Məhkəmə qərarları › İş №1(035)-20/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-20/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-20/2025 15.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid4 xx.xx.2025-ci il tarixdə saat 22 radələrində 30 manata aldığı xeyli miqdarda, yəni təmiz çəkisi – 7.92 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:08 dəqiqədə Zərdab rayonu 51 saylı qəsəbə ərazisində şübhəli şəxs kimi saxlanılan zaman üzərindən təmiz çəkisi 7.92 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Şahid4 rayon sakini kimi tanıyır. O, taksi sürücüsü olduğundan son 4 ay ərzində münasibətləri yaxşılaşmışdır. Nahid ilə söhbət edən zaman narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Nahidin də əvvəllər narkotik vasitə istifadə etdiyini bildiyi üçün ondan narkotik vasitə qurudulmuş marixuana olduğu halda ona da verməsini xahiş etmişdir. Nahiddən 4 ay ərzində təxminən 4 – 5 dəfə narkotik vasitə olan marixuana almışdır. xx.xx.2025-ci il tarixində axşam saat 22 radələrində Zərdab rayonu Dördyol adlanan ərazinin yaxınlığında olarkən təsadüfən Nahidi görmüşdür. Ondan çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Nahid də ona narkotik vasitə olarsa satacağını bildirmişdir. Nahid idarə etdiyi qara rəngli “Mercedens” markalı avtomobili ilə gəlmiş, o, Nahidin idarə etdiyi avtomobilə əyləşmiş və ona əlində olan narkotik vasitəni vermişdir. O, Nahiddən narkotik vasitəni götürmüş və əldə etdiyi narkotik vasitənin qarşılığında Nahidə 30 manat məbləğində pul vermişdir. Aldığı narkotik vasitənin çəkisi təxminən 10 qram olmuşdur. O, narkotik vasitəni götürdükdən sonra 51 saylı qəsəbə istiqamətinə hərəkət etmiş, Zərdab rayonu ərazisində piyada hərəkətdə olarkən xx.xx.2025-ci il tarixdə saat 00:00 radələrində polis əməkdaşları narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək onu saxlamışlar. Polis əməkdaşlarının ona üzərində cinayət xarakterli qanunsuz daşıdığı əşyaları təqdim etməsini bildirən zaman üzərində olan gödəkçənin sağ cibində olan şəffaf bükümdəki narkotik vasitəni təqdim etmişdir. Bununla yanaşı üzərində olan mobil telefonları, pulu və açarı təqdim etmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa cinayət xarakterli obyekt aşkar edilməmişdir. Narkotik vasitə iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8.35 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə götürülərək zərfə qoyulub möhürlənmişdir. Zərdab RPŞ-gəldikdən sonra protokol tərtib olunaraq özü və orada olan digər şəxslər tərəfindən imzalanmışdır. Özü heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2025-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, və əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə 212.1994-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ünvan 3bə ərazisində 25.1.2025-ci il tarixdə saat 00:08-də saxlanılmışdır. Vüqara nə üçün saxlanıldığını izah edərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üstünə yoxlama keçiriləcəyi bildirilmişdir. Yoxlama keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən şəffaf sellofana bükülmüş bir ədəd narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Şalvarının sol cibindən bir ədəd mobil telefon və sağ cibindən də bir ədəd mobil telefonu, şalvarının arxa sol cibindən 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq və gödəkçənin sol cibindən isə açarı təqdim etmişdir. Şəffaf sellofanın içərisində olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 8,35 qram olması müəyyənm edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pullar və açar isə özünə geri qaytarılmışdır. Bir ədəd büküm içindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərərk zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra baxış keçirilmişdir. O, narkotik vasitəni Zərdab rayonu, Gəlmə kənd sakini Şahid4 30 manat pul qarşılığında xx.xx.2025-ci il tarixdə axşam saatlarında mobil telefonla əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir. Davam etdirilən baxış zamanı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş 25.01.25-ci il tarixdə 00:19 videoçəkiliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Zərdab RPŞ-yə gəlmişlər. Tərtib olunmuş protokol ucadan oxunmuş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə xx.xx.2025-ci il tarixdə saat 00:50-də Zərdab RPŞ-nin binasında “baxış və götürmə aparılması haqqında” protokol əsasında Zərdab RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduqdan sonra onu müştəri kimi bir neçə yerə aparmış və 4-5 ay olar ki, Vüqarla münasibəti yaxşı olmuşdur. Vüqar ona söhbət əsnasında narkotik vasitə olan marixuana çəkmək istədiyini bildirmişdir. O, narkotik vasitə istifadə etdiyi üçün Vüqara alan zaman narkotik vasitədən verə biləcəyini demişdir. Bunu bildirdikdən sonra Vüqar ondan müxtəlif məbləğlərdə olan pul qarşılığında narkotik vasitə olan qurudulmuş marixuana almışdır. O, narkotik vasitələri özü istifadə etdiyi üçün alsa da Vüqara da satmışdır. 4 ay ərzində Vüqara 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. xx.xx.2025-cü il tarixdə Vüqar onunla əlaqə saxlayaraq 30 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirərək onun yanına gələrək avtomobilinə əyləşmişdir. Avtomobildə Vüqar ona 30 manat pul vermiş və o da onun üçün ayırdığı 30 manatlıq narkotik vasitəni Vüqara vermişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/67 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 7.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərində qurudulmuş narkotik vasitə....” sözləri. Adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində, 01 (bir) ədəd kiçik sellofan paketdəki 06 (altı) əəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 1.40 qr., 1.16 qr., 0.65 qr., 1.29 qr., 1.77 qr., 1.24 qr., ümumi təmiz çəkisi - 7.51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan bükümdə və 06 (altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X4 verdiyi 17 mart 2025-ci il tarixli, 18-1-79/2-191/2025 saylı məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X4 Poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınması nəzərə alınmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:08-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixində saat 16:10-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Zərdab RPŞ-nin MYS-dən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 06 ay şərti sınaq müddəti müəyyən edilməklə 02 il 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin 15 may 2025-ci il tarixli, 87 nömrəli məktubundan görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 01 il 06 ay şərti sınaq müddəti müəyyən edilməklə 02 il 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış və qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 46 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab şəhəri, 21 saylı qəsəbə, 5 saylı yaşayış binasının 10-cu mənzilində yaşayır. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs və Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana Şahid4 icraatda olan cinayət işi üzrə əhəmiyyətli olduğundan həmin iş üzrə maddi sübut kimi qiymət verilməli olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs və Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana Şahid4 icraatda olan cinayət işi üzrə əhəmiyyətli olduğundan həmin iş üzrə maddi sübut kimi qiymət verilməli olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar