təqsirləndirilən şəxs1 verilmişdir. Qeyd olunan məbləğlər onun kartına köçürüldükdən sonra nəğdləşdirib Təqsirləndirilən şəxs1 vermişdir. Ümumiyyətlə qeyd etmişdir ki, yerli icra nümayəndəliyində bütün maliyyə məslələrinə cavabdeh icra nümayəndəsinin özüdür, onun təsdiqi və razılığı olmadan hər hansı bir maliyyə hərəkətinin edilməsi mümkün deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs1 bütün bu qeyd olunan pozuntulardan məlumatlı və məqsədli olmuşdur ki, qazanc əldə etsin. Bütün məbləğlərin köçürülməsinin təşkilatçısı olmuş, onların vasitəsilə qeyd olunan məbləğləri israf etmişdir. Təqsirləndirilən şəxs1 bütün əmək fəaliyyəti dövründə nümayəndəlikdə olan əl ilə yazılmalı olan heç bir kitabda onun tərəfindən yazı yazılmamışdır. Belə ki, nümayəndə olaraq özü göstəriş vermiş o və digər şəxslər icra etmişlər. Əmr kitabında çoxlu sayda əmr icra olunmuşdur və Təqsirləndirilən şəxs1 məlumatı olmadan heç bir əmri özbaşına yazmamışdır. Sadəcə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək niyyəti ilə bu kimi cavab vermişdir. 2021-ci ilin aprel ayından icra nümayəndəsi işləmiş və həmin ildə odun və dəftərxana ləvazimatları ilin sonunda alınmışdır və təyinatı üzrə icra olunmuşdur. Sadəcə dəftərxana ləvazimatlarının sənədləşmə aparılmadan istifadəsinə görə, odun yanacağının sənədləşmə aparılmadan istifadəsinə görə, bu cür nöqsanların baş verməsinə səbəb təlimatların vaxtında əldə edilməməsi, mövcud təlimatlardan düzgün istifadə olunmamasıdır. Odun yanacağının mart-aprel ayında silinməsi və uçotu aparılır. O, 2021-ci ilin sonlarında odun yanacağının və dəftərxana ləvazimatlarının alınması icra olunmuşdur. 2021-ci ildə alınmış odun yanacağının silinməsi aprel ayının 15-i son müddət olaraq aparıldığından, o da 2022-ci ilin fevral ayında icra nümayəndəsi vəzifəsindən çıxdığından, 2022-ci ilin aprel ayında silinmə hazırki nümayəndə Şahid3 tərəfindən aparılmışdır. Şahid6 təkrar məhkəmə iclasında dindirilərkən əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə əlavəsinin olmadığını bildirmişdir. İlkin məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 20 ildən artıq müddətdir Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 0,5 ştat vahidində xadimə vəzifəsində çalışır. İş yerində ayın birinciyarısında 15 (on beş) gün özü, ayın ikinci yarısında isə digər xadimə Şahid4 işləyir. İşlədiyi müddətdə ona hesablanmış əmək haqqı və digər ödənişləri bank vasitəsi ilə almaq üçün nümayəndəlik tərəfindən verilmiş plastik kart həmişə özündə olmuşdur. O, hesablanmış əmək haqqı və digər ödənişləri plastik kart vasitəsilə bankomatdan özü almış, 2021-ci ilə qədər aldığı puldan 2(iki) aydan bir təxminən 20 (iyirmi) manat məbləği iş yerində onları yola verdiyi üçün və il ərzində kartına köçürülmüş mükafat məbləğlərini bankomatdan aldıqdan sonra nəğd qaydada nümayəndə Təqsirləndirilən şəxs1 vermişdir. 2018-ci ildən başlayaraq payız-qış mövsümündə istilik məqsədi ilə nümayəndəliyin bir otağında (müavin otağında) quraşdırılmış odun sobasını havaların kəskin soyuq olduğu vaxtlarda yandırmışdır. Odunların saxlanması üçün nümayəndəliyin həyətində heç bir tikili yoxdur. İstifadə etdiyi odunları idarə müdirləri işləyən şəxslər şəxsi maşınları ilə nümayəndəliyə gətirmişlər.Kimdən alınması, necə alınması barədə heç bir məlumatı yoxdur. Növbəti ilin mart ayından isə odun sobaları idarədən yığışdırılmışdır. Aylıq 120 AZN məbləğində əmək haqqı almışdır. 2 aydan bir 20 azn Təqsirləndirilən şəxs1 verdikdə, il ərzində 120 AZN məbləğ etmişdir və Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə vermişdir. İldə isə 2 dəfə 120 AZN məbləğində mükafat verilmiş, həmin məbləğdə 100 AZN Təqsirləndirilən şəxs1 vermiş, 20 AZN isə ona qalmışdır. Yoxlama materiallarında olan Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 maddəsinə əsasən dövlət qulluqçularının mükafatlandırılması və dövlət qulluqçusu olmayan işçilərə birdəfəlik haqqın verilməsinə dair məlumat təqdim edilmişdir. Lakin nümayəndəlikdə olan sənədləşmələrə görə Yerli İcra hakimiyyəti Başçısı tərəfindən mükafatlandırma ilə əlaqədar sərəncam və ya əmr olmadığı halda işçilərin mükafatlandırılması məqsədilə ona aid hissədə 2018-ci ilin fevral ayında 65 manat, may ayında 65 manat, dekabr ayında 65 manat, 2019-cu ilin mart ayında 72.50 manat və may ayında 90 manat, olmaqla ümumilikdə 357.50 manat məbləğində əsassız mükafat hesablanmışdır. Göstərilən məbləğlər onun kart hesabına köçürülmüşdür, həmin aylar üzrə köçürülən məbləğlər tərəfindən nəğdləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Belə ki, həmin mükafatlar onun kartına köçürülməmişdən əvvəl Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, köçürüldükdən sonra nəğd şəkildə İntizama tələb etdiyi üçün vermişdir. Onun mükafatın verilmə qaydası və rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Yoxlama materiallarında olan Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində nümayəndəlik əməkdaşlarının intizam tənbehi barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinn 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi alan işçilərə Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehinin müddəti bitmədiyi halda 2021-ci ilin mart ayında ona 130 manat məbləğində əsassız mükafat hesablanmış və işçilərin ödənişlər üzrə kart hesablarına ödənilmişdir. Bəli, ona həmin vaxtı töhmət verilmişdir, lakin pulun köçürülməsindən məlumatı yoxdur. Ona görə ki, Təqsirləndirilən şəxs1 onun adına həmin pulu özü hansı qaydada almasından məlumatı yoxdur. Bir daha bildirmişdir ki, mükafat qismində köçən məbləğlər kartdan nəğdləşdirdikdən sonra yenidən İntizama təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hər dəfəsində 10-20 manat ona qaytarmışdır. Cinayət işində olan 29 dekabr 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında şahid qismində üzləşdirmə istintaq hərəkəti aparılan zaman Şahid5 audit aktında göstərilən məbləğlərin onun kart hesabına köçürüldüyünü, həmin aylar üzrə köçürülən məbləğlərin özü tərəfindən nəğdləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyini, həmin mükafatların onun kartına köçürülməmişdən əvvəl Təqsirləndirilən şəxs1 ona bu barədə məlumat verdiyini, köçürüldükdən sonra nəğd şəkildə İntizamın tələb etdiyi üçün ona verdiyini, mükafatın verilmə qaydasını və onun rəsmiləşdirilməsindən məlumatının olmadığını Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə onu ifşa etmişdir. Şahid5 təkrar məhkəmə iclasında dindirilərkən ifadəsində göstərmişdir ki, O, hesablanmış əmək haqqı və digər ödənişləri plastik kart vasitəsilə bankomatdan özü almış, 2021-ci ilə qədər aldığı puldan 2 (iki) aydan bir təxminən 20 (iyirmi) manat məbləği iş yerində Təqsirləndirilən şəxs2 vermişdir. Əvvəl elə bilmişdir ki, həmin pullar Təqsirləndirilən şəxs1 çatır. Sonradan ona məlum olmuşdur ki, həmin pullar Təqsirləndirilən şəxs1 çatmır. Təqsirləndirilən şəxs2 ona təkidlə işini itirəcəyini bildirərək Təqsirləndirilən şəxs1 üzünə duraraq pulu ona verməsi barədə izhat verməsini bildirmişdir. Bu səbəbdən işini itirmək qorxusu olduğu üçün yalandan həmin pulları Təqsirləndirilən şəxs1 verməsi barədə ilkin istintaqda ifadə vermişdir. Həmçinin bu yönümdə ifadə verməsi üçün ona Təqsirləndirilən şəxs2 tərəfindən 100 manat pul da verilmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs1 icazə almamışdır. İşi olduqda digər xadimə yoldaşı ilə öz aralarında razılaşaraq bir-birlərini əvəz etmişlər. İlkin məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 20 ildən artıq müddətdir ki, Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 0,5 ştat vahidində xadimə vəzifəsində çalışır. İş yerində ayın birinci yarısında 15 (on beş) gün özü, ayın ikinci yarısında isə digər xadimə Şahid5 işləyir. İşlədiyi müddətdə ona hesablanmış əmək haqqı və digər ödənişləri bank vasitəsi ilə almaq üçün nümayəndəlik tərəfindən verilmiş plastik kart həmişə özündə olmuşdur. O, hesablanmış əmək haqqı və digər ödənişləri plastik kart vasitəsilə bankomatdan özü almış, təxminən 2018-2019-cu illərin dəqiq xatırlamadığı aylarında aylıq əməkhaqqısı iş yerindən həyat yoldaşına nəğd qaydada verilmişdir. 2021-ci ilə qədər aldığı puldan hər ay olmasada 2 (iki) aydan bir təxminən 10-15 manat məbləği iş yerində onları yola verdiyi üçün və il ərzində kartına köçürülmüş mükafat məbləğlərini bankomatdan aldıqdan sonra nəğd qaydada nümayəndə Təqsirləndirilən şəxs1 vermişdir. 2018-ci ildən başlayaraq payız-qış mövsümündə istilik məqsədi ilə nümayəndəliyin bir otağında (müavin otağında) quraşdırılmış odun sobasını havaların kəskin soyuq olduğu vaxtlarda yandırmışdır. Odunların saxlanması üçün nümayəndəliyin həyətində heç bir tikili yoxdur. İstifadə etdiyi odunları idarə müdirləri işləyən şəxslər şəxsi maşınları ilə nümayəndəliyə gətirmişlər. Kimdən alınması, necə alınması barədə heç bir məlumatı yoxdur. Növbəti ilin mart ayından isə odun sobaları idarədən yığışdırılmışdır. Aylıq 120 AZN məbləğində əmək haqqı almışdır. 2 aydan bir 20 azn Təqsirləndirilən şəxs1 verdikdə, il ərzində 120 AZN məbləğ etmişdir və Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə vermişdir. İldə isə 2 dəfə 120 AZN məbləğində mükafat verilmiş, həmin məbləğdə 100 AZN Təqsirləndirilən şəxs1 vermiş, 20 AZN isə ona qalmışdır. Mükafatlar onun kart hesabına köçürülmüş, həmin aylar üzrə köçürülən məbləğlər tərəfindən nəğdləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Belə ki, həmin mükafatlar onun kartına köçürülməmişdən əvvəl Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, köçürüldükdən sonra nəğd şəkildə İntizama tələb etdiyi üçün vermişdir. Mükafatın verilmə qaydası və rəsmiləşdirilməsindən məlumatı yoxdur. Ona töhmət verilsə də, mükafat qismində pulun köçürülməsindən məlumatı olmamışdır. Ona görə ki, Təqsirləndirilən şəxs1 onun adına həmin pulu özü hansı qaydada almasından məlumatı yoxdur. Bir daha bildirmişdir ki, pullar kartdan nəğdləşdirdikdən sonra yenidən İntizama təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hərdəfəsində 10-20 manat ona qaytarmışdır. Cinayət işində olan 29 dekabr 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında şahid qismində üzləşdirmə istintaq hərəkəti aparılan zaman Şahid4 audit aktında göstərilən məbləğlərin onun kart hesabına köçürüldüyünü, həmin aylar üzrə köçürülən məbləğlərin özü tərəfindən nəğdləşdirildikdən sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyini, həmin mükafatların onun kartına köçürülməmişdən əvvəl Təqsirləndirilən şəxs1 ona bu barədə məlumat verdiyini, köçürüldükdən sonra nəğd şəkildə İntizamın tələb etdiyi üçün ona verdiyini, mükafatın verilmə qaydasını və onun rəsmiləşdirilməsindən məlumatının olmadığını Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə onu ifşa etmişdir. Şahid4 təkrar məhkəmə iclasında dindirilərkən ifadəsində göstərmişdir ki, O, hesablanmış əmək haqqı və digər ödənişləri plastik kart vasitəsilə bankomatdan özü almış, təxminən 2018-2019-cu illərin dəqiq xatırlamadığı aylarında aylıq əməkhaqqısı iş yerindən həyat yoldaşına nəğd qaydada verilmişdir. 2021-ci ilə qədər aldığı puldan hər ay olmasada 2 (iki) aydan bir təxminən 10-15 manat məbləği iş yerində Təqsirləndirilən şəxs2 vermişdir. Əvvəl elə bilmişdir ki, həmin pullar Təqsirləndirilən şəxs1 çatır. Sonradan ona məlum olmuşdur ki, həmin pullar Təqsirləndirilən şəxs1 çatmır. Təqsirləndirilən şəxs2 ona təkidlə işini itrəcəyini bildirərək Təqsirləndirilən şəxs1 üzünə duraraq pulu ona verməsi barədə izhat verməsini bildirmişdir. Bu səbəbdən işini itirmək qorxusu olduğu üçün yalandan həmin pulları Təqsirləndirilən şəxs1 verməsi barədə ilkin istintaqda ifadə vermişdir. Həmçinin bu yönümdə ifadə verməsi üçün ona Təqsirləndirilən şəxs2 tərəfindən 100 manat pul da verilmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs1 icazə almamışdır. İşi olduqda digər xadimə yoldaşı ilə öz aralarında razılaşaraq bir-birlərini əvəz etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2023-cü il tarixinədək olan dövr üçün dövlət büdcəsinin yerli xərclərindən ayrılmış vəsaitlərinin təyinatı üzrə xərclənməsinin yoxlanması zamanı müəyyən olunmuşdur ki, ezamiyyə qaydalarının pozulmasına görə, işçilərdən tutulan gəlir vergisinin düzgün hesablanmamasına görə, əsassız hesablanmış mükafatlara görə, dəftərxana ləvazimatlarının sənədləşmə aparılmadan istifadəsinə görə, odun yanacağının sənədləşmə aparılmadan istifadəsinə görə, əvəzçilik üçün hesablanmış əmək haqqı və bu kimi digər ödənişlər aşkar olunmuşdur. Bu cür nöqsanların baş verməsinə səbəb təlimatların vaxtında əldə edilməməsi, mövcud təlimatlardan düzgün istifadə olunmamasıdır. 01 yanvar 2018-ci il tarixdən 21 aprel 2021-ci ilədək dövr ərzində Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində Təqsirləndirilən şəxs1 işləmişdir. Hesab edir ki, orada bəzi şeylər var ki, həmin hallar qəsdən baş vermişdir. Həmçinin bildirir ki, 2018-2019-cu illər ərzində nümayəndəlikdə çalışan işçilərin mükafatlandırılması üçün müvafiq sərəncamların olmasını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərdab rayon İHB-nın X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində baş-məsləhətçi mühasib işləmişdir. Zərdab rayon Məlikli kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə işə başlamışdır. 15 gün müddətində ona töhmət verilmişdir. İlk öncə həmin əmək İntizamın verilməsi ona qanunsuz olmuşdur. Çünki, mühasib vəzifəsinə təyin olunduqdan 15 gün keçdikdə sınaq müddəti belə tamam olmamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, əmək intizamı yoxlanılan gün rayon mərkəzində uçot-hesabları statistika idarəsinə, həmçinin yeni işə başladığı üçün elektron imza kartının alınması ilə bağlı sənədlər toplamışdır. 430 manat məbləğində pul onun kartına köçürülsə də, həmin köçürülmənin smetaya uyğun icra edilməsi onun tərəfindən olmamış, lakin onun əmək haqqı kartına köçürülmüşdür. Smetaya uyğun olduğundan və həmin sənəd maliyyə xəzinədarlığı tərəfindən təsdiq edilərək köçürüldüyündən onun tərəfindən plastik kartından çıxarılaraq öz şəxsi xərclərinə istifadə etmişdir. Bundan başqa qeyd etmişdir ki, 6 aya yaxın həmin yerdə işləmiş, əmək məzuniyyətinə buraxılmamışdır. Əmək məzuniyyətinə aid uçot hesabı tam ödənilməmiş, smetada məzuniyyətə görə əlavə haqq 430 manat ona ödənilməlidir. Son hesabı az miqdarda hesablanmışdır. Elektron imza kartı olmadığından 430 manat mükafat qismində köçürülmənin smetaya uyğun icra edilməsi onun tərəfindən edilməmişdir. Həmin maliyyə əməliyyatının kimin tərəfindən icra olunması barədə məlumatı yoxdur. Elektron imza kartı kimin adına olmuşdursa həmin şəxs tərəfindən edilmişdir. Nümayəndəliyin mühasibatlığındakı hesablama cədvəllərində işçilərin adlarına yazılmış əməkhaqqı, mükafat, digər məbləğlər ilə onların ödəniş kart hesablarına köçürülmüş məbləğlərin üzləşdirilməsi məqsədi ilə 18 sentyabr 2023-ci il tarixli 21 nömrəli məktubla "xxxx" ASC-nin Zərdab filialına müraciət olunmuş, bank tərəfindən yoxlamaya 280 nömrəli, 21 sentyabr 2023-cü il tarixli məktubla təqdim etdiyi adlı siyahılarda işçilərin ödəniş kart hesablarına köçürülmüş məbləğlərlə 2018, 2019, 2020, 2021 və 2022-ci illər üzrə olan hesablama cədvəllərində işçilərə ödənildiyi göstərilmiş məbləğləri üzləşdirilmişdir. Üzləşdirilmə zamanı əməkhaqqı hesablama cədvəllərində olan məbləğlər öhdəlik, malalışı sifariş formalarında əmək haqqı xanasındakı məbləğ artırılmaqla onun ödənişlər üzrə kart hesabınıza 2021-ci ilin iyun ayında 51,46 manat, iyul ayında 192,04 manat, cəmi 291,86 manat məbləğində əmək haqqı cədvəllərindəki məbləğlərdən artıq büdcə vəsait köçürüldüyü müəyyən olunmuşdur. Bu barədə ümumiyyətlə məlumatlı olmamışdır. Ola bilsin ki, həmin hesablamalarda texniki səhv olmuşdur. O, işdən çıxan zaman son haqq hesab zamanı ödənilməli olan məbləğlər həddindən artıq az məbləğdə olmuşdur və hesab edir ki, hazırki məbləğ əvəzləşmişdir. Yoxlama əhatə edən müddət ərzində təxminən 1-1,5 ay müddətində İntizamla birlikdə işləmiş, yəni İntizamı tam olaraq mənfi və müsbət formada xarakterizə edə bilmir. Bundan başqa İntizamla eyni rayondan olsa da, heç bir dostluğu və ailəvi gediş-gəlişi olmamışdır. Ümumiyyətlə qeyd etmişdir ki, yerli icra hakimiyyəti nümayəndəliklərində bütün maliyyə məsələlərinə cavabdeh bir başa icra nümayəndəsidir və onun təsdiqi olmadan heç bir maliyyə hərəkəti aparıla bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 Muxtar oğlu ifadəsində göstərmişdir ki, oğlu X23 "xxxx" ASC-nin satış təmsilçisi işləyir. Orada oğluna qeyri-rəsmi köməklik edir. Eyni zamanda orada dəftərxana ləvazimatları satışı ilə məşğuldur. Əli onun övladı, Mətanət İsayeva isə onun dayısı qızıdır, onların adına rəsmiləşdirilsə də, bunları sistematik olaraq özü icra etmişdir. Belə ki, yoxlama materiallarında qeyd olunan dəftərxana ləvazimatları qaimələrlə rəsmi şəkildə satışı həyata keçirilmişdir. Sabiq icra nümayəndəsi Təqsirləndirilən şəxs1 dəftərxana ləvazimatlarını mağazadan alıb aparmışdır. Lakin, Şahid6 ifadəsində həmin ləvazimatları öz şəxsi vəsaiti hesabına almasınını təfərrüatı ilə bilmir, çünki bu onların daxili məsələsi olmuşdur. O, köçürmə əsasında ehtiyac olan ləvazimatları vermişdir. Eyni zamanda, odun yanacağının satışı ilə məşğul olur, odunu özü kəsdirib və satışı ilə hazırki dövrədək məşğuldur. Odun yanacağını köçürmələr vasitəsilə satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 odun yanacağını qeyd olunan məbləğlər miqdarında traktorun qoşqusuna yüklənmiş və özü aparmışdır. Lakin, həmin odunun yanacağının satıldığı yerdən başqa yerə və yaxud nümayəndəliyə aparmasından hansı təyinatla istifadə olunmasından məlumatlı deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyətinin 01 sentyabr 2023-cü il tarixli 5- 84/2-394/2023 nömrəli məktubunun icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2021-ci il 15 sentyabr tarixli, MN seriyalı, ********* saylı vəsiqəsinə əsasən X22 Xidmətinin 4 saylı Regional maliyyə müfəttişliyindən ona və 2 saylı Regional maliyyə müfəttişliyinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X2 Zərdab rayon İcra Hakimiyyəti Başçısının X26 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2023-cü il tarixə kimi olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması tapşırılmışdır. Yoxlama nəticəsində aşağıda qeyd olunan nöqsanlar aşkar olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr ərzində Zərdab Rayon İcra Hakimiyyəti Başçısının X26 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq edilmiş illik xərclər smetasında 222100 “Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsindən 2018-ci il üçün 100,0 manat və 2019-cu il üçün 150,00 manat, cəmi 250,00 manat məbləğində vəsait ezmaiyyə barədə İcra hakimiyyəti tərəfindən göstəriş, Təyinat məntəqəsindən çağırış, Nümayəndənin əmri və ezamiyyə vəsiqəsi yazılmadığı halda baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 qeyd olunan vəsaiti özünün şəxsi kart hesabına sənədləşmə apararaq köçürtmüşdür. Nümayəndəlikdən ilkin təqdim olunmuş mühasibatlıq sənədlərindən müəyyən olunmuşdur ki, hər hansı işçinin ezam olunması barədə Nümayəndəliyə çağırış göndərilməmiş, Rayon İcra Hakimiyyəti Başçısı və ya onun yerli Nümayəndəsi tərəfindən əmr verilməmiş, ezamiyə vərəqəsi yazılmamış, getdiyi ünvanda, təyinat məntəqəsində daxil olma barədə təsdiq olunmamış, eyni zamanda qayıtması barədə nümayəndəlikdə təsdiq edici sənədlər olmadığı (ezamiyyə vəsiqəsi və əmr) halda xəzinə smetasında ayrılmış, 222100 “Ezamiyyə xərclərinin ödənilməsi” xərc maddəsindən X11 Nümayəndəlik üçün açılmış 02032, 02073 nömrəli Xəzinə hesab kitablarında bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (ezamiyyə vəsiqəsi və əmr) olmadığı halda sifariş verib qeyd olunan, 2018-ci il üçün 100,0 manat və 2019-cu il üçün 150,00 manat, cəmi 250,00 manat məbləğində vəsaiti öz kart hesabına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Qeyd olunan dövrlərdə baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixli izahatında qeyd olunan 250,00 manat məbləğində vəsaiti Ezamiyyə vəsiqəsi, ezamiyyə barədə əmrlər olmadan ödənişlər üzrə kart hesabına köçürtdüyünü və yol xərclərinə istifadə etdiyini bildirmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 maddəsinə əsasən dövlət qulluqçularının mükafatlandırılması və dövlət qulluqçusu olmayan işçilərə birdəfəlik haqqın verilməsinə dair məlumat təqdim edilmişdir. Lakin nümayəndəlikdə olan sənədləşmələrə görə Yerli İcra hakimiyyəti Başçısı tərəfindən mükafatlandırma ilə əlaqədar sərəncam və ya əmr olmadığı halda işçilərin mükafatlandırılması məqsədilə 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 290 manat, Şahid6 270 manat, Təqsirləndirilən şəxs2 260 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 950,00 manat, may ayında Təqsirləndirilən şəxs1 320 manat, Şahid6 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 1030,00 manat, dekabr ayında Təqsirləndirilən şəxs1 320 manat, Şahid6 590 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 65 manat və Şahid5 65 manat olmaqla ümumilikdə 1325,00 manat, Təqsirləndirilən şəxs1 450 manat və Təqsirləndirilən şəxs2 590 manat olmaqla ümumilikdə 1040,00 manat, cəmi 4345,00 manat, 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs1 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 72.50 manat və Şahid5 72.50 manat olmaqla ümumilikdə 725,00 manat, may ayında Şahid6 295 manat, Təqsirləndirilən şəxs2 285 manat, Şahid4 90 manat və Şahid5 90 manat olmaqla ümumilikdə 760,00 manat, cəmi 1485,00 manat olmaqla, yekun 5830,00 manat məbləğində əsassız mükafat hesablanmış, bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (sərəncam və əmr) olmadığı halda verilmiş sifariş əsasında hesablanmış mükafat məbləğindən 123,76 manat gəlir vergisi, 161,69 manat 3 % mütləq sığorta haqqı, 12,53 manat işsizlikdən sığorta haqqı, 100,00 manat qazetlərə abunə haqqı olmaqla tutulmalar aparılmış və 5432,02 manat məbləğində vəsiti işçilərin ödənişlər üzrə kart hesablarına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Ərazi nümayəndəsi Təqsirləndirilən şəxs1 18 dekabr 2018-ci il tarixdə 8 saylı əmrlə nümayəndəlikdə Zərdab Rayon İcra Hakimiyyətindən gələn əmr və sərəncamları vaxtlı-vaxtında icra edildiyini nəzərə alaraq özünü və baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 mükafatlandırılması barədə vəzifə səlahiyyətlərinə aid olmayan əmr vermişdir. Əmrdə heç bir əsas göstərilmədiyi halda nümayəndəyə 450,00 manat, baş məsləhətçi – baş mühasibi 590,00 manat mükafat məbləği hesablanması icra edilmişdir. Nümayəndəlik üzrə işçilərin (xadimələr Şahid4 və Şahid5) 22 sentyabr 2023-cü il tarixli izahatlarında il ərzində kart hesablarına köçürülmüş mükafat məbləğlərini, baş məsləhətçi – baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 18 dekabr 2018-ci il tarixdə 8 saylı əmrlə aldığı mükafatı məbləğini bankomatdan aldıqdan sonra nağd pul şəkilində nümayəndə Təqsirləndirilən şəxs1 verdiklərini bildirmişlər. Zərdab Rayon İcra Hakimiyyətinin 22 sentyabr 2023-cü il tarixli 22 nömrəli, 5-84/2- 443/2023 nömrəli məktubunda yoxlama ilə əhatə olunan dövr ərzində nümayəndəlik əməkdaşlarının intizam tənbehi barədə məlumat təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinn 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi alan işçilərə Əmək Məcəlləsinin 190cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehinin müddəti bitmədiyi halda 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 480 manat, Şahid6 445 manat, Təqsirləndirilən şəxs2 430 manat, Şahid4 130 manat və Şahid5 130 manat olmaqla ümumilikdə 1615,00 manat məbləğində əsassız mükafat hesablanmış və işçilərin ödənişlər üzrə kart hesablarına ödənilmişdir. Nümayəndəlikdən ilkin təqdim olunmuş mühasibatlıq sənədlərindən müəyyən olunmuşdur ki, 2021-ci ilin mart ayında bağlanmış öhdəliyə əsasən malların (iş və xidmətlərin) alışında təsdiqedici sənədlər (sərəncam və əmr) olmadığı halda verilmiş sifariş əsasında hesablanmış mükafat məbləğindən 206,50 manat gəlir vergisi, 48,45 manat 3 % mütləq sığorta haqqı, 8,08 manat işsizlikdən sığorta haqqı, 32,30 manat tibbi sığorta haqqı olmaqla tutulmalar aparılmış və 1319,67 manat məbləğində vəsiti işçilərin ödənişlər üzrə kart hesablarına köçürmüşdür. Öhdəlik, malların (iş və xidmətlərin alışı və Sifariş formaları Ərazi üzrə nümayəndə və onun baş məsləhətçi – baş mühasibi tərəfindən tərtib edilərək imza və möhürlə, Maliyyə idarəsinin rəisi və baş mühasibi tərəfindən imza və möhürlə, Xəzinədarlığın rəhbəri tərəfindən xüsüsi ştampla təsdiq edilmişdir. Yoxlama zamanı nümayəndəlikdə bir sıra aylarda aylıq əməkhaqqı və mükafat məbləğlərinin ayrı-ayrılıqda hesablanması nəticəsində Azərbaycan Respublikası “Vergi Məcəlləsi”-nin 101-ci maddəsinin tələblərinə əməl edilməmiş və bu hesabla aylıq gəlirlərdən 1026,55 manat məbləğində az gəlir vergisi tutulmuşdur. Nümayəndəliyin mühasibatlığındakı hesablama cədvəllərində işçilərin adlarına yazılmış əməkhaqqı, mükafat, digər məbləğlər ilə onların ödəniş kart hesablarına köçürülmüş məbləğlərin üzləşdirilməsi məqsədi ilə 18 sentyabr 2023-ci il tarixli 21 nömrəli məktubla "xxxx" ASC-nin Zərdab filialına müraciət olunmuş, bank tərəfindən yoxlamaya 280 nömrəli, 21 sentyabr 2023-cü il tarixli məktubla təqdim etdiyi adlı siyahılarda işçilərin ödəniş kart hesablarına köçürülmüş məbləğlərlə 2018, 2019, 2020, 2021 və 2022-ci illər üzrə olan hesablama cədvəllərində işçilərə ödənildiyi göstərilmiş məbləğləri üzləşdirilmişdir. Üzləşdirilmə zamanı əməkhaqqı hesablama cədvəllərində olan məbləğlər öhdəlik, malalışı sifariş formalarında əmək haqqı xanasındakı məbləğ artırılmaqla Təqsirləndirilən şəxs2 ödənişlər üzrə kart hesabına 2018-ci ilin iyul ayında 100,0 manat, 2019-cu ilin aprel ayında 50,00 manat, may ayında 50,00 manat, iyul ayında 260,00 manat, dekabr ayında 260,00 manat, cəmi 460,00 manat, ümumilikdə 560,00 manat, Şahid6 ödənişlər üzrə kart hesabına 2019-cu ilin aprel ayında 200,00 manat, Təqsirləndirilən şəxs1 ödənişlər üzrə kart hesabına 2019-cu ilin yanvar ayında 200,00 manat, 2020-ci ilin noyabr ayında 81,30 manat, cəmi 281,30 manat, Şahid2 ödənişlər üzrə kart hesabına 2021-ci ilin iyun ayında 51,46 manat, iyul ayında 192,04 manat, cəmi 291,86 manat, ümumilikdə 1333,16 manat məbləğində əmək haqqı cədvəllərindəki məbləğlərdən artıq büdcə vəsait köçürüldüyü müəyyən olunmuşdur. Bundan əlavə 2020-ci ilin dekabr ayında 0,5 ştat vahidi ilə xadimə işləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (113,60 +113,60) məbləğlər azaldılaraq 225,31 manat məbləğində Təqsirləndirilən şəxs1, 1,89 manat məbləğində, cəmi 227,20 manat məbləğində X7 ödənişlər üzrə kart hesabı, 2021-ci ilin mart ayında 0,5 ştat vahidi ilə xadimə şləyənlər Şahid5 və Şahid4 kart hesabına köçürülməli olan (114,45+114,45) məbləğlər azaldılaraq 228,90 manat məbləğində X7 ödənişlər üzrə kart hesabı artırılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində sabiq nümayəndə Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında Zərdab rayon İcra Hakimiyyəti Başçısının 124 nömrəli, 23 iyul 2020-ci il tarixli əmrinə əsasən məzuniyyətə getmiş və 07 sentyabr 2020-ci ildə məzuniyyətdən qayıtmışdır. Sabiq baş məsləhətçi - baş mühasib Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixli izahatında bildirir ki, məzuniyyətdə olduğu zaman X8 pulunun olmadığını ona bildirmiş, bütün cavabdehliyi öz üzərinə götürərək 2020-ci ilin avqust ayında ona əməkhaqqı yazmağını tələb etmiş və 2020-ci ilin avqust ayında X5 əsassız olaraq 184,74 manat məbləğində artıq əməkhaqqı hesablayaraq ödənişlər üzrə kart hesablarına köçürtmüşdür. Nümayəndənin müavini işləyən Şahid6 21 sentyabr 2023-cü il tarixli izahatında “nümayəndəlikdə 11 yanvar 2021-ci il tarixli əmrlə mühasib vəzifəsini icra etməsi rəsmiləşdirilsədə farktiki olaraq mühasib işləri görmədiyini, mühasibatlığa aid işləri Təqsirləndirilən şəxs1 tanıdığı mühasibin icra etdiyini, əvəzetməyə görə ona hesablanmış 298,38 manat məbləğində əməkhaqqını nəğdiləşdirdikdən sonra sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Nümayəndəlikdə 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid4 22 sentyabr 2023-cü il tarixli izahatında 2018-2019-cu illərdə xatırlamadığı aylarda plastik kartının olmadığına görə əmək haqqının onun həyat yoldaşına nəğd qaydada verildiyini, plastik kartı aldıqdan sonra ona iş yerində edilən müəyyən güzəştlərə görə hər ay əmək haqqından 10-15 manat, il ərzində nümayəndəlik tərəfindən verilmiş mükafat məbləğini isə plastik kart vasitəsi aldıqdan nəğd qaydada sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Digər 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid5 22 sentyabr 2023-cü il tarixli izahatında iş yerindən verilmiş plastik kartın həmişə özündə olduğunu, hesablanmış əmək haqqı və digər ödənişləri həmin kart vasitəsi ilə aldıqdan sonra iş yerində ona edilən güzəştlərə görə iki aydan bir 20 manat və il ərzində verilmiş mükafat məbləğini isə plastik kart vasitəsi nağdlaşdırdıqdan sonra sabiq nümayəndə Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Belə ki, 2018-ci ildə fiziki şəxs “X17” -dan elektron qaimələrlə 100,0 manat dəyərində, 2019-cu ildə fiziki şəxslər “X18”-dan, "X21" -dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 100,00 manat dəyərində, 2021-ci ildə fiziki şəxs elektron qaimələrlə 130,00 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “Mətanət Bayram qızı lsayeva”-dan" X14"-dan, elektron qaimələrlə 130,00 manat dəyərində, ümumilikdə 560,00 manat dəyərində dəftərxana ləvazimatlatlarının alınması rəsmiləşdirilmiş və alınan malların uçotu, istifadəsi və silinməsi aparılmamışdır. X3 Mənsimova 21 sentyabr 2023-cü il tarixli izahatında nümayəndəlikdə istifadə olunan dəftərxana ləvazimatlarının şəxsi vəsaiti ilə aldığını qeyd etmişdir. Nümayəndəliyin payızqış mövsümündə iş otaqlarının qızdırılması məqsədi ilə xərclər smetasında ayrılmış vəsait hesabına 2018-ci ildə fiziki şəxs “X9” -dan və "X4 elektron qaimələrlə 250,00 manat dəyərində, 5 kub, 2019-cu ildə fiziki şəxslər "X14"-dan və "X21"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2020-ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 250,00 manat dəyərində, 2021ci ildə fiziki şəxs "X14"-dan elektron qaimələrlə 260.0 manat dəyərində, 2022-ci ildə fiziki şəxs “X12”-dan, elektron qaimələrlə 260,00 manat dəyərində, ümumilikdə 1270,00 manat dəyərində odun yanacağının alınması rəsmiləşdirilmiş və alınan odun yanacağının uçotu, istifadəsi və silinməsi aparılmamışdır. X3 Mənsimova 21 sentyabr 2023-cü il tarixli izahatında odun yanacağının alınması barədə məlumatının olmadığını, malsatan tərəfindən nümayəndəliyə odun yanacağının təhvil verilmədiyini, istifadə olunan odun yanacağını kənd əhalisindən sənədləşmə aparmadan şəxsi vəsaitləri hesabına aldıqlarını, 0,5 ştat vahidi ilə xadimə işləyən Şahid4 və X24 22 sentyabr 2023-cü il tarixli izahatlarında payız-qış mövsümündə müavinin iş otağında quraşdırılmış odun sobasını mart ayına kimi kəskin soyuq havalarda yandırdıqlarını, istifadə olunan odun yanacağını nümayədə idarə etdiyi nəqliyyat vasitəsi ilə gətirdiyi bildirdilər. Sabiq baş məsləhətçi - baş mühasib işləmiş Təqsirləndirilən şəxs2 22 sentyabr 2023-cü il tarixli izahatında işlədiyi müddət ərzində odun yanacağının alınması məqsədi ilə nağdsız pul köçürmələri onun tərəfindən sənədləşdirilsədə, yanacağın təhvil alınması sabiq nümayəndə Təqsirləndirilən şəxs1 tərəfindən icra edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Zərdab RİHB-nın Bıçaqçı kənd İƏD üzrə nümayəndəsi Şahid3 ifadəsində göstərmişdir ki, Cənab Prezidentin xx.xx.2012-ci il tarixli, 648 nömrəli sərancamına əsasən dövlət qulluqçularına mükafatların ayrılması qərara alınmışdır. 2019-cu ilin noyabr ayından etibarən Zərdab rayonuna İcra Başçısı Mərdan Camalzadə təyin edildikdən sonra mükafatların verilməsi birqayda olaraq İcra başçısının sərəncamına əsasən icra edilmişdir. Ondan əvvəlki dövrlərdə yəni xüsusilə 2018-2019-cu illər ərzində mükafatları sərəncamsız almışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Zərdab RİHB-nın Bıçaqçı kənd İƏD üzrə nümayəndəsinin müavini Ruhulla Yusifov, Zərdab RİHB-nın Zərdab şəhər İƏD üzrə nümayəndəsi Səməd Cəfərov, Zərdab RİHBnın Gəlmə kənd İƏD üzrə nümayəndəsi Əli Əliyev və Zərdab RİHB-nın Məlikumudlu kənd İƏD üzrə nümayəndəsi Allahverdi Novruzov Şahid3 ifadəsinə uyğun ifadə verərək 2018-2019-cu illər ərzində mükafatları sərəncamsız aldıqlarını, yalnız 2019-cu ilin noyabr ayından sonra mükafatları sərəncamla aldıqlarını bildirmişlər. Cinayət işində olan Zərdab RMX-nı PHŞ-in 16 noyabr 2023-cü il tarixli, 18-1-79/2-276/2023 saylı məktubundan görünür ki, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Zərdab RMX” PHŞ-nin Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Zərdab RMX-nı PHŞ-in 16 noyabr 2023-cü il tarixli, 18-1-79/2-279/2023 saylı məktubundan görünür ki, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Zərdab RMX” PHŞ-nin Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Zərdab RİHB-nin Bıçaqçı kənd İƏD üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatdadır və yaşayır. Cinayət işində olan Zərdab RİHB-nin Bıçaqçı kənd İƏD üzrə nümayəndəsi R.Yusifov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi olan cinayət işinə xx.xx.2011-ci il tarixdə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində CM-nin 178.2.2, 320.2-ci maddələri ilə rayon məhkəməsi tərəfindən təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab RİHB-nın Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 144 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayonu, Burunlu kəndində qeydiyyatdadır və yaşayır. Uzun müddət Burunlu kənd ümumi orta məktəbində müəllim kimi çalışıb. Sonra qonşu kəndlərin birində icra nümayəndəsi işləyib. Hazırda Təqsirləndirilən şəxs1 Zərdab RİHB-nın X26 inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Cinayət işində olan Zərdab RİH-dən təqdim edilmiş 29 dekabr 2023-cü il tarixli, 5-84/2- 700/2023 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 19 nömrəli əmri ilə Zərdab RİHB-nın X26 inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə mənfi xarakterizə olunmuşdur. Cinayət işində olan Ədliyyə Nazirliyinin MEM-nin məhkəmə-mühasibatlıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 9/9064 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Zərdab rayon İcra Hakimiyyəti Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2018-2023-cü illərdə müxtəlif işlərin görülməsi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar dövlət büdcəsindən məxaric edilmiş pul vəsaitinə dair auditorun gəldiyi nəticə istintaq araşdırmasının nəticələri nəzərə alınmaqla təqdim edilmiş sənədlərlə təsdiq olunur. Zərdab rayon İcra Hakimiyyəti Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2018-2023cü illərdə müxtəlif işlərin görülməsi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar dövlət büdcəsindən məxaric edilmiş pul vəsaitləri nəticəsində 12.823.93 manat məbləğində çatışmazlığın olması müəyyən edilir. Cinayət işində olan "xxxx" ASC-nin 2024/111/2628 saylı, xx.xx.2024-cü il tarixli, 2024/111/4502 saylı, xx.xx.2024-cü il tarixli və 2024/111/4994 saylı, xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin 2018-2021-ci illəri əhatə edən dövrdə maliyyə sənədlərinin təqdim edilməsi müəyyən edilmişdir. Cinayət işində olan Ədliyyə Nazirliyinin MEM-nin kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 14 fevral 2024-cü il tarixli, 4/183-5/144 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr kitabının 3-cü vərəqinin 1-ci üzündə başlayan, 2-ci üzündə bitən “8” nömrəli xx.xx.2018-ci il tarixli əmrə aid əlyazmalar və “Təqsirləndirilən şəxs1” sözünün qarşısındakı imza – Şahid6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 22 dekabr 2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığında “Müştəri imzası: (ları)” bölməsindəki imzaların Təqsirləndirilən şəxs1 tərəfindən, Şahid6 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamış, Sənədlərin texniki ekspertizası üzrə: Təqdim edilmiş Zərdab RİHB-nin X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr kitabının üçüncü vərəqində olan 8 nömrəli, xx.xx.2018-ci il tarixli əmrin və 22 dekabr 2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığının üzərilərindəki “Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi” məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdurlar. Tədqiq edilmiş Zərdab RİHB-nin X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr kitabının üçüncü vərəqində olan 8 nömrəli, xx.xx.2018-ci il tarixli əmrin və 22 dekabr 2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığının üzərilərindəki “Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti Başçısının X26 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi” məzmunlu möhür əksləri eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işində olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-27- 111/2-12/2024 saylı məktubundan görünür ki, Zərdab RİHB-nin X26 İƏDÜ nümayəndəliyinin sabiq nümayəndəsi Təqsirləndirilən şəxs1 və sabiq baş mühasib-baş məsləhətçi Təqsirləndirilən şəxs2 özlərinə məxsus “Elektron imza” tokenlərindən müxtəlif tarixlərdə istifadə edilməsi müəyyən edilmişdir. Cinayət işində olan İstintaq materiallarına əlavə edilmiş, BPM**********22 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən dövlətə vurulmuş ziyandan 1350 manat Baş prokurorluğun depozit hesabına ödənilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İş üzrə götürülmüş xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin fevral ayı üçün mükafat hesablanmasına dair tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2018-ci il tarixli, 210 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin may ayı üçün tərtib edilmiş 5 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018ci il tarixli, 360 nömrəli ödəniş tapşırığı, 2018-ci ilin iyun ayı üçün tərtib edilmiş 6 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018-ci il tarixli, 127 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 07 nömrəli “Sifariş”, 07 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 07 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2018-ci il tarixli, 99 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2018-ci ilin dekabr ayı üçün mükafat hesablanmasına dair əlavə tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 399 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin yanvar ayı üçün tərtib edilmiş 1 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin mart ayı üçün tərtib edilmiş 3 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 366 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin aprel ayı üçün tərtib edilmiş 4 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 04 nömrəli “Sifariş”, 04 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 04 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2019-cu il tarixli, 260 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASCnin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin may ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 574 nömrəli ödəniş tapşırığı, 2019-cu ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 601 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 12 nömrəli “Sifariş”, 12 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 12 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2020-ci il tarixli, 47 nömrəli ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2020-ci ilin avqust ayı üçün tərtib edilmiş 08 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2020-ci ilin noyabr ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 2020-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 11 nömrəli “Qısamüddətli öhdəlik sənədi”, 2021-ci ilin yanvar ayı üçün tərtib edilmiş 01 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2021-ci ilin fevral ayı üçün tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2021-ci il tarixli, 22 nömrəli ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2021-ci ilin mart ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, 03 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi”nin və Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr və sərəncam kitablarının əsilləri maddi sübut kimi tanınmışdır. Cinayət işində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 309.1-ci maddələrinin tərkibi vardır. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 309.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməkdə təqsirlidir və onlara Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə istinad edilməklə Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 309.1-ci maddələri üzrə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti dövlət və yerli özünüidarəetmə orqanlarının normal fəaliyyətidir. Əlavə obyekti qismində isə vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Həmin cinayət əməli birbaşa qəsdlə törədilmiş və az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət Cinayət Məcəlləsinin korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslində əks olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qulluq mövqeyinin əleyhinə qəsdən cinayət əməli törətməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə dəfələrlə kənara çıxmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini müvafiqolaraq icra nümayəndəsi və icra nümayəndəsinin mühasibi işlədiyi dövrdə törətmişlər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə onların əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dövlətə vurulmuş ziyandan qismən yəni, 1350 manat ödəməsini cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylıqərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxslər barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının birinci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəza təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunununvəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü vəhəddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyininəsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, qərarlarvə presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1-ci maddələrində göstərilən cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1 maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra vəməhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cumaddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduqları maddələrin sanksiyasında həbsə alternativ cəzaların olduğunu, azadlıqdan məhrum edilmədən islaholunmalarının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndikləri maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə onlara təqsirləndirildiyi CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1-cimaddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri azadlığın məhdudlaşdırılması növündə əsas cəzalar, həmçinin Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması növündəəsas və dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Zərdab rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınan xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin fevral ayı üçün mükafat hesablanmasına dair tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2018-ci il tarixli, 210 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin may ayı üçün tərtib edilmiş 5 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018-ci il tarixli, 360 nömrəli ödəniş tapşırığı, 2018-ci ilin iyun ayı üçün tərtib edilmiş 6 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018ci il tarixli, 127 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 07 nömrəli “Sifariş”, 07 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 07 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2018-ci il tarixli, 99 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2018-ci ilin dekabr ayı üçün mükafat hesablanmasına dair əlavə tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 399 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin yanvar ayı üçün tərtib edilmiş 1 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin mart ayı üçün tərtib edilmiş 3 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 366 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin aprel ayı üçün tərtib edilmiş 4 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 04 nömrəli “Sifariş”, 04 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 04 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2019-cu il tarixli, 260 nömrəli ödəniş tapşırığı, xx.xx.2019cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin may ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 574 nömrəli ödəniş tapşırığı, 2019-cu ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 601 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 12 nömrəli “Sifariş”, 12 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 12 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2020-ci il tarixli, 47 nömrəli ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2020-ci ilin avqust ayı üçün tərtib edilmiş 08 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2020-ci ilin noyabr ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 2020-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 11 nömrəli “Qısamüddətli öhdəlik sənədi”, 2021ci ilin yanvar ayı üçün tərtib edilmiş 01 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2021-ci ilin fevral ayı üçün tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2021-ci il tarixli, 22 nömrəli ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2021-ci ilin mart ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, 03 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi”nin və Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr və sərəncam kitablarının əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə şahid qismində dindirilən Şahid5 və Şahid4 məhkəmə iclasında verdikləri yalnış ifadələrlə bağlı araşdırma aparılması üçün cinayət işindən ayrıca material ayrılıb Zərdab rayon Prokurorluğuna göndərilməlidir. İş üzrə ekspertiza xərcləri – 277 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan AZ31CTRE******************** depozit hesabında saxlanılan 1350 (bir min üç yüz əlli) manat məbləğində maddi ziyan zərərçəkmiş hüquqi şəxs olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təyin olunmuş cəzaları CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınan xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin fevral ayı üçün mükafat hesablanmasına dair tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2018-ci il tarixli, 210 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin may ayı üçün tərtib edilmiş 5 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018ci il tarixli, 360 nömrəli ödəniş tapşırığı, 2018-ci ilin iyun ayı üçün tərtib edilmiş 6 nömrəli “Əmək haqqını hesablama cədvəli”,xx.xx.2018-ci il tarixli, 127 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 07 nömrəli “Sifariş”, 07 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 07 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2018-ci il tarixli, 99 nömrəli ödəniş tapşırığı, xx.xx.2018-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2018-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2018-ci ilin dekabr ayı üçün mükafat hesablanmasına dair əlavə tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 399 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin yanvar ayı üçün tərtib edilmiş 1 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin mart ayı üçün tərtib edilmiş 3 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 366 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin aprel ayı üçün tərtib edilmiş 4 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 04 nömrəli “Sifariş”, 04 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 04 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2019-cu il tarixli, 260 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASCnin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin may ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 574 nömrəli ödəniş tapşırığı, 2019-cu ilin iyul ayı üçün tərtib edilmiş 7 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2019-cu il tarixli, 601 nömrəli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2019-cu ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 12 nömrəli “Sifariş”, 12 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi, 12 nömrəli “Öhdəlik sənədi”, xx.xx.2020-ci il tarixli, 47 nömrəli ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2020-ci ilin avqust ayı üçün tərtib edilmiş 08 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2020-ci ilin noyabr ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 2020-ci ilin dekabr ayı üçün tərtib edilmiş 12 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2020-ci il tarixli, 11 nömrəli “Qısamüddətli öhdəlik sənədi”, 2021-ci ilin yanvar ayı üçün tərtib edilmiş 01 nömrəli “Əmək haqqını hesablama cədvəli”, 2021-ci ilin fevral ayı üçün tərtib edilmiş 02 nömrəli “Əmək haqqını hesablama cədvəli”, xx.xx.2021-ci il tarixli, 22 nömrəli ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin Zərdab filialına təqdim olunmuş mədaxil reyestri, 2021-ci ilin mart ayı üçün tərtib edilmiş “Əmək haqqını hesablama cədvəli”, 03 nömrəli “Malların (iş və xidmətlərin) alış sənədi”nin və Zərdab RİHB-nın X26 İƏDÜ nümayəndəliyinin 2017-2020-ci illəri əhatə edən əmr və sərəncam kitablarının əsilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərcləri – 277 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan AZ31CTRE******************** depozit hesabında saxlanılan 1350 (bir min üç yüz əlli) manat məbləğində maddi ziyan zərərçəkmiş hüquqi şəxs olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq hesabına ödənilsin. Cinayət işi üzrə şahid qismində dindirilən Şahid5 və Şahid4 məhkəmə iclasında verdikləri yalnış ifadələrlə bağlı araşdırma aparılması üçün cinayət işindən ayrıca material ayrılıb Zərdab rayon Prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar