Məhkəmə qərarları › İş №1(035)-21/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-21/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-21/2025 29.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, 2-ci Qarabağ müharibəsi veteranı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Gəlmə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 29 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, həmin narkotik vasitədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan təmiz çəkisi 7.92 qramını 25 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində tanışı ünvan 2 ünvanında yaşayan Şahid4 30 manat müqabilində satmış, xx.xx.2025-ci il tarixdə, saat 09:58 dəqiqədə Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı 06 ədəd kağız bükümlərdə təmiz çəkisi 1.40 qram, 1.16 qram, 0.65 qram, 1.29 qram, 1.77 qram və 1.24 qram olmaqla təmiz çəkisi 7.51 qram olan həmin narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 rayon sakini kimi tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduqdan sonra onu müştəri kimi bir neçə yerə aparmış və 4- 5 ay olar ki, Vüqarla münasibəti yaxşı olmuşdur. Vüqar ona söhbət əsnasında narkotik vasitə olan marixuana çəkmək istədiyini bildirmişdir. O, narkotik vasitə istifadə etdiyi üçün Vüqara alan zaman narkotik vasitədən verə biləcəyini demişdir. Bunu bildirdikdən sonra Vüqar ondan müxtəlif məbləğlərdə olan pul qarşılığında narkotik vasitə olan qurudulmuş marixuana almışdır. O, narkotik vasitələri özü istifadə etdiyi üçün alsa da, Vüqara da satmışdır. 4 ay ərzində Vüqara 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. xx.xx.2025-cü il tarixdə Vüqar onunla əlaqə saxlayaraq 30 manatlıq narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirərək onun yanına gələrək avtomobilinə əyləşmişdir. Avtomobildə Vüqar ona 30 manat pul vermiş və o da onun üçün ayırdığı 30 manatlıq narkotik vasitəni Vüqara vermişdir. 25 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Zərdab şəhəri, Bayraq meydanı adlanan ərazidə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi bildirildikdə əynində olan gödəkçənin sol cibində olan şəffaf sellofanda 06 ədəd kağıza bükülmüş qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9.59 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq zərfə qoyulmuşdur. Bundan sonra polis şöbəsinin inzibati binasına getmiş və həmin zərflərə orada olan digər şəxslərin iştirakı ilə baxış keçirilərək yenidən zərflərə qoyulub qablaşdırılmışdır. Həmçinin o, həmin narkotik vasitələri Zərdab rayonu Gəlmə kəndinə gedərkən yolun kənarından yerdən tapdığını, onun başqa heç yerdə narkotik vasitə saxlamadığını, narkotik vasitələri əldə etdikdə tək özü istifadə etdiyini, yalnız Vüqara satdığını, ondan başqa heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Hazırda səhvini başa düşür, törətdiyi əməlindən peşmandır. 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və himayəsində üç azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri olması onun etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, videoçəkliş aparılmaqla aparılmış şəxsi axtarış və götürmə, ifadələrin yerində yoxlanmasına dair protokollar işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində gösərmişdir ki, Zərdab rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, və əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Şahid4 üzərində axtarış aparılması zərurəti yaranmışdır. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Şahid4 Zərdab şəhəri, 51 saylı qəsəbə ərazisində 25.1.2025-ci il tarixdə saat 00:08-də saxlanılmışdır. Vüqara nə üçün saxlanıldığını izah edərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üstünə yoxlama keçiriləcəyi bildirilmişdir. Yoxlama keçirilməzdən qabaq Şahid4 üstündə qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Şahid4 əynində olan gödəkçənin sağ cibindən şəffaf sellofana bükülmüş bir ədəd narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Şalvarının sol cibindən bir ədəd mobil telefon və sağ cibindən də bir ədəd mobil telefonu, şalvarının arxa sol cibindən 3 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq və gödəkçənin sol cibindən isə açarı təqdim etmişdir. Şəffaf sellofanın içərisində olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 8,35 qram olması müəyyən edilmişdir. Şahid4 üzərindən aşkar edilmiş iki ədəd mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Pullar və açar isə özünə geri qaytarılmışdır. Bir ədəd büküm içindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra baxış keçirilmişdir. O, narkotik vasitəni Zərdab rayonu, Gəlmə kənd sakini Təqsirləndirilən şəxs 30 manat pul qarşılığında xx.xx.2025-ci il tarixdə axşam saatlarında mobil telefonla əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir. Davam etdirilən baxış zamanı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş 25.01.25-ci il tarixdə 00:19-da başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Zərdab RPŞ-yə gəlmişlər. Tərtib olunmuş protokol ucadan oxunmuş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şahid4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə xx.xx.2025-ci il tarixdə saat 00:50-də Zərdab RPŞ-nin binasında “baxış və götürmə aparılması haqqında” protokol əsasında Zərdab RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən götürülmüşdür. xx.xx.2025-ci il tarixdə Zərdab rayon Gəlmə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məqsədi ilə əldə etməsi, saxlaması qanunsuz olaraq daşıması barədə əməliyat tapşırığı icraatına qəbul edilmişdir. Əməliyyat axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri özü, əməliyyat qrupunun üzvləri isə Zərdab RPŞ-nin Cinayət axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, X11 və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid2 ibarət olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X6 və Şahid2 iştirakı ilə xx.xx.1993-cü il təvəllüdlü Zərdab rayonu, Gəlmə kənd sakini Təqsirləndirilən şəxs Zərdab şəhəri, Bayraq meydanı adlanan ərazidə saxlanılmışdır. Nahidin nə üçün saxlanıldığı izah edilərək hüquqları izah edilmiş və təxirə salınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üstünə yoxlama keçiriləcəyi bildirilmişdir. Yoxlama keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və ya predment varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs gödəkçənin sol cibindən şəffaf sellofon və sellofonun içərisində 6 ədəd ağ kağıza bükülmüş olan bükümlər və bir qutu Viceroy markalı siqareti təqdim etmişdir. Şəffaf sellofonun içərisində 6 ədəd ağ kağıza bükülmüş bükümlərin içində isə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şəffaf sellofonda olan həmin bükümlər içərisində olan marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzi ilə çəkilmiş 9.59 qram olması müəyyən olunmuşdur. Bir ədəd bükümün içindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə isə götürülərək zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Mercedes E200 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, heç bir qanunsuz əşya və predimet müəyyən edilməmiş və videoçəkliş başa çatmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə xx.xx.2025-ci il tarixdə saat 10:25-də Zərdab RPŞ-nin binasında “baxış və götürmə aparılması haqqında” protokol əsasında Zərdab RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Orxan Quliyev tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Zərdab rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. O, taksi sürücüsü olduğundan son 4 ay ərzində münasibətləri yaxşılaşmışdır. Nahid ilə söhbət edən zaman narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Nahidin də əvvəllər narkotik vasitə istifadə etdiyini bildiyi üçün ondan narkotik vasitə qurudulmuş marixuana olduğu halda ona da verməsini xahiş etmişdir. Nahiddən 4 ay ərzində təxminən 4 – 5 dəfə narkotik vasitə olan marixuana almışdır. xx.xx.2025-ci il tarixində axşam saat 22 radələrində Zərdab rayonu Dördyol adlanan ərazinin yaxınlığında olarkən təsadüfən Nahidi görmüşdür. Ondan çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Nahid də ona narkotik vasitə olarsa satacağını bildirmişdir. Nahid idarə etdiyi qara rəngli “Mercedens” markalı avtomobili ilə gəlmiş, o, Nahidin idarə etdiyi avtomobilə əyləşmiş və ona əlində olan narkotik vasitəni vermişdir. O, Nahiddən narkotik vasitəni götürmüş və əldə etdiyi narkotik vasitənin qarşılığında Nahidə 30 manat məbləğində pul vermişdir. Aldığı narkotik vasitənin çəkisi təxminən 10 qram olmuşdur. O, narkotik vasitəni götürdükdən sonra 51 saylı qəsəbə istiqamətinə hərəkət etmiş, Zərdab rayonu ərazisində piyada hərəkətdə olarkən xx.xx.2025-ci il tarixdə saat 00:00 radələrində polis əməkdaşları narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək onu saxlamışlar. Üzərinə baxış keçirilərkən Nahiddən 30 manat qarşılığında aldığı narkotik vasitə aşkar oldumuşdur. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2025-ci il tarixli, 17/67 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 7.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində qurudulmuş narkotik vasitə....” sözləri. Adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində, 01 (bir) ədəd kiçik sellofan paketdəki 06 (altı) əəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 1.40 qr., 1.16 qr., 0.65 qr., 1.29 qr., 1.77 qr., 1.24 qr., ümumi təmiz çəkisi - 7.51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan bükümdə və 06 (altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan « cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci tarixli qərardan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 15,43 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 verdiyi 17 mart 2025-ci il tarixli, 18-1-79/2-193/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetində dispanser qeydiyyatda durmur. Cinayət işində olan Zərdab RİHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Gəlmə kəndində yaşayır və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı üç azyaşlı uşaqları vardır. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-6670 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-4448 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-1406 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2371 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-2314 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2363 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının İ-25767 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 s saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:58-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-03/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində üç ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 25 yanvar 2025-ci il tarixdən hesab edilmişdir. Təqsirləndirilən şəxsin ittiham üzrə təqsirli olması onun məhkəmə baxışı zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında təqdiq edilən ibtidai istintaq zamanı aparılmış şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollar, şəxsi axtarış və götürmə haqqında protokollar və həmin protokollara əlavə edilmiş videoçəkiliş barədə DİSK-dəki məlumatlar, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyi ilə təkzib olunmaz şəkildə təsdiqlənmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin yuxarıda adı çəkilən digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, 2-ci Qarabağ müharibəsi veteranı olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulmasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməli, cəzasının əvvəli həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 15,43 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 15,43 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,29 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 14 iş saatına görə 154 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar