Məhkəmə qərarları › İş №1(035)-22/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-22/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-22/2024 31.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Yeni Katej 15-ci məhəllə, ev 185-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərdab rayonu Gödəkqobu kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunun Beyləqan rayonunda yerləşən hərbi hissədə işləyən oğlu Zərərçəkmiş şəxs2 xidməti iş yerini Ağcabədi rayonunda yerləşən hərbi hissəyə təyinat alacağı vədi ilə aldatmış, bundan sonra xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 2500 manat, ümumilikdə vahid niyyətlə 6000 manat pulunu qızı X2 adına olan 4****6453 nömrəli bank kartına Zərdab rayonundan köçürülməsini təmin etmiş və vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək aldatma yolu ilə vahid niyyətlə ümumilikdə xeyli miqdar hesab olunan 6000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhəri, Yeni Katej 15-ci məhəllə, ev 185-də yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin müəyyən maddələri ilə məhkum olunmuş, hazırda məhkumluğu yoxdur. Oğlu Zərərçəkmiş şəxs3 2020-ci ilin avqust ayında hərbi xidmətə getmiş və Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. Həmin vaxt orada oğlunun bir neçə problemi olmuş, həmin problemləri Sumqayıt şəhərində yaşayan, əslən Qubadlı rayonundan olan Məhəmməd adlı şəxsə demiş və Məhəmməd də ona heç bir təmənnasız köməklik göstərmişdir. Bundan sonra əsgərlikdə olan oğlu Qənaət ona telefonla danışan zaman hərbi hissədə gizir vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs2 xidməti iş yerinin dəyişdirilməsinə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Elgünün özü ilə danışmış, Elgün Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə təyinat almaq istədiyini bildirmişdir. Bu barədə tanışı Məhəmmədə demişdir. Məhəmməd də bu məsələni həll edə bilməyəcəyini ona bildirmişdir. Bundan sonra özünə pul lazım olmuş, ona görə də Elgünü başqa yerə təyinat etdirmək üçün 6000 manat pul lazım olduğunu Salehə bildirmişdir. Bundan sonra Saleh ona müxtəlif vaxtlarda 6000 manat pul göndərmişdir. Həmin pulları onun qızı Nərgizin adına olan kart hesabına göndərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat olmaqla 6000 manat olmaqla Zərdab rayonundan göndərilmişdir. Həmin pulu heç kimə verməmiş, özü xərcləmiş, cinayəti tək törətmişdir. Sonradan maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Zərdab rayonu, Gödəkqobu kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Əliyev X3 rayonunda yerləşən hərbi hissədə gizir vəzifəsində işləmişdir. Elgün orada işləyən zaman həmin hərbi hissədə Təqsirləndirilən şəxs oğlu da əsgər kimi xidmət etmişdir. Elgünlə söhbət zamanı Əfqanın oğlu atasının “əlinin uzun olduğunu” və onun xidməti iş yerini dəyişdirə biləcəyini demişdir. Bundan sonra Əfqanla telefonla əlaqə saxlamışdır. Ona oğlunun xidməti iş yerinin dəyişdirilməsinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Əfqan da tanışlarının vasitəsilə köməklik edə biləcəyini demişdir. Əfqan ondan 6000 manat pul istəmişdir. Bundan sonra Əfqanın ona verdiyi kart hesabına xx.xx.2021-ci il tarixdə Zərdab rayonu, Məmmədqasımlı kəndində olan Sadiq marketdəki yerləşdirilmiş “E-manat” vasitəsilə 3 dəfəyə 3000 manat, xx.xx.2021-ci il tarixdə Zərdab rayonu, Dördyol ayrıcında yerləşən Ərzaq mağazasında quraşdırılmış “Emanat” vasitəsilə 500 manat, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu, Azərbaycan küçəsi, 103 B-də yerləşən Star mobile telefon mağazasında quraşdırılmış “e-manat” vasitəsilə 2500 manat olmaqla 6000 manat pul göndərmişdir. 6000 manat pulun göndərilməsi nəticəsində ondan 60 manat əlavə pul tutulmuşdur. Əfqan ondan cəmi 6000 manat pul almışdır. Lakin Əfqan sözünə əməl etməmiş və onun pulunu geri qaytarmamış, ona görə də hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərdab rayonu, Gödəkqobu kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləmişdir. Orada işlədiyi zaman Zərərçəkmiş şəxs3 adında əsgər olmuşdur. Həmin əsgərlə münasibəti normal olmuşdur. Onun atasının əlaqələrinin geniş olmasını bilmişdir. Zərdab rayonunda yaşadığından həmin rayonla qonşu rayon olan Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə təyinat almaq istəmişdir. Buna görə də Qənaətdən atasının ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Qənaət də atası ilə danışacağını demiş və atası ilə danışdıqdan sonra ona köməklik edə biləcəyini bildirmişdir. Daha sonra özü onun atası ilə telefonla danışmış və atası da onu əmin etmişdir ki, ona köməklik edə bilər. Bundan sonra Əfqan onlardan 6000 manat pul istəmişdir. Atası da razılaşmış və Əfqanın dediyi karta müxtəlif vaxtlarda hissə-hissə Zərdab rayonundan 6000 manat pul göndərmişdir. Lakin sonradan Əfqan vədinə əməl etməyərək onları aldatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, 2020-ci il tarixdə Beyləqan rayonunda yerləşən hərbi hissədə əsgərlikdə olan zaman Zərərçəkmiş şəxs2 də həmin hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işləmişdir. Elgünlə münasibəti normal olmuşdur. Söhbət zamanı Elgün ona xidməti iş yerini Ağcabədi rayonunda yerləşən hərbi hissəyə dəyişmək istəməsini demişdir. Elgünə “atama deyərəm, onun tanışları var, sənə köməklik edər” demişdir. Bu barədə atasına demiş, atası ilə Elgün və Salehi tanış etmişdir. Lakin atasının onlarla söhbətinə qarışmamış, atasının Elgünün atasından 6000 manat pul almasını bilməmişdir. Sonradan öyrənmişdir ki, atası Salehdən 6000 manat pul almış, lakin həmin iş alınmamış, pulu da qaytarıb verməmişdir. Atasının Salehdən aldığı 6000 manat puldan xəbəri olmamış, ona heç bir məbləğdə pul verilməmişdir. Cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərdab rayonu, Məmmədqasımlı kəndində olan Sadiq marketdəki yerləşdirilmiş “E-manat” vasitəsilə 4****6453 nömrəli bank kartının hesabına 300 manat, 1800 manat və 930 manat, xx.xx.2021ci il tarixdə Zərdab rayonu, Dördyol ayrıcında yerləşən Ərzaq mağazasında quraşdırılmış “Emanat” vasitəsilə həmin kart hesabına 505 manat, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu, Azərbaycan küçəsi, 103 B-də yerləşən Star mobile telefon mağazasında quraşdırılmış “Emanat” vasitəsilə həmin kart hesabına 2525 manat, cəmi 6060 manat pul göndərilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən görünür ki, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-ci maddələri ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzası şərti mal vahidi 500 misli miqdarında cərimə cəzası ilə dəyişdirilmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cərimə cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət işində olan şübhəli şəxs qismində tutulma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla Zərdab Rayon Məhkəməsinə müraciət edilmiş, həmin gün təqdimat təmin edilməmiş və məhkəmənin qərarı ilə məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan « ittiham elan edilmiş şəxsin tutulması » haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində saxlanılaraq Zərdab RPŞ-nə gətirilmiş və xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işində olan « qətimkan tədbirinin təsdiq edilməsi və şəxsin MSY-dən azad edilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri qüvvədə qalaraq o, xx.xx.2023-cü il tarixdə Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyi üçün barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat dayandırılmış, barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində tutularaq Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Sumqayıt şəhəri MKTİB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 89 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yeni Katej 15-ci məhəllə, ev 185-də kirayədə yaşayır. Cinayət işində olan Sumqayıt şəhəri MKTİB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələrinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət, cəmi 01 (bir) ay 12 (on iki) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar