Məhkəmə qərarları › İş №1(035)-21/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-21/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-21/2024 13.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsininprokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Çallı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 13 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi - 1,688 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Zərdab RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Zərdab rayonu, Çallı kəndi ərazisində saxlanılaraq 01 yanvar 2024-cü il tarixdə, saat 15:30 dəqiqədə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,688 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, son bir ilə yaxındır ki, narkotik maddə olan heroin qəbul edir. Həmin heroini iynə vasitəsi ilə bədəninə vurur. Son vaxtlar vəziyyəti pis olduğundan ailə üzvləri xəstəxanada yatızdırılmağı üçün Polis Şöbəsinə müraciət etmişlər. Polis əməkdaşları onlara gələrək onu Polis Şöbəsinə aparmışlar. Həmin vaxt ağrıları çox olduğundan özündə olmamışdır. Ondan aşkarlanan narkotik vasitə olan heroin onun deyildir. Həmin narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuşlar. Bir ədəd şpris və bir ədəd şüşə flakon onun əvvəllər istifadə etdiyi əşyalardır. Polis əməkdaşları həmin əşyaları onun evindən götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsiri olması şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 yanvar 2024-cü il tarixdə Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat əsasında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və cinayət axtarışı bölməsinin əməkdaşlarından ibarət əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində Zərdab rayonu, Çallı kəndində hərəkət edən zaman saxlanılıb Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 15:40-da videoçəkiliş vasitəsilə vəkilin və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qızılı rəngli kağız büküm aşkar olunmuşdur, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cibindən bir ədəd şpris və bir ədəd şüşə flakon aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə çəkilərkən çəkisinin 2,20 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmişdir, bu barədə təhqiqatçı Vüqar Əhmədov tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun, digər iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Tərxan narkomaniyadan əziyyət çəkdiyi üçün bir neçə dəfə onu müalicə etdirərək qanını yuduzdurmuşdur. Lakin, sonralar onun müalicəsinə gücü çatmamışdır. Bu səbəbdən digər qardaşı DİN-nin 102 xidmətinə zəng edərək qardaşına köməklik göstərilməsini xahiş etmişdir. Bir müddət Tərxanın yerini bilməmişlər, təxminən Bakı şəhərində olduğunu zənn etmişlər. Sonradan Tərxan kəndə evlərinə gəldikdə anası və digər qardaşı Zərdab rayon Polis Şöbəsinə zəng edərək Tərxanın evdə olmasını bildirərək ona köməklik edilməsini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları gələrək Tərxanı evdən götürüb Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən X3 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/4 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki : - 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 1.688 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 01 (bir) ədəd şüşə flakonun və 01 (bir) ədəd şprisin içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şüşə flakonun və 01 (bir) ədəd şprisin içərisindəki heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlərlə 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. ( İ siyahı) Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar eilərək götürülmüş narkotik vasitə heroin cinayət işi üzrə mötəbər dəlil olduğundan maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, videoçəkilişlə baxış keçirilməsinin özündə əks etdirən kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 03:01-də Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiyi üçün barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onun məcburi qaydada məhkəməyə gətirilməsi mümkün olmamışdır. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutularaq Zərdab rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-2408/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il rarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab RİHB-nin Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi E.Ə.Əhmədov tərəfindən yazılmış məktubdan görünür ki, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olan Xəlilli X2 qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır və onun harada yaşaması barədə dəqiq məlumat yoxdur. Cinayət işində olan Zərdab RİHB-nin Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi E.Ə.Əhmədov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xəlilli X4 tam orta məktəbində natamam təhsil almış, hərbi xidmətdə olmamış, orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gedərək orada yaşamışdır. Hazırda onun barəsində icra nümayəndəliyində heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə, eləcədə onun qardaşı və anasının ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarında, o cümlədən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı yügülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, şəxsiyyətini, nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunmasına, yəni cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Ona görə də ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 05 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,638 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi-axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 05 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,638 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi-axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar